“YAXŞI ADAM”A BAYRAM TƏBRİKİ

“YAXŞI ADAM”A BAYRAM TƏBRİKİ
Bu gün səhərdən Günəşin al şəfəqlərinin təbiəti nura qərq etdiyi bir vaxtda Novruz və Ramazan bayramları münasibətilə doğmalara, dostlara təbriklər göndərir, hər biri ilə xoş diləklərimi bölüşürəm. Eləcə də ünvanıma gələn bayram təbriklərindən ruhlanır, fərəhlənir və bu ovqatımdan könlümcə rahatlıq duyuram…

Bu bayram günlərində illərlə bir-birindən xəbər tutmayan, elindən, obasından ayrı düşən insanlar əziz günlərdə dostlarını, doğmalarını arayıb-axtarır, ürək dolusu sevinclə əhvallaşır, bayramlaşırlar.

Ramazan və Novruz bayramlarında ilk olaraq kimsəsizlərə, əlillərə, şəhid balalarına, əlsiz-ayaqsızlara, unudulmuşlara, tənhalara, yaşlı insanlara baş çəkmək, onları sevindirmək, xalqımızın savab adlı milli dəyərlərindəndir. Bu adətləri yerinə gətirənlər el-obada yaxşı adam kimi tanınır, sevilir, xalqın etimadını qazanır, hörmətlə qarşılanır.

Dünyada yaxşı adamların sayı nə qədərdir, onu heç kim bilmir, amma hər kəs yaşadığı məkanda yaxşıları tanıyırsa, nə xoş bizlərin halına! Əbəs yerə demirlər ki, dünya yaxşıların çiyni üstə qərar tutur. Bu söz bir qədər obrazlı deyilsə belə, burda bir həqiqət də var: Yaxşıların çox olduğu yerdə doğruluq, düzlük, təmiz əxlaq, inam, etibar, böyüyə hörmət var…

Belə yaxşı adamlardan biri də Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Əziz Əzizovdur. Düşünürəm ki, bir elin, yurdun rəğbətini qazanmış bu Yaxşı Adam məxsusi bayram təbrikini haqq edir.

Mən Əziz müəllimi bəlkə də 1 il-dən bir qədər artıq vaxtdır ki, tanıyıram. İlk təəssüratım yaxşı olsa da haqqında elə də çox məlumata malik deyildim. Onu son bir ildə Beyləqana tez-tez səfərlərim zamanında, el arasında olduğum vaxtlarda dost-tanışlarla söhbətlərimdən tanımağa başladım.

Rayona hər gəlişimdə bir təzəlik, yenilik, səliqə-sahman gözümü oxşayır, könlümü açırdı. Hər dəfə də Başçı haqqında xoş sözlər eşidir, hər kəslə, hamıyla səmimi, mehriban davranışlı, sadə bir rəhbər işçi olduğunu söyləyirdilər. Eşitdiklərimin izi ilə addım-addım “irəlilədim”. Tərcümeyi-halı ilə tanış oldum. Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsindən fəaliyyətini izləməyə başladım. Rayonda görülən bütün işlər, Əziz müəllimin qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullarda, inzibati binada vətəndaş qəbullarında görüşləri – insanların problemlərinə həssaslıqla yanaşması, həllinə kömək etməsi, qayğı göstərməsi…, rayonda müxtəlif mövzularda keçirilən tədbirlərin cəmiyyət həyatı ilə bağlılığı, küçələrin, yolların, bərpası, səliqəyə salınması, bir sözlə, Beyləqanın dinamik inkişafının əksini səhifədəki paylaşımlarda görürdüm. Bu paylaşımlara yazılan rəylərdə vətəndaşların razılığını, Başçıya təşəkkürünü ifadə edən fikirləri oxuduqca düşüncəmdə Əziz müəllim haqqında fikirlərim formalaşırdı.

Hiss edirdim ki, Əziz Əzizov Beyləqana özünün mükəmməl iş proqramı ilə gəlib. Bu proqramın bütün bəndləri cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsaslanırdı: Böyük zəhmət və bacarıqla xalqın xidmətində durmaq, əhalinin sosial, mədəni yüksəlişi yolunda çalışmaq rayon rəhbərlərinin ümdə vəzifəsidir. Bütün bunların fonunda İnsan amili öndə olmalıdır…

Əziz müəllim özünün iş prinsipində Prezidentin tapşırıqlarına ciddi şəkildə əməl edir, böyük səylə çalışır, dövlətinə, xalqına sədaqətlə xidmət edir…

Əziz Əzizov hər gün çöldə, bayırda insanların arasındadır. Ağac əkilir, təmizlik işləri aparılır, bir bel də Başçının əlindədir. Hətta yer əkməyin çəmini, yöntəmini fəhlələrə başa salır. Torpağın dilini, sirrini bilən təsərrüfatçı kimi onlara tövsiyələrini verir…


Əziz Əzizovun təşəbbüs və təşkilatçılığı ilə bayramqabağı rayonda böyük tədbirlər keçirilir. Bu bayramlar ərəfəsində Əziz müəllim nə qədər şəhid ailələrini, əlilləri, yaşlıları təkcə bir vəzifə adamı kimi deyil, El Adamı olaraq yad etdi, hər birinin könlünü aldı. Qadınlar bayramında, İftar süfrəsində onları böyük şadlıq sarayında bir araya gətirdi. O, Beyləqan ailəsini qeyrətlə, zəhmətlə, işgüzarlıqla idarə edən bir Başçıdır…

Bəziləri bu sətirləri oxuyanda düşünər ki, bu kimi tədbirlər bütün rayonlarda keçirilir. Etiraz etmirəm, amma səviyyə, məzmun, ideya, layihələrə özəl yanaşma, başqadır. Müqayisə üçün bir neçə rayonun rəsmi səhifəsinə baxa bilərsiniz…


Beyləqan camaatının hər birinin həyatında Yaxşı adam kimi yeri olan hörmətli Əziz müəllim! Sizi müqəddəs Ramazan bayramı və ilimizin təzəlik ayı, günü olan Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirəm.

P.S. Bilirəm, bu bayram təbriki Əziz Əzizovu yaxından tanıyan, onun sadəliyini, təmizliyini, mərhəmətini, xeyirxahlığını bilən bütün Beyləqan camaatının da ürəyindən olacaq.
Bayramlarınız mübarək, Yaxşı adam!

Hörmətlə, Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Metanet Poladli

Tanınmış şair Mətanət Poladlı oxucu və izləyicilərini Yaz Bayramı münasibətilə təbrik edib: – “Dünya Azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Xalqımıza can sağlığı və xoşbəxtlik arzu edirəm. Bayram münasibəti ilə Novruz şeirimi oxucularım ilə paylaşıram.”

Novruz

Ramazan bir Novruzumuz ikinci,
Coşqu verir bayramların sevinci,
Çəmənlikdə Novruz gülü bir inci,
Bənddən açaq bənövşənin adını.
Çıxarağın bayramların dadını.

Təzə sudan doldurağın fincanı,
Sulayağın dibçəkdəki qonçanı,
Bəzəyəyin naz-nemətlə xonçanı,
Süfrə açsın hər bir evin qadını.
Çıxarağın bayramların dadını.

Nə gözəldir qumruların xoş səsi,
Sevinc verir qaranquşun dönməsi.
Səmənimiz bol bərəkət töhfəsi,
Qalayağın tonqallara odunu,
Çıxarağın bayramların dadını.

Bahar gəlir göydən enir bərəkət,
Bu növrağa qoşulubdur şəhər-kənd,
Sovğat alıb, sovğat vermək mərhəmət.
Ayırmayaq doğmasını, yadını,
Çıxarağın bayramların dadını.

Çox sevərdim bir vaxt papağ atmağı,
Susuz qalıb, gecə niyyət tutmağı,
Çilələrə əyləncələr qatmağı,
Xatirələr yene çapsın atını,
Çıxarağın bayramların dadını.

Hörmətlə, Mətanət Poladlı
18.03. 2026
Biləsuvar

Mətanət Poladlının yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

Bir ovuc torpaq

Bir ovuç torpağı götürdüm ələ,
Ayrılıq sözünü gətirdim dilə.
Özüm bilə-bilə sıxdım əlimi,
Yenidən torpağı buraxdım yerə.
Çırpınan ürək tək o gəldi mənə,
Kimləri udmusan, ey qara torpaq?
Əzizi-xələfi salmısan uzaq,
Sənin qucağında, de, kimlər yatır?
Şah ilə nökərə sən fərq qoymadın,
Burda sən onları heç ayırmadın.
Hər biri olubdur bir ovuç torpaq —
Bunun üçün, ey insan, vuruşmaq nahaq.
O bizim heç zaman olmayacaqdı,
Onun üçün vuruşan uyuyacaqdır,
Bir ovuç torpaq olana qədər,
Bu dünya viranə qalana qədər.
De, kimlərə dərman olubdu səndən,
Göz yaşı axıdıb töksə sinədən?
Bir yazıq ananın, bax, naləsindən
Yoğrulub qaraya boyanan torpaq —
Bəlkə də fəryaddan oyanan torpaq.

Yaz yağışı

Dünən yağış yağırdı —
Sevimli yaz yağışı.
Bu yağış isladırdı,
Saf sevgini, baxışı.
Ürəklərə yağaydı —
Kaş ki, bu yaz yağışı
İsladaydı qəlbimdə
Olan gözəl naxışı.
Bu naxış xatirədir,
Yaz yağışından qalıb.
Sular göydən düşdükcə,
İnan, qəlbim üşüyür.
O torpağa düşəndə
Gözəl qoxu bürüyür.
Yaz yağışı, bir dayan —
Ürəyimdə nisgil var.
Göydən düşən damcılar
Xəyalları da yuyar.
Yağ, aramla sən yağ ki,
Dərin xəyala dalım,
Gözlərimi yumaraq
Xatirələrə dalım…
Qoy küləklər gətirsin
Cavanlığın ətrini,
Bu qış ömrümə yağ ki,
Bəlkə baharım gələ…

Mən dünyanı uduzmağa gəlmişəm

Mən dünyanı uduzmağa gəlmişəm,
Payız fəsli ağlayaraq gəlmişəm.
Bu gəlişlə sevincləri silmişəm,
Bu dünyaya uduzmağa gəlmişəm.
Mən sevgidə gözlərimi silmişəm,
Ürəyimin səsini dinləmişəm.
Həqiqətin kor gözümlə görmüşəm,
Mən bu dünyaya uduzmağa gəlmişəm.
Anlamırdım həyat belə qısadır,
Gənclik ömrü yanmaq üçün puçadır,
Nakam sevgi ömür təki qısadır,
Ömrü boyu heç olmağa gəlmişəm.
Mən dünyaya uduzmağa gəlmişəm.
Bu dünyaya uduzan kim, udan kim,
Fərəhindən qanadlanıb uçan kim,
Mənim kimi röyalarda yatan kim,
Zər də tutub oyunlara baxan kim,
Həyatı ilə razılaşıb qalan kim,
Arzusuna, niyyətinə çatan kim,
Mən kimi xəyallarda qalan kim,
Mən dünyada uduzmağa gəlmişəm.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MÜCRÜNÜN KİTAB SOVQATI

MÜCRÜNÜN KİTAB SOVQATI

Əziz həmvətənlər, əziz oxucular, əziz dostlar!

Yurdumuza bahar fəsli qədəm qoyur. Sevimli Novruz bayramını, müqəddəs Ramazan bayramını qeyd edirik. “Mücrü” nəşriyyatı adından bütün xalqımızı, dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, hər birinizin nümunəsində xalqımıza firavanlıq, səadət dolu günlər, dünyamıza sülh, əmin-amanlıq arzu edirik.

Əlbəttə, həmişəki kimi Mücrünün bayram sovqatı da öz yerində!

Nəşriyyatımız bu dəfə də nə az, nə çox, düz 500 kitabı sizlərə hədiyyə üçün ayırıb.

Bu bir sosial layihədir və kitabların aztəminatlı ailələrə çatmasını daha çox arzu edirik. Hədiyyələrin doğru ünvanlara yetişməsində yardımçı olacaq hər kəsə öncədən təşəkkürümüzü bildiririk.

Hər kəsin kitabı olacaq!

Hədiyyələri 23-30 mart tarixlərində Mücrüdən qəbul edə bilərsiniz.

Ünvan: Zərgərpalan 117/5 (Nizami metrosunun yaxınlığı)

Əlaqə nömrəsi: +994555028932, +994554610720

İş qrafiki: I-V günlər, saat 10:00-18:00

MÜCRÜ NƏŞRİYYATI

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib

Bu barədə YAZARLAR-a AYB-dən məlumat verilib.

Belə ki, uzun müddət bu ittifaqa rəhbərlik edən tanınmış şair Firuzə Məmmədli ərizə yazaraq, istefa verib.

İclas zamanı onun yerinə tanınmış şair Faiq Balabəylinin namizədliyi irəli sürülüb.

Təklif səsverməyə qoyularaq qəbul edilib.

YAZARLAR olaraq Faiq Balabəylini  təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəlalə Camal – Sən

SƏN

Mənim ürəyimə çəkdiyin dağda,
Yığıb veş vüşümü ev düzəltmişəm.
Arada baş çəkib halıma bax da…
Bar verməz dağında bağ düzəltmişəm

Yolların daşını gözümə sərib,
Mən bu yurd yuvanı sağ düzəltmişəm.
Ölsəm vəsiyyətdə yazacam belə:
“Sən nə istədinsə, bax, düzəltmişəm”

Sındırdın qəlbimin incə telini,
Bir ömür bilmədim sənin dilini.
Kaş qaçıb yanına sıxıb əlini
Deyəydim, hər şeyi bax, düzəltmişəm.

*****

Pambıqdan da yumşaq ürəyimi sən
Necə daş elədin, danış qoy bilim.
Həyata sevgiylə baxan gözləri
Necə yaş elədin, bircə-bircə de.

Bəxtimin payına nə düşdü, denən,
Utanma, mən səni darda qoymaram.
Danış, rahat-rahat çəkinmə məndən,
Bir Allah bilir ki, nə çəkirəm mən.

*****

Daha mən əvvəlki uşaq deyiləm,
Oturub nağıla qulaq da asım .
Bütün bəlaların içindən keçib,
Deyirsən, yenidən mən qucaq açım?

İçimdə bir uşaq vardı, öldürdün,
Nağıllar danışıb sonra gülürdün.
Sən mənim eşqimi niyə söndürdün?
Deyirsən, sevgidən biryolluq qaçım?

Qayıtma, yolları bağladım artıq,
Köhnə qapıları açan deyiləm.
Sevgi bir dəfədir, yanılır insan,
Mən daha əvvəlki adam deyiləm.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qeyri-səlis məntiqin ən sadə izahı

Professor Rafiq Əliyev:

“Qeyri-səlis məntiqin iki müddəası var, üçüncüsü yoxdur. Birinci müddəa odur ki, dünyada hər bir şeyin, hər bir münasibətin, hər bir hadisənin dərəcəsi var, bircə Allahdan başqa. Mütləq olan ancaq Allahdır. Ailədə övlada olan məhəbbətin, qardaşa olan məhəbbətin də dərəcəsi var.
İkinci müddəa odur ki, qeyri-səlis məntiq hadisəni rəqəmlərlə qəbul etmir. Ümumiyyətlə, dünyada informasiya iki cürdür. Biri ölçü informasiyasıdır ki, onu ölçmək olur. Məsələn, temperaturu, təzyiqi ölçmək olur. Amma xoşbəxtliyi necə ölçəcəyik? Bunu ölçmək üçün heç bir cihaz yoxdur. Yaxud da iqtisadiyyatın dərəcəsini götürək, bunu necə ölçəcəksən? Deyirlər ki, qalxan iqtisadiyyatdır, enən iqtisadiyyatdır, sabit iqtisadiyyatdır, amma demirlər ki, əlli tam onda beşdir, altmış tam onda üçdür… Buna persepsiya informasiyası, qavrama informasiyası deyirlər. O yerdə ki ölçmə informasiyası işləmir, orada qeyri-səlis məntiq nəzəriyyəsi işləyir. Qeyri-səlis məntiq söz ilə işləyir, rəqəmlərlə işləmir. Həm də bu persepsiya informasiyanı hissə-hissə deyil, toplu halında qəbul etməyi əsas tutur.”

Məlumat hazırladı: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycanlı Yazar Etibar Həsənzadədən 18 Mart Çanakkale Zaferi anma mesajı

Azərbaycanlı Yazar Etibar Həsənzadədən 18 Mart Çanakkale Zaferi anma mesajı

Azərbaycanlı Yazar Etibar Həsənzadə 18 Mart Çanakkale Zaferimiz ilə bağlı anma mesajı yayımladı
18 Mart Çanakkale Zaferimiz mübarək olsun.
Başda Mustafa Kamal Atatürk və silahdaşları olmaqla bütün şəhidlərimizi sayğı və hörmətlə anıram. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun amin.
Qeyd edim ki Çanakkale Zaferimizdə Qardaş Türkiyəmiz ilə bərabər 3 minə yaxın Azərbaycanlı şəhidimiz olmuşdur.
Bu bizim qardaşligimizin daha güclü bağlara malik olduğunu hər zaman göstərmişdir.
Allah birliyimizi dostluğumuzu qardaşlığımizi əbədi etsin inşallah amin.
Ne mutlu türküm deyene.

Böyük ehtimalla: Etibar Həsənzadə

Etibar Həsənzadənin yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SEVDALANMAQ BİR BAŞQA ŞƏHƏRƏ

SEVDALANMAQ BİR BAŞQA ŞƏHƏRƏ

Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Xəzərdən başqa bir sevgilinin
ləpələrində uyumaq istədinmi?
Dalğalanmaq istədinmi
bir başqa tərəfin küləklərində?

Qarışdımı fikirlərin
İçərişəhərin dolanbac küçələri kimi?
Dayanan vaxtı oldumu ağlının
yollarındakı tıxaclar kimi?
Qaxaclar kimi…
quru və boş qaldımı əllərin
bu neft səltənətində
tindəki qocanın əlləri kimi?

O qədər rəvayət, hekayət danışdılar ki,
başından keçən…
Bəs sən?
başından keçdiklərini
xatırlaya bilirsənmi, Bakı?!
Yox, yox, bunlar ağır söhbətlərdir…
Danışma…
sənə sevdalananları mən tanıyıram…
sevdalandığın oldusa, ondan danış…

Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?…

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səbinə Yusif – Barat Vüsal – 75

Barat Vüsal – 75

Bir müqəddəs yazı itib,
Tapan gərək izi itib,
Allahın bir sözü itib,
Şair o sözü axtarır.
Barat Vüsal

O itən sözü axtaran, bir hərfin davasını edən, bir hərfin başına dolanan, bir hərfə diz çökən Barat Vüsalın şair olmamağa haqqı yox idi. Çünki o, sazgildə doğuldu, sözgildə böyüdü. Ailədə hər kəs sözün dəyərini anladı.
Rəhmətlik Akifə xala ilə rəhmətlik Səltənət xala qardaşlarının yazdığı hər hərfin başına pərvanə tək dolanardılar. Akifə xalanın, Lətifə xalanın isməti sözün ismətidir. Səltənət xalanın toylarda at çapması, at belində toy evindən nəmər alması sözün yenilməzliyidir. Anam Aybəniz xanımın yazıb gizlində saxladığı (bu günə kimi işıq üzü görməyən) povesti sözün iffətidir. Esmira xalamın xatirələr dolu məktubları sözün kövrəkliyidir. Rəhmətlik dayım Akifin hamıdan çox mütaliə etməsi sözün qiymətidir. Barat dayımın şairliyi isə Sözün Qüdrətidir.
Sözün dəyərini bilən, etibarlı, halal ocaqda dünyaya göz açan Şair, Sözün kəsərdən, Qələmin qüvvədən, Eşqin Göylərdən enməsin!

Sevgilərlə: Səbinə Yusif

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"