Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş

Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş

Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində Azərbaycan əsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki Qızılbaş Nazir fəaliyyət göstərmişdir; Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982). Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü. XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır. Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur.
1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış
və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz
qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti
Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu.
O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi. Bu qərar Xayrpur knyazlığının keçmiş naibi Mir Hacı Əta Hüseyn xan Talpur və Əbdül Hüseyn Cəfərinin Qaidi-əzamdan təcrübəli bir idarəçinin təyinatı ilə bağlı xahişi əsasında verilmişdi. Məhz bu səbəbdən Mirzə Mümtaz Həsən Qızılbaş Pakistanın Xayrpur knyazlığının Baş naziri təyin edildi və bu vəzifəni 1947-ci ildən 1955-ci ilədək icra etdi. Onun Xayrpurdakı fəaliyyəti knyazlığın inkişafı və müasirləşməsi baxımından mühüm mərhələ təşkil etmişdir. Baş nazir olduğu dövrdə Xayrpur knyazlığı tarixində mühüm islahatlar həyata keçirildi: Xayrpur Tekstil Fabrikinin təməli qoyuldu, yüzlərlə yeni məktəb və təhsil müəssisəsi açıldı. O, knyazlıq büdcəsinin təxminən 22%-ni təhsilə ayırmış, məktəbdə pulsuz təhsil sistemini tətbiq etmişdir. Bu dövrdə 6-12 yaş arası uşaqlar üçün məcburi təhsil haqqında qanun qəbul edildi ki, bu da maarifləndirmə sahəsində dönüş nöqtəsi oldu və bölgədə savadlılıq səviyyəsinin sürətlə artmasına şərait yaratdı. Baş nazir Mümtaz Qızılbaş təhsilə böyük önəm verirdi. Onun təşəbbüsü ilə yaradılan, öz adını daşıyan və hazırda da Pakistanda fəaliyyət göstərən ali təhsil müəssisəsi Hökumət Mümtaz Kolleci qısa zamanda Sind bölgəsinin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrildi. Kollecin təsisindən sonra o dövrün tanınmış alim və ədəbiyyat xadimlərini, əsasən, Şərqi Pakistandan (indiki Banqladeşdən) kollecə müəllim kimi gətirdi. Onlardan üçü fəlsəfə doktoru idi. Mümtaz
Həsən Qızılbaş kollecin nəzdində qardaşı kimi
sevdiyi dostunun adını daşıyan geniş və müasir Polkovnik Şah yataqxanasını təsis etdi. Bu yataqxana xüsusilə ucqar bölgələrdən gələn tələbələrin yerləşdirilməsi və onların əsas ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırdı. Hazırda burada Pakistan–Türkiyə məktəbi və kolleci fəaliyyət göstərir.
Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş
knyazlığın 17 yaşlı hökmdarı Əli Murad xan II Talpur ilə birlikdə Xayrpurun iqtisadi və sənaye inkişafına töhfə vermək məqsədilə İngiltərə və Almaniyaya səfər etmiş, Asiyanın ən böyük
tekstil fabriklərindən biri hesab olunan Xayrpur Tekstil Fabriki üçün texnoloji avadanlıqlar əldə etmişdir. Onlar Xayrpurdakı qadın sənaye-peşə məktəbinə rəhbərlik etməsi üçün məktəbə alman qadın mütəxəssis təyin etdilər. Yaradılan ilk sənaye zonası bölgədə ciddi iqtisadi inkişaf
və sosial rifah doğurdu. Sonra Xayrpur Tekstil
Fabriki özəl sektora satıldı və Baş nazir Mirzə
Mümtaz Həsən Qızılbaş bu satışın həyata keçirilməsi barədə belə qeyd edib: “Tekstil fabriki artıq dövlətin onu qurmaqda nəzərdə tutduğu məqsədə xidmət etmişdir: o, iqtisadi və sənaye inkişafı üçün bir növ ilkin hərəkətverici qüvvə rolunu oynamalı idi”.
1947-ci ildə, demək olar ki, heç bir sənayesi
olmayan Pakistandakı bir knyazlıq üçün bu, böyük irəliləyiş idi: 1955-ci ilə qədər daha iki özəl tekstil fabriki fəaliyyətə başlamış, 1954-cü ildə tütün qurutma fabriki yaradılmış, 1955-ci ilə qədər sabun və yağ fabriki işə düşmüşdü. Xayrpur knyazlığı 1947–1955-ci illər arasında iqtisadi inkişaf və sosial rifah sahəsində Pakistanın qabaqcıl bölgələrindən biri oldu. İqtisadi baxımdan Xayrpur qısa müddətdə böyük uğurlar əldə etmişdir. 1948–1955-ci illər arasında knyazlığın illik gəlirləri təxminən 5,7 milyondan 16,9 milyon Pakistan rupisinə qədər artmışdır. Adambaşına düşən büdcə gəliri isə 53 Pakistan rupisi idi ki, bu da o dövrdə ölkənin digər bölgələri ilə müqayisədə yüksək göstərici sayılırdı. Hökumət təhsilə, yolların tikintisinə və sənaye sahəsinə böyük vəsait ayırmışdır. 1951-ci ildə yaradılan tekstil zavodu qısa zamanda mənfəət gətirərək regionun sənayeləşməsinə təkan verdi. Bütün bu tədbirlər Xayrpur knyazlığını dövrünün ən inkişaf etmiş və mütərəqqi idarəetmə modellərindən birinə çevirdi.
Mirzə Mümtaz Həsən Qızılbaş 1949-cu ilin dekabrında Xayrpur knyazlığını Pakistanın Təsis Məclisində təmsil etmək üçün seçilmiş və ölkənin konstitusiyasının hazırlanması prosesində fəal iştirak etmişdir. Qaidi-əzam Məhəmməd Əli Cinnah arzulayırdı ki, knyazlıqlar Pakistana birləşsin, “Vahid Vəhdət” (One Unit) sistemi yaradılsın və xalqa bərabər hüquqlar, təhsil, ədalət və rifah imkanları təqdim olunsun. Mirzə Mümtaz Həsən Qızılbaş Qaidi-əzamın bu ideyalarını gerçəkləşdirdi və Xayrpur knyazlığını nümunəvi bir dövlətə çevirməkdə mühüm rol oynadı. Xayrpur knyazlığının 1955-ci ildə Pakistana birləşdirilməsi də məhz Mirzə Mümtaz Həsən Qızılbaşın səyləri ilə baş tutmuşdur. 1956-cı ilin may ayında Qərbi Pakistanın siyasi həyatında mühüm hadisə baş verdi. 1955-ci ildə “Vahid Vəhdət” adlı inzibati islahat nəticəsində birləşdirilmiş Qərbi Pakistan əyalətində ilk məclis iclası 1956-cı il mayın 19-da keçirildi. Bu iclasın əsas məqsədi ölkədə fəaliyyət göstərən iki əsas siyasi qrupun – Müsəlman Liqası və Respublika Partiyasının qüvvələr nisbətini müəyyənləşdirmək idi. Məhz bu iclas ərəfəsində mərkəzi hökumət maraqlı bir addım atdı. Tanınmış dövlət xadimi və keçmiş Xayrpur knyazlığının Baş naziri Mümtaz Həsən Qızılbaş həmin məclisin müvəqqəti sədri vəzifəsinə təyin edildi. Bu həm onun siyasi nüfuzunun, həm də təcrübəsinin göstəricisi idi. O həmçinin 1956–1958-ci illərdə Qərbi Pakistan Nazirlər Kabinetində qida və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərmişdir. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 4 aprel 1964-cü ildə həcc ziyarəti zamanı ürəktutmadan vəfat etmiş, Mədinədə, Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
Pakistanın Xayrpur Mirs rayonunda Mirzə
Mümtaz Həsən Qızılbaşın xatirəsinə ehtiram
əlaməti olaraq bir neçə əsas yer onun adı ilə
adlandırılmışdır. Bunlara “Hökumət Mümtaz Kolleci”, “Mümtaz Meydanı” və “Mümtaz Meydan küçəsi”, “Mümtaz Staff Colony”, yəni dövlət məmurları və müəllimlər üçün salınmış yaşayış məhəlləsi daxildir. Mümtaz Kolleci özünün təsisçisi olduğu ali təhsil müəssisəsi idi. Bu adlar onun Xayrpurun inkişafı və xüsusilə təhsil sahəsində göstərdiyi mühüm xidmətlərə verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün də Qızılbaşlar Pakistanın siyasi və ictimai həyatında önəmli rol oynamaqda davam edirlər.
Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Əfqanıstan, Pakistan və
Hindistan cəmiyyətlərində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və Azərbaycan–Pakistan dostluğuna yeni nəfəs qatır, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə verdiyi bir müsahibədə belə qeyd edirdi: “Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir”.
Həmçinin Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qeyd edir ki;
“Pakistanda Qızılbaşların sayı və rolu daha böyükdür. Qızılbaşlar bu ölkəyə Prezident, Nazirlər, Generallar, Səfir, Hakimlər bəxş etmişdir. Bu gündə Pakistan ordusunda xidmət edən Qızılbaş Generallar və yüksək rütbəli zabitlər vardır.”
Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaşın ailə üzvləri, xüsusilə qardaşı nəvəsi Mirzə Əsəd Həsən bəy və onun oğlu “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investoru Mirzə Sami bəy Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri sırasındadırlar. Sami Qızılbaş təşkilatın idarə heyətinin üzvüdür. Bu iki şəxs 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşlığı nəticəsində Bakıda
keçirilən I Beynəlxalq Qızılbaş Konfransında
da iştirak etdilər və Sami Qızılbaş konfrans
zamanı çıxışında qeyd etdi: “Azərbaycanı
ata-baba yurdum hesab etdiyim üçün özümü
xoşbəxt sayıram və ümid edirəm ki, Azərbaycan gələcəkdə də Qızılbaşları birləşdirmək, bir araya gətirmək üçün səylərini davam etdirəcək”. Təşkilat və ailə üzvlərinin Bakı ilə yanaşı, Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfərləri təşkil olundu; burada onlara əcdadlarının tarixi torpaqları yaxından tanıdıldı. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onun mədəni mirası hələ də Əfqanıstan, Pakistan və Hindistanda yaşayır və qorunur.
Qızılbaş Qlobal İrsi Təşkilatının məqsədi
Azərbaycan əsilli Qızılbaş icmasının kimlik ruhunu yenidən canlandırmaq, onun inkişafına
töhfə vermək, həmçinin bu icmanın BMT və
UNESCO tərəfindən dünya irsini qoruyan Azərbaycan əsilli icma təşkilatı kimi tanınmasına nail olmaqdır.

Soldan 2-ci Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və 3-cü (eynəkli) Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş İngiltərə, Mançester

Sağdan 1-ci Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş

Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş büdcə çıxışını edir.

Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş (eynəkli)

Müəllif:  Vahid İbayev,

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı

Digər yazıları: >>> Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müəllif; Vahid İbayev Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, Araşdırmaçı

Etibar Əbilov yazır

ÖVLAD ŞƏHİDİ
(Qibtə etdiyim İnsan)

İnsan ölməyi arzulayanda yox,
ölməyi bacaranda ölür.

QARSİA MARkES

Həsənağa Turabov! Həyatda ən çox pərəstiş etdiyim İnsan.Əvızsiz rollar ifaçısı,sağlığında az-az sənətkara nəsib olan dahilik ünvanını qazanmış böyük aktyor,böyük Vətəndaş Əsl İnsan…Yaşımın bu çağında əgər kimsə məndən soruşsa ki,həyatda ən çox kimə oxşamaq istərdin? Mən tərəddüt etmədən Həsənağa Turabovun adını çəkərdim.Mən ən çox onun valideyliyinə pərəstiş edirəm.Mən bir valideyn olaraq ona bənzəmək istərdim.Amma görünür Həsənağa Turabov bizlərdən biri deyil,o, qeyri-adilərdəndir.O, səcdəyə layiq olan İnsanlardandır.Teatrımızın, kinomuzun əvəzsiz aktyoru həyatını da heç kimə bənzəməyən yaşadı.Onun ölümü də heç kəsin ölümünə bənzəmədi.Mən onun ölümünə pərəstiş edirəm.Yaranan onsuz da bir gün ölür.Amma baxır necə? Həsənağa Turabov həyatını kişi kimi dəyişdi.Pərəstiş olunacaq bir şəkildə.Əsl kişi ölümü.Belə ölümlə dünyasını dəyişənlər yalnız cənnətlə mücdılənirlər.Şəhid ölümləri kimi.Həsənağa Turabov Şəhid oldu.
Mən onu həyatda bir neçə dəfə görmüşəm.Xalq yazıçısı Anarın Aktyorlar evində “Uzun ömrün akkordları” filminin premyerasında (təqdimatında), Bəxtiyar Vahabzadənin o vaxtkı Azərbaycan Dövlət Dram teatrındakı 60 illik yubileyində, yenə də Azdramada Hüseyn Cavidin 100 illik yubiley təntənəsində.Bu görüşlərin heç birində kəlmə kəsməmişdik.O məni tanımırdı.Haradan tanıyacaqdı ki?…O, həmin vaxtlar, şöhrətin zirvəsində idi.Hamının diqqət mərkəzindəydi.Bir dəfə də Bakıda, marşrut avtobusunda görmüşdüm onu. Bu çoxdan olub.O vaxt sənədlərimi APİ-nin filologiya fakültəsinə vermişdim.Filologiya fakültəsi İnstitutun əsas binasında yox,başqa yerdə yerləşirdi.Fakultəni görmək istəyirdim.Soruşdum,nişan verdilər.Avtobisa mindim Gedəcəyim yeri dəqiq tanımırdım.Avtobusdakı sərnişinlərdən həmin yeri soraqlaşırdım.Axşam üstü idi.Avtobusdakılar işdən sonra ya yorğun idilər,ya danışmaq istəmirdilər.Sorğuma laqeyd,çox soyuq cavab verirdilər: “Sən deyən yerə hələ qalıb”, “yox,bu dayanacaq deyil”- deyə biganə cavab verirdilər.Hər dayanacaqda sorğumu təkrar edirdim.Çünki, avtobusdakılar sanki sorğumu eşidən kimi unudurdular.Növbəti dayanacağa az qalmış,arxa tərəfdə dayanan kimsə,mənə tanış gələn xoş səsi ilə: “Bu dayanacaqda düşün,Sizin dediyiniz bina,bax, bu yolun kənarındadır”- dedi.Bu səmimi səsin sahibinə tərəf çevrildim.Bu qədər laqeyd İnsanın içərisində bu mehriban, təəssübkeş,isti,tanış səsin sahibini görmək istədim.Bu Həsənağa Turabov idi.Avtobus dayandı.Heç təşəkkür etməyə imkan tapmadım. Həsənağa Turabov yenə həmin qayğı ilə:
-Düşün – dedi.
Mən avtobusdan düşdüm Və həmin qısa təmas,o qayğı indiyə qədər də xatirimdədir və ölənə qədər də yadımdan çıxmayacaq…
…Üstündən illər keçdi Həsənağa Turabov 1991- ci ilin payızında,o zaman Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Ədalət Vəliyevlə birgə bizı-atama qonaq gəldi.O zaman qəribə bir hadisə olmuşdu.Şəhərin ən böyük məktəblərindən biri bizim evin yaxınlığında yerləşir.Məktıbin qarşısında şose yolu olsa da,məktəblilərə görə o yola qadağa qoymuşdular ( bu qadağa indiyə qədər də qüvvədədir). Neftçalada ilk dəfə olan Həsənağa Turabovun maşını məktəbin qarşısına gəlir.Bu böyük tənəffüs zamanı baş verir.Həsənağa Turabov atamın evini soruşmaq üçün maşından düşür və bu vaxt məktəbin qarşısında oyanan uşaqlar yerlərində donub qalır.Səs-küy kəsilir.Bir anlıq bütün uşaqlar çaşıb qalır. Gəray bəy- Həsənağa Turabov onların qarşısında dayanıb.Bu səssizlik cəmi bir anlıq çəkir.Sonra elə bir səs-küy qopur ki,gəl görəsən.Uşaqlar bu böyük aktyoru əhatəyə alırlar.Bu qeyri-adi İnsana,başqa planetdən gəlmiş bir İndan kimi baxırlar.Tənəffis vaxtı bitsə də,şagirdləri dərsə çağıran zəng səsi dönə-dönə çalınsa da,uşaqları uzun müddət siniflərə yığmaq olmur.
…Bax həmin o gün,evimizdə,süfrə arxasında,bu dahi,böyük aktyorla,ağır-səngər Azərbaycan Kişisi ilə uzun-uzadı söhbət etmək mənə nəsib olmuşdu.Gəray bəydən danışmışdıq,Kefli İsgəndərdın danışmışdıq,Kəbirliniskidən danışmışdıq… “Dantenin yubileyi” filminə yenicə baxmışdım:- Sizin oynadığınız rollardan ən çox xoşuma gələn Kəbirlinski obrazıdır- demişdim.
-Elə mənim də ən çox xoşuma gələn rolum odur- demişdi.
Həsənağa Turabov kübar xislətli adam idi.Ağayana danışığı vardı. Ölkənin ən çox sevilən sənət adamlarından biri yox,birincilərindən biri idi.Bütün rejissorlar onu öz tamaşalarında,filmlərində görmək istəyirdilər.Dramaturqlar, ssenaristlər məxsusi olaraq onun üçün rollar yazırdılar..
…Və şöhrətin zirvəsində olan Həsənağa Turabovun həyatında birdən -birə böyük, amansız, dəhşətli bir faciə baş verdi.
Polis zabiti olan oğlu, qardaşım Azərin tələbəlik dostu Tərlan xidməti işdə olarkən,qatil gülləsinə tuş gəldi.Qətlə yetirildi.
Həsənağa Turabovu hamı kinofilmlərdə,tamaşalarda çox görüb.Görkəmi əsl bəy,Ağa görkəmi idi.
Tərlanın qəfil, faciəli ölümündən sonra bu əsl bəy görkəmli İnsan hansı vəziyyətə düşdü? Şam kimi əridi.Daha rollara çəkilmədi, tamaşalarda oynamadı Mən onun son şəkillərinə baxıram.Gözlərindəki dərdli ifadə bütün varlığımı üşüdür.Oğlundan sonra gözləri həmişə qəmgin,həmişə pərişan idi.Vəzifıdən getdi.Müxtəlif xəstəliklər onu qarabaqara izləməyə başladı.Ağır,tibbi əməliyyatlar keçirdi.
Sonralar, qızı televizorda deyirdi ki, tez-tez oğlunun məzarının üstünə gedirmiş. Evində də bu barədə heç kəsə bir söz demirmış.Orda,oğlunun məzarı üstündə hansı hissləri keçirirmiş? -Buni,bu başıbəlalı dünyada oğul itkisi görmüş mən bilirəm.
Həsənağa Turabov! Mənim qibtə etdiyim İnsan.Pərəstiş etdiyim İnsan.Sənin ölümün də kişi yana oldu.Oğlunin faciəli ölümünə,onun yoxluğuna dözə bilmirdin.Oğulduz bir dünyanı özünə haram bilirdin.Müalicən üçün yazılmış dərmanları atmırdın.
Bilirəm ki,ayaq üstündə dəyişmisən dünyanı.Ruhun bədənini sən ayaq üstündə olanda tərk edib.Ayaq üstündə,kürəyini evinin divarına söyləmiş vəziyyətdə,ruhunu haqqa təslim etmişən…
…Ölümü ayaq üstündə,mərdi-mərdanə qarşılayan Turabov.Ruhu haqqın dərgahına diş kimi qanadlanan Turabov.Sən indi oğlun Tərlanla ən əmin bir yerdə -Allahın dərgahındasan.Mən Sənə,Sənin Ölümünə qibtə edirəm Həsənağa müəllim.Allah sənin və oğlum Tərlanın ruhunu şad etsin.
AMİN.
28 May 2013

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

METRODA RAFİQ TAĞINI GÖRDÜM…

METRODA RAFİQ TAĞINI GÖRDÜM…

Metro qatarının bir küncündə gördüm
bu gün Rafiq Tağını.
əvvəlcə görə bilmədim ayağını,
aradan illər keçsə də dəyişməmişdi bənizi
qalın şüşə arxasından görünmürdü
həmişə gülümsər gözü
nə adamlar ona baxırdı, nə də o adamlara
deyəsən bu soyuq havada
əyninə qış paltosu yox,
boz qranitdən tikilmiş yay pencəyi geymişdi
Allah bilir, bəlkə də bu şaxtalı havada
əli keyimişdi
qalstuku qapqara idi
köynəyi bəmbəyaz
içəridəki istini boğmaq istəyirdi çöldəki ayaz
qatar nöbvəti syansiyada dayandı
doktor başını aşağı salıb asta, yorğun adamlarla
qapıya yaxınlaşdı
sanki bu anlarda ayaqları nəyəsə,
bəlkə də özünün gizli ağrılarına dolaşdı
indi onun sakitcə dayandığı künc boş idi
hələ zamanın ipini əyirirdi metro qatarının təkərləri
gözüm bayaq onun yaxşı seçə bilmədiyim
ayaqlarının yerinə dikildi-
oradan qapıya sarı uzanırdı qıpqırmızı qan ləkələri
yerimdən tərpənə bilmədim,
eləcə astadan pıçıldıyla dilləndim:

-ay rəhmətlik…
qatar bələdçısı səsucaldanla elan verdi: “stansiya Əhmədli…”

20.11.2020

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Likovlar ailəsinin hekayəti

1936-ci ildə Karp Likov Stalin rejiminə etiraz edir. Xanımı və uşaqları ilə tayqa meşələrinə gedir. Mənfi 40 dərəcə temperatura düşən bu ərazidə yaşamağa başlayırlar.

Akulina həkimsiz özü Dmitri və Agafyanı dünyaya gətirir. Onlar çovdar və kartof əkirlər. Ov edirlər. Heyvanların dərisindən özlərinə paltar tikirlər.

40 il Likovlar ailəsi dünyadan təcrid olunmuş şəkildə yaşayırlar. Onlar bilmirdilər ki, 2-ci Dünya Müharibəsi olub. Stalin ölüb. İnsan kosmosa uçub.

Geoloqlar 1978-ci ildə təsadüfdən onların yaşadığı yeri aşkarlayır…

Mənbə və müəllif: Nəcəf Əsgərzadə


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İqbal Nəhmət – MƏN ƏSGƏR ATASIYAM!

MƏN ƏSGƏR ATASIYAM!

Şeirim süngü, sözüm güllə,
Uzaq gördüm bu mənzillə,
Ey dostum, tanışım dinlə
Mən əsgər atasıyam!

Yağış, külək yel mənimdir,
Bu torpaq, bu el mənimdir,
Araz boyda sel mənimdir,
Mən əsgər atasıyam!

Damağı çağ gedib-gəlsin,
Aran, ya dağ gedib- gəlsin,
İnşallah sağ gedib-gəlsin,
Mən əsgər atasıyam!

Qaynaram, coşan adamam,
Nəğmələr qoşan adamam,
Sözlə vuruşan adamam,
Mən əsgər atasıyam!

Yaşamışam yetən üçün,
Yol olmuşam itən üçün,
Böyütmüşəm Vətən üçün,
Mən əsgər atasıyam!

Nəhmətim gözümün odu,
Sevincim dünya boydadı,
Elcanım verdi bu adı,
Mən əsgər atasıyam!

Müəllif: İqbal Nəhmət

İQBAL NƏHMƏTİN YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarixdə “Teymur məğlub oldu” yazılmayıb

Tarixdə “Teymur məğlub oldu” yazılmayıb
Sıfırdan qurduğu “Böyük Teymurilər İmperatorluğu” ilə 3 qitəni titrədən, 27 sultanı diz çökdürən, 20 böyük yürüşün hamısında qalib gələn, heç birində məğlub olmayıb adını tarixə “Yenilməz Xaqan” kimi yazdıran Əmir Teymur yüzlərlə müharibə aparmışdır.

Sibirdə mənfi 40, Hindistanda 60 dərəcə istidə döyüşdü.İştirak etdiyi heç bir müharibədə məğlub olmadı, 4 milyon kvadrat kilometr ərazi ilə demək olar ki, bütün Asiyaya hökm etmiş, Avropanın bütün krallarından beyət məktubları almışdır. Osmanlının 3 dəfə mühasirəyə alaraq ələ keçirə bilmədiyi İzmiri, O, 7 gündə almışdır. Çingiz xanın çətin şərtlər üzündən geri döndüyü, İskəndərin 6 ildə ələ keçirə bilmədiyi Hindistanı 12 ayda fəth etmişdir. Halbuki tarix İskəndəri Böyük, Teymuru isə barbar adlandırmışdır.

Ancaq unutmayaq ki, tarixin heç bir səhifəsində “Teymur məğlub oldu” yazılmayıb.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – HƏLƏLİK

HƏLƏLİK

Əlvida deməyə dilim gəlməyir,
A yollar, döngələr, izlər, hələlik!
Bir ovuc arzu var- qalıb əlimdə,
Bütün varlığımda sızlar hələlik.

Səhərdən asılan çənli yamaclar,
Axşamı bağrına basan ağaclar.
Elə gəncliyindən ağaran saçlar,
Yol çəkən baxışlar, gözlər, hələlik.

Kölgələr uzanır daş ayağına,
Çöllər sığınıbdır dağ qucağına,
Necə çəkir məni uşaq çağına –
O köhnə havalar, sazlar, hələlik.

Alim də, şair də düşdü adıma,
Qalxdım pillələri tək-tək – addıma.
..Yenə bir quş səsi düşdü yadıma,
Şeirlər, misralar, sözlər, hələlik.

Dildəki bu salam-duam sizədir,
Ah-amanım sizə, nidam sizədir,
Edib- etmədiyim vidam sizədir,
Ey ana olmayan qızlar, hələlik.

05.02.2026

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GƏLİN ETİRAF ETMƏYƏ CƏSARƏT TAPAQ, GİZLƏTMƏYƏK

GƏLİN ETİRAF ETMƏYƏ CƏSARƏT TAPAQ, GİZLƏTMƏYƏK!

Mən bir tərcüməçi kimi uzun illərdir bu peşə ilə məşğulam, bu peşənin çətinliklərini, tələb etdiyi dəqiqliyi, məsuliyyəti çox gözəl bilirəm. Zaman dəyişir, texnologiyalar sürətlə inkişaf edir. Bu gün tərcümə sahəsində çalışan bir şəxs olaraq bildirməliyəm ki, süni intellektin imkanlarından istifadə etməmək vaxt itkisi, enerji itkisi və bəzən də keyfiyyət itkisi deməkdir.
Bəli, mən ChatGPT kimi alətlərdən bütün məqsədlər üşün, yəni informasiya əldə etmək, müxtəlif səpkili tərcümələr etmək və s. məqsədilə istifadə edirəm və bunu etməyə məcburam. Çünki bu alət mənim işimi daha sürətli, daha sistemli və HƏTTA DAHA KEYFİYYƏTLİ yerinə yetirməyə kömək edir. Amma bu o demək deyil ki, tərcümə süni intellekt tərəfindən edilir və mən sadəcə “copy-paste” edirəm. Əsla!
Mətnin:
-terminoloji düzgünlüyünü,

-üslub uyğunluğunu,
-elmi və ya bədii baxımdan kontekstə uyğunluğunu,
-insan tərəfindən başa düşülən formada redaktəsini yenə də mən edirəm.
Süni intellekt alətləri mənim rəqibim deyil – əməkdaşım, yardımçımdır. Mən onu düzgün istifadə edirəm və nəticədə sifarişçi də, oxucu da keyfiyyətli tərcümə alır.
Tərcümə sahəsində dünyada qəbul olunmuş və sınaqda keçirilmiş gündəlik fiziki yük bir tərcüməçi üçün 5-8 səhifədirsə (1500-2400 söz), 60 səhifəlik texniki və ya elmi mətni bir gün ərzində vaxtında, keyfiyyətlə yerinə yetirmək üçün bu alətlərdən istifadə labüddür. Bu, zəiflik deyil – zamana uyğunlaşmaqdır.
Ancaq burada başqa bir məsələ də var. Bura digər peşə sahiblərinin, məsələn, yazıçıların, tədqiqatçıların, həkimlərin, hüquqşünasların və digər mütəxəssislərin bu cür xidmətlərdən geniş istifadə etmələrinərinə baxmayaraq, onlara qarşı heç bir mənfi reaksiya və hücum olmur. Amma tərcüməçilərə gələndə sanki dünya başımıza yıxılır, sifarişçilərin beyni çönür, həngamə başlayır, süni narazılıqlar yaranır, tərcüməçilərin ağır, gərgin əmək sərf etməklə istismar olunmaqlarından sanki zövq alan qeyri-adekvat davranış və şıltaqlıq nümayiş etdirməyə çalışırlar.
İnsan beyninin 75%-i sudur, onun bu gün süni intellekt imkanlarından daha geniş imkanlara malik ola bilməsi bu gün artıq şübhə altındadır. Mən 1980-ci ildən tərcümə ilə məşğulam. O dövrlərdə nə Google Translate, nə də ChatGPT var idi. Biz artıq zamanın sınağından keçmişik və o zamanlar da peşəkar şəkildə işimizi görməyə çalışırdıq. İndi isə bu resursları istifadə etməyimizə görə təzyiq altına alınırıq – bu, qəbul edilə bilməz! Bizim işimizin nəticəsi olaraq, süni intellektin imkanlarından istifadə edərək əldə etdiyimiz ilk məhsulun arxasında yenə də biz dayanırıq, süni intellekt yox. Sifarişçilərin, tərcüməçinin iş üslubuna, iş mexanizmlərinə müdaxilə etməsi, tərcüməçinin təqib olunması heç bir etik çərçivəyə sığmır. Bir o qalıb ki, həmin insanlar biz tərcüməçilərə yatmaq, yemək və s. rejimləri, hətta onlayn lüğətlərdən belə istifadə etməməyi də diktə etsinlər.
Gəlin, işıq gələn yerə papağımızı tıxamayaq, inkişafın qarşısını almayaq. Bu, günün tələblərinə uyğun olaraq peşəkar tərcüməçilər də texnologiyalardan istifadə edirlər, bu heç də zəiflik deyil, sadəcə bir əməkdaşlıq formasıdır.
Buna etiraz etməyi başqa bir şeylə müqayisə edə bilərəm:
Evimizdə paltaryuyan maşın var, amma paltarlarımızı əllə tasda yumağa çalışmalıyıq.
Evimizdə tozsoran var, amma hələ də evimizi süpürgə ilə təmizləməliyik.
Ətçəkən maşınımız var, amma əti ağac toxmaqla əzməliyik.
Telefonlarımızda WhatsApp və Messenger var, amma məktublarımızı əl ilə yazıb poçtla göndərməliyik.
Bu cür müqayisələr çox ola bilər. Texnologiyanın inkişafını qəbul edək, ona uyğunlaşaq və hər zaman peşəkarlığımıza sadiq qalaq. Bizim işimiz sadəcə texnologiyanı düzgün istifadə etməkdir – texnologiya bizim köməkçimizdir, rəqibimiz deyil.
Tərcüməçi zəhmətini kiçiltməyək – bu peşə həm çətin, həm də yaradıcı əməkdir.
Hörmətlə,

31.08.2025-ci il

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Finlandiya Respublikasının keçmiş Prezidenti Tarja Halonen

Finlandiya Respublikasının keçmiş Prezidenti Tarja Halonen

O, iki dəfə Finlandiya Prezidenti olub.
Və yenə də o, küçədə köhnəlmiş paltarda oturub başqalarının hər gün hiss etdiklərini hiss etməkdən çəkinmir…

Bu fotodakı qadının mərhəmətə ehtiyacı yoxdur. Onun mərhəmət “tökülməsinə” ehtiyacı yoxdur. O, yalnız iki şey istəyir:

-qəlbimizdən bir az insanlıq,

-və mühakiməyə öyrəşmiş insanlardan bir az aydınlıq.

Bu, Finlandiya Respublikasının keçmiş Prezidenti Tarja Halonendir. Onun adı burada yaxşı tanınmaya bilər, amma o, iki dəfə dövlət başçısı seçilib və liderlik illərində Finlandiya dünyanın ən uğurlu ölkələri arasında mövqeyini inamla möhkəmləndirib:
təhsil, səhiyyə, sosial müdafiə və infrastruktur sahəsində.

Finlandiya təkcə gözəl göllər və sakit şəhərlər deyil. O, həmçinin güclü, dünyaca məşhur şirkətlərin – Nokia, Wärtsilä, Polar-ın evidir.

Amma ən diqqət çəkən şey başqa bir şeydir.

Bu foto sosial media kampaniyasının bir hissəsidir. Həmin əsərdə keçmiş prezident ikinci əl paltarlar geyinmiş və saatlarla evsiz oturmuş, qaçqınların, evsizlərin və cəmiyyət tərəfindən tez-tez nəzərdən qaçırılan insanların reallığını heç olmasa bir anlıq yaşamağa çalışmışdır.

O, sadə, lakin dərin dürüst bir şey demişdir:
“Mən qaçqın və ya dilənçi ola bilərdim. Prezident olmağım sadəcə taleyin işi idi.”

Və insan böyüklüyü də elə buradadır.
Vəzifədə deyil. Vəziyyətdə deyil.
Amma həyatla bağlı qalmaq, fərqli şəraitdə doğulsaydın kim ola biləcəyini heç vaxt unutmamaq bacarığında.

Bu dünya varlılar xeyriyyəçilikdən danışanda deyil, daha yaxşı bir yerə çevrilir.
Amma güclülər vicdanlarını itirməyəndə.

Məlumatı hazıladı: Leyla Hüseynzadə

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Literary magazine “Yazarlar” published in Azerbaijan, led by Editor-in-Chief Zaur Ustac

Literary magazine “Yazarlar” published in Azerbaijan, led by Editor-in-Chief Zaur Ustac

With pride and esteem, we receive a certificate of appreciation from the literature magazine “Yazarlar”, published in Azerbaijan, led by the editor-in-chief Zaur Ustac, writer and journalist Jahongir Mirzo
The magazine honored several newspapers and magazines leading in cultural journalism from all the countries of the world, among them the Masar Arabi newspaper for their contributions to the cultural bridge expansion
All thanks and gratitude
With great pride and honor, we receive the certificate of appreciation from the literary magazine “Yazarlar” published in Azerbaijan, led by Editor-in-Chief Zaur Ustac and writer-journalist Jahongir Mirzo. The magazine honored several leading newspapers and magazines in cultural journalism from around the world, including Al-Masar Al-Arabi, for contributing to building cultural bridges. All thanks and gratitude >>> Ədəbiyyat səfiri (link unavailable)
https://yazarlar.az/2026/02/05/ed%c9%99biyyat-s%c9%99firi/

Turkia Loucif

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"