Kateqoriya arxivləri: MÜSAHİBƏLƏR

ƏSƏD CAHANGİR HAQQINDA

Nizami Cəfərov “Oyanmış ruhun özünüdərki”. Əsəd Cahangirin 55 illiyinə… Səsdləndirdi: İradə Aytel

ƏSƏD CAHANGİR – 55

“Səsli kitab” layihəsi əsasən görmə əngəllilər və oxumağa zamanı olmayanlar üçün nəzərdə tutulub. Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ədəbiyyat da səsləndirməyi nəzərdə tuturam. Bəyənsəniz, kanalıma abunə olmağı unutmayın. Hörmətlərimlə…

İRADƏ AYTELİN DİGƏR YAZILARI

ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Biri vardı, Biri yox… – Şəbnəm Həsənəlizadə

Şəbnəm HƏSƏNƏLİZADƏ, yazar.

1. Tanıyaqmı biraz sizi Şəbnəm Həsənəlizadə?

Mən, hal-hazırda Azərbaycan dili və ədəbiyyatı üzrə filologiya təhsili alan, iki uşaq anası Şəbnəm Həsənəlizadə. Uşaqları çox sevdiyimdən və nağılların da uşaqların inkişafında faydalı olacağına inandığım üçün, onlara youtube platformasından nağıllar səsləndiririrəm.

2. Özünüz uşaq vaxtı ən çox hansı nağılı sevirdiniz?

Qoğalın nağılını. Baxmayaraq ki, özüm şirin yox, şorqoğal sevənəm, amma bu personaj mənə şirin gəlirdi.

3. Bir Ana kimi övladlarınıza qarşı necəsiniz?

Deyərdim ki, mən də onlarla birlikdə böyüyürəm, onlarla birlikdə öyrənirəm. Çünki, bizlər ana/ata titulunu məhz onlar sayəsində alırıq və insan artıq valideyn olmağı da bu zaman öyrənir. Əlbəttə ki, ideal heç nə, heç kim yoxdur və mənim də yanlışlarım olur, amma əsas olan bu yanlışları bilmək, düzəltməkdir. Çünki, bizlər övladlarımızı bir şəxsiyyət kimi yetişdirməliyik və buna görə də onları könül gözü ilə görməyi, can qulağı ilə dinləməyi, yeri gəldiyində onların da fikrini almalı, yeri gəldiyində onlardan üzür istəməli, yeri gəldiyində də izn almalıyıq. Onlara doğru-düzgün nümunə olmalıyıq. Bəli, banal səslənsə də məhz nümunə. Çünki, uşağa “yalan danışmaq yaxşı şey deyil, yalan danışma” deyib, özümüz isə kənarda hər hansısa məsələdə yalan danışırıqsa, uşağa “kitab oxumaq lazımdır” deyib, özümüz heç oxumuruqsa…(bu siyahını çox uzatmaq olar) uşaq da gördüyünü götürür. Buna görə mən də çalışıram ki, onlara yaxşı nümunə ola bilim. Bundan əlavə, əsas da ki, onları sevgi, qayğı və diqqətlə qidalandıra bilim.

4. İndi ki uşaqlar necə dinləyirlərmi nağılları?

Bəli, çox sevirlər. Bunu istər ətrafda olan uşaqlardan, istərsə də mənim ünvanıma olan rəylərdən müşahidə edirəm. Əgər nağıl maraqlıdırsa və onun səsləndirilməsi də maraqlı tərzdədirsə, səsləndirən rolda ola bilirsə bu zaman uşaqlar da böyük maraqla dinləyirlər.
Buna görə də analar uşaqlara nağıl oxuyarkən ordakı qəhrəmanları canlandıra bilsələr çox gözəl olar. Davamında nağılı müzakirə edərək də uşağa daha böyük fayda vermiş olacaqlar.

5. Gördüyünüz işi sevirsinizmi hardan yarandı bu maraq?

Bəli, çox sevirəm. Qızlarıma hər gün nağıl oxuyurdum. Bəzən əlimin altında olan vəsaitlər kifayət etmədiyindən artıq internetdən axtarmağa başlayırdım. Bu zaman da qarşıma maraqlı nağıllar çıxırdı. Sonra düşündük ki, niyə də bu nağıllar öz dilimizdə tək mənim qızlarım üçün yox, eləcə də başqa uşaqlar üçün də əlçatan olmasın?! Bu səbəbdən mən də əlimdən gələni etməyə çalışıram.

6. Belə düşünürəm ki, tərcüməçiliklədə məşğulsunuz eləmi?

Deməzdim ki, professional səviyyədə, amma dil biliklərim əsəri tərcümə etməyimə kifayət edir. Xüsusən də, rus dilindən.

7. Bu istedadı özünüzdə nə zaman kəşf elədiniz?

Əslində mənim uşaqlıqdan belə həvəsim olub, hələ məktəb yaşlarında da hər dəfə səhnələrdə çıxış edirdim, şeirlər deyirdim. Nağılçılığı isə ana olduqdan sonra kəşf elədim. Dediyim kimi, mən də uşaqlarla birlikdə böyüyür, çox şeyi də məhz uşaqlardan öyrənirəm.

8. Uşaqlarınızın adını siz qoymusunuz…?

Bəli, yoldaşımla ortaq qərarımızdır...

9. son olaraq nələr demək istərdiniz?

Övladlarımızın gözəl gələcəyi, yaxşı cəmiyyət qurmaq üçün bizlərin vəzifəsi böyük və məsuliyyətlidir. Buna görə də istərdim ki, bütün valideynlər buna görə canla-başla səy göstərələr. Uşaqları sevgiyə, diqqətə, qayğıya ac, yoxsul böyütməyələr, onların yanında, arxasında olalar. Əlbəttə ki, büdrəmələr də, səhvlər də olacaq, yıxıla-yıxıla öyrənir insan və əgər biz də övladlarımızın hər büdrəyişini alçaltmasaq, və ona dəstək olsaq, gələcək üçün də sağlam şəxsiyyətlər qazandırmış olarıq.
O ki qaldı nağıllara, çox istərdim ki, analar mənim kanalımdakı nağılları uşaqlarla birlikdə izləsinlər ki, sonra uşaqla o nağılı analiz edib, müzakirə edə bilərlər. Nağıllar uşaqlar üçün həqiqətən də çox faydalıdır, ana əgər uşağa özü oxuyursa bu daha da gözəldir.

ŞƏBNƏM HƏSƏNƏLİZADƏNİN DİGƏR YAZILARI

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR ÜÇÜN “BİTİK.AZ” SAYTI İSTİFADƏYƏ VERİLDİ

BİTİK.AZ – KİTAB və ORİJİNAL HƏDİYYƏLƏR SATILAN SAYT

15 iyun 2021 – ci il tarixindən etibarən “Yazarlar”  jurnalının yeni layihəsi olan müstəqil olaraq fəaliyyət göstərəcək kitabların mərkəzləşdirilmiş qaydada, ən ucuz xidməthaqqı müqabilində satışını həyata keçirəcək “BİTİK.AZ” saytı fəaliyyətə başlayıb.

“Yazarlar”  jurnalı BİTİK.AZ müstəqil satış platformasını yaratmaqda aşağıdakı məqsədlərə çatmağı hədəfləyir:

– “Yazarlar”  və “Xəzan”  jurnallarının istənilən nömrəsinin sifarişlə sabit, eyni zamanda stabil qaydada yazarlarımıza və oxucularımıza əlçatanlığını  təmin etmək,

– Yazarlarımızın, elm adamlarımızın, araşdırmaçıların, ayrı-ayrı memuarlar yazan şəxslərin min bir əziyyətlə ərsəyə gətirdikləri kitabların satışında rastlaşdıqları çətinlikləri (çətinlik əsasən müraciət etməli konkret bir ünvanın olmamasıdır – onların artıq “BİTİK.AZ” timsalında  müraciət edəcəkləri  belə bir ünvan var ) aradan qaldırmaq,

– Və ən əsası kitab və jurnaların oxuculara sifarişlə Bakı şəhərində (ölkə daxilində və xaricində poçt xidməti vasitəsi ilə) çatdırılmasını təmin etmək.

Dəyərli kitab müəllifləri və nəşriyyat əməkdaşları siz də həm BİTİK.AZ saytını ziyarət etməklə, həm də aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə satışını təşkil etmək istədiyiniz çap məhsulları barədə bizimlə sövdələşmələr edə bilərsiniz:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səhiyyə İşçiləri Günü

Nuranə RAFAİLQIZI – həkim-şair.

Səhiyyə İşçiləri Günü

Qısa arayış:

Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudat bəy Rəfibəyli oldu.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

Bu gün münasibəti ilə bütün həkimlərizi təbrik edir, əynində ağ xələt, əlində qələm hər iki cəbhədə şərəflə xalqına xidmət edən həkim-şair Nuranə Rafailqızından bir neçə şeir təqdim edirik:

Nuranə Rafailqızı haqqında qısa məlumat

   Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

  Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır.2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13şeir və “Kimlərə qaldı dünya” – Nizami Gəncəvi – 880 antologiyasında 15 şeiri dərc ovunmuşdur.

15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.

 NURANƏ RAFAİLQIZININ ŞEİRLƏRİ

Bu yerə, Vətən deyib!

Elə ki, mən boy atdım,

Yeridim addım-addım,

Anam tutub əlimdən

                bu daşı, bu torpağı,

                bu otu, bu yarpağı,

                yaşadığım küçəni,

                qızındığım ocağı

Göstərib, Vətən deyib!

Adı Azərbaycandı,

Hər guşəsi bir candı.

Heç düşməyib dilindən

                   Şəki, Şirvan, Qarabağ,

                   Bakı, Xızı, Qaradağ,

                   Göyçay, Qəbələ, Quba

                   elbəel, oba-oba

Bil, cənnətə tən deyib!

O atadan sevimli,

O anadan irəli.

Uzaq düşmə elindən

                     sev yurdunu hər zaman,

                     yaşasın Azərbaycan!

                     vətən-adın, soyadın

                     əlbəəl, addım-addım

Qoru onu sən deyib!

Nə qədər ki, qolun var,

Tək bir məqsəd, bir amal,

Üçrəngli bayrağını

                       qaldır başının üstə,

                        dalğalansın ahəstə

                        böyük Turan elində!

                        bu bayrağın önündə

Diz çöksün düşmən, deyib!

Anam tutub əlimdən,

                     bu yerə Vətən, deyib!

                                             16.06.2015.

Mənəm!

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

Nə gələni, nə gedəni,

nə qalan bir nəfəri yox.

Bu günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox

toz basmış, kifə bürünmüş

Bax,

       həmən o otaq mənəm!

Gah deyirəm bədahətən,

gah yazıram kərən-kərən.

Bir şeirəm qafiyəsi,

hecaları pərən-pərən.

Şairlərin din-imanı,

quranı, kitabı-qələm,

ağ köksündə qara yazı

Bax,

       həmən o varaq mənəm!

Yerdən göyə ah-naləyəm,

göydən yerə göz yaşıyam.

Neçə dərdə, neçə sərə

başdaşıyam, döşdaşıyam.

Xəzan çağı tökülməyib,

boranı, qışı yaşıyan

budaqdakı tənha-təkcə

Bax,

    həmən o yarpaq mənəm!

Bircə yol köks ötürmədim

nə komaya, nə saraya.

Nə malına göz dikmişəm,

nə puluna, nə paraya.

Qırx ilməylə, qırx düyünlə

o dünyadan bu dünyaya

əzrayılın caladığı

Bax,

      həmən o yamaq mənəm!

Gah oynayıb, gah ağlayıb,

gah da deyib, gülə-gülə.

Bir dəyərsiz əşya kimi

ömrü verdik əsən yelə.

Oğrun-oğrun boylandığım

dən düşmüş qapqara telə

xəbərsizcə sığal çəkən

Bax,

       həmən o daraq mənəm!

Bir igidin taleyinə

yazılan  qara yazıyam.

Şaxtasıyam, boranıyam,

çovğunuyam, ayazıyam.

Nefti qutarmış, tüstünün

his-pasına alazıyan

külək vurduqca alışan

Bax,

      həmən o çıraq mənəm!

Kimi cavan, kimi qoca,

kimi körpə qucağında

Bir havanın həsrətində,

bir nəfəsin sorağında.

Gecələri sakit-səssiz

xəstəxana otağında

sübhə kimi cırıldayan

Bax,

     həmən o yataq mənəm!

Hər vəzndə, bır sərbəst,

bir az heca, bir az qəzəl.

Yaza-yaza 100 yaşında

qapımı döysə də əcəl,

Hələ də tam böyüməyən,

bir az şıltaq, bir az dəcəl

Atasının sonbeşiyi

Bax,

      həmən o uşaq mənəm!

Xeyirlə-şər, ağla-qara

təzad dolu başdan-başa.

Başı eyni, sonu eyni

həyat sanki, bir tamaşa.

Bütün ömrü oynayaraq

bir çiçəyə, bir alqışa

son pərdədə üz tutduğun

Bax,

       həmən o torpaq mənəm!

Daha dayana bilməyib,

bədən adlı qəfəsində.

Özü verib əzrayıla

verdiyi son nəfəsin də!

Daş pəncərə, dəmir qarmaq

şaxtalı qış gecəsində

bir kəndirlə söndürülən

Bax,

      həmən o ocaq mənəm!

Tale, yazı, bəxt işidi

deyib, keçdim hər bir şeyə.

Dilənçitək əl uzadıb

yaranandan üzügöyə.

Şükr elədim, zikr elədim

dərd içimi yeyə-yeyə

ilahinin göndərdiyi

Bax,

       həmən o sınaq mənəm!

                            20.05.2021.

         Sən və mən

Bir quru soyada şərik,

Ayrı-ayrı qütblərik.

Bəlkə, bir də görüşmərik

bu boyda yer kürəsinin

                            o üzü-sən,

                            bu üzü-mən!

Dilim dönüb sürüşməyən,

Bir cümlədə görüşməyən,

Heç vaxt üst-üstə düşməyən

yarımçıq bitən şeirin

                            o sözü-sən,

                            bu sözü-mən!

Bəzən çətin, bəzən sadə,

Bir yol keçdik pay-piyadə.

Göz yaşlarım badə-badə

toplandıqca qədəhlərə

                           o “süz!“ü-sən,

                           bu “süz!”ü-mən!

Hər ötən gün qopa-qopa,

Nə ipə yatdıq, nə sapa.

Dəstələyib topa-topa

ömrü xərclədik boş yerə

                             o yüzü-sən,

                             bu yüzü-mən!

Ha qaçaydıq, ha qovaydıq,

Biz nə evdik, nə yuvaydıq,

Tüstü dolu bir havaydıq,

ayrı yanan od-ocağın

                            o közü-sən,

                            bu közü-mən!

Quyusu dolar-boşalar,

Nə qış bilər, nə də bahar.

Sağı tutqun, solu axar

yoldakı qoşa bulağın

                              o gözü-sən,

                              bu gözü-mən!

Bir səkiyə ortaq olan.

Mən-gen küçə, sən-dar dalan.

Kimdi doğru, kimdi yalan?!

oğlumuz qalıb arada

                              o düzü-sən,

                              bu düzü-mən!

                                            07.06.2021.

Oğlum dedim!

                       Tək övladım

                         Əlisaya xitabən.

De necə çağırım axı,

De necə səsləyim səni?

Başını qoy, sinəm üstə

Köksümdə bəsləyim səni!

Canım!-dedim, can nədi ki?

Canımdan da əzizsən sən!

Günəş kimi parlaq, nurlu,

Saf su kimi təmizsən sən!

Ömrüm!-dedim, sənə sevgim

Bir ömürə sığa bilməz!

Günüm!-dedim, ayla batıb,

Günəş ilə doğa bilməz!

Balam!-dedim, bal nədi ki?

Balam baldan da şirindi.

Oğlum!-dedim, bax bu sözün

Mənası daha dərindi!

Oğlum, arxam-dayağimsan,

Dirəyim, düşmən çəpərin!

Bil ki, sənə bağlanıbdı,

Parçalanmış ümidlərim!

Böyü, boy at! Qoy yayılsın

Adın-sanın eldən-elə!

Sən doğmusan həyatıma

Dərdim yoxdu, günü bu gün

Ölsəm belə, ölsəm belə!

                          04.07.2012.


Şeirlərin müəllif:
 Nuranə RAFAİLQIZI


NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI

NURANƏ RAFAİLQIZI DİGƏR MƏNBƏLƏRDƏ

Təqdim edir: YAZARLAR.AZ

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XATİRƏ FƏRƏCLİNİ TANIYAQ

XATİRƏ FƏRƏCLİ İLƏ MÜSAHİBƏ

1. Xatirə Fərəcli, bir az sizi tanıyaq?
Xatirə
İlğım idi,
ötüb keçdi dalğa-dalğa,
təpə-təpə,
rəngli-rəngli
…Xatirə…
nəğmə idi həzin, kövrək
oxunmadı,
naxış idi bər-bəzəkli
toxunmadı,
göydən gələn arzu idi
çatan olmadı
…Xatirə…
ümid idi
təzə dünya doğuldu,
beşiyində boğuldu,
ağlı başına bəla,
bir az havalı, dəli…
şəkli, izi düşüb qaldı ürəkdə
…Xatirə…
ürək idi döyünmədi,
elə gəldi, elə getdi

bu dünyaya endirmədi, enmədi
…Xatirə…
2. Yaradıcılığınızın ilk nümunələri nələrdir?
Mən ilk şerimi həyətimizdəki akasiya ağacına yazmışam. O şeiri çapa
verməmişəm, amma durur şeirlərimin içində, İndi də o şeiri heç yerinə
toxunmadan oxucuya təqdim edə bilərəm.
Ümumiyyətlə, mənim işimlə bağlı yeni yazarlarlar mənə müraciət edir.
Şeirlərinə baxıram, poeziyanın sirlərinə yiyələnməmiş, öz üzərində işləmədən, şair
kimi yetişmək də demirəm, şeirin məsuliyyətini dərk etmədən çap olunmaq,
tanınmaq istəyirlər. Mən poeziyaya o qədər məsuliyyətlə yanaşmışam ki, ilk dəfə
çox sonralar çapa təqdim etmişəm şerimi , halbuki ilk çap olunana qədər mənim bir
kitablıq şerim var idi.
3. Həmin şeirlər əzbərinizdə qalıb, şair kimi sizi qane edir həmin o iki şeir?
İlk dəfə “Bu nədi” və “ Təbiətin qoynunda” şerləri ilə Sumqayıt qəzetində
çap olunmuşam. İndi də o şeirlərimi alın açıqlıı ilə oxuyuram lazım gələndə.
Çox zaman şairlər ilk kitabından, ilk çap olunan şeirlərindən utanır.
Peşəkarlaşandan sonra şair gözü ilə baxıb görür zəifliyinimi, qüsurunumu.
Məndə bu olmayıb, çünki çapa tələcməmişəm, öz üzərimdə işləmişəm,
yazdıqlarımdan əmin olandan sonra ortalığa çıxarmışam şeirlərimi. Şeir çar
olunandan sonra oxucu ixtiyarına verilir şairin imzası olaraq və bu imzaya
hörmət etmək mütləqdir.
4. Hansı nəşriyyatlarla işləmisiniz?
Çap işi yazarların sevmədiyi bir işdir. Əsasən tərcümə işi ilə məşğul
olanlar nəşriyyatlarla işləyir.Mən konkret hansısa nəşriyyatla işləmirəm.
Ümumiyyətlə kitab çıxarmağa ərinirəm. Axrıncı kitabımın çapından sonra
xeyli vaxt keçib, təzə kitabı demək olar ki, hazır etmişəm, çox az bir iş
qalıb, ərinirəm məşğul olmağa və eləcə də gecikir. Təzə şeir yazmaq mənə
daha asan gəlir nəinki kitab üçün şeirləri hazırlamaq))) Bir az da bu bayaq
dediyim məsuliyyətdən, kitaba, şeirə, sənətə sayğıdan irəli gəlir. Kitabın
sayının yox, içindəki şeirlərin keyfiyyəti məni maraqlandırır.
Nəşriyyatlara gəlincə, yaxşı olar ki, nəşriyyatlar elə yazarların, əsasən
də şairlər kitab sifarişini götürüb, maliyyəsini alıb çap etmək yox,
Şeirlərinin keyfiyyətinə əmin olduqları şairlərin kitabın nəşr edib, satışını
özləri təşkil etsələr çox yaxşı olar. Bu bizdə yox səviyyəsindədir.

5. Ədəbiyyat sizə nə verdi?

Daha çox mən ədəbiyyata nə verdim deyə
düşünürəm hər zaman. Nə xoş o şairin halına ki, ədəbiyyata nəsə verə bilə.

6. Kimləri oxuyursunuz yazarlarımızdan, dünya ədəbiyyatını izləyirsinizmi?
Əlinə qələm alan hər bir kəs mütləq ədəbi cərəyanları izləməli, ədəbi
hadisələrdən xəbərdar olmalıdır. O cümlədən müasir yazarların da
yazdıqlarına bələd olmaq vacib olmasa da hər halda pis olmaz. Həm
vəzifəmlə əlaqədar olaraq, həm məclis idarə edirəm, həm təşkilatım sırf
mədəniyyətin təbliği ilə bağlıdır ona görə, mən ədəbiyyatın içində olan
adamam. Müasir yazarlarımızın əksəriyyətini şəxsən tanıyıram,
yaradıcılıqlarına bələdəm. Tanımadığım bir yazarın da bircə bənd şerini
deyin, onun necə yazdığı haqqında dəqiq fikir söyləyim, Mənim şeir
zövqümü oxşamaq, təəccübləndirmək çox çətindir, şeir zövqüm çox
yuxarıdır. Bəyəndiyim şeirlər də var, bəyənmədiyim də.
Hər yaş dövrünün öz mütaliəsi var, onu da deyim ki, dəyərli kitabları
oxuyandan sonra bəsit kitablar oxumaq olmur. Mən oxuduğum kitabların
adlarını çəksəm siyahı çox uzun olar)) Evimdə özüm dizaynın verib
düzəltdirdiyim böyük bir kitab şkafım var. Orda olan kitablar çox dəyərli
kitablardır.
7. Bəs stolüstü kitabınız hansıdır masa arxasında oturanda hər dəfə o
kitabdan bir kəlmə olsa da oxuyasınız.

Stolüstü kitablar iki ehtiyacdan doğur. Bir karyera ilə, sənət ilə bağlı
kitablar. Lazım olanda əlin altinda olsun, götürüb baxmaq üçün. Bir də
darıxanda, boş vaxtın olanda götürüb oxuyacağın kitab.
Darıxmaq .air üçünnəticəsi gözəl olan bir momentdir. Mən şeirlərimin
çoxunu darıxanda yazmışam.
Darıxanda
gedəcək yerim-
yarımçıq şeirlərim.
Amma indi hal-hazırda stolumun üstündə Jan-Pol Sartrın “Varlıq və
heçlik” əsəridir ki, təzə başlamışam oxumağa.
8. Son olaraq nələr demək istərdiniz oxucularımıza, hansı şeri
paylaşardınız bizimlə?

Bu zamanlar Zəfərimizin sevincini yaşayırıq. Bu günləri bir gün
yaşayacağımıza ümidimiz tam itməsə də, çox da deyildi. İndi o
müqəddəs, tarixə qızıl hərflərlə yazılan günləri yaşayırıq. Bu sevinc,
bu qürur heç zaman xalqımızdan əskik olmasın. Şairlərimiz bir daha
Qarabağ nisgilli şeirlər yazmasın. Uğurlarımız daimi və davamlı
olsun! Şairin əzəl sözü də, axır sözü də şeirdir. Mən də şeirlə
başladım elə şeirlə də bitirim. II Qarabağ savaşının başlamasından 3
gün sonra(30 sentyabrda) yazdığım şeiri sizinlə paylaşıram. 
Daha qürur zamanı
Daha qürur zamanı,
sevinc maqamı gəldi.
Aldığımız yaranın
sağalmaq anı gəldi.
Otuz il idi məğlub
ölkə vətəndaşıydım,
Öldürməyib inamı
mən bu günə daşıdım.
Belə böyük həsrətin
qəhəri də böyükdür,
Belə məğlubiyyətin
zəfəri də böyükdür!

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2021-Cİ İLDƏ 15 İYUN QURTULUŞ GÜNÜ ŞUŞADA BELƏ QEYD OLUNDU

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsi“ imzalayıblar.

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Bundan başqa, Türkiyə prezidenti Erdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib.

İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, “aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir”.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NİGAR ARİFLƏ MÜSAHİBƏ

Nigar Arif – gənc yazar.

1. Nigar Arif biraz sizi tanıyaq?

Mingəçevirdə anadan olmuşam, lakin 2010-cu ildə ADPU-nun ingilis dili müəllimliyi ixtisası üzrə universitetə daxil olandan bəri Bakıda yaşayıram… Bir müddət öz ixtisasım üzrə müxtəlif kurslarda çalışmışam, daha sonra isə turizm sahəsində işləməyə başladım… Şairlik fəaliyyətimlə isə yəqinki artıq tanışsınız…)

2. Müəllimlik şairlik, sizə daha çox hansı doğmadır əlbəttə də ki, müəllimlik də ali peşədir İkisi bir arda çətin deyilmi bir yandan şagirdlər bir yandan da yazı pozu?

Müəllim olmaq uşaqlıq arzum olub, həm öyrənməyi sevmişəm, həm də öyrətməyi… Bəlkə də müəllim ailəsində doğulduğum üçün o qədər həvəskar idim… Yadımdadırki, bir dəfə uşaqlarla həyətdə “müəllim oyunu” oynayarkən ibtidai sinif müəllimim bunu görmüşdü, təbii ki dərs keçən şəxs mən idim (həmişə müəllim qismində mən olardım) və niyəsə müəllimimin məni bunu görməsindən çox utanmışdım) şükür ki, böyüyəndə arzuma çatdım, lakin hazırda müəllimliklə məşğul olmuram… Elə şairliyə də məktəb yaşlarımdan başlamışam və hər ikisi mənə çox doğmadır. Ana övladlarıni bir-birindən ayırmadığı kimi, mən də onları ayırmıram)

3. Uşaqlıq xatirələrinizdən ən yadda qalanı nə olub?

Pişiklə danışmağım… Çox xəyalpərəst uşaq idim… Həmin vaxtlar davamlı olaraq bir filmə baxırdıq “ Heyvanların əfəndisi”… Orada baş rolda bir qəhrəman var idi ki, heyvanların gözlərinə baxaraq onlarla danışa bilirdi və mən də bundan çox təsirlənmişdim, eynisini bacarmaq istəyirdim… Bir dəfə dərsdən evə gələrkən binamızda bir pişik gördüm, ağzında ciyildəyən nəsə vardı, sərçə balasıdır deyə düşündüm və çox yazığım gəldi… Filmdə edildiyi kimi pişiyin gözlərinə baxdım və çox ürəkdən həmin “sərçə”ni buraxmasını xahiş etdim… Bir neçə saniyə pişik qarşımda gözlərimin içinə baxdı və sonra sakitcə ağzındakini buraxıb üzünü döndərib getdi… Yerimdəcə donub qalmışdım, o həqiqətən məni başadüşmüşdü… Həmin “sərçə” sandığım isə sən demə balaca siçan balası imiş, pişikdən qurtulan kimi harasa qaçdı…)

4. Bəs indi necə xəyalpərəstsiniz evinizdə pişiyiniz var?

Uşaq vaxtı müxtəlif heyvanlar saxlamışam, məsələn hədiyyə olaraq tutuquşu almışdı atam… həyətdə itimiz, dovşanımız olub… amma evdə pişik saxlamağa icazə verilməyib, hələ də yoxdur… Xəyalpərəstliyə gəlincə isə şairəmsə yəqinki hardasa hələ də xəyalpərəstliyim qalıb…) Şairdə bu da olmalıdır deye düşünürəm…

5. Ən çox işləndiyiniz mövzular nələrdir?

Ən çox- həyat, yaşam, ömür, sevgi...

6. Ən böyük dəstəkçiniz kim olub atanız , yoxsa ananız?

Ən böyük dəstəkçim anam olub, elə ilk şeirimi də ona oxumuşam, həmişə məqsədlərimə çatacağıma inanıb…

7. O, şeir yadınızdadırmı?

Bahara aid idi, əzbər yadımda qalmayıb, lakin mənə uğur gətirmişdi, ilk həmin şeirimlə məktəb müsabiqəsində birinci olmuşdum…)

8. Hansı müsabiqələrə qatılmısınız uğurlarınız nə olub?

İlk uğurum az əvvəl də qeyd etdiyim kimi məktəb vaxtı və ilk yazdığım “Bahar” şeiri ilə olmuşdu. Müsabiqədə 6-cı sinifdən başlayaraq 11-ci siniflərə qədər şagirdlər iştirak edirdi, mövzu bahara aid olmalı idi…Mən də həmin vaxt 6-cı sinifdə oxuyurdum, lakin həmin şeiri beşinci sinifdə yazmışdım və heç gözləməsəm də birinci seçildim, yazmağa özgüvənim və inamım da elə həmin gündən sonra başladı… “Sovqat”, “ Tumurcuq” qəzetlərində dərc olunurdum…Sonrakı məktəb müsabiqələrdə də qalib olmuşdum… İnşalarım həmişə fərqlənirdi… Bir neçə dəfə şəhər üzrə ingiliscə inşa yarışmalarında qalib seçilmişdim… Universitet vaxtlarımda bir müddət ədəbi mühitdən uzaqlaşdım…Lakin ixtisasımı bitirdikdən sonra AYB-nin “lll Gənc Ədiblər Məktəbi”nə qatıldım, orada gənc nəslin, yaşlı nəslin nümayəndələrini, indi yaxşı tanıdığım şair, yazarları tanımağa başladım,iki il sonra məzun oldum, həmin illərdə “Dünya Gənc Türk Yazarlar Birliyi”nə də üzv seçilmişdim… Qəzet, jurnallarda, internet saytlarında yenidən dərc olunmağa başladım… Bir neçə verilişə dəvət aldım… 2019- cu ildə dünyanın 52 ölkəsindən 150 tanınmış şairin iştirak etdiyi Avrasiya Materikinin ədəbiyyat üzrə beynəlxalq lV “LİFT “ Festivalına Azerbaycandan seçilən şairlər arasında mən də oldum… Orada dünya şairləri ilə tanış oldum, onlarla söhbətim maraqlı keçdi, şeirlərimlə tanış oldular… O gün bir daha əmin oldum ki, ingiliscə ixtisasa yiyələnməkdə çox doğru seçim etmişəm … Və özümü xoşbəxt hiss etdim ki, belə möhtəşəm şəxslərlə söhbət edə, tanış ola bildim… Bundan sonra orada tanış olduğum və sonradan sosial şəbəkədə dostlaşdığım , şeirlərimlə daha yaxından tanış olan Dünya Ədəbi Festivallarının Direktoru Fernando Rendon tərəfindən dünyanın ən böyük beynəlxalq poeziya festivalı olan “Medillin Festivalının 30-cu il yubileyi”nə – Kolumbiyaya dəvət olundum. Lakin pandemiyayla əlaqədar festival online keçirildi ve orada iştirakım da xarici şairlər tərəfindən bəyənildi, şeirlərimi ingiliscə oxudum, eyni zamanda da ispanca tərcümələri səsləndirilirdi… Həmin festivaldan sonra xaricilərin şeirlərimə marağı artdı, sosial şəbəkədə dünyanın bir çox yerindən şairlərin dostluq təkliflərini aldım, onlardan şeirlərim haqda xoş sözlər eşidirdim… Daha sonra 52 Avropa ölkəsindən – hər ölkədən yalnız bir nəfər şairin karantine həsr etdiyi şeirlə çıxış etməli olduğu Beynəlxalq “Wordtrip Europe” layihesində Azərbaycan təmsilçisi olaraq iştirak etdim… Bu şeir və çıxışım da çoxlarının marağına səbəb oldu, şeir dünyada çox bəyənildi ,müxtəlif dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə, hətta Afrikanın “Kenya” universitetində dünya şairlərinin karantinə həsr etdiyi şeirlərdən ibarət antologiyada dərc olundu… Daha çox beynəlxalq festivallara dəvət almağa başladım, Hindistan, Sansalvador, İtaliya və s. yerlərdə keçirilən Beynəlxalq festivallarda iştirak etdim, şeirlərim qismən müxtəlif dillərə tərcümə edilməyə başladı, İngilis,Montenegro,Türk, Fars, Hindistan, Urdu, İspan, Ərəb,Portuqal dillərində bir neçə şeirim müxtəlif ölkələrdə dərc olundu… Meksikalı yazar Giselli Lucia “ Cardenal Revista” jurnalında mənim haqda bəhs etmiş,tərcümə etdiyi şeirlərimi dərc etmişdi. Montenegroda şeirlərimi həmin dilə tərcümə edən Lena Ruth Stefanovich oradakı məşhur bir jurnala verdiyi yazılı müsahibəsində mənim haqda da danışmışdı… Maraqlısı da budur ki, müsahibə götürən şəxsin özü şeirlərimin tərcüməsini oxumuş və həmin tərcümələri edən Lena Ruth Stefanoviçdən mənim haqda maraqlanmışdı… Bundan başqa Mərakeşdə beynəlxalq “ İnsanlıq və Yaradıcılıq” Forumunun üzvü seçildim, Hindistan jurnalının səhifəsində Azərnaycanlı şair kimi koronavirusla bağlı dünyadaki insanlara motivasiya və dəstək xarakterli çıxışım yayımlandı… Dünyadaki ədəbi fəaliyyətlərimə görə Livan Mədəniyyət səfiri və Mədəniyyət Forumunun rəhbəri Tagred Fayyad tərəfindən, daha sonra Hindistanın “Gujarat Sajitya” Akademiyası tərəfindən və s. sertifikatlarla təltif olundum…

9. Ədəbiyyata yeni gələn gənclər necə sizi qane edirmi oxuyursunuzmu?

İstedadlı gənclər var, sosial şəbəkədə qarşıma çıxan şeirlərə nəzər yetirirəm,lakin mütəmadi olaraq oxumağa işlə əlaqədar vaxtım olmur…

10. Son olaraq nə demək istərdiniz qarşınıza qoyduğunuz məqsədlər nədir hansı Şeirinizi paylaşmaq istərdiniz oxucularınızla?

Məqsədim olduğum hər bir sahədə , hər bir işimdə böyük uğurlara imza atmaq, cəmiyyət üçün xeyirli bir insan olmaq… Son olaraq sizə və bu müsahibəni oxuyacaq hər kəsə təşəkkürümü bildirirəm…

…..Addım-addım….
(Nigar Arif)

Yarpaq-yarpaq tökülərsən içindən,
Şehli qalar dodağında gülüşün.
Qatar-qatar arzuların köçündən,
Əl eyləyər uzaqlara öpüşün.

Bir od düşər ürəyinə beləcə,
Qayğıların cüt asılar yaxandan
Yıxılarsan fikirlərin üstünə,
Ürpənərsən gözündəki baxandan.

Neçə küçə baxışına qısılar,
Unudarsan özün boyda kədəri,
Addım – addım gedənlərin dalınca,
Addım- addım ovudarsan şəhəri.

Əlindəki əsa döyər ağrını,
Ayaqların daşımaz o yükünü,
Düşüncələr ağarar saçlarında,
Kəsə bilməz dərdlərinin kökünü.

Bütün ömrün öz- özünə yad gələr,
Gözün çəkən yollar geri qayıtmaz.
Asta-asta əcəl döyər qapını,
“Yuxu” deyib heç kim səni oyatmaz.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“BİTİK.AZ” SAYTI İSTİFADƏYƏ VERİLDİ

Salam olsun! Dəyərli oxucular və yazarlar, kitabları almaq və satmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

Mob (WhatsApp): 070-390-39-93

Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26

Bakı şəhərində yerləşən daşınmaz əmlakınızın (yeni və köhnə binalarda yerləşən 1, 2, 3, 4 otaqlı və s. mənzillər) satışını təşkil etmək məqsədi ilə əlaqə saxlaya bilərsiniz: Mob (WhatsApp): 070-390-39-93

Bütün bunlardan əlavə Siz saytımz vasitəsi ilə evdə-məişətdə vacib olan gündəlik təlabat mallarını (əşya və ləvazimatları), və sevdiklərinizi, uşaqları sevindirmək üçün hədiyyələri sərfəli qiymətə çatdırılma üsulu ilə ala bilərsiniz:

Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Şahverdiyev – anım günü

Akif Şahverdiyev – gözəl insan.

Vəsiyyət:

“Başdaşıma yaşadığım illəri qoyub, doğulub-öldüyüm illəri yazmayın. Bilirəm, deyəcəksiniz: Yazıq, gəldi, yaşamadı, getdi.” (Akif Şahverdiyev)

 “Hərənin qəlbində bir nisgil var. Hərənin könlündə kiminsə yeri görünən boşluğu var. Ayrılığına dözə bilmədiyimiz adamlar yadımıza düşdükcə ürəyimizdən kövrək bir istək keçir – onunla görüşmək istəyi. Lakin bu mümkünsüzlüyü bildiyimizdən həsrətini çəkdiyimiz kəsin surətini xəyalımızda canlandırıb onun özünə yanıqlı-yanıqlı bir şikayət edirik: Sənsiz yaman darıxmışam…” (Akif Şahverdiyev. 8 may 1997-ci il)

 Bəli, doğrudan da belədir. İnsan, ona əziz və doğma olan bir kimsəni həmişə xatırlayır, yoxluğuna dözə bilmir. Onunla keçirdiyi xoş günlər, saatlar bir-bir gəlib göz önündən keçir. Yaxşı insan isə heç vaxt unudulmur. Əbədi ürəklərə köçür.

 İyun ayının 13-ü peşəkar jurnalist, pedaqoq, yazıçı, eyni zamanda gözəl insan, böyük ürək sahibi Akif Bəşir oğlu Şahverdiyevin vəfatından iki il ötür. Yoxluğu, ailəsi, dostları, həmkarları və tələbələrini sarsıdır. Onun yeri elm ocaqlarının auiditoriyalarında, Nəşriyyat binasının redaksiyalarında, qohum-qonşu içində, ən əsası ziyalı bir ailəsinin yanında görünür.

 Akif Şahverdiyev uzun illər Azərbaycan Milli Mətbuatında müxtəlif vəzifələrdə çalışmış, ömrünün demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Belə ki, Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Ordusu” qəzetində, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetində, “Azdövyerqurlayihə” İnsitutunun “Yer” qəzetində, “Ana Vətən” qəzetində, “Press Əks-Səda” qəzetində, “And” qəzetində, “Ədəbiyyat” qəzetində, “Nyu-Media” qəzetində, “Sabah” qəzetində çalışıb. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi, 110-a yaxın hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.

 Pedoqoji fəaliyyətinə gəlincə, bir neçə universitetdə – Naxçıvan Universitetində (1 oktyabr 1999-30 iyul 2001, fakultə: jurnalistika), Cənubi Rusiya Humanitar İnstitutunda (5 oktyabr 1999, baş müəllim, fakultə: hüquq, iqtisadiyyat və tərcümə (linqvistika)), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (2 sentyabr 2002, fakultə: jurnalistika), Odlar Yurdu Universitetində (1 sentyabr 2003, fakultə: hüquq və beynəlxalq münasibətlər (jurnalistika ixtisası üzrə)), Bakı Avrasiya Universitetində (15 sentyabr 2006, fakultə: jurnalistika), Qərb Universitetində (1 sentyabr 2001-17 avqust 2015, fakultə: jurnalistika) dərs deyib.

 1991-ci ilin fevralında 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.

 Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

 1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.

 31 may 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda  “1990-2000-ci İllərdə Azərbaycanda Ali Təhsilin İnkişaf Yollarının Pedaqoji Mətbuatda Əksi ” mövzusunda dissertasiya müdafiə edib.

 18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib.

 Qarabağ Müharibəsi Veteranıdır. (4 may 1999-cu il. Nəsimi Rayon Hərbi Komissarlığı. Vəsiqə M/V N:030019)

 Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may 2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.

 25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.

 1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.

  2006-cı ildə”Odlar Yurdu” universitetinin Elmi Şurasının qərarı ilə (Elmi Şuranın sədri professor Əhməd Vəliyev) “Azərbaycan Mətbuat Tarixi” kitabının tərtibi bu universitetin jurnalistika, dil və ədəbiyyat kafedrasının müəllimi Akif Şahverdiyevə həvalə olunub. Akif Şahverdiyevin böyük zəhməti sayəsində ərsəyə gələn kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006 tarixli 181 saylı əmri ilə təsdiq edilib. Kitab 2006-cı ildə “Təhsil” nəşriyyatında çap olunub. Giriş ön söz və beş fəsil hissədən ibarət olan kitab jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər və Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. Kitabın elmi məsləhətçisi Əhməd Vəliyev, rəyçilər Nizami Cəfərov və Əjdər Ağayevdir.

 Eyni zamanda A.Şahverdiyev 2009-2010 və 2011-ci illərdə Bakı Avrasiya Universiteti tələbələrinin bakalavr hazırlığı üçün müxtəlif fənlər üzrə dərs proqramları – “Hərbi Mətbuat Tarixi”, “İxtisaslaşma-Radio və Televiziya”, “Jurnalist sənətkarlığı və tələbələrin praktik yaradıcılığı”, “Azərbaycan Mətbuat Tarixi”, “Jurnalistikaya giriş”, “Radio və Televiziyada ədəbi iş”, “Ədəbi redaktə”, “Kütləvi informasiya vasitələrinin dili və üslubu”, “Nəşriyyat işinin əsasları”, “Azərbaycanda müasir KİV sistemləri”, “Tələbələrin tədris təcrübəsi”, “İnformasiyalı cəmiyyət”, “Qlobal İnformasiya Cəmiyyəti və Milli Təhlükəsizlik”, “Tələbənin istehsalat və diplomqabağı təcrübəsi” və s. hazırlayıb.

 Akif Şahverdiyev jurnalist və pedoqoji fəaliyyətilə paralel olaraq bədii yaradıcılıqla da məşğul olmuş, həm nəsr, həm də nəzmdə qələmini sinaqdan keçirmişdir. Onun ilk müəllifi olduğu kitab “Ömrə sığmayan həyat” adlı sənədli-bədii povestdir. Ön söz, yeddi fəsil və son söz əvəzi hissədən ibarət olan əsər metodist müəllim, jurnalist, tərcüməçi Natiq Yusif oğlu Səfiyevin həyat və yaradıcılığına həsr olunub. Kitabin elmi məsləhətçisi Vaqif Arzumanlı, elmi redaktoru Əjdər Ağayev, redaktoru Təranə Yaşarqızıdır. 170 səhifədən ibarət kitab 1988-ci ildə “Əbilov, Zeynalov və oğulları” mətbəsində çap olunub.

  Müəllifi olduğu “Ruhun harayı” kitabı Qazax rayonunda “Balaxanım ocağı” deyilən müqəddəs bir ailənin üzvü – Novruzova İmamirə Qədim qızına həsr olunub. 96 səhifədən ibarət olan bu kitab 2000-ci ildə “Təbib” nəşriyyatında çap olunub.

 2004-cü ildə “Təhsil” nəşriyyatında çap olunan, 154 səhifəlik “Vüsala doğru” (povest, hekayə və şeirlər) kitabında müəllif adət-ənənə və mənəviyyatla bağlı bir sıra problemlərə toxunmuşdur. Kitabın redaktoru yazıçı-ilahiyyatçı Oqtay Salamzadədir.

 Eyni zamanda Akif Şahverdiyev deyimlər və aforizmlərlə zəngin olan “Söz qalası” (“Təknur” nəşriyyatı, 2013. 122 səh. Redaktor Şahlar Göytürk (Məmmmədli)) və “Güzgü” (“Təknur” nəşriyyatı, 2016. 140 səh. Redaktor İsmayıl Kazımov. Bədii redaktor Gülər Eldarqızı) kitablarının müəllifidir. Sosial şəbəkələrdə paylaşdığı deyimlər toplanan hər iki kitabda müəllif dilimizin zənginliyini qorumaqla milli-mənəvi sərvətlərimizi qiymətləndirməyə çalışmış, gənclərə əxlaqi dəyərləri təlqin etməyə cəhd etmişdir. Kövrək hisslərlə onu da qeyd edim ki, “Güzgü” kitabı ədibin yaradıcılığının son məhsuludur.

 2018-ci ilin qış aylarında Azərbaycan cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq tədqiqat işi aparan Akif Şahverdiyev Azərbaycan Cümhuriyyətinin qurucuları, eləcə də həmin ərəfədə (1918) – AXC dövründə xidmət etmiş 21 general haqqında, Azərbaycan parlamentinin işçiləri haqqqında, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 11-ci Qızıl Ordu tərəfindən işğal edilərək böyük terror dalğasının başlanması və nəticədə yüzlərlə azərbaycanlı hərbçinin qətlə yetirilməsi, (onların böyük hissəsi AXC ordusunda xidmət edən yüksək rütbəli şəxslər idi) güllələnən 8 azərbaycanlı general haqqında Facebook səhifəsində ardıcıllıqla oxucuları məlumatlandırıb. Təəssüf ki, Bakının Türk ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə şəhərdə keçirilən möhtəşəm bayram tədbirlərini və hərbi paradı görmək ona qismət olmadı. O, öz Facebook səhifəsində, eləcə də müxtəlif sahələri əhatə edən yaradıcılığında tariximizi, ədəbiyyatımızı yaşadan materiallar ərməğan etdi, miras qoydu.

 A.Şahverdiyevin ədəbi-bədii, publisist yaradıcılığını, eləcə də pedaqoji fəaliyyətindəki nəaliyyətlərini onun şəxsiyyətindən kənarda təsəvvür etmək olmaz. O, özünün intellektual səviyyəsi ilə həmişə sayılıb, seçilənlərdən olub. Qürur, vətəndaşlıq, humanizm, müdriklik və insanilik onun şəxsiyyətini səciyələndirən əsas amillərdir. Tərifdən, şan-şöhrətən daim uzaq qaçan təvazökar, təmənnasız bir insan idi Akif Şahverdiyev.

“Deyiln söz ömürdən qısadırsa –cahilliyin, ömür qədərsə– adilliyin, sahibindən sonra yaşayacaqsa – aqilliyin nişanəsidir” deyən ədib bu gün “aqil insan” adına layıq görülür. Bəli, onun qələmindən çıxan hər bir söz indi, öz sahibindən sonra yaşayır, aqilliyin dərəcəsinə çatır. İllər ötsə də onun adı  xələflərinin, eləcə də hər bir vətənpərvər insanın qəlbində yaşayacaq.

 Akif Şahverdiyevin müəllifi olduğu məqalələrdə, bədii əsərlərdə vətənə misilsiz sevgisi, ləyaqəti, əzimliyi duyulur. İnsan qəlbinin ən kövrək, incə notlarına toxunur. Şeirlərindən və sosial şəbəkədə paylaşdığı yazılarından onun dərdlə dost, yoldaş olduğu, öz şəxsi həyatındakı çətinliklərlə yanaşı doğulduğu, yaşadığı vətən torpağının da iztirabı var. O, ictimai haqsızlıqlarla, ədalətsizliklə barışa bilməyən bir ruh sahibi idi. Həyatı ilə yaradıcılığı arasında düz mütənasiblik olan müdrik ustadın silahı ancaq və ancaq mübariz qələmi idi.

Çilikləndi ürəyim,

Əl görmədi kürəyim,

Daşdan çıxdı çörəyim,

Yaşadım…

Yolum dirəndi daşa,

Dərdimlə doldum yaşa,

Ümidlə qaldım qoşa,

Yaşadım…

Əyri yola getmədim,

Arzu etdim, yetmədim,

Nəsə, ölüb-itmədim,

Yaşadım…

 “Daşdan çıxdı çörəyim, yaşadım” – deməklə əziyyətli, dərdli-kədərli bir həyat yolu keçsə də ümidi isə heç vaxt itmir, “Ümidlə qaldım qoşa, yaşadım…”söyləyir. “İnam itər, ümid itməz” düşünərək, inamını itirsə də ümidini heç vaxt itirmir.

 “İnsan ilk dəfə gözüyumulu doğulur, gözü sonra açılır. İkinci dəfə sevəndə doğulur – açıq gözü bağlanır.

İnsan ilk dəfə sevdiyini itirəndə ölür və gözü açılır. Gözü açıq və bağlı, fərqi yoxdur, ümidini itirəndə isə, birdəfəlik ölür.” (Akif Şahverdiyev)

 Ölümündən sonra müxtəlif mətbu orqanlarda və saytlarda Akif Şahverdiyevin əziz xatirəsini uca tutan, haqqında yazılmış neçə-neçə məqalələr çap olunmuşdur.

 Şair-publisist Əbülfət Mədətoğlu Akif Şahverdiyevlə bağlı xatirələrindən yazır:

  “Akiflə ilk tanışlığım 1989-cu ildə Beyləqanda olub. O zaman mən Xankəndində Dağlıq Qarabağ Təşkilat Komitəsində çalışırdım. Beyləqana mətbuat nümayəndəsi kimi gəlmişdim. Müəyyən işlərlə bağlı informasiya toplamalı idim. Bir gün Beyləqanda bir çayxanada dostlarla çay içib söhbət edirdik. Bu zaman Akif bizə yaxınlaşıb görüşdü. Dostlarım bizi tanış etdi. Dedilər ki, yerli jurnalistdir, Bakıda çalışır. Rayona qonaq gəlib. Beləcə Akiflə tanış olduq.

 1991-ci ilin oktyabrın 30-dan 31-ə keçən kecə bizim kənd işğal olandan sonra ailəliklə Füzuli rayonuna gəldik. Qısa bir zamandan sonra isə Beyləqana köçərək uşaq baxçasında məskunlaşdıq. Həmin uşaq baxçası Akif gilin evindən hardasa 600-700 metr məsafədə idi. Artıq onda mən hərbi jurnalist idim. “Xalq Ordusu” (indiki “Azərbaycan Ordusu”) qəzetində cəbhə müxbiri kimi fəaliyyət göstərirdim. Beyləqan rayonuna – batalyona tez-tez gedirdim.

 Akif müəllimgilin evinin yanında Xocavənd rayonunun polis şöbəsi yerləşirdi. İkinci görüşümüz elə orda- evlərinin yaxınlığında oldu. Məni evlərinə dəvət etdi. Oturub çay içdik. Ailəsi ilə tanış etdi. Dedi ki, nə lazım olsa, nəyə ehtiyacın olsa, biz burdayıq. Anası rəhmətlik çox mehriban qadın idi. Beləcə, münasibətlər davamlı oldu. Tez-tez qarşılaşırdıq.

 1994-cü ilin fevral ayında ordudan təxris olundum və Bakıya gələrək Azərbaycan Nəşriyyatında- “Ədalət” qəzetində çalışmalı oldum. Akif də səhv etmirəmsə 3-cü mərtəbədə otururdu. Bir gün koridorda rastlaşıb görüşdük. Beləcə, münasibətlər daha da şirinləşdi. Müəllifi olduğu kitabları aftoqrofla mənə verdi. Bir neçə yazılarını göndərdi, qəzetimizdə çap etdim.

 Axırıncı görüşümüz isə Bakıda – Hava Limanında oldu. Bakıdan Naxçıvana uçan təyyarədə. Təyyarəyə qalxanda gördüm ki, Akif ortada dayanıb, yanında oturanları yerləşdirir. Salamlaşdıq. Əllərində şirinliklər, xonçalar var idi. Dedim xeyirdimi? Dedi xeyirdi inşallah, dostum İlhamın oğlu üçün elçiliyə gedirik. Çox sevindim, təbrik etdim. Naxçıvanda limana enəndə xeyli söhbət etdik. Məni təzə qohumlarla tanış etdi. Vədələşdik ki, Bakıya qayıdanda görüşüb, söhbət edərik. Təəssüf ki, bu bizim son görüşümüz oldu.

 O, mənim yaddaşımda dəyərli jurnalist, gözəl insan, ən əsası isə sözə xidmət edən bir insan kimi qaldı. O, sözə xidmət edirdi, qələmə qulluq edirdi. Allah rəhmət eləsin!”

 AMEA Dilçilik İnstitunun elmi işçisi Şahlar Göytürk “Ölümün çiçək açsın” məqaləsində ustadla bağlı xatirələrindən belə yazır:

“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar.” Bəlkə elə buna görə bu əbədi ayrılıq mənə yuxu kimi gəlir, axirət dostum Akif müəllim! Ruhun şad olsun!

 Səninlə bir yerdə işləməyi çox arzulayırdım, çünki vaxtilə BAAU-da iş yoldaşı olmuşduq. Sənin necə dəyərli bir ziyalı, səmimi və ləyəqətli şəxsiyyət olduğunu yaxşı bilirdim. Sonra Monitorinq şöbəsi təzə-təzə yarananda iki ay təmənnasız şöbəmizə yardımçı oldun…

 İki il idi ki, işsiz idin. Direktora işlə bağlı xahiş etdim. O da razılaşdı, işə götürəcəyinə söz verdi. Sevincimiz yerə-göyə sığmırdı… Dedin ki, eşidən, bilən bütün qohum-əqrabam Dilçilik İnstitutunda işə düzəlməyim münasibətilə zəng edib məni təbrik edir. Ailəmizdə toy-bayramdır.

İşlə bağlı əmrin veriləcəyi gün gözləmədiyimiz bir cavab aldıq: “İxtisasınız uyğun deyil. Sənədləriniz burada qalsın, əlaqə saxlayarıq”.

 Ayrılanda mənə xeyirxahlıq üçün dönə-dönə təşəkkür elədin. “Bu mənim son şansım idi” – dedin…

 Direktor iki gün bundan qabaq “dostunu işə götürəcəyəm” deyəndə sevinmədim. Artıq gec idi.

Ayrılıq xəbərin məni bərk sarsıtdı. Haqq dərgahında məqamın uca olsun, Akif müəllim!

 Ölümü xatırlayan insan Tanrının sevimli bəndəsidir…

Bu Sənin sonuncu şeirin idi…

Elegiya

Daxma qışımdan çıxıb
Üzü yaza gedirəm…
Tək-tənhaca bürünüb
Bir palaza, gedirəm…

Bir yurd var ürəyimdə
Di gəl yolu uzaqdı.
Çölüm bahar ətirli,
İçim qardı, sazaqdı.

Heybəm-dolu kədərdi,
Tutub yolu gedirəm.
Ölümə tunel qazıb
Üzüsulu gedirəm.

Öz uca ölümümü
Öyə-öyə gedirəm.
Məndən qaçan əcəli
Söyə-söyə gedirəm.

Gedirəm ki, dünyanın
Qoy yeri geniş olsun.
Burda mənə iş qəhət,
Bəlkə orda iş olsun.

“Ölümün çiçək açsın”
Deməyir bircə bəndə.
Ruh da qalmaq istəmir
Bu lazımsız bədəndə.”

“Açıq səma” qəzetinin baş redaktoru Şamo Nərimanoğlu yazır:

“İs­lam dün­ya­sı­nın par­laq bir si­ma­sı olan Həz­rət Əli bu­yur­muş­dur: «Mə­nə bir hərf öy­rə­də­nin kö­lə­si ola­ram». Bu ib­ra­ta­miz cüm­lə mi­nil­lik­lə­rin süz­gə­cin­dən ke­çib bu gü­nü­mü­zə gə­lib ça­tıb. Bu gün də öz də­yə­ri ilə çox­la­rı­na ör­nək­dir bu kə­lam. Bun­dan mə­nə­vi qi­da alan çox­say­lı in­san­lar­dan biri də Akif Şahverdiyev idi. «Azərbaycan» nəşriyyatında bu səmimi insanı tanımayan tapılmazdı. Səmimiliyi, istedadı ilə çoxlarına örnək olan bu insanın ömür yolu heç də hamar olmayıb. Məşəqqətli bir həyat yolu keçib gəlmişdi. Jurnalistika sahəsi ilə ülfət bağlayan bu insan həm də təcrübəli bir müəllim idi. Onun yetirdiyi məzunlar saysız-hesabsızdır. Bu şərəfli və məsuliyyətli peşənin sirlərini gənc nəslə öyrədən Akif müəllim həmişə kimliyindən asılı olmayaraq, hamıya düzlüyü, reallığı dönə-dönə vurğulayardı. Bu sahədə əldə etdiyi uğurlardan heç vaxt arxayınlaşmazdı, daim axtarışda idi. Azərbaycan jurnalistikasının dinamik inkişafı naminə əlindən gələnləri əsirgəmirdi. Bu peşənin ululuğundan, aliliyindən bəhs edən Akif müəllim bir neçə kitabın da müəllifi idi. Dəfələrlə yazarlar arasında keçirilən müsabiqələrdə qalib kimi tanınır, xüsusi bir istedad sahibi idi. Uzun illər idi ki, onu əsl jurnalist kimi tanıyırdım. Harada işləməsindən asılı olmayaraq, çoxlarının dərin hörmətini qazanmışdı. Akif müəllim həmişə deyərdi: “Bu gün oxucu çeynənmiş yazı istəmir. Yeni bir ideya axtarışındadır. Bunun üçün də jurnalistlər işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. İnformasiya bolluğu junralistika sahəsini bitib-tükənməyən uğurlara inamla aparır.” Bu gün də bir çox universitetlərdə bu təcrübəli jurnalisti ehtiramla anırlar. Çox təəssüflər olsun ki, Akif müəllim 59 yaş yaşadı, amma çox mənalı bir həyat yolu keçdi. Onun ölüm xəbərinə çoxları inanmadı. Həmişə gülərüzlülüyü, səmimliyi ilə seçilən bu insanın bu fani dünyaya əlvida deyib getməsi bizləri çox sarsıtdı.

Akif müəllim eyni zamanda qayğıkeş bir ata idi, 3 övlad böyüdüb tərbiyə etdi – 2 oğlan, 1 qız. Bu gün bir oğlu hüquqşünas kimi, digəri isə Fövqəladə Hallar İdarəsində zabit kimi çalışır. Qızı isə ali təhsilli müəllimdir. Həmişə nəvələri ilə fəxr edən, qürur duyan Akif müəllim iki ildir ki, axirət dünyasındadır. Nəvələri otaqları bir-bir açıb sevimli babalarını səsləsələr də, artıq onlara cavab verə bilmir Akif müəllim. Əzizlərinə, doğmalarına qara çərçivədən boylanır.

Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!”

Daşdəmir Əjdəroğlu yazır:

 “Akif müəllimi uzun illərdir ki, tanıyırdım. Tanıyırdım dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam.”

  “Vaxtilə çalışdığı müxtəlif mətbuat orqanlarında axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.”

 “İstər mətbuat sahəsində, istərsə də ali məktəb auditoiyalarında özünə dost tapdığı insanlar Akif müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu digərlərinə nümunə göstəriblər. Həqiqətən də nümunəvi jurnalist, nümunəvi insan, vicdanlı pedaqoq, saf, təmiz müəllim olmaq onun həyatının bir parçasına çevrilmişdi.

  “Hər dəfə Akif Şahverdiyevlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu xatılayırdım. “Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Akif müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam” idi…

 ‘‘Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən A.Şahverdiyev təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb, çətin bir dövrün ağır sahələrindən olan pedaqogikanın cəfakeşlərindən olub.”

“2018-ci il iyunun 14-dən Xırdalan qəbiristanlığında bir insan uyuyur… Bu, uzun illərin dostu olmuş, ömrünün aqillik dövrünə qədəm qoymağa hazırlaşmış, ziyalı ömrünü yaşamış, hər gününü axtarışlara, yaradıcılığa həsr etmiş zəngin insan olan Akif Bəşir oğlu Şahverdiyevin məzarıdır.”

 “Akif müəllim Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi. Özü getdi, xoş xatiələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur. Lakin bir həqiqət də var ki, Akif Şahvedriyevin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır!”

(Daşdəmir Əjdəroğlu. “Ədalət və Həqiqət” qəzeti. 19 iyul- 5 avqust 2018-ci il. Səh-13)

Hərbi-jurnalistikanın yaranması və formalaşmasında Akif Şahverdiyevin əməyi böyükdür. O, Azərbaycan ordusu sıralarında xidmətdə olduğu dövrlərdə dəfələrlə cəbhə bölgələrində olmuş, saysız-hesabsız məqalə, reportaj, oçerklər yazmışdır. “Asiman” qəzetinin 2005-ci il 24 fevral sayında dərc olunan “Siz kimsiniz” sərlövhəli müsahibədə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının magistrı Asimə Rasimqızı ilə Akif Şahverdiyev arasında maraqlı bir polemika yaranır. Vətənpərvərlik mövzusu ilə bağlı yazdığı məqalələrindən söhbət açan A. Şahverdiyevin fikirləri maraqlı olub: “1992-ci ilin Xocalı soyqırımından bir neçə ay sonra, yəni iyun ayında 3 körpə uşağımı analarına tapşırıb Respublika Müdafiə Nazirliyinə gəldim. Cəbhəyə getmək üçün ərizə yazdım. O vaxt general-mayor Nurəddin Sadıxov bir neçə gənc zabitlə birlikdə mənim də döyüş bölgəsinə – Laçına göndərilməyim üçün əmri imzalasa da, bir neçə saat sonra yanına çağırdırıb soruşdu: -Tank sürə bilirsən? -Yox. -Topdan atmısan? -Yox. -Xəritələrdən, döyüş xəritələrindən başın çıxır? -Yox. -Oğlum, onda sənin Laçında nə işin var? Yaxşısı budur, qələmini silaha çevir. O, əmri dəyişərək məni əsası 11 fevral 1992-ci ildə qoyulmuş “Xalq ordusu” qəzetinin informasiya şöbəsinin rəisi təyin etdi…” (“Asiman” qəzeti, 24 fevral, 2005-ci il. Asimə Rasimqızı)

 “ATRİBUT” qəzetinin redaktoru Mahir Nemətoğlu Akif Şahverdiyevin əziz xatirəsinə həsr etdiyi “Yaxşılardan biri də getdi” adlı xatirəsində ustadla bağlı təəssüratlarından söhbət açır:

  “Akiflə bir vaxtlar “And” qəzetində tanış olmuşduq. Heç kimə bənzəməyən bir xarakteri vardı. Yəni, sanki bu dünyanın adamı deyildi. Həddən artıq sadə, inanılmaz dərəcədə iddiasız, qərəz bilməyən, dedi-qodudan uzaq bir insan idi. Ətrafdakılara ancaq müsbət enerji paylamaqla məşğul olardu. Çoxları ona ürəyini açar, dərdini deyərdi. Heç 10-15 dəqiqə çəkməzdi ki, Akifin həmsöhbəti xoş ovqatla ayrılardı. Özünün də üzündən təbəssüm əskik olmazdı. Onu incidərdilər, di gəl özü kimsənin xətrinə dəyməzdi. Çox nikbin idi. Hətta canı ağrıyanda, xəstə olanda belə zarafatlarından, yumoristik söhbətlərindən qalmazdı.

 Çoxlarına yol göstərməyi, məsləhət verməyi bacarırdı. Pislik onluq deyildi, daim yaxşılığa can atardı. Ara-sıra badalaq vuranlar, nankorluq edənlər də tapılırdı. Heç ürəyinə salmazdı, “canı sağ olsun” deyib köks ötürməklə kifayətlənərdi.”

  “Akif müəllim həyatda çox məşəqqətlər gördü, amma heç kimin qabağında sınmadı, heç kimə əyilmədi. Vüqarlı bir ömür yaşadı. Onun ən böyük var-dövləti ailəsi, övladları idi. Bütün varlığıyla onlara bağlı idi.”

(Mahir Nemətoğlu. “ATRİBUT” qəzeti. 07-13 iyul 2018. Səh-3) 

 Atasının qəfil ölümündən sarsılan Qorqud Şahverdiyev sosial şəbəkədə (Facebook) paylaşdığı “Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm” adlı məqaləsində ustadla bağlı xatirələrdən və onun keçdiyi vüqarlı həyat yolundan yazır:

 “Mənim həyatımda mətbuat, jurnalistika, publisistika, nəşriyyat, məqalələr, informasiyalar xüsusi rol oynayıb. Çünki mən qəzetlərin, jurnalların, kitabların arasında böyümüşəm. Bizim evdə, köhnə masamızın ətrafında tez-tez ziyalı insanlar yığışar, elmi, ədəbi müzakirələr aparardılar. Atam məni uşaqlıqdan öz yanında Azərbaycan Dövlət Nəşriyyatının dar koridorlarında gəzdirib. Mətnin yığımı zamanı yazı makinası ilə sürətli yazmağı, orfoqrafik səhvlər etməməyi, korrektə edərkən üslubiyyətin diqqətlə analizini, qəzet və kitabın dizayn edilmə qaydalarını, mətbəələrin səs-küylü iş prossesini atam həvəslə öyrədib mənə. “Kütləvi informasiya vasitələri” haqqında, “İnformasiya əldə etmək” haqqında, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununlarını orta məktəb şagirdi olanda bir neçə dəfə oxumuşdum. İndi mən ixtisasca hüquqşünas olsam da jurnalistikanı həmişə özüm üçün doğma saymışam. Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm.

 22 iyul tarixi həmişə bizim evimizdə bayram kimi qeyd edilib. Atam Milli Mətbuat günü münasibəti ilə hər il öz müəllimi Şirməmməd Hüseynova zəng edərək təbrik edər, həmçinin öz tələbələrindən saysız-hesabsız təbrikləri qəbul edərdi.

 O, öz həyatını milli mətbuatımızın inkişafına həsr etmiş, xalqımızın maariflənməsində, vətənpərvərlik hislərinin aşılanmasında, milli və bəşəri dəyərlərin təbliğində mühüm işlər görmüşdür. Vətən sevgisi ilə yaşamış, milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi.

 Akif Şahvediyev millətin inkişafını insanların maariflənməsində görürdü. Təsadüfi deyil ki, onun yaradıcılığında bədii ədəbiyyatla bərabər həm də qalaq-qalaq elmi tədqiqat əsərləri mövcud olmuşdur. Onun elmi-publisistik yaradıcılığı çoxşaxəli idi. Yaradıcı dühası və əməli fəaliyyəti bir çox sahələri əhatə edirdi. Misal olaraq maarif, jurnalistika, ictimai-siyasi və fəlsəfi fikirlər, nitq mədəniyyəti, kitabşünaslıq, nəşriyyat işi və s. göstərmək olar. Şübhəsiz ki, xalqının dərdini, problemini qələmə almaq onun vətəninə olan sonsuz məhəbbətindən irəli gəlirdi.

 Qayğıkeş, ailəcanlı, qonaqpərvər, dəqiq, sözündə bütöv və bir çox başqa müsbət keyfiyyətlərə malik idi. Milli olduğu qədər bəşəri olan, güldürməyi bacardığı kimi düşündürə bilən atam dünyadakı yenilikləri duyan, soy tarixinə bağlı bir ustad olmuşdur.

 Öz ömrünü elmə, təhsilə, mədəniyyətə həsr etdi. Onun Azərbaycanın müasir mətbuatında əvəzedilməz xidmətləri olub, tariximizi bütün qəlbi ilə sevirdi, ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olub.

 Ziyalı, dərin düşüncə sahibi olan, böyüklə-böyük, uşaqla-uşaq kimi rəftar edən atam el ağsaqqalı, and yerimiz idi. Müdrikliyi, sadəlövhlüyü, sədaqətliyi ilə hamının sevgisini qazanmışdı. 
 Mərd yaşadı, həmişə sözün düzünü dedi, ləyaqətini uca saxladı.

 Atam, öz imzası və üslubu ilə çox fərqlənirdi. Yazıb-yaratmaqdan usanmırdı. Onun lirik şeirləri, satirik yazıları, deyimləri hələ uzun illər dillərdə yaşayacaq, kitabları əl-əl gəzəcək.

 Qələmi kəskin idi. Mənə qələm tutmağı da, qərar qəbul etməyi də, ağı qaradan ayırmağı da atam öyrədib. Tez-tez siyasətlə, peşə fəaliyyətimizlə, dinlə bağlı uzun-uzadı söhbətlər edərdik. Gecə yarısına qədər çəkərdi bu diskusiyalar. Xatirələrini dilə gətirməklə tərbiyələndirərdi biz övladlarını. İndi sağlığında toxunulmaz saxladığı əlyazmalarını vərəqlədikcə öz xatirələrini kağız üzərində əbədiləşdirdiyinə şahid oluram. Bu gün o xatirələri oxuduqca sanki atamla danışıram. Sağlığında yorulmadan öyrətdiyi kimi vəfatından sonra da yazılı xatirələri bu əməlini davam etdirir. O qədər uzaqgörən olub ki, hətta ölümündən sonranı da fikirləşib.

 Akif Şahverdiyevin həyat yoluna nəzər saldıqca insan onun yaradıcılığının əzəmətinə, istedadının nəhayətsizliyinə, şəxsiyyətinin dönməzliyinə və bütövlüyünə heyran qalır.

 Həyatının mənasını xeyirxah işlərdə görən, ürəyində insanlara qarşı daim məhəbbət və şəfqət şamı yanan, hər sözü, kəlməsi ilə haqqı, ədaləti, düzgünlüyü təbliğ edən müdrik bir insan idi Akif Şahverdiyev. Onun müdrüklüyü ilk növbədə, sözləri ilə əməllərinin birliyində əks olunurdu. Dünya malında gözü yox idi. O, məhz “söz-əməl” bütövlüyü sayəsində onu tanıyanlar arasında hörmət və ehtiram sahibi olmuşdu.

 Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş atamın işıqlı siması canlanır. Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan problemlərdən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.

 Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Akif Şahverdiyevə üz tutardılar. Həmişə ölçülü, məntiqli və tutarlı deyimləri, müddəaları ilə xeyirli məsləhətlər verər, ona inam bəsləyənləri heç vaxt naümid qoymazdı.

 Atam ömrünün 59-cu ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. O, heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Vəfatı məni və onu sevənləri dərindən sarsıtsa da əminəm ki, onun əbədiyyətə qovuşmuş pak ruhu daim ailəsinin üzərində, onu tanıyanların arasındadır.

 Ruhu şad olsun! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin tərəfdarı oldu. Bu gün də başımız üstündə dolaşan ruhu günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.

 İndi mən qələminə və sətir-sətir yazdıqlarına and içərək bəyan edirəm ki, övladı olaraq onun adını daim uca tutacaq, müqəddəs hesab etdiyi haqq yolunda addımlayacaq, vətənpərvərlik, sosial ədalət və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı gördüyü işləri layiqincə davam etdirəcəyəm.”

(Qorqud Akif oğlu Şahverdiyev)

 “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” (Ə.H.Bəhmənyar). Bəli, Akif Şahverdiyevlə söhbət bir kitaba, müəllifi olduğu kitabların mütaliəsi isə filosofla söhbətə bərabərdir. Bu gün ömrünün 59-cu ilində bizləri qəfil tərk edən ustadın anım günündə, vüqarla yada salır, Ulu Tanrıdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Xatirən əbədi olaraq könüllərdə yaşayacaq!

Müəllif: Gülər ELDARQIZI

GÜLƏR ELDARQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gözəl qayğıkeş ana və ya kitabların dostu

Gülnar Ümid

1.  Gülnar Ümid kimdir nə işin sahibidir şairə, şüəllimə, evdar xanım?

1. Öncədən müsahibə üçün təşəkkürümü bildirirəm.Gülnar Ümid,qayğıkeş ana,kitabxana işcisi və insanların ürəyinə yol tapa biləcək insan və biraz da duyğularını vərəqlərə sözlərlə çəkən qadın deyərdim…

2. İnsanlarla ünsiyyətiniz necədir səmimisiniz?

2. Ətrafdakı insanların mənə münasibətindən səmimi olduğum bəlli olur,yalan danışmağı sevmirəm,incidəcək olsam belə qarşımdakına doğruları deyirəm.Həyatımda bir dəfə yalan danışmışam hətta heç yadımdan çıxmır indi də. O yalanımın üstü 1saat sonra açılmışdı onun əzabını vicdanımda indi də çəkirəm,baxmayaraq ki,qarşımdakının üzülməməsini istəməmişdim.Xarakterindən aslı olmayaraq bütün insanlara qarşı nəzakətli olmağı, hətta bilərəkdən onlar da sevgi ötürsünlər deyə sevgimi ötürməyi çox sevirəm,bu mənim həyatda insanlar arasında ünsiyyətim üçün ən güclü silahımdı deyərdim.

3. Təxəllüsünüzün bir tarixi varmı yoxsa nədən ümid?

3. Bəli bir tarixcəsi var ,o zamanlar uşaq idim hardasa 6-7yaşlarında.Kəpənəkləri çox sevərdim hətta indi böyüsəm də çox sevirəm,çünki arzularımı kəpənəklərə bənzədirəm onlar kimi rəngarəndirlər.Bir gün bağçamızda ağ kəpənək uçurdu ona gözüm sataşdı və əlbəttə ki,uşaq ağlımla onu tutub bir balaca bankaya qoyub ağzını bağladım.O zaman düşünməmişdim ki,o ölə bilər dərk etmirdim ,içərisinə bir damcı su çilədim biraz da çiçəklərin ləçəyini yeyir deyə düşünüb qırıb atdim ağzıni bağladim .Havasızlığı heç ağlımagəlmədi onu doyunca yedizdirib böyütmək arzusundaydım.Səhər oyananda bankanı açdım artıq ölmüşdü ağ qanadları əzilmiş halda bunu heç kəsə deyə bilmədim,mənə hər kəs qatil gözüylə baxar deyə.Və o zamandan mən ümid edirdim ki,o kəpənək nə zamansa yenidən oyanacaq,hər ağ kəpənək gördükcə onu görürəm sanki.Umid mənim kəpənəyimin yaşamasıdı,arzularımın yaşaması kimi.

4. Dost-tanışlarınızla aranız yaxşıdır?

4. Bu suala ancaq yəqin ki,ətrafımdakılar daha dolğun cavab verər.Ətrafımda incidiyim və ya məndən inciyən bir kimsə olmayıb.Yeganə həyatda bir düşmənim var ona da mən yox, o mənə düşmən olub ,bu da normaldır biri də düşmən olsun.Nə yaxşı ki,çox istədiyim tanışlarım çoxdur ,çünki mənim ücün onlar var dövlətdir və mən özümü dövlətli hesab edirəm.

5. Nələr yazırsınız mövzularınız nədir?

5. Mövzular qarışıq olur,amma adətən duyğuları rəqs etdirən mövzularda daha çox yazıram,təbiəti sevirəm təbiətin insanlarla görüşünü təsvir etməyi sevirəm,sevgi,mərhəmət,həyat,reallıq,vətən ruhumun güzgüsündə gördüyüm dünyanı təsvir etməyi daha çox sevirəm.Mənimçün ən gözəl mövzu insan ruhunun hiss etdiyi bütün mövzulardır.Hər kəsə görə bilmək üçün Allah göz verib amma hansı baxışla görməyi sənə həvalə edib.

6.  Heç olub dostlarınızla sözünüz çəp düşsün aranızda inciklik olsun?

6. Əvvəla öncədən xatırladım ki,mənim yeganə dostum özüməm,çünki sirrimi əminliklə deyə bilecəyim bir kimsə yoxdur ,ola da bilməz.Səbəbsə necə olur olsun ən əziz insan olsa belə bir gün məni çox istədiyindən sirrimdən istifadə edə bilər deyə və ya mənimlə sözü çəp gələrkən məni o nöqtədən vura bilər deyə qorxmuşam.Amma xətrini çox istədiyim adamlar çoxdur,hələki kimləsə sözüm çəp gəlməyib gəlsə belə mən könüllərini almaq üçün təbəssümümü əsirgəmirəm heç zaman.Yetər ki,insanlar xöşbəxt hiss etsinlər özlərini.

7.  Şeir roman bədii əsərlər nələr oxuyursunuz?

7. Dahi ,sözünü demiş, mərhum və yaşayan  şair ,yazıçılarımızdan tutmuş gənc yazarlarımıza kimi demək olar ki, zamanla seçib  oxuyuram.Ad çəksəm bura sığmayacaq ya kimsəni unutmuş olaram deyə tərəddüd edirəm,inciklik olmasın.İtkisinə pis olduğum şairlərdən birinin adını çəkmək istərdim .Musa Yaqub mənimçün bir başqaydı,ruhu şad olsun,onun şeirlərində insan başqa aləmə düşərdi özümü onun yazdıqlarında yaşadığımı hiss edərdim.Amma mənimçün nədənsə oxuduğum əsərlərin içində ən sevimli roman Paulo Koelyonun “Kimyagər”romanıdır.Ən son Nəriman Süleymanovun “Ruhlar çağırır”kitabını,Elcin Arifoğlunun “Ay işığı”romanını,Jül Vernin “Sirli ada”romanını bitirmişəm.Bəzi romanlar axıcı olur mənaca zəif olur,bəzi romanlarda yorucu olur amma mənaca dərin olur,təbii ki,oxucunun da qəbul etmə gücündən də aslıdır bu.Ümumilikdə götürəndə isə qarşında çıxan hər şeyi oxumaq yazarı ucuzlaşdırmaz o zəif yazsa da ,əksinə sənin düşüncənin dəyərini qaldırar.Çünki artıq zəiflə güclünü,pislə yaxşını ayırd etmə şansı verir bizə yetər ki,oxumağa zaman ayıraq…

8. Ümid təxəllüsü sizə nə verdi, maraqlıdır?

8. Ümid təxəllüsü mənim ən güclü qanadımdı ,o olmasa mən çətinlikləri fəth edə bilmərəm,o təxəllüs adımın qarşısında bir simvol kimi görünsə də ,həyatımda hər şeyə uca baxmaq üçün güc verdi.Bir övlad ki,çətinliyə düşəndə valideynlərindən güc alar,mən də ümidin övladıyam sanki.

9. İtirdiklərinizə üzülmüsünüz?

9. Çox….Və üzülmə səbəbim isə itirməyimə səbəb özüm olmuşam deyə olub .Amma qazandıqlarım itirdiklərimdən üstün olub deyə itirdiklərimi bəzən göz yaşım hesab edib silmişəm və təbiidir ki,silsəm də göz quyusu yenidən dolduğu kimi,itirdiklərim də o quyudan dolub daşıblar zamanla.

10. Həyatda təsüffləndiyiniz nələrsə olub?

10.  Təsüffləndiyim yeganə əlçatmazlığım belə desək,bir əşyanı zamanla ən hündür yerə qoymaq üçün ayağının altına stol qoyarsan  və sonra onu özün  qoyduğun halda  yenidən göturmək üçün həmin stolu tapmazsan və gözün görər sadəcə sənin olmaz,mənimçün də əlcatmaz təsüffləndiyim həyatda geriyə qaytara bilmədiyim zamanım olub,o zaman ki,özüm öz əlimlə ən hündürə qoymuşam.

11. Adınızın mənasını bilirsinizmi?

11. Adımi atam “Səni axdariram”tamaşsında Gülnar obrazını sevdiyi üçün qoyub.Tamaşada olduğu kimi uşaq olarkən  məni atam ” sən yaxşı qızsan Gülnar “deyə əzizləyərdi.Mənası narçiçəyi və sevinc saçan gözəllik kimi bilirəm.

12. Aldığınız ən dəyərli hədiyyə nə olub bu günə kimi?

12. Bu günə kimi aldığım ən dəyərli hədiyyə Allahın mənə bəxş etdiyi nəfəsdir.O olmadan heç bir hədiyəni alma şansım yox o ən dəyərli hədiyyədir Allah mənə hələki bəxş edir o nəfəslə hər istədiyini əldə etmə gücünə sahibəm şükürlər olsun.

13. Son olaraq Nələr demək istərdiniz?

13. Müsahibə üçün sizə dərindən təşəkkür edirəm,diqqət və ən əsası zamanınızdan pay verdiyiniz üçün minnətdaram,çünki bir insanın zamanından pay almaq haqqın halallığını istər.Demək istədiklərimin içərisində ən əsası hər zaman  sevin ki ,sevilmə şansınız çox olsun,daimi olmayan həyatda nifrət,kin,qəzəb əvəzinə ətrafınıza gülüşünüzü, sevincinizi çiçək kimi səpələyin ki,gülə bilməyənlər də sizin sayənizdə gülə bilsinlər.Zəkat təkcə mal mülklə deyil,insanlara gülüş və sevgi bəxş etməyin özü də zəkatdı bu ki,pulla deyil ətrafınıza səpələyin bolluca.Xöşbəxt olmaq istəyirsinizsə insanlarin dualarına qonaq olun ,onları da öz dualarınıza qonaq edin.Mütləq ki,onlardan birinin dualarında sizin arzularınız gerçəkləşəcək…

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru