Əziz dostlar, martın 21-i şeirlərində mənsub olduğu xalqına, el-obasına, soykökünə bağlılığına, əsərlərinin hər bir misrasının sadəliyinə, səmimiyyətinə, axıcılığna və ürəyəyatımlılığına məftun olduğumuz, Azərbaycanın ilk Xalq Şairi, hələ 29 yaşı olanda “El bilir ki, sən mənimsən”, “Nələr çəkib başın sənin, bilinməyir yaşın sənin”- deyə dünyaya “Azərbaycan, Azərbaycan!” adlı bir haray çəkən, ana dilimizin – Azərbaycan bədii dilinin hər birimiz üçün anlaşıqlı elə o qədər də doğma və sevimli olmasında xüsusi xidmətləri olmuş, XX əsr Azərbaycan poeziyasının sərkərdəsi böyük Səməd Vurğunun doğum gündür. Bu bir həqiqətdir ki, haqq dünyasına qovuşmasından 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun əsərləri bu gün də sevilə-sevilə oxunur, şerləri xalqımızın yaddaşına əbədi həkk olunaraq dillər əzbərinə çevrilmişdir. Əziz dostlar, budur əsl sənət, budur əsl söz, budur əsl sənətkar! Böyük şairin əsərlərindən bir neçə misranı diqqətinizə çatdırmaqla hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, əmin-amanlıq və yeni, daha böyük uğurlar arzulayıram: Yüz il biz ayrıldıq ana dilindən, Məktəbin adına dedik “uşkola” Oxucum! bir daha nəzər yetir sən, Keçdiyin o qanlı, o qorxunc yola. Yüz il Füzuliyə həsr olunmuş qalaraq, Doğma anamıza “mama” deyək. Yüz illik yuxuya birdən dalaraq, Yatdıq gözümüzdən yaş dama-dama. Yüz il nəfəsini çəkə bilmədi, Şairlər oylağı boyük bir ölkə, Yüz il öz qolunu çəkə bilmədi… Tarix! Səninkidir bu qara ləkə! Tər içdi, qan uddu motal papaqlar, Son dana, son çuval getdi vergiyə… Bağlandı qapılar, sondu ocaqlar, Qarılar, qocalar yalvardı göyə… Axdı Rusiyaya neft kəmərləri, Daşıdı onların ilk dəmir yolu… Tarixə hökm edən o gündən bəri, Çalışdı yadlara Azəri oğlu… O gündən titrədi yurdun üstündə Cüt başlı qartalın qanlı bayrağı, Tarixin doğduğu o qara gündə Böyük bir ölkənin sondu çırağı. O gündən yayıldı siflis, süzənək, Eşitdik ilk dəfə “fahişə” sözü… Bunları nəzm ilə artıqdır demək Tarixə şahiddir tarixin özü. O gündən göründü sarı paqonlar, Boşaldı kəndlinin dolu xırmanı. Elləri qurd kimi taladı onlar, Dedilər: padşahın sağ olsun canı. O gündən ağladı aşığın sazı, Dilində can yaxan dərdli haraylar. Uçan durnaların küskün avazı, Ötdükcə dinlədi ulduzlar, aylar. Buludlar çaxnaşdı, hava daraldı, Çumalar dolaşdı bizim elləri. Bizim ipəkləri Peterburq aldı, Bəzəndi knyazın madmazelləri. O gündən saraldı yaşıl təbiət, Axdı həzin-həzin Kür çayı, Araz Baş əydi qanuna kitab, şəriət Ürəklərdə, baxışlarda yas…
bəlkə də sovetlətin yeganə qələm adamı olan dühası idi ki, 1937-ci ilin ağrısını ölənədək yaşadı.
Yoxsa 50 yaşında az qala 80 yaşlı qocaya oxşamazdı ki…
Və Müşfiq şerimizin cavanlıq, Füzuli qocalıq rəmzi hesab olunubdusa, Səməd Vurğun ümumiyyətlə şairliyin, insanlığın, həm də xeyirxahlığın və istedadın simvolu olub Azərbaycan insanının düşüncəsində və ruhunda.
İndi ona çaqqal kimi hürənlər də çoxdu, adını aşağılamaq istəyənlər də…
Amma O, sovet epoxası adlanan onilliklərin ən halal, ən vicdanlı, ən milli, ən talantlı və heç şübhəsiz ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Ömrü boyu yaxşılıqlara könül açdı və kimsəsiz istedadlara həyan oldu, onlara həyatı tanıtdı, yollarında şam kimi əridi.
Hər halıyla Azərbaycanda şəxsiyyət faktorunun önündə gəlib də, ən uca ədəbi zirvələri fəth etdi.
Ölümündən 70 il keçsə də, böyük ilham və tükənməz eşq ilə qələmə aldıqlarının əhəmiyyətli bir hissəsi siyasi konyukturalar ucbatından ədəbi xronikaya çevrilsə də, Səməd Vurğun ümumtürk ədəbi dilinin ən uca zirvələrinin başında qalmaqda davam etməkdədir.
Bu gün bizim dilimiz bu qədər dupduru, bir belə tərtəmiz, bu boyda halaldırsa, həm də Səməd Vurğuna minnətdar olmalıyıq.
Şah Xətai, Abbas Tufarqanll, Vaqif, Aşıq Ələsgər kimi…
O həmişə yaşayacaq! Nə qədər ki, dilimiz var! Nə qədər ki, millətimiz var olacaq!
Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur. Səməd Vurğunun Xalqımızın ən böyük şairlərindən biridir. Səməd Vurğun yeganə Azərbaycan şairdir ki, onun məşhur “Azərbaycan” şeirinin ən azından bir bəndini bütün Azərbaycanlılar əzbər bilir: El bilir ki, sən mənimsən. Yurdum yuvam məskənimsın, Anam doğma vətənimsən, Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Azərbaycanda bu qədər populyar olan ikinci belə bir şeir yoxdur. Səməd Vurğun atamdan yaşca böyük olsa da,aralarında çox isti münasibət olub. Atam 47- ci ildə onun haqqında məqalə yazıb. Məqaləni məktubla Səməd Vurğuna göndərib. Səməd Vurğun məktubu oxuyandan sonra atamı Bakıya dəvət edib. Görüşüblər. Atama ədəbi yaradıcılıqla bağlı müəyyən tövsiyyələr verib…Sonra atam Rayon Partiya komitəsində işləyib. Məşhur içtimai və siyasi xadim Kamran Hüseynov Neftcala Rayon Partiya komitəsinin birinci katibi işləyəndə atama Səməd Vurğunu Neftcalaya dəvət etməyi tapşırıb. Bu söhbət 1952- cü ildə olub. Kamran Hüseynov Səməd Vurğunla yaxın dost olub. Həftənin ikinci günü atam Səməd Vurğunla görüşüb, Səməd Vurğun görüşə razılıq verib və görüş həmin həftənin şənbə gününə təyin olunub. Görüşə iki gün qalmış, cümə axşamı Kamran Hüseynov Bakıya hansısa iclasa dəvət olunub.Cümə günü günorta Bakıdan qayıdan Kamran Hüseynov atamı otağına çağırıb. Atam deyir ki, Kamran Hüseynovun qanı qara idi. Səbəbini bir azdan bildim. Kamran müəllim nənə: -Sən təcili Səməd Vurğuna zəng elə, bir bəhanə ilə görüşün başqa vaxtı kecirildiyini de. Həm də elə et ki, şair inciməsin. Atam deyir ki, mən artıq Səməd Vurğunla görüşdə edəcəyim çıxışı yazıb qurtarmışdım. Sabahkı görüşlə bağlı bütün hazırlıq işləri görülmüşdü. İndi isə Kamran müəllim Səməd Vurğuna görüşün təxirə salındığını deməyimi istəyirdi. Onu da deyim ki, Kamran Hüseynov atam üçün, ömrünün sonuna qədər müqəddəs adam timsalında qaldı… Hec nə başa düşməyən atama Kamran Hüseynov bu arzuolunmaz qərarının səbəbini izah edir: -Dünənki iclasda Mircəfər Bağırov öz çıxışında Səməd Vurğunu bərk, amansız tənqid elədi. Hiss olunurdu ki, Bağırov Səmədə qarşı cox qəzəblidi… İndi fikirləş, səhər Səməd Vurğunun Neftçala zəhmətkeşləri ilə görüşə gəlməsi Bağırovu necə qəzəbləndirər. Bağırov bizim Səmədi görüşə çağırmamızı hec zaman bizə bağışlamaz və bizi ən ağır cəza ilə cəzalandırar. Atam deyir ki, könülsüz də olsa, elə Kamran müəllimin otağından Səməd Vurğunun evinə zəng elədim.Telefonu Xavər xanım götürdü. Səməd Vurğun xəstə idi, yatırdı. Xavər xanımdan kimin zəng etdiyini soruşdu. Mənim olduğumu bilib telefona gəldi. Salam verib, özümü güclə ələ alaraq Neftçalada havaların qarışıq olduğunu, ona görə də görüşü başqa vaxta keçirmək istədiyimizi dedim. Səməd Vurğun arif adam idi. Məsələni anladı: -Elə mən də xəstəyəm. Narahat olmayın, münasib bir vaxtda hökmən Neftçalalıların qonağı olaram – dedi. …Neftçalada Səməd Vurğunla unudulmaz görüş 1954- cü ilin 12 iyununda baş tutub. Artıq Stalin ölmüş, Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Atam deyir ki, Səməd Vurğun Neftçalaya günortadan sonra gəldi. “Pobeda” maşını ilə gəlmişdi. Oğlunu da (Vaqif Səmədoğlu) gətirmişdi. Axşam Neftçaladakı yay klubunda şairlə görüş olacaqdı. O vaxta qədər Səməd Vurğun yeni salınmış şəhərimizi gəzmək istədiyini bildirdi. Birlikdə şairin “Pobeda” maşınına əyləşdik. Təzə əkilmiş ağaşcların yaşıllığı, səliqə ilə tikilmiş evlər, asfalt döşənmiş kücələr, şəhərimizin təmizliyi Səməd Vurğunun çox xoşuna gəlmişdi… Axşam yay klubunda şairlə görüş olur. O vaxt Neftçalada Səməd Vurğunla görüşün şərəfinə bir yenilik də olmuşdu. Görüş qabağı bütün evlərə yerli radio qovşağı çəkilmişdi. Atam bir saata yaxın məruzə edib. Məruzə Səməd Vurğunun çox xoşuna gəlib. Elə həmin gün gecə atama bağışladığı rus dilindəki kitabında öz xətti ilə həmin məruzəni nəzərdə tutub “Şairanə məruzəsi, xoş söhbətləri ilə mənə anam Məhbubə kimi layla çalan qardaşım İmamverdiyə xatirə” sözlərini yazıb…Səməd Vurğun həmin əfsanəvi, Neftçalalıların yaddaşında ömürlük iz salmış görüşdə 2 saata qədər şeir söyləyir. Hər şeir uzun zaman kəsilməyən alqışlarla qarşılanır. Onun səsini yerli radio qovşağı vasitəsi ilə şəhərimizin bütün sakinləri dinləyib. Atam Səməd Vurğun haqqında xatirələrini 1966- cı ildə yazıb çap etdirib.Adı “”Şairin son sözü” olan xatirəni 1966- cı ildə radioda Aydın Qaradağlı oxudu. O vaxt radioya maraq böyük idi. İnsanlar radioya qulaq asırdılar. Atamın Səməd Vurğun haqqında xatirısi,özü də Aydın Qaradağlının ifasında, çox böyük rezonans doğurdu. Atama Azərbaycanın dörd bir tərəfindən, hətta başqa respublikalardan yüzlərlə məktub gəldi. O da yadımdadır ki, həmin xatirə ilə bağlı atama məktub yazanlardan biri, planetin ən qocaman sakini Şirəli Müslümov idi. Atam həmin gün haqqında yazdığından mən onun yazdıqlarını burada təkrar etmək istəmirəm Amma atam həmin gün haqqında bəzi xatirələrini müəyyən səbəblərdən qələmə almayıb. Axşam evimizdə, şairin şərəfinə böyük bir ziyafət olur.Səməd Vurğun gecəni bizdə qalır. Gecə yarısına qədər atamla söhbət edib…Səhər, çay süfrəsindən sonra, təxminən saat 11 də Səməd Vurğun bizdən ayrılır. Atama söz verir ki,yaxın günlərdə yenə gələcəm. Kürlə Xəzərin birləşdiyi yeri (Kür Xəzərə Neftçalada qovuşur) görmək onun ən böyük arzularından biri olub. Atam deyir mən də “Pobeda”ya əyləşdim. Səməd Vurğunu o vaxtki 26-lar qəsəbəsinə (İndiki Mirqurbanlı) qədər ötürdüm. Atam deyir ki,Səməd Vurğunun kefi kök idi. “Aman nənə, zalım nənə, yar nənə” mahnısını oxuyur, məni də oxumağa həvəsləndirirdi. 26- lar qəsəbəsinə qədər birlikdə həmin xalq mahnısını oxuyublar. 21 mart 2026. saat 02:37
Xarakterli adamdır. Başqalarına həsəd aparmağı xoşlamır, həmişə öndə olmağa çalışır. Münasibətlərində həvəsləndirici və idarəedici xüsusiyyətlərə malikdir, əməkdaşlıqda özünü güclü şəkildə təsdiq etməyi bacarır. Tükənməz enerjisi var. Özünə güvənən, iradəli və inadkardır. Xeyirxahlığına, əliaçıqlığına, mərhəmətinə söz ola bilməz. Əgər onunla birlikdəsinizsə, ən yaxşı və keyfiyyətli məkanlara gedəcəyinizdən şübhəniz olmasın. Ən sıxıntılı vaxtlarında belə irəli çıxmağı bacarır. Çox diqqətlidir, təyin olunan görüşlərə gecikməyi sevmir. Əzmkar və çalışqandır. Hər hansı bir söhbət əsnasında, onun özünə arxayın tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə, bunu bilin ki, o, öz ağlına və fəhminə güvənən adamdır. Soy-kökünə bağlı, adət-ənənələrə sədaqətlidir…
Deyir ki:- “Mən Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxı rayonundanam. Şamaxının Sarıtorpaq məhəlləsindənik. Atam Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, “Şamaxı, ay Şamaxı” mahnısının sözləri atama məxsusdur. Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Qohumlarımızın əksəriyyəti indi də Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarımız var. Bir sözlə şamaxılıyam və Şamaxıya bağlılığım genetikdir…”
Ölkəmizdə çox adam onu jurnalist kimi tanısa da, əslində yazıçı, ssenarist və həm də rejissordur. Ədabazlıqdan, təkəbbürdən uzaq, qürurlu və məğrurdur. Köhnə kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə əxz edə bilib. Artıq danışmağı, ona aid olmayan məsələlərə müdaxilə etməyi xoşlamır. Necə deyərlər, yerini bilən adamdır…
“Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə ki, başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı cəzalandırırdılar. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və orada qazandığım əxlaqı bu günə qədər də qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskiklikdir.”- söyləyir…
O, 1966-cı ilin mart ayının 21-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Moskva şəhərindəki Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə kinoda işıqçı kimi başlayıb. Müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS” teleşirkətinin baş icmalçısı olub. On beş bədii, üç publisitik kitabın müəllifi, onlarla bədii filmin ssenaristidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb…
Deyir ki:- “Məncə, jurnalistika avantüra ilə ədəbiyyatın qarışığıdır. Həsən bəy Zərdabidən üzü bu tərəfə Azərbaycanda jurnalistika institutut olaraq hələ formalaşmayıb. Jurnalistika fəlsəfədirmi, ədəbiyyatdırmı, hələ bilinmir nədir. Məsələn, mən xəbər dilinə virus salmışam- indi xəbərdə ədəbiyyat dili, ironiya, Mirzə Cəlil gerçəkliyi var. Məndən əvvəl xəbər dili belə danışılmırdı, “Zorxana” ilə başladı. Bəlkə də bu, peşəkar jurnalistikadan sapmadır. Ancaq bu mənim yolumdur. Xəbəri loru dildə, asan dildə çatdırmaq… Bir sözlə, povestlərimi, romanlarımı kənara qoyub televiziyaya gəldim. Niyə gəldim? Çünki kənarda qala bilmirdim. Azərbaycanlının atadan övlada qalan ən böyük varı hüquqi, sivil dövlət ərazisi yaratmaqdır və mən bununla məşğulam, bunu əlimdə silah edə bilməzdim ki? Bilirsinizmi, mən Rusiyada təhsil almışam. İstəmirəm ki, biz yenidən kiminsə tapdağı altında olaq. İqtisadiyyatımız dirçəlir, iqtisadiyyatın dirçəlməsindən istifadə edib ruhaniyyətimizi də dirçəltməliyik, çünki böyük sənətlər böyük saraylarda yaranır. Nə deyirsinizsə deyin. Şirvanşah sifariş verməsəydi Nizami “Leyli və Məcnun”u, Firdovsi “Şahnamə”ni yazmayacaqdı. Bax, bu gerçəkliklər var…”
İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir sıra dünya ölkələrində nəşr olunub. “Yeddi” romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri “Dünya Nəsr Antalogiyasına” düşüb. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. 2023-cü ildən mədəniyyət nazirinin müşaviridir. Arada Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini də icra edib…
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı, unudulmaz şair Fikrət Sadığın yadigarı- Orxan Fikrətoğludur. Martın 21-i, baharın ilk günündə Orxan bəyin 60 yaşı tamam olur. 60 rəqəmi adətən zamanın ölçülməsində istifadə olunur, yəni 60 saniyə dəqiqəni, 60 dəqiqə isə saatı tamamlayır. Bu rəqəm mələklərin Numerologiya sistemində həmçinin harmoniya, sabitlik, tarazlıq, məsuliyyət və balansı ifadə edir. Nə isə, Orxan Fikrətoğlunu 60 yaşı münasibətilə təbrik edirəm. Çox yaşasın!
Vüqarımız göylərdə, ayağımız yerdədir, Türkün böyük dühası zamansız hər yerdədir.
Göytəpə şəhəri – 15.08.2022
Şəhla Rəvan, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Turan Yazarlar Birliyinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.
Layihə rəhbəri: İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
Nehir ve Kadın Kıyılardan öksüz kalmış Bu nehri birisi içti Çatlak çatlak sinesine gün sızıyor Unutulmuş evler gibi Darmadağın yatağından kadınların Otuz yıldır açılmayan sandığında dönüp duran Süt beyazı duvağından kadınların Dün bir hülya eğretiden bozma rüzgâr Açılmayan kapıları yarın diye yutturdular Bir gün sen de küf kokulu gömleğine bir adamın iliklenip yiteceksin Mağaranda bir ocaksın sahralarda yalpalanan sarhoş ılgım Köklerini korkuluk niyetine taşıyorsun kadın nebilsen bir bu nehre Itır akan otlarına bir koysan baş Hiç olmasaydı kış ne de ki çıplak ağaç Görür müydük mahsus saklanan sevişmelerini nehirli memleketlerin Budasalar ağaçları kuşa yazık Ve de bir tarın simine can havliyle gönül veren nice yiğitlere Devlet zoruyla bile aksın artık bu nehir Başka bir temennim kalmadı öteden beri soluğu bağbozumunda alanlardan…
Kestane Var olmadığın bir yerde Elin de orada sehpanın kenarına konmuş bir yaprak Gelişigüzel Kendine demokrat halkla Ulusların en güzelindesin İlkel ereğinin sesiyle Duvarlarına yaslanmadan yürü Gideceğin en uzak yere geri döneceksin İki savaş arasında Cebindeki kestaneler yeter de artar bile Yol yoldaşla baş edilir ancak Yazmazsam olmayacaksın Yazmazsam elin de olmayacak o sehpanın kenarında Kestane yiyişin de Ne de ki hayatın bağrından koparak tantanalı girişin koluma Baktın ki hazmedilmesi zor sessizliğimin Beni uçuruma it yol üstü.
Sevgiliden bozma Şehrin en utangaç ağacının Gölgesi yutmuştu dilimizi Dökmeden üzerimize kozalaklarını Ginkgomuz Kötü bir uykudan uyandık sen korktun Bakışların uzaklara savruldu masum uzaklara Bir oğlan çocuğu bacaklarından asılmıştı orda Bir kadın da çok üzmüştü seni sevgiliden bozma anne kılıklı Gök gümüş tepsi neresinden başlasaydık parlatmaya Soruyorduk kendimize Birileri düşünecek miydi bizi elli sene yüz sene sonra O ağaç altı yerle bir olmadan Fakat o an Bisiklet gıcırtısı ve bir kadın Öpülüyordu yeşilden kırmızıya elli metre ötede Ve sen başın eğik Biçilmiş taze ot kokuyordu gözlerinin ıslağı Peren perendi soluğumuz Bıraksaydın eğer Bir tutam saçımı kesip yüzüne serecektim Nerde nasıl yaşlanacaktık bilmeden Can veren bir yaz akşamı saat yediyi geçerken şimdi Kart çimenler mevsiminde rüzgâr esiyor yine Hala gözümün önünde süt dişlerinle gülümsüyorsun Kelepçelerin ağır gelmiyorsa İki kez kornaya bas sokağı dönmeden Elveda Angelo elveda…
Ölemeyenler Uyanın artık Son dansını izlediğiniz anılardan Söyleyin neden bu korku Oysaki biz gün ışığında duvak Alt edilmez gecelerde lale şurubuyduk Damlayan duvarlara Var olmayan bir dilde yazamıyorduk çünkü Bağırmasını da bilirdik Titreterek saray bekçilerini Bağrı yanık topraklarda Öcülere meydan okuyorduk küçükken Fakat şimdi Mutsuz kadınlardan korkuyoruz Açık sözlülüğümüz sessiz, saygılı Berisinde sınırların Fink atıyor polifonik ağıtları Mezarlık ziyaretçisinin Doğum kokuyor üst başımız Biliyoruz her son şiirden önce Vurdukça ölmeyen Başkaldıran yenilmez öfkelerde Elleri cebinde nankör halkların Yaralı çocukları taşıyacak bizi öforilerde
Vaxtla güləşənəm,bəxtlə döyüşən Eh, anam nə günə doğubdur məni… Mən öz dərdlərimi boğa bilmirəm, Dərdlərim bələkdən boğubdur mənı.
Demə ki, bu dağlar niyə dumandi, Elə dəyişməyib, zaman zamandi Nadan şərəfsizin şər donlu andı Bir divar küncünə sıxıbdir məni.
Varlının hər yerdə yanar çaxmaği, Yoxsulu sanarlar elin axmaği. Bə’zən bir haqlının haqsız çıxmaği Ocaqsız yandirib-yaxıbdır məni…
Ürəyim, bu qədər özünü sıxma, Yanğinlar çox olur, neyniyək,qorxma, Vicdan itgin düşüb, vicdana baxma Vicdan nağılları yıxıbdir məni…
Qəmgin Fəxrəddinəm, bax bu cahana, Nə haqqa güvənmə, nə də divana, Mö’minə baxanda, rəhmət şeytana… Böhtanlar boğaza yiğibdir məni…!
Mənimmiş
Eh, anam doğmadi pəhləvan məni, Dünyanin ən ağır daşı mənimmiş… Gölmə götürmədim,göz götürüncə, Gözlərin bulanan yaşı mənimmiş…
Gəzdim çəmənləri bülbülsayaği, Olmadı konlümün bir kəs dayağı, Sevincin bəxtimə düşməz ayaği, Kədərin, möhnətin başı mənimmiş…
Fərəhli günlərə qaldım tamarzı, Dünyadan nə qədər göturdüm nazi, Nə yayı gəlmədi, nə də ki, yazı Gərdişin payızı, qışı mənimmiş…
Çula bəzək vurdu zəri, zi’nəti, Könlüm bu dövranla barişmaz qəti. Tanrım, kimə verdin bəxti, qisməti, Bu paydan səbətin boşu mənimmiş…
Fəxrəddinəm, bezdim əlindən qəmin, Düzdü saçlarıma dağlarin çənın. İkirəng dünyanın dan üzü sənin – Zülmətdə qaralan qaşı mənimmiş…
Bəs hanı? Dostdan deyən-dastan deyən ey könül Sənə sarı gələn dostlar bəs hanı? Səndən ayrı bir qurtum su içmiyən, Səndən ötrü ölən dostlar bəs hanı?
Ağlım kəsmir qürub anı şən gələ, İnanmazdım bu dağlara çən gələ, Tikəsini bütöv taxıb çəngələ, Sənlə yarı bölən dostlar bəs hanı?
Dağ odur ki, vüqarını saxlasın, Bağban odur, bağın hər gün yoxlasın… İndi çagir,dəsmal tapsın, aglasın Şad günündə gülən dostlar bəs hanı?
Fəxrəddinəm, de hansı gül solmuyub? Heç bir çanaq axıracan dolmuyub… Dünya özü qədirbilən olmuyub Sorma, qədirbilən dostlar bəs hanı!
Qananam
Qafil, mənə irad tutma, qınama, Neynəmışəm axı, belə qınanam? Yüz sınaqdan alnıaçıq çıxmışam, Yüz sınaq da innən belə sınanam…
Yaltaq olub incəlmədim,şişmədim, Alçaq olub daban dibi eşmədim, Qanmazlıqdan bu günlərə düşmədim Səhv anlama ay duyğusuz, qananam.!
Gözlədiyim bir əlçatmaz sərabmış, Dost ülfəti iki qədəh şərabmış, Tək qalmışam, dünya yaman xarabmış, Vardı əzəl yüz qardaşım, on anam…
Fərq qoymadım nə varlı, nə yoxsula, “Həyat” kimi baxmamışam mən pula, Yeri gəlsə, qul olaram bir qula, Yeri gəlsə, Allahı da dananam…
Fəxrəddinəm, dərd daşımaq hünərmış, Dilsız qalan diləklərim dinərmi… Keçen günlər bir də geri dönərmi? İnanmıram… kaş bircə yol inanam…
Etiraf Bal kimi anları nəyə dəyişdik, Niyə belə düşdük uzaqdan uzaq? Öldü aramızda ən gözəl illər İnsan şüurunda vəhşətlərə bax…
Biz harda doğulduq, harda qocaldıq, Bir idi, bölündü ikiyə ürək… Bir parça çörəyi dastana saldıq… Hardan olsa, gələr bir tikə çörək.
Bəzən, düşündükcə ölürəm, nəsə, Bu bizə nə qışdır, nə də bahardır… Adam kasıblığı qəbul eyləsə, Vallah bu dünyada hər şeyi vardır..!
Uzun danışanlar qıssın səsini, Gəl çəkim həyatın xəritəsini; -Məsələn:-ağaclar, budaqlar varın, Budaqlar altında, bulaqlar varın, Yanında, dövrəndə uşaqlar varın, Canına “can” deyən dodaqlar varın, O köhnə divarda suvaqlar varın, O sakit axşamlar, sabahlar varın…
Can qıya bilmirik bu boyda cana, Daha nə lazımdır axı insana… Nə də ki, məzəli bir neyimiz yox, Nə elə gücümüz, nə heyimiz yox, Qəbrə götürəcək bir şeyimiz yox…
Saraylar min dəfə tərk edib bizi, Min dəfə dəyişib tini,dalanı. Əbədi əlində saxlayanmazsan, Adına yazılıb, sənin olanı…!
Hayana aparır bu yollar bizi? Hayana aparır bu pullar bizi? Yamanca çaşdırdı bu dollar bizi… ! Sonladı bu qayğı, bu qallar bizi…!
Ömür çox qısadır, ömür çox gödək Ulaq örkənitək, it zənciritək…!
NOVRUZ – dünyanın ən gözəl təbii bayramlarından biri! Bütün Türk çevrəsində ən azı beş min ildir yazın gəlişi – Novruz Bayramı olaraq ortaq mədəniyyət dəyəri kimi qeyd olunur. Hər il Martın 21-də el şənliyi kimi qeyd olunan Novruz bayramı təbiətin oyanışını, yeni ilin başlanğıcını simvolizə edir. Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda, Başqırdıstanda və digər məkanlarda hələ eramızdan əvvəlki minilliklərdən başlayaraq Novruz Bayramı xalqları birləşdirən dəyər kimi oxşar ənənələri ilə yaşayır. Bu şənliklər bütün xalq tərəfindən coşqu ilə qeyd edilir. …Bayramqabağı evlər silinib-süpürülür, təmizlənir, adamlar təzə paltar geyinir, hər evdə süfrələr bəzədilir. Süfrəyə səməni, paxlava, şəkərbura, qoğal, rənglənmiş yumurta düzülür, şam yandırılır, qazanlar asılır, dadlı milli xörəklər bişirilir… Hər məhlədə tonqallar qalanır, qızlar, qadınlar, kişilər, cocuqlar tonqal ətrafında əylənir, oddan atılır, yallı gedir… Pəhləvanlar güləşir, kəndirbazlar cəsarətini göstərir, cıdırda yarışlar keçirilir… Qədim el havaları, mahnılar, rəqslər ifa olunur… Meydan tamaşalarında Novruzun ənənəvi personajları Keçəllə Kosa şən zarafatları, məzəli atmacaları, hazırcavab dialoqları ilə camaatı şənləndirirlər… Uşaq, yaşlı, cavan, qoca – hamısı bir yerdə deyir-gülür, yeni ilin gəlişini, təbiətin dəyişimini, torpağın oyanışını gözəl Novruz Bayramı olaraq elliklə qeyd edirlər. Beləcə Türk yurduna bahar gəlir! Novruz Bayramınız mübarək, dostlar!
Lalələrin qurban getdi yolunda, Dalğalandı bayrağın Azad səmalarında… Şəhid qanı ilə vətən oldu Hər qarış torpağın, can Azərbaycan! Sən bizimdin, bizimsən Qəlbim Səninlə döyünür, Sən Xəzərdən Gəncəyə, Göyəzənə uzanan Odlar Diyarı… Qoynunda adı bilinməyən şəhidlərin də yatır, Qucaq açdın, Ana oldun onlara… İndi körpə fidanların oynayır Çiçəkli çöllərində… Sən, lalə ləçəklərinə Xəfif küləklərin sığal çəkdiyi Gözəl Gəncəsən, Mehriban, doğma diyar, Daim var ol, şad- xürrəm, bəxtiyar! Sən Cıdır düzündə azad qartal, Sən Laçında Həkərisən, Sahilində boy- boy yaşıl ağaçları… Sən Şuşada Xurşidbanu Nətəvanım, Üzeyirim, Bülbülüm, Vaqifimsən! Ürəyimdəsən daim, igid övladların məğrur Anası! Xəzəri yara- yara gedən Coşqun, nərə çəkən dalğalarımsan! Anamın duasısan… Sən, səssiz qalan uşağın Ruhuna güc verdin, həmdəm oldun Səni düşünməkdən yorulmayan O uşağın ürəyinə muğamınla məlhəm oldun… Musiqinlə böyüyüb Arzusuna çatan bir uşaq kimi, Xatirələrim yada düşür.. Uca Tanrımın güc verdiyi ulu torpaq, Röyamsan, hər gecə gördüyüm… Şeirimsən, Çanaqqaladan Bakıya Ağrıdağından Qarabağa Səs-səda salan qardaşlıq dastanımsan… Könlü bayatılı Nənələrin göz yaşlarısan… Anamın kəlağayısısan Rüzgarda çərpələng kimi qanad çırpan Natəvanımın qəzəlisən… Qarlı dağların igidlik zirvəsisən, can Azərbaycan!
Könül
Gözəl diyar, bir il keçdi Sənlə ilk görüşümüzdən… Xəzərin sahilindəki Nazlı qağayılarla Göz- gözə gəlişimizdən… İllər öncə torpağına ayaq basmaq istəyən O körpə uşaq böyüdü, arzusu gerçək oldu, Qucaq açdın, getdi, gördü can yurdu… Adını eşidən kimi gözü dolan həmin o uşaq Ürəyində yeni xəyallar qurdu… Nələri qurban verməzdim ki Səni yenidən görmək üçün…. O uşaq ki, Hava limanına çatar- çatmaz Buludların arasından Ağrı Dağını görən Təyyarə yerə enəndə torpağına sarılan O uşaq ki, Xəzərə baxanda ruhu dincələn… Asandırmı Sənli xatirələri unutmaq?! Başımın üstünd məğrur – məğrur Dalğalanan bayrağına baxanda, Ürəyim dağa dönmüşdü… Bir insan uşaqlıq arzusuna Bu qədərmi gözəl çatar?! Göy üzündə qaranquşlar qatar- qatar Müjdələdi xoş günləri… Əlbəttə, biz yenidən görüşəcəyik Gələn kimi, ruhumla qucaqlayacam varlığını, Can Laçından yadigar Bir ovuc torpağını saxladığım kimi Qəlbimdə yaşadıram Sənli, həzin xatirələrimi Yenə qovuşacağıq sənlə Can Azərbaycanım, Qədim, doğma diyarım…
Ağ göyərçinlər
(Milli Qəhrəman Hökumə Əliyevanın əziz xatirəsinə ithaf)
Üfüqdə qanad çırpıb yorulan quş Yuvasına çatanda necə şad olursa Eləcə sevinir evinə qayıdan insan… Bir də varlığını bu dünyaya ərmağan edən, Vətən üçün canından keçən Humanist qəhrəmanlar var… İsti ocağın, Doğma yurdun ətri üçün darıxsalar da Getməyi seçən qəhrəmanlar, Vətənin səmasında Boz buludlar görünəndə dünyası dar…
Gözəl yurdumuzun xəfif təbəssümünü, Qonaqpərvərliyini, Ana məhəbbətini yaşadan qəhrəmanlar Bir gün evlərinə qayıtmadılar… Ağ göyərçinlər kimi Qanad çaldı göy üzündə ruhları. Hər təyyarə enişindəki o alqışlar, Vətənə qovuşmağın sevinci, Evimizə dönməyin hüzurudur. Və əlbəttə, görmədiyimiz qəhrəmanlara olan minnətdarlıqdır. Buludların arasından gələn o səs onların səsidir… Bu səs “Hər şey yaxşı olacaq” söyləyənlərin səsidir…
Gözəl Laçın
Yamyaşıl dağlarında Küləklərə yoldaş olub Həzin nəğmə deyirəm Havasına, suyuna Canım qurban, gözəl Laçın! Yollar ruhuma məlhəm, Qarış- qarış cığırlarda gəzirəm… Qarabağın nəfəsi, Sevimli, doğma Laçın! Nazlı- nazlı rəqs edir Həkərinin buzlu suları, İllər sonra qürurla Salamlayır qonaqları… Həkəri Arazın kiçik qardaşı, Sanki can Laçının dostu, sirdaşı… Qartallı dağlarına, Gül- çiçəkli bağlarına Zəfər dolu çağlarına Canım qurban, gözəl Laçın! Addım- addım seyrə çıxdıq düzləri, O azad səması çox şad etdi bizləri, Yoxdur yer üzündə tayı, bənzəri… Canım qurban, gözəl Laçın!