Metanet Poladli

Tanınmış şair Mətanət Poladlı oxucu və izləyicilərini Yaz Bayramı münasibətilə təbrik edib:“Dünya Azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Xalqımıza can sağlığı və xoşbəxtlik arzu edirəm. Bayram münasibəti ilə Novruz şeirimi oxucularım ilə paylaşıram.”

Novruz

Ramazan bir Novruzumuz ikinci,
Coşqu verir bayramların sevinci,
Çəmənlikdə Novruz gülü bir inci,
Bənddən açaq bənövşənin adını.
Çıxarağın bayramların dadını.

Təzə sudan doldurağın fincanı,
Sulayağın dibçəkdəki qonçanı,
Bəzəyəyin naz-nemətlə xonçanı,
Süfrə açsın hər bir evin qadını.
Çıxarağın bayramların dadını.

Nə gözəldir qumruların xoş səsi,
Sevinc verir qaranquşun dönməsi.
Səmənimiz bol bərəkət töhfəsi,
Qalayağın tonqallara odunu,
Çıxarağın bayramların dadını.

Bahar gəlir göydən enir bərəkət,
Bu növrağa qoşulubdur şəhər-kənd,
Sovğat alıb, sovğat vermək mərhəmət.
Ayırmayaq doğmasını, yadını,
Çıxarağın bayramların dadını.

Çox sevərdim bir vaxt papağ atmağı,
Susuz qalıb, gecə niyyət tutmağı,
Çilələrə əyləncələr qatmağı,
Xatirələr yene çapsın atını,
Çıxarağın bayramların dadını.

Hörmətlə, Mətanət Poladlı
18.03. 2026
Biləsuvar

Mətanət Poladlının yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir