USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
FREYD VƏ YUNQUN “EGO” ANLAYIŞI Eqo anlayışı həm Karl Yunqun, həm də Freydin psixologiyasında mərkəzi rol oynamışdır, lakin iki mütəfəkkir bu anlayışq tamamilə fərqli yanaşırdılar. Freyd, psixologiyasında eqo id və supereqo ilə yanaşı psixikanın bir hissəsidir. Freyd eqoya ilkin arzularımız (id) və mənəvi vicdanımız (supereqo) arasında vasitəçilik edən rasional hissə kimi baxırdı. Bu daxili ziddiyyətləri tarazlaşdırmaqla bizə reallığı idarə etməyə kömək edir. Digər tərəfdən, sonradan öz nəzəriyyələrini inkişaf etdirən Freydin tələbəsi olan Karl Yunq eqonu başqa cür görürdü. Yunq üçün eqo şüurlu şüurumuzun mərkəzidir. O, özümüzü necə qavradığımızı və dünya ilə qarşılıqlı əlaqəmizi formalaşdıran şəxsiyyət və şəxsi davamlılıq hissimizi təmsil edir. Freyd eqonun daim təzyiq altında olduğuna inanırdı, id tələblərini, supereqonun gözləntilərini və xarici dünyanın reallıqlarını idarə etməyə çalışır. Bu, tez-tez daxili münaqişələrə və narahatlığa səbəb olur. Bununla belə, Yunq, eqonun daimi münaqişəyə girdiyini görməmiş, bunun əvəzinə eqonun həm şüurlu, həm də şüursuz zehni özündə birləşdirən psixikanın yalnız bir hissəsi olduğuna inanmışdır. O, şəxsi inkişafa və özünüdərkə nail olmaq üçün şüursuzluğu eqo ilə birləşdirməyin vacibliyini vurğulamışdır. Freyd daxili konfliktin idarə edilməsində eqonun roluna diqqət yetirərkən, Yunq bunu bizim özünü həyata keçirmə yolunda səyahətimizin zəruri hissəsi kimi görürdü. Əslində Freydin eqosu vasitəçi, Yunqun eqosu isə şüurun lövbəridir. Hər iki perspektiv insan psixologiyasının mürəkkəb təbiəti haqqında dəyərli fikirlər təklif edir.
Bazen dünyaya, bazen de etrafıma bakıyor ve düşünüyorum. Her şey güzel yolunda gibi görünüyor. Yediğimiz önümüzde, yemediğimiz arkamızda. Düğünler, partiler yapıyoruz. Mutluluğumuzu göstermek için özel neyimiz varsa sosyal medyada paylaşıyoruz.
Bazen kendimi çok suçluyorum. Dünyada, yanı başımda bu kadar mutlu insan varken ben neden mutsuzum? Yoksa şükürsüz müyüm?
Aslında bir Türk, bir Müslüman komşusu açken uyuyamazdı. Soydaşı kan ağlarken asla gülemezdi. Ben böyle biliyordum. Yoksa kurallar değişti de ben mi habersiz kaldım?
Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
Azərbaycan teatrşünas-tənqidçi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi professor İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub.
Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür və yaradıcılıq yollarını əks etdirən, müxtəlif Azərbaycan teatrlarının tarixi haqda yüzdən çox sanballı əsərlərin müəllifidir.
Onun “Sənət vurğunu”, “Səyavuş Aslan”, “Aktyora oxşamayan adam”, “Kəsişən paralellər”, “Barat Şəkinskaya”, “Səhnə sehrinin sirdaşı”, “Yaşadan əbədi Yaşar” və digər əsərləri xüsusi əhəmiyyətə malikdir.
Milli Kitabxanada Azərbaycan teatrının yorulmaz tədqiqatçısı, teatrşünas, publisist, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar “Professor İlham Rəhimli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri, rəyçi, tərtibçi, ön söz və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Şanlı Zəfədən sonra Şuşada ilk toy baş tutub. Bəy Qazi Elmir Məmmədlidir. Bundan sonra Şuşada ancaq xeyir işlər olacaq. Toy, nişan, bayramlar. 32 ildən sonra. Şükür bu günə. Şəhidlərimizi unutmuruq. Allah hamısına rəhmət etsin. Allah gəncləri xoşbəxt eləsin.
Bir dəfə Çində bir adam o qədər ac və yorğun idi ki, dayana bilmir və bir armud oğurladı. Onu tutdular və cəzalandırımaq üçün imperatorun yanına gətirdilər. Oğru İmperatoru görəndə ona dedi; “Hörmətli hökmdarım, çox ac idim. Dözə bilmədim, oğurladım və yedim. Sizə yalvarıram, məni bağışlayın. Əgər məni bağışlasanız sizə əvəzolunmaz bir hədiyyəm olacaq “dedi. İmperator ağzını əyərək; “Sizin kimi birində əvəzolunmaz nə ola bilər ki?”-deyir. Oğru ovucunun içərisinəki armud tumlarını uzadır və “Bu tumları əksəniz bir gün ərzində qızıl meyvələr verən bir ağacın çiçəkləndiyini görəcəksəniz.” İmperator güldü və Dedi: “O zaman buyur ək. Qızıl meyvələri görəndə səni bağışlayıram”. Yoxsul adam; “Hökmdarım, oğru olduğum üçün bu toxumu mən əkə bilmərəm. Bu toxumu ömrümdə heç vaxt oğurluq etməyən, başqalarına heç vaxt haqsızlıq etməmiş, yalan danışmamış bir kimsə ancaq əkə bilər. Toxum ancaq o zaman öz təsirini göstərər, əks halda ona əkəni zəhərləyər, dayanılmaz ağrılarla öldürər. Sultanım, yalnız bu toxum siz əkə bilərsiniz. “
İmperator ürkdü,bir müddət düşündü, sonra da kəskin səs tonuyla; “Mən bağban deyiləm, imperatoram, bu toxumu vəzirə verin və qızıl meyvələri görək.” dedi .. Yoxsul kişi toxumu vəzirə təhvil verəndə baş vəzir tələsik İmperatora tərəf çevrildi və etiraz etdi. “Mən əkin biçin işlərinə çox bacarıqsızam, sehrli toxumu israf edərəm.Məncə bu toxumu xəzinədar əksin. Xəzinədar dərhal bir bəhanə tapdı və bu vəzifəni başqasına təhvil verdi. Orada olanların hamısı sudan bəhanələrlə toxum səpmək vəzifəsindən bir-bir imtina etdilər. Sonra İmperator bir müddət sükut içində düşündü. Başı aşağı Vəzirin, Xəzinədarın və bütün məmurlara baxdı; “Gəlin bu oğru bağbanına toxumun necə qızıl meyvə verdiyini hamımızı bir yerdə göstərək. dedi. Cibindən bir qızıl pul çıxartdı və kasıb kişiyə atdı. Hamı da ardıcıl olaraq ciblərindən qızıl pul çıxarıb ona verdi. Sonra gülürək imperator yoxsul adama; “İndi isə çıx get buradan, bu dərs bu günlük hamımız üçün bəs etdi.” dedi .. Bəs indiki dünyamızda bu toxumu əkə biləcək xüsusiyyətlərə malik insan qalıbmı ətrafınızda tanldıqlarınızdan?