Mən onu İsmayıllımızın günəşi adlandırardım. İnsanların həyatına ümid işığı olan, İşini sevən peşakar həkim Xalidə Muştaqova təhlilləri və müşahidələri xəstələrinə göstərdiyi qayğı, ana qayğısıdır. Dost qayğısıdır. Təbii ki, belə həkimlər qürur yerimizdir.
Bu yazını yazmazdan əvvəl doğrusu bir az tərədüd etdim. Ancaq yazmaq qərarına gəldim. Xalidə Muştaqovanın tərifə ehtiyacı yoxdur. O, öz sözünü artıq deyib. Bu gün də deyir. Xalidə Muştaqovanı İsmayıllımızın günəşi adlandırmağımda məqsədim həkimlik elə ali bir peşədir ki, günəş kimi əl çatmazdır. Alilik də o peşəylə birgə doğulur, əlçatmaz olur. Bu əlçatmazlığın bir adı da alilikdir.
Xalidə Muştaqovanın təvazökarlığı və sadəliyi digər insanlar üçün nümunədir. Peşəsində aliliyi qazanan insanlar həyatda da o, aliliyi qazanırlar.
Bu günlərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İb-nin İdarə heyətinin xətti ilə Bərdəli şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım Qəribovanın dəvəti ilə Bərdəyə səfərə- Mehparə ananın təşəbbüsü və rəhbərliyi ilə Bərdə Mədəniyyət Mərkəzində təşkil etdiyi “Cənnətdən cənnət mələyinə hədiyyə” adlı tədbirə yola düşdük.
Kürdəmirə çatanda təşkilatımızın direktor müavini Ruhiyyə xanımla Şəhidlər xiyabanını ziyarət etdik. Bizim buraya gəlməyimizdən xəbər tutan Simuzər ana da Xiyabana gəldi. Biz Kürdəmir şəhidlərini və Simuzər ananın şəhid oğlu Cəmil Həşimlinin də ziyarət edərək məzarına tər qərənfillər qoyduq.
Bizimlə Bərdəyə getməyi lazım bilən şəhid anası yol boyu oğlundan elə şirin xatirələr danışırdı ki, tədbir məkanına nə vaxt çatdığımızı hiss etmədik.
Mədəniyyət Mərkəzində ciddi hazırlıq gedirdi. Mehparə ana gəlişimizə sevindi. Məlum oldu ki, buraya yalnız Bərdənin deyil, Bakıdan, Kürdəmirdən digər qonşu rayonlardan yüz nəfər şəhid valideynləri, şəhid anaları dəvət olunub. Mərkəzin səhnəsində yüz şəhidin şəkilləri və onlara uyğun gül dibçəkləri, tər qızılgüllər, müxtəlif hədiyyələr düzülmüşdü.
Eyni zamanda gənc rəssam, şəhid analarına, “ana və oğul” şəkilləri ilə şəxsən hazırladığı foto-kompozisiyaların müəllifi Ayxan İsayev də xüsusi hədiyyələri ilə burada idi. Onu da qeyd etmək yerinə düşərdi ki, Ayxan demək olar respublikamızın rayonlarında və Bakıda keçirilən bir çox anım və mövlud günlərində fəal iştirak etdiyinə görə bir çox diplom və döş nişanları ilə təltif olunmuşdu.
Tədbirə başlamazdan əvvəl Qazilərimiz Dövlət Bayrağımızı təntənəli marsın sədaları altında zala gətirdilər. Dövlət Himnimiz bir dəqiqəlik sükutla yad edildilər.
Aparıcı Səbinə Mirzə qızı şəhid analarını və dəvət olunan digər qonaqları salamladı. Tədbirdə rayonun İH-nin məsul şəxsləri, millət vəkili Fatma Yıldırımı, Bərdə rayon YAP-nın sədri Fəqət Şadlinskaya, Mədəniyyət Mərkəzinin sədri İlyas Hacıyev və başqaları iştirak edirdi. Söz millət vəkili Fatma Yıldırıma verildi.
O, 44 günlük müharibədə cəsarətlə döyüşən, vətənimizin şəhid igid oğullarının analarına can sağlığı və səbr dilədi. Digər çıxışçılar da şəhidlərimizin sayəsində torpaqlarımızın azad olunmasını təmin etdikləri bir daha söyləndi. Sonra şəhidlərimizə həsr olunmuş videoçark və slayd nümayiş olundu.
Tədbir günü Mehparə ananın ad günü olduğu da qeyd olundu.
Gözəl təşkilatçı-şəhid anasına təşəkkür edildi ki, Fəxri kimi oğulu vətən üçün tərbiyə edib böyüdüb. Suqovuşan fatehi, Murov Qartalı Fəxri göstərdiyi şücaətə görə üç medalla təltif olunub.
Tədbirdə Bərdənin Birinci Vətən Müharibəsi və Aprel döyüşlərinin şəhidi Ziya Həsənovun ailə üzvləri, Bakıdan şəhid Emin İsmayılovun anası Məlahət xanım və digər yüzə yaxın şəhid anaları da gəlmişdilər.
Rayon uşaq gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiyanı dinləyicilər alqışladılar.
“Qazilər” Vətən müharibəsi iştirakçılarına və ailəsinə sosial Dəstək İctimai Birliyinin döş nişanları və vəsiqələri təqdim olundu…
30.03.2022.İstanbul-Yunanıstan,Paris-Bakı. Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Agentliyinin dəstəyi ilə “Azərbaycanın və Türkiyənin ortaq dəyəri rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı “layihəsi bu gün səfər çərçivəsində apardığı tədqiqatını başa vurub. Jalə xanımdan üç ölkədə apardığı axtarışlarıyla bağlı qısaca məlumat verməsini istədik Jalə Cəfərova “ On yeddi günlük səfər başa çatsa da aldığım təəssürat,tapıntılar bir daha deməyə əsas verir ki soydaşımız olan böyük rəssam İbrahim Safi yaradıcılığı bitib-tükənməyən bir xəzinədir. Sadəcə obyektiv səbəblər var ki zəngin həyat və yaradıcılıq yolu keçən bu böyük insan haqqında məlumat əldə etmək gözlənilən real çətinliklər yaradır. Baxın ,2021- ci ilə qədər əsərləri auksionlarda daim satışlarda olan əsərləri çox həm də bu günkü iqtisadi çətinliklərə baxmayaraq ən yüksək məbləğə satılan əsərlər siyahısındadır. Mart ayının 14 dən 18-ə qədər İstanbul görüşləri reallaşdı. Çox dəyərli yazar ,kolleksioner İbrahim Safidən ilk reportaj hazırlayan Moşe Qrosmanın açılmamış arxivi və məsləhətləri gələcək addımlarımda misilsiz bələdçilik etdi. Türkiyədə topladığım bilgilərə görə İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmet Elpə,Sosial Araşdırmaçı ,qezeteçi Doğan Kasadoluya,onun asistanı Türkan Özbuğut xanıma sonsuz təşəkkürlər. Mart ayının 18 dən 22- nə qədər Yunanıstanın paytaxtı Afinada oldum.Səfər edəcəyim zamanı bildirsəm də məktublarıma cavab almadım. Bayram günləri və bəlli qrafika ilə çalışdıqları üçün ( üç dəfə qəbula getdim) Azərbaycanın Yunanıstandakı səfirliyində təəssüf ki heç bir görüş baş tutmadı. Afinada dörd muzeydə oldum İstanbulda doğulan , 18 yaşına qədər Türkiyədə yaşayan yunan əsilli ,illərdir İbrahim Safi yaradıcılığının heyranı kimi tanıdığım Eleni Koufalidou xanımla ünsüyyət və topladığım məlumatlar məni çox sevindirdi..
Martın 18 dən 30 –a qədər Fransanın paytaxtı Parisdə oldum. Əldə etdiyim bilgiləri ümidvaram ki tezliklə kitabça kimi görmək nəsib olacaq. Qısaca görüşdüyüm və İbrahim Safinin Fransadakı təbliğıylə bağlı gələcəkdə nəzərdə tutduğumuz ,görüləcək işlərlə bağlı Azərbaycanın Dostları Assosiyasının rəhbəri Mirvari xanım Fətəliyevadan xeyli qiymətli materiallar əldə etdim.Mirvari xanımın isti,səmimi münasibətindən cəsarətlənib “Azərbaycanda İbrahim Safi adına Mədəniyyət Mərkəzinin “ yaratmaq arzumu da dilə gətirdim . 29 mart tarixində Azərbaycanın Fransadakı Səfirliyində Mədəniyyət məsələləri üzrə məsul şəxs olan Günül xanım Zülfüqarova ilə görüşdüm. Bacardığım qədər çalışdım ki bu böyük rəssam haqqında fransız sənət aləminin insanları,Fransada yaşayan türklər ,həmçinin azəri türklərimiz də bilgilənsin. İndiki tarixi dönəmdə zənnimcə vacib və önəmli məqamdır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Türkiyə dostluq münasibətləri daha əhəmiyyətli mərhələyə keçib. Günel xanım bir saata qədər davam edən görüşümüzün sonunda qeydlərini Azərbaycanın Fransadakı səfiri Rəhman Rəhimov cənablarına çatdıracağını söylədi. Parisdə xeyli muzeydə ,şəxsi kolleksionerlərin qalleriyasında oldum. Əldə olunan məlumatları yaxın zamanlarda paylaşacayıq. Fransada mənə ölçüyə sığmaz dərəcədə mənəvi dəstək olan insanlara sonsuz sayğı və təşəkkürümü bildirmək istəyirəm. Uçun illər Fransada yaşayan həmvətənlərimiz ictimai fəal Zivər xanım,Xuraman xanım Rəhimova bacıları, İlqar bəy Turabi, Fransa Azərbaycanlıları Birliyinin rəhbəri Rza bəy Zeyniyə Milli Mədəniyyətin Təbliği ictimai birliyi adından bir daha sonsuz təşəkkürlər. İbrahim Safi yaradıcılığı davam edir.
* * *
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova “Azərbaycanın və Türkiyənin ortaq dəyəri, rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı” layihəsi çərçivəsində apardığı tədqiqatını başa vurub. Səfər təəssüratlarını bölüşən Jalə Cəfərova bildirib ki, Avropanın 3 ölkəsində 17 gün ərzində həyata keçirdiyi tədqiqat işləri zamanı xeyli maraqlı məlumatlar əldə edib: “Səfər zamanı aldığım təəssürat, tapıntılar bir daha deməyə əsas verir ki, soydaşımız olan böyük rəssam İbrahim Safi yaradıcılığı bitib-tükənməyən xəzinədir. Onun əsəsrləri 2021-ci ilə qədər auksionlarda ən yüksək məbləğə satılıb. Mart ayının 14 dən 18-ə qədər İstanbul görüşləri reallaşdı. Çox dəyərli yazar, kolleksioner İbrahim Safidən ilk reportaj hazırlayan Moşe Qrosmanın açılmamış arxivi və məsləhətləri gələcək addımlarıma misilsiz bələdçilik etdi. Türkiyədə topladığım bilgilərə görə, İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmet Elpə, Sosial Araşdırmaçı, qəzetəçi Doğan Kasadoluya, onun asistanı Türkan Özbuğut xanıma sonsuz təşəkkürlər”. Səfərini Yunanıstanın paytaxtı Afinada davam etdirən J. Cəfərova burada yunan əsilli, illərdir İbrahim Safi yaradıcılığının heyranı kimi tanınan Eleni Koufalidou ilə görüşüb: “Ardınca Fransanın paytaxtı Parisdə davam edən səfər çərçivəsində Azərbaycanın Dostları Asssosiyasiyasinin baş katibi, Paris Azərbaycan təşkilatının rəhbəri Mirvari xanım Fətəliyevadan xeyli qiymətli materiallar əldə etdim. Mirvari xanıma “Azərbaycanda İbrahim Safi adına Mədəniyyət Mərkəzinin “ yaratmaq arzumu da dilə gətirdim. Həmçinin, Azərbaycanın Fransadakı Səfirliyində Mədəniyyət məsələləri üzrə məsul şəxs Günel Zülfüqarova ilə görüşdüm. Bacardığım qədər çalışdım ki, bu böyük rəssam haqqında fransız sənət aləminin insanları, Fransada yaşayan türklər, həmçinin azəri türklərimiz də məlumatlansınlar. Günel xanım görüşümüzün sonunda qeydlərini Azərbaycanın Fransadakı səfiri Rəhman Rəhimov cənablarına çatdıracağını söylədi”. Qeyd edək ki, “Azərbaycanın və Türkiyənin ortaq dəyəri, rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı” layihəsi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dəstək Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Ölkələri Öyrənirik – 6 – Ukrayna | Ukrayna Haqqında Məlumat| 2022
Salam əziz izləycilər. Bu video da Ölkələri Öyrənirik – 6 – Ukrayna adlı video hazırladım. Bu videoda sizə Ukrayna haqqında məlumat verəcəm. Videoda Əhali ərazi prezident əsgər sayı bayraq mənası qonşu ölkələri və s. Haqqında məlumat var. Bu video Ukrayna və Rusiya arasında müharibədən çıxan şəkillər və məlumatlar var.
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha. Hər ötən an, hər saat, hər gün üçün min dəfə şükürlər olsun! Sizlərlə yeni bir görüşə imkan verib, zaman tanıdığına görə nə qədər minnətdar olsaq da yenə çox azdır, çox az… Necə deyərlər, dəryada damcı qədər.
1993-cü ilin fevral ayının 24-ü Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində qış imtahan sessiyasını yola verib orduya yollanandan sonra bir də 12 mart 2002-ci ildə ordudan ayrıldıqdan sonra yenidən Bakı şəhərinə yerləşdim. Subay vaxtı tək, evləndikdən sonra uşaqlarla həmişə bütün 20 Yanvar, 26 fevral, Məhərrəmlik ayında Aşura günləri Hüseynin qəbrini ziyarət etməklə qeyd edirdim (indi də belədir, sadəcə olaraq İlqar, Vüqar, Şükür, Həmdəm, Qərib, Hikmət, Polad da bu siyahıya əlavə olunub…– 20.02.2022).
Hüseyn kimdir? – Hüseyn mənim ana tərəfdən (Əfkarlı-Əfkərli) qohumum, Qara Hüseynin nəvəsi, anamın dili ilə desəm doğmaca Əkbər dayımın oğludur. Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində də məndən bir sinif yuxarı oxuyub. (Rəhmətlik adı çəkilən məktəbi 1990-cı ildə, mən isə 1991-ci ildə bitirmişik)
QISA ARAYIŞ
Hüseynov Hüseyn Əkbər oğlu (Əfkərli) 18.09.1973-cü ildə Ağdam rayonunun Yusifcanlı (“Sufcannı”) kəndində Əfkərli Qara Hüseynin ocağında ziyalı ailəsində dünyaya göz açıb. Anasının adı Məleykə, atasının adı isə Əkbərdir (Allah hər ikisinə rəhmət eləsin). Atası Əkbər dayı (ana tərəfdən Əfkərlilərdən qohum olduğumuza görə dayı deyirdik, əslində anamın dayısı oğlu idi (Əfkərli Qara Hüseynin oğlu)). Hüseyn evin sonbeşiyi idi. Ona babası Qara Hüseynin adını qoymuşdular. Hüseyngil üç qardaş (Misir, Məhəmmədəli, Hüseyn) və bir bacı (Arzu – uzun illər Bakı ş. A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə müəllim işləyib) olmaqla ailədə dörd uşaq olublar. Hüseyndən başqa hamısı ali təhsil alıb, müxtəlif sahələrdə ixtisaslarına uyğun fəaliyyət göstəriblər. Hüseyn də yaxşı oxuyurdu. Ağdam rayon, Yusifcanlı kənd tam orta məktəbində tarix-coğrafiya müəllimi olmuş Əkbərov Yusifin onun haqqında qeydlərindən: “…Balaca Hüseyn, (babası Qara Hüseynə görə belə yazıb. Burada “Qara” sözü barədə bir neçə kəlmə yazmağa ehtiyac duydum. Ümumiyyətlə, bizdə ana tətəfdə qara adam yoxdur. Əksinə hamı ağbəniz (sarıyanız yox), göygöz (ala-yaşılaçalan) insanlar olub. Elə Balaca Hüseyn, onun qardaşları Məhəmmədəli, Misir, ataları Əkbər dayı, Babası Böyük – Qara Hüseyn də ağsifət, bədəncə iri cüssəli, zəhmli, sayılıb-seçilən, istər hakimiyyət orqanları, istərsə də əhali arasında xüsusi çəkiyə malik şəxs olublar. Yusif müəllimin burada nəvə Hüseyni “Balaca Hüseyn” kimi təqdim etməsi, əslində ağ bənizli, iri bədənli sözün bütün mənalarında böyük kişini niyə Qara Hüseyn adlandırdıqlarını ortaya qoyur. Burada ləqəb, ayama kimi işlənən “Qara” sözü rəng deyil, böyük mənasında işlənib. Təxminən yüz il əvvəl “Qara Hüseyn” ifadəsi “Böyük Hüseyn” anlamına gəlirdi. (Ağdam rayonu, Yusifcanlı kəndi. Qarabağ bölgəsi, Qarqar çayının dağlara tərəf sahili, Əfkərlilər.)) sən axı əlaçı oxuyurdun… …hər hansı bir sənətin kamil bilicisi olasan. Lakin çərxi-fələk tərsinə dövran etdi. Sən universitet əvəzinə cəbhəyə getdin…. Öz-özünə söz verdin ki, yalnız Vətən (Yurd) azad olandan sonra, qələbədən sonra təhsil alacaqsan…” Yusif Əkbərov, Şahin Qasımov. “Qarabağda bir kənd var -Yusifcanlı” kitabından, s.93.
Hüseyn 1980-ci ildə Ağdam rayon Yusifcanlı kənd tam orta məktəbinin birinci sinfinə getmiş, bütün təhsil illəri boyu dərs əlaçısı olmuş, tarix fənnindən olimpiadalarda iştirak etmişdi. 1990-ci ildə elə həmin məktəbdə təhsilini baş vurduqdan sonra (bu 20 yanvar hadisələrindən sonrakı ən qarışıq dövrlərə, xüsusi ilə gənclər üçün qəbuledilməz hadisələrin cərəyan etdiyi bir vaxta təsadüf edirdi) Yusif müəllimin də qeyd etdiyi kimi hamı onun da ali məktəbə sənəd verəcəyini gözləsə də o bütün oxuyub öyrəndiyi tarix kitablarını (“SSRİ tarixi” kitablarını) yandıraraq, Azərbaycanın yeni yaranmaqda olan Milli Ordusunun ilk əsgərlərindən biri oldu…
Hüseynov Hüseyn Əkbər oğlu 09.07.1994-cü ildə (atəşkəsdən sonra) Ağdam rayonu, Yusifcanlı kəndi istiqamətindəki cəbhə xəttində həm əraziyə yaxşı bələd olan, həm də təcrübəli döyüşçü kimi kiçik kəşfiyyat qrupu ilə düşmənin dərinliyində yerləşdiyi mövqeləri dəqiqləşdirmək məqsədi ilə yerinə yetirməyə getdiyi döyüş tapşırığını icra edən zaman qrup üzvlərindən biri düşmən tələsinə – minaya düşür. Qrup üzvlərinin hamısı yaralansa da təkcə Hüseyn şəhid olur. Onun daha çox qəlpə yarası almasının əsas səbəblərindən biri həm bədəncə digər qrup üzvlərindən çox böyük olması, həm də partlayış anında digər qrup üzvlərini sanki qucaqlayırmış kimi özünü onlarla partlayışın arasına atması olub…
Hüseyn Bakı şəhəri, İkinci Fəxri xiyabanda dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Ruhuna Fatihə (oxuyun):
Bu qeydləri təsədüfən və ya nəyinsə xatirinə buraya yazmıram. Belə geniş girişin öz səbəbi var. Deməli, yuxarıda qeyd etdiyim kimi, Hüseynin məzarı Bakı şəhəri, İkinci Fəxri Xiyabanda (Vətən Müharibəsi şəhidlərimizin uyuduğu yeni – İkinci Fəxri Xiyabanın davamına tərəf – indi köhnə hasar qalsa da aranı tağvari keçidlə açıb birləşdiriblər) hərbçilərin dəfn olunduğu yerdədir. Hər dəfə Hüseyni ziyarət etdikdən sonra, digər sıraları da gəzir, bütün şəhidlərimizin ruhuna dualar oxuyurduq. 2010-cu ildə Mübarizi də orada dəfn etdilər. Hər dəfə ziyarətə getdikdə müxtəlif səbəblərdən həyatını itirmiş hərbçilərin yeni məzarlarının olduğunu görməyə adət etmişdik…
Nəhayət xiyabanın qonşuluğunda, İkinci Fəxri Xiyabanla qəbiristanlığın arasında Yasamala tərəf ayrıca hasarın içərisində yerləşmiş sovet dönəmindən qalma köhnə anbarların sökülərək yerində yeni xiyaban salınmasına şahidlik etdik. İlk vaxtlar bu işləri adi hazırlıq, tikinti-abadlaşdırma işləri kimi qəbul etmişdim. Ancaq 2020-ci ilin yazında pandemiya səbəbindən karantin günlərində məhdud vaxt çərçivəsində bu yerləri məsafədən ziyarətim mənə tamam başqa təsir bağışlamışdı… Həmin gün oradan gəzə-gəzə M.Müşfiq küçəsi ilə üzüaşağı düşəndə artıq qeyri-iradi dilimdən ey dili-qafil “Torpaq bizi gözləyir” ifadəsi çıxmışdı…
Bir də həmin gün – İlqarla Poladı (Azərbaycanın Milli Qəhrəmanları şəhid polkovnik İlqar Mİrzəyev – BABKM–da bölük komandirim olub, şəhid general-mayor Polad Həşimov – onu özüm kimi yaxından tanısam da şəxsi tanışlığımız olmayıb) orada, yeni salınmış İkinci Fəxri Xiyabanda dəfn etdikləri gün çox heyrətlənmişdim. Mənzərə çox dəhşətli görünürdü mənə. Döyüş sahəsində saman bağları kimi cərgə ilə düzülü qalmış cəsədləri görmüş bir şəxsdə boş məzar yerlərinin niyə, hansı səbəbdən bu qədər heyrət doğurduğunu hələ də özüm üçün tam aydınlaşdıra bilməmişəm. İlk vaxtlar pandemiya ilə əlaqədar karantinə və xiyabanda aparılan təmir işləri ilə bağlı müxtəlif səbəblərə görə uzun müddət ziyarətə icazə vermirdilər… Neçə dəfə elə darvazadan və ya Hüseyni ziyarət etdikdən sonra hasarın üstündən heyrətlə boş məzar yerlərini seyr edərək, “Torpaq bizi gözləyir”i dəfələrlə təkrarlamışdım… “…Tək qalıbdı, iki paşa, Hanı qoşun, hanı ləşkər!?…” demişdim… Nəhayət, o gün yetişdi – 27 sentyabr 2020-ci il oldu. Bu tarixdən sonra digər mərd vətən övladları da İlqarın, Poladın yanında özlərinə yer qazandılar… Yavaş-yavaş məni bürümüş heyrət hissi şeirlərə çevrilməyə başladı…
Burada geniş bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM
(…əsgər gündəliyindən sətirlər…)
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.
“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…” Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . . Məlumunuz olsun ki, son günlər hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt tanınmadığı üçün “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi.
Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan istiqamətində, onlardan sonra Təpəkəndə deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”
Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019. Bakı.
Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;
MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. – Bakı.
Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.
Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş təyin olunmuş yerə çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki, əsgər digər post -növbə yoldaşları ilə təyin olunduqları səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…
Biz əvəz olunana qədər itkisiz-filansız nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…
GÜNDƏLİKDƏN SƏTİRLƏR:
08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.
Biz əvəz olunduqdan 3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…
Deməli, təkcə bu balaca (heç yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər 90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…
Görün indi nə qədər belə Dəstəgüllər var…
Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb. Gözümün önündən getməyən altında gizlətdikləri məlum olan qarla dolu səngərlər və bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış 1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan qarın- buzun içindən yığdığım bənövşələrin qurusu mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!
Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.
Haşiyəyə daxil olan bu sətrlər 16.08.2021 –ci ildə qələmə alınınb…
Əlavə çox söhbətlə yazılar oldu…
Görüşlər keçrildi…
“Torpaq bizi gözləyir” adlı şeir də yazdım…
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
Əlavə olaraq İlqara və digər şəhidlərimizə həsr olunmuş silsilə şeirlər yazdım… Ancaq günü bu gün də (20.02.2022) hələ o istədiyim sözü deyə bilməmişəm. O söz, o yazı hələ doğulmayıb. “Torpaq bizi gözləyir”.
Bu baxımdan İyirmi səkkizinci yazım hələ də tam sayıla bilməz…
17.07.2020 – 20.02.2022. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Əsəd oldu. O, Əsəd ki, bütün varlığı ilə vətəninə bağlı idi .
Bütün şəhidlərimiz kimi o, da öz evinə qayıtmaqdan əvvəl cənnəti seçdi.
Həsənov Əsəd Fərhad oğlu 16 aprel 1988-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur.
1995-ci ildə Şahverdili kənd orta məktəbinin 1-ci sinifinə qəbul olunmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verərək oraya qəbul olunmuşdu. 2006-cı ildə həmin liseyi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş və 2010-cu ildə oranı bitirmişdi.
Bir il təcrübə keçərək ona zabit sertifikatı və leytenant rütbəsi verilmişdir.
2011-ci ildə təyinatla Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinə göndərilmişdir. Üç il orada xidmət etmiş və baş leytenant rütbəsi almışdır.
2014-cü ildə Bakı şəhərində N saylı hərbi hissəyə batareya komandir vəzifəsinə göndərilir.
2017-ci ildə ona kapitan rütbəsi verilir. Ard-arda müxtəlif rayonlarda müxtəlif vəzifələrdə xidmət edir.
2020-ci ilin iyun ayında Ağdam rayonundakı N saylı hərbi hissəyə qərargah rəisi vəzifəsinə göndərilir. 2020-ci ilin 27 sentyabrında başlamış 2-ci Qarabağ müharibəsində Ağdamın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə oktyabrın birində düşmən snayperinə tuş gələrək, qəhrəmancasına şəhid olmuşdur.
Vətənə Mələk və Hüseyn adlı iki övladı əmanət olaraq qalmışdır.
Şəhid qərargah rəisi kapitan Əsəd Həsənov hərbi xidmətinə görə sağlığında “Azərbaycan Respublikasının 95 illiyi”, “ Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”ı ilə təltif olunmuşdur.
Şəhadətindən sonra isə “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə” medalları və “Rəşadət ordeni ilə təltif olunmuşdur. Anası Mələk xanımı şeirlərində öz dərin kədərini belə bildirir.
Balama deməyin, dərdli biriyəm,
Baxmayın canlıyam, diri kimiyəm.
Mən yaşasamda ölü kimiyəm,
Basımı qoymağa məzarım yoxdu.
Gəzdiyin yerlərdə izlərin qalıb,
Baxdığın hər şeydə gözlərin qalıb.
Mən necə dözürəm, vallah bilmirəm,
Sənə deyiləcək sözlərim qalıb.
Qaranlıq gecələrin yolçusuyam mən,
Yüyürürəm tikanların üstündə.
Bir ümidin, bir həsrətin ovçusuyam mən,
Yeriyirəm tikanların üstündə.
Bala adlı yaman dərdə düşmüşəm,
Yaşadığım bu dünyadan küsmüşəm.
Aldadıram hər gün özüm, özümü,
Eşidən yox, fəryadımı, sözümü.
Mən doymadım balamın gül ətrindən,
Torpaq aldı onu mənim əlimdən.
Bir quş kimi elimdən,
Oğul sözü heç düşmür ki, dilimdən.
Gəldi yenə çərşənbə,
Balalarım gəlmədi.
Neyləyərəm bayramı ki,
Ürəyimiz gülmədi.
Hanı mənim Əsədim?
Hanı igid Səbuhim?
Hanı mənim Rəşidim?
Hanı körpə Ülvinim?
Hanı Sənanım mənim?
Heç görmürəm Sübhanı?
Hanı Azadım, Eldarım?
Hanı Vüsalım?
Orucum da gəlmədi,
Yasəfim də gəlmədi.
Ağladı anaların,
Gözləri heç gülmədi.
Sən getdik qəlbimin sevinci getdi,
Sən getdin həyatım səninlə bitdi.
Sən getdin ömrümə gəldi qış, boran,
Dünyanın dəyəri gözümdə itdi…
PS. Bu günlərdə Mələk ana Həsənova “Natəvan” diplomuna layiq görülüb.>>> LAUREATLAR