GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.
HERMAFRODİT Məchulsa, cinsi bir kəsin, Bəlkə, hermafroditdi… Adı yoxsa, bir nakəsin, Bəlkə, hermafroditdi… * * * Qışdı ya payız bilinmir, Qovun ya qarpız bilinmir, Oğlandı ya qız bilinmir, Bəlkə, hermafroditdi… * * * Adamdı, oyux bilinmir, Bordaxdı, burux bilinmir, Atdı ya ulax bilinmir, Bəlkə, hermafroditdi… * * * Şalğamdı, pazı bilinmir, Çoxu çox, azı bilinmir, Ördəyi, qazı bilinmir, Bəlkə, hermafroditdi… * * * Nə sudadı, nə quruda, Nə lildədi, nə duruda, Çatmayıb, qalıb boruda, Bəlkə, hermafroditdi… * * * Bilinmir hara malıdı, Ayağında at nalıdı, Qabağında it yalıdı, Bəlkə, hermafroditdi… * * * Halından halıdı Ustac; Dərdi böyük, dərdə möhtac, Nişanı var, ləçəkli tac, Bəlkə, hermafroditdi… 14.09.2020. Bakı.
– Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Buyurun.
– Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam. Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı. 2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu. 2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm. Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur. Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm. Aşağıdakı təltiflərim var: Mükafatlar; “İlin yazarı” (2014), “ İlin Mədəniyyət Jurnalisti” (2014), “Qızıl Qələm” mükafatı laureatı (2016). Şəhadətnamə; Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ). Sertifikatlar; Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir, Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı, Nişantaşı Universiteti – Tv proqramı, Nirvana Akademi – Yaşam koçluğu eğitimi, GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s. Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.
Salam mənim nəfəsim, sənin dediyin fani dünyadayam. Gəlmişəm səni görməyə…Sən indi yatırsan bəlkə də məni görmürsən… Sənin üçün yuxumu deyim, kabusmu deyim bax oyam. Səbəb hər nə oldusa mən canımı tapşırdım artıq, yaşamıram, yanında deyiləm. O qədər istəyərdim ki, qollarında uyumağı, qismət olmadı. İndi girib qollarına sənə sarılmışam. Heç çıxmaq belə istəmirəm. Sənin Sənin yanında olmağım sənə bir gün kimi gələcək, mənim üçünsə vur – tut cəmi üç saniyədir. Sağ olanda o qədər dalaşırdıq ki, barışsaq belə mən o gözlərinə baxa bilmirdim. İndi sənə baxıb bütün varlığımı unuduram… Əslində mən qəza keçirmədim, həyatımdan bezdim və intihar etdim. Hər şey üstümə – üstümə gəldiyi halda sən də gəldin. Tək ümidim, tək güvəndiyim sən idin. Sən də dinləmədin məni. Heç kimin başını aşağı edib intihar etmək istəmədim. Axı sizin cəmiyyət pis qəbul edərdi, axı biz özümüzü bir kənara qoyub başqaları üçün yaşayırıq. Onda pəncərədən yıxılmadım, atdım özümü. Hə, düz başa düşdün, atdım.. Heç nə gözümə görünmədi, başıma o qədər insan yığışdı, fəqət onların arasında sən yox idin, çünki sən yatmışdın. Çünki sən səhərlər həmişə yuxudan gec oyanardın. Xəbər də etmədim. Çünki sənin səhərinin bəd xəbərlə açılmasına göz yuma bilməzdim. Çünki… Çünki… Çünki… Sevirdim səni və həqiqətən çox sevirdim…. Sənin dırnağına dəyən zədə mənim ürəyimə dəyərdi hər dəfəsində… Di gəl ki, bildirə bilməzdim… Mən yorulmuşdum… Ən çox da həkimdən aldığım diaqnoz artıq məni mənlikdən çıxarmışdı. Deyə də bilməzdim sənə. Başa düşürsən? Mən səni bədbəxt edə bilməzdim. Xərçəng xəstəsi idim. Hansı ki, bədənim hər gün öz funksiyasını itirirdi, bitirdim hər dəfəsində. Huşumu belə itirirdim get – gedə. Səninlə yemək yediyimiz sonuncu günü özümə bağışlaya bilmirəm. Səni mən çağırmışdım, guya ki, sürpriz edəcəkdim. Amma sürpriz ürəyimin getməsi, həkimlərin restorana gəlməyi, səni biyabır etmək deyildi. Restoranda tələsikdən qoyub çıxdığın çantanın iç cibindəki balaca hədiyyəm idi. İkimizin şəklini çəkmişdim, sonar da taxtaya düzəltdirmişdim ki, həmişəlik qalsın. Bir də əsas səbəb səni görməyim idi. Bağışla o gün hər şeyi zəhər etdiyim üçün, bağışla həyatına girib alt – üst etdiyim üçün. Sən xoşbəxtliyə layiq birisən. Mənə nə qədər çətin olsa da sən həyatını qurmalısan. Ruhlar qırılmır deyirlər, amma mən hər dəfə paramparça oluram burada. Hər gün gələcəm yanına, hər gün…
ÖLÜM YÜKLÜ SEVGİ Qasım qapını çırpıb getdi. Gülşən otağa keçib burnunu çəkə-çəkə ağladı. 1 yaşlı qızı Zəhranın ona nəmli gözlərlə baxdığını görüb özünü ələ aldı. Tez Zəhranı qucağına götürüb, saçlarından öpdü. Bağrına basıb çarpayısının yanına gətirdi. Uşaqdan gələn o gözəl qoxu ruhunu oxşadı, bir az toxtayıb gülümsəməyə başladı. O dəqiqə Zəhranın gözləri güldü, öz dilində danışmağa başladı. Sevindiyindən gah atılıb-düşür, gah da Gülşəni qucaqlayırdı. Gülşənin ailəsi rayonda yaşardı. Qasımla tələbə yoldaşı olmuşdular. O vaxtdan aralarında münasibətlər ciddiliyə doğru getmiş, 2 – ci kursda nişanlanıb, 4 – ci kursda evlənmişdilər. Gülşənin valideyinləri müəllim idi. Gözlərinin ağı-qarası Gülşən də onların yolunu seçmişdi. Müəllimlik ixtisasına yiyələnib, rayona qayıtmaq, neçə – neçə evlərdə cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək arzusunda idi. Amma taleyin kompası ona tam başqa istiqamət göstərdi. Qasımla nişanlı vaxtlarında inciklikləri olsa da, çox uzun çəkməzdi. Hərdən Qasımın ona qarşı kobudluqları olurdu. Tezliklə Gülşənin könlünü alan, küsülülüyü aradan qaldırmağı bacaran Qasımda bu hərəkət, artıq adət halını almışdı. Qasımın ailəsi Gülşənlə evliliyə razı deyildi. Özlərinə yaxın bildikləri ailədən qız gözaltı edən valideyinlər Gülşən məsələsilə razılaşmamışdılar. Sonda Qasımın vaz keçməyəcəyini görüb, əlacsız qalmışdılar. Elə o vaxtdan da Gülşənə “oglanlarını onlardan alan düşmən“ kimi baxırdılar. Hər işini söz edir, evdə heç nədən söz-söhbət yaradırdılar. Qasım əslində sakit təbiətli bir insan idi. Ailəsini sevər, dəyər verərdi. Ata – anasının Gülşənə qarşı münasibətinə qarşı çıxar, Gülşəni müdafiə edərdi. Qasımın bir bacısı vardı. Evin erköyün qızı olan baldız ailə qurub getsə də, Qasımın ailəsinə müdaxilə etmək öhdəliyini üzərinə götürmüşdü . Gülşən deyib – gülən, şən qız idi. Hər sözü söz etməz, heç nədən dava etməzdi. İlk gündən bəyənilməyən gəlin evin qonagı idi sanki. Gülşənin valideyinləri heç vaxt onların ailəsinə müdaxilə etməzdi. Qızlarının xoşbəxtliyi üçün əllərindən gələni edən ata – ana qızlarına başını aşağı salıb uşagını böyütməyi məsləhət görürdülər. Ailədə gərginlik getdikcə artırdı. Qasım da artıq dəyişmişdi. Gülşəni haqlı olduğunu bilə – bilə haqsız çıxardır. 7 aylıq Zəhraya sığınan Gülşən gününü ağlamaqla keçirdirdi. Qaynana onu boşatdırmaqla hədələyir, hətta o günün çox da uzaqda olmadıgını deyirdi. Bir evdə yaşamagın mümkümsüzlüyünü anlayan Gülşən Qasımdan ayrı evə çıxmaq üçün xahiş etdi. Gülşənin bu istəyi böyük bir dava ilə nəticələndi. Məsələni ilk bilən qaynana əlini belinə qoyub gəlinə hücum etdi. -Mənim bir oğlum var, onu məndən almaq istəyirsən? Sən özünü nə sayırsan? – Yox, xala , bir müddət ayrı yaşasaq yaxşı olar deyə düşündüm. – Sən kimsən ki, mən dura-dura bu evdə qərar verirsən? – Xala, bütün günü söz – söhbətlə bir yerdə qalmaq olmur. Bu evdə ilk gələn gündən məni istəməmisiniz. Gözünüzün qabağından uzaqlaşsam yaxşı olar deyə düşündüm. – Uzaqlaşmaq istəyirsən, çıx get dədən evinə. Qulaqlarını aç yaxşı eşit. Onsuzda bu evdə sən artıqsan. İstənilməmisən, istənilməyəcəksən də! Səs küyə Qasım gəldi. -Nolub, ay ana? – Nə olacaq bundan artıq? Sənin bu gülməşəkər arvadın burada qalmaq istəmir. İstəməz də, görmədiyi günə düşüb. Tövlədən gətirib şəhərdə yaşadanda belə olur axırı. – Ay ana, bir az sakit ol. Gülşən də haqlıdı. Ev evə sıgmaz deyib atalar. Qoy bir ev tutaq, bir müddət orda qalaq. Sizi atmırıq ki, yenə də gəlib gedəcəyik. – Nə dedin? Səni yoldan çıxardıb bu gülməşəkər? Sənin evin buradı. Gedişin var, dönüşün yox ! Yaxşı fikirləş ya biz, ya da yad qızı . Qapı zərblə çırpıldı. İkinci mərtəbənin təzə düzəldilmiş pəncərələri yenə qaynananın hikkəsinin qurbanına çevrildi. İki tərəf arasında qalan Qasım bir söz demədi. Paltarını dəyişib işə getdi. Qara günlər bundan sonra başladı. Gülşənin evdə yeyib içdiyi zəhərə döndü. Pis yola düşmüş adamlar kimi evdə addımbaşı təqirlə üzləşdi. Valideyinləri dözüb oturmağı məsləhət gördülər. Vəziyyətin get-gedə agırlaşdıgını görən Qasım ayrı evə çıxmalı oldu. Gülşən həm sevinir, həm də pis olurdu. Nə qədər olmasa 2 ilə yaxındı ki bir yerdə yaşayırdılar. Bir xoş üz görməsə də üzü-gözü onlara öyrəşmişdi. Valideyinləri hər şeyin yaxşı olacağını deyir, səbrli olmağı məsləhət görürdülər. Gülşən taleyilə barışmışdı. Ayrı evə çıxmağın çıxış yolunu düşünən Gülşən qara günlərinin qabaqda olduğunu aglına belə gətirmirdi. Qasım evə gec-gec gəlməyə başlamışdı. Elə gecə olurdu ki evə gəlmir, müxtəlif bəhanələr uydurur, bəzənsə öz işimdi özüm bilərəm deyib dava salırdı. Çarəsiz qalan Gülşən dərdini heç kimə aça bilmirdi. Bilirdiki deyən kimi onu günahkar biləcəklər . 3 ay idi təzə evə köçdükləri. Qasım geri dönmək üçün israr edirdi. Heç nədən evdə qanıqaraçılıq yaradırdı. Gülşən çarəsiz qalmışdı. Bu gün də geri dönmək üstündə mübahisə etmişdilər. – Hazırlaş, geri qayıdırıq. – Qasım, bura rahatdı axı. – Orada sənə neynirlər? Əllərinin içində saxlayırdılar səni. – Qasım, bu sənsən ? İnana bilmirəm. – Nəyə inanmırsan? Sən yola getmədin, məndə gətirdim səni bura. Gördüm günah səndədi, mənimlə də yola getmirsən. – Niyə haqsız danışırsan? Mən sənə neynirəm ? -Bundan artıq nə edəcən? Mənimlə dil – dil ötürsən. Gülşən əlləriylə üzünü qapatdı. Uşagın yanında ağlamaq istəmədi. – Yaxşı fikirləş, ya dönəcəyik ata-anamın yanına, ya da zəng et gəlsinlər səni aparsınlar. Sənə görə valideyinlərimi atmayacağam! Gülşən yerindəcə quruyub qalmışdı. -Qasıma nə olmuşdu ? Gülşən əlacsız qalıb, əşyalarını topalamağa başladı. Ağlaya-ağlaya güzgünün qabağına keçdi, özünə güzgüdə baxd. Bu neçə ildə çox dəyişmişdi, sanki 10 il qocalmışdı. Yaşadığı mühit onu məngənəsində sıxıb balacalaşdırmışdı. Özünə qulluq etməyi belə yadırğamışdı. Bütün gününü uşaga qulluq etməklə keçirdirdi. Qasımın ona, uşagına qarşı biganəliyinə birtəhət dözür, üzə vurmurdu. Valideyinlərinə də heç bir şey demək istəmirdi. Alacagı cavab bəlli idi:- Özün getmisən, hamıda olan şeydi, döz otur düzələcək və s. Əşyalarını yığa-yığa aglayırdı. Keçmişə qayıtdı xəyallarında. Qasımla o qədər xoşbəxt idiki.. . Qasıma olan saf, ülvi sevgisi onun gözünü elə tutmuşdu ki, ətrafdan xəbəri yox idi. İnsafla , Qasımda ona qarşı çox yaxşı idi. -Bəs nə oldu? Nə dəyişdi? -Bəlkə səhv həqiqətən də ondadı? -Bəlkə özünü sevdirə bilmədi Qasıma? Bəlkə, bəlkə … Bəlkələrlə dolu bir ömür… Qapının zəngi çalındı, Qasım idi. Sir-sifətindən zəhirmar yağırdı. – Maşın gözləyir, uşağı götür, düş aşağı. Mənə bax, birdən orada artıq-əskik soz deyərsən ha! Başını aşagı salıb uşagınla məşgul ol. Elə etmə ki, uşagı əlindən alıb, əxlaqsız adıyla səni qovum.. Gülşən pilləkənlərdə quruyub qalmışdı, nə irəl, nə də geri addım ata bilirdi. -Yuxuda görürdü bunları? Qasımın davranışları qan qoxulu idi. Heç nə deməyib maşına əyləşdi. Sükutu hərdən Zəhranın qıgıltısı pozurdu. Ünvana çatdılar. Cəhənnəm yuvası qucaq açmışdı onlara. -Açmışdımı? -Bax o da sual altında idi.. Evə keçdilər. Qarşılayan olmadı. Mətbəxdən səslər gəlirdi. Deyəsən baldızı da burdaydı. Divarlar onu sıxmaga başladı . Əşyalarını götürüb otağa qalxmaq istəyirdi ki, Qasım hardansa peyda oldu. – Nə durmusan burada? Get anamla görüş. – Bilir gəldiyimizi, çölə çıxmadı axı. – Sən getməlisən, sən gəlinsən. Gülşən səsizcə mətbəxə keçdi. Qaynana, baldız görməməzlikdəm gəldilər. Gülşən salam verib qaynanasına yaxınlaşdı. – Uzaq dur, ifritə. Niyə qayıdıb gəlmisən? Gülşən qorxa – qorxa Qasıma baxdı. – Ana, bir səhvdi edib, söz verib, indən belə bu evdə səsi çıxmayacaq. Gülşən mat-məəttəl qalmışdı. —Burada nələr baş verirdi? Uşagı götürüb yataq otağına keçdi. Çox keçmədi, ” qəhrəman ər” özünü yetirdi. – Bax, bu gündən anamın qulusan. O nə dedi, o da olacaq. Gülşən ağzını açıb danışmaga heyifi gəldi. Heç nə deməyib Zəhranı yatızdırdı. Özü də durub ev işləri ilə məşğul olmaga başladı. Eyni həyat Gülşəni artıq bezdirməyə başlamışdı. Əvvəllər ayda bir dəfə də olsa valideyinlərini görməyə gedirdisə, artıq 3 ay idi ki, bu görüş ləğv edilmişdi. Gündə 1 dəfə anasıyla danışmağa icazə verilirdi. Küçəyə çıxışa da qadağa qoyulmuşdu. Qasımın bu hərəkətlərinə ad tapa bilməyən Gülşən Zəhrayla təsəlli tapırdı. Rəsmən türmə həyatı yaşamağa məhkum edilmiş zavallı Gülşən ruhunu cismindən ayrı hiss edirdi. Evə ruh kimi gəlib gedən Qasıma söz demək mümkün deyildi. Evdə demək olar ki hamı küsülü idi. Hərdən qaynananın deyinməsi olmasa Gülşən bu gedişatla razılaşmışdı. Demək olar ki o yaşamırdı. Məqsədsiz, arzusuz, ümüdsüz, ən əsası sevgisiz bir həyatla yol yoldaşı olmuşdu. Günlərin bir günü telefonuna gələn zəng bərbad olan həyatına “rəngarənglik” qatdı.. -Alo, buyurun. -Salam. Zəng vurdum ki, biləsiniz, biz Qasımla bir-birimizi sevirik. Yolumuzdan səssizcə çəkilib gedin. -Alo, alo… Dəstəkdən gələn səs itib batdı… Qara günlərin “hədiyyəsi” qabaqdaymış. Yox, bu qədər də olmaz-deyə düşünən Gülşən -bu gün hər şey bitəcək. Qasım yenədə səssiz-səmirsiz gəli, mətbəxə keçdi. Anasınım hazırladığı yeməyi yeyib, salona keçmək istəyəndə Gülşəni əli qoynunda mətbəxin qapısında dayanan gördü. Qaşqabağını sallayıb, nifrətlə Gülşəni süzdü. – Nə dayanmısan, məni güdürsən? – Yox. -Onda rədd ol get. Qasım ayaq üstə güclə dayanırdı. Gülşən onun düz yolda olmadığını görürdü. Amma nə edə bilərdi? Onun bu evdə özünə belə ixtiyarı çatmırdı. Acınacaqlı vəziyyət idi. Səs -küyə gələn qaynana Gülşəni güclə Qasımın əlindən ala bildi. Gülşənin iniltisi hər tərəfə yayılırdı. Ağrıdan gecələri yata bilmirdi. Qasım vurduğu təpik qabırgasını sındırmışdı . Üz-gözü də şiş içində idi, vəhşicəsinə döyülmüşdü. Evə çağırılan tibb bacısı nə qədər israr etsə də, xəstəni xəstəxanaya aparmaga ailə razı olmurdu. İşin böyüyəcəyindən qorxan Qasım iynə-dərmanla evdə sağalacaq deyib durmuşdu. Günü-gündən pisləşən ailə münasibətləri Gülşəni bezdirmişdi. Qasım yeni bir bəhanə tapmışdı. Gülşən çadraya keçməli idi. Hətta evdə belə, qaynatasına görə hicab taxmalıydı. Gülşən intihar həddinə çatmışdı. Axşamlar vaxt tapanda sızıldayan ayaqlarını qucaqlayıb çıxış yolu axtarırıdı. Evin pəncərələri dəmir barmaqlıqlarla örtülmüşdü. Pərdənin altından pəncərəyə qara üzlüklər çəkilmiş, həyətə düşməyə də qadağa qoyulmuşdu. Qasımın hansı məzhəbə qulluq etdiyi bəlli deyildi . Nə içkidən, nə narkotikdən, nə də əxlaqsız həyatından uzaqlaşmışdı. Maraqlısı o idiki, bu qadagalar ancaq Gülşən üçün idi. Çıxış yolu tapa bilməyən Gülşən uşagı da götürüb evdən qaçmaq qərarına gəldi. Amma necə, hara? Suallar onu boğurdu. Qasımdan da qorxurdu. Tapsa, tapdığı yerdə öldürəcəkdi. Lap canını qurtarsa belə, cəmiyyətin vurduğu damgadan qurtula biləcəkdimi? Filənkəsin arvadı evdən qaçıb. Müxtəlif mülahizələr, “ağıllı” məsləhətlər, geri qalmış fikirlər və ən əsası sərbəstlik axtarır ona görə qaçıb deyimi. Gülşən bunların hamısını yaxşı bilirdi. Eşidən deyəcək; – Özü sevib gedib. – Nə istəyir axı, evi – eşiyi . -Gül kimi balası var. – Hamımız elə arvad olmuşuq. – Arvad döyülər də, söyülər də. – Nolub, o cürə yoldaşı var, alıb gətirir. -Nə istəyir axı? Deyir çadra ört, ortməlisən də. – Yəqin başqasın tapıb və s. Bəs bu zavallı neynəsin axı? Axır vaxtlar Qasım hər gün demək olar ki onu döyürdü. Qasım gələndə qorxusundan gözünə görsənmirdi.Hətta onun da üstündə döyülürdü. Yemək niyə gec oldu, çay niyə qaynar deyil, duzqabı niyə əyri durub, palaz niyə belə sərilib, bir sözlə döymək üçün bəhanələr hər zaman tapılırdı. Problemləri həll etmək əvəzinə birinin üstünə beşini qoyub Qasıma çatdıran qaynana, Gülşəni təhqir etməklə yanaşı, onun bu vəziyyətindən istifadə edib acıq verirdi. – Görürsən, mənim qızımı necə saxlayırlar? Gülşənin hər yerdən əli üzülmüşdü. Ata – anasıyla əlaqə tamamilə kəsilmişdi. Evlərini satıb, başqa yerdən ev alan Qasım ünvanı heç kimə vermirdi. Beləcə bir ailə məhv olub gedirdi. Zəhra da günü gündən saralıb solurdu. Gülşən Qasımla danışmaga dəfələrlə cəhd etmiş, sonda günhakar çıxardırılaraq döyülmüşdü. Gülşən sonuncu dəfə Qasımla danışmaq fikrindəydi. Axşamı həsrətlə gözləyirdi. Bu gün evliliklərinin 3 ili tamam olurdu. Qasım yəqin çoxdan unutmuşdu onla olan xatirələri. Gülşən yenə də ümüd şamını yandırıb, pərvanətək başına dolanırdı. Qəlbindəki ümüd, dilindəki bəlkələr onun həyat hekayəsini 3 ilə beləcə gətirib çıxartmışdı. Qapı açıldı. Qasımın gəlişi Gülşəni çaşdırdı. Əlində gül dəstəsi, yanında şirniyyat .. Ola bilməz, Gülşən yuxu görürdü deyəsən. Dəli kimi qaçıb Qasımı qucaqlayıb, sevincdən doyunca aglamaq keçdi könlündən. Qorxdu, Qasıma xoş getməz deyə. Qasım onun üzünə baxıb gülümsündü. İlahi, neçə illərdi bu gülüşə həsrət idi Gülşən. Onun tanıdıgı Qasım geri döndü. Sevincindən nə edəcəyini bilməyən Gülşən əl – ayaga düşdü. Süfrə düzəltdi. Uşagı geyindirdi. Evdəkiləri süfrəyə dəvət etdi. Mızıldana – mızıldana gələn qaynana gözucu, agzını büzüb süfrəyə baxdı. İstədi süfrənin düzlüşünə mız qoya, Qasımın baxışları sözünü agzında qoydu. Qasım hər kəsə müraciət etdi. -Əyləşin, bu gün evliliyimin 3- cü ildönümüdi. Məsciddən gəlirəm, tövbə etdim.Bu gündən hər şey yoluna qoyulacaq. Gülşən, çadranı özün istəmiyənədək baglama. Pəncərələrdəki qara üzlükləri söküb atın. Ananın gözü az qalırdı yerindən çıxsın. Əlacı olsa idi, durub Qasımın agzını əli ilə tutardı. – Bu evdə səs – küy eşitməyim. – Başınızı aşagı salıb mehribancasına dolanın. Gülşən dili – agzı qurumuşdu. Qulaqlarına inana bilmirdi. Bir müddət evdə hüzur yerini tapdı. Heç kim Gülşənə dəyib dolaşmırdı. Qaynananın təhqirli atmacalarını qulaqardına vuran Gülşən Qasıma inanır, onun dediklərini edirdi. Xoşbəxlik quşu 3 ay onlarda qonaq oldu. Hər şey yaxşı idi. Evə bazarlıq edib gələn Qasımın Gülşənlə danışıgını eşidən qaynana, pislik donunu geyinib davaya hazır vəziyyətə gəldi. Qasım Gülşənə tezliklə işə çıxa biləcəyini, uşagı bagçaya yazdırdıgını deyirdi. Qapı zərblə çırpıldı. – Məni bu evdə sayan yoxdu. Mən bu evin böyüyüyəm. Heç nədən xəbərim yoxdu. -Ay ana, niyə əsəbləşirsən? Gülşən analıqdadı. Zəhra da bagçaya getmək yaşına çatıb. Bagçaya qoyaq, Gülşən işinə çıxsın. Burda nə varki? – Bagçada nə bilirsən necə baxacaqlar? Döyəcəklər, yemək vermiyəcəklər. – Bagça uşaq döymək üçün deyil, ay ana. – Otursun baxsın gülməşəkər arvadın evdə. işinin adı nədi? – Bəs deyirdin,baxa bilmir? -Eh, sənin də agzının kəsəri yoxdu. Neynədisə,çadranı atdırı, indi də işə çıxardırsan. – Ay ana, məhv olub getmişdim, həyata qayıtdım, səhvimi anladım. Sevinmirsən ki ailəm dagılmadı? – Hm, əvvəl axır dagılacaq! Qasım məsələnin uzandıgını görüb mətbəxə keçdi. Arxasıyca keçmək istəyən Gülşənə qaynananın sözü sillə kimi dəydi. – Sən də azadlıq istəyirsən də, Anan kimi pis yola gedəsən. Gülşən geri çevrilib; -Ay xala, o nə sözdü deyirsən ? Arvad himə bənd imiş, səsini atdı başına , aləm dəydi bir – birinə. Qasım nə qədər çalışsa da sakitlik yarada bilmədi. Qaynananın agzı necə qızmışdısa Gülşəni ən agır söyüşlərlə söyməkdən belə çəkinmirdi. Gülşən həm Qasımdan qorxurdu, həm də özündən böyüyə cavab qaytarmaq istəmirdi. Qaynana Gülşənin səssizliyini məglubiyyət kimi başa düşüb, daha da kükrəyirdi. Gülşən dözə bilməyib qışqırmaga başladı. Neçə vaxtı yaşadıgı stress vulkan çevrilib püskürməyə başlamışdı. Ürəyi yerindın çıxacaq kimi tez – tez vurmaga başlamışdı. Artıq dözə bilmirdi. Belə olmaz axı?. Gülşənin günahı nə idi? Sevib ailə qurmaq? Yoxsa hörmət edib cavab qaytarmamaq? Qasımın ona tərəf çıxmagından hiddətlənən qaynana əlini belinə qoyub çəmkirdi; – Səndə günah yoxdu, günah sənin ərindədi. Vaxtında dilini kəssəydi, indi cavab verə bilməzdin. – Mən sizə nə deyirəm axı? – Ta nə deyəcəkdin ki? – Siz mənim valideyinlərimi söyürsünüz. Mənim səssiz qalmagımı istəyirsiniz? – Sənin səsin niyə çıxmalıdır ki? Sən kimsən ? Gülşən sərhədi keçmək istəmədi. Hələdə qaynanasına siz deyə müraciət edirdi. Qasım çölə çıxdı. Gülşən də balaca Zəhranl götürüb yataq otağına keçdi. Qaynananın hələ də səsi gəlirdi. Get – gedə səsinin tonu daha da qalxır, sanki döyüşə rəqib çagırırdı. Gülşən səbrini basıb oturmuşdi. Yataq otagının qapısı zərblə açıldı. Budur, qaynana alov saçan 7 başlı əjdaha kimi içəri keçdi. – Sən, nə qədər arsız adamsan, bu qədər söyüşdən sonra hələ də burdasan?. Niyə çıxıb getmirsən dədənin xarabasına? – Mən ailəmin yanındayam. – Nə ailə, ailə salmısan? Səni əvvəl axır boşatdıracagam – Niyə, səbəbin bilmək istəyirəm. – Səbəbi bizim varlı, sizin kasıb olmagınız. Bu bəsdi, yoxsa davam edim? – O səbəb deyil axı? – Dilini kəs, elə etmə ki, bu evdə son gecən olsun! Gülşən ayag qalxıb əşyalarını topalamaga başladı.. Burada qalmagın mümkünsüzlüyünü dərk edirdi . Qasımın qəfil gəlişi qaynananı daha da alovlandırdı. -Hələ bitirməmisiniz? – Günah ondadı. Mənə bayaq bilirsən nə dedi ? – Nə? – Bala, söz etmə, amma mənə elə söz dediki onu boşamasan südümü sənə halal etmərəm. Gülşən ağzından artıq söz çıxartmadığını bilirdi. Amma nə fayda? Arvad dediyini deyirdi. Qasım artıq səs – küydən yoruldu. Sakitlik yarada bilmirdi. Gülşən cavab vermirdi, əlini üzünə tutub aglayırdı. Məkirli qaynana isə dediyini deyirdi. – Sən ananı onun ayağına verdin, sən yaxşı ogul olsaydın, o mənə cavab verə bilməzdi. Nifrət dolu sözlər Qasımın başı ətrafında fırlanır, qulaqlarına girmirdi. Birdən arvad yerə yıxıldı.Özünü elə göstərirdi ki, guya ürəyi gedib. Gözlərini yumub açmırdı. Gülşən bunun oyun oldugunu bilirdi. Evdə eri ilə də dalaşan kimi uzanıb yerə özünü bu vəziyyətə salırdı. Qasım qorxuya düşmüşdü. Gülşən su gətirdi. Nə qədər etsələr də arvad gözünü açmadı. Bu dəmdə Zəhra agladı. Gülşən onu qucagına götürüb gəldi. Qapının zəngi çalındı. Gələn Qasımın atasıyla, bacısı idi. Səhnə yenidən quruldu. Baldız səsini atdı başına. – Anama nə etmisiniz? -Niyə ayılmır? -İndi özünə gələr deyə Qasım qorxa – qorxa cavab verdi. – Hamısını edən sənin arvadındı. Anam burada ölür sən hələ də onun tərəfin tutursan. Sən sən olsan o heç nə edə bilməz. Sənsən günahkar, sənsən… Sözlər qulaqlarında cingildəməyə başladl Qasımın. Nə qədər etsə də özünü ələ ala bilmədi.Dəli kimi qışqırıb Gülşənin üstünə hücum çəkdi. Qaynana baldız baxışıb xısın – xısın güldülər. Qasım Gülşəni döyməyə başladı Balaca Zəhranın səsi aləmə yayılırdı. Gözü heç nə görməyən Qasım Gülşəni döyməkdə davam edirdi. Qasımın əlindən birtəhər qurtaran bədbəxt 2 – ci mərtəbəyə qalxdı. Qasım dəli kimi qışqırır, onu öldürəcəyi ilə hədələyirdi. 2 ci mərtəbədəki mətbəxin bir qapısı eyvana açılırdı. Otaqdan girişi olan mətbəxin qapısını baglaylb tir – tir əsən Gülşənin son ümüd yeri bura idi. Qasım nə qədər qışqırsa da qapını açmadı. Zəhrayla səs – səsə verib aglayırdılar. Qasım qapını açmagı bacardı. Gülşənin üstünə hücum çəkib söyüşlə bərabər sillə yağışına tutdu. İlahı, vəhşi Qasım qayıtmışdı. Eyvana qaçan Gülşən uşagını bərk-bərk qucaqlayıb imdad diləyirdi. Ağzı-burnu qan içində, ağrıdan yerdə qıvrılan bəxtsiz gəlini zorla ayağa qaldırıb yenidən döyən Qasım sanki havalanmışdı. Gülşən yalvarırdı. – Zəhraya dəymə, onu vurma. Qasım Zəhrsnı bir top kimi onun əlindən alıb kənara tulladı. Uşağının yanına yüyürən Gülşənin qarnına təpiklə vurub yerə yıxdı. Gülşən son gücünü topalayıb, sürünə – sürünə uşaga sarı getdi, onu qucaqladı. Bu dəmdə Qasımın təpiyi uşaga dəydi. Uşaq Gülşənin əlindən həyətə düşdü. Gülşən dəli kimi hayqırdı. Gözü qanla örtülən Qasım onu da vurub eyvandan saldı. Zəhra yerə düşən kimi mələyə çevrilmişdi. Gülşən Zəhradan sonra iki gün yaşamadı. Qızının ölümünü bilmədən bu dünyaya əlvida dedi. Ruhi xəstəxanaya yatırılan Qasım nə etdiyini indi anlayırdı. -O nə etmişdi? -Ailə qatili idi. -Onu yoldan kim çıxartdı? -İçindəki şeytan? -Yoxsa evdəki insan cildindəki şeytanlar? Bu acı ilə yaşaya bilməzdi Qasım. Fürsət tapan kimi damarlarını kəsib intihar etdi. Söz – söhbətin, müdaxilənin məhv etdiyi bir ailə məhv olub getdi. Ölüm yüklü sevgisini cəmi 3 il yaşada bildi bu bədbəxt cütlük…
AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…
Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.
Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.
Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.
İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!
Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?
O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.
İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.
Bu, çox doğru fikirdir. Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…
Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.
Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.
Klinikanın adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.
Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.
Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.
OĞLUMLA SÖHBƏT -O səs nədi elə, Ana? -Oğul balam, yağış yağır. göydən yerə buludların toxuduğu naxış yağır. * * * Bu yağışla nur çiləsin taleyinə kaş ki, Tanrı! Sən xoşbəxt ol, mən də olum, ay ömrümün xoş nağılı! * * * -Bəs, o işıq nədi elə? -O da aydı işıq saçır. günəş batır, ayla ulduz gecələrə qapı açır. * * * Qoy, o işıq amalına, həyatına saçsın, balam! Uzaq olsun hər an səndən. şər, iftira, böhtan, yalan! * * * Bəs, o nəyin qoxusudu? -Pəncərəndə açan güldü, qoxusunu yayıb evə, gül də, sənə baxıb güldü… * * * Daha bəsdi, yataq oğlum, gül-çiçəkdən təmiz, balam! Gəl, bağrıma basım səni, doğma balam, əziz balam! * * * Niyyətlərim, arzularım sənə doğru, sənə bağlı! Bəlkə, sənə nağıl deyim, ay ömrümün xoş nağılı?! * * * Biri vardı, biri yoxdu… varım-yoxum sənə qurban! Hansın deyim, Məlikməmməd, Göyçək Fatma, yoxsa Cırtdan? * * * Yum gözünü, layla çalsın anan sənə həzin-həzin! Yaşayıram, üz-gözümə toxunduqca, tər nəfəsin. * * * Misralarım avazımla cingildəsin qulağında. Gül də açdı, ay da doğdu, yağış yağdı otağında… * * * Mahnı kimi, nağıl kimi ömrün olsun, noğul balam! Sən yat, çəkim mən keşiyin oğul balam, oğul balam! 25.08.2010.
DUYĞUNUN GƏLİNCİYİ Köhnə gəlincikləri Duyğu yığdı yanına. Əvvəlcə, əl gəzdirdi Onların paltarına. * * * Yuyub, qurutdu sonra, Düymələrini tikdi. Ayaqqabısın silib Üstünə boya çəkdi. * * * Saçlarını daradı, Üz-gözünü bəzədi. Sonra, kənardan baxıb Dedi: -Sanki, təzədi! 18.06.2015.
ƏLİSANIN KİTABLARI (Oğlumun “Kitab bayramına”) Əlisa kitabları Yığdı çantaya bir-bir. Bir az keçdikdən sonra Gördü ki, hay-küy gəlir. * * * Astaca qulağını Dirədi çantasına. Eşitdi hay- küy düşüb Onların arasına. * * * Dilləndi Ana-dili: -Mən Ananın dilliyəm, Bal-şəkər, şirin-noğul. Yazılıbdı sinəmə Şeir, tapmaca, nağıl. * * * Ataların sözünü Mən sizə yetirirəm. İşim, sifət, feillə Cümləni bitirirəm. * * * Dindi Texnologiya: -Uşaqlar görcək məni Açılır qaş-qabağı. Qayçı, yapışqan ilə Sevirlər oynamağı. * * * Rəngbərəng kağızları Doğrayıb, kəsib, burur. Plastilin xəmirdən Hərə bir dünya qürur. * * * Dilləndi İnformatika: -Kompyuter əsridi Bizim indiki zaman. Bunun üçün də məni Uşaqlar sevir yaman! * * * Sistem, blok, monitor, Qrafik, alqoritm. Yeni dərs üsuluyla Tutmuşam mən də ritm. * * * Dindi Həyat bilgisi: -Mənim vərəqlərimdə Bilirsiniz, nələr var? Canlı, cansız təbiət, Heyvanlar, bitkilər var. * * * Planet, yer kürəsi, Dənizlər, okeanlar. Yol qaydasın öyrənir, Məni tam oxuyanlar. * * * Dilləndi bu an Şahmat: -Uşaqların sevdiyi Ən gözəl kitab-Şahmat. Topla atəş açılır, Şahə qalxır köhlən at! * * * Fillə, vəzir yanında, Piyada öndə durur Bu oyunun qalibi, Şahı mat edən olur. * * * -Dindi İngilis dili: Beynəlmiləl ad alıb, Dünya belə danışır. Bu dil ilə ölkələr Tam qaynayıb, qarışır. * * * I am speak English, Salam verin:- Hello! Hay! Vell come, nise to meet you! Sağ olun! Sii of! Good bay! * * * Təsviri incəsənət dilləndi öz yerindən: -Uşaqlar qoymur məni, Əllərindən heç yerə. Quaş, pastel, boyayla Rəngləyib silə-silə. * * * Gördükləri nə varsa, Çəkirlər min həvəslə. Yaman maraqlanırlar Bu kitabla, bu dərslə. * * * Dilləndi Riyaziyyat: -Elmlərin şahıyam, Biliklərin açarı. Uşaqlar yaman sevir, Həndəsi fiqurları. * * * Vurma, çıxma, toplama Həll edirlər maraqla. Məntiq, misal, məsələ Gəl, bir məni varaqla! * * * Dindi bu an musiqi: -Çalğı alətlərini Uşaqlara danışdım. Azərbaycan himnini Əzbərlətdim, soruşdum. * * * Gah notdan, gah ritmdən, Gah muğamdan söz saldım. Şirin nəğmələrimlə Könüllərə iz saldım! * * * Dinləyib hamısını, Əlisa gülümsündü. Fikrə gedib bir qədər, Sonra astaca dindi: * * * -Dalaşmayın kitablar, Hamınızı sevirəm! Anam söyləyib mənə, Bunu çoxdan bilirəm. * * * Elm, savad kitaba Yazılan sözdən keçir. İşıqlı gələcəyə Gedən yol sizdən keçir! 20.05.2015.
ANAM NAĞIL DANIŞIR Biri vardı, biri yox… nağılların sayı çox. Atamın mərd elindən, anamın bal dilindən Dinləyib şirin-şirin. çox sevmişəm hər birin. * * * Yatmağa gedən kimi, hər axşam dönə-dönə, Anam başımın üstə nağıl danışır mənə. * * * Göyçək Fatmayla Cırtdan, cəsur Ağ atlı oğlan, Turp, Qoğal, Məlikməmməd, Tıq-tıq xanım və Əhməd, divlə, Qırmızıpapaq gəlirlər bizə qonaq. * * * Dərə keçir, düz aşır, yorulmadan danışır… Nağıl sona yetişir, göydən üç alma düşür. Anam söyləyir mənə: -Ay oğul, qurban sənə, payını saxlayıram, yat, dur sonra yeyərsən! * * * … Sabaha heç nə qalmır. Almaların hamısın anam yeyir, deyəsən? 16.06.2015.
TƏNBƏL RAFAEL Yaman səliqəsizdi Bizim Rafael yaman. Otağı qarış-quruş Olur baxsan, nə zaman. * * * Kitab divanın üstə, Döşəmədə dəftəri. Qələm, şəkil, saatlar… Bərbad gündə rəfləri. * * * Dəsmalı yerdə gəzir, Qırışdı paltarları. Heç narahat etməyir Onu, evin bu halı. * * * Elə ki, lazım olur Ona otaqdan nəsə. Axtarıb tapa bilmir, Hamı yığılır səsə: * * * -Kömək eləyin tapım, Dərsə yetişməyəcəm! Söz verirəm, otağı Gəlib təmizləyəcəm! * * * Elə ki, evə gəlir Hər şey çıxır yadından Tutacaq öz sözünü Nə vaxt, bu tənbəl oğlan?! 22.06.2015.
SEVGİSİZ YAŞASAM Yaxşılar fərqlənməz, pislər olmasa, Heç yağış yağarmı, bulud dolmasa? Əgər bu dünyada izim qalmasa, Yəqin ki, varlığım daşa dönərdi! * * * Axı, kim yamanlıq görüb dilimdən, Heç vaxt ayrılmaram doğma elimdən. Nə vaxtsa qələmim düşsə əlimdən, Hər kəlməm gözümdə yaşa dönərdi! * * * Tənhalıq adamın qəddini bükər, Dərd-qəm sınıq qəlbi min səmtə çəkər. Bircə an sevgisiz yaşasam əgər, Ömrüm bir şaxtalı qışa dönərdi!
SƏNDƏN XATİRƏDİR SƏNSİZLİK MƏNƏ Bilmirəm sən niyə xəbərsiz getdin, Qoydun ürəyimdə neçə iz,-getdin. Son dəfə üzümə baxmayıb,düz getdin, Döndünmü zülmətdə dumana-çənə – Səndən xatirədir sənsizlik mənə! * * * Əllərim arxanca uzalı qaldı, Həsrətim kölgənə qısılıb qaldı. Eşqim göz yaşımdan asılb qaldı, Ürəyim gör necə sızlayır yenə – Səndən xatirədir sənsizlik mənə! * * * Adını qəlbimdən de, necə silim, Keçir dərd içində hər ayım, ilim. Hələ də sabaha çatmayır əlim, Üzümü tutmuşam hər ötən günə – Səndən xatirədir sənsizlik mənə! * * * Elə zənn etmə ki, dönmüşəm yada, Ülvi bir sevgini vermərəm bada. Əllərim əlinə toxunmasa da, Adını anıram hey dönə-dönə – Səndən xatirədir sənsizlik mənə!
İNDİ MƏNSİZ NECƏSƏN… Bu ayrılıq ürəyinə yatdımı, Ahım-naləm görən sənə çatdımı? İşıq saçan bəxt ulduzun batdımı, Zülmətəmi çevrilmisən gecə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Bilə-bilə saf eşqimi tapdadın, Gedib döndün girovuna sən yadın. De, başında çatladımı inadın, Bir vədələr sığınmışdın gücə sən – Söylə görüm indi mənsiz necəsən? * * * Bəxtinləmi de vermişdin səs-səsə, Mat qalmışdım belə gizli həvəsə… Bir ayağın qaçaq idi nədənsə, Barı qaçıb qoşuldunmu köçə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Daha mənə deyiləsi sözün yox, Ürəyində bircə qalam közün yox. Danışmağa bəhanən yox, üzün yox, İstəmirəm ta qarşımdan keçəsən – Baxıb deyəm, indi mənsiz necəsən?
ƏHSƏN HÜNƏRİNİZƏ (Qazilərimizə həsr edirəm) Vətənin ən ağır günlərində siz, Şəhid olmağa da hazır idiniz. Düşmən çökən kimi qarşınızda diz, Nur saçdı odunuz-közünüz sizin! * * * Vətən dünya boyda ürəkdi-candı, Torpaq qorunanda yurddu-məkandı. Deyəndə, “Qarabağ Azərbaycandı”! Yayıldı hər yana sözünüz sizin! * * * Heç vaxt qeyb olmasın gözdə nurunuz, Zəfər sevinciniz bəhrə-barınız. Qoy, qaysaq bağlasın yaralarınız, Gülsün zaman-zaman üzünüz sizin! * * * Haqq yolunda hər əzaba dözdünüz, Yağıların bənd-bərəsin kəsdiniz. “Dəmir yumruq”la düşməni əzdiniz, Dil açdı hər yanda iziniz sizin!
20 YANVAR ŞƏHİDLƏRİ Qarlı-zülmət bir gecədə nur saçdılar, Yağılarla ərən kimi savaşdılar. Azadlığa gedən yoldan söz açdılar – 20 Yanvar şəhidləri! * * * Paytaxt Bakı dönəndə qan dənizinə, Bələd olduq imperiyanın iç üzünə. Çevrildilər bəxtimizin gündüzünə – 20 Yanvar şəhidləri! * * * Nalə qalxdı asimana, üzüldü can, Hər tərəfə yağış kimi çiləndi qan. Ulu xalqın yaddaşında təzə ünvan – 20 Yanvar şəhidləri! * * * Namərd düşmən düşsə də qara niyyətə, Məğlub oldu el gücünə, əzəmətə. Alnı açıq üz tutdu əbədiyyətə – 20 Yanvar şəhidləri! * * * Biz bu dərdi daşısaq da aya-ilə, Matəm rəngi ta yaraşmır qərənfilə. Nəğmə kimi düşübdülər dildən-dilə – 20 Yanvar şəhidləri!
DANIŞIR MƏNİMLƏ KÖHNƏ ŞƏKİLLƏR Nə gün-günə bənzər, nə də il-ilə, Hər çiskin çevrilmir yağışa, selə. Kövrək xatirələr gələndə dilə Elə bil geriyə qayıdır illər – Danışır mənimlə köhnə şəkillər! * * * Uşaqlıq çağımdan söz açır şəklim, Cavanlığım kimi nur saçır şəklim. Gah gözə görünür, gah qaçır şəklim, Yaxamdan yapışıb dartanda əllər – Danışır mənimlə köhnə şəkillər! * * * Hər biri saralıb solan varaqdı, Sükuta qərq olan səsdi-soraqdı. Piltəsi közərən şamdı-çıraqdı, Titrəyir yarpaqtək əsdikcə yellər – Danışır mənimlə köhnə şəkillər! * * * Yaddaşım çatsa da hərdən dadıma, Kim çəkibsə, düşmür adı yadıma. İsinəndə közərtimə-oduma, Qəlbimdə gizlicə titrəyir tellər – Danışır mənimlə köhnə şəkillər! * * * Seymuru sızladan alovdu-közdü, Üstünü qar örtmüş cığırdı-izdi. Dumanlı-çiskinli pərişan üzdü, Dəyişə bilməyir səmtini sellər – Danışır mənimlə köhnə şəkillər!
VƏFASIZ QIZLARI SEVMƏYƏ DƏYMƏZ Tərsinə fırlanır dünyanın oxu, Bir ümid dalınca yollanır çoxu. Atalar əzəldən deyibdir axı, Dönük üzlü bəxti ha axtar, ha gəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Bəzisi tez çıxır haqqın yolundan, Büdrəsən yapışmaz sənin qolundan. Yansan da xəbəri olmur halından, Halal süd əmmişə heç varmı əvəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Etdiyin səhvləri gəl, azca bələ, Kim bilir qabaqda nələr var hələ. Yüz yol öz-özünü danlasan belə, Gecikmiş etiraf solğun bir həvəs – Vəfasız qızları sevməyə dəyməz! * * * Adam var, astarı üzündən baha, Hər vaxt beləsindən uzaq qaç daha. Odunu-közünü saxla sabaha, Bil ki, ülvi sevgi qəddini əyməz – Vəfasız qızları sevməyə dəyməz! * * * Seymur az görməyib işin tərsini, Bir addım atanda düşün ger(i)sini. Nə vaxtsa həyatadan alsan dərsini, Baxıb görəcəksən ya gec, ya da tez – Vəfasız qızları sevməyə dəyməz!
DOĞMA YURDUM-MƏSKƏNİM Ana Vətən, şan-şöhrətin yayılıbdır hər yana, Əzəl gündən sığınmışam sənin doğma qoynuna. Qollarımı gеniş açıb qoy, sarılım boynuna, Sənsən mənim yer üzündə qanad açan yelkənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Hər ürəkdə məhəbbətin, bir əbədi izin var, Odlu qəlbin, isti qoynun, al günəşli izin var. Varlığından soraq verən, neçə-neçə sözün var, Yenilməyən əzəmətim, varlığımsan sən mənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Zaman-zaman gözlərini qamaşdırdın yadların, Tükənməyən xəzinədir, həm sərvətin, həm varın! Göz oxşayır qarlı qışın, gül-çiçəkli baharın, Həm yamyaşıl yarpağımsan, həm də göyərən dənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Sabahından söhbət açır, dalğalanan bayrağın, Nə gözəldir ürək açan, qəlb oxşayan növrağın! Zəfərindən soraq verir xoş müjdəli hər çağın, Seymur deyir, qoy daşına-torpağına mən dönüm – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”
-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”
UĞURLARIN BOL OLSUN, HACI!BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏ ƏBƏDİ DALĞALANSIN!
YAŞIM ÖTÜB Hanı sevgin, hanı əhdin, ilqarın? Hanı sənin yenilməyən vüqarın? Hanı ürəyində qalan qubarın? Yaşım ötüb deyə üz döndərirsən. * * * Əvvəl mənlə əhdi-peyman bağladın, Ayrılsan da ürəyində ağladın. Heyif sənə bu yaşımda bağlandım, Yaşım ötüb deyə üz döndərirsən. * * * Kaş geri dönəydi sənli günlərim, Mənimlə saralıb, soldu güllərim. Salam ver, havada qaldı əllərim, Yaşım ötüb deyə üz döndərirsən. * * * Hanı andın, sənki məni sevirdin?! Səni sevdiyimi yaxşı bilirdin. İndisə olmusan, sən mənə düşmən, Yaşım ötüb deyə üz döndərirsən. * * * Tanrım salar səni min bir oyuna, Baxmaz baharına, baxmaz yayına. Lənət gəlsin bu cür sevgi payına, Yaşım ötüb deyə üz döndərirsən. * * * Məndən ayrılmağın olacaq gizli, Ürəyimdə sevgim varsa təmizdi. Allahın qarğışı tutacaq bizi Yaşım ötüb deyə üz döndərirsən.
UNUDUM GƏRƏK (Nüsrət Kəsəmənlinin şeirindən ilhamlanaraq) Mənə “ ayrılırıq”, “unut” deyirsən, Sənli günlərimi yox edim gərək. Sən mənim özümsən bunu bilirsən, Unutsam özümü unudum gərək. * * * Hər gecə yuxuma gizli gəlirsən, Döyünən qəlbimin sevgisi sənsən. Sən mənim yuxumun şəhzadəsisən, Unutsam yuxumu unudum gərək. * * * Allahdan arzumdur geri dönəsən, Xoşbəxt anlarını birgə böləsən. Heyif ki, sən mənə unut deyirsən, Unutsam dünyamı unudum gərək. * * * Sevgin məni şair etdi biləsən, İstəyirəm göz yaşımı siləsən. Axı niyə mənə unut deyirsən? Unutsam hər şeyi unudum gərək.
YUXU Hər gecə yuxuma gizli gəlirsən, Bu ki, həqiqətdir, yuxu deyilsən. Gizlincə durursan bir qıraqda sən Bəlkə də özünsən bildirməyirsən. * * * Oyatma sən məni yuxudayam mən, Dünyanın ən şirin yuxusundayam. Yuxuda görürəm bir sən, bir də mən, Sevgi körpüsünün ortasındayam.
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm qəmi? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, qoy yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün Yasıma gələrək ağla, gedirəm.
HEÇ OLDU Mən aşiqdim, bir cavana vuruldum, Könlün alım deyə ona qul oldum. Ürəyimdə sevinc əkdim, qəm bitdi, Nalə çəkdim iztirabım heç odu.
NİYƏ MƏNDƏN KÜSMÜSƏN? Leylidən, Məcnundan söylədin mənə, Sevirəm deyərək yanaşdın mənə. Gizli-gizli girdin sevən qəlbimə, Söylə indi nədir məndən küsmüsən? * * * Hündür zirvələri tən yaratmışam, Qara saçlarımda dən yaratmışam, Bu sevda yolunda “Sən” yaratmışam, Söylə indi nədir məndən küsmüsən? * * * Həyatda qəlbimi sənə vermişəm, Tək sənə inanıb, səni sevmişəm. Tanrıdan tək səni istəmişəm mən, Söylə indi nədir məndən küsmüsən? * * * Sabahdır, ağladım bütün gecəni, Düşündüm eləcə olub keçəni. Sevənlər də günahlardan keçəndi, Söylə indi nədir məndən küsmüsən? * * * İncisəm də səndən küsən deyiləm, Özümü doğrayıb, kəsən deyiləm. Sünbülün mən idim, süsən deyiləm, Söylə indi nədir məndən küsmüsən? * * * Dərdimi, qəmimi sənlə bölərəm, İnan bu həyatda sənsiz ölərəm. Həyatın mənası səni bilərəm, Söylə indi nədir məndən küsmüsən? * * * Qəribə bir eşqə düçar olmuşam, Qıfıllı qəlbinə açar olmuşam. Günəştək istilik saçar olmuşam, Söylə indi nədir məndən küsmüsən? * * * Küsməyinin səbəbi olmalıdır, Bu sevən gözlərim kor baxmalıdır. Bu ömrüm ömrünə yar olmalıdır, Söylə indi nədir məndən küsmüsən? * * * Ərşə çəkildi yuxu gözlərimdən, Taqət düşdü bu duran dizlərimdən. İncimisən de hansı sözlərimdən? Söylə indi nədir məndən küsmüsən? * * * Böyük tarixim var səninlə birgə, Hörmətim, sevgim var səninlə birgə. Həyatda böyüdüm səninlə birgə, Söylə indi nədir məndən küsmüsən? * * * Ürəyimi aldın, qaytar demədim, Sevgimi yad qızda axtar demədim. Mən sənə, “Axtaran tapar” demədim, Söylə indi nədir məndən küsmüsən? * * * Sənin sevgin məni Leyli eylədi, Qəməri təqvimi Hicri eylədi. Əsli də Kərəmi yanar eylədi, Söylə indi nədir məndən küsmüsən? * * * Hər şeyin səbəbi olmalıdır, bil, Ağlasam gəl yenə gözlərimi sil. Məcnunun sevdası itəcək deyil, Söylə indi nədir məndən küsmüsən? * * * Şəlaləyəm, üzüm güldü səninlə, Qəlbindəyəm, qəlbin səsini dinlə. Sənsiz ömrüm hədər oldu qəminlə, Söylə indi nədir məndən küsmüsən?
GÖZƏL Gözə gələrsən, gözəlim, Gözlərin gözəldi sənin. Gözəllərdən seçilirsən, Sənə baxır bu gözlərim.
APARIR MƏNİ Bu necə sevgidir üzür qəlbimi, Ağlayıram hər gün düşünüb səni, Bacarmıram ürəyimlə deyəsən, Sevgim uçuruma aparır məni. * * * Şirin candan keçərəm, bil, səninçün, Dözərəm hər əzaba səninçün. Son qoyaram bu həyata səninçün, Sevgim uçuruma aparır məni.
ƏZƏLİ, YA ƏBƏDİDİR? Bu sevgidə ikimiz də günahkarıq, Yaşamaqçün səbəbimiz de nədir? Yaşamağa ikimiz də inadkarıq, De sevgin əzəli, ya əbədidir? * * * Heç biri,.. demək ki, bir variant var, Sevgiylə oynamaq, tez atmaq da var. Sevməyəndə qəlbi oyuncaq etmək, Sevənlərdə sevgi yaratmaq da var. * * * Hardan girdin ürəyimə bilmədim, Həyatımda sən olandan gülmədim. Mən sənin sevgini oyun bilmədim, De sevgin əzəli, ya əbədidir? * * * Yaratmaq eşqilə yaşayıb yazdım, Səni sevib tez də yolumu azdım. İstədim məktubda bir sual yazım, De sevgin əzəli, ya əbədidir? * * * Eşqindən şamların başına dönüb, Pərvanə olmuşam, səni düşünüb. Sual verəcəyəm, qəlbinə düşüb, De sevgin əzəli, ya əbədidir? * * * Bu həyatdan köçsəm, bil, üzülmərəm, Ürəyimi qəm oduyla üzmərəm. Gözlərimə kədər yaşı düzmərəm, De sevgin əzəli, ya əbədidir? * * * Ayları qatmışam artıq illərə, Səs-sədam düşübdü indi ellərə. Pərişan – pərişan düşüb çöllərə, De sevgin əzəli, ya əbədidir?
GİZLİ Sən getdin, “Əlvida” deyərək mənə, Getdiyin yollara baxıram gizli. Daha gücüm çatmır bir də sevməyə, Getdiyin yollara baxıram gizli. * * * Qarşında diz çöküb ağlamayacam, Ölsən yasını da saxlamayacam. Alışdım, bird aha odlanmayacam, Getdiyin yollara baxıram gizli. * * * Ayrılıq, amma ki, sevmişəm düzü, Əlvida olmuşdu sənin son sözün. Nədən sevmədinsə yaşardı gözün? Getdiyin yollara baxıram gizli. * * * Hərdən yuxularıma girəndə mənim, Qəlbimi odlara yaxıram gizli. Ağrıdı həmişə yandı bu qəlbim, Getdiyin yollara baxıram gizli. * * * Ayrılmayaq, yalvarmışdım Allaha, Qələm də mürəkkəb axıtmır daha. Saxta məhəbbəti satmışdın baha, Getdiyin yollara baxıram gizli.
CAN DİLƏ Sevgi üçün candan keçib can dilə, Xəstə oldum, bağlanıbdır can dilə. Şirin sözün ilan çıxardar qından, Gərək bu dil cana yetsin, can dilə.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Məhəbbətim kəmmi gəldi sevəndə? Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
QOCALMA SEVGİLİM Mən səni sevmişəm ömrüm uzunu, Həyatda sevgi də, nifrət də olar, Dəyişərəm ölsəm alın yazımı, Qocalma, sevgilim, qocalma, nolar. * * * Gözünə nur gəlsin, qoluna qüvvət, Dilinə söz gəlsin, dizinə taqət. Heç zaman ölməyər sevgiyə hörmət, Qocalma, sevgilim, qocalma, nolar. * * * Heyif deyilmi ki, cavan qalasan, Bil ki, istəyirəm qocalmaysan. Hətta istəyirəm mənlə olasan, Qocalma, sevgilim, qocalma, nolar. * * * Qocalsan saçına vaxtsız düşər dən, Qəlbində olmasın nə kədər, nə qəm, Uşaqlıq sevgimsən, deyirdim hərdən, Qocalma, sevgilim, qocalma, nolar. * * * Mən uşaq, sən isə yetkin bir gəncdin, Mənim ürəyimi kədərlə sancdın. Bəlkə də mənimçün adi inancdın, Qocalma, sevgilim, qocalma, nolar. * * * Səni gördüm, sanki dünyam dəyişdi, Ürəyimdə bil hisslərim dəyişdi. Aradan vaxt keçdi, zaman dəyişdi, Qocalma, sevgilim, qocalma nə olar. * * * Sevgi əzabından uzaq olacam, Kədər yuvasında boş qalacağam. Dizinə baş qoyub çox yatacağam, Qocalma, sevgilim, qocalma nolar. * * * Ürək dəftərindən adımı silmə, Zəmanə tez keçir, bil, ilmə-ilmə. Qocalıq nə şeydi sən hələ bilmə, Qocalma, sevgilim, qocalma nolar. * * * Mən bir dilənçiyəm, sənə əl açıb, Sevgimi geriyə istəsəm olar? Xatırımdə ancaq məhəbbət qalar, Qocalma, sevgilim, qocalma nolar. * * * Unutma, tənhalıq yıxar evini, Hələki cavanlıq yaşadır səni. Mən hələ görmədim eşqin məhvini, Qocalma, sevgilim, qocalma nolar. * * * Sən məni atmısan, unutma ey yar, Sevgiyə dönüklər sayılar əğyar, Həyat gözlərində görünəcək dar, Qocalma, sevgilim, qocalma nolar. * * * Cavansan, çalış ki, xoş yaşayasan, Qocalıq barədə düşünmə hələ, Nə badə bir daha qocalmaysan Qocalma, sevgilim, qocalma nolar. * * * Qoy nəzər dəyməsin gözəlliyinə, Sən hələ cavansan, qal həmişə belə. Qocalıq kəlməsin gətirmə dilə, Qocalma, sevgilim qocalma nolar.