ŞEHİTLER HIYABANINDA AY YASLI Ah Karabağ’ı görmedim Ben hiç Azerbaycan’ı görmedim Gözlerim o topraklarda asılı Bir Gence sabahında yüreğim yaralı * * * Fuzuli’den bir gazeldir Hazar Şehriyar üç renkli bayrağa bakar Şehitler Hıyabanı’nda ay yaslı Bir Bakü sabahında yüreğim yaralı * * * Türkiye’den Azerbaycan’a selam olsun Ey Karabağ azatlığın kutlu olsun Ve benim gönlüm milletime sevdalı Bir Şeki sabahında yüreğim yaralı. (Şehid düşen Azerbaycanlı vatan evladına minnet ve rahmetle…)
ÜÇ RƏNGLİ Üç rəngli bayrağı var Anlı açıq üzü ağdır Ölkələrin arasında Bir çırağdır Azərbaycan. * * * Mətinləşib ucalırsan Uca taanrı duasıyla Daim gücün qüddrətinə Ucalırsan Azərbaycan * * * İndi iri addımlarla Yüksəklərə ucalırsan Bu günümlə fəxr edirik Yaşa-yaşa Azərbaycan * * * İndi iri addımlarla Yüksəklərə ucalırsan Bu günümlə fəxr edirik, Yaşa-yaşa Azərbaycan. * * * Hər an düşmən üzərinə Zəfər çaldın Azərbaycan. Xalqımızın hünəriylə Möhrün vurdun Azərbaycan. * * * Günəş kimi şüasını Yaydı bütün ölkələrə. Öz zəhmətin qüdrətiylə Qalxdı yenə Azərbaycan. * * * Zirvələrin zirvəsidir Qızıl odlar ölkəsidir Bol gülüşlü bol zəhmətli Halal zəhmət ölkəsidir.
QAZİ, ŞƏHİDLƏRİN HAQQI İTMƏSİN!… (bütün qazi, şəhidlərimizə həsr edirəm) Üç min şəhidinin qanına qurban, O məzar daşından boylanıb baxan, Vətən şəhidlərin qanına qurban, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Balasın itirib məğrur dayanan, Silib göz yaşını, meydan oxuyan, Şəhid anasının ömrünə qurban, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Şəhidlər veribdir vətən borcunu, Qazilər itirib həyat yolunu, Kimisi gözünü, kimi qolunu, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Danışıb deyilər tarixlər boyu, Kiminin qalmadı, kəsildi soyu, Yarıda qalıbdır kiminin toyu, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Qazilər gələndə qalxaq ayağa, Tarixlər çəkibdir bizi sınağa, Qalx, gedək hər il biz o məzarlığa, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Zəhəri paketlə göndərək getsin, O, namərd düşmənin sonun bitirsin, Bir daha analar fəryad etməsin, Qazi, şəhidlərin haqqı, itməsin!…
AZƏRBAYCAN Torpağının qüdrəti var, Tükənməzdir, sərvəti var, Planetdə hörməti var. Bir soraq ver, sən o taydan, Azərbaycan, Azərbaycan! * * * Yaralanıb qəlbin sənin, Qövr eyləyir, dərdin sənin, Başa gəlmir, əhdin sənin. Bir soraq ver, sən o taydan, Azərbaycan, Azərbaycan! * * * Qeyrətinə kəm baxan var, Ar-namusu həm satan var, Zəhərlidir, bir yatan var. Yatanları qov obadan, Azərbaycan, Azərbaycan! * * * Ana yurdum, sən ayıq ol, Düşmən çoxdur, həm sayıq ol, Göz tökməyə gəl layiq ol. Səsin gəlsin o diyardan, Azərbaycan, Azərbaycan! * * * Didərginlər dözmür daha, Şairlər də yazmır daha, Hökümət də baxmır daha. Qılıncını çıxart qından, Azərbaycan, Azərbaycan! * * * Mil düzündə köckün olur, Qarabağda itkin çoxdur, Harayına gələn yoxdur. Yoxdur səni bir oyadan, Azərbaycan, Azərbaycan!
BÜLBÜL Bülbülərin cəh -cəh vurmur, Sikəstələr heç oxunmur. Dayaq dursun o, Yaradan, Azad olsun hər bir insan, Azərbaycan, Azərbaycan! * * * Yaraşıq verirsən çölə-çəmənə, Səni gəlməyəsən görüm, heç dilə. Beşikdə körpə də uydu səsinə, Başın bəlalıdır, bəlalı bülbül… * * * Çöl, meşə oyanır, səsin gələndə, Ləçəkləri gülün, solur çəməndə. Tutub saxlayırlar, səni qəfəsdə, Səsinin oduna, yanırsan bülbül.. * * * Ah-nalə qoparıb, imdad dilədin, Azadlıq kəlməsin, icad eylədin. Qəfəsdə yaşayan, sən tək deyildin, İnsanda can verir, qəfəsdə bülbül… * * * Sehirli səsindir, bəla gətirən, O Xarı gülü də, sən sən gətirən. Oxu göz yaşımı, məndə tökürəm, Qəfəsdə görəndə, kimsəni bülbül. * * * Ümüdlə gözlədim, azadlıq yolun, Bağlıdlr mənimdə bu gün yollarım. Oxu, qoy səsinlə mən azad olum, Bəlkə xilas etdim, səni də bülbül… * * * Azad təbiətin, azad quşusan, Bilirəm hiyləylə tora düşmüsən. Təbiət günahsız, niyə küsmüsən? Dünyamız hiylədir, unutma bülbül… * * * Xəbərsiz yaşadın, burda yuvandan, Xəbər verən yoxdur, sənə balandan. Bəlkə də bağlıdır yolun, haçandan? Sorağın verən yox, balana bülbül…
AZƏRBAYCAN ƏSGƏRİ Addımı aram -aram, Deyir düşmənə varam, Azərbaycan oğluyam, Azərbaycan əsgəri. * * * Sücaətli hünəri, Var dünyada hörməti, Yayılıb şan-şöhrəti, Azərbaycan əsgəri. * * * Hər birinin and yeri, Zəfərsiz dönməz geri, Məhv eyləyib düşməni, Azərbaycan əsgəri. * * * Sözlərini sərt deyir, Bu mənfur düşmənlərdən. Hesabını sor deyir, İtib getsin elmdən, Yumruğunu vur deyir.
MƏRKƏZİ POÇTXANA Mərkəzi poçtxana, əlac et yenə Havayı düşməyib buraya yönüm. Pənah gətirmişəm könlümü sənə, Bir gör neyləyirsən gözünə dönüm. * * * Bu payız küsəcək məndən Qarabağ, Yollarda qalacaq gözü yolların. Payım budaqlardan özün asacaq, Bağrı çatlayacaq gülöyşə narın. * * * Üstə dizin-dizin iməklədiyim Torpağın könlünü nə təhər alım? Anamdır, bəs ona nə təhər deyim, Yanına gəlməyə yoxdur macalım. * * * Mənə kod göstər ki, zəng vura bilim Dağların marala qalan çağına. Pərişanlığımı çatdıra bilim, Otların sarala qalan çağına. * * * Morze əlifbanı tanrı bilərəm, Bu işi boynuna götürə bilsən. Tamarzı könlümü bu saat, bu dəm Bir acı yovşana yetirə bilsən. * * * Olarmı təcili teleqram verim, Qönçə balaları solan güllərə. Sovqat öpüşüm var, necə göndərim Çörəkli çöllərə, barlı çöllərə? * * * Bir quşam mənimki gətirib belə, Çıxmaz ürəyimdən Əppəkli dərə. Həsrətim çatarmı görən poçt ilə Qızıl kövşənlərdə bildirçinlərə?! * * * Mərkəzi poçtxana sifarişim var, Amandır qoyma ki, gec eləsinlər! Xəbər ver, cənuba köçən durnalar Bu gecə qəlbimdə gecələsinlər. * * * İndeksi olmayan bu məktubları Yalqız yuvalara çatdır bir təhər. Həsrətim oranı isitsin barı Sahibi qürbətdən gələnə qədər. * * * Payız sularının layla səsini Anamın ətrini hardan alım bəs? O yerə burnumun göynərtisini Teleqraf telləri apara bilməz. * * * Mərkəzi poçtxana, əlac et yenə Havayı düşməyib buraya yönüm. Pənah gətirmişəm könlümü sənə, Bir gör neyləyirsən gözünə dönüm! Müəllif:Şahmar ƏKBƏRZADƏ
VƏTƏN ŞEİRİ (“Və-Tən”) Sui-qəsd ediblər şan-şərəfinə! Edam olunubdur beş hərfin də! “Və” keçib sərhəddin o tərəfinə, “Tən”qalıb sərhəddin bu tərəfində! * * * İmkan yox tikanlı sətri pozmağa, Pozanım olsa da, poza bilmirəm. Ürəyim gəlməyir bütöv yazmağa, Mən səni bitişik yaza bilmirəm. * * * Sən iki hecalı bir sözsən “və-tən!” Sətirdən-sətrə ķecirilmisən!!! 1966. Müəllif: Şahmar ƏKBƏRZADƏ
Tarixi mənbələrdə “Azərbaycan” adı kifayət qədər nəql edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı guya Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Azərbaycan adının mənşəyi qədim fars dilində od(alov) yurdu mənasına gəlir. Biz bu adla ilk dəfə Atropatena dövləti zamanı tanış olmuşuq. Belə ki, Atropatena dövlətinin digər adı Adərbayqan olmuşdur. Qeyd etdiyimiz kimi bu adın mənası alov yurdu deməkdir. Çünki, sözügedən illərdə Zərdüştlüyün yəni atəşpərəstliyin qibləsi Qazaka(indiki Təkab) şəhərində idi. Ərəblərin yaxın şərqi işğalından sonra xəlifələr işğal etdikləri ərazilərə valilər təyin etmişdir. Azərbaycan ərazisinə də I Müaviyə tərəfindən canişin Ubeydullah təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, əməvi- ərəb mənbələrində Azərbaycan ərazisi Dərbəndən-Zəncana qədər sərhədlənmişdir. Yaqub Həmədani Möcəmul-buldan kitabında Ərdəbilin də Azərbaycana aid olduğunu yazır. “… O cümlədən Ərdəbil barəsində soruşulduqda (ora)Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindəndir və islamdan əvvəl oranın mərkəzi olmuşdu.”
İslam mənbələrində isə Azərbaycan adı Savalan dağı ətrafındakı ərazi olaraq qeyd edilir. Belə ki, əl-Qeybət kitabında qeyd olunur ki, Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, Hər kəs «فَسُبْحانَ اللَّهِ حِینَ تُمْسُونَ…»- ayəsindən «…وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi(Rum surəsi 17-19) oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi, ey Allahın rəsulu, Savalan nədir? Buyurdu: «Azərbaycan torpaqlarından bir məntəqədir ki, behiştin bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ordadır.Fikrimizcə, sözügedən peyğəmbər Cərcis peyğəmbərdir. Ümumilikdə qeyd edək ki, VII və VIII əsrlərdə ərəb-islam qaynaqlarında Azərbaycanın adı və sərhədləri qeyd edilir.
Qədim Azərbaycan şairi Qətran Təbrizi də öz Divanında Azərbaycan adına toxunur. O, 1020-1060 cı illərdə hakimiyyətdə olmuş Rəvvadi hökmdarı I Vəhsudana “Şahi Azərbaycan” yəni Azərbaycanın şahı olaraq xitab edir.
Qətranın əlyazmasından nümunə:
بزم از این تازه چو ازماه دو هفته آسمان چون ستاند جام میرا زوخداوند جهان جعفر آنکو کرد زر جعفری را ، امکان عیب دانم خواندن اور شاہ [آذربایگان] کوهمه دیتى بگيردگیشودهمداستان؟ بسندی گیتی همه چون خسروان باستان زوزدندی گاه بخشیدن بمردی داستان وزتن شيران برون آرد بضربت ارغوان از خدنگ او تن حاسد بچفندچون(۱)کمان
Azərbaycanın görkəmli hökmdarı olmuş Şah İsmayıl Səfəvi şimal-şərqi Azərbaycanı fəth edərkən müridləri Gülüstan qalası ətrafında dayanmış və Şah onlara Azərbaycan taxtına sahib olmaq istəyini sətiraltı ifadə ilə söyləmişdir. “İsgəndər bəy Münşi Səfəvi dövlətinin qurulması ərəfəsini belə təsvir edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi… O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”
Azərbaycanlı anlayışı nədir?!
Azərbaycan adı qədim olduğu kimi Azərbaycanlı adının da qədimliyinə dair dəlillər vardır. İlk öncə qeyd edək ki, “Azərbaycanlı” anlayışı İ.V.Ç Stalin tərəfindən türklüyə damğa vurmaq məqsədi ilə yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk xalqın adıdır, Azərbaycanlı isə milliyyətin kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(tatlar, talışlar, çeçenlər, ləzgilər, udinlər, avarlar, saxurlar, tatarlar, yahudilər və.s) xalqlar vardır ki,bu xalqların əksəriyyətinin tarixi-ana vətəni məhz Azərbaycandır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi nəzərdə tutulur. “Mən Azərbaycanlıyam” deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam ifadəsini diqqətə çatdırırıq.İddia olunduğu kimi XX əsrdə yaranan “anlayışın” yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:
Nizami Gəncəvi ədəbiyyatşünaslıqda türk olaraq qeyd olunur, həqiqətə o türkdür. Lakin, nisbəsi Gəncəvi(Gəncəlidir). Yəni, tarixi Gəncə şəhərinin övladıdır. Nizaminin Gəncəvi olması türklükdən uzaqlaşdırırmı?! Xeyr, hətta biz Nizaminin məhz Gəncəvi olması ilə onun türk olduğunu sübut edirik. O cümlədən, Azərbaycanlı deməklə biz tarixi Azərbaycan torpağında yaşadığımızı qeyd edirik. Habelə, türk olmayan millətləri də ümumiləşdiririk. Milliyyət və xalq məsələsi fərqli anlayışlardır. Məsələn :türk, talış, ləzgi fərqli – fərqli xalqlardır . Danışdıqları dil,genetika,eyni zamanda adət-ənənə arasında müəyyən fərqlər var, lakin, biz ümumi Azərbaycanlı ifadəsini işlətdikdə dilindən, millətindən,dinindən və irqindən aslı olmayaraq hər kəsi tarixi Azərbaycan torpağının övladı olaraq təqdim edirik. Bizi 10 milyon əhali edən də məhz Azərbaycanlı anlayışıdır.
Azərbaycanlı anlayışının tarixiliyinə dair bir başqa dəlil isə qədmi fəlsəfə alimlərimizin nisbəsinin əl-Azərbaycani (Azərbaycanlı) olmasıdır. Bunlara misal olaraq 993-1067- ci illərdə yaşamış filosof alim Əbülhəsən Bəhmənyar Əl-Azərbaycanini nümunə çəkmək olar.
Ondan əlavə 1115-ci ildə vəfat etmiş nasir və şairimiz Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, habelə, islam filosofu 1010-cu ildə vəfat etmiş Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani ni misal vermək olar.
Mənbələr :
Əl-Qeybət kitabı səhifə 194
Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
Can qurban beləsinə, Xalı, Haqq qələmindən Kimdə var belə sinə??? * * * Mən aşiqəm bu vaxta, Bu zamana, bu vaxta, İnan, ruhum gəlməyir Cismim olduğu taxta. * * * Mən aşiq, sübh çağına, Enəydim yar bağına, Alma cavan saxlayır Nar daddı damağına. —————————————————– مه ن عاشیق بئـلـه سینـه جان قوربان بئـله سینـه خالی حاق قه له مینده ن کیمده وار بئـله سینه؟؟؟ * * * مـه ن عاشیقـه م بو واختا بو زامانا بو واختا اینان روحوم گه ل مه ییــر جیسمیم اولدوغو تاختا. * * * مه ن عاشیق صوبح چاغینا ائنه ی دیم یار باغینا آلمـا جاوان ساخلاییر نار داددی داماغینا.
DOSTUMA Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə , o ürək, daşdı, əzizim. Ayrılıq bir dərddi, olmaz gərəyin, Çarəsi gözlərdə yaşdı, əzizim. * * * Ürək geniş olsa, yerin dar olmaz, Sevən könüllərdə dərd, azar olmaz, Gözü oynayandan sənə yar olmaz, Məhəbbət ağılla xoşdu, əzizim. * * * Hər yaşın sevgisi ruha dayaqdı, Yüz insan seyr edir, baxma, oyaqdı, Bir qoca kiminsə gözünə baxdı, Dalınca dedilər, çaşdı, əzizim. * * * Məhəbbət yandıran, alovlu yoldu, Neçəsi alışdı, yarıda qaldı, Kimi dəli etdi çöllərə saldı, Dedilər həddini aşdı, əzizim. * * * Neçə canda neçə sevgi boğular, Qocalarıq, eşq, məhəbbət soğular, Sevgi də beyində, başda doğular, İnsanı var edən başdı, əzizim. * * * Ay Murad, ayıq ol ,yuxudan oyan, Naşıdı dünyanın malına uyan, Eşqdən xumarlanıb, iyini duyan, Ləzzət alan, gözlə qaşdı , əzizim.
ÖVLADLARIMA Dünya, fani dünyadır, Öz ağlınla otur, dur. Laylay çalır, oynadır, Axırda qalib odur. * * * Yıxıldınsa, çalış dur Qorunma yedəklərdə. Özünə bir koma qur, Sürünmə ətəklərdə. * * * Öz qədrini özün bil Özgəyə möhtac olma! Eşqlə yaşa, sevin, gül, Çalış, işlə, ac olma! * * * Ümid olma heç kəsə, Nəyin varsa, yiyə dur. Girmə heç kimlə bəhsə, Ağıllısı, bax budur! * * * Pisi yaxına qoyma, Sadə davran, ayıq ol. Yalana, küyə uyma, Aldanarsan, sayıq ol. * * * Yalqız olma həyatda Təklik bir həyat deyil. Yandırsalar da odda, Ancaq Allaha əyil. * * * Nəfsinə qul olma sən, Tamahında batarsan. Səbr eyləyib gözləsən, İstəyinə çatarsan. * * * Təkəbbürlü olma heç, Tanrı sevmir dikbaşı. Sən gəl günahından keç, Adam olmur hər naşı. * * * Dərdi yaxına qoyma, Həyatda pozitiv ol! Yaxşılıq elə, doyma, Pisliyə heç açma yol! * * * Həyat, mübarizədir, Sabaha yoxdur güman. Mənim sözüm sizədir, Halal olun hər zaman!
İNCƏ DƏRƏSİ Nə gözəl mənzərədi Ruhumu alıb gedir. Bəlkə, buna görədi Əhvalım göylərdədi. * * * Yaradandan bəndəyə Lütf olan gözəllikdir. Ruhum dil açır deyə Yarəb, dünya mənlikdir. * * * Ətrafımda quş səsi Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdir. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdir. * * * Bütün dərdi-sərini Burda unutmaq olur. Könlüm məzar yerini Sonunda burda bulur. * * * Bura arxam, güvənim Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Bu yaşımda anladım, Ömrü harda bitirdim. Öz-özümü danladım Gör, nələri itirdim. * * * Bu yurdun torpağına, Daşına qurban olum! Gələcəm ayağına İncə dərəm, son yolum!
XEYİR GÖZLƏ Hər işdən bir xeyir gözlə, Şəri ancaq xain istər. Dərd ovunmaz adi sözlə, Bir istilik, qayğı göstər. * * * Alnımızda yazılanın Sahibiyik, yiyəsiyik. Bir qaranlıq gündə hamı Eyni qapı döyəsiyik. * * * İçimizdə ölüm xofu Gah ölürük, dirilirik. Canımızdan qopan ofu Ağrı, acı, dərd bilirik. * * * Bu dünyanın qonağıyıq Dünyamızda çoxu kimi. Yüz oyunun qınağıyıq Unudarıq yuxu kimi. * * * Arzuların arxasınca Hey qaçarıq, yorulmarıq. Ömür bitib can çıxınca Nəfsimizdə durulmarıq. * * * Sonda ruhla vidalaşıb, Bu dünyanı anlayırıq. Son keçilən səddi aşıb, Özümüzü danlayırıq.
MÜBARƏK OLSUN Gəldi ramazan ayı Yarəb ayın mübarək! Payla ramazan payı Hər süfrəyə! Şükr edək! * * * Qoy sevinsin insanlar Xəstələr şəfa tapsın. Nolar naşükür canlar Şükr etsin, tövbə yapsın. * * * Yaradan millətimə, Kin, küdurət verməsin! Daim gülsün ürəklər, Heç kim kədər dərməsin! * * * Küsülülər barışsın, Nifrət, nifaq olmasın. Başlar xeyrə qarışsın, Şər əməllər qalmasın. * * * Bu ay ruzi gətirsin, Hər süfrəyə, hər evə. Saf diləklər bitirsin Yaşayaq sevə sevə.
ÜRƏYİMİN SƏSİ Ruh halımı bölüşməyi sevmərəm Üç olarıq kağız, qələm, bir də mən. Dəyişmədim, dəyişmədi yan yörəm Otaq həmən, masa həmən, ruh həmən. * * * Sakit gecə, sözə bağlı bir canam Eşidirəm ürəyimin səsini. Uşaqlıqdan üzüyola insanam Nə deyir yazıram hər kəlməsini. * * * Elə gün olur ki, qapımı döymür Bəzən əzab verir ürəyim mənim. Olur ki, ruh verir xətrimə dəymir Nə bu günüm inciyir, nə də dünənim. * * * O, məni yaşadır, o, nəfəs verir Məni incitsə də, mən ona qulam. Əgər ağrımırsa boş həvəs verir Bilir ki tükənmiş , keçilmiş yolam. * * * Bu yaşa çatmışam, ona borcluyam Nə yazdım qəlbimin səsiylə yazdım. Vallah inanmıram yazmaqdan doyam Yazdıqca bu ömür yolunda azdım.
YAĞIŞ YAĞIR Yağış yağır ümidlərim yuylur Çiçək ömrüm yavaş yavaş gül açır. Bu yağışdan saf diləklər ayılır Körpə kimi gülümsəyir, dil açır. * * * Damlaların tappıltısı oyadır Neçə neçə mürgüləyən hissləri. Qəm yuyulur, sanki rəngli boyadır Tam ağardır günah görmüş kəsləri. * * * Yağış yağır, həyat sanki canlanır Elə bil ki nəfəs alır kainat. Köhnə dərdlər yaddan çıxır sonlanır Gül arzular həmən açır qol qanad. * * * Bu his pasın çevrəsində bəxtimiz Yuyulmasa kif balayar pas atar. Nə yaxşı ki, selə dönüb axdınız Yağ ey yağış, yoxsa dünya tam yatar.
VAQİF DÜNYASI (Bu gün onun doğum günüdür! Ruhu şad olsun!) Vaqifin barmağından doğulan bir dünya var, Səmədin qələmindən doğulan dünya kimi. Yeddi qat, yeddi arğac mayası sirr dünya var, Səttarın fırçasından doğulan dünya kimi. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ana laylası kimi, nənə bayatısıtək. Onun barmaqlarında dilə gəlir arzular, Ata duası kimi, baba hayqırtısıtək. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ta qədimdən bu günə, ilmə-ilmə toxunur. Anamın hanasında olan sirli naxışlar, Vaqifin barmağında kəlmə-kəlmə oxunur. * * * Vaqifin barmağından doğulan bir dünya var; Azərbaycandır adı, – mənim yurdum bu diyar! 16.03.2022. Bakı-İçərişəhər.
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!