31 MART – Azərbaycanlıların Soyqırımı Günü

AKİF ABBASOVUN YAZILARI

“ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ….”
(“Aldanma sözlərə” romanından)

Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bil¬mədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:
– Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.
Sonra Sergey Gözələ yaxınlaşdı:
– Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin?
Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:
– Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı.
Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Bir¬dən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı.
– Qancıq!
Bunu Suren dedi.
Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istə¬yəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi:
– Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qis¬mət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Ser¬gey təpiyi ilə şüşəni vurub kənara atdı:
– Qancıq sirkə içdi…
Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:

Bala dağı,
Göy dağı, Bala dağı.
Oy, xain. Balan ölsün,
Yamandır bala dağı.

Eləmi, üzüm, fələk
Sızıldar üyüm, fələk
Çəkdin sinəm üstünə,
Çal-çarpaz düyün fələk.

Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaş¬dılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: – dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu:
– Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar…
– Başını kəsək.
– Yandıraq.
– Gözlərini çıxardaq.
– Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin…
– Qollarını, qıçlarını baltalayaq…
– Diri-diri yerə basdıraq.
– Ağaca mismarlayaq.
– Qarnını yaraq…
Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:
– Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.
Sergey:
– Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.
Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı:
– Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaq¬larından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi ar¬xası üstə atın bunu ağacın üstünə.
Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu bu¬da¬ğın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qolla¬rın¬dan yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:
– İndi isə sındırın bu əbləhin belini…
Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:
– Bu da mundar oldu, – dedi.
Sergey irəli yeriyib ayağı ilə yoxladı:
– Düz deyirsən, gəbərib.
Sergey dəstəni başına yığıb təntənə ilə:
– Samvelin qanını aldıq, – dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.
Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addım¬ladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: “Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır”.
Sergey sanki yatmışdı, ayıldı. Bayaqkı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: “Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. “Bir dükan-bazara dəyim” deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: “Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim”

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB: – “QƏLƏMDAR-2”

ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Televizyanın görkəmli siması, vətəninə layiqli jurnalist Lalə Azərtaş

HÜSEYNLİ ŞƏMS EHTİRAM QIZI və LALƏ AZƏRTAŞ

Televizyanın görkəmli siması,vətəninə layiqli jurnalist Lalə Azərtaş

Cəmiyyətimiz günü-gündən inkişaf edir və dəyişir. Cəmiyyət inkişaf etdikcə televizya da onunla birgə addımlayır. Əminəm ki,çoxumuz günün müəyyən saatlarını asudə vaxtlarımızı televizyada yayımlanan verlişlərə baxmaqla keçiririk. Öncədən hazırlanan və cəmiyyətə təqdim olunan hər bir veriliş cəmiyyətin maariflənməsinə,bilgilənməsinə və əylənməsinə yönəlir. Bir növ ictimaiyyətin estetik zövqünə uyğun hazırlanır və yayımlanır.

Verilişin baxımlı və reytinqli olması,auditoriyasının daha  geniş  kütləni əhatə etməsi bir sözlə,layihənin uğurlu olmasının ardında operativ və işinə bələd bir kollektiv dayanır. Təbii ki,istənilən verilişin ictimaiyyət tərəfindən baxılmasını həmin layihənin siması kimi çıxış edən aparıcı təmin edə bilər. Aparıcının peşəkarlığı verilişin baş ucalığıdır. Təssüf ki,televizyamızda peşəkar və işinə bələd jurnalist və efir aparıcıları azdır,amma az da olsa var.

Jurnalıstika fakültəsinə daxil olduğum gündən etibarən özümə bir ideal efir aparıcısı axtarışına çıxdım. Bir çox kanallarda yayımlanan verilişləri izlədim və özlüyüm də layihələrin günümüzdə aktuallıgını,efir aparıcılarının peşəkarlığını bir-biriylə qarşılaşdırdım. Başdan söyləmək istəyirəm ki, yazacaqlarım tamamən öz şəxsi fikrim və gəldiyim qənaətdir.

İnsanların nitqi həm də onların xarakterini müəyyən edir. Xüsusilə də,jurnalistika sahəsin də çalışan və cəmiyyət tərəfindən tanınan şəxslərin aydın, axıcı nitqi və özünəxas qələmi olmalıdır. Bu səbəbdən aparıcının ən üstün cəhətlərindən biri də onun iti nitq qabiliyyəti olması qənaətindəyəm. Elə buna görə də gələcək peşəm də özümə ideal olaraq Xəzər tele-kanalında yayımlanan Təsir dairəsi verilişinin aparıcısı Lalə Azərtaşı görürəm.  Lalə xanım 44 günlük vətən müharibəsi dövründə “Birinci studiya”-verilişi ilə ictimaiyyətin qarşısına çıxdı və cəbhədən yayımlanan ən son xəbərləri operativ olaraq dünyaya çatdırdı. Bir jurnalist kimi müharibə dövründə də siyasi motivli bir layihə yaratmaqla insanlara qələbəyə inam ruhunu aşıladı. Heç şübhəsiz, bu addım olduqca təqdirəlayiqdir. “Birinci studiya”-verilişini müntəzəm olaraq izləyirdim.

Lalə xanımın bir efir aparıcısı kimi peşəkarlığı məni efirə daha da bağlayırdı. Onun əzmi,iradəsi hər şeydən əvvəl güclü bir Azərbaycan qadını olduğunu göstərirdi. Mən artıq idealımı tapmışdım. Müharibə dövründə xalqını qələbəyə səsləyən,cəmiyyətin maariflənməsi məqsədini güdən və digər yandan da dünyaya Azərbaycanın haqq səaini duyuran bir efir aparıcısı. Mən artıq idealımı da,özümə örnək tutacağım aparıcını da müəyyən etmişdim. Bir gün “Təsir dairəsi” verilişində iştirak etmək şansı qazandım. İdealımı daha yaxından görəcəyimi düşündükcə daha da həyəcanlanırdım.

Xəyalını qurduğum səhnə,gur işıqlar və efir.

Təbii ki,efirə yaraşıq verən idealım Lalə Azərtaş. Efirin başlamasına dəqiqələr qalmışdı. Lalə xanım studiyaya daxil oldu. Mən əyləşmişdim. İlk əvvəl mənimlə görüşdü,sanki illərdi tanıyırmış kimi mehribancasına qarşıladı. Həqiqətən gözəldi. Nitqi,duruşu,gülüşü,səs tonu,jest və mimikaları. İlk öncə səs cihazları quraşdırıldı. Sonra studiyada ümumi səs eşidildi. Son 2 dəqiqə. Lalə xanım gözucu mənə baxıb gülümsündü. Son 2 dəqiqə… Efir.. və Lalə xanımın mükəmməl nitq söyləməsi. Məndə bir anlıq özümü biixtiyar səhnədə hiss etdim. İdealım Lalə Azərtaş kimi. Fasiləyə çıxanadək gözümü çəkmədim. İzlədim. Təbii ki,arxa stajda maraq doğurdu məndə. Kollektivi gözəl bir layihədir. Layihəni gözəlləşdirənsə Lalə xanımdı. Fasilə zamanı “necəsən?”-deyə,soruşdu. Bir anda:-“çox həyəcanlı”-dedim. -“Niyə?Gələcəkdə səndə burda,efirdə olacaqsan”-dedi və həfif gülümsündü. Bundan ziyadə fasilələr zamanı ünsiyyət qurduq. Mən bir daha əmin oldum ki,bu yolda idealımı doğru seçmişəm. Nitqiylə,duruşuyla, peşəkarlıgıyla öz sözünü deyən Lalə Azərtaş.

Müəllif: Şəms HÜSEYNLİ

HÜSEYNLİ ŞƏMS EHTİRAM QIZNIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALİQ RƏHİMLİNİN ŞEİRLƏRİ

XALİQ RƏHİMLİNİN YAZILARI

AĞ VƏRƏQƏ…

Ağ vərəqə baxa-baxa
Gözlərimin ağı gedir.
Bircə misra yazanadək
Ürəyimin yağı gedir –
Nə çətinmiş şair olmaq!
Dedim bəlkə yaza-yaza
Tanrının yadına düşdüm.
Mən bilməzdim şeir nədi,
Bir qızın oduna düşdüm –
Nə çətinmiş şair olmaq!

Gərək dərd əhli olasan,
Hər dərdə dözmək çətindi.
Havadan yazmağa nə var,
Ürəkdən yazmaq çətindi –
Nə çətinmiş şair olmaq!

Üzümü göylərə tutub
Mən səndən söz diləmişəm.
Ey Tanrım, əfv elə məni,
Bəlkə günah eləmişəm?!.
Nə çətinmiş şair olmaq…

***

Hələ pəncərədən baxırsan mənə,
Məni nakam qoymaz xoş ümidlərim.
Bir gün ürəyimnən boylanarsan sən,
Deyərsən: – Necə də gözəldir yerim…

***

Görüşdükcə anlamışam:
Vədə nəymiş, bu vaxt nəymiş.
Mən o gündən inanmışam:
Qismət nəymiş, bu bəxt nəymiş
Sevginin təzə vaxtında

Naz havasıyla doluydu
Ev-eşiyim, qapım-bacam
Yaman arxayın küsürdün
Bilirdin ki, barışacam
Sevginin təzə vaxtında

Nə həsrət yaxın gəlirdi,
Nə də qəlbimi sıxırdı.
Bircənəfəsə yazırdım
Şeirim də yaxşı çıxırdı
Sevginin təzə vaxtında
İkimiz tanış olmuşuq,
Yenə də ikimiz qaldıq.
Mən deyirəm, nə yaxşı ki
Xeyir-duamızı aldıq
Sevginin təzə vaxtında…

***

Gözdən itdiyimiz yerdə
Günah etdiyimiz yerdə
Haqqa getdiyimiz yerdə
Dünyada azıb yaşarıq.

Buluda meydan sularıq,
Gah boşalar, gah dolarıq.
Gah əhdə sadiq olarıq,
Gah da ki pozub yaşarıq.

Nə oturub fələk gözlə,
Nə göylərdən mələk gözlə.
Bəxtimizi əlimizlə
Özümüz yazıb yaşarıq…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XXI əsrin ilk ədəbiyyat nobelçiləri – Rahid ULUSEL

Elmi araşdırma

Üçüncü minilliyin başlanğıcında – 2000-2005-ci illərdə ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların yaradıcılığını və bir sıra başqa əsərləri yığcam şəkildə gözdən keçirməklə, yeni ədəbi zamanın üfüqlərini açan (aça bildimi?!) müasir dünya ədəbiyyatının başlıca özəllikləri və tendensiyaları (eyni zamanda çağdaş yazıçı fenomeni!) haqqında müəyyən təsəvvür əldə edə bilərik. Əlbəttə, həm də bu prosesə öz ədəbiyyatımızın gözündən baxmaqla.

Nobel mükafatının 2000-ci il sahibi çinli nasir, dramaturq, tərcüməçi və tənqidçi Qao Sintzyan 1940-cı ildə – vətəni yaponların işğalı altında olanda doğulub. 1962-ci ildə Pekində Xarici Dillər İnstitutunun fransız dili şöbəsini bitirib. Yaradıcılığa erkən başlasa da, Mədəni inqilab dövründə əmək düşərgəsinə islah olunmağa göndərilərkən bütün ilk əlyazmalarını yandırmağa məcbur olub. Çində islahatlar kursu başlanana qədər kitablarını çap etdirmək və “xüsusi icazə” olmadan ölkəni tərk etmək Qaoya yasaq edilib. Yalnız Den Syaopinin hakimiyyətə gəlişindən sonra bəzi islahatçı əhval-ruhiyyəli teatrlar Qaonun pyeslərini tamaşaya qoymaq qərarına gəliblər. Elə bu vaxtdan Qao “Çin Soljenitsını” kimi xaricdə də tanınmağa başlayıb. Onun rusiyalı yazıçıdan fərqi isə yalnız bundadır ki, başına çox əziyyətlər gəlsə də, Çin QULAQının dəhşətlərini əsərlərində əks etdirməyə cəsarət etməyib (qeyd edək ki, Çin diktatoru Mao Tszedun 1949-1965-ci illərdə 26 milyon 300 min insanın həyatına son qoyub – yəni İkinci Dünya müharibəsində qırılan insanların, təqribən, yarısına bərabər!). Qao, əsasən, bu və ya digər Çin əyalətində yaşayan “balaca adamın” taleyini, üzləşdiyi çətinlikləri, əzabları qələmə alıb. Ancaq Qao Sintzyana münasibətdə mülayimləşmə uzun çəkməyib: 80-ci ilin ortalarında onun bütün kitabları qadağan edilib, özü isə yenidən siyasi təqibə məruz qalıb.

1981-82-ci illərdə Qaonun kitabları çap edilsə də, 1983-cü ildə yazdığı “Avtobus dayanacağı” pyesi ideoloji cəhətdən zərərli hesab edilib. Çünki bu əsərində dramaturq Bekket və Arto estetikasından bəhrələnmişdi. Onun üçüncü pyesi – “Başqa sahil” isə yasaqlanır. Qao Sintzyan repressiyadan qurtulmaq üçün səkkiz ay Sıçuan əyalətinin meşə və dağlarında gizlənir. 1987-ci ildə Pekin yazıçını “fəxri mühacirətə” göndərir, iki il sonra isə Tyananmen meydanındakı faciəvi hadisələrdən sonra onu Çin vətəndaşlığından məhrum edir. Bütün əsərləri ölkədə “əksinqilabi təbliğat” sayılır. Qao 1989-cu ilədək Kommunist Partiyasının sıralarından çıxmasa da, Çini tərk edərək Parisə gəlir və Fransa vətəndaşlığını alır.

Təkcə yazıçı və dramaturq kimi deyil, həm də gözəl kalliqraf və milli “qo-hua” üslubunda çəkən rəssam kimi Qao Sintzyan Fransa və Belçikada üç ədəbi mükafat alır. Tərcüməçilik və rejissorluq fəaliyyəti ilə məşğul olur.

Yeni Çin ədəbiyyatının klassiki Qao Sintzyanın yaradıcılığının zirvəsi onun irihəcmli (800 səhifə) “Möcüzəli dağlar” romanıdır. Qao Sintzyan – ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk Çin yazıçısıdır. Sənətkar öz yaradıcılığında çağdaş dünyamızın insanını onu əhatə edən çevrənin basqısında təsvir edir, həyatın ağrılı məqamlarına diqqəti yönəldir. Çin nəsri və dramaturgiyasında yeni yol açan Qao Sintzyanın humanist yaradıcılığı bir daha təsdiq edir ki, ən sərt rejimlərdə belə ədəbiyyat insan və onun qəlbinin istinadgahı olaraq qalır.

“The Guardian” qəzetinin yazdığı kimi, gəncliyində intihar etmək istəyən, məşhurlaşandan sonra isə “sağ ingilisdilli yazıçıların ən böyüyü” sayılan hindsoylu Trinidad nasiri

  

Vidyadhar Naypol yəqin ki, daha çox siyasi-ideoloji mülahizələrə görə Nobel mükafatına layiq görülüb (2001). Çünki Naypol – “islam fundamentalizmi”nin ən amansız tənqidçi və rəqiblərindəndir. Hələ 1981-ci ildə yazdığı “Möminlər arasında” kitabında o, “islam fundamentalizmi”ni “cüzam xəstəliyi” adlandırmışdı. – Elə bir “bəla” ki, islam dünyasını İran və Pakistandan İndoneziya və Malayziyayadək bürüyüb. Və belə bir “əminlik” yaratmağa çalışmışdı ki, guya “dəbərişməz və geriçil islam cəmiyyəti müasir epoxada bəşəriyyətin qarşısına çıxan suallara cavab vermək iqtidarında deyil”(?).

Vidyadhar Naypol, onun araşdırıcılarının da qeyd etdiyi kimi, olduqca subyektiv yazıçıdır. O özü də zahidanə, qapalı həyat tərzi keçirir, nə ictimai, nə də siyasi fəaliyyətlə məşğul olur. Deyir: “Mən o xüsusi missiyalı şəxsəm ki, bəşər komediyasının şahidi və salnaməçisi olmaq boynuma düşüb”. 14 roman və hekayələr toplusunun, 10 esse və yol qeydləri kitabının müəllifi yeddi ilin susqunluğundan sonra – 2001-ci ilin sentyabrında yenidən yazmağa başlayıb, – onun bu son kitabı da – “Yarımhəyat”dır.

Macar yazıçısı İmre Kertes ədəbiyyat sahəsində Nobel mükafatını 2002-ci ildə alıb. Nəsibinə 1945-ci ildə Buhenvaldda əsir olmaq düşən Kertesin ədəbi taleyi də məhz bu acı təcrübədən dadıb. – O dəhşətli zamanların xatirəsi Kertesin yaradıcılığının “bədii yaddaşına” yazılıb. Ölüm doğan konslager onun “universiteti” olub. Kertesin böyük sənətkarlığı bundadır ki, konslagerin cəhənnəm məşəqqətləri içərisində insanlığını, mehrini, şəfqətini itirməyən insanların görk olası xarakterini yarada bilib. Hər tərəf meyit, ulartı, inilti, haray, qəddarlıq, amansızlıq, kül… və bu dəhşətlərin içərisində İnsan Qəlbi, Təbəssüm, Zarafat! Böyür-başlarında ölüm qıvrılır, bir-bir sobalara basılırlar, saatbasaat xərəyə bağlanıb sobada külə dönmələrini gözləyirlər, ancaq yenə də bir-birinin halına yanır, kömək edir, fədakarlıq göstərirlər, kiçicik bir təbəssümlə də olsa, bir-birinə dayaq olurlar! Bu da müstəsna ideya: Zilinə çatmış Vəhşiyyət ən yüksək həddində belə, hətta ayaqlar altında qalmış İnsaniyyəti əzə bilmir! Bəlkə də bu – Yer üzündə insan həyatının sınağa çəkilən ən böyük mənasıdır. Bu ağır və doğma mövzu Kertesin yaradıcılığına dolanıb da qayıdır.

2003-cü ildə Nobel mükafatını almış hollandsoylu Cənubi Afrika Respublikasının yazıçısı Con Maksvel Kutzee (1940) Keyptaun Universitetini bitirib. ABŞ-da ədəbiyyat professoru olub. Sonra yenə vətənə qayıdaraq Keyptaun Universitetində professor vəzifəsində çalışıb. O, məşhur yazıçı – həmvətəni Nadin Qordimer kimi aparteidə qarşı aktiv mübariz olmayıb. Kutzee yaradıcılığında onun ölkəsi – mifik dünyaların kosmosunda itmiş gerçək bir məmləkətdir. Onun daha çox avtobioqrafik səciyyəli kitablarında “alçaldılmış və təhqir olunmuş” insanların taleyindən bəhs edilir. Yazıçı deyir ki, onun ölkəsi – Afrikada iki irqin toqquşması üzündən “ön plana” çıxıb: burada bitməz konfliktlərin, inciklik və əziyyətlərin “yuvası” qurulub. İmperiyanın özünüsaxlama metodları amansız olub, ona qarşı müqavimət, cavab tədbirləri isə elə həmin amansızlığa tən gəlib.

Özünün bütün yazıçı karyerasında C.M.Kutzee müəyyən çərçivəli mövzulara müraciət edir: əzənlərlə əzilənlərin münasibəti, fiziki və mənəvi zorakılıq qarşısında insan şəxsiyyətinin dağılması və yaxud üsyana qalxması, valideynlərin öz övladlarını zor və işgəncələrdən qoruya bilməməsinin faciəsi, insan varlığının tezsınarlığı…

Kutzee 1994-cü ildə “Sankt-Peterburqlu sənətkar” romanını yazır. Əsərin qəhrəmanı Dostoyevskidir ki, elə öz əsəri “Əcinnələr”in süjeti fonunda təsvir olunur: Yazıçının oğlu həlak olur və o bilir ki, oğlunu Neçayevin dəstəsi öldürüb. Əsərin mürəkkəb fabulası müəllifə yaradıcılıq problemlərinə bir daha müraciət etməyə imkan yaradır. Bu kədərli hadisə Dostoyevski üçün sənət materialı olur. Kutzee göstərir ki, yazıçı həyat faktını sənətə çevirmək üçün qəlbini şeytana verir. Yazıçıda normal insani hisslər qalmır, bu hisslər roman üçün material rolunu oynayır. Kutzee Dostoyevskisinin yeganə təsəllisi – qaranlıqla vuruşa-vuruşa onu işığa çevirməkdir.

Cənubi Afrikanın irqi ayrı-seçkilik sistemindən qurtulmasından sonra Kutzee “Şərəfsizlik” romanını çap etdirir: Ölkədə hakim siniflərin həmişə kataklizmlərlə müşayiət olunan əvəzlənməsi baş verib. Ancaq yazıçı bu mövzu içərisində başqa – daha mühüm və polemik bir alt-mövzunu açır. Ənənəvi olaraq universitetlər bilik, müdriklik, azadlıqsevərlik məbədi sayılıb. Yazıçı bu mövqe ilə mübahisə edir. Göstərir ki, təşkilatlar, müəssisələr insanlardan daha azad ola bilməz. O, universitet müəllimlərinin xırdaçılığını, rəhmsizliyini, gözügötürməzliyini, xəbisliyini ifşa edir. Belələri sağlam, yeni fikirli mütəxəssislərə dözümsüzlük göstərir, onları öz aralarından sıxışdırıb çıxarırlar. Əxlaqı və elmi öyrədən müəllimlərin özləri qeyri-əxlaqi hərəkətlərdən çəkinmir, ikiüzlülük edir, elmin tikanına çevrilirlər.

Yazıçı 2003-cü ildə nəşr etdirdiyi son “Elizabet Kastello” romanında da universitetlərdəki mühafizəkarlığa və ənənəvi Qərbyönlü təhsilə qarşı “hücumunu” davam etdirir. Kutzee öz polemik ideyalarını məşhur müəllimə Elizabet Kastellonun dili ilə təqdim edir. Roman Elizabetin müxtəlif ölkələrin universitetlərində oxuduğu səkkiz mühazirədən ibarətdir. Müəllif onun cəmiyyətə, bacısına, oğluna, həmkarlarına və nəhayət, Allaha münasibətlərindəki fərqli və dəyişməz məqamları açır.

Bəzi həmvətənləri yazıçını siyasi cəhətdən düzgün mövqe tutmamaqda, Cənubi Afrika haqqında onsuz da neqativ olan təəssüratı dərinləşdirməkdə, bu cəmiyyətin kədərdoğurucu mənzərəsini qatılaşdıraraq sərgiləməkdə suçlayırlar. Xüsusilə Kutzeenin “Şərəfsizlik” romanı etirazlara səbəb olub – burada o, ölkəsindəki ağdərili fermerlərin öldürülməsindən doğan çaxnaşmaları təsvir edir. Məhz belə acı gerçəkləri sənətkarcasına qələmə aldığı üçün C.M.Kutzeenin əsərləri realist ədəbiyyatın nümunələri kimi bütün dünyada maraq doğurur.

Ədəbiyyat sahəsində Nobel mükafatının 2004-cü il laureatı Avstriya yazıçısı və dramaturqu 

 

Elfrida Elinekin başqa dillərə tərcümə olunub yayılan əsas əsərləri “Pianoçu”, “Şəhvət”, “Bu o deyil”, “Alp dağlarında” dramlar toplusu, “Ölüm və qız”dır. Elfrida Elinek yaradıcılığında ən qabarıq görünən cəhət – müasir sənətin başlıca xüsusiyyətlərindən sayılan sinkretik üsluba önəm verməsidir: yazıçı poetik mətn üzərində sərbəst gəzişir, mövzunu müxtəlif sənət texnologiyalarının vasitəsilə təqdim edir. Onun üslubunda poeziyadan nəsrə, nəsrdən dramaturgiyaya, dramaturgiyadan kinematoqrafiyaya, kinematoqrafiyadan esseistikaya keçilişlər etmək tamamilə olarıdır. 

Dünyada gedən siyasi proseslərə fəal münasibət – ədəbiyyatın öz tarixi zamanı ilə nə dərəcədə bağlı olduğunu və ona hansı səviyyədə təsir edə bildiyini göstərən aktdır. 2005-ci il Nobel mükafatının Ədəbiyyat laureatı Harold Pinterin qlobal siyasi məkanda baş verən önəmli, dəyişdirici hadisələrə diri reaksiyası məhz belə ədəbi əxlaqın nümunəsidir. Əsərlərində publisistik qat onsuz da qabarıq olan Harold Pinter çağımızın supergüclərinin hegemonluq siyasətini, bəşəriyyətə, dövlətlərə və xalqlara meydan oxumasını, xüsusilə konkret olaraq İraq müharibəsini və Böyük Britaniyanın Baş naziri Tom Bleyerin ABŞ prezidenti Corc Buşa dəstək verərək onunla açıq müttəfiqliyini kəskin tənqid etmişdir.

Bu gün dərinliklərdə qaynayan planetar gərginliyin yenidən açıq hərb müstəvisinə çıxması – Rusiya-Ukrayna müharibəsi, hətta 65 000 nüvə başlığına malik bir dövlətin başçısının sivil dünyanı atom silahı ilə hədələməsi XXI əsrdə ümumbəşəri sivilizasiya dəyərlərinə sahib və məsul olan ədəbiyyatın və onun yaradıcılarının yalnız qızılgül ləçəklərini sığallamağa, yalnız “sözün tozunu almağa”, yalnız poetikada pampers dəyişməklə məşğul olmağa haqqı yoxdur.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Rahid  ULUSEL

RAHİD ULUSELİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahnaz Şahin – TORPAQ ONU SEVDİ, O DA TORPAĞI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

TORPAQ ONU SEVDİ, O DA TORPAĞI

Esse

    Müharibə bitdi, xalqımız otuz ilə qədər qəddarcasına qovulduğu doğma yurd yerlərinə-doğma Qarabağına qovuşdu. Azərbaycan əsgəri öz üçrəngli qalib bayrağını yaralı torpaqlarda qürurla dalğalandırdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Analar göz yaşları içində gülümsəməyi bacardılar. Axı onların dağ cüssəli balaları vətənə sipər olmuş, vətənin azadlığı yolunda da canını qurban vermişdi…

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

   İndi yazılanlar da, deyilənlər də qalib ordunun qalib əsgərinin şərəfinə hesablanmışdır. Dövlətimiz qısa zaman ərzində daşı daş üstə  qalmayan, viran qoyulan, malı-mülkü talan edilən Qarabağda böyük quruculuq işlərinə başladı… Torpaq da sevindi, hava da, meşələr, çöllər də. Bəli, vətənin tikanı da əzizdir…

   44 günlük İkinci Vətən savaşında qazanılan qələbə  Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təntənəsi idi. Övladını cəbhəyə yola salan ana və atalar :-“get, aslan kimi döyüş və qələbə ilə geri dön!” –deyib Allaha əmanət elədilər. “Arxa da, ön də vətəndir, unutma, bir addım irəli getmək imkanın varsa, geriyə bir addım qoyma!..”  Vətəni ruhu, torpağı cismi-canı hesab edən mərd oğlanlar getdi müharibəyə, getdi ki, torpağın yaralarına bədəni ilə məlhəm qoysun, elə qoydu da..  .

   Vətəni səngər, qala bildilər, ana bildilər, bala bildilər, zəfər eşqinə getdilər. Torpağı elə sevdilər ki, torpaq da onları sevdi. Axı, eşq də yolxucu xəstəlik kimidi… İllərdir əsir yurd yerlərimizin səsi gəlirdi qulağına, “gəl məni azad et..”-deyə torpaq çağırırdı onları.

     Azərbaycanın hər bölgəsindən qəhrəman oğullar könüllü yollanırdı müharibəyə. Onların biri də Məmmədov Pərvin Rza oğlu idi. O, 1994-cü ildə, mart ayının 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Ailənin dörd övladından biri olan Pərvin, elə uşaq yaşlarından fərqliliyi ilə seçilirdi. O, sakit, söz eşidən bir uşaq olmaqla yanaşı, həm də bacarıqlı idi. Uşaq yaşlarından maşın və texnikaya həvəsli idi. Kim ona maşın bağışlasa sevincinin həddi-hüdudu olmurdu. Bir az oynayandan sonra isə həmin maşını söküb hissələrə ayırır və yenidən bir yerə yığıb düzəltməyə çalışırdı…

     Pərvin 2000-ci ilin sentyabrında elə yaşadığı Yeniarx kənd orta  məktəbin birinci sinfinə getmiş, və 2011-ci ildə tam orta məktəbi bitirmişdir. Sinif yoldaşları ali məktəbə sənəd verəndə, o, uşaqlıqdan öyrənmək istədiyi peşənin ardınca getmək qərarına gəlir.  Elə bu istəklə də əmək fəaliyyətinə başlayan Pərvin, tezliklə bacarıqlı mexanik kimi tanınmağa başlayır. 2012-ci ilin yazında hərbi xidmətə çağırılır. Pirəküşkül “N” saylı hərbi hissədə xidmət dövrünü 2013-cü ilin payızında layiqincə başa vurub kəndə dönür. Gənc oğlan yenidən mexanik kimi işini davam etdirib ailəsinə maddi dəstək olur. Tərbiyəli, sakit təbiətli, mehriban, xoş xasiyyətli bu oğlanı sevgi də tez tapır. Bir könüldən min könülə aşiq olduğu həyat yoldaşı Rüfanə xanımdan razılıq alaraq ona elçi göndərir… Və, 2014-cü ilin dekabr ayının soyuq havasını bu iki gəncin toy şənliyi isidir…

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

    2016-cı ilin məlum aprel döyüşləri başlayarkən Pərvin də könüllülər sırasına yazılır, amma döyüşlər tez başa çatdığından iştirak edə bilmir. Vətən sevdalısı bundan pərişan olur, amma fikrindən dönmür. Bu dəfə vətənə xidmət etməyin başqa yolunu taparaq gizirlik kursuna yazılır. Elə həmin günlərdə iki sevinci birgə qarşılayır, həm ata olur, həm də Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədən ərizəsinə müsbət cavab alır… Xüsusi təyinatlı “HƏMLƏ” taborunda əməliyyatçı, döyüş maşınlarının komandiri kimi xidmət edən gizir, burada da öz zəhmətkeşliyi, dəqiqliyi, bacarığı ilə hamının  hörmətini qazanır… 2018-ci ildə göstərdiyi qüsursuz xidmətə görə  “Cümhuruyyətin 100 illiyi” medalı ilə təltif edilir.

    2019-cu ildə ikinci dəfə atalıq bəxtvərliyini yaşayan gənc gizir digər yoldaşları kimi sərhədyanı ərazilərdə baş verən hadisələrdən qəzəblənirdi. Tökülən nahaq qan, onun da qaynar qanını coşdurur, ermənilərin layiqli cavabını vermək üçün alışıb yanırdı. Azərbaycanın hər qarış torpağı yolunda can verməyə hazır olan döyüşçü, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verməsini həm məsuliyyət, həm də sevinc hissi ilə qarşılayır…

…Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır…

    27 sentyabr 2020-ci ildə Göranboy rayonunun Ağcakənd istiqamətindən başlayan döyüş yolu Gülüstan,Tərtərin Talış kəndi və Ağdərə istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olur. Əsgər yoldaşları ilə birgə düşmənin qurduğu istehkamların dağıdılmasında qəhrəmanlıq nümunəsi göstərir. Yeri gələndə yalın əl ilə, dişi-dırnağı, yumruğu  ilə döyüşür, düşmənlə əlbəyaxa döyüşlərə atılaraq nifrəti, qəzəbi ilə onları məhv edir…

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

   Lakin Suqovuşan uğrunda gedən çətin və qanlı döyüşlər onun son döyüşü olur.  Düşmən snayperinin atdığı güllə onun həyatını da, gələcək arzularını da yarımçıq qoyur. Şəhidlik adı qazanan Pərvinin ruhu vətənin azad səmasına pərvazlanır, bədəni isə 02.10.2020-ci ildə doğulub böyüdüyü, ruhən bağlı olduğu doğma Yeniarx kəndində elə sevdiyi, könül verdiyi torpağa tapşırılır… Məmmdəov Pərvin Rza oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”,  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid torpağındı, torpaq şəhidin,

Varsa bu  ülfəti bir pozan, gəlsin.

Alın yazısını torpaq üstünə,

Gəlsin, qanı ilə qoy yazan gəlsin…

    İndi bu evdə onun iki övladı böyüyür, onlar Qarabağın qara günləri barədə anasının danışdığı söhbətlərdən xəbər tutacaq, kitablardan oxuyacaqlar. Atalarını da fəxrlə, qürur hissiylə xatırlayacaqlar. Biləcəklər ki, o, Qarabağın azadlığı uğrunda şəhid olan 3000-ə qədər igid və qəhrəman Azərbaycan oğullarından biridir!

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mehmet Faruk Habiboğlu – KADINLAR LEYLA OLMAKTAN İSTİFA EDELİ ÇOK OLDU

FARUK HABİBOĞLUNUN YAZILARI

KADINLAR LEYLA OLMAKTAN İSTİFA EDELİ ÇOK OLDU

Genelde sanatta özelde edebiyatta Modernizm ve Postmodernizm dönemleri bitti bence. 21. Yüzyıl’dayız ve bütün değerler ve kavramlar evriliyor. İletişim ötesi dönem. Dünya artık küçücük bir köy. Toplumlar birbirine benzeşiyor. Zevkler aynılaşıyor. Her şey tüketim odaklı. Kolay üret kolay tüket! Yarına kalan her şey eskimiş oluyor. Şiir mesela, okuyorsun tükeniyor. Uzun pasajlar artık sıkıcı. Şairler şiirlerini ne toplum için ne de sanat için yazıyor; herkes kendi yalnızlığını haykırıyor! Acılar, sevinçler, aşklar sıcağı sıcağına yaşanıyor ve bitiyor. Yeni Leyla Mecnun Hikayeleri yazılmıyor şimdi. Kadınlar Leyla olmaktan istifa edeli çok oldu. Mecnun çölde kaybolup gitti. Herşey nesnel herşey cinsel. İnsan ruhu göğe çekildi. Para herşeyi satın alıyor, en başta insanı. Üçüncü dördüncü beşinci cinsler aramızda dolaşıyor. Felseye bile anlamlandıramıyor ahvali. Sosyoloji betimlemekte aciz. Bir kaos belki.

Bu ilanihaye böyle mi sürecek?

Sanmıyorum, bir senteze erişecek insanlık. Elektro toplum yahut sanal insan. Bilemiyorum. Ama çağın akışı arkını bulacak. İyi mi olacak kötü mü olacak? Hüküm vermek bize değil gelecek nesillere düşer.

Çağın şiiri henüz söylenmedi.

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “SÖZÜN XAQANI” HAQQINDA SÖZ

ZAUR USTAC “QƏLƏMDAR-2”

“SÖZÜN XAQANI” HAQQINDA SÖZ

İYİRMİ YEDDİNCİ YAZI

Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır.
QISA ARAYIŞ
Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.Səkkiz kitab müəllifidir.Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.İki övladı var.Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı  İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və
Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci
dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.

“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi
düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və
yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.” – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani – Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan – sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “… Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi… Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir.

Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . … Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının “Zöhrə ulduzu” sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm… Tanrı istəyən… ” … “belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır.
“Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm:
– Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir,
– Romanın həcmi müasir tələblərə tam cavab verir,
– Dili səlisdir və aid olduğu dövrlə səsləşir,
– Tarixilik baxımından zəruri məlumatlarla zəngindir,
– Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar.
Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər.
Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var… Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram.
30.06.2020 – Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

  1. Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
  2. “Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020,  s.6.
  3. “Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20,      say: 21 (2262) s.15.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xaliq Rəhimli – Qırmızı yuxular

XALİQ RƏHİMLİNİN YAZILARI

Qırmızı yuxular

(Azadə Novruzovanın “Sən mənim ağ kitabım” şeirlər,esselər kitabı ətrafında düşüncələr)

Azadə Novruzovanın şeirləri uzun ,intəhasız  yola bənzəyir.Bu yolun başlanğıcı və sonu yoxdur.Yalnız əvvəli və sonu olmayan yolları poeziya yoluna bənzətmək olar.Məhz başlanğıcı və sonu bilinməyən yollar poeziya üçündür.Ünvanı məlum olan,mənzil başına çatan yollarda poeziya qurtarır.Bu ünvansız yollar öz mənbəyini xəyallardan ,xatirələrdən başlayır,yağışda islanır,yuxularda azır,kədər dumanını yarıb keçir,həsrətə əlvida deyir,sevincin üzünə gülür və son nöqtəyə doğru” şütüyür”.Son nöqtədən isə qürbətdə qalan vətən qoxusu gəlir:

Ümid doğur o uzaq nöqtə,

Dözülməz sancı çəkir o uzaq nöqtə…

Məndən məni doğur…

O uzaq nöqtə…

Bu misralar son nöqtəyə çatarsa ,oradan yeni yollar başlayar.Sevinci,şadlığı  dünyaya ,aya günəşə ,ulduzlara daşıyan poeziya yolu…Azadə Novruzovanın poetik “marşrutu” dəqiq belədir.Yol onun şeirlərinin boyuna biçilib.Hər şeiri yeni bir yoldur ,-yolçu yolda gərək –deyib atalar:

Uzaq yollara çıxdım

Bəlkə azdıram dərdi…

***

Yolda bir yürüyənlər

Nədən olsunlar yoldaş?

Yoldan ayrılar yollar…

 Bunu düşünmədin heç?

Poeziya gah daş kimi möhkəmdir ,gah da qu tükü kimi yumşaqdır. Sözün daş üzü daha sərt olur. Amma şairənin şeirlərində  ipək yumşaqlığı, meh həzinliyi var.Xüsusən lirik hisslər ,duyğular şairənin ürəyindən  sözə, sözdən isə şeirə çox rahat süzülür. Kədərli ,hirsli ,qəmgin notlar  şeirə çevriləndə belə ,misralar sevinclə qolboyun olur,ümidə, insafa qucaq açır.Şairiən  mövzuları ənənəvidir amma ifadə tərzi özünə görə fərqlidir.Şeirləri poetk ruhludur.Hansı ki ,o poetik ruh,poetik qatqı ilk oxunuşdan özünü biruzə verir.Azadə Novruzova yaradıcılığında iddiasızdır.Gücü çatan qədər yazır.Necə deyərlər sözə su qatmır,ona görə də ifadə elədiyi bədii nümunələr təbii alınır;

Köçəri quş kimi gəldin ömrümə

Dimdiyində gətirdin xoşbəxtliyi.

Bu günümə dadızdırıb,

Tamarzı qoydun sabahımı.

Quşlar bəlli zamanlarda köç edər,

 Sənsə qəfil etdin bunu

Solmamışkən çiçəklər…

***

Şairənin şeirlərində nifrətin imkanları sevgidən qat-qat aşağıdır.Ayrılığın  əli sevginin ətəyindədir. Nə qədər uzaqlaşmaq istəsə da sevginin cazibə qüvvəsindən kənara çıxa bilmir. Belə ayrılıqlar elə də güclü nifrət püskürmür.Sevgililər arasında çəkişib bərkişməyə xidmət edir. Kədər isti əllərə qonan qar kimi tez əriyib yoxa çıxır… Azadə xanımın həyata baxışında qəribəlik, həm də anlaşıqlı bir mücərrədlik var.Bəzən obrazın elə yerindən vurur, deyirsən – əşşi burda nə var ki…Bir az keçməmiş obraz özü heç bir izaha ehtiyac olmadan düşüncənə yerləşir.Belə olan halda şairin poetik fəndi ilə razılaşmalı olursan.

Deyirəm ay olum, il olum ,saralım, solum.

 Bir şirin yuxuda qonağın olum

 Yar, sənin dilində gileyin olum.

***

uyusun qırmızı məzarında,

qırmızı yuxularımın qırmızı sonu…

***

Saçların ayrılıq rəngində, gözlərin dəniz.

 Ayrılıq olmasın adın…

Yandım ayrılıqlar alovunda,

Kül oldum, gülüm…

***

Azadənin şeirlərində vətən dərdi fərdi dərddən seçilmir.Əslində vətən dərdi insan dərdlərinin toplumudur.Vətənin ağrılarını şair özündə hiss eləməsə təsirli şeir yarana bilməz .Zatən də şairənin qəlbində hələ kiçik yaşlarından yurd ağrısı ,Zəngəzur nisgili özünə yuva qurub.Sonralar bu ağrı acıların üstünə Qarabağ ağrısı ,Xocalı faciəsi əlavə olunub.Şairə ürəyində meydan sulayan ,taleyinin qəsdinə duran bu ağrılara sözlə məlhəm eləyib.Misralara yüklənən ağrı -acılar Vətənin harayına qoşularaq haqqın dərgahına üz tutublar .Bəndələr eşitməyən səsi gec də olsa Tanrı eşidib.Qarabağ işğaldan azad olunub,şairənin nisgili azalıb.Amma əcdadlarının uyuduğu torpaqda ruhların harayı göyün yeddinci qatını çoxdan ötüb keçib.Ola bilməz ki ,Tanrı  uzun sürən bu möhtəşəm harayı da eşitməsin.İnşallah:

Allah qapın hardadı

Yolumu ordan salım…

***

Əzizim kəsə gəlləm,

 Çay üstdən kəsə gəlləm.

Dərdim Vətən həsrəti,

Hay verib, səsə gəlləm…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

AZADƏ NOVRUZOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ İSMAYILIN ŞEİRLƏRİ

Ramiz İSMAYIL – şair.

AY BUDAQ TƏHMƏZ
Nə yaxşı tapışdıq, tanıdım səni,
Gördüm uca dağsan, ay Budaq Təhməz!
Bir budaq olmuşdun bir kök üstündə,
İndi min budaqsan, ay Budaq Təhməz!
* * *
Saçın ağarsa da ruhun cavandı,
Şəkərli, şərbətli dilin rəvandı.
Şair var – şeiri quru, yavandı,
Sən balsan, qaymaqsan, ay Budaq Təhməz!
* * *
Yazmaqdan doymursan obadan, eldən,
Dəftərin, qələmin düşməsin əldən.
Şərdən, iftiradan, fitnədən-feldən,
Böhtandan uzaqsan, ay Budaq Təhməz!
* * *
Ürəyin tərtəmiz, salamın şirin,
Hər sözün, söhbətin, kəlamın şirin.
Eşqin coşan dərya, ilhamın dərin,
Şeirdə mayaqsan, ay Budaq Təhməz!
* * *
Şeirlər pətəkdən süzülüb gəlir,
Misra-misra, bənd-bənd düzülüb gəlir.
Qayalar içindən sızılıb gəlir,
Çeşməsən, bulaqsan, ay Budaq Təhməz!
* * *
Dünya xali deyil, indi inandım,
O kiçik hücrəni ziyarət sandım.
Ramizəm, sən oldun inancım, andım,
Məbədsən, ocaqsan, ay Budaq Təhməz!
* * *
…Bir kökün üstündə bir budaq idin,
İndi min budaqsan, ay Budaq Təhməz!
Ustad şair Budaq Təhməzə ehtiramla:
Ramiz İsmayıl (Gədəbəyli)
Xırdalan şəhəri, 10 mart 2022

BU DÜNYANIN KÖÇÜ
(Yenə dünya?!)
Bu dünyanın köçhaköçü qurtarmır,
Qəflə qatır ora-bura daşıyır.
Boz dəvələr uzun-uzun yolların
“Damarını qıra-qıra” daşıyır.
* * *
Köç yolunda eniş-yoxuş çox çıxır,
Düz biyaban, dərə-təpə, dağ çıxır.
Bahar gəlir, torpaq qızır, buğ çıxır,
Günəş nuru səmalara daşıyır.
* * *
Yerlə, göylə baş-başadı bu dünya,
Müəmmadı, tamaşadı bu dünya.
Milyon-milyon sirr yaşadır bu dünya,
Milyon ildi suallara daşıyır.
* * *
Çox göstərib qüdrətini, gücünü,
Kim yuyacaq bu dünyanın “suç”unu?
Gədiklərə Xan Kərəmin köçünü,
Məcnunları səhralara daşıyır.
* * *
Ramiz, kim ki, el dərdini duymamış,
Bir kimsəyə xətir-hörmət qoymamış,
Tamah əhli gen dünyadan doymamış,
Əcəl onu dar məzara daşıyır.
21.11.2019, Xırdalan ş.

ÇIXIR
Taleyin hökmüdür, hər an qarşına,
Tanrının alnına yazdığı çıxır.
Birinin yoluna güllük-çiçəklik,
Birinin yoluna buz dağı çıxır.
* * *
Acı qismətdimi, bəd iqbaldımı,
Yüz müşkül cavablı bir sualdımı,
Şirin arzudumu, xam xəyaldımı?
Ümid bəslədiyin göz dağı çıxır.
* * *
Məcnunu səhraya eşqi apardı,
Dərdi düzüm-düzüm, qatar-qatardı.
Kərəm külə döndü – canı qurtardı,
Ramiz yana-yana cızdağı çıxır.
10.12.2019, Xırdalan ş.

QINAMA, QOCA
Bircə damcı ümid varsa sabaha,
Səcdə qılıb, dua elə Allaha.
Ahıl qoca, gileylənmə gəl daha,
Yaşda günah yoxdu, yaşı qınama!
* * *
Köks ötürüb cavanlığı gəzmə heç,
Taleyindən, iqbalından küsmə heç.
Qar yağmamış bürmələnib əsmə heç,
Qışda günah yoxdu, qışı qınama.
* * *
Tərlan gözlər öz nurunu itirib,
Huş azalıb, şüurunu itirib.
Şahanəlik qürurunu itirib,
Başda günah yoxdu, başı qınama!
* * *
Qocalığın dəmyə yerdən tumu var,
Arat olub suvarılmış şumu var.
Mərməri var, sementi var, qumu var,
Daşda günah yoxdu, daşı qınama!
* * *
Çıraq tutan olmayacaq gorunda,
İlişərsən cəhənnəmin torunda.
Ramiz, yansan bir qurunun qorunda,
Yaşda günah yoxdu, yaşı qınama!
15.05.2019, Xırdalan ş.

İKİ DÜNYA
Bu dünyanın üzü qara,
O dünyanın özü qara.
Biri ömrümüzü yeyir,
Biri özümüzü yeyir.
20.02.2020, Xırdalan ş.

NƏ FƏRQİ VAR?
Ömür ötür, zaman keçir,
Zaman vermir aman, keçir.
Yaxşı keçir, yaman keçir,
Yaşdan ötrü nə fərqi var?
* * *
Ürək parça-parçadırsa,
Qan sızılır – yaradırsa,
Saç ağdırsa, qaradırsa,
Başdan ötrü nə fərqi var?
* * *
Daş qayadan qopsa əgər,
Xiffətini zirvə çəkər.
Ya saray tik, ya da çəpər,
Daşdan ötrü nə fərqi var?
* * *
Süz düyünü dəm almağa,
Ramiz, “bığın batmaz” yağa.
Nökər yedi, ya da ağa,
Aşdan ötrü nə fərqi var?
22.04.2019, Xırdalan ş.

DOSTLARIN
Sayı yaman çoxalıb,
“Günəbaxan” dostların.
Dedi-qodu gəzdirib,
Qara yaxan dostların.
* * *
Üzü göndü – aşdanmış,
Qəlbi qara daşdanmış.
Ağlı daşıb – daşdanmış,
Başdan çıxan dostların.
* * *
Ramiz, giley nə lazım?
Ağlına dua yazım.
Qəbrini dərin qazın,
Evlər yıxan dostların.
14.05.2018, Xırdalan ş.

ÜŞÜDÜR MƏNİ
Cavanlığa əlim yetməz,
Bu çağım üşüdür məni.
Dərd sinəmdə lövbər salıb,
Qucağım üşüdür məni.
* * *
Çaşıb qaldım, nə gizləyim,
Kimi sevim, əzizləyim.
Ölüvaydan nə gözləyim?
Qoçağım üşüdür məni.
* * *
Quşa dönüb uçdu ömür,
Əvvəl-axır puçdu ömür.
Tüstülənib yandı kömür,
Ocağım üşüdür məni.
* * *
Ramizin qayğısı çoxdur,
Ölümdən qorxusu yoxdur.
Yaxınım buzdan soyuqdur
Uzağım üşüdür məni.
30.10.2018, Xırdalan ş.

BİRİ
Biri var idi, biri yox… (nağıl)
Biri-
var idi, biri yox idi,
Həyat şirin yuxudu,
Yuxu görən çox idi,
Yuxu qəfil dağıldı –
Bu da belə nağıldı.
* * *
Biri –
dedi: – bağrım təşnədi,
Göy gurladı, kişnədi,
Göydən alma düşmədi,
Yerə yağış yağırdı –
Bu da belə nağıldı.
* * *
Biri –
Qaldı külü – bəllidi,
Soldu gülü – bəllidi,
Düzü, çölü bəllidi,
Dedilər kəmağıldı –
Bu da belə nağıldı.
* * *
Biri –
Sevdi – döndü gülüncə
“Gözlədi yar gəlincə”.
Yar gəlmədi ölüncə,
Gözünə qan sağıldı –
Bu da belə nağıldı.
* * *
Biri –
Çəkir könül əzabı,
Tutub Tanrı qəzəbi,
Ramiz, olma əsəbi,
Dərdin dağdan ağırdı –
Bu da belə nağıldı.
10.01.2020, Xırdalan ş.

BU SEVDANIN ADI NƏ?
Sən incisən, mən sədəf,
Sən atəşsən, mən hədəf.
Mən təsadüf, sən səbəb,
Zərurətsən, zərurət.
* * *
Çəmən xalça, xalı sən,
Yaşılı sən, alı sən.
Təzə beçə balısan,
Təravətsən, təravət.
* * *
Şərbətimsən, şəhdimsən,
Arzum, kamım, əhdimsən.
Taleyimsən, bəxtimsən,
Şərafətsən, şərafət.
* * *
Mən yaş odun, quru sən,
Ocaq mənəm, qoru sən.
Bu ocağı qorusan,
“Qiyamətsən, qiyamət!”
* * *
Şəbnəm sənsən, şeh mənəm,
Tər çiçəksən, meh mənəm.
Girov mənəm, beh mənəm,
Mərhəmətsən, mərhəmət.
* * *
Bu sevdanın adı nə?
Yanğısı nə, odu nə?
Gözəl sənin adın nə?
Məhəbbətsən, məhəbbət?!
* * *
Ramiz Fərhad, Şirin sən,
Ömrüm qədər şirinsən.
Qibləgahım, pirimsən –
Ziyarətsən, ziyarət!
15.04.2020, Xırdalan ş.

Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYILIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"