50 yaşlı magistr: İnsanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır
Bəzən insanın ömrü boyu arzuladığı bir iş, illər sonra da olsa, öz yolunu tapır. Artıq 50 yaşını haqlayan Ruhiyyə Dünyamalıyeva üçün də bu belə olub. Uzun illər musiqi müəllimi kimi fəaliyyət göstərən Ruhiyyə xanım həyatın qayğıları, ailə məsuliyyətləri və gündəlik çətinliklərə görə öz arzusundan ayrı qalıb, elə bu ilədək. Hazırda o, Bakı Dövlət Universitetinin Xoreoqrafiya ixtisasına magistr kimi qəbul olub. Öz dilindən bu uğur hekayəsini eşitmək üçün Ruhiyyə xanımın evinə yollandıq. – Ruhiyyə xanım, bu yaşda yenidən tələbə olmaq xəbəri sizə hansı duyğuları yaşatdı? – Bu xəbər, əlbəttə, məndə böyük sevinc və həyəcan yaratdı. Çünki necə ki öyrətməyin yaşı yoxdur bir müəllim üçün, eləcə də öyrənməyin. Və hər yeni mərhələ insana həm motivasiya, həm də özünü sınamaq imkanı verir. Bu addım mənim üçün, sadəcə, bir təhsil deyil, həm də şəxsi inkişaf yolumdur. Özümü yenidən gənc tələbələr arasında görmək xoşdur. Nəzərə alsaq ki, hər yaş qrupundan tələbələrlə çalışıram, amma yenidən illər sonra gənclər arasında gənc tələbə kimi hiss etmək, əlbəttə, bir başqadır. – Bəs magistr təhsili almaq qərarını necə verdiniz? – Uzun müddət düşündüm və sonra anladım ki, biliklərimi daha da təkmilləşdirməliyəm. Qeyd etdiyim kimi, müəllim olmaq axı, sadəcə, öyrətmək deyil, daim öyrənmək də deməkdir. Bu qərarı verərkən, sadəcə, peşəkar inkişafımı deyil, həm də mənə inanan tələbələrimin də inkişafını nəzərə aldım. Eyni zamanda düşündüm ki, öz sevdiyi ixtisasdan uzaqlaşan tanıdığım və tanımadığım tələbələr var ki, bəlkə, bu addımım onlara da bir motivasiya olar. Mənim üçün bu gələcəyə atılan dəyərli bir addımdır. Bu yolda ən böyük dəstəyim, əlbəttə ki, ilk olaraq ailəmdən gəldi. Onların mənə olan inamı məni daha da möhkəmləndirdi. Gənclər arasında yenidən təhsil almaq üçün isə gənc tələbələrimin də dəstəyini hiss etmək mənim üçün çox önəmli oldu. Xüsusilə bəzi tələbələrimi qeyd etmək istəyirəm, mərhum tələbəm Sərvət İbrahimov hər zaman böyük həvəslə mənim qəbul olunmağımı arzulayır, hətta araşdırmalar apararaq məni məlumatlandırırdı. Digər tələbələrim Nicat Əliyev və Aynur Əliyeva da eyni səmimiyyətlə yanımda oldu və hər ikisi mənim bu yoluma əlavə bir pillə qoydular. Bu isə bir müəllim üçün ən qiymətli hədiyyədir. – Ruhiyyə xanım, uyğunlaşmaqda çətinlik çəkəcəyinizi düşünürsünüz? – Əslində, hər bir başlanğıcda müəyyən qədər çətinliklər olur. Amma tədrisə və elmə olan sevgimin bu çətinlikləri asanlaşdıracağını düşünürəm. Müasir gənclərlə bir yerdə oxumaq isə mənim üçün əlavə üstünlükdür. Mən buna bir çətinlik kimi yox, imkan kimi baxıram və inanıram ki, uyğunlaşmaqda problem yaşamayacağam. – Ətrafınızda bu addımı atmağınıza inanmayanlar oldumu? – Bəli, belə fikirlər səsləndirənlər oldu. Onların bir qismi bu yaşda təhsilə qayıtmağın gərəksiz olduğunu, bu yaşdan sonra Bakıya gedərək oxumağın artıq lazımsız və gec olduğunu düşünürdü. Amma mən inanıram ki, insanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır. Əksinə, deyilən inamsızlıq dolu cümlələr mənə bu yolda addımımı daha möhkəm və inamla atmağa bir növü dəstək oldu desəm, yanılmaram. –Bu uğurunuzla gənclərə hansı mesajı vermək istəyərsiniz? – Mən gənclərə demək istəyirəm ki, təhsil və öyrənmək heç vaxt yarımçıq qoyulmamalıdır. Həyatın hansı mərhələsində olursunuzsa olun, biliklər sizi daha da güclü edəcək. Məqsəd qoymaq və o məqsədə doğru addımlamaq isə ən böyük uğurdur. Heç zaman vaxtı bəhanə etməsinlər, vaxt insanın öz əlindədir. – Sizə “gecdir” deyənlərə nə cavab verərdiniz? – “Gec deyil, əksinə, indi tam vaxtıdır”, – deyərdim. Çünki hər yaşın öz üstünlükləri, öz təcrübəsi var və təhsil bu təcrübə ilə daha da qiymətli olur. Əsas olan ürəkdən istəmək və addım atmaqdır. Həyatda gecikən yeganə şey sınanmayan fürsətlərdir. Mən müəllim olaraq özümü təkmilləşdirməliyəm ki, tələbələrin elm, təhsil yoluna işıq sala bilim. Henri Fordun belə bir sözü ilə məhz elə imtahana hazırlaşdığım zamanda qarşılaşdım: “Öyrənməyi dayandıran insan, istər iyirmi yaşında olsun, istər səksən yaşında – qocadır”. Bu mənə daha da motivasiya verdi. Ruhiyyə xanım göstərdi ki, yaş, sadəcə, bir rəqəmdir, əsl vacib olan isə insanın içindəki sevgidir, istəkdir. O, “Oxumaq üçün artıq gecdir” deyənlərə bir daha sübut etdi ki, arzulamaq üçün heç vaxt gec deyil. Ruhiyyə Dünyamalıyevanın hekayəsi bir daha göstərir ki, həyat yalnız gəncliyin arzuları ilə məhdudlaşmır. İnsanın ürəyində inam və istək varsa, o bir gün öz yolunu tapır. Bəzən illərlə təxirə salınmış xəyalların gerçəkləşməsi daha dəyərli, daha qiymətli olur.
Adına palaz dedi, Ayağımız astına saldı dünyanı… Adına gəbä dedi, Közümüz aldına asdı dünyanı… Dünyamız gəbä qaldı, Biz naxışlarda añlağança… Atam sözün öz tilində jetkizdi bizge Anam… Kime jetti, kime äli jüz jıldan soŋ jetedi… Ärbir halda payda bar Anamnıñ sözünde, Sırlı tarihm jatadı; Anamnıñ är ilmäsinde, Är naxışında, Är palazında, Är gəbäsendä…
Atam sözün cejimlerge toqıp, Xurjundarğa toltırdı Anam… Bala-baqdır sovğat bolsın dep… İlmäsin ilmäsin, färş-färş, xalı-xalı Közümüz aldına jayğan dünyanıñ İpliğin, jünin añlattı Anam… Kim añladı, kim jüz jıldan soŋ añlaydı… Ärbir halda payda bar Anamnıñ sözünde, Sırlı tarihm jatadı; Anamnıñ är ilmäsinde, Är naxışında, Är palazında, Är gəbäsendä…
Ədəbiyyatımızın ən incə və ən müqəddəs mövzularından biri ana obrazıdır. Ana həm həyatın başlanğıcı, həm də övlad üçün müqəddəs dayaqlardan biri kimi həmişə yazıçı və şairlərin diqqət mərkəzində olub. Azərbaycan poeziyasında Nizami Gəncəvidən tutmuş Səməd Vurğuna qədər saysız sənətkarlar bu mövzunu poetik gücü ilə işləmişlər. Müasir poeziyada isə Zaur Ustacın “Anam” şeiri (Zaur Ustac – Anam şeiri) bu silsilənin parlaq nümunələrindən biri kimi seçilir.
Şairin “Anam” şeirindəki poetik çalarlar adi bir duyğunun ifadəsi deyil, ana obrazının ümumbəşəri miqyasda təqdimatıdır. Ana yalnız bioloji mənada övlad dünyaya gətirən varlıq deyil, həm də dünyanı övladına sevdirən, onu sirli-sehirli həyataın (yaşamın) ecazkar məna çalarları ilə tanış edən, keçmişi və gələcəyi anladan böyük müəllimdir. Şair “palaz” və “gəbə” metaforaları ilə ananın övlad üçün yaratdığı dünyanı təsvir edir. Bu obrazlarda Azərbaycan xalqının məişətindən, adət-ənənəsindən gələn məna qatları var. Çünki xalça, palaz, gəbə – həm evin istiliyini, həm də həyatın bəzəyini simvolizə edir. Ana isə bu gözəlliyi övladının ayağı altına sərən müqəddəs varlıq kimi təqdim olunur:
Adına palaz deyib, Atdı ayağımızın altına dünyanı… Adına gəbə deyib, Asdı gözümüzün qabağına dünyanı… Dünyamız gəbə qaldı, Biz anlayana qədər naxışlarda… Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Şeirdə diqqəti cəlb edən mühüm məqam odur ki, ana övladına yalnız həyat bəxş etmir, həm də sözün, dilin və düşüncənin daşıyıcısıdır. Şair bunu belə ifadə edir: “Ata sözünü öz dilində çatdırdı bizə Anam”. Bu misra həm milli dəyərlərin, həm də mənəvi irsin qorunmasında ananın rolunu açır. Əslində ata ocağının da, ana dilinin də övlad şüuruna hopdurulmasında məhz ananın mövqeyi həlledici olur:
Ata sözünü cejimlərə toxuyub, Xurcunlara doldurdu Anam… Övladlara sovqat olsun deyə… İlmə-ilmə, fərş-fərş, xalı-xalı Gözümüzün önünə sərdiyi dünyanın İpliyi, yunu olduğunu anlatdı Anam…
Zaur Ustacın “Anam” şeiri yalnız fərdi hisslərin təzahürü deyil, həm də kollektiv yaddaşın poetik inikasıdır. Burada ana obrazı təkcə şairin anası deyil, bütövlükdə Azərbaycan qadınının simvoludur. Hər bir oxucu bu şeirdə öz anasını görə bilir, öz həyat yolunda aldığı sevgi və qayğını xatırlayır:
Ərşi ərişlərə köçürdü, Zəmini bükdü dükcələrə… İpin ucunu biləyimizə bağladı, Kələfin ucunu itirməyək deyə… Bir nişanı min dəfə kirkidlədi, Qulağımızda sırğa olsun deyə…. Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam… Simgə-simgə, damğa-damğa Anamın arğacından keçdi dünya…
Maraqlıdır ki, şeirin bədii yükü sadə sözlər üzərində qurulsa da, dərin fəlsəfi məna daşıyır. Bu da şairin poetik gücündən xəbər verir. Sadə məişət sözləri – palaz, gəbə, naxış – yüksək poetik assosiasiyaya çevrilir. Beləcə, şair oxucunu gündəlik həyatın içində gizlənən əbədiyyətə aparır:
Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində…
Nəticə olaraq demək olar ki, “Anam” şeiri həm milli, həm də bəşəri dəyərlərin poeziyada təcəssümüdür. Zaur Ustac burada ananı sadəcə ailənin mərkəzi kimi deyil, həm də xalqın yaddaşı, sözün qoruyucusu, mənəvi varislik simvolu kimi təqdim edir. Bu baxımdan şeir yalnız ədəbi əsər deyil, həm də publisistik gücə malik bir çağırışdır: ananı sevmək, onu ucalıqda tutmaq, onun verdiyi dəyərləri yaşatmaq.
Zaur Ustacın “Anam” şeiri əsas türk dillərinin əksəriyyətinə uyğunlaşdırılmaqla yanaşı alman, ingilis, ispan, fransız, rus və digər əcnəbi dillərə də tərcümə olunaraq yayımlanmışdır.
Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…
Sadə, mehriban, qətiyyətli, fəaliyyətində Vətənə sevgisi , nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik keyfiyyətlərinin daşıyıcısı, 2000-ci ildən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Əli qızı Abdullayevanın yubiley yaşı qeyd olunur.
1986-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Yol- inşaat fakultəsini bitirib.
1998-2002-ci illərdə BDU hüquq fakultəsində təhsil alıb.
1985-1993 –cü illərdə Azəraqroyol layihə inşaat birliyində mühəndis vəzifəsində çalışıb.1993-1998-ci illərdə 11 N və 12 N Rayonlararası İstismar Təmir Tikinti Trestində mühəndis vəzifəsində, 1998-ci illərdə Azərbaycan Respublikası Qizil Aypara Cəmiyyətində,Yasamal rayon icrayə Komitəsində sədr müavini vəzifəsində işləyib.1999-2005- ci illərdə Vektor Beynəlxalq Elm Mərkəzində,Beynəlxalq layihələr üzrə direktor vəzifəsində çalışıb.
anıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgilər onların həyat hekayəsinı bizlərə açıqlayır. Keçdiyi həyat yolları haqqında Mehriban xanım Əli qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir. İnsanın vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Yubiley yaşlarıda bu yaşlara daxildir. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi yaşlandıra bilməz. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi qocaldabilməməz.Mehriban xanımın 2 övladı, 3 nəvəsi var.
Azərbaycan ədəbiyyatında təbiət motivləri həmişə xüsusi yer tutub. Çünki bu torpağın dağları, düzləri, çayları, meşələri yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, yaddaşımızın ayrılmaz hissəsidir. Xalqımız əsrlər boyu dağlarla nəfəs alıb, dağlara söykənib, dağlardan güc alıb. Bu baxımdan müasir ədəbiyyatımızda dağ obrazını canlı şəkildə yaşadan şairlərdən biri də Zaur Ustacdır.
Zaur Ustac üçün dağ yalnız fiziki məkan deyil, həm də milli dirənişin, əzəmətin, ucalığın və əbədi mövcudluğun simvoludur. Onun poetik dünyasında dağlar həm qəhrəmanlıq tariximizin şahidi, həm də xalqımızın sərt, dözümlü xarakterinin təcəssümüdür. O, dağlara baxanda yalnız qayaları, zirvələri deyil, həm də o zirvələrin qoynunda yaşanan həyat hekayələrini, unudulmaz taleləri, igidlik dastanlarını görür:
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
Ustacın dağlara yanaşmasında publisistik ruh da hiss olunur. Çünki o, dağlara təkcə şair gözü ilə baxmır, həm də ictimai-siyasi məna axtarır. Azərbaycan reallığında dağ həm işğalın acısını, həm də azadlığın sevincini simvolizə edir. Bu baxımdan Zaur Ustacın yaradıcılığında dağ obrazı bir çağırışdır – “özünə qayıt, gücünü tanı, dağların təkcə daşdan yox, ruhdan ibarət olduğunu unutma!”
Ədəbiyyatın gücü ondan ibarətdir ki, oxucunun hisslərinə toxunaraq onu düşündürür. Zaur Ustac dağları vəsf etməklə oxucunu həm təbiətlə, həm tarixlə, həm də öz mənəvi kökləri ilə birləşdirir. Onun qələmi ilə yazılan dağ obrazı təkcə gözəlliyin təsviri deyil, həm də dirənişin fəlsəfəsidir.
Beləliklə, Zaur Ustacın yaradıcılığında dağlar milli yaddaşın, vətən sevgisinin, mübarizə əzminin canlı simvolu kimi təqdim olunur. Bu dağlar yalnız təbiət mənzərəsi yox, həm də xalqın ruhunu daşıyan əbədi dayaqlardır.
Yaradıcı İnsan ücün əsas meyar onun Vətədaş mövqeyidir
Televiziya aparıcısı, redaktor Ramal Hüseynov
İnsanın vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir arzusu olur! Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərinin şirin xəyallarının qanadlarında dolanmasın. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir.
Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…
Televiziya aparıcısı, redaktor Ramal Hüseynov 4 sentiyabr 1981-ci iıdə anadan olmüş, orta təhsilini Humanitar Fənlər Gimnaziyasında almışdır. Qafqaz Universitetinin Filologya fakültəsi və Magistir dərəcəsini bitirmişdir. Sadə, mehriban, qətiyyətli, fəaliyyətində Vətənə sevgisi , nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik keyfiyyətlərinin daşıyıcısıRamal Hüseynovun 44 yaşını qeyd olunur.
Ramal Hüseynov 15 yaşından etibarən Azərbaycan televiziya məkanında fəaliyyət göstərir. İlk addımlarını SARA TV, sonra ANS TV-də ataraq, səhər proqramlarının aparıcısı kimi ekranlara çıxıb. Daha sonra İTV, APA TV və Xəzər TV-də müxtəlif formatlı verilişlərin aparıcısı olub.
Onun hazırladığı və təqdim etdiyi proqramlar sırasında “Aktual” adlı tok-şou, “Həyata Baxış” canlı debat verilişi, cəmiyyətin sərt mövzularına toxunan “Dalan 18+” layihəsi və səhər şouları xüsusi yadda qalıb.Hazırda Ramal Hüseynov Azərbaycan Televiziyasının Mədəniyyət Kanalında yayımlanan “Başqa Söhbət” verilişinin müəllifi və aparıcısıdır. Bu proqramla o, sosial, psixoloji və mədəni mövzuları müzakirəyə çıxarır, tamaşaçının gündəlik həyatına toxunan, lakin çox zaman dilləndirilməyən sualları işıqlandırır.Peşəkar fəaliyyəti ilə yanaşı, o həm də yaradıcı tədqiqatçı, sosial debatların redaktoru və ictimai diskursu təşviq edən aparıcıdır.Onun fəaliyyəti Diplomlara, Fəxri Fənmanlara, Sertifikatlara və digər mükafatlara layiq görülmüşdür. Ramal Hüseynov televiziya sahəsindəki 30 ilə yaxın təcrübəsi ilə Azərbaycan media məkanında özünəməxsus üslub formalaşdırmışdır,onun yüksək peşəkar yanaşmasının sirri:-“Televiziya yalnız əyləndirmək üçün yox, həm də düşündürmək üçündür. Düzgün sual verilirsə – cavab gec-tez tapılacaq”.
Ədəbiyyatımızın ən incə və ən müqəddəs mövzularından biri ana obrazıdır. Ana həm həyatın başlanğıcı, həm də övlad üçün müqəddəs dayaqlardan biri kimi həmişə yazıçı və şairlərin diqqət mərkəzində olub. Azərbaycan poeziyasında Nizami Gəncəvidən tutmuş Səməd Vurğuna qədər saysız sənətkarlar bu mövzunu poetik gücü ilə işləmişlər. Müasir poeziyada isə Zaur Ustacın “Anam” şeiri (Zaur Ustac – Anam şeiri) bu silsilənin parlaq nümunələrindən biri kimi seçilir.
Şairin “Anam” şeirindəki poetik çalarlar adi bir duyğunun ifadəsi deyil, ana obrazının ümumbəşəri miqyasda təqdimatıdır. Ana yalnız bioloji mənada övlad dünyaya gətirən varlıq deyil, həm də dünyanı övladına sevdirən, onu sirli-sehirli həyataın (yaşamın) ecazkar məna çalarları ilə tanış edən, keçmişi və gələcəyi anladan böyük müəllimdir. Şair “palaz” və “gəbə” metaforaları ilə ananın övlad üçün yaratdığı dünyanı təsvir edir. Bu obrazlarda Azərbaycan xalqının məişətindən, adət-ənənəsindən gələn məna qatları var. Çünki xalça, palaz, gəbə – həm evin istiliyini, həm də həyatın bəzəyini simvolizə edir. Ana isə bu gözəlliyi övladının ayağı altına sərən müqəddəs varlıq kimi təqdim olunur:
Adına palaz deyib, Atdı ayağımızın altına dünyanı… Adına gəbə deyib, Asdı gözümüzün qabağına dünyanı… Dünyamız gəbə qaldı, Biz anlayana qədər naxışlarda… Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Şeirdə diqqəti cəlb edən mühüm məqam odur ki, ana övladına yalnız həyat bəxş etmir, həm də sözün, dilin və düşüncənin daşıyıcısıdır. Şair bunu belə ifadə edir: “Ata sözünü öz dilində çatdırdı bizə Anam”. Bu misra həm milli dəyərlərin, həm də mənəvi irsin qorunmasında ananın rolunu açır. Əslində ata ocağının da, ana dilinin də övlad şüuruna hopdurulmasında məhz ananın mövqeyi həlledici olur:
Ata sözünü cejimlərə toxuyub, Xurcunlara doldurdu Anam… Övladlara sovqat olsun deyə… İlmə-ilmə, fərş-fərş, xalı-xalı Gözümüzün önünə sərdiyi dünyanın İpliyi, yunu olduğunu anlatdı Anam…
Zaur Ustacın “Anam” şeiri yalnız fərdi hisslərin təzahürü deyil, həm də kollektiv yaddaşın poetik inikasıdır. Burada ana obrazı təkcə şairin anası deyil, bütövlükdə Azərbaycan qadınının simvoludur. Hər bir oxucu bu şeirdə öz anasını görə bilir, öz həyat yolunda aldığı sevgi və qayğını xatırlayır:
Ərşi ərişlərə köçürdü, Zəmini bükdü dükcələrə… İpin ucunu biləyimizə bağladı, Kələfin ucunu itirməyək deyə… Bir nişanı min dəfə kirkidlədi, Qulağımızda sırğa olsun deyə…. Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam… Simgə-simgə, damğa-damğa Anamın arğacından keçdi dünya…
Maraqlıdır ki, şeirin bədii yükü sadə sözlər üzərində qurulsa da, dərin fəlsəfi məna daşıyır. Bu da şairin poetik gücündən xəbər verir. Sadə məişət sözləri – palaz, gəbə, naxış – yüksək poetik assosiasiyaya çevrilir. Beləcə, şair oxucunu gündəlik həyatın içində gizlənən əbədiyyətə aparır:
Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində…
Nəticə olaraq demək olar ki, “Anam” şeiri həm milli, həm də bəşəri dəyərlərin poeziyada təcəssümüdür. Zaur Ustac burada ananı sadəcə ailənin mərkəzi kimi deyil, həm də xalqın yaddaşı, sözün qoruyucusu, mənəvi varislik simvolu kimi təqdim edir. Bu baxımdan şeir yalnız ədəbi əsər deyil, həm də publisistik gücə malik bir çağırışdır: ananı sevmək, onu ucalıqda tutmaq, onun verdiyi dəyərləri yaşatmaq.
Zaur Ustacın “Anam” şeiri əsas türk dillərinin əksəriyyətinə uyğunlaşdırılmaqla yanaşı alman, ingilis, ispan, fransız, rus və digər əcnəbi dillərə də tərcümə olunaraq yayımlanmışdır.
Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar
Ədəbiyyat tarix boyu bəşərin yolunu işıqlandıran bir çıraq olub. Xüsusilə poeziya insan ruhunun ən dərin qatlarına enərək həm fərdi, həm də milli kimliyi ifadə edir. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Adından da göründüyü kimi, kitab yalnız bir şeir toplusu deyil, həm də yol göstərən, istiqamət verən, milli-mənəvi dəyərləri qoruyaraq, gələcəyə daşıyan mənəvi ulduz – işıq (çıraq, mayak) rolunu oynayır.
“Sevgi dolu şeirlər” kitabı oxucuya bir mesaj verir: insan öz yolunu itirməmək üçün mənəvi ulduzlarını, onların göstərdiyi yolu (saman yolunu – işıq yolunu, sevgi yolunu) unutmamalıdır. Bu yol göstərən (Ziyadar) ulduz (ulduzlar) – ziya bəzən Vətəndir, bəzən ana dili, bəzən də şəhidlərin ruhu, milli yaddaş və tarixi mirasdır. Zaur Ustacın poeziyası yalnız estetik gözəlliyi ilə deyil, həm də məzmun yükü ilə seçilir. O, oxucunu düşündürür, həm də yol göstərir:
Dünyanın təməli sevgidir, gülüm! Dərdin, ah-nalənin özü də sevgi…
Kitabda müəllifin poetik üslubu sadə, lakin dərin məna ilə yüklənib. Şeirlərdə müasir insanın qarşısında dayanan mənəvi böhranlar, milli kimliyin qorunması ehtiyacı, bütövlük arzusu ön plana çəkilir. Zaur Ustac bir tərəfdən klassik ədəbiyyatın zəngin ənənələrindən faydalanır, digər tərəfdən çağdaş dövrün ictimai-siyasi reallıqlarını şeir dili ilə ifadə edir. Bu isə əsərə həm publisistik kəskinlik, həm də bədii zəriflik qatır:
Ustac xoşlar, kəsə etsin söhbəti, Çalış boşa yeməyəsən möhnəti, Dadımlıqdı bu dünyanın neməti, Macal verməz heç kimsəyə doymağa…
“Sevgi dolu şeirlər” kitabı həm də bir ədəbi manifest kimi qəbul oluna bilər. Burada yalnız fərdi duyğular deyil, həm də milli amal, vətəndaş məsuliyyəti, bəşəri dəyərlərə sədaqət özünü göstərir. Müəllifin şeirləri oxucuya bir növ çağırışdır: özünü tanı, kimliyini unutma, milli ulduzunu yol göstərici kimi qəbul et!
Publisistik baxımdan əsərin gücü ondadır ki, o, yalnız poetik mətnlərdən ibarət deyil, həm də cəmiyyətin problemlərinə işıq salır. Müasir insanın qarşısında duran ən böyük sual – “haradan gəlirik və hara gedirik?” – kitabın ideya xəttində daim öz əksini tapır:
…sevin ki, seviləsiniz…
Bu baxımdan “Sevgi dolu şeirlər” həm ədəbiyyatsevərlər, həm də gənc nəslin milli-mənəvi tərbiyəsi üçün qiymətli qaynaqdır.
Hər misrası bir nümunədən, bir ibrətdən, bir dəvətdən ibarət olan Zaur Ustac bu çağırışları ilə sübut edir ki, şair yalnız qəlbin sözçüsü deyil, həm də cəmiyyətin vicdanıdır. Onun “Sevgi dolu şeirlər” kitabı da məhz vicdanın, haqqın, həqiqətin işığını oxucuya təqdim edir.
Bu məqamda istər-istəməz kitab haqqında olan Vqif İsaqoğlunun – “Sevgi dolu şeirlər”in işığındayazısını xatırlamalı olursan… Başdan-ayağa bu müqəddəs işığın tərənnümünə həsr olunmuş yazının sonluğu belədir (olduğu kimi):
“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?
Bu kitabı oxumaq sadəcə poeziya zövqü yaşatmaq deyil, həm də bir istiqamət, bir yol, bir missiya qazanmaq deməkdir.
I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün “məqsədləri” ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu 1722-ci il 15 iyul tarixli sənəd. Çarın tapşırığı ilə Həştərxanda Kantemir tərəfindən yazılmışdı.
H.Ə. Dəlilinin qeydinə əsasən “Rusiyanın xarici siyasət arxivində mühafizə olunan sənədlərin tədqiqi göstərir ki, о (Manifest -red.) ancaq bir dildə (Azərbaycan dilində) çıxmışdır”.
” Pyotr-i əvvəli ibn-i Aleksey, Rusiya padşahı.
Be-oni-rəbbani və qüdrəti-i cahandani ilə biz Petros, əvvəlki imperator-i təvaif-i Rus, Xüddar-i Ərzin-i məmalik-i şimalein, toluvəl-zəval vəl-nisf-əl-nəharın padşah-i əl-bərrin və xaqani-əl-bəhreyn, dəxi sair və neçə sair padşahlıqların və hökumətgahların hakimi və malikanə buyuruqcusu.
Şövkətlu və əzəmətli və səadətli, mühübbümüz və qədimi dostumuz şah-i məhabətli ulu alicah həzrətlərinin hökumətində və xidmətində olan izzətli və hörmətli süpəhsalarlar, xanlar, qorçubaşılar, ağalar, tüfəngçilər, topçubaşılar və bəylər, bəkiyan-i gul və sultanilər, vəzirlər və sair zabitlər və nəfəratın yüz min nəfəri və yüzbaşıları,.. ilə salam və səlamət diləklərimizi bildiririk ki, rəfi-i humayunumuz vasitəsilə sizə məlum olsun.
Bu, rəbbimiz İsa Məsihin miladi min yeddi yüz iyirmi birinci ilində və hicri min yüz otuz dördüncü sənəsində yazılmışdır. Şövkətlu, əzəmətli və məhabətli ulu dostumuz və ərzand qonşumuz şah-i alicah-i məmalik-i ərazi-i Pars və Əcəm həzrətlərinin təxt-i təsərrüfündə olan ləzgi vilayətinin zabiti Davud bəy və Qazıqumuq əyalətinin hakimi Surxay нам кимсәнәләр ол тәрәфдән әҹнас-и мүхтәлифдәни нечә фитнә әнкиз лалиләр, Јанларинә ҹәм едүб мазкур шаh-и алиҹаh достумуз һәзрәтләринин үзәринә баш галдырыб вә гәбзе-је тәсәррүфүндә олан мәмләкәт-и Ширван әјаләтиндә шәhр-и Шәмахијә hәмлә hүҹум вә сил-и Сејф едуб.
İllər ömrümüzdən səhra qumları kimi sovrulduqca, xatirələr keçən günlərə yol almış qoca yolçu kimi – gah dumana düşür, gah da çiskinə. Adam keçən günlərin xiffətini çəkə-çəkə qarşıdakı yol bir az da uzanır. Sonda xatirələrin işıq gələn tərəfinə yeriyib toxtaqlıq tapırsan.
İllərdi ürəyimin başında əzizlədiyim xatirələrim var ki, onlar mənim ilə üz-üzə könül sirdaşı, ömür-gün yoldaşıdır. Yetmiş ildir o xatirələrlə qol-boyun olub, dağlı, aranlı ömür eləyirəm. Yaşımın bu çağında o xatirələr səf çəkib qoşun kimi üstümə gələndə, görürəm – lələ köçüb, yurd ağlayır… Sağa-sola səpələnən ömrümün çoxu gedib, azı qalıb. Dağlar qoynunda doğulduğum yurd yeri – Göyçə mahalı əsirlikdə göyüm-göyüm göynəyir. Ruhu başımın üstündə pərvanə kimi dövr eləyən atam Həsən Xəyallının məzarı məchul bir nisgilə çevrilib. Hər sözümə “can” – deyən dostlarımın, doğmalarımın əksəriyyəti candan olub, əbədiyyətə qovuşublar. İndi özümə təsəlli vermək üçün baxıram – bir dərd, bir də məni əlli ildi dillərdə söz eləyən bu qara qələm qalıb. Dərd haqqında çox yazılıb, yazılacaq da! Dünya dərddən xali deyil, yaranmış binnət olandan var; özü də yekəsindən. Dünyadan dilgir getmiş Aqil İmanım yaxşı deyib:
İman, ömür adlı qurduğun daxma,
Yüz tufan görəcək, min şimşəkçaxma,
Üzü dönük olan sevincə baxma,
İztirab insanla ömürlük olur!
Bilmirəm haradan düşdü yadıma İmanın bu müdrik misraları. Xeyli vaxt idi unutmuşdum yaddaşımda utancaq-utancaq boy göstərən bu qənirsiz misraları. Kim bilir, bəlkə də İmanın ruhuydu pıçıldayan gözəgörünməzin lütfi kimi bu poeziya örnəyini…
Harada İmanın şeirini, sözünü eşitsəm ayaq saxlayıb keçən günlərimə boylanıram: Hörük-hörük uzanan yarğanlı dərələr, “qüdrətdən səngərli, qalalı dağlar”, quşqonmaz zirvələr, güllü-çiçəkli laləzarlıq canlanır xəyalımda; qartal qıyı, kəklik qaqqıltısı, bülbül cəhcəhi ötür qulağımda; sürü yaylaqdan enir, elat yaylağa köçür, imran dilli aşıqların hərbə-zorbası başlayır; qara zurnanın şirin nəvası vahiməli zağalarda əks-səda verir; Uzaq-uzaq toy mağarlarından kədərə culğaşıq bir səs – Füzuli-Ələsgər sözünün sehriylə şahə qalxır. Bunları heç də səbəbsiz xatırlamadım. Saydığım təbiət komponentləri və mühitin formalaşdırdığı ədəbi-bədii dəyərlər Aqil İman poeziyasında sözlə reaksiyaya girərək, üzvü şəkildə tərrənnüm olunur. Aşıq gördüyünü çağırar – deyib ərənlərimiz. Tifil İman neyləsin? Göyçə kimi qutsal dəyərlərə malik bir məkanda doğulub, sazla yatıb, sözlə oyanan kəsi başqa cür təsəvvür etmək də mümkün deyil. Gördüyü bütün gözəlliklər qanadlı ilham iksiri içirmişdi bu bənövşə nəfəsli şairə. Ona görə də hər söz, hər misra köksündə nəhr kimi çağlayırdı. Bu çağlayışın özündə də sirli-sehrli bir ofsun vardı:
Dözmək olar dözüləsi beş ilə,
Beş – dedim qorxuram bağrım deşilə!
Bu sevgini mən udanda “şeş” ilə,
Gəlib sənin “yek” atıbdı həsrətin.
Bu şeir bir el gözəlinin həsrət ağrılarının qırmancından yaranıb. Eyni zamanda bu şeirdə bir şair də doğulub. Burada işlədilən “beş ilə”, “deşilə”, “şeş ilə” qafiyələri o qədər sadə və təbiidir ki, şairin qanadlı ilhamı ipək dilinin elastikliyindən xumarlanır, qafiyənin gətirdiyi fikir gözəlliyi ekstaz yaradır, poetik ecaza çevrilərək dilin cazibəsində cizginir. Hər misra arasında sözlər sanki əl-ələ verib rəqs eləyir. Belə şeirin havasına kim oynamaz ki?
Aqil İmanın şeirlərini hansısa dəftərdən, kitabdan oxuyub əzbərləməmişəm. Yaddaşıma köçənlər onu sevənlərin dilində yağa – bala dönən misralarıdı. Bütün misraları bulaq suyu ilə “qüsullandığından” pak-pakizə şeirləri asanca yaddaşlara köçürüb onu. Bir də ki, mən onun şeirlərini haradan oxuya bilərdim ki? Bir dəfə də olsun qəzet, jurnal redaksiyasının qapısını döyüb – “mən şairəm, şeirimi çap edin” – demədi qəbri nurla dolmuş. Eləcə qəlbinə gələnləri hamıdan gizlicə saxladığı öz könül dəftərinə yazdı … Özünü “həvəskar” adlandırdığından mətbuatdan qaçaq oldu. Ona görə də bugünkü oxucu auditoriyası və media üçün bir qədər pünhan qaldı Aqil İman imzası. Bütün bunlara rəğmən özündən xəbərsiz İman elimizin, obamızın dildə əzbər şairlərindəniydi.
İman sözün – ədəbiyyatın içində doğulsa da, şeirlərini həmişə ədəbi prosesin “çölündə” yazırdı. Bu məchul çöllükdə nə geniş oxucu kütləsi, nə də ədəbi tənqid var idi onunçün. Aqil İman adlı bir saz dəlisi, söz sevdalısı var idi ki, o da bircə onun ürəyinin “səsinə” qulaq asırdı. Çünki şair Aqil İmanın ən yaxşı oxucusu da, tənqidçisi də elə müəllif Aqil İmanın özüydü. Yetərdi ki, yazsın. Yaza-yaza ürəyindəki tikanı çıxarıb mənəvi rahatlığına qovuşsun!
İman gənc olmasına baxmayaraq ilk görünüşdən qərinələri yorub-yortmuş bir tale adamını xatırladırdı – vədəsiz ağarmış saçları, çatılmış qaşlarının arasında sevincini qucaqlayan kədər düyünləri və şeirə oxşayan şairanə məsum baxışları… İmanla bağlı xatirələrim o qədər şirindi ki, onu düşündükcə xəyallarım, yazdıqca qələmim, danışdıqca dilim ballanır ağzımda. Çünki İman özü şirin adamıydı – xatirələri, şeirləri kimi.
1989-cu ilin yanvar ayının şaxtadan qılınc qurşayan bir vədəsində unudulmaz şairimiz Hüseyn Arif başının dəstəsi ilə qonağım idi. Göyçəlilərin sevimlisi kimi 1988-ci ildə Göyçədən qaçqın gələn soydaşlarımıza yoluxmağa gəlmişdi bizim kəndə. Görüşün rəsmi hissəsi başa çatandan sonra bədii hissəni bizim evdə keçirdik. Məclisdə iştirak edən kənd ağsaqqallarının, xüsusən Fəzi əmimin (Qəmgin Fəzi) məsləhəti ilə məclisi İman aparası oldu. Bu təklif doğrusu mənim də ürəyimdən idi. Çünki Hüseyn Arif yaradıcılığını İman yaxşı bilirdi, həm də gözəl natiq idi. İlk çıxışından hiss etdim ki, Hüseyn Arifi İman ovsunlayıb. Onun Hüseyn Arifin şeirlərini əzbər deməsi, yaradıcılığının məzmunu və mahiyyəti haqqında (xüsusən “Dilqəm”, “Yolda” poemaları və Aşıq Alı yaradıcılığına diqqəti, qayğısı haqda) geniş və məzmunlu çıxışı, Göyçə ədəbi məktəbinin nümayəndələrini dəqiq təhlillərlə xarakterizə etməsi Hüseyn müəllimi heyran qoymuşdu. Məclisin şirin yerində Hüseyn müəllim üzünü mənə tutaraq özünəməxsus incə bir tövrlə – ay Şiruyə, başın haqqı, bu oğlan şair kimi danışır – dedi. Məclis əhli də yerdən təsdiqlədilər ki, bəli, bu oğlan şairdi. İman şeir yazmağını nə qədər gizləməyə çalışsa da, ağsaqqalların və Hüseyn Arifin təkidi ilə bir neçə şeirini oxuyası oldu. Şeirlərini dinləyəndən sonra Hüseyn müəllim İmana bir könüldən min könülə vurulmuşdu: “Başın haqqı, eynən mənim dilimdi sənin şeir dilin,”– deyib o, İmanı özünə bir az da doğmalaşdırdı. Hətta bir neçə şeirini yazıb götürdü ki, Bakıda çap etdirsin. Amma sonralar nədənsə o şeirlərdən bir səs-soraq çıxmadı… İmanın mühəndis olduğunu biləndə Hüseyn müəllim yenə öz zarafatından qalmadı: “Sən hazır alimsən, şairsən, oğul, burax o tikintinin başını, səndən “injiner” olmaz. Gəl Bakıya, mən də kömək edəcəm, müdafiə elə, alim ol. Özün də ki, mənim yaradıcılığımı yaxşı bilirsən…”
İndi xəyal burulğanında çabalaya-çabalaya ruhunun ətri hopmuş saralmış vərəqlərdə və yaddaşlarda hifz olunan şeirlərini oxuyuram İmanın. Allahın ona yazmış olduğu tale yazısı kimi… Səmimi hisslərdən, zərif düşüncədən, emosiyadan yoğrulan bu misralar zamanın İmana vermiş olduğu suallara ən tutarlı cavabıdı. Şeirimizin ulu dədəsi Füzuliyə ünvanladığı silsilə şeirlərdə günümüzün bütün təbəddülatlarına poetik bir rəng qataraq qaynar ilhamı sayəsində aydınlıq gətirib. Cahillik, cəhalət, haqsızlıq girdabında inildəyən bir xalqın dərdini onu sevənlər belə yaza bilər ancaq:
Haqqı boğazından asdırıbdılar,
Qəbrini dərindən qazdırıbdılar,
Yalan ayağında basdırıbdılar,
Can verib öləndə həqiqət, baba!
Və yaxud:
Salamını almayana,
Salam da vermişəm, baba!
Bu səmimi və səmimi olduğu qədər də ağrılı etiraf – zamanın qovğaları ilə yaşayan həssas bir şair ürəyinin mübariz döyüntüləridi.
İman təbiətin kövrək bir vədəsində doğulmuşdu – 1958-ci ilin dekabr ayında. Taleyi də, ömür yolu da elə payız fəslinə bənzəyirdi. Adını atamız Həsən Xəyallı adlar içində əzizlədiyi könül dostu, nakam taleli böyük Növrəs İmana ehtiram əlaməti olaraq İman qoymuşdu. İndi Aqil İmanın şeirlərini oxuya-oxuya həm də Növrəs İmanı xatırladım. Çünki, Növrəs İmanla Aqil İman poeziyası arasında coğrafi bağlılıqla bərabər, bir ruhi bağlılıq da hiss etdim. Nədənsə taleyin sərt sınaqları bu iki ömrügödək şairi sevincdən qabaq “muştuluqlayıb” həmişə. Bir də ki, Aqil İmanın poetik yaddaşında, nəfəsində Miskin Abdal, Aşıq Alı, Ələsgər, Məmmədhüseyn, Həsən Xəyallıyla bərabər Növrəs İmanın da təsirinin olması təbiidi. Çünki Aqil İman Göyçənin milli və mənəvi dəyərlərini varlığında yaşadan ənənəyə bağlı oğuz türküydü. Məzmun və mahiyyəti yeni bir düşüncəyə modifikasiya etməklə əksər şeirlərində klassik ənənəni – formanı qoruyub – saxlamağa çalışmışdı. Növrəs İmanla Aqil İman poeziyasında bir oxşar cəhət də var ki, o da gələcəkdə olacaq hadisələri (xüsusən həyatdan tez köçmələri haqda!) təhtəlşüur olaraq yazmalarıdı. Yazıqlar olsun ki, mən də daxil olmaqla İmanın şeirlərindəki, gizli eyhamların sağlığında heç birimiz fərqində olmamışıq. Bilsək, neyniyəcəydik ki, guya? Şeirdi də yazmışam – deyib alovumuzun üstünə su ələyəcəkdi yəqin ki… Amma bir şeirinin iki misrasında özü hər şeyi nişan verib, mənim demək istədiklərimi deyib:
İman çəkən zülüm təkdi, əzab tək,
Bağlı qaldım oxunmamış kitabtək.
Amma mən indi demək istəyirəm ki, yox, Aqil İman, sən bağlı qalmadın. Qılman, Araz kimi ocağının od qoruyanları səni sevən könüllərdən misralarını ağız-ağız toplayıb, saralmış vərəqlərdəki şeirlərini çinləyib, dəstələyib bağlı qalan istedadını bacardıqları qədər açmağa nail oldular.
29 avqust 1996-cı il… O günü xatırlamaq istəməsəm də, amma nədənsə hər İman adı gələndə tez-tez xatırlayıram. Həmin gün heç kimin yadına düşüb, ağlına gəlməyəcək bir iş oldu – İmanın ürəyi qəfil susdu. Bir anın içində kabus kimi bütün el-obanı ağzına aldı bu qara xəbər. Heyrətindən bu xəbəri eşidənlər “kar”, görənlər isə “kor” olmuşdu. Heç kim eşitdiyi xəbərə inanmaq istəmir, vaxtsız gələn bu əcəl payını İmana yaraşdırmırdı. Avqust ayı isti olmağına baxmayaraq, təbiət də İmanın bu vaxtsız itkisinə yas saxlayırdı. Günün günorta çağı göy üzü qapqara dolmuşdu. Külək bağrını yaran bulud az qalırdı ki, hönkürüb leysan ələsin. Əsən xəfif meh qohumların, dostların çəkdiyi naləyə, dediyi ağılara qoşulub İmanın vaxtından tez ağarmış gümüşü saçlarına sığal çəkirdi. İndi hər o günü xatırlayanda İmansız günlərimi bayatıya çevirib öz-özümə gümüldənirəm. Əgər buna gümüldənmək demək olarsa:
Sərrafam, İman dərdi,
Din dərdi, iman dərdi,
Gözümnən suvardığım,
Gülləri İman dərdi.
Sərrafam, qardaşı yar,
Yar olsun, qardaşı, yar!
İman odumu görsə –
Quzeydən qar daşıyar.
İmansızlıq əzabımı nə qədər sözə çevirməyə çalışsam da, elə hallar olur ki, söz də bəzən əzaba çevrilir. Həyatda axtarıb tapa bilmədiklərim kimi…
Ürəyimdə o qədər dərdlər var, bilmirəm hansını yazım, hansını yazmayım. Haradan başlayım, harada qurtarım. Dərd andır da ki, nə çəkməklə, nə də yazmaqla qurtarır.
Hər dəfə dünyadan vaxtsız getmiş doğmalarımın – qardaşlarım Nəbinin, İmanın, qoşalaşmış məzarlarını ziyarət edəndə deyirəm: Bezdinizmi mənə arxa-dayaq olmaqdan? Ürəyimin infarktı, gözlərimin yaşı olmağa nə tez tələsdiz? Bu suallar ətrafında daşa dönmüş şəkilləri ilə pərişan-pərişan söhbət edib sonda ürəyimdə göyərən bu misralarıca ağ kağıza pıçıldaya bilirəm:
Nə yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli şeirləri ilə bizə unutdurmağa çalışan, atasının poetik nəfəsini yaddaşında, adını təxəllüsündə yaşadan, ədəbiyyatımızın işıqlı nümayəndəsi Qılman İmanımız var. Aqil İmandan bu dünyada xoş əməlləri ilə bərabər özünü və sözünü sevənlərə qara sazın laylası qədər həlim, kövrək şeirləri, bir də mənzilinə yetilməyəcək upuzun həsrəti qaldı.