MÖVLUD AĞAMMƏDİN ŞEİRLƏRİ

MÖVLUD AĞAMMƏDİN YAZILARI
  • DƏRİN
    Deyirlər, dərdlinin dərmanı dərddi,
    Dərdin dərd dəryası dərindən dərin.
    Dərddən dərd dərirlər dərd dərəsində,
    Dərdin dərd dəryası dərindən dərin.
    * * *
    Dumandan dərd alır dağın damənin¹.
    Dolanır dərdimin dağında mənim.
    Düşürün dərdimin dağından məni,
    Dərdin dərd dəryası dərindın dərin.
    * * *
    Dərd dərdə dərd dilər düşünsən dərin,
    Dərd dərmək diləsən, dər indən², dərin.
    Dünya, dərdin dolu deyildir dərin³,
    Dərdin dərd dəryası dərindən dərin.
    * * *
    Dərd damır damından, dünya dərdlidir,
    Damır damla-damla, dərya dərdlidir.
    Dərd dağda dağlanır, dərdi dərd didir,
    Dərdin dərd dəryası dərindən dərin.
    1. ətək
    2.indidən
    3.qapı
    30.12.2021. Quba-Zərdabi.


    YUXULARIN ÇİN OLACAQ DEYİRDİN…
    Yuxuların çin olacaq deyirdin,
    Qovuşacıq bir təndə bir can kimi.
    Tərs yozumun xatirinə gözlədik,
    Ömür bitdi ” bir” deyilən an kimi.
    * * *
    Kimdən umaq bir ömürlük səadət,
    Umduğumuz sayılacaq qəbahət.
    Qınayacaq bizi bu el, bu adət,
    Ürək qəmdən dəlik-dəlik, şan kimi.
    * * *
    Taleyimiz pərən-pərən, didərgin,
    Sevgim üçün nələr, nələr edərdim.
    Bu dünyanın bu üzündən gedərdim,
    O üzündə mövludum ad-san kimi.
    29.01.2022. Quba-Zərdabi.

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR APREL PDF MÜZAKİRƏ

Yazarlar jurnalının Aprel sayı müzakirənizə təqdim olunur.

Buyurun, fikirlərinizi bildirin:>>> yazarlar-16.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF VÜQARIN YENİ ŞEİRLƏRİ

VAQİF VÜQARIN YAZILARI

MƏN YOL ADAMIYAM…
Şairəm söyləyən ürək səsiyəm,
Oxumaq istədim mən də quş kimi.
Sən demə buludun kövrək səsiyəm,
Göyə toxuyurdu sətirlərimi.
* * *
Mənasız görünər hər səs, hər avaz
Sevinci kədərlə qoşalaşmasa.
Bahar məhəbbətə yaxa tanıtmaz,
Belə qaynamasa, belə coşmasa.
* * *
Görürük, duyuruq hansı həvəsdə
Qayanın əbədi ağlamağını.
Hər səhər günəşin qolları üstə,
Bir yeni sevginin doğulmağını…
* * *
Bu dünya min duyğu, min yeni ahəng,
Həyatla, ölümün can otağıdır.
Gözəllik möhtəşəm, sözlər rəngbərəng
Yerləri bəzəyən göy qurşağıdır.
* * *
Hər yolun sonunda işıq görünür,
Mən yol adamıyam fikirləri dəm.
Ömür yaşamışam soyuq bir ömür,
Baharın əlindən tutub gəlirəm…

DÜŞÜNCƏLƏRİM…
Hissiz,duyğusuzdur gülümsəməyən,
Allah qar yağdırır baxıb dağına.
Sədəğə istəmə ömürdən, gündən
Yıxılıb zamanın ayaqlarına.
* * *
Qartal qanadından bir lələk düşdü,
Çapırdı dördnala bir qoca atlı.
Sevinc qapılarda kirayənişdi,
Dərdin mənzilidi köksümün altı…
* * *
Zülmət sevinməsin batsada günəş,
Gedişin təzədən dönüş vaxtı var.
Dünya qaydasını dəyişə bilməz,
Bir gün yoxuşun da eniş vaxtı var.
* * *
İnsan yaşamayan sehirli yurddu,
Keçilməz yolu var zirvələrin də.
Zirvədən daş qopdu, dərələr uddu
Acgöz tamahı var dərələrin də…
* * *
Dənizdə doğulur dəli küləklər,
İstinin,soyuğun döz havasına.
Dalğalar sahili niyə döyəclər,
Ömür tək sıgmayır öz məcrasına.
* * *
Ruhumun bir ovuc buluduyam mən,
O hansı qüvvədir özünə dartır.
Tutsada göylərin ətəklərindən,
Torpağa qayıdır,yerə qayıdır.
* * *
Çalınan fələyin kəməncəsidir,
Duymaz bu mənanı biganə adam.
Hər axşam, hər səhər zumzuməsidir,
Çayın bəstəsidir dağlar oxuyan.
* * *
Əlində çırpınıb xəyallarımın,
Sözün qucağında fikir uyuyur.
Bir səs qulağıma gəldi ayıldım,
Gördüm pəncərəmdə bir quş oxuyur…

SALAM ALLAH SALAMIDIR
Biri şərqə, biri qərbə
Gedir güman səpə-səpə.
Həyat yolu çox qəribə,
Hərə bir yol adamıdır.
* * *
Astarı nə, üzü nədi
Dilimdə sözü göynədi.
Söz daşlaşan bir əbədi,
Qədim Misir ehramıdır.
* * *
Salam şeirin dilidir,
Salam haqdan qopub gəlir.
Salamsız fikir ölüdür,
Salam Allah salamıdır.
* * *
Sevgi bahar, sevgi payız
Qoy dolaşsın ağız-ağız.
Deyəcəklər bir sevdasız
Günlər ömrün haramıdır.
* * *
Ocaq çatıb, od qalayıb,
Dərmədiyim gülə hayıf.
Faniliyə baş bulayıb,
Gedən ölüm karvanıdır.

MƏNİ TUFAN DOĞUB…
Yağıb sətir-sətir varaqlar üstə,
Kükrə, çaylar kimi yenidən kükrə.
Döyüb pəncərəmi əsən dan yeli,
Çəksin xəyalımı dərinliklərə…
* * *
Möhtəşəm olursan qovuşmağınla,
Ruhumun göyləri sonsuz və dərin.
Ana laylası tək özünə çəkir,
Əlindən yapışıb şeirlərimin.
* * *
Məni tufan doğub min ildən bəri,
Ulayan boz qurdun uzaq səsiyəm.
Yatıb,dincəlməyən dənizlər kimi,
Bəlkə də taleyin uzaq səsiyəm.
* * *
Sonum belədirsə, əvvəlim belə
Ağacam,torpağam,suyam,buludam.
Könlümün harayı mələr bir quzu,
Gözünün yaşını qurutmalıyam.
* * *
Məni də qapından keçir qoy gedim,
Hər kəsin gözündə ikili dünya.
Gördüm mürgüləyir səssiz duyğumun,
Sığınıb köksünə mürgülü dünya.
* * *
İnsanlıq diz çökür azadlığına,
Bəs niyə dünyanın evi dar imiş.
Bir möhnət görürəm hər addım başı,
Ürək viran imiş, tarimar imiş.
* * *
Kukrəyim, çağlayım dalğalar kimi,
Ayağa qaldırım tufan ordumu.
Yox-yox quş avazlım, əfv elə məni,
Gərim yer üzünə qanadlarımı…

DOĞULDUM…
Mələk gəldi quş təki,
Dodağında təbriki.
Əlimi tanış təki
Sıxan vaxtı doğuldum.
* * *
Həyat,ölüm savaşı,
Ömür bir sapand daşı.
Ayrılığın göz yaşı
Yağan vaxtı doğuldum…
* * *
Dünya eşqin gözəli,
Ətəyində bir əli.
Bir əlində yaz seli
Axan vaxtı doğuldum.
* * *
Yollar küsgün, can talan
Sevgisidi azalan.
Haqqımızı şər, yalan
Boğan vaxtı doğuldum.
* * *
Ana doğan mərddimi,
Kim eşidib əhdini.
İpə,sapa dərdini
Yığan vaxtı doğuldum.
* * *
Vətən ayrılıq yurdu,
Kədər mərəkə qurdu.
Ovundurub buludu
Şağan vaxtı doğuldum.
* * *
Qış qovurdu baharı,
Kimsə yorub yolları.
Kəsib qoca çinarı
Yıxan vaxtı doğuldum.
* * *
Səhərəcən quş oyaq,
Oxuyurdu cosaraq.
Günəş dağdan aşaraq
Çıxan vaxtı doğuldum….

Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Azərin son gülü

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Azərin son gülü
Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim.
Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub.
O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər.
O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər.
Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar.
Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü.
2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır.
Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız.
Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb.
– Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara.
İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır.
“Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır.
Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib.
Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz.
Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi.
– Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər.
O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər.
Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub .
Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi…
Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır.
Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm.
İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Zülfiyyə Vəliyeva – Elm insanlığa xidmət edir “ALTERNATİV PSİXOLOGİYA” ELMİNİN YARADICISI

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Elm insanlığa xidmət edir

“ALTERNATİV PSİXOLOGİYA” ELMİNİN YARADICISI

Müasir insan – Yer kürəsində

insanlığın mənəvi inkişafının yeni

mərhələsinin  nümayəndəsidir.

            Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Yeni Eranın Elmi “Alternativ psixologiya” elminin müəllifi Akademik Yaşar İbadovun sözü, işi, əməli, şəxsiyyəti Allah nurundan yaranmışdı. O, İnsanın,İnsanlığın xilasına öz elminin gücü ilə töhvələr verir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”.İnsanların sağlam,mənəvi cəhətdən daha güclü olması: Onun özünə hörməti, özünün,döğmalarının və ətrafının qorunmasına məhs saf niyyəti, təmənnasız xidməti təminatdır.Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, Mənəviyyatdan ,Halal və Düz yolda olmaqdadır.

Fəxr olunası,Qürur duyulası :-Allahın dəyər verdiyi,xüsusi qabiliyyət və Elm verdiyi, Tibbi biologiya elmləri doktoru,professor,dünyanın aprıcı ölkələrinin ABŞ, İngiltərə,Türkiyə,Avropa, Rusiya, Ukrayna,Gürcüstanın Fəxri Akademiki, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş ,orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan , akademik Yaşar Saday oğlu İbadov(Ağdam şəhəri,Şelli Qaradağlı kəndində anadan olub) İnsanların sağlamlığının qorunmasina öz əvəzsiz tövhəsini verməkdədir!!! Yer kürəsində yeganə alimdi, Elmi var!!! Həm nəzəri, həmdə praktik nəticələri var!!! Müəllifi olduğu “Alternativ Psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əksi istiqamətində hərəkət edən qarmanizatorları,saatları və s.) Hər bir fərdin, ətraf aləmin,həmcinin Təbiyyətdə harmoniyanın bərpasına xidmət edir!

Oksford Universitetinin akademiki, “Alternativ Psixologiya” elminin müəllifi , Alternativ Psixologiya Beynəlxalq Məktəbinin rəhbəri, tibbi-biologiya elmləri doktoru, professor, Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyası”nın direktorui Yaşar Saday oğlu İbadov İlahın dəyər verdiyi, xüsusi qabiliyyət və Elm verdiyi, ,dünyanın aprıcı ölkələrinin ABŞ, İngiltərə,Türkiyə,Avropa, Rusiya, Ukrayna,Gürcüstanın Fəxri Akademiki, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş ,orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunur. Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim akademik Yaşar Saday oğlu İbadov Tibbi biologiya elmləri doktoru, professor “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) almışdır.

Müasir  insanın  tərbiyəsi və hərtərəfli  inkişaf  etdirilməsində  “Alternativ psixologiya”  elminin  verdiyi yeni imkanlar.

“Alternativ  psixologiya”  şifahi  xalq  yaradıcılığından  bu  günə  qədər  təkamül  yolu  keçmiş  müasir  elmlərin  çərçivəsində  inteqrasiya  xəttində  formalaşmış  yeni  bir  elmdir.  Şüurun  məhsulu  kimi  formalaşmış  bu elm  insana  müasir  elmlərin  alternativ  prizmasından  baxışda ən  şüurlu  seçimə  əsas  verir,  cəmiyyətdə layiqli yer tutmaqda və yaranmış problemlərin həllində  ona kömək edir.

            “Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim zəruriliyi mə’nasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı tə’sirindən yaranan problemlərinin həlli yolundakı suallara cavab verə bilən psixologiya elminin  yeni  sahəsidir. Bu elmin metodları: mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər, psixoqrafiya,  psixokorreksiya, faza portret – sistem və s. ibarətdir. Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən,  daha sonra isə blokadaedici situasiyalarda yaranan  enerjinin informasiyalarından istifadə olunur. Faza dəyişikliklərində əmələ gələn metamorfozalar və onların səbəbləri haqqında məlumatlar bu elmin metodlarının vasitəsilə – enerqoinformasion təsvir şəklində alınır. Ona görə də psixoqrafiya metodu insanlığın öyrənilməsində yeni istiqamət kimi qiymətləndirilə bilər. Burada biz şəxsiyyəti onun öz səviyyəsində  və  şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənə bilirik.  Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. Tədqiq olunan obyektin öyrənilməsi prosesində – metamorfozanın səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf  mühitlə insan arasında harmoniya yaradılır.

Elmin tətbiq sahələri:

            1. Dilçilikdə .

            2. Pedkaqogikada, tərbiyədə.

            3. Səhiyyədə.

            4.Psixoloji köməkdə.

            5. Şəxsiyyətin təhlükəsizliyində.

            6. Ümumi psixologiyada.

            7. Etnoqrafiyada.

            Dilçilik.

            Hal-hazırki vaxtda insan psixikasını öyrənmək üçün bütün əsas funksiyaları özündə birləşdirən, bütün mümkün ünsiyyət formalarını üzə çıxaran metad ilə ehtiyac duyulur. Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma dili dilçiliyin bu tələblərini ödəyir.

            Alınmış psixoqramma səssiz ünsiyyətin psixiyazısınınin formasiyasıdır. Bu ünsiyyət növü dünyada ilk dəfə təcrübədən keçirilir. Çünki bu yazı forması bizə tanış olan ünsiyyət növlərindən heç birinin köməyinə müraciət etmədən informasiya verir. İstənilən və eləcədə bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvollarının, enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır. Nümunə kimi belə dilin ilkin formasını – Qobustan qayalarındakı qrafik təsvir-şəkil- məlumatları misal göstərə bilərik.

         Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq Dədə Qorqud haqqındakı şəkil-yazıların yeni metodla – Alternativ Psixologiyanın təklif etdiyi psixoqrafiya metodu ilə oxunmasından alınan infolrmasiyanı misal göstərmək olar.

            Psixoqrammanın dili dedikdə oradakı elementlərin mənasını başa düşmək və onu özdilində ifadə etmək nəzərdə tutulur.  Yəni psixoqrammanın dilind əsəs atributu yoxdur.  Orada ancaq təsvir və yazılı ifadə var.  Bu yazının elə bir formasıdır ki,  orada şəkil – yazılardan,  obrazlı ifadədən, simvolikadan hətta müxtəlif əlifbalara aid hərf və rəqəmlərdən istifadə edilir.  Ancaq yuxarıda qeyd etdiyimiz kimi bunlar psixoqrafın öz istəyi ilə deyil,  pasientin psixienerjisinin daşıdığı informasiyaya uyğun işarəli ünsiyyətdir.  Sadəcə həmin yazıdakı işarələrin daşıdığı informasiyanı təyin etdikdə onu pasienti nözverdiyi məlumatlarla tutuşdurmaq,  müqayisə edərək,  daha da dəqiqləşdirmək lazımdır.  Bu zaman pasientlə psixoqrafarasında fikir birliyi yaranır və psixoqrammadakı çox dəqiq verilmiş məlumatların hər iki tərəf üçün ən düzgün variantda izahlı analizi aparılır.

            Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir. Danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə dəşəkillərdən, qrafik təsvirdən, piktoqrammadan, fikir yazılarından istifadə etmək taləbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətinin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünə məxsus xüsusiyyətləri ilə seçilir.

         Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjisinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öztəsirini göstərmiş və bugün kü semiotikada özcizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın özdilində öyrənməyin yolu açılır.    

            .Pedaqogika, tərbiyə.

            Bu məqsədlə yeni yanaşmada Tibbi-Pedaqoji-Psixoloji testlərdən istifadə olunur. Həmin testlər 1999-cu ildən dərc olunmuşlur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyəsi ilə psixoqrafiya metodu ilə alınmış qrafik təsvirlərdən istifadə olunmuşdur. Bunlar inkişaf etməkdə olan gənc nəsildə yüksək təfəkkür qabiliyyətinə nail olmaq üçün əyani vasitə kimi müəyyən əhəmiyyət kəsb edirlər. Yəni, testlərdən istifadə prosesi insanın təfəkkürünü məşq etdirməklə yanaşı obrazlı düşüncə, müəyyən vərdişlər və ideasioniş xüsusiyyətlərini formalaşdırmağa ildə müəllimlərin Elmi Məruzələrinin Respublika Müsabiqəsində Respublika Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür

. Psixoloji  kömək.

            Bu metodka taklizmlər zamanı insanlarda yaranan stresslərin operativ götürülməsində və həmçinin ayrı – ayrı adamların psixoloji reabilitasiyasında xüsusi əhəmiyyət kəsb edir. Təhsil Nazirliyinin Respublika Səhiyyə Nazirliyinin müraciətinə razılığı ilə (məktub № 46-14-144/16,11.01.2001-ci il tarixli) 2002 – ci ilin noyabrında baş vermiş zəlzələ nəticəsində stress keçirmiş uşaqların psixoloji riablitasiyasında Respublika ərazisində bizim metod tətbiq olunmuş və çox gözəl nəticələr əldə edilmişdir.

            O zaman biz bütün bu işləri səyyar şəkildə həyata keçirdik. Alınmış yaxşı nəticələrə əsaslanaraq biz, bu işləri daha yüksək təşkilati səviyyədə həyata keçirmək üçün “Yaşadan Əllər”  Tibbi-Psixoloji Mərkəzini yaratdıq.

            Qeyd etmək lazımdır ki, bir çox psixoloji problemləri olan xəstələrin reabilitasiyasına düzgün yanaşmaq üçün xüsusi psixoloji xidmət kabinələri olmalıdır ki, onlar ağır psixi vəziyyətdə psixiatrların dərman müalicəsi altına düşməmiş əsas səbəb düzgün təyin edilsin və vaxtında aradan qaldırılsın.

             Şəxsiyyətin  təhlükəsizliyi.

            Psixoqramma insan həyatında və eləcə də fəzanın problemli yerlərində qəza situasiyalarının inkişafını təyinetməyə və dayandırmağa imkan verir. Bədbəxt hadisələrin qarşısını almaq üçün psixoqramma və fazaportretləri çəkməklə prosesləri diaqnozlaşdırmaq, analiz etmək və korreksiya etmək imkanları əldə  edilir.

             .Ümumipsixologiya.

            Alternativ  Psixologiyanın metodları Ümumi Psixologiyanın imkanlarını genişləndirir. Ümumi Psixologiya psixi-prosesləri öyrənir.  Alternativ Psixologiya Ümumi Psixologiyanın ayrı – ayrı qollarının cavablandırmağa çətinlik çəkdiyi suallara inteqrasiya yolu ilə cavab verə bilir.

             Etnoqrafiya.

            İnsan cəmiyyətinin və onun elminin təkamülündə elə bir an gəlib çatır ki, geniş əhəmiyyətli elm sahəsində yeni elmi təkanavəsıçrayışa ehtiyac duyulur Yerin və ya Kainatınin form sahəsindən buna bənzər enerjiləri çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yerkürəsində yaşayan bir çox adamlarınin form sahələrindən sürətlə ötüb keçir.  Bu cür məlumatin formasiya axınında və Kainatınin formasion sahəsində yerləşir.Psixoqrafiya metodu vasitəsilə tarixi şəxsiyyətlər haqqında Kainatınin form sahəsindən məlumat almaq və onlar haqqında olan məlumatları dəqiqləşdirmək olar.

“Alternativ Psixologiya” elmi Azərbaycanda yaransa da, ümumbəşəri bir elmdir və bütün dünya üçün yararlıdır: “Alternativ psixologiya Yer kürəsinin qlobal problemi olan “İnsan ekologiyası”na yenilik gətirən bir elmdir. Bu elm kainatın informasiya modelində var idi. Alimin fikrincə, indi Yer kürəsinin əsas problemlərindən biri insanların öz enerjilərinin təbiətini bilməməsi ilə əlaqədardır.: “Hazırda qızlarda oğlanlaşma (masklinizasiya), oğlanlarda qızlaşma (feminizasiya) prosesi gedir. Hər bir insanda in-qadın, yan-kişi enerjisi var. Lakin müvafiq olaraq oğlan və qızlarda bu balansın pozulması problemlər yaradır. Məsələn, hazırda oğlanların əksəriyyəti əsgərlikdən yayınmağa çalışır. Buna səbəb onlarda olan qadın enerjisinin artmasıdır ki, bu da kişilərə xas olan keyfiyyətlərin azalmasına səbəb olur. Hazırda Təhsil Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyamız bu enerjini təyin edir və pozulmuş disfunksiyanı balanslaşdırır.” Həkimin bildirdiyinə görə, hansı sahənin mütəxəssisi olmasına baxmayaraq, hər bir şəxsə insanlığa xidmət edən yeni elmin sirləri açıla bilər: «Psixikamızda yaranan gərginlik özümüzdən əlavə ətrafımıza da təsir göstərir və bu, bir zəncir şəklində yayılmaqda davam  edir. Həmçinin yaşanan gərginlik əlavə xəstəliklərin yaranmasına gətirib çıxarır. Odur ki, yaranan gərginliyi aradan qaldırmaq üçün cəmiyyətdəki sağlam düşüncəli adamların sayını artırmaq lazımdır. Və belə adamlar energetik yolla təkcə öz nəslini yox, həm də müəyyən mənada öz millətini, xalqını qoruya bilər. Bu məqsədlə yaradılan məktəbimiz tam mənada insanlığa xidmət edir.”

“Alternativ Psixologiya ” elminin müəllifi akademik Yaşar İbadovun keçirdiyi dünyavi seanslar Təbiyyətin, Cəmiyyətin harmoniyasına, İnsanların sağlamlığın energetik balansda normalaşdırılmasına kömək etməklə, onların aktiv fəaliyyətlinə müsbət təsir edir. Eranın Elmi Insanlığa Xidmət edir! Fəxr duyuruq istedadlı alimimizlə!

      ELM GÜNÜ MÜNASİBƏTİLƏ YENİ ERANIN ELMİ “ALTERNATİV PiİSİXOLOGİYA” ELMİNIN MÜƏLLİFİ AKADEMİK YAŞAR SADAY OĞLU İBADOVU TƏBRİK EDİRİK!

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SİZİN ÜÇÜN FAYDALI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – 26-CI YAZI

PDF KİTABI:  >>>>> qelemder-2

“QIZLARI  QOYMAYIN  ŞEİR  YAZMAĞA”

İYİRMİ ALTINCI YAZI

(Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan  hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun  bu rəzalət və zəlalət dolu dünyada  daha çox əziyyət çəkməsini  rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu  tam subyektiv  bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və  bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm  axtarıb, bu yazını yazım  məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın  deyə  içini boşaltmaq istəyənlər …  Birinci qrup qələm adamlarını  yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə  həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq…

Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) …  O,  bax elə adına, ruhuna istinad edib,  yazmaq istədiyim  bu yazının da yoluna çıraq tutan “QOYMAYIN  QIZLARI  ŞEİR  YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə  öz ağzından eşitdiyim yadımda deyil.

Ancaq, sonuncu  dəfə  özünün  içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində  Bakı şəhəri,  Xətai rayonunda  yerləşən 64 saylı məktəbdə  keçirilən  Gülşən Mustafanın kitab təqdimatı  zamanı  ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin…  Nəsə  o  səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar  müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək  çox asanlıqla tapıb oxuya bilərlər.  Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda  istinad etmişəm):

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə  qədər  içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur.  Və “…mən bilirəm, bu nə deməkdir…”  onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin,  hələ “beş dərdindən biri”  olsa da,  el-aləmə faş olmasın…  Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən  keçirmiş, yaşamış  insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına  rəva görməyən  yazarın, seçilmiş  müdrik bəndənin,  ilahi məqamdan  söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan  (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə  Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə  həmişə  bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri  də eyni qəbildən olan sənət əsərləridir.  Bəlkə də  mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları  narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə  düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib…  Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu  şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!
Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!
04.05.2020 – Bakı ş.

Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.

PDF KİTABI:  >>>>> qelemder-2

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YENİ ŞEİRLƏR

PDF KİTABI:  >>>>> qelemder-2
  • ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!
    Atalar, qızlara siz ad verəndə,
    Elə ad vein ki, bəxti yar olsun!
    Ya Humay çağırın, ya Sona deyin,
    Elə ad verin ki, bəxti yar olsun!
    * * *
    Sükeydə, Fəğanə, adı verməyin,
    Bəxtinin yoluna “cadu” hörməyin,
    Uğurlu bir adı əsirgəməyin,
    Elə ad verin ki, bəxti yar olsun!
    * * *
    Adı elə seçin, Aydan bac alsın,
    Ayağı zəmində, göyə ucalsın,
    Adıyla qarıyıb, xoşbəxt qocalsın,
    Elə ad verin ki, bəxti yar olsun!
    * * *
    Əridib gözünün, nurun qarəsin,
    Zaur “Ustac” ilə tapıb çarəsin,
    Hamı xoşbəxt istər ciyərparəsin,
    Elə ad verin ki, bəxti yar olsun!
    04.05.2020 – Bakı.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

VAQİF DÜNYASI
(Bu gün onun doğum günüdür! Ruhu şad olsun!)
Vaqifin barmağından doğulan bir dünya var,
Səmədin qələmindən doğulan dünya kimi.
Yeddi qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.
* * *
Vaqifin barmağından doğulan bir dünya var,
Ana laylası kimi, nənə bayatısıtək.
Onun barmaqlarında dilə gəlir arzular,
Ata duası kimi, baba hayqırtısıtək.
* * *
Vaqifin barmağından doğulan bir dünya var,
Ta qədimdən bu günə, ilmə-ilmə toxunur.
Anamın hanasında olan sirli naxışlar,
Vaqifin barmağında kəlmə-kəlmə oxunur.
* * *
Vaqifin barmağından doğulan bir dünya var;
Azərbaycandır adı, – mənim yurdum bu diyar!
16.03.2022. Bakı-İçərişəhər.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

AĞ ADAM
(Rəşad Məcidə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yaranandan ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
10.03.2022. – Bakı.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

MUSTAFA
Talelər müxtəlifdir;
Kimi “Dayandur” olur,
Kim isə “Sevinc”, “Vüsal”…
Bəxti Yaradan verir,
Adı ata, analar…
Nə qədər “Bəsdi”, “Arzu”,
“Sevindik”, “Kifayət” var…
“Yetər”lər sevindiyi
Dünyadır bizim dünya;
Bilirlər ki, nə qədər
Hələ “Qızyetər” də var!
Övlad Allah payıdır,
“Ruzisin Allah verir,
Yükünü Yer götürür…”
Kimi oğlan olanda,
Kim isə qıza görə,
Bəzən köksün ötürür…
Dünya saysız, hesabsız
Misallara səhnədir.
Qız, oğul fərq eləməz,
Biganə, biganədir…
İstiqanlı, sevəcək…
Adın soyuq etməyin,
Övlada ad verənlər!
“Fidan”, “Humay” ya “Ucal”
Nə çoxdur ismi-sərif…
Bu gün elə ad verin,
Sabah gətirsin tərif!
02.03.2022 – Bakı.

Müəllif: Zaur Ustac

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

«Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi» Rza Bərahəni ilə söhbət

SƏLİM BABULLAOĞLU və RZA BƏRAHƏNİ


«Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi»
Rza Bərahəni ilə söhbət

(25.03.2022-ci ildə Kanada-Torontoda vəfat edib. Allah rəhmət eləsin.)
– Bir neçə günə Rza Bərahəni gələcək – dedi. Telefonu qaldıranda şərqşünas Məsihağa Məhəmmədinin çoxlu şeylər deyə biləcəyini təxmin eləsəm də, bunu gözləmirdim.
Bir-iki ay əvvəl, elə vərdiş elədiyimiz görüşlərimizin, söhbətlərimizin bir neçəsində müxtəlif ədəbiyyat layihələri haqqında danışmışdıq, biri də bu idi ki, məşhur dünya yazıçılarının Bakıya səfərlərini və mühazirələrini təşkil edək, Nobel mükafatçıları vardı düşüncəmizdə xəyali siyahımızda, məşhur yazıçı, həmvətənimiz Rza Bərahəni də vardı.
– Sən onun bir neçə şeirini tərcümə edə bilərsən, türkcə olan kitabından. Gəlişi münasibətilə Sabir müəllim bir kitab nəşr etmək istəyir. Şeirləri, məqalələri, müsahibəsindən ibarət bir kitab olacaq.
– Sabir Rüstəmxanlı?!
– Hə, Sabir müəllimin dəvətiylə gəlirlər.
Rza Bərahənini tanımağımda təsadüfi qəzet xəbərlərini kənara qoysaq, səbəbkar elə Məsihağa Məhəmmədi idi. Onun «Misdə qızıl» adlı kitabından bir essesini tərcümə eləmişdi və biz o esseni 2004-cü ildə «Dünya ədəbiyyatı» dərgisində çap eləmişdik. Bir az sonra isə Nizami adına Ədəbiyyat Muzeyində Londonda yaşayan həmvətənimiz şairə Nigar Həsənzadənin kitabının təqdimatında gərək ki, kitabın girişindəki yazılardan birinin müəllifi kimi rastlaşmışdım Rza Bərahəninin adına. Sonra ABŞ-da, Kaliforniyada yaşayan həmvətənimiz İsmayıl Cəmili, Məsihağa müəllimlə üçlükdə olan söhbətlərimiz za¬manı xeyli danışmışdıq onun haqqında…
Bir günə çevirdim Rza Bərahəninin 10 şeirini. «525-ci qəzet»in 8 oktyabr, 2009-cu il sayında nəşr olundu. 5-6 gün sonra kitab da çıxdı, ümid edirəm, müəllifin özünə gedənədək təqdim olundu.
Çətinliklə görüşdük Rza Bərahəniylə. Proqramları, iş və görüş qrafikləri, türkiyəlilər demiş, çox yoğundu. Əsasən də protokol, rəsmi xarakterli görüşlərdi. Onunla birgə gələn İsmayıl Cəmili də ələ düşmürdü. Nəsə, birtəhər, İsmayıl bəylə dəqiqləşdirib «Ambassador» otelinə gəldik: mən, Sabutay, Rəbiqə Nazimqızı, Qismət.
Rza Bərahəni, İsmayıl bəy foyedə oturub çay içirdilər. Başqaları da vardı, yaxınlaşdıq, salamlaşdıq. Oturduq. Rza bəy qəzetdə şeirlərinin çıxmasından xəbərsizdi, düzü, niyə xəbər vermədikləri mənə təəccüblü gəldi. Rəsmi görüşlərin yazıçı üçün nə demək olduğunu bilirdim, qonaq qəbul edəndə də hiss eləmişdim bunu, xarici səfərlərdə də. Rza bəy ümumi söhbətlərdən keçid aldı peşəkar fikirlərə….
– Fars hecaları ilə türk hecalarının fərqi var. Türkcədə bütövlükdə uzun hecamız yoxdu. Biz özümüz danışanda uzun heca yoxdu. Farscada üç-dörd cür heca var. Məsələn, bir deyirik «gə», bir dənə «ə» deyirik. Ya da «gəlirəm». Bir də deyirik «gəərmaa», bu, uzun hecadı… Türkiynən farsın fərqi üçüncü bir məsələni qabağa çəkir. O vaxt ki, biz başqa dilləri bilirik… Götürək, ingiliscədəki vəznləri. Məsələn, «To be, or not to be: that is the question:/ Whether ’tis nobler in the mind to suffer/ The slings and arrows of outrageous fortune… «(«Olum, ya ölüm! Budur məsələ, hansı şərəflidir? Dözməkmi taleyin zərbələrinə, yaxud üsyan etmək, qarşı qoymaq bəlalar selinə, qanlı vuruşda ölmək və dəf etmək bu bəlaları… «V.Şekspir, «Hamlet», 1-ci səhnə, 3-cü akt, Hamletin monoloqu, Mehdi Məmmədovun tərcüməsində). Bu Şekspirdəndi. Siz to be deyəndə, «to» ilə «be» birdi, vurğu baxımından. Onda siz gərək belə oxuyasız: to be (pauza verir), or not (pauza verir) to be. Birinci hecanın vurğusu yoxdu, ikincisinin isə vurğusu var. Əgər siz istəyəsiz, şeiri bu cür oxuyasız, to be or not to be (asta səslə vurğusuz oxuyur), bunun vəzni yoxdu.
– Vurğu yoxdu.
– Bir də var belə oxuyasız: To be (qırıq və kəskin şəkildə oxuyur pauza verir), or not (yenə qısa və kəskin şəkildə), to be (yenə də qısa və kəskin): that is the… yenə görürsüz kiçilir və question. «Question» özü görürsüz neçə dənə alət tapır…
– Bəli.
– İngiliscədə vəzn dilin özünün münasibətlərindən çıxır, ayrı bir zad ona kənardan qəbul etdirilmir. İngiliscədə hər şey pənc metrlə düzəlir.
– Yəni, pentametr.
– Hə, elədi. Bizdə, türkcədə hecalarımız hamısı təqribən müsabehdi.
– Müsabeh?
– Bir cür.
– Bir rəng yəni?
– Hə.
– Məsələn, «Heydər baba, ildırımlar şaxanda»nı hamımız bilirik. İndi bunu verəsiz bir fars oxuya, o belə oxuyacaq, vəznsiz oxuyacaq: «Hey-dər-baa-baa-iil-dı-rım-laar –şaa-xaan-daa…» kimi oxuyacaq, «şaa-xaan-daa», bütün hecaları uzadacaq. Biz bunların hamısını qısa tələffüz edirik. Bizim şeirimiz kvantitativ olur. Kəmmi (kəmiyyət) olur. Kvalitativ də olar. Ona görə biz şeirimizi iki cür təqti edirik. Biri əruzla, biri kəmmiylə. Əruzla keyfi təqti edəndə şeirin vəzni çıxır eşiyə.
– Keyfi?
– Keyfiyyət. «Quality». Biz gərək vəzni özümüz düzəldək, əruzun dalıyca getməyək.
Bu yerdə Sabir Rüstəmxanlı gəlir. Hal-əhval tuturuq, bir xeyli danışırıq, sonra da bizə deyir ki, Rza bəyi çox yormayaq, görüşlər, işlər çoxdu. Söhbət qırılır deyə, araya sükut çökür.
Bura qədər səsyazısında problemlər var. Foyenin səs-küyü, Rza bəyin fars kəlmələri ilə dolu nitqi daha da anlaşılmazdı. Artıq adamlar seyrəlir. İkibir-üçbir asta səslə danışırlar, öz mövzularına da yetərincə aludədirlər. Burdan sonra söhbətimizin daha əsaslı yeri başlayacaq. Həm ona görə, həm də araya çökmüş sükuta görə Rza Bərahəni haqqında bəzi bilgiləri verim.
Rza Bərahəni 1935-ci ildə Təbrizdə kasıb, farsca bilməyən bir ailədə doğulub. Təbriz Universiteti ingilis dili fakültəsini bitirib. Türkiyədə ingilis ədəbiyyat üzrə doktorluq müdafiə etdikdən sonra İrana qayıdıb. Hərbi xidmətdən sonra Tehran Universitetində ingilis ədəbiyyatı və müqayisəli ədəbiy-yatşünaslıqdan dərs deyib. Tehranda yalnız professor kö¬məkçisi işləyib, ondan yuxarı qalxmasına imkan verməyiblər. İnqilabdan öncə ABŞ-ın və İngiltərənin nüfuzlu universi¬tetlərində (Nyu York, Texas, İndiana, Yuta, Oksford) dərs deyib. İrana qayıdandan sonra, 1973-cü ildə, ümumən ədəbi-ictimai fəaliyyətinə görə, yazdığı «Hakim və məhkum mədəniyyət» məqaləsinə görə şah rejimi tərəfindən tutulub. İşgəncələrə məruz qalıb. 1976-cı ildə ABŞ Konqresində İranda milli haqlar və insan hüquqları ilə bağlı çıxış edib. İslam inqilabından sonra yenidən həbs edilib və Tehran univer¬sitetindən çıxardılıb. Hələ şah dövründə yazar həmkarları – Qulamhüseyn Saidi, Cəlal Ali-Əhməd, Əhməd Şamlu və başqaları ilə İran Yazıçılar Birliyini təsis edib. 1997-ci ildən Kanadada yaşayır. Toronto Universitetinin professorudur. 2000-2002-ci illərdə Kanada Pen təşkilatının sədri olub.
Rza Bərahəni İranda Avropa tipli ədəbi tənqidin banisidir və buna görə «İran ədəbi tənqidinin atası» kimi tanınır. Eyni zamanda o, İranda modern və postmodern ədəbiyyatın öncüllərindəndir. İndiyədək 20-dən çox romanı, bir o qədər də şeir toplusu çıxıb. Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, ispan, isveç və b. dillərə tərcümə edilib. İngiliscə orijinal əsərləri var. Bir çox əsərləri Markes, Nabokov, Oktavio Paz, Nazim Hikmət, Borxes, Şimborska kimi böyük dünya yazarları ilə eyni antologiyalarda yer alıb. «Nyu York tayms», «Vaşinqton Post», «Fiqaro», «Mond», «Taym» kimi nüfuzlu beynəlxalq nəşrlərdə haqqında yazılar dərc olunub. Ədəbi fəaliyyəti və insan haqları uğrunda mübarizəsinə görə bir çox beynəlxalq mükafatlar alıb. Dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunub.
Rza bəyin portretini tamamlamaq üçün onun başqa bir müsahibəsindən fraqmenti təqdim edirəm:
… Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: «Niyə tutqunsan?». Mən hadisəni ona danışdım. Anamın mənə dediyi «Oğul, türkcə yaz!» – sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Sonra zəngi çaldı. Hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb sıraya düzdü. O, bizdən türk dilində soruşdu: «Türk dilində olan bu qəzeti kim yazıb yapışdırıb?». 11 – 12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: «Məgər deməmişdim ki, türkcə yazmayın?». Dedim: «Bəli, deyibsiniz». Yenə türkcə soruşdu: «Bəs niyə yazıbsan?» Cavab verdim: «Mən farsca bilmirəm». O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub başımı aşağı əydi. Türkcəmizdə mənə dedi: «Yala buraxdığın bu qəzeti». Mən o qəzetin hamısını əvvəldən axıra qədər boyalarınadək yaladım…»
– Rza bəy, mən gənc həmkarlarımı sizə təqdim elədim. Onlar sizi qiyabi də olsa, yaxşı tanıyırlar. İsmayıl Cəmilini də mən dostlarıma təqdim eləmişəm. Onu da tanıyırlar həmkarlarımız… Rza Bərahəniylə görüş həmişə mümkün olan iş deyil. Ona görə icazə verin, biz birinci növbədə bizi maraqlandıran sualları verək. Siz də yeri gəldikcə lazım bildiyiniz, bizim bilməli olduğumuz şeyləri də elə bir az əvvəlki kimi əlavə edə-edə danışın. Sizinlə görüşəndən bir gün əvvəl Nobel komitəsi bu il üçün öz laureatının adını açıqladı. Bu rumın yazıçısı, sonradan Çauşesku rejiminə qarşı çıxaraq Almaniyaya mühacirət etmiş Herta Miller oldu. Onunla başlayaq söhbətimizə. Herta Millerin yaradıcılığıyla tanışsız?
– Dünən açıqladılar?
– Hə.
– Bir şeylər oxumuşam. Amma bir elə diqqətimi çəkməyib.
– Rza bəy, siz əsasən farsca, sonra da ingiliscə də orijinal əsərlər yazmış görkəmli yazıçı, şair və ədəbiyyatşünas olmaqla yanaşı, həm də bir müddət Kanada «Pen»inə rəhbərlik eləmisiz. Bu isə o deməkdir ki, qismən ədəbi təşkilatçılıq işiylə də məşğul olmusuz, cari ədəbi prosesləri və hadisələri bir başqa cür öyrənmisiz, izləmisiz. Azərbaycan müstəqilliyini yeni qazanmış bir ölkədir. Bizim yazmaqda da olmasa, elə bəlkə bir az onda da, yazılmışları dünyaya təqdim eləmək məsələsində sizin tövsiyyələrə, fikirlərinizə ehtiyacımız var… Biz dünyadan nəyi əxz eləməliyik?
– Mənim oxuduğum qədər bizim şeirdə forma baxımından iki müşkülümüz var. Biri budu ki, biz şeirlərdə hələ də vəzni özümüz düzəltmirik. Vəzn normalardan, qaydalardan oturuşur, onlara tabe olur, yoxsa adamın özündən, o normaları sındırmaqdan yaranır; əsas odur ki, bir adam dillə özü bir dənə kontrakt bağlaya, müqavilə bağlaya. Bu, çox-çox mühümdür. İkincisi budur ki, türk şeiri, həm İranda, həm burda, Türkiyəni demirəm a, hər şey tanış bir ehsasla deyilir. Bircə zərrə o yan-bu yan olmur, belədə bu, şeir deyil, sayılmır. «Convention», qərardad pozulmur. Biz, siz qərardaddan istifadə edərik. Ən əvvəl ehsas, sonra da ritmlər, vəznlər. Şübhəsiz ki, qafiyə də var. Bəzi adamlar, şairlər ki, içəriləri çox-çox möhkəmdi, məsələn, Şəhriyar təkin, hissi çox güclüdür, zatında bir ironiya vardır, bu gün bir zadlar eləyə bilir. Məsələn, Şəhriyarın türkcə şeirlərinə baxasız: «İtimiz qurd olalı biz də qayıtdıq qoyun olduq / İt ilə qol-boyun olduq…»…Xub, bu elə həmin «failatün failatün failatün»dü. Dibində bir düzənə bağlıdı. Amma biz buna baxanda, onun mənası bizim yanımızdadı. Cahani bir mənası yoxdu, universal mənası yoxdu.
– Bəşəri deyil demək istəyirsiz.
– Bəşəri?
– Yəni, ümumbəşəri.
– Xub. Bu, bir müşküldü. Bu elə bir zaddı ki, mən bununla bağlı Şəhriyarın özüylə danışmışam. Bu, əlbəttə, gözəl bir şeirdir, amma… Ya qəzəlləri: «Mənsurvar mikeşədəm sər fəraze dar / Ey sağərane sərkeşe qəm sər fəraz kon»… Xub, gözəl düzəldibdi, yazıbdı, amma bu şeir də sənətə yaxındı. O şeir şeirdi ki, sənətdən çıxa, gedə onun o tərəfində dura. Şeir özü müstəqil şəkildə oluşa. Bizim şeirimizdə bunu əvvəlcə Nima yazıb. Hətta Nima da bunu tamamən eləyə bilməyibdi, vəzni dəyişə bilməyib, Mövləvidə olanları bir az istifadə eləyibdi.
Mövləvidə də bu bir qədər mexanikidi. Baxsaz, görərsiz ki, ilk beyt orqanikdi, amma sonrakı mexanikidi. Orqanik dediyim budu ki, bir şey özünü düzəltmiş ola. Fenomen ola, hadisə ola. Bu fenomendən, hadisədən istifadə eləməlisiz, o fenomenoloji mahiyyətdən yararlanmalısız və hər sətir o biri sətirdən fərqli olmalıdır… Əgər olsaydı, Mövləvi 3000 sətir yox, 250 sətir yazacaqdı. Onda da bir sətir o biri sətrin vəzninə möhtacdı. Sonrakı da digərinə. Vəzn ehtiyacı şeiri şeirlikdən salır.
– Bizim tanınmış şərqşünasımız Məsihağa Məhəmmə¬dinin tərcüməsində mən sizin «Misdə qızıl» kitabından essenizi oxudum, daha doğrusu, onu «Dünya ədəbiyyatı» dərgisində 2004-cü ildə çap elədik. Yeri gəlmişkən, «525-ci qəzet»in şeirləriniz çap olunan sizə təqdim elədiyim sayındakı haqqınızda olan giriş yazısını da, kiçik müsahibənizi də elə Məsihağa tərcümə eləmişdi, təqdim eləmişdi. Siz o yazınızda üç fenomenə toxunursuz: sufizm, sürrealizm və freydizm. Onları tutuşdurursuz, hətta birinci iksinin arasındakı oxşarlıqları müəyyən edirsiz. Sufilik, təsəvvüf ədəbi fakt kimi fiksə olunmaq baxımından sürrealizmdən çox-çox öncəki hadisədi. Bəs, nədən kökü, özünəməxsus kodları daha dərində olan Şərq poeziyası Qərb şeiri kimi bu gün pərvəriş tapa bilmir.
– Biri budu ki, təsəvvüfün dildə yaratdığı normativ, şərti tərkiblərdən çıxmaq olmur, çətin olur. Halbuki təsəvvüf fəza açır beyində və onu eləmək olar ardınca. Mən sizə bir şey deyim. Məsələn, Həllac…
– Mənsur Həllac.
– Hə, Mənsur Həllacın barəsində mən bir dənə roman yazmışam. Onun birinci hissəsini mən 1965-ci ildə başladım yazmağa. 69-da qurtardım. İranda çap olundu. Lakin yayılmağa qoymadılar. Sonra da hamısını xəmir elədilər, məhv elədilər. Amma o sonradan bir nəfərin doktorluq işinin mövzusu oldu. Sonra mən ikinci cildini də yazmalıydım. İkinci cildini mən 30 ildən sonra qurtarmışam. Və təzəcə qurtarmışam. İkinci cildin adı «Mənsur»du. Birincinin adı «Ayaz»dı ki, o özü danışır. Ayazın Mənsurla heç bir fərqi yoxdur.
– Gəlin bir qədər dəqiqləşdirmə aparaq. Mənsur deyəndə Mənsur Həllac nəzərdə tutulur, düzdü?
– Bəli.
– Bəs, Ayaz kimdi? Yaxud nədi?
– Mahmud və Ayaz yadınızdadı?
– Yox, Ayaz, yox. Tarixi personaj kimi yox. Mahmud, yəni Sultan Mahmud?
– Bəli, Ayaz Mahmudun quluydu. Gözəl qulamıydı. Məşuquydu. O zaman məşuqi-cismaniydi. Bir cür ki, fars ədəbiyyatı hərəkət edir, o Mövləvidə gəlir olur məşuqi-mənəvi.
– Şəmslə Mövlananı nəzərdə tutursuz.
– Bəli. Mən gəlmişəm, üç adamı qoymuşam bir-birinin yanına. Biri Sultan Mahmuddu. Biri Ayazdı. Biri də Mənsurdu. Bunlar tarixdə həmzaman deyildilər. Mənim romanımda həmzaman olurlar. Mən bunları müxtəlif yerlərdən götürmüşəm, ayrı bir məkanlarda, ayrı bir halətlərdə şəxsiyyət vermişəm. Düzdü ki, Mahmudla Ayaz bir zamanın adamlarıdır. Amma Mənsur başqa zamandadı, ayrı bir şəhərdədi. Bununla bərabər, Sultan Mahmudun dövründə Həsəni dara çəkiblər, tikə-tikə ediblər. Mənsurla ondan da 100 il əvvəl eyni işi görüblər Bağdadda. Ondan da 100 il qabaq Babəki Samirədə eyni cürə ediblər. Babək bu baxımdan, demək olar, simvoldu. İlk adamdı ki, o cür asıblar, tikə-tikə ediblər. Bu mühüm bir hadisədi. Mənim işim budu ki, müxtəlif zamanlarda baş verən bu hadisələri düşünəm. Sonra ayrı əsləhələr qabağa gəlibdir. Əvvəl qılıncla boyun vurmaq olub. Sonra…
– Gilyotin…
– Müasir dövrdə gülləylə adam vurmaq. Dara çəkmək. Bunların üzərində çox diqqət eləmişəm ki, bunları biz nə cür yaza bilərik. Biz bu dövrdə yaşamışıq. Biz irfan oxumuşuq. İrfan bir dənə açılışdı islamda. Yəni, siz ayrı bir yer açırsız, o yerdə təxəyyüllər-zadlar başlayırlar əməl eləməyə. Xub, təxəyyül bir ayrı yerdə də əməl eləyibdir bir ayrı cür. Məsələn, biri budu ki, biri bir xanımla toy edir, xub, məlumdu ki, toy edəndə nə baş verir. Biri də budu ki, toy eləmir, amma yenə də həmin şey baş verir. Mahmud sarayda elə eləyə bilir ki, Ayaz təqribən xalqın qabağında eşqini ona göstərir. Bu eşq özü də nəmənədi? Homoseksual bir eşqdi. Amma hər adam bu işi görə bilməz. O, şah ola-ola bu işi görür. Yəni, haramla məhrə¬miyyətin ikisinin arasında bu işi görür. Fəza açılmaq üçün ədəbiyyatda biz bu tabuları gərək qayçılayaq. Biz bu tabuları qayçılamasaq, əcayib bir vəziyyətə düşəcəyik. Məsələn, əgər bir nəfər adam Ayaz vəziyyətində olmuş olsa, onu kim yazacaqdır?! Bu, Azərbaycanın həqiqi faciəsini açır, bunu təəssüf ki, heç kim yazmayıb. Mənim qəhrəmanım Ayazın 2000-dən çoxdur yaşı. Bu, roman içində üç romandı həm də. Xaricdə, Fransada çap olundu. Yazdılar ki, bu, bəşəriyyətin vəziyyəti ilə bağlı bəyanatdır. Senzuralar tarixində nadir, heç olmamış hadisəydi ki, roman 35 il əvvəl yazılır, çap olunmur, 35 il sonra isə özgə dildə çap olunur. Özü də bu romanı yazıldığı dilin daçıyıcısı yox, başqası yazır.
– Burda həm də senzuranın həqiqi üzü açılır. Sən demə, məsələ millətdə, xalqda yox, mətləbdə imiş.
– Xub.
– Kim bilir bəlkə bundan sonra çıxdı.
– İranda? Yox, ola bilməz belə şey. Burda ola bilər. Amma mən istərdim ki, burda «Mənim ölkəmin sirləri»ni çap eləsinlər. Tabular orda çoxdu. Qafamızda da çoxdu. Qabaqda da danışdıq… Biz bu tabuları sındırmalıyıq ki, hər kəs özünü yaza bilə. Elə deyil? Biz bunu heç vaxt yazmayacağıq, adam özü yazmasa. Bu özü yazmağın özündədi mətləb. Bəzi kəlmələr vardır ki, biz işlətmirik. İndi biz bu kəlmələri dildə varsa işlədək, ya işlətməyək? Biz əxlaqa görə kəlmələri iki hissəyə bölmüşük. İşlədə bildiklərimizə və bilmədiklərimizə. Yaxşı, əgər bu işlədə bilmədiyimiz kəlmələr dilimizdə varsa və biz onları törədən əməlləri eləməmişiksə, o kəlmələr hardan gəlib? Və hardadılar? Biz o kəlmələrdən ləzzət alırıq, ya almırıq? Mənim etiqadım budur ki, biz o kəlmələrdən ləzzət aparırıq.
Amma biz məhrəm adamların yanında o kəlmələri işlədirik. Məhrəm olmayanların yanında onları işlətmirik. Amma minə min o kəlmələri heç vaxt kənara qoya bilmərik. Mən kəlmələri deyirəm a… Nəticədə bir baxış meydana gəlibdir ki, o da liberalizmdi, təsvir azadlığıdı. Mən yalnız bir az şişirdilimiş, mübaliğəli şəkildə dedim ki, biz məhrəmanə sayılan kəlmələrdən istifadə eləmirik, hərçənd eşqbazlıq edən iki nəfər o məhrəmanə kəlmələrdən istifadə edir. Yəni, əslində biz bir məhrəmiyyət xaini olmuşuq.
– Çoxlu maraqlı şeylər dediz. Yəqin ki, söhbət həmin kəlmələrin yazılı ədəbiyyatda istifadəsindən gedir, elə həyatdakı kimi, həyatda olduğu kimi ədəbiyyatda da uyğun, adekvat yerindəki istifadəsindən. Düz başa düşürəm də sizi? Çünki əks təqdirdə, həm həyatda, həm də elə ədəbiyyatda həmin məhrəmanə dediyiniz kəlmələrin başqa vaxtlarda, deyək ki, eşq zamanı yox, istifadəsi yalnız söyüş demək olacaq.
– Xub… Düzdü…Amma biz heç söyüş kimi də yazmırıq onları. İstifadə eləsək belə. Halbuki onlar bədənin bir üzvləridirlər… Bir ayrı hadisələr də vardır ki, bizim başımıza gəlir və biz onları yazmırıq, amma bizim içimizdədir; xiyabanda yol gedəndə görürük ki, kiməsə pis şey deyəndə qədəmlərimiz yeyin gedir, ya yavaş gedir, bir yerdə dururuq, baxırıq, görürük ki, həmin kəsə pis dedilər, biz bunları yazmamışıq. Bu fəzalar özlərinin yazılmasını, açılmasını gözlər. Bu yazmadığımız şeylər keçirlər bizim şüuraltımıza. Biz həmişə təmayüllərimizin başına vurmuşuq.
– Ədəbi təmayülləri nəzərdə tutursuz, ya…?
– Yox, şəxsi təmayülləri nəzərdə tuturam. Və nəticədə biz xəstəyik, absurdçuyuq, narahatıq… Bir gün qəribə şəkildə qəmginik, amma bilmirik niyə. Səbəbi o içəridəki məsələlərdi. Və bizim də həyatımızda nə Marks olub, nə Hegel olub, özü də ondan qabaq, nə Freyd olub, nə Yunq gəlibdi, nə Derrida gəlibdi, heç kəs gəlməyibdi bizə desin ki, o içərini nə cürə yaza bilək. Mən romanımda o içərinin yazıçısıyam. İndi o ikinci hissədən, ikinci romandan sonra üçüncünü də yazmağı düşünürəm.
– Kimdi sizin sevdiyiniz Avropa yazıçıları?
– Avropa yazıçılarından 4-5 nəfər var, hər kəs düz-əməlli yazıçı olmaq istəyirsə, onları mütləq oxumalıdı. Mənim nəzərimcə, Prust, Coys, Folkner, Virciniya Vulf, Nabokov, Borxes. Bunlar bir xəzinədi. Məsələn, Borxesdə çox-çox qabarıq bir məsələ xanımlardı. Biz qadınları anlatmamışıq, qadınlar da özlərini anlatmayıblar. Necə anlatmamışıq? O vaxt ki, homoseksual cərəyanlar gəlibdi qabağa, oğlanı arvad təkin tanıtmışıq, arvada oxşayan təkin, kişi deyil demişik. Anlatmanın özü belə gündəmdə deyil, biz onun içərisinə girməmişik. Niyə? Özümüzdən qorxuruq. Siz özünüzdən qorxursuz ki, hər zadı bəyan eləyəsiz. Mən özümdən, özümü olduğum kimi bəyan eləməkdən qorxuram. Bir senzura var ki, bunu dövlət düzəltmir, icma, camaat, ictimaiyyət düzəldib, tarix düzəldib, dövlətə, bizə, hamıya zorla qəbul elətdirib. Biz azadlıqda eşqbazlıq edirik, olsun xanımımızla, məşuqumuzla. Amma bir yerdə fizioloji məsələləri qorxuyla bəyan edirik. Yəni, senzuradan keçirib bəyan edirik.
– Demək istəyirsiz ki, ədəbi riyakarlıq yaranır, konflikt yaranır.
– Burda riyakarlıq yaranır, xub, biz burda dili riyakarlığa aludə və alət edirik. Biz bir suala qəti cavab verməliyik, yazaq, ya yazmayaq? O şey ki, xəlvətdə insanların beynini deşir, o yazılmalıdı. Biz indi sizinlə adi qaydada söhbət edirik. Xəlvət deyil. Amma ayrı situasiyalar var. Məsələn, bir adam gedir düşür zindana. Giriftarlıq tapır. Aylarla, yox, illərlə qadın görmür, qız görmür, onun zehnindən nələr keçir? Hər kəs bunu yazmasa xaindir. Bu nə gerçəklikdir? Onun barəsində hər kəs təhlil yazmaz. Çünki bizi bağlayıblar öz içimizə, biz də öz içimizə vəfadar qalmışıq. Və bir şəkildə ki, elə bil o bizim şəxsiyyətimizdir. Bizim şəxsiyyətimiz o şey deyil ki, biz müdam onların narahatlıqlarını çəkirik.
– Maraqlı məsələlərə toxunduz, icazə verin…
– Mən heç vaxt bu məsələlərlə bağlı belə bəhs açmamışam, ona görə fikrimi yaddan çıxmamış tamamlamaq istəyirəm.
– Buyurun, buyurun, davam edin, bizə də maraqlıdı.
– Ona görə biz bunu ya gərək bir yerdə sındıraq, cürətimiz ola sındıraq. İçərimizi yaza bilmirik. Deməli, məsuliyyəti çiynimizdən atırıq, bunu uşaqlarımızın çiyninə qoyuruq ki, gəlsin, yazsın hisslərimizi. Yəni, bizi əcayib bir təqdirə bağlayıblar. Ona görə bizə bundan boyun qaçırmaq lazımdı. Odur ki, bizi sürürlər, at görmüsüz də, o cürə. Bu həm şeirdə, həm romanda da belədi. Özü də vacib deyil ki, hər romanda məhz cinsi məsələlər olmalıdı. Yox. Bu məsələ ümumiyyətlə orqanik şəkildə olmalıdı. Məsələn, Henri Millerdə bu mexaniki şəkildə baş veribdi.
– Hansı əsərini nəzərdə tutursuz?
– Məsələn, «Əqrəb»… Bunlar mexaniki olub. Amma böyüklüyü budu ki, o məsələləri yazmağa cürət edibdi.
– Yəni, siz bu mənada Prustun tərəfindəsiz, o, bu məsələləri orqanik yazıb.
– Amma Prust da bu məsələləri mülayimcəsinə yazıbdı. Məsələn, heç vaxt bir dənə pərdə arxasını yazmayıbdı. Prust sadəcə heteroseksuallığa qarşılıq başqa şeyin olduğunu qoyubdu, ola bilsin daha orqanik yazıbdı. Amma başqaları vardı. Məsələn, Elen Siksu.
– Kim?
– Elen Siksu. Fransalı qadın yazardı, mənim də dostumdu. Fövqəladə bir yazardı. O insanın içini yazıbdı. O dili insanın içindəki dəyirmanda əzə-əzə fərz edin ki, ortaya çıxardır, dilin cinsiyyətini müəyyən edir. Yox, onda dil cinsiyyəti bəyan eləmir. Dil özü cinsiyyətdi. Kəlmənin özü həm aşiqdi, həm məşuqdu, həm eşqdi…Vacibdi ki, onu oxuyasız… Yaxud Virciniya Vulf… Düzdü, o zadın, kimin təsiri altında yazıbdı…o…?
– Coysun.
– Hə, Coysun. Amma o, qadın səsiylə yazıbdı. Biz gərək o fəzaları tapaq. Təbiidi ki, bu məmləkət, bizim məmləkət də kommunist düşüncələrinin təsiri altında qalıbdı. Kommunizm isə heç vaxt bu fəzalara varid olmayıbdı. Bunlar nə Lenində, nə Trotskidə yoxdu, prinsip olaraq. Məsələn, zindanda olan adam öz qadınını da, uşağını da tez-tez arzulayır. Mən iki-üç dəfə zindanda olmuşam…
– Biz bilirik bunu.
– Və bir dəfə zindanda bir cavan oğlan vardı, onu edama məhkum eləmişdilər. O adam hətta bir dəfə gecə hazırlaşmışdı tövbə eləməyə, tövbəsini qəbul eləməmişdilər. Bir gün gecə gördüm ki, masturbasiya edir. Yəni bir cürə səy edir ki, özünü razı sala. Bir adam ki, iki saatdan sonra edam olacaq. Bu, maraqlıdı. Və bütün bunları yazmaq lazımdır, gizlətmədən. Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi, əvəzedicisi olmalıdı.
– Siz daha çox nəsrdən danışdız, hərçənd bizim sizin «Misdə qızıl» yazınızla bağlı sualımız açıq qaldı. Amma yanlış xatırlamıramsa, sizin o yazınızda Remboya simpatiyanız hiss olunurdu. Elə şeirlərinizdən də bunu hiss elədim, yaxınlığınızı da. Eləysə, gəlin sizin poeziyada sevdiklərinizdən danışaq… Konkretləşdirim. XX əsr ingilisdilli poeziyada kimlər sizin üçün önəmlidi? Yaxud fransızlardan, almanlardan, italyanlardan, bir sözlə Avropa poeziyasından.
– Mənim fikrimcə, Rembo çox mühümdü. Rembodan da mühüm Hölderlindi.
– Alman şairi.
– Bir qadın vardı, çoxlu ədəbiyyatçıların müəllimi olmuşdu…
– Hertruda Stayn?
– Bəli.
– Hə, çoxlarına, hətta məncə daha çox nasirlərə ciddi təsir eləmişdi. Yanılmıramsa, Heminquey ondan üslub dərsləri almışdı, ilk eksperimental hekayələrini oxumuşam onun, o dərslərin təsiriylə yazılmışdı, olduqca maraqlı və öyrədiciydi… Buyurun, davam edin, zəhmət olmasa.
– Bir şair də vardı, biz onun siyasi görüşlərinə müxalifik…
– Ezra Paund?
– Hə, Ezra Paund.
– Eliotun ustad dediyi adam.
– Bəli. Ezra Paund mənim nəzərimcə, o şairdi ki, ondan çoxlu şeylər öyrənmək olar. Hertruda Staynla Paund fərqli ədəbiyyatlardır. Mən bir romanımda «Azadə xanım» deyə, Hertruda Stayndan bəhs etmişəm.
– Hansı romanınızda?
– «Azadə xanım və yazıçısı»nda. Mən Eliotdan tərcümə də eləmişəm. Düzdü, «Waste Land»i mən tərcümə eləməmişəm. Amma bu əsər qəribə bir modern əsərdir.
– «Çılpaq torpağ»ı nəzərdə tutursuz?
– Hə, «Çılpaq torpaq». Bu şeirdə bir neçə cərəyan birləşib. Biri başqasını doğurub.
– Sintetiklik var, belə demək istəyirsiz?
– Bəli, sintetiklik var, amma tədayi üstündə. O şeir tədayilər məcmuəsidi. İntəhası, bir var siz tədayini subyektiv şəkildə edəsiniz, bir də var obyektiv surətdə edəsiniz. Tədayi gözəldi. Bizim qafiyə-filanla işimiz olmaz, bizim ədəbiyyat tədayi ilə yazılar.
– Tədayi, yəni xatırlama, assosiativlikmi?
– Bəli. Məsələn, Hafizdə bu, bir az vardır: «Mehre to əksi bər ma nəyəfkənd / Ayineruya, ah əz delət, ah…» «Mehr» sözünün altı-yeddi mənası var… «Əks»in də…Elə bil şeir bu günləri deyilibdi… «Mehr bizə səni əks eləmədi». Biri budu ki, biz bu mənaları nəzərə alaq. İkinci səslərdi. «Ah» öz yerində, amma «a»lar gözəldi.
– Alliterasiya.
– Hə. Və o səs sırasına bir dənə «u» qoysaydınız, şeir xarab olacaqdı. Hafiz bunu edə bilirsə, Sədi edə bilmir.
– Odenə münasibətiniz necədi?
– O böyük şairlərdən bircə zərrə aşağıdadı.
– Hansı nöqteyi-nəzərdən?
– Biri budu ki, Odenin uzun şeiri çox aşağıdı. Odendən danışanda seçmək haqqında düşünürsən, amma Eliotda, Paundda bunu düşünmürsən. Paundun qısa şeirləri də, kantonları da gözəldi. Eliotun «Çılpaq torpağ»ı da, «Dörd kvartet»i də bir-birindən gözəldi.
– Bəs, Miloş?
– …
– Polonya şairi?
– Tanıyıram, bilirəm.
– Onu da xoşlamırsız?
– Çəkmir.
– Brodski?
– O da çəkmir.
– Bir az bu yana gələk, son otuz ildə ingilisdilli hansı poeziya diqqətinizi çəkib? Derek Uolkott…Şeymas Hini…
– Oxumuşam…Uolkotu, Şeymas Hinini…Sonuncu haqqında məqaləm də vardır. Onun şeirlərində səy eləmişəm postmodernizmi görəm. Bəzi şeylər vardır ki, onlar yaxşıdır. Mən öyrəşmişəm ki, bir şairin 10 şeiri yaxşı ola, onda deyəm o yaxşı şairdi… Məsələn, mən əvvəl hesab edirdim ki, Şamlu daha yaxşı şairdi, indi hesab edirəm ki, Nima daha yaxşı, mühüm bir şairdi.
– Bizim şairlərdən kimi oxumusuz?
– Bəxtiyar Vahabzadəni…
– Hiss edirəm danışmaq istəmirsiz… Bizdə son illər Orxan Pamuku çox oxuyurlar, oxumaqdan daha tez-tez misal göstərirlər. Yəqin ki, oxumusuz əsərlərini. Fikrinizi bilmək istərdim.
– Bəli, bir şeylər oxumuşam. Yaxşı yazardı. Siyasi tərəflərini qırağa qoysaq, yaxşı yazardı.
– Qayıdaq şairlərə, bəs Sepehri?
– Mənim Sepehri barəsində məqaləm var. Onun bir şeiri vardı, ona şərh vermişəm. O şeirin üzərində bir texnika var, adı «mizənəbim»di (mise en abime), ona izahat vermişəm. «Mizənəbim» o çini kasalardı. Bir kasadı, onun altında bir kasadı, onun da altında başqa bir kasadı.
– Rus matryoşkaları kimi.
– Yeddi dənə alt-alta… Ümumiyyətlə, «Məsnəvi» və «Min bir gecə» təfəkkürü maraqlıdı, bir şey bitməmiş o biri başlayır… «Xaneye dust kocast?»… Sepehridi də… «Dər fələq bud ke porsid səvar, aseman məksi kərd»… Gedərsən ondan soruşarsan, sonra ondan soruşarsan və dibdə ondan soruşarsan: «Xaneye dust kocast?»… «Dostun evi hardadı?»… Beləcə şeir fırlanır əvvələ, əvvəldən də dibə. O biri şeirləri ehsasatdı ki, orda müəyyən obrazlar yerbəyer olublar. Yerbəyer olan isə təxəyyül deyil. Təxəyyül o şeydi ki, bir şey sanki təsadüfən deyilib.
– Gözlənilməzlik, qırıqlıq yəni.
– Hər gözəl söz şeir deyil. Şamluda gözəl sözlər çoxdu. Amma təxəyyül daha gözəldi və ədəbiyyat üçün daha vacibdi. Bir dəfə İranda, qadınım, iki oğlum maşında, bir yerlərdən gəlirik. Mən alkoqol qəbul eləmişdim. Saxladılar məni. Gecəydi. Başını maşından içəri saldı, iyi hiss elədi. Dedi, ailəni taksi ilə yola sal, gecə 12-də Tehranda taksi olmaz ki, maşını da özün çək qırağa. Nəsə, maşını qırağa çəkdim. Düşdüm. Mənim nəfəsimi qoxuladı, dedi ki, pah, pah, əcəbdi. Dedim ki, içməmişəm, yolda gələndə darvazanın yanında bir yoldaş saxladı, görüşdü, gördüm bir cür birtəhərdi, onun qoxusudu qalıb məndə. Dedi ki, sən şairsən? Dedim, bəli. Dedi ki, elə mən də şairəm və beləcə qurtulduq.
– Rza bəy, bir azdan Sabir Rüstəmxanlı bizi Həllac Mənsur kimi asacaq, tapşırıb ki, sizi yormayaq. Odur ki, bir şeir oxuyun farsca, öz şeirinizi.
– Gərək otel odasından kitab götürəm.
– Səhərdən xeyli xub əzbər şeirlər oxuyurduz, ingiliscə, farsca. Bir qısa əzbər bildiyiniz şeirinizi oxuyun, lütfən.
– Ruye bərgi
to neveşti: bağ.
Ruye yek qətreye barane doroşt
mən neveştəm:
dərya dərya dərya dərya.
Və dər an ləhze zəni
çeşmhayəşra
be kəbutərha bəxşid.
Bir yarpağın üstünə
sən yazdın: bağ.
Bir iri yağış damlasının üstünə
mən yazdım:
dəniz dəniz dəniz dəniz.
Və o an bir qadın
gözlərini
göyərçinlərə bağışladı
(Tərcümə: Məsihağa Məhəmmədi)
– Təşəkkür edirik sizə maraqlı söhbət üçün.

Qeyd:

Bu söhbət 2009-cu ilin 9 oktyabrında Bakıda baş tutub. 2011-ci ildə “525-ci qəzet”də qismən ixtisarla çap olunub. Sonradan “Ədəbi söhbətlər” kitabında da yer alıb.

Mənbə: Səlim Babullaoğlu

PDF KİTABI:  >>>>> qelemder-2

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səməd Vurğun – Ukrayna partizanları

SƏMƏD VURĞUNUN YAZILARI

Ukrayna partizanları
De, kimdir gecənin bağrını dələn?
Düşmənin üstünə ley kimi gələn?
Kimin qüdrətinə güvənir Vətən?
Kimdə sədaqət də, mərdlik də vardır?
O bizim qəhrəman partizanlardır!


De, kimin səsindən titrəyir dağlar?
Barmaqla göstərir onu uşaqlar?
Kimin yuvasıdır meşələr, bağlar?
Kimin hər zəfəri bir yadigardır?
O, bizim qəhrəman partizanlardır!


Kimdir qartal kimi qayada yatan,
Pəncəsi düşmənin gözünə batan?
De kimdir döyüşdə yüzə yüz atan?
De, kimin qalası sıx ormanlardır?
O bizim qəhrəman partizanlardır!


De, kimin yurdudur sünbüllü çöllər?
Kimindir banduru söylədən əllər?
Kimindir yanağı lalə gözəllər
De, kimin sevdası bir ilk bahardır?
O bizim qəhrəman partizanlardır!


De, kimdir düşmənə min tələ quran?
Tarasın qəbrində keşikçi duran?
De, kimdir Karmelyuk əlilə vuran?
Bizim ukraynalı qəhrəmanlardır,
O bizim qəhrəman partizanlardır!


De, kimdir adına qardaş dediyim?
Qəmimə, nəşəmə sirdaş dediyim?
De, kimdir vətəndaş, yoldaş dediyim?
Bizim Koroglu tək pəhləvanlardır.
Bizim ukraynalı partizanlardır!

Mənbə: Firuz Mustafa

Müəllif: Səməd VURĞUN

SƏMƏD VURĞUNUN YAZILARI

PDF KİTABI:  >>>>> qelemder-2

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"