ZAUR USTAC – TUNCAYA

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

MÜƏLLİF: ZAUR USTAC

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GÜLÜZƏ

GÜLÜZƏ

Yaradan göndərib, səni bir mələk,

Deyib, bu gül gərək, ancaq, gül  üzə…

Ata sözü haqdı, bunu  haqq bilək,

Ata nəsihəti, çalış, gül  üzə…

***

Kaş dilin, dodağın daim bal süzə,

Abırın, ismətin üzə al düzə,

Min budaq, çox yaşa, ilmə sal  yüzə,

Yolunda üzünə hər vaxt gül üzə…

***

Sözün şirin olsun, söhbətin məzə,

Qoyma, yanağından əskilə qəmzə,

Bu gözəl dünyanı bir az da bəzə,

Ustac əmanətin qoru, Gülüzə…

12.12.2016. Şamaxı.

MÜƏLLİF: ZAUR USTAC

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Varlığın vəziyyəti

Varlığın vəziyyəti

Tanınmış bir alimin məşhur bir sözü var: “Yaşadığın həyat və yaşadığın dünya sənin ixtiyarındadır”.
Düşüncələrimiz, duyğularımız, hisslərimiz və sözlərimiz bədənimizin hüceyrə səviyyəsində belə dərin təsirə malikdir. Suyun yaddaşı var və bədənimizin 70%-i sudan ibarət olduqda, bu duyğular – istər zəhərli, istərsə də xoşbəxt – daxili dünyamızın vəziyyətinə birbaşa təsir göstərir.

“Sülhün Səsi”nə verdiyim mesajdan sonra soruşmaq lazımdır: Sülh olmasa nə olacaq?
Hamımız bu sualla qarşılaşırıq: Cavabımız nə olmalıdır? İti bıçaq kimi, sonrakı hər şeyi parçalamalıyıq?

Təəssüf ki, intellekt çox vaxt maddi qazanc dalınca gedir və bununla da biz kainatımızın daha dərin həqiqətlərinə göz yumuruq. Dünyada nə qədər insan varsa, o qədər reallıqlar var.
Amma bu “mən haqlıyam, sən haqsızsan” təfəkkürü yarı həqiqətdir – ağıl və güc bu yerdən işə düşəndə ​​ombadan atırlar.

Tarix boyu hakimiyyət uğrunda toqquşmalar adi olub – qəbilə davalarından tutmuş imperiya fəthlərinə qədər. Bəs bu yeni normal nədir?
Bu, bəşəriyyətin əzabından zövq alan, ağrının ardınca gələni gözləyən və sonra boşluğu qəbul edən təhlükəli bir şirnikdirmi?
Bu nə həyasız qürurdur.

Çox keçmədi ki, biz ümidverici bir fikrə inandıq. Daş dövründən kənara çıxdığımızı bəyan edərək qlobal kənd anlayışını qeyd etdik.
Biz məlumatlı və mədəni olmağımızla fəxr edir, növbəti model millət olmağa çalışırıq.
Biz utopiya axtarışında idik – həyatın təhlükəsiz olduğu, heç kimin varlığımızı təhdid edə bilməyəcəyi bir dünya.
Amma indi bu fərziyyələr qaranlıq, hətta sadəlövh görünür.

İstər şəxsi, istərsə də millətlər arasında dostluqlar münaqişəyə deyil, etimada əsaslananda, xəsislik köhnə dəyərlərimizi üstələyibmi?

Bu mənə köhnə bir folkloru xatırladır:
Güclə tükənmiş və əxlaqdan məhrum olan bir insan əbədi həyat bəxş etdiyi deyilən mistik bir su içmək istədi.
Orada olan bir müdrik dost ondan soruşdu: “Belə bir lənətin yükünü dərk edirsənmi? Bir gün mən yox olacağam. Sənin valideynlərin, arvadın, övladların və övladlarının övladları da belə olacaq. Həmişə tək qaldığın dünyada nə sevinc tapacaqsan?”
Bu həqiqətin ağırlığını dərk edən kişi qabı atıb, həyatın təbii dövrü ilə həmahəng, dinc yaşamağı seçdi.

Bu yer üzündəki vaxtımız məhduddur. Qısa bir dəlilik anı belə emosiyalarımızı zəhərləyə bilər. İntellektimiz empatiyadan daha kəskinləşəndə ​​biz insanlığın qəssabına çevrilirik.

Təbiətdə meditasiya etmək üçün bir az vaxt ayırın və özünüzü təvazökar hiss edəcəksiniz. Daşdan yarpaqlarına qədər kainatın hər bir hissəsi vermək üçün tikilmişdir.
Bununla belə, biz, sözdə ən ağıllı növlər, həqiqətin digər tərəfini qəbul etməyə müqavimət göstəririk.

Gəlin nifrətin zəhərli emosiyalarını – bədənimizdəki suyu çirkləndirən duyğuları, qida maddələrini daşıyaraq həyatı təmin etmək üçün vacib olan suyu ataq.

Gəlin sülhü seçək.

Şakil Axtar
İqtisadi Əməkdaşlıq üzrə Qlobal Sülh Səfiri
Beynəlxalq Sülh Liderləri İnstitutu

VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ

VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ

Şeirlərilə ürəklərə sevgisini və səmimiyyətini paylayan Vaqif İsaqoğlunun yenicə çapdan çıxmış «Təki ürək qocalmasın» (Bakı, 2025) şeirlər toplusunu bir nəfəsə oxudum və şairin hər şeirinin maqnit gücünü hiss elədim. Onu da hiss elədim ki, bir çox şeirlərində qocalıqdan şikayət edən Vaqif, qocalsa da, yenə həminki Vaqifdi.
«Təki ürək qocalmasın», – deyən şair haqlı olaraq belə yazır:

Can sökülür-dərd ha deyil,
Saç tökülür dərd ha deyil,
Bel bükülür- dərd ha deyil,
Təki ürək qocalmasın.

Və yaxud bu misralara diqqət yetirək:

Qəm-kədərlə çox görüşüb,
Üstünə dağlar sürüşüb.
Təki ürək xəstə düşüb,
Təki ürək qocalmasın.

Əvvəlki kitabları kimi «Təki ürək qocalmasın» kitabı da ürəkdə xoş duyğular oyadır. Həm də bu kitab bizi yaşadığımız illərə çəkib aparır, atalı-analı günlərimizi gözlərimiz önündə canlandırır, çox-çox uzaqlarda qalan kənd həyatını, uşaqlıq illərini, o qayğısız günləri, mürgülü xatirələri…yaddaşımızda silkələyib oyadır və istər-istəməz yaşanmış illəri təzədən yaşamalı olursan. O illəri təzədən yaşaya-yaşaya kövrəlirik. Kövrəldikcə ölümə getdikcə daha çox yaxınlaşdığımızı hiss edirik:

De, Vaqifdən nə qalacaq?
Çürüyüb torpaq olacaq.
Məni yada kim salacaq?
Qəbrim üstə kim gələcək?

Vətənpərvərlik duyğuları, ana məhəbbəti, yurd sevgisi, yada düşən xatirələr… kitabın əsas leytmotivini təşkil edir. Şairin ana məhəbbəti, anaya olan sonsuz oğul sevgisi ürəyimizi qubarlandırır, ana həsrətilə için-için odlanmaya bilmirik:

Dərd canımı sıxanda,
Gözümdən yaş axanda,
Hər gün evdən çıxanda,
Anamı axtarıram.
Və yaxud bu misralara diqqət yetirək:

Ölüm mələyinin əlindən tutub
Anamı görməyə getməliyəm mən.
Kitabda sevgi şeirləri ürəkləri daha çox ovsunlayır. Bu da səbəbsiz deyil. Axı qəlbimizi sızıldadan eşqin özü də bir yaradıcılıqdır. Və söz yox ki, Vaqif yaradıcılığında sevgi, məhəbbət önəmli yerlərdən birini tutur. Düşünürəm ki, eşq olmadan əsl sənət əsərləri yaratmaq mümkün deyil. Bu mənada Vaqif İsaqoğlu əsl sənət nümunələri yarada bilib. Şübhəsiz ki, Vaqifin sevgi şeirləri öz ruhuyla adamı başqa bir aləmə çəkib aparır və biz bu sirli-sehirli aləmdə eşq bizə həyatı yenidən kəşf etmək gücü verir. Bu gücü ürəyimizdə hiss edirik. Hiss edirik ki, eşq böyük qüvvədir. Bu gücü, qüvvəni Vaqifin sevgi şeirlərində bir daha görürük:
Çıx sinəm üstünə sən doyunca gəz,
Ağrıyan ürəyim şikayət etməz.
Bu qəmli gözlərim yalan söyləməz,
Mənim ürəyimin dərmanı sənsən.
Eşq nəcib bir hissdir. Bu hissi şeirlərinə hopduran Vaqif isaqoğlunun hər şeirində əsl şair obrazı boy göstərir. «Mənim ürəyimin dərmanı sənsən», «İydə ağacları çiçəkləmişdi», «Ən gözəl qadını sənsən dünyanın», «A kənqd gözəli» və s. şeirlərdə lirik qəhrəmanın yaşam fəlsəfəsi açılıb-göstərilir.

Günəş şəfəq saçır, sən varsan deyə,
Daş da çiçək açır, sən varsan deyə.
Mənim can dərmanım olarsan deyə-
Sənin tək qadını necə sevməyim?

Şeirlərilə oxucu qəlbinin ən incə tellərini titrədən, insanları mənəvi təmizləyə çağıran, sevib-sevilməyə səsləyən ,həyatın reallığını olduğu kimi açıb-göstərən Vaqif İsaqoğlunun «Təki ürək qocalmasın» şeirlər kitabı deyərdim ki, nurlu bir işıqdır. Oxucuları bu işığa çağırıram. Bu işıqda Vaqif dünyası ilə daha yaxından tanış olacaq, onun dünyasının adamlarını yaxından tanımaq imkanı əldə edəcəksiniz.
İnanıram ki, «Təki ürək qocalmasın» – deyən şairin özü yavaş-yavaş qocalsa da, ürəyi son nəfəsinə kimi qocalmayacaq, o, hələ illər sonra da ürəyindən qopub gələn səsləri şeirə çevirəcək və Vaqifsevərlərə göndərəcək.
«Təki ürək qocalmasın» kitabı şeirimizə, ədəbiyyatımıza, poeziyasevərlərə həqiqətən dəyərli bir hədiyyədir. Bu söz hədiyyəsinə görə «qələm dostuma «Sağ ol» deyir, yeni-yeni kitablarıyla görüşümüzə gəlməyini arzulayıram.

Hüseyn İSAOĞLU,
AYB-nin və AJB-nin üzvü,
yazıçı- publisist

Quzunu qurda tapşırdılar

Quzunu qurda tapşırdılar

Quzunu qurda tapşırdılar,
Körpə nəfəsi soyuq küləkdə itdi.
Bilmədi ki, dünya bu qədər zalım olar,
Onu qoynuna almadı,
Onu qucaqlamadı heç kim.

Quzunun naləsi göyə ucaldı,
Göy üzü aha büründü.
Bir damla yağış, bir ah,
Sanki ulduzlar da ağladı.
Yarpaqlara toxundu o nalə,
Buludların pəncəsinə ilişdi.

Yarasına məlhəm olan olmadı,
Qanayan balaca ürəyi
Səssizcə çırpındı,
Hər baxışda bir sual
Heç kəsin qulağı eşitmədi
O susqun fəryadı.

Yuvasından ayırdılar,
Yuvası da olmadı,
Soyuq torpağın qoynuna
Tənha bir sükut çökdü
Sığal çəkmədi heç kim,
Bir damla sevgi olmadı.

O mahnıda dediyi kimi
Yaxın gəl, quzum, gecələr uzun…
Bir təsəlli səsi,
Bir ümid pıçıltısı,
Sanki quzu yuxuda
Soyuq tərə büründü…
Sanki üşüdü arzuları…
Gecələr uzundur axı…

Bax, belə itir ömür…
Bir quzu səsini yandırar
Səssiz gecələrdə…
Quzunu qurda tapşırdılar,
Bir zaman işıq olan
İndi qaranlıq oldu əbədi.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

877 İLDƏN SONRA BİR-BİRİNƏ QOVUŞAN YEZNƏ-QAYIN

877 İLDƏN SONRA BİR-BİRİNƏ QOVUŞAN YEZNƏ-QAYIN
(hekayə)
–Fikir vermişəm ki, biz Şirvanlılarda dövlətçilik ənənəsinə sadiqlik instinkti güclü olduğu halda, Qubalılarda peyğəmbər əleyhissəlamın sənətinə – tacirliyə məhəbbət istedadı daha yüksək səviyəyə çatıb.
BDU-nun geoloji şöbəsində oxuyurdum. İkinci kursu bitirib, hazırlaşırdım ki, çıxıb gedim Şamaxıya – evimizə, bir də gördüm tələbə yoldaşım Qubalı Valeh sevinə-sevinə girdi qapıdan:
–Nə tapmısan, ay Valeh, belə sevinirsən?!
–İş yeri tapmışam…
–İş yeri var indi bəyəm?!
–Özümüzə uyğun… hə!
–Hardadı?!
–Balakən-Zaqatala filiz rayonuna geoloji təcrübəyə gedə bilərik. 3 ay evdə oturub neyləyəcəyik, tətili orda keçirtsək nəyimiz ziyana gedəcək?! Yeyib-içməyimiz bir yana, heç olmasa beş-on manat da qabağa düşərik.
–Düz deyirsən, vallah, evdən pul istəməyə adamın üzü gəlmir day. İnan ki, köynək-köynək ət tökürəm əliboş rayona qayıdanda. Ata-ana yazıq nə qazanır ki?!
Beləcə 2 nəfər biz, 2 nəfər də yuxarı kursdan rus, Balakənə getmək uçün təyyarəyə bilet aldıq. Hava şəraiti imkan vermədiyindən 2 dəfə bileti dəyişsək də, işimiz düz gətirmədi. Axırda gördük, vaxt itirməyə dəyməz, avtobusa minib, kürəyimizi dayadıq söykənəcəyə.
Balakənə elə bir vaxtda çatdıq ki, nə dükan-bazar, heç yeməkxanalar da açıq deyildi. Ümidsizliyə qapılmağın faydası nəydi ki?! Düşdüyümüz şəraitlə də barışmalıydıq. Barışmaq, yəni ac qarına yatıb, bir də səhər gözlərimizi açmalıydıq. Elə yerimizə girməyə hazırlaşırdıq otğımızın qapısı, deyərdim ki, ərklə döyüldü. Bir-birimizin üzünə baxdıq:
–Kimdi tanıyan Balakəndə bizi, görəsən?!
–Valeh, Qubada ləzgilər çoxdu, – ona söz atdım, – bəlkə ləzgi dostlarının qohumları sənin Balakənə səfərindən xəbər tutub, dalınca gəlib, qonaq aparmaq istəyirlər?!
–Birincisi, hardaydı məndə o bəxt, ikincisi də Balakəndə az qala ləzgilər yaşamır, Azərbaycan türkləriylə yanaşı avarlar daha çoxdu burda. –Valeh gedib qapını açdı.
Bir nəfər uca boy adam girdi içəri.
Verdiyi “salam”dan, qalın kərpicvari bığından gürcüyə oxşayırdı. Danışmağa başlayanda gördük ki, yanılmamışıq:
–Xoş gəlmisiniz! – Deyə, keçib oturdu stolun baş ucunda. – Aşağıda qapıçıdan soruşdum ki, qonaq-qaradan gəlib-eləyən yoxdu ki, var, dedi, 4 tələbə gəlib Bakıdan. Deyə bilərsiniz nəyimə lazımdı gəlib-gedən?! Biz gürcülər ünsiyyətə öyrənmişik, tək qalanda darıxırıq. Neçə aydı ki, buradayam, ürəyim tutan bir adam tapa bilmirəm ki, həmsöhbət olum. Özüm də memaram, Balakənin baş planını hazırlayıram. Bəs siz kimsiniz?
–Biz də gələcəyin geoloqlarıyıq.
–Əla! Həm yaxşı peşəyə yiyələnirsiniz, həm də sizin işinizdə pomantika var. Sevirəm belə peşəni!
Valeh köndələn bir sual verdi:
–Nəyi yaxşıdı geoloqluğun?!
Gürcü sualı sualla qarşıladı:
–Nəyi yaxşı deyil ki?! Bax, sizin geoloqlar vaxtilə nefti kəşf eləyib, verib xalqın öhdəsinə.
–Neft özü özünü kəşf eləyib bizdə. Azərbaycan torpağının nefti tarixi-qədimdən üzdə olub. – Dedim.
Gürcü təslim olmaq fikrində deyildi:
–Bəs dəmirə, qızıla, misə nə deyirsiniz, bəs Neft daşlarını kim tapıb çıxardıb üzə?
Etiraz eləməyin yeri yox idi:
–Doğrudu… – xorla cavab verdik.
–Nə olsun ki, neftdi, qızıldı, dəmirdi, misdi… Moskvaya axıb gedir faydası, amma iş yerləri ki, özünüzdə qalır. On minlərlə neftçiniz var…
Özümüz ac, əsnəmək də əsnəmək dalıyca… başımızda yeməkdən və yatmaqdan başqa ayrı fikir yox idi. Gürcü də yəqin yaxşı yeyib, çaxırını da vurub, indi də söhbət eləməyə adam tapmışdı. Başladı yer-yurdumuzla maraqlanmağa. Sanki bizimlə bir rayondan çıxacağına əmin imiş. Əvvəlcə ruslara üzünü tutdu:
–Hardansınız?
–Bakılıyıq!
Tez də bizə tərəf çevriləndə, Valeh qabağa düşdü:
–Mən də Qubalıyam.
–Bəs siz? – Gürcü mənə baxdı.
–Şamaxılıyam, – dedim.
Hiss elədim ki, qonağımız oturduğu yerdə bir qədər dikəldi:
–Haralı, dediniz, yaxşı eşitmədim?!
–Şamaxılı!
–Axx… Şamaxı… Şamaxı…
–Adınız nədi?
–Pasportda adım Ağamahmuddu, qısa olsun deyə, Mahmud deyirlər mənə.
– Mahmud, ey əziz insan! – Cəld yerindən durub, gəlib dayandı mənim qarşımda. Mən də tez ayağa qalxdım. – İcazə verin, əlinizi sıxım! – İkiəlli əlimi əlinin içənə alıb, gözünü zillədi gözümə, – qohum olduğumuzu bilirsinizmi, Mahmud?!
Nə deyəcəyini başa düşmədiyimdən mat-mat üzünə
baxdım.
–Yox, belə olmaz, bu “siz” məni dar paltar kimi ya¬man sıxır. Qohum qohumla rəsmi dillə danışmaz. Mən “sən” deyəcəm sənə, Mahmud.
Razılıq əlaməti olaraq gülümsədim.
–Mən “qohum” deyəndə sən niyə şübhəylə yanaşdın
sözümə?!
–Axı mən Azərbaycan türküyəm, siz gürcü?!
–Baxmayaraq ki, memaram, amma xalqımın tarixini öyrənmişəm. İcazə ver, səndən soruşum, Birinci Axsitan kim olub?
–Şirvanşah.
–Onun işini-əməlini də bilməmiş olmazsan yəqin?!
–Heyf ki, tarixçi deyiləm.
–Mahmud, atalar məsəli var, qarı düşmən dost olmaz! Dostumuzun, düşmənimizin kim olduğunu biz yalnız tarixdən öyrənə bilərik. Mütləq onları tanımalıyıq! Min il əvvəlin dostu yenə də dostumuzdu, düşməni də düşmənimiz. Axsitan kimdi, dedin?
–Şirvanşah Birinci Axsitan Şirvanşah Üçüncü Məniçöhrün oğlu…
–Əhsən! Bəs onların ailələri haqqında nə bilirsən?
–Əslində heç nə.
–Belə olmaz, qohum, belə olmaz, bilməlisən.– Gürcü tez əllərimi buraxıb, çevrilib, otaqdan çıxdı.
–Ay Mahmud, işə saldın da bizi, – Valeh məzəmmətlə mənə baxdı, – deyə bilmirdin Bakıdanam, gərək Şamaxı-lıyam deyəydin?! İndi bu memar bizi qoysa yatmağa, adımı dəyişərəm.
Gürcü 10 dəqiqədən sonra yekə bir kitabla içəri girdi. Baxdım ki, “Gürcüstan tarixi”di.
–Mahmud, dalımca gəl, qoy yoldaşların bu kitabla
tanış olsunlar.
–Çək cəzandı, – Valeh dedi, – get o biri kitabları da vur qoltuğuna, gətir tök qabağımıza, gürcü bizə tarix dərsi keçsin.
Tələbə yoldaşlarımın yanından çıxıb, gedik gürcünün otağına. 2 qutunu mənə nişan verdi:
–Mahmud, adımı demədim sənə bayaq, Vaxtanqdı adım. Bu qutunu sən götür, düş qabağa, bunu da mən.
Bizi qucağı dolu görən yoldaşlarım dik atıldı. Cəld başladılar stolun üstünü səliqəyə salmağa.
–Qohum, qutuların içindəkiləri yığ süfrəyə.
Bir qutunun ağzını açmağımı gördüm. Bir qazança soyutma ət, doktor kolbasası, 2 təndir çörəyi, duz-istiot, pendir, göy-göyərti, 2 şüşə də çaxır…
–Əyləşin, əziz qonaqlar. Bir-iki tikə siz yeyin, bir-iki dəqiqə də mən danışım, Mahmudla qohumluğumuzun sir-rini açmaiıyam axı.
–Buyurun, buyurun… – yer-yerdən bağırışdıq.
–Mən bu nemətləri ona görə gətirdim ki, qohumluğumuzun şərəfinə badə qaldıraq. Əvvəlcə bu qohumluğun üzə çıxmasında bizə yardımçı olan “Bakı-Balakən avtobusu”nun sağlığına içmək istəyirəm.
Gülüşdük.
–Dostlar, sözüm sizə gülməli gəlməsin, əgər bu avtobus vaxtında gəlib çatsaydı mənzil başına, güman ki, siz də vax¬tında şam eləyib, indi gəzirdiniz Balakən küçələrində. Gözləriniz də qalmışdı türk gözəllərinə oxşayan sarı saç, gözü göy avar qızlarında. Sabah səhər isə mən də, hər şeydən xəbərsiz, olacaqdım Laqadoxidə, yəni Vətən torpağında. Nə Mahmudu görəcəkdim, nə qohumluğumuzu yad eləyəcəkdik. Odur ki, içək “Bakı-Balakən avtobusu”nun sağlığına!
–Yaşasın “Bakı-Balakən avtobusu”! Urra… – badələri başımıza çəkib, yeməyə davam elədik.
–Mahmud, mənə baxmayın, mən bəs deyincə yemişəm,. – Vaxtanq canıyananlıqla bizi yeməyə həvəsləndirdi. – Amma mən tarixi keçmişimizi vərəqləmək istəyirəm.
–Buyurun, buyurun… –xorla cavab verdik.
–Bayaq Mahmuddan nahaq yerə soruşmadım Şirvanşahlar haqqında. Gürcüstanı vahid dövlət halına salan Qurucu David uzaqgörən olub. O, siyasi məqsədlər üçün qıpçaq hakimi Ətrəkin qızı Quranduxtla evlənib, 1118–1120-ci illərdə 45 minlik süvari orduyla birgə 200 min qıpçağı Şimali Qafqazdan Şərqi Gürcüstana köçürtmərlə onların təcavüzündən xilas eləyib ölkəmizi.
Həmçinin bizim Qurucu atamız David, səlcuqlara qarşı mübarizədə Şirvanşahlarla eyni mövqedə olduqlarını görüb, qızı Tamarı verib Şirvanşah Əfridunun oğlu Məniçöhrə. Deyim ki, Şirvan şahlığının da bu qohumluğa ehtiyacı vardı. İki qonşu dövlət xarici müdaxiləyə qarşı birgə duruş gətirə bilərdilər.
Şahbanu Tamar qadınlıq həyatını əyləncələrlə keçirtməyib, Şirvan dövlətinə 3 igid, bir mələk bəxş eləyib. Məniçöhrlə Tamarın böyük oğlu ki, Birinci Axsitan idi, ona da Gürcü çarı Üçüncü Georginin bacısı qızı İsmət ət-Dini alıblar. Mahmud, bildin da qohumluğumuzun tarixçəsini?! Burdan da, yəni 1111-ci ildən – Məniçöhrlə Tamarın evləndiyi tarixdən səninlə mən olmuşuq yeznə-qayın, ey gözəl insan!
–Çox sağ olun bu məlumatlara görə, əziz Vaxtanq!
–Mahmud, uşaqlara de əl saxlasın, çaxırı qoymayaq istilənməyə. Dostlar, bu badələri də içək Şirvanşalardan və Qurucu Daviddən yadigar qalan qohumluğun və 877 ildən sonra bir-birini tapan yeznə-qayın Mahmudla Vaxtanqın sağlığına!
Biz gülüşüb, badələri çaqqıldatdıq:
–Var olsunlar! Var olsunlar!– Çığırıb-bağırıb, çaxırı başımıza çəkdik.
–Böyük şairləriniz Xaqani Şirvani və Fələki Şirvaninin əsərlərində Məniçöhr və Axsitan haqqında dəyərli fi-kirlər var. Xaqaninin Təbrizdə tapılan bir məktubunda deyilir ki, Gürcü çarı III Georginin başının üstünü qara buludlar alanda, Axsitan Şirvanın cəsur döyüşçüləriylə Şəkinin cənubundan Abxaza yollandı. Burada üsyan eləyən dəstələri güclü zərbə ilə məğlubiyyətə uğradıb, ölkəmizi, sevimli Gürcüstanımızı fəlakətdən xilas elədi…
Siz bir dostluğun, qohumluğun gücünə baxın, Axsitan istəsəydi Gürcüstanı işğal eləyərdi, amma bir müttəfiq kimi belə yanlış fikirlər onun heç ağlının ucundan da keçməmişdi.
Biz maraqla gürcü memarın söhbətinə qulaq asırdıq.
–Allaha şükür, biz gürcülərlə siz Azərbaycan türkləri dostumuzu-düşmənimizi yaxşı tanıyırıq, Mahmud! – Vaxtanq dedi, – bu badələri də qaldıraq – yeznələrimiz Şirvanşah Məniçöhrlə Şahbanu Tamarın, Şirvanşah Axsitanla İsmətin müqəddəs ruhlarının şərəfinə! Şad olsun ruhları!
– Şad olsun! Şad olsun!– Biz də onun səsinə səs verdik.
–Belə olmaz, dostlar, belə olmaz, – Vaxtanq bizi məzəmmət elədi, – müsəlmançılıq yeri deyil, o boyda şəxsiyyətlərin şərəfinə ayağa qalxmaq lazımdı!
Tez atılıb durduq yerimizdən. Badələri başımıza çəkən kimi də oturub, yenidən əl uzatdıq yeməyə.
Vaxtanq hərdən bir-iki tikə götürüb, bizim həvəslə
yeməyimizə tamaşa eləyirdi.
Bir azdan axır ki, doyub, süfrədən əl çəkdik.
Rus tələbələrdən biri gözləmədiyimiz halda danışmağa başladı:
–Tarixlə maraqlanan biri kimi bu həqiqətləri eşitmək ləzzət elədi mənə. Doğrusu mən tarix fakültəsinə girməyə hazırlaşırdım. Odur ki, Azərbaycanın orta əsrlər tarixiylə maraqlanırdım. İş elə gətirdi balım çatmadı, konkursa düşdüm. Növbəti ili geoloji fakültəyə üz tutdum. Bir sualım var, yoldaş Vaxtanq, sizə?
–Buyurun.
–Doğrudan da Şirvanşahla Gürcü çarları belə yaxın
qohum idilərsə niyə Qurucu David 3 dəfə Şirvana hücum eləyib. Onun ölümündən sonra 1139-cu ildə Gəncədə baş verən zəlzələ böyük dağıntılara səbəb olanda, belə ağır vaxtda şəhəri qarət eləməyə gələn gürcülər məşhur Gəncə qapılarını götürüb aparıb Gürcüstana. İndi də bir tayı Gelati monastrında saxlanılır.
Vaxtanq sualı eşidən kimi əvvəlcə mənə baxdı, sonra da üzünü tutdu rusa:
–Adın nədir sənin?
–İqor.
–Millətin nədi bəs?
–Rus.
–Rusdillisən, yoxsa rus?!
–Xalis rusam.
–Bərəkallah, deməli xalis russan?! Unutma ki, qardaşın da qardaşla arası dəyir hərdən, hətta əlbəyaxa da olurlar. Bu o demək deyil ki, onlar düşmən olaraq qalır. Axırda barışırlar. Ona görə ki, yad deyillər, doğmadırlar. – Gürcü yenidən üz tutdu mənə. – Mahmud, vallah, biz XIX əsrə qədər Qafqazda çox mehriban yaşayırdıq. Elə ki, aramıza yad millət gəlib girdi, bizi öyrədib, saldırdı bir-birimizin üstünə – rahatlığımız pozuldu. Bu gün də onun əzabını çəkirik, qohum!
24-31.05.2025

Müəllif: Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALIN İYUN – 2025 № 06 (54)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALIN İYUN – 2025 № 06 (54)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF: Yazarlar-54

Məlumatı hazırladı: Günnur Ağayeva
ZAUR USTACIN YAZILARI

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏADƏT QƏRİB – YANIQLI BİR BAYATIYAM – PDF:

SƏADƏT QƏRİB – YANIQLI BİR BAYATIYAM – PDF:

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SEADET QERİB – SEVGİ

BU SEVGİ GÜNAHSA

Seni gördüğümde her an sevgilim,
Kalbimden deli bir kıvılcım kopar.
Diyordum kimseyi sevemem ama,
Bu aşkın alevi ruhumu yakar.

Suskundu, sessizdi yorgun yüreğim,
Senden sonra sığmaz artik göğsüme,
Çırpınır denizin dalgalarında
Çılğın çocuk gibi koşar üstüme.

Farketmedim ne oldu, nasıl oldu,
Gecə ve gündüz gelirsin aklıma,
Bu deli aşkı hep hayal ederdim
Hoş geldin sevgilim sen hayatıma.

Sevmeyi bilmezdim ben sana kadar,
Bu aşkı bana ,sen öğrettin sen.
Bende bu sevgiyi yaratan adam,
Sevgime sebepsin, sebebisin sen.
Bu sevgi günahsa, günahkarsın sen.

ÖZLEMEK NEDİR

Ben iyi biliyorum özlemek nedir,
Özleyen kalbin hasreti çoktur.
Kalbimi sevdana verdiğim günden-
Sanki göğsümde yüreğim yoktur.

Sen nerden bilesin özlemek nedir,
Su olub arkamca hiç akmadın ki,
Çırpınıb sahilde dalgalar gibi,
Benim için kalbini hiç yakmadınki.

Ben iyi biliyorum özlemek nedir,
Özlemek kedere dalmak demekdir.
Toplansa başına tüm kainat,
Özlemek tek- tenha kalmak demektir.

Ben iyi biliyorum özlemek nedir,
Özleyen bir insan kışa benzermiş.
Küçük kafesdeki çırpınan kalbi,
Kanadı kırılmış kuşa benzermiş.

Ben iyi biliyorum özlemek nedir,
Özlemek uykunu unutmak demek.
Geceler uykusuz sabaha kadar,
Allahdan ebedi uyku dilemek…

Ben iyi biliyorum özlemek nedir,
Kadere, kısmete acı eklemek.
Ben iyi biliyorum özlemek nedir,
Çaresiz umudu her an beklemek…

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"