Etiket arxivi: Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski

DAİM UCALIQDA – ELÇİN ŞIXLI – 69

DAİM UCALIQDA – ELÇİN ŞIXLI – 69

Bu gün əziz və doğma insan, ulu şəcərəsi, sonsuz alicənablığı, nəhayətsiz kübarlığı ilə özümə simsar bildiyim, müəllifi olduğum bütün verilişlərin istisnasız şəkildə qonağı olmuş Elçin Şıxlının doğum günüdür.Elçin bəylə ilk tanışlığım “Sətirlər” verilişinin çəkilişləri əsnasında olub.O vaxt ilk dəfə olaraq iki hissəli proqramımızı məhz Xalq yazıçısı İsmayıl Şıxlıya həsr etmişdik.Hər buraxılışı 34 dəqiqəlik xronometrajı olan veriliş çox baxımlı alınmışdı.Rəhmətlik İsmayıl Şıxlının həlim, ağayana səsyazısını radionun fonotekasından köçürdüb aparıcımız Mehriban Zəki ilə xəyali dialoq şəklinə salmışdım.
Çəkilişləri isə Mərdəkanda qonağımızın bağ evində aparmışdıq.”Sətirlər” ə xeyli hörmət gətirən həmin iki hissəli proqram davamlılığımızın təminatı oldu.
Elçin Şıxlının çox böyük nüfuza sahib olduğunun dəfələrlə şahidi olmuşam.Bir dəfə soyuqlu-sazaqlı fevral ayında, İçərişəhərdə restoranların birinə sığınıb çəkilişlərimizi aparırdıq.
Müsahibimizin Elçin bəy olduğunu görən restoran rəhbəri İsmayıl Şıxlıya sonsuz hörmətini izhar etdi və beş dəqiqə keçmədi ki, süfrəni paxlavalarla doldurtdu, bizə müxtəlif mürəbbə çeşidləri ismarladı.
Ofisianta:
-“Müəllimin çayını təzələyin!” – deyib, Elçin bəylə və bizimlə dostanə şəkildə söhbətə qoşuldu.Təxminən həmyaş olan bu insanlar mexaniki şəkildə ana dilindən rus dilinə keçdilər; Bakının 70-ci illərindən zövqlə danışdılar və sanki 40-50 il öncəyə birgə səyahətə çıxdılar. Soyuq qış ayında onları bu sıcaq söhbətdən ayırmağa heç kəsin ixtiyarı çatmazdı.Onlar danışdılar, ta ki, özləri söhbətlərinə vergül qoyana kimi. “Vergül” deyirəm, çünki o cür görüşlərə “nöqtə” qoymaq özü də qəbahətdir.
Hamımıza xoş gələn bu davranış çəkiliş üçün bizə əlavə şövq verdi: qırışımızı açdı, ruhumuzu təzələdi, ovqatımızı yüksəltdi.
Elçin Şıxlı həm də bir təvazö nümunəsidir.Çəkilişdə bizimlə salamlaşan bir dəstə gənclərə İsmayıl Şıxlının şəxsiyyətindən, yaradıcılığından söhbətə başladım ki, mütaliədən min ağac gen gəzən yeniyetmələr heç olmaya o cür nasirlərimizin adını duysunlar.Elçin bəy həlim səslə, yavaşca qoluma girərək:
-“Uğur, lazım deyil” – dedi.
Mən onu başa düşdüm.Bu gün də başa düşürəm ki, bu cür insanlar yurdumuz üçün bir qənimətdir, bir saxlancdır.
Elçin bəy, arzum var ki, daim o ucalıqda qalasınız, hələ neçə illər sağlam və hüzurlu ömür yaşamağınız diləyi ilə…
Yeni yaşınız mübarək!

Tarix olmuş anlar:

Hörmətlə, Turan Uğur
AYB-nin və AJB-nin üzvü
04 oktyabr 2026-cı il,
Bakı.

TURAN UĞURUN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AJB sıralarında yeni üzvlər

Sentyabrın 21-də Azərbaycan Jurnalistlər Birliyində üzvlüyə yeni qəbul olunmuş qələm sahiblərinə, jurnalistlərə Birliyin vəsiqələri təqdim edilib.Təqdimat mərasimi AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlının çıxışı ilə başlayıb.Elçin Şıxlı Birliyə üzv qəbul olunmuş jurnalistləri təbrik edib, onların medianın müxtəlif sahələrində fərqləndiklərini vurğulayıb.Birliyin sədri “Türküstan Media Qrupu” nun baş redaktoru Aqil Camalı, təcrübəli telejurnalist Gülayə Xəlilovanı, “ÇAĞRI.az” saytının baş redaktoru Mübariz Yunuszadəni və başqa həmkarlarını təbrik edib. Elçin Şıxlı yazıçı
Turan Uğurun illərlə AzTV-də hazırladığı verilişlərlə türkçülüyümüzə verdiyi töhfələrdən bəhs edib.
Təqdimat mərasimində media mənsubları ürək sözlərini dilə gətiriblər.Təqdimatın sonunda jurnalistlər xatirə fotoları çəkdiriblər.

“Yazarlar” olaraq həmkarlarımızı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin doğum gündür!

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin dünyaya göz açdığı gündür.

Elçin Şıxlinski 4 oktyabr 1957-ci ildə Bakı şəhərində məşhur yazıçı İsmayıl Şıxlının ailəsində anadan olub. 1974-cü ildə 190 saylı orta məktəbi bitirib. 1974-79-cu illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində ingilis və alman dilləri müəllimi ixtisası üzrə təhsil alıb.

2001-ci ilin yanvarından “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

YAZARLAR cameəsi adından Elçin müəllimi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

A J B-NİN SƏDRİ ELÇİN ŞIXLİNSKİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru