Etiket arxivi: FOTO

HAMLET İSAXANLI

HAMLET İSAXANLI

Hamlet İSAXANLI

Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani bələdiyyəsi) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri “İsayev” soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s.

Hamlet İsaxanlının keçid iqtisadiyyatında olan ölkələrin təhsil sistemində islahatlara dair baxışları, nəzəri və praktik işləri təhsil xadimlərinin, hökumət nümayəndələrinin, siyasətçilərin və ümumiyyətlə, ictimaiyyətin fikir və işinə təsir göstərmişdir. O, öz fikirlərini açıq ifadə edən görkəmli ictimai xadim və ziyalıdır.

1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

HƏYATI
Riyaziyyatçı tələbə
Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə “Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

1973–1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Bakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.

Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrdə nüfuzlu elmi jurnallarda və məcmuələrdə elmi-tədqiqat əsərləri dərc olundu. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda “Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.

1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərdi, Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan bu ali məktəbi təsis etdi, onu sıfırdan yaratmağa başladı. Azərbaycanın ilk özəl universitetinin qurucu rektoru olaraq geniş fəaliyyət göstərdi. Bir qədər sonra yeni – Xəzər Universiteti (Universitəsi) adını alan bu elm, təhsil və mədəniyyət ocağı Azərbaycanın dünyada ən yaxşı tanınan hörmətli təşkilatlarından biri oldu.

Daha çox strateji inkişaf məsələləri ilə məşğul olmaq və həmçinin elmi-bədii yaradıcılığa vaxt qazanmaq məqsədilə 2010-cu ilin əvvəlində Xəzər Universitetinə yeni rektor təyin etmək üçün müsabiqə elan etdi. 2010-cu ilin sentyabr ayından başlayaraq özü Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri vəzifəsində, müsabiqədə uğur qazanan professor Con Rayder (ing. John Ryder) isə yeni rektor vəzifəsində fəaliyyətə başladılar (hazırki rektor Azərbaycan əsilli ABŞ vətəndaşı Həsən Niknafs`dır). Hamlet İsaxanlı Azərbaycanda universitetin Direktorlar və Qəyyumlar Şurasını yaratmaq və müsabiqə yolu ilə xaricdən rektor gətirmək fikrinə düşən və onu həyata keçirən ilk insan oldu.

2012-ci ildə Hamlet İsaxanlı digər dörd görkəmli elm və sənət adamı (Halil İnalcık-Türkiyə, Lütfizadə-ABŞ, Mahmud Gazi Yaşargil-ABŞ, Arif Məlikov-Azərbaycan) ilə birlikdə Avrasiya Akademiyasını Avrasiya Akademiyası təsis etdi.

FƏALİYYƏTİ
Riyaziyyatçı
Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi olmaqla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, Kanada və s. ölkə elmi məktəblərinin uğurlarından da bəhrələndi.

Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahisinə daxil edildi.

Yazıçı və şair
Hamlet İsaxanlı Azərbaycanda və onun hüdudlarından kənarda təkcə alim və elm-təhsil təşkilatçısı kimi deyil, şair kimi də çox tanınır. Uşaq və gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmişdir.

Azərbaycanda, Rusiyada, Çində, İranda, Türkiyədə, Gürcüstanda, Pakistanda, Finlandiyada və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunmuşdur. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, finland, türk və digər dillərə tərcümə olunmuşdur.


Tərcüməçilik
Hamlet İsaxanlının yaradıcılığına tərcümə işi də daxildir. Xüsusi halda, o V.A. Jukovski, F. Baratınski, F. İ. Tyutçev, A.Fet, Sergey Yesenin, Nikolay Qumilyov, Anna Axmatova, Alla Axundova, Corc Qordon Bayron, W.Bleyk, R. Herrik və G. De Nerval kimi rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmişdir.

Musiqi
Şairin “Xəzər Universitəm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov musiqi-himn yazmış, Ramiz Mustafayev “Xəzərimin sorağında” şeirinə mahnı-tələbə valsı bəstələmişdir. Vaqif Gərayzadə “Hicran”, Lütfiyar İmanov “Yaşamağa nə var ki?!”, Nailə İsayeva “Səni sevdim çox sadəcə”, “Gözəldir”, “Lalə”, “İnciçiçəyi”, “Külək və qız”, “Tək qalmaq istəyirəm”, “Tez gəlin”, “Dünyam” şeirlərinə, Elza Seyidcahan “Baş açmadım bu dünyadan”, “İkimizdən birimiz” və “Bakı” şeirlərinə , Cahangir Zülfüqarov “Görüş yerimiz”, Tahir Əkbər “Rübailər” (və ya “Mənə ayrılan vaxt”), “Məndən sənə yar olmaz”, “Keçmiş”, Dilarə Qulamova “Qədim sual”, “Möcüzə gecə”, “Uşaqlıqda qalan buludlar” və digər şeirlərinə, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya musiqi bəstələyiblər. Hamlet İsaxanlının “Ziyarət” poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Azər Zeynalov, Rəşidə Behbudova, Aygün Bəylər, Gülyanaq Məmmədova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Anar Şuşalı, Bəturə Hüseynova, Yusif Savalan, Məhsəti Cabbarova, Fədayə Laçın, Azərbaycan dövlət simfonik orkestri və xoru, “Savalan”, “Şaron”, “Kristal” qrupları, Dünya məktəbinin xoru və b. tərəfindən ustalıqla ifa olunmuş və olunmaqdadır. Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Teyyub Aslanov, Zakir Əliyev kimi muğam ustaları, gənc Abgül Mirzəliyev və başqa xanəndə və müğənnilər də Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.

Xəzər Universiteti
“Xəzər Universitetinin şərəfini qoruyacağıma and içirəm”
Azərbaycanda təhsil islahatı aparılması yolları üzərində düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali məktəb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1990-cı il 20 dekabr tarixli 286 saylı sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli 41 saylı qərarla Xəzər Universiteti (o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yaradıldı. Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı, keçmiş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi. Bu universitetin qurulması ilə bağlı hadisələri o, bir qədər sonra qələmə aldığı “Xəzərin sorağında” adlı əsərində ustalıqla təsvir etdi.

Hamlet İsaxanlı bir mühüm fikri vurğuladı, dürüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işləyən və keyfiyyətli təhsil verən ali məktəbin qurulması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə artan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı.

Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bilavasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standartlarına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli yerli və xarici mütəxəssislər işə cəlb edildi. “Tapşırıq-rüşvət” virusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiyyətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipinə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəblərdən birinə çevrildi.


Bir yerdə olaq

Hamlet İsaxanlı ingiliscəni Xəzər Universitetində əsas tədris dili elan etdi. Bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsinə, tələbə mübadiləsi proqramlarının inkişafına və xarici professorların dəvət edilməsi və səmərəli işinin təşkilinə zəmin yaratdı.

Ümumiyyətlə, ətalətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün də bu ingilisdilli təhsil güclü amil və vasitə oldu. Hamlet İsaxanlı eyni zamanda Qərb dəyərlər məcmusunun “mədəni imperializm” deyilən təzyiqinə qarşı milli mədəniyyətin öyrənilməsi və inkişafı məsələsini də hərtərəfli təhlil etdi və bu ideyanı Xəzər universitetində uğurla həyata keçirməyə başladı.

Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sisteminin bərqərar olmasında, PhD deyilən üçüncü mərhələ tədqiqat-yüksək təhsil dərəcəsinin anlaşılmasında, biliyin müasir qiymətləndirilməsi üsullarının hazırlanması və tətbiqində Hamlet İsaxanlının yazıları, bu istiqamətdə arasıkəsilməz fəaliyyəti və Xəzər Universitetinin təcrübəsi mühüm rol oynadı. 1990–1996-cı illərdə öz yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar (Bologna) Bolonya Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (“European Higher Education Area”) yaradılması ideyasını da qabaqladı. O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını hazırlayan əsas şəxslərdən biri oldu.


Dünya məktəbi
Uşaqlarla birlikdə gülüş səadəti
1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəzdində Dünya məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktəbi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tərbiyəsi ilə məşğul olan bu bağça-məktəb kompleksi ciddi uğurlar qazanmış, ölkədə çox sevilən, arzu olunan təhsil ocağı kimi tanınmışdır. Azərbaycan təhsil ənənələrini nəzərə almaqla yaxşı dünya təcrübəsini də mənimsəyən Dünya məktəbində azərbaycan dili birinci, ingilis dili ikinci dildir. Dünya məktəbi 2009-cu il yanvarın 16-da beynəlxalq status almış, Beynəlxalq Bakalavriat Təşkilatının (İnternational Baccalaurate Organization – IBO) akkreditasiyasını keçmişdir. Dünyanın minlərlə qabaqcıl universitetləri İBO diplomu sahiblərinə üstünlük verirlər.

Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sahəsində deyil, orta təhsil sistemində də beynəlxalq yarışa girə bilən təhsil ocağı modelini formalaşdırdı. O, ən kiçik yaşdan doktor və professor olana qədər bir təhsil şəbəkəsi qurmaqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir.

MÜKAFATLARI
1965: Qızıl medal – Orta məktəb məzunu, Gürcüstan
1994: Yusif Məmmədəliyev mükafatı laureatı – Elm və təhsil sahəsindəki xidmətlərinə görə
2004: “Qızıl Qələm” mükafatçısı – Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə
2005: “Səməd Vurğun” mükafatı laureatı – Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə
2008: Fəxri doktor. Avrouniversitet (Tallin, Estoniya)
2010: Cəfər Cabbarlı mükafatı  laureatı – Klassik və çağdaş Azərbaycan poeziyası nın təbliğinə, çoxcildli “Azərbaycan Sevgi Poeziyası” kitabının tərtibinə görə.
2010: Milli “Xəzər” mükafatı laureatı – Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə və beynəlxalq standartlara uyğun ali məktəb qurduğuna görə.
2016: Şəhriyar mədəniyyət medalı, Təbriz
2016: Zahid Xəlilov mükafatı və Türklüyə xidmət ödülü, Borçalı cəmiyyəti, Bakı
2017: TÜRKSOY (Uluslararası Türk Kültürü Teşkilatı/International Organization of Turkic Culture) medalı, Azerbaycan, Kazakistan, Kırgızistan, Özbekistan Cumhuriyetlerinin ve Türkmenistan`ın bağımsızlıklarının 25. Yılı anısına

ƏSƏRLƏRİ
“Poetik Tərcümələr. 1-ci toplu”. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005.
Təzadlar. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2001.
Bu da bir həyatdı. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2004.
Dördlüklər. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2007.
Ziyarət. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2009.
“Koнтpacты. Kнигa cтихотворений” (В переводах Аллы Ахундовой). “ИзoгpaфЪ”, Моcква (Moskva), 2006.
“Şeirə dönən duyğular”, Əxtər nəşriyyatı, Təbriz, 2004 (“ﺭﻻﻮ۔۔ﻐﯿﻮﺩ ڹ۔۔ﻧﺅﺪ ﮦﺭﻌﺷ”)
Təzadlar. Əxtər nəşriyyatı, Təbriz, 2005 (“ﺭﻻﺩﺎﻀﺘ”)
“Bu da bir həyatdı”. Əxtər nəşriyyatı, Təbriz, 2005 (“ﯼﺩڌﺎﯾﺣﺭﯾﺒ ﺍﺩﻮﺒ”)
“Sitotxlis Poezia” (Ömür Poeziyası).(Gürcücə, İmir Məmmədlinin tərcüməsində). “İntellekt”, Tbilisi, 2004 (ჰამლეთ ისახანლი. სიცოცხლის პოეზია)
“Təzadlar. Bu da bir həyatdı” (Çincə) -(Putonghua-mandarincə). CCTP – Central Compilation & Translation Press, Beijing (Pekin), 2009 (咍姆雷特诗迭 阿塞) 咍姆雷特. 伊萨赞里著; 陈子慕译 .一北京: 中央编译岀版社)
Azərbaycan Sevgi Poeziyası. Üçüncü kitab. Tərtibçi: Hamlet İsaxanlı. “Xəzər Universitəsi Nəşriyyatı”, Bakı: 2009. ISBN 978-9952-20-051-5
“Poetry of Azerbaijan. A drop in the Ocean”. Compiled and edited by Dr. Eynulla Madatli. Leaf Publications-İslamabad, 2010.
Д. Каракмазли. Вкус инжира: стихи и переводы. Баку: Юрд, 2005 (стр. 180–190).
Дружба народов, № 2, 2007, Москва; стр. 161–164.
Гамлет Исаханлы. Поезiя. “Всесвит” (Review of World Literature), 11–12, Kiev, 2014; 30–32 (ukrayna dilində)
Poetik Tərcümələr. 1-ci toplu. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005 (səh. 180–195 və 234–281).
Olen Helmi Simpukassa. Azerbaidzanilaisen lyriikan antologia. ntamo, 2014 (fin dilində, səh. 135–139).
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
Xaricilər üçün Azərbaycan dili
On Education System in Transition Economy. A View From Azerbaijan (“Keçid iqtisadiyyatındakı təhsil sistemi haqqında. Azərbaycandan baxış”)
“Müasir dünyada ali təhsil sistemində nələr baş verir və “2008–2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı necə olsa yaxşıdır?”

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏŞƏM NƏCƏFZADƏ – YURD

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

YURD HEKAYƏSİ

(Allah rəhmət eləsin Zəlimxan Yaquba)

Bakıya təzə köçmüşdük, Bayılda, 20-ci sahə deyilən bir ərazidə kirayə qalırdıq. Böyük oğlum 5-ci sinifdə oxuyurdu. Kəndirin ucundan tutan vaxtlarıdır. Bu məsəl atamdan qalmadı. Təkliyini həmişə belə izah edirdi; mən bir ağacı götürəndə o biri başından yapışan olmayıb. Yəni tək olmuşam, hər işi təkbaşına görmüşəm.
Atamın qardaşı yox idi. Mən anadan olandan sonra atama deyiblər ki, ay Mirzə, gözün aydın olsun, daha ağacın ucundan yapışanın var. Mən də tənbəl uşaq, ortalıqda veyil-veyil gəzənin biri. Nənəm tez-tez mənə deyirdi ay bala, bir ağacın ucundan yapışsana. O vaxtlar bu ağacın ucu məsələsi əməlli-başlı bizim kəndə ştat idi. İndi böyümüşəm, evim, ailəm, uşaqlarım. İşə bax, həmin ağacın ucu indi gəlib Bakıda kəndirin ucu ilə əvəzlənib. Yəni kəndirin ucundan tutanım var: iki oğlum, bir qızım.

“İyirminci sahə”dən, yəni kirayə qaldığım evdən hər gün Azərbaycan Yazıçılar Birliyinə gəlirdim. Elə belə. Bir-iki şair dostum vardı, onlarla görüşməyə.Yol boyu ətrafa baxırdım, yolun kənarındakı boş sahələri gördükcə xəyalımda tikəcəyim evi canlandırırdim. 20-ci sahə ilə Bakıl dairəsinə qədər yolun sağ və sol tərəfində deyəsən ev tikmək üçün adamlara pay torpaqlar verilirdi. Hər dəfə avtobusun əyləci xəyalımda tikdiyim evi uçururdu.

Günlərin bir günü on iki yaşlı oğlumla həmin boş sahəyə gəldim, evdən iyirmi beş metr kəndir də götümüşdüm. Gərgin iş gedirdi, kimi evin yerini qazdırır, kimi, daş tökdürür, kimi hasar çəkdirir, neft ərazisi adlanan bu yerdə geniş tikinti işləri başlamışdı. Mən sürətlə və özü də mətin addımlarla tikililəri keçərək sonuncu evdən sonrakı boş bir ərazidə dayandım. Kəndiri açdım, oğluma dedim, tut kəndirin ucundan. O da tutdu, iyirmi beş metr eninə, iyirmi də uzununa ölçdük, yəni beş sot. Ölçdüyümüz yer kvadrat şəklində idi. Beş sotun dord tərəfinə iri söyüd ağacları basdırdıq, ora-burasını o tərəf, bu tərəfə bellədik. Əslində məqsədimiz yerin sahibi kimi özümüzü ətrafdakılara göstərmək idi.

Sən demə, adamlar bu yeri Səbail İcra Hakimiyyətindən sərancamla alırlarmış. Bu məsələdən az-çox xəbərim olsa da, heç üzə vurmurdum, adamları şübhələndirmək istəmirdim. Mənim sərancamım ancaq iyirmi beş metr kəndir, dörd ağac və yerin üstündəki, bəlkə də, minlərlə ayaq izlərimiz idi. Çünki oğlumla yerin üstündə o qədər o yana, bu yana getmişdik ki, elə bil burada böyük bir mitinq keçirilmişdi və ya ləpirlərin geniş sərgisi açılmışdı. Qəribə burasında idi ki, mənim iri ləpirlərimin arxasınca düşən oğlumun ayaq izləri yaman sevincli idi. Nədənsə bu balaca ləpirlər məni çox kövrəldirdi.

Gəlib keçənlər artıq bizə xeyir- dua verirdilər. Biz daha da ürəklənirdik. Xeyir-duaları yerimiz üçün verilən sərəncamin ilk cümləsinə bənzətmək olardı.

Sərancamla gələnlər bizdən o tərəfə adlayırdı. Burada dəqiq ünvan yazılmırdı. Sadəcə ünvan belə göstərilirdi: Səlyan şosesi, Bibiheybət küçəsi, vəssalam. Beləliklə, bizim tutduğumuz yer ortada qaldı. Getdikçə yerimiz köhnəlməyə başlayırdı. Köhnəliyin özü də yerin məhz bizə aid olmasina kömək edirdi. Burda köhnəlmək dadımıza çatırdı. Bir dəfə güclü bir yağış yağdı. Əməlli- başlı islandıq. İslanmağın özü də yerin bizə aid olduğunu göstərirdi. Yoxsa biz yad yerdə niyə islanaq ki…?

Qonşuluqdakı ağsaqqal kişi bizi öyrədirdi ki, bala, hər gün yerinizin üstə olun, möhkəm durun. Yoxsa gəlib yerinizi əlinizdən ala bilərlər. Qoca atan, anan varsa, onlar gəlib yerin üstündə dayansınlar. Azdan-çoxdan qocalara hörmət edirlər. Elə bil kişi yerimizin sərəncamsız olduğunu bilirmiş. Səhəri yoldaşımı, yeddi yaşlı qızımı, beş yaşlı oğlumu da gətirdim. Onlar da yerin üstünə təzə ləpirlər saldılar. Bir az da yerin məhz bizə aid olmasını təsdiq etdilər. Sanki biz o boş torpaq sahəsində artıq yaşamağa başlamışdıq. Xəyallar qururduq. Eli bilirdik ev tikilib, hasar çəkilib və biz də evin içindəyik. Düşünürdük ki, yolnan keçənlər artıq bizi görmürlər. Arzularımız üzümüzə örtük çəkmişdi, biz bu örtüyün arxasında yaşayırdıq. Axşamlar kirayə evimizə gedir, gündüzlər səhər saat 9-dan axşam saat 8-ə kimi yerin üstə olurduq. Ev tikdirən qonşularla mehriban idik. Salamlaşıb hal-əhval tuturduq. Bir-birimizi qonaq gedirdik, termoslarda gətirdiyimiz çayı içirdik.

Bir gün yenə oğluma dedim, tut, bu kəndirin ucundan. O da tutdu, mən və ya o sağa-sola fırlanır, guya tikəcəyimiz evin özülünü qazmaq üçün plan cızırdıq. Özümüzü camaata iş görən adam kimi göstərirdik. Balaca mübahisələrimiz də olurdu. Bunun da əsas səbəbkarı yoldaşımdır. Deyir, gərək mətbəximiz geniş olsun. Bir yandan da qızım, məhz dayandığı yerdə odasının (elə beləcə də deyir) tikilməyini israr edir.

Bu saat ən ümdə məsələrdən biri də qonaq otağıdır. Hətta müəyyənləşdirmişik ki, bizə kimlər gələ bilər və ya mənim şair dostlarımın oturması, şeir deməsi və ədəbi müzakirlər aparmaq üçün xüsusi otağın ayrılması diqqət mərkəzindədir. Kasıb adamların arzusu nə böyük olurmuş. Mən bunu ilk dəfə hiss elədim.

Qonşularım çoxu artıq öz həyətlərinə daş tökdürürlər. Evin özülünü qazırlar, beton qarışdırıb, evin fundametini başa çatdırırlar. Bəziləri artıq evin kürsünü hörüblər, bəziləri taxta şifer-zad gətiriblər. Bizim ancaq dörd ağacımız, iyirmi beş metr kəndirimiz, sapı laxlayan belimiz, bir də şirin xəyallarımız var.

Bir gün balaca oğlum kəndirin ucunu aparıb yerin arxa tərəfindəki ağaca bağlayarkən qəflətən qışqırdı:– Ata, ağac yarpaqlayıb, hamımız yüyürdük, doğurdan da, ağac yarpaq açmışdı. Dörd ağacdan üçü göyərmişdi. Bu da torpağın məhz bizə aid olduğunu göstərən növbəti fakt kimi görünürdü. Artıq yerin özümüzün olmağına qətiyyətlə inanmağa başlamışdıq. Daha inamla evin neçə otaqdan ibarət olmağını, pəncərələrin hansı tərəfə düşməyini, mətbəxi, qızımın, özü demişkən, odasını, yaradıcılıq və şair dostlarımla müzakirələr aparacağımız qonaq otağının yerini dəqiqləşdirdik.

Oğlum kəndirin ucundan yenə tutdu, kah sağa, gah sola fırlandıq, yenə mübahisələr başladı ki, pəncərə qonşunun həyəti tərəfdə qoyulmasın. Bu, yaxşı hal deyil. Amma onda otağın biri pəncərəsiz olacaq. O gecə səhərə qədər pəncərəsiz evin fikirini elədik. Yaman məyus olmusduq. Gecə kağız üzərində çəkdiklərimizi gündüzlər beş sotun üstündə təcrübədən keçirirdik.

Termosu kiçik oğlum sındırdığından yerin ortasında ocaq qaladıq və üstünə dəmir çaydan qoyduq, çay qaynatdıq. Yerin ortasında qaralan ocaq yeri torpaq sahəsinin bizə aid olduğunu göstərən ən əsas faktlardan sayıla bilərdi. Ocaq yeri möhürə oxşayırdı. Sankı yerin bizə verilməsini təsdiqləmişdi. Biz yüz ölçüb, bir biçsək də yer qazmağa, daş gətirməyə bir manat pulumuz yox idi. Hələ evin ötən aya olan kirayəsini verməmişdik. İşim də yox.

Hər gün səhər kirayə evimizdən çıxıb “öz evimizə” gəlirdik. Ocaq qalayırdıq, çay qaynadırdıq. Hərəmizin iri bir stəkanımız vardır, çay içməkdən doymurduq. İtimiz də vardı, hardansa gəlib o da bizim gördüyümüz işlərə tamaşa eləyirdi.

Balaca oğlum yerin ayağındakı kölməçədə corablarını islatmışdı. Yoldaşım corabları yuyub qurutmaq üçün ağacların üstə sərmişdi. Külək corabları yellədirdi. Yellənən corab da torpağın bizə məxsus olmasının nişanlarından biri idi.

İtin kənardan keçənlərə hürməsi, sonra gəlib yaxınlığımızda çöməlməsi təsdiq edirdi ki, bura bizim evimiz, bu da qapımızın itidir. Bir pişik kənardan bizə baxıb miyoldayırdi, amma itin qorxusundan yaxın gəlmirdi. Artıq onun ayaqlarının dördü də bizim həyətin içində idi.

Gözümü yol tərəfdən çəkmirdim. Bilirdim ki, nə vaxtsa gələcəklər. Günlərin bir günü uzaqdan bir polis maşının gəldiyini gördüm. Tez oğluma dedim: – kəndirin ucundan tut. Oğlumla evin yerini yenidən ölçüb-biçməyə başladıq. Guya heç nədən xəbərimiz yoxdur. Polis maşını düz bizim yerin ortasında dayandı.

Arxasınca daha bir polis maşını gəldi. On nəfər olardı. İtimiz nə qədər hürdüsə, xeyiri olmadı. Onu daşlamaqla uzaqlaşdırdılar. Pişik çoxdan çıxıb getmişdi. Sonra polislər oğlumla mənim əlimdən kəndiri alıb qırıq-qırıq elədilər. Ocağın üstündə qaynayan çaydanımıza təpik vurub caladılar. Yarpaqlayan ağacları kökündən çıxarıb iki böldülər. Təkçə qızım otağı tikiləcək yerdən tərpənməmişdi. İri polis çəkmələri bizim ləpirlərimizin üzərinə ayrı bir örtük çəkdi. Belimizi iki sındırdılar. Bizi torpaq sahəsindən çıxarıb “evimizi” uçurdular.

Bizdən yerin sərəncamını istəyirdilər. Uşaqlarımın yanında utanırdım. Çinki qırx yaşıma çatsam da, on beş kitabım işıq üzü görsə də, hələ bir sərəncam alacaq qədər şöhrətim yox idi. Oğlum ikiyə bölünmüş söyüd ağacını əlinə götürüb başının üstə tutdu. Sanki o solmaqda olan yarpaqların altında durmuş kimiydi. Birdən– birə oqlum uca səslə dedi:

Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.

Misraları eşidən kimi o saat yadıma Zəlimxan Yaqub düşdü. Hə, tez Zəlimxan Yaqubun yanına getməliyəm. Uşaqları qonşunun həyətinə yığıb getdim Milli Məclisə. Saat 12-yə 20 dəqiqə qalırdı. İçlas 12-də başlayacaqdı. Pilləkənləri çıxa bilmirdim. Anadangəlmə ürək qüsuru nəfəsimi kəsirdi. Oğlum da mənimlə gəlirdi. Biz tez çatmalıyıq. Oğlum sanki mənim yerimə nəfəs almaq istəyirdi. Nəbzimi saymağı öyrəşmişdi oğlum, qəflətən biləyimdən tutdu və dedi:-Ata, səndə aritmiya var, dincəl. Pilləkəndə oturduq. Dilimin altına validol qoydum.

O vaxt Milli Məclisin binasına çatdım ki, Zəlimxan Yaqub artıq qəbul otağından çıxır. Ətarafında xeyli adam var. Salam verməmiş tövşüyə-tövşüyə ilk sözüm bu, oldu:
– Uçurtdular
– Nəyi?
– Evimi.
– Mən qoymaram sənin evini uçurtsunlar, hələ ölməmişəm, gəl, getdik.

Sən demə şairin ətrafındakıların çoxu jurnalistlər imiş. Səhəri əksər qəzetlər yazacaqdılar : “Qəşəm Nəcəfzadənin evini uçurtdular”.
Zəlimxan Yaqub həmin gün içlasda iştirak etmədi. Məni də götürüb Səbail İcra Hakimiyətinə gəldi. O zaman Səbail İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədov idi. İki saat qəbulunda gözlədik. Bizi qəbul etmədi. Zəlimxan Yaqub hirslə bunadan çıxdı. Sürücüyə dedi ki, sür Qəşəmgilə. Guya sürücü bizim evin yerini bilir. Mən yol boyu hər şeyi başdan danışmağa başladım. Əvvəl kəndiri dedim… dedi, kəndiri heç qırmaq olmaz. Yarpaqlayan ağacı dedim, dedi, ağacı kökündən çıxarmaq elə ev uçurmaqdan da betərdir. Sonra ocağı, ocağın üsündə qaynayan çaydanı dedim, burda lap kövrəldi, dedi, bu lap on evi uçurtmağa bərabərdir. Axır ki, çatdıq yurda. Gördüm, hələ də uşaqlarım qonşunun həyətindədilər, qorxularından yurda ayaq basmayıblar. Zəlimxan Yaqubun iri ayaqları torpaq sahəsinə daxil olan kimi hamımız ürəklənib yenidən “evimizə” daxil olduq. Kəndir yox idi. Şair yerin enini-uzununu addımları ilə ölçürdü. İyirmi beş belə, iyirmi də belə, demək, beş sot -əllərini o tərəfə, bu tərəfə yelləyərk – Allah xeyir versin, toya-nişana gələk – dedi.

Qonşular şairlə ehtiramla görüşdülər. Bir az keçmişdi ki, yenidən bir maşın polis gəldi. İçindən rütbəcə böyüyünün biri maşından düşüb şairlə iki əlli görüşdü. Sonra şairə dedi:- rəisimiz bərk hirslənib, bu gün qəzetlər yazıb ki, guya biz cavan və istedadlı bir şairin evini uçurmuşuq. Amma burda ev yox idi.

Zəlimxan Yaqub lap uca səslə dedi: Var idi, özü də lap yekə ev var idi. Burda bir ana təbəssümü, bir ata arzusu, bir körpə sevinci var idi, onu ucurdunuz. Ocaq var idi, onu söndürdünüz. Öy nəynən öy olar, ocaqnan onu da dağıtdınız. Xeyir – bərəkəti, ata öyüdünü, şairin arzularını yerlə yeksən elədiniz.

Polislər heç nə demədi. Sakitcə ağacları aparıb həmin yerə basdırdılar. Maşından bir yumaq kəndir, bir təzə bel, bir çaydan gətirdilər, ocaq qalayıb üstə qoydular və sonra çıxıb getdilər.

Şair axsam bizi evinə apardı. Cavan yaşlarında onun da başına belə bir iş gəldiyini dedi: – Mən də qanunsuz, yəni sənədi olmayan bir ev tikmişdim. Haqqımda cinayət işi qaldırdılar. Yenə sənin ki, yaxşı oldu. Tikdiyim evi mənim özümə sökdürdülər. Bir yandan əsəb, bir yandan da hörgünün möhkəmliyi məni lap əldən saldı. Sementini o qədər çox eləmişdim ki, uçurmaq olmurdu. Səninki kimi dörd ağac olsaydı, nə vardı… O vaxtdan böyrəklərim ağrı tapdı.

Sonra şair “Xocalı” haqqında yeni şeirlərini oxudu. Gecə onlarda qaldıq. O vaxt şair Yeni Yasamalda bina evində yaşayırdı. Səhər açılan kimi bizi maşınla yurdumuza gətirdi. Dedi, uşaqlar yerin üstə olsunlar, biz gedək icra hakimiyyətinə. Kimi görürdü mənim haqqımda belə deyirdi, məndən də qəşəng, məndən də gözəl şair… lap utanırdım.

Şair ilk kitabımın redaktoru idi. 80-ci llərin əvvəlində “Yazıçı” nəşriyyatında işləyirdi. Kitabın da plana düşməsinə o, komək eləmişdi.

Nəhayət, dörd-beş gündən sonra Zəlimxan Yaqub çox əziyyətlə icra hakimiyyətindən torpağın sərancamını aldı. Məndən də çox sevinirdi. Gəldik yurdun üstünə.

Balaca uşaqlarım polisin verdiyi kəndirlə oynayırdılar. Nəsə ölçüb biçirdilər. Yoldaşım yerin ortasında ocaq qalamışdı, üstündə də çaydan. Şair elə həmin gün mənə min dənə daş aldı. İyirmi kisədən çox sement. Maşınlar gurhagurla daşı yerin ortasında boşaltdılar. Qanad açıb uçmaq istəyirdim. Sonra Zəlimxan Yaqub kəndiri götürdü, mənə dedi ki, tut ipin ucundan. Xeyli ölçüb biçdik. Qızım üçün otağı, yoldaşım üçün mətbəxi lap geniş götürdük. On dörd il sonra qızım həmin evdən gəlin köçdü. Sonra həmin evə iki gəlin gətirdim. 

Müəllif: Qəşəm NƏCƏFZADƏ

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏNAN HACI – ƏDƏBİ VƏ ƏBƏDİ SÖZÜN ÜFÜQÜNDƏ

KƏNAN HACININ YAZILARI

ƏDƏBİ VƏ ƏBƏDİ SÖZÜN ÜFÜQÜNDƏ

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan jurnalistikasının zaman-zaman parlaq imzaları olub və o imzalar məktəbə çevrilib, jurnalistikaya yeni stil, manera, üslub yenilikləri gətiriblər, jurnalistikanın üfüqlərini genişləndiriblər. Biz bu imzaları oxuya-oxuya qələmimizi bərkitdik, sözə vicdan işi kimi baxdıq, o insanlar bizə Sözün Aliliyini və müqəddəsliyini anlatdılar. Biz bu əqidəylə yetişdik – Söz Ana kimidir, Vətən kimidir, ona xəyanət etmək olmaz.

İyirmi beş ildir ki, mətbu cameənin içindəyəm, az müddət deyil. Zaman-zaman sözə xəyanət edənləri, qələmə dönük çıxanları da gördük, bəzilərinin əqidəsini dəyişərək müxtəlif cəbhələrdə xırdalana-xırdalana kirə çıxdığının da şahidi olduq… Zamanın ələyində qılçıq kimi qalanlar da oldu. Amma çox az sayda qələm sahibləri oldu ki, onlar heç vaxt yazdığı sözə arxa çevirmədi. Belə insanlardan biri də unudulmaz Akif Şahverdiyevdir. Bu qəbil insanlar haqqında heç vəchlə keçmiş zamanda danışa bilmirəm. Onlar bütün zamanlara aiddir.

Akif müəllim mütəvazi insan idi, zəngin ömür yolu keçmişdi, jurnalistikanın inkişafında böyük xidmətləri olmuşdu. Yüzlərlə yazının, onlarla kitabın müəllifi olmuşdu. Yazıçı kimi də qələmini sınamışdı, hekayələr, povestlər, şeirlər müəllifi idi. Çoxşaxəli yaradıcılığa malik idi. Ali məktəb tələbələri üçün “Azərbaycan mətbuat tarixi” dərsliyini yazmışdı. Mətbuatımızın tarixini yazmış bir alim, pedaqoq nədənsə layiqincə qiymətləndirilmədi. Ömrünün son illərində sanki həyatdan küskün görünürdü. Ara-sıra tədbirlərdə, yolda rastlaşırdıq, həmişə jurnalistikanın indiki durumundan gileylənirdi, yana-yana danışırdı. Səhhətində problemlər yaranmışdı, onunla bağlı içimdə bir narahatlıq hissi kök salmışdı, “özünüzü qoruyun, siz bizə çox lazımsınız” deyirdim. Eləcə gülümsəyirdi, bu ağrılı təbəssüm içimi sızladırdı.

Sonuncu dəfə telejurnalist dostum Namiq Qurbanın çəkdiyi “Dharmendra-Məhəbbət Elçisi” filminin təqdimat mərasimində görüşdük. “Pullman” otelində keçirilən təqdimat mərasiminə ölkənin tanınmış mədəniyyət xadimləri toplaşmışdı. Mən bir az tez gəldiyimdən foyedə bir-iki nəfərdən başqa bir kimsə yox idi. Birdən gözüm sağ tərəfdəki divanda tək oturmuş Akif müəllimə sataşdı, yaxınlaşıb salamlaşdım. Az sonra Azərbaycan mətbəxinin mütəxəssislərindən olan Milli Kulinariya Mərkəzinin Prezidenti Tahir Əmiraslanov da bizə qoşuldu. Xeyli söhbətləşdik.Akif müəllimin əməlli-başlı kefi açılmışdı. Səhhətiylə maraqlandım. “İndi yaxşıyam, şükür” dedi. Doğrudan da çox gümrah görünürdü. Yadımdadır, Tahir müəllim səhhətiylə bağlı ona bəzi məsləhətlər də verdi. Onun şux görünüşü içimdəki narahatlığı sovuşdurdu. Yaradıcılıqla bağlı suallar verdim, dedi əlimdə bəzi yazılar var, onların üzərində işləyirəm. Ən yaxşı dərman yazmaqdır, dedim. Gülümsədi, “doğrudan da elədir, yazanda dincəlirəm”- dedi.

Heç vaxt ağlıma gəlməzdi ki, bu, bizim Akif müəllimlə son görüşümüz olacaq. Güzəran qayğılarına başım qarışdığından bir müddət ondan xəbət tuta bilmədim. İsti yay günlərindən birində ağır xəbər daş kimi sinəmə dəydi. Taledən növbəti zərbəni almış uşaq kimi xəlvətə çəkilib ağlamaq istədim. Ürəyimi boşalda bilmədim, bütün yaxşı insanların itgisi ürəyin yükünü bir az da ağırlaşdırır…

Yazıçı Gülər Eldarqızının onun haqqında kitab yazdığını eşidəndə sevindim. Taleyin işinə baxın ki, mən uzun müddət bu kitabın əlyazmasını oxumağa macal tapa bilmədim. Onun haqqında yazacaqlarım da beynimin bir köşəsində məni incidirdi, özümü onun ruhu qarşısında günahkar sayırdım. Bu yazını sübh çağı yazıram. Pəncərədən səmaya boylanıram, dan yeri çəhrayı ilə qırmızının qarışığına boyanıb. Bu əsrarəngiz rəng qovşağı Günəşin doğmasını müjdələyir. Masa arxasına keçib kompyuterimi yandırıram və… Akif Şahverdiyevi xatırlayıram.

Ədəbi və Əbədi Sözün üfüqlərində onun imzası hər zaman görünəcək və ürəyimizi isidəcək.

Ruhuna salam olsun, Sözün qasidi! 

Müəllif: Kənan HACI

KƏNAN HACININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNƏ QƏBUL BAŞLADI

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırır ki, 2022-ci ilin yanvar ayının 10-dan fevral ayının 10-a qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər:

fedai.az

butov.az

– Geniş tərcümeyi hal (yaradıcı məqamlar ətraflı göstərilməklə) ;
– Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə);
– Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı;
– AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəmanət verən şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimasi statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalıdırlar) ;
-Üzvlüyə qəbulla bağlı ərizə ;
-AYB üzvünün qeydiyyat vərəqəsi ;
-Şəxsiyyət vəsiqəsinin surəti;
– 3×4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;

Blidirilir ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər. Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-nin müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.

AYB-nin nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.

AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.

Əlavə məlumat almaq istəyən şəxslər (+99412) 493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.

İlkin mənbə: Azərbaycan Yazıçılar Birliyi


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC ANTOLOGİYA VƏ TOPLULARDA – ƏDƏBİYYAT

Zaur USTAC – şair, publisist.

ZAUR USTAC ANTOLOGİYA VƏ TOPLULAR
(01.01.2017 – 31.12.2021 Bakı)

1. “ZİRVƏ” poeziya antologiyası (II cild) , Bakı – 2017. “Borçalı” NPM.
2. “RUHUMUZUN TURAN ƏTRİ” (Antologiya), Bakı – 2017, “Red N Line” MMC.
3. “MƏQAM” (Toplu) Hacıxanım AİDA , Bakı – 2017, “Ustac.az” nəşrləri.
4. “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (Şiir seçkisi), Ankara – 2018, “ASKEF KY”
5. “GÖYƏRÇİN ƏLLƏR” (Poetik toplu), Bakı – 2018, “Elm və təhsil” nəşriyyatı.
6. “VƏTƏN SƏNSƏN” Gənc əsgər – vətənpərvərlik almanaxı, Bakı – 2019, “Avropa” nəşriyyatı.
7. “CAHANA SIĞMAZAM” Nəsimi – 650 (Almanax), Bakı – 2019, “Elm və təhsil” nəşriyyatı.
8. “DAĞLAR” Dədə Ələsgər – 200 (Almanax) “Dağlar – 200”, Bakı – 2019, “Ustac.az” nəşrləri.
9. “Ana şeirləri” (Almanax), Bakı – 2020, “Ustac.az” nəşrləri.
10. “Ömür yollarında” (poeziya antologiyası), Bakı – 2020, “Maarif” nəşriyyatı.
11. “Mən sizə darıxmaq öyrədəcəyəm…” (xatirə antologiyası), Bakı – 2020, “Qanun” nəşriyyatı.
12. “Dolub boşaldı dünya” (poeziya antologiyası), Bakı – 2020, “Maarif” nəşriyyatı.
“Dünyaya yayılsın anamın səsi” (antologiya), Bakı – 2020, “Elm və Zəka” nəşriyyatı.
13. “Qeyrətdən gələn haray” (antologiya), Bakı – 2020, “Adiloğlu” nəşriyyatı.
14. “Mübarizlər Mübarizi” (antologiya), Bakı – 2020, “Print-S” nəşriyyatı.
“Turan Yolçusu” (Toplu), Bakı – 2020, “Elm və Təhsil” nəşriyyatı.
15. “Gözüm yolda könlüm səsdə” (poeziya antologiyası), Bakı – 2020, “Maarif” nəşriyyatı.
16. “Qələbəyə gedən yol” (poeziya antologiyası), Bakı – 2021, “Maarif” nəşriyyatı.
17. “Gəlirik, Qarabağ!!!” (poeziya antologiyası), Bakı – 2021, “Maarif” nəşriyyatı.
18.
“Kimlərə qaldı dünya” Nizami Gəncəvi 880 (poeziya antologiyası), Bakı – 2021, “Maarif” nəşriyyatı.
19. “Həyat bizi səsləyir” (poeziya antologiyası), Bakı – 2021, “Maarif” nəşriyyatı.
20. “Torpağı Vətənə çevirənlər”, Almanaxı, Bakı – 2021, “Avropa” nəşriyyatı.
21. “İşıqlı Arzular Toplusu” Sona Abbasəliqızı – 60 (Toplu), Bakı – 2021, “Elm və təhsil” nəşriyyatı.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN MÜƏLLİFİ OLDUĞU ƏSƏRLƏR

Zaur USTAC – şair, publisist.

ZAUR USTAC MÜƏLLİF ƏSƏRLƏRİ
(01.01.2010 – 31.12.2021 Bakı)

1. “GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
2. “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN” Bakı – 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
3. “GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. )
4. “MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)
5. “MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)
6. “ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
7.”ORİYENTİR ULDUZU” Bkı -2011. (Bu günə qədər altı dəfə nəşr olunub və elektron variantı var.)
8.”GÜLÜNÜN ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər üç dəfə nəşr olunub və elektron variantı var.)
9. “BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. )
10. “BƏRZƏXDƏ” Bakı – 2014. (Bu günə qədər bir dəfə nəşr olunub)
12. “SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
13. “BAYATILAR” – بایاتیلار ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər iki əlifba ilə dörd dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.)
14. “NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)
15. “QƏLBİMİN AÇIQCASI” Bakı – 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
16. “USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
17. “USUBCAN ƏFSANƏSİ” (MƏQALƏLƏR) Bakı – 2017. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
18. “ÇƏHRAYI KİTAB” Bakı – 2017. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)
19. “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” Bakı – 2018.
(Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
20. “ƏLİŞ və ANNA” Bakı – 2018. – “باکی “علیش و آننا
(Bu günə qədər iki əlifba ilə iki dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.)
21. “Əliş və Anna” (poema – Əliş Kərəmlinin portreti yaradıldıqdan sonra ) Bakı – 2020. (Bu günə qədər iki dəfə nəşr olunub.)
22. “Zimistan” (ustadnamə) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
23. “Ülyahəzrət” (qəlbimin açıqcası) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
24. “45” (şeirlər) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub – satışda var)
25. “Güllünün şeirləri” (Məktəbəhazırlıq qrupları üçün metodiki tədris vəsaiti) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub – satışda var.)
26. “39 Həftə – 39 Weeks” (ingilis dili üçün xüsusi proqram) Bakı – 2020. (Bu günə qədər iki dəfə nəşr olunub.)
27. “Qələmdar” (məqalələr) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
28. “Qədimliyə bürünmüş yenilik” (şeirlər) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub – satışda var.)
29. “Gülüzənin şeirləri” (Ayətxan Ziyadın tərtibat və redaktəsində məktəbəhazırlıq qrupları üçün metodik vəsait) Bakı – 2021. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)
30. “Uşaq boğçası” (Ayətxan Ziyadın tərtibat və redaktəsində ibtidai sinf şagirdləri üçün əlavə tədris vəsaiti) Bakı – 2021. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Şahid körpü

Leyla YAŞAR – yazar.

Şahid körpü
Beli bir kənara tullayıb əlcəklərini çıxartdı. Oturub siqaret yandırdı. Ətrafa nəzər salıb, götür-qoy etməyə başladı.
Bura heç kimin ağlına gəlməyəcək. Gözdən uzaq bir yer seçmişdi. Heç kim ondan şübhələnməyəcək, buna əmindi.
Hər şeyi əvvəlcədən ölçüb-biçmişdi. Basdıqdıqdan sonra istifadə etdiyi əşyaları ayrı-ayrılıqda çaya atacaq, ordan birdəfəlik uzaqlaşıb, gedib qatili “axtaracaqdı”.
Hər kəs bir-birinə dəymişdi. Valeh yoxa çıxmışdı. Evdən ayrı heç yerdə gecələməzdi Valeh. Sakit təbiətli, üzüyola bir insan olan Valehin müəmmalı şəkildə yox çıxması bütün qəsəbəni narahat edirdi.
İki körpə qızı boynunu büküb durmuşdu. Atalarına hədsiz bağlı olan körpələrin gözlərində kədər ürək parçalayırdı.
Polisə artıq xəbər verilmişdi. Axşamdan qəsəbənin yanından keçən Sarı çayında axtarışlar başlamışdı. Qonşular iki yerə ayrılıb meşəyə, Valehi axtarmağa getmişdilər.
Valeh dünən səhər evdən bazara getmək adı ilə çıxmışdı. Qonşularda usta işləyib ailəsini yarıac-yarıtox dolandıran biçarə, hər kəsin işinə yarıyırdı. Gülərüz, mehriban insan idi Valeh. Qonşular xətrini çox istəyirdi. Heç kimlə işi olmazdı. Əlindəki son tikəsini də tanıdığı insanlarla bölən Valehin yoxa çıxması hamını narahat edirdi.
Nə çayda, nə meşədə Valehə aid heç nə tapılmadı.
Valehgil iki qardaş idilər. Saleh və Valeh.
Ata-anaları 2 il olardı ki, rəhmətə getmişdi. Qardaşlar ikisi də ailəli idi. Salehin iki oğlu vardı. Bir həyətdə ayrı-ayrı evdə mehribancasına yaşayırdılar.
Hər yeri ələk-vələk edən qohum-qonşu əllərini hər yerdən üzüb axtarışın nəticəsini gözləməyə başladılar.
Valehin yoxa çıxmasından sonra ailə maddi cəhətdən sıxıntı çəkməyə başladı. Salehin qazancı ancaq ailəsinə çatırdı.
Qapıda bir balaca əkin yeri düzəldən Durna ordan götürdüyü tərəvəzi aparıb bazarda satır, güclə uşaqlarını dolandırırdı. Uşaqlar böyüyür, tələbatlar artırdı. Durna uşaqlarını dolandırmaq üçün özünü oda-közə vururdu. Durnanın ata-anası da onlara əl yetirir, uşaqların pal-paltarlarını alırdılar.
Durna evlərə təmizlikçi kimi gedir, qazandığı qəpik-quruşla uşaqlarını saxlayırdı. Qızları ilə hər gecə oturub söhbət edirdi:
– Qızım, dərslərinizi yaxşı oxuyun.
– Ana, biz hər gün dərslərimizi hazırlayırıq.
– Bilirəm qızım, amma daha yaxşı oxumaq lazımdır.
– Düzdü ana, müəlliməmiz də o gün dedi ki, uşaqlar yaxşı oxumaq lazımdır.
– Görürsənmi, qızım mən oxumamışam, atandan sonra necə əziyyət çəkirik.
– Elədi, ana, atam olsaydı sən bizimlə, dərslərimizlə daha yaxşı maraqlanardın. O işə gedərdi, sən də bizim dərslərimizə kömək edərdin.
– Canım qızlarım, mən də yaxşı oxuyurdum, nənəgil məni oxumağa qoymadı. İndi oxusaydım hər şey ayrı cürə olardı.
– Bu günümüzə şükür edək, ana. Bizdən də pis vəziyyətdə olanlar da var. Sən bizi çox yaxşı saxlayırsan.
– Çox sagolun, balalarım. Gedin yatın gecdi artıq.
Uşaqlar gedib yatandan sonra Durna oturub corab toxumağa başladı. Gecələr toxuduğu corabları səhər işə gedəndə dükana verir, aldığı pula vacib ərzaqları alırdı.
Valehdən iki il idi ki, xəbər yox idi. Polis işin araşdırıldığını, bir nəticə olmadığını deyirdi.
Valehin yaxın dostlarından olan Qəhrəman tez-tez onları gəlib yoxlayır, bir ehtiyacları olub olmadıgını soruşurdu. Durnanın əvvəldən ondan nəsə xoşu gəlmirdi. İndi də görəndə çalışırdı özünü görməməzliyə vursun.
Həyət qapısı döyüldü. Gələn Qəhrəman idi. Uşaqlar üstünə yüyürdülər. Gələndə uşaqlara şirniyyat alıb gətirirdi. Qızlar payların alıb, onu evə kimi dartıb gətirdilər.
– Ana, ana gör kim gəlib.
Durna pəncərədən Qəhrəmanın gəldiyini görmüşdü. Özünü o yerə qoymadı. Başını qapıdan çıxardıb xoşgəldin etdi.
Qəhrəman sözlü adama oxşayırdı. Həm də elə bil içkili idi.
– Ay Durna, (həmişə Durna bacı deyərdi) bəsdi ta, hamıdan qaçdığın, gəl otur bir az dərdləşək!
Durna özünü eşitməməzliyə vurdu. Ürəyində yalvardı ki, Saleh evə gəlməsin. Onun da Qəhrəmandan xoşu gəlmirdi. Boş yerə qanıqaraçılıq ola bilərdi.
Qəhrəman səsini başına atmışdı. Sanki kiməsə eşitdirmək istəyirdi.
-Ay Durna, çay noldu?
Durna çölə çıxıb sakit səslə:
– Qəhrəman qardaş, Saleh evdə olanda gələrsən, – dedi.
– Həmişə gəldiyim evdi. Buranı doğma bilirəm. Valehdən ta xəbər-ətər çıxmadı.
Son söz Durnanı yaman tutdu. İstədi çıxıb Qəhrəmanı qovsun. Yenə səbrini basıb dinmədi. Qızları evə səslədi ki, bəlkə “üzlü qonaq” durub gedə.
Qəhrəman ayağa durub, sagollaşmadan çıxdı. Çıxarkən qapıdan Durnanı süzdü:
-Görüşərik.
Durnanın canına qorxu düşmüşdü. Qəhrəmanın addımbaşı qarşısına çıxması onda şübhələr yaradırdı. Salehə deməyə qorxurdu. Kişi xeylağıdı gedib nəsə deyər, heç nədən söz-söhbət yaranar deyə özünü saxlayırdı.
Axşam uşaqlarla söhbətində üstüörtülü uşaqlara başa saldı ki, onlar artıq böyük qızdılar, hər adamın yanına getməsinlər.
Humayın sualı onu çaşdırdı:
-Ana, kimlərin yanına gedə bilərik?
Sunay tez cavab verdi:
– Bizi çox istəyən insanların, məsələn əmimin, Qəhrəman əminin.
Durna onun sözünü ağzında qoydu:
– Qızım, Valeh əmidən başqa heç kimin yanına getmək olmaz.
Uşaqların niyə sualı cavabsız qaldı.

Nə qədər əziyyətli işdə çalışsa da, Durna öz gözəlliyini qoruyub saxlaya bilmişdi. Valehdən sonra ağaran saçları ona tam başqa gözəllik verirdi.
Qulağına tez-tez gəlib çatan evlilik təkliflərini rədd edirdi. Valehin ölümünə inanmırdı, nə vaxtsa geri dönəcəyi günü səbrsizliklə gözləyirdi.
İstintaq davam edirdi. Polis Valehi tanıyan hər kəsi dəfələrlə şöbəyə çağırıb dindirmişdi. Heç bir iz yox idi.
Durnanın ağlına yüz fikir gəlirdi. Ancaq dərindən oturub fikirləşəndə, Valehin mərdimazar biri olmadğı üçün onu kiminsə öldürəcəyi versiyasına inanmırdı.
Tək əlac gedişatı izləmək idi.
Saleh də qardşının işi üçün polis şöbəsinə tez-tez gedir, maraqlanırdı.
Durna işdən evə dönürdü. Yolu qısalsın deyə dar aralıqlara dönməli oldu. Buralar helə də gedişli-gəlişli deyildi. Yorğun oldugundan, əlindəki zənbilləri yerə qoya-qoya gələn Durnanın gözlərindən yuxu tökülürdü.
Qəfildən qarşı tərəfdən səs gəldi. Durna bir qədər duruxdu. Deyəsən kimsə yıxıldı. Durna addımlarını yavaşıtdı. Ürəyinə min cür fikir gəldi. Valehdən sonra ehtiyyatlı davranırdı. Cibində qatlanan bıçaq gəzdirirdi. Aralığın başında Qəhrəmanı görəndə elə bil başına qaynar su tökdülər. Qəhrəman yenə də içkili idi. Axır vaxtlar haqqında müxtəlif şayələr dolaşan Qəhrəman kafelərin sevimli müştərisinə çevrilmişdi. Deyilənə görə zəhirmara qalmış narkotikə qurşanmış , hətta alverinə də başlamışdı. Ailəsilə də münasibəti yaxşı deyildi. İki gündən bir yoldaşı qızını da götürüb atası evinə gedirdi.
Durnaya gəlib çatan, ayaq üstə güclə dayanan Qəhrəman qollarını açıb Durnanın yolunu kəsdi. Kinayəli gülüşlə:
– Salam, ay Durna bacı, hardan gəlirsən belə? – dedi.
Durna dinməyib, onun çəkilməsini gözlədi.
– Nolub, nə naz edirsən belə? Gəl kömək edim zənbilinə, bir az dərdləşək.
Yıxılmamaq üçün divarları özünə dayaq edən Qəhrəman yolu kəsmişdi. Durna nifrətlə onu süzdü:
– Çəkil, yolumdan!
– Niyə hirslənirsən, nə dedim axı?
– Sən nə qədər arsız insansan? Valehin evində çörək kəsmisən, yoldaşına sataşırsan?
– Ay Durna, həyat davam edir. Neyniyim, nə yalan deyim sənə olan sevgim günü-gündən artır.
Durna bıçağı çıxardıb onu hədələdi:
– Yoluma çalış çıxma!
Qəhrəman tez özünü düzəldib, yol verdi.
Durna ürəyi əsə-əsə evə gəldi.
Yox, belə olmaz. bu barədə Salehə deməlidir. Deməsə də olmur. Bu əclaf onu biabır edəcək.
Axşamı, Salehin işdən qayıtmasını gözlədi. İstədi əvvəl Nərminlə (Salehin yoldaşı) məsləhətləşsin, Sonra vaz keçdi.
-Sözü kim böyüdər, yİyəsi,- deyib atalar.
Saleh hər gün işdən gələndə onlara keçər, hal-əhval soruşub, uşaqlarla oynayardı.
Bu gün də gəlmişdi.
– Xoş gəlmisən, Saleh qardaş.
– Xoş gününüzə gəlim, Durna bacı.
– İşlər necədi? Qurtaran ərzaqların siyahısını yaz ver, sabah bazara gedəcəm alım gətirim.
-Allah razı olsun. Yazaram.
Saleh bir az oturdu. Durub getmək istəyəndə Durna:
-Sənə sözüm var. Söz ver qanqaraçılıq yaratmayacaqsan.
Salehin qaşları çatıldı.
-Nolub, kimsə xətrinizə dəyib?
-Yox.
– Qızlar, otagınıza keçın, əmiylə sözüm var.
Qızlar sakitcə otaqlarına keçdilər.
– Bilirsən, qardaş məsələ Qəhrəmandı.
– Hə, ondan gözüm çoxdan su içmir. Sənə nəsə deyib?
Durna qorxdu.
-Yox, sadəcə bura vaxtsız gəlir, yolda görəndə özün yaxşı aparmır bir az.
– Nəsə deyir, sənə?
– Yox, yox!
– Qorxma, bacım. Mənim ondan gözüm çoxdan su içmir. Bir söz desə mənə de.
– Yaxşı!
Durna məsələnin ciddiləşməsindən qorxurdu.
– Gecəniz xeyrə.
-Xeyrə qarşı.
Qəsəbəyə yeni xəbər yayılmışdı. Deyilənə görə Qəhrəmanı həbs etmişdilər. Durna sevincindən “uçurdu”. Amma bu sevincin ömrü 1-2 saat çəkdi.
Qəhrəmanın yoldaşı boşanma ərizəsi vermişdi. Deyilənə görə səbəb, Qəhrəmanın həyatımda biri var deməsi olmuşdu. Heç kim biri kimdi deyə maraqlanmamışdı. Kişi xeylagı sözdü deyib, deyə qadını sakitləşdirmək istəsələr də, qərarı qəti olan qadın ərizəsin yazıb vermişdi.
Bir gün çayxanada dostları ilə çay içən Saleh qəribə bir söz eşitmişdi. Qəhrəmanın münasibəti olan qadının əri itgin düşübmüş. Saleh söhbətin Durnadan getdiyini anlasa da, özünü eşitməməzliyə vurmuşdu.
Neçə gün qaş-qabağı yerlə gedən Saleh, Durnaya heç nə demədən məsələni araşdırmağa qərar vermişdi.
Valehin yoxa çıxmağından 3 il ötürdü. Durna onun geri qaydacağı günü səbrsizliklə gözləyirdi. Valeh onları buraxıb heç bir yerə getməzdi axı.
Saleh Durnayla ətraflı danışmaq qərarına gəlmişdi. Qəhrəmanın Durna haqqında danışdığı xoşagəlməz sözlər Salehdə şübhə yaratmağa başlamışdı. Qəhrəman Durnanın ona hə dediyini, sadəcə zaman istədiyini, Durnaya görə ailəsini dağıtdığını agız dolusu danışır, Durnaya şər böhtan atlrdı.
Evin qapısı döyüldü.
-Ana, əmimdi.
– Hə, xoş gəlib, qızım. Denən keçsin içəri gəlirəm.
Durna işdən yenicə qayıtmışdı. Yorğunluğunun azalması üçün uzanmışdı.
Ayağa durub Salehə: – Xoşgəlmisən, – dedi.
– Durna bacı, səninlə açıq danışacam. Bilirsən ki sənə necə hörmətim var.
– Çox sagol, Saleh qardaş, bilirəm.
– Qardaşım Valeh həmişə sənə qarşı yaxşı olub, sevib ailə qurmusunuz. Başını aşağı salıb fəhləlik edib, sizləri saxlayıb. Uşaqlarını necə çox sevirdi, yazıq.
– Bunları mənə niyə deyirsən ki? Mən Valehin bir gün gələcəyinə inanıram.
– Bax, bacım, ailə qurmaq fikrin varsa açıq de. Sən də xoşbəxt olmaq istəyirsən. Gənc yaşda iki uşaqla qalmısan. Həm kişi işinə, həm qadın işinə qaçırsan.
– Nə danışırsan? Nə? Ailə qurmaq?
– Bacım, bu sənin haqqındı. Amma…
– Amma nə?
– Qəhrəman kimi əclafla yox.
– Nə Qəhrəman?
– Hamıya deyir ki, Durnaya görə boşanmışam, münasibətimiz var, evlənəcəyik.
Elə bil Durnanı ilan sancdı.
– Sən o alçağın sözünə inanırsan?
– Mən inanmıram, ona görə də səndən soruşmaq qərarına gəldim.
– Yaxşı, bacım mən gedim.
Saleh sağollaşıb gedəndən sonra Durnanın gözünə yuxu getmədi. Əsəbdən bədəni tutrəməyə başladı. Bu dəmdə evin pəncərəsi döyüldü. Durna qorxa-qorxa pəncərəyə yaxınlaşdı.
– Yenə də sən???
– Hə, gözəlim gəlmişəm. Qəhrəman ayaqüstə güclə durmuşdu.
Durna onu polislə hədələdi.
Qəhrəman şaqqanaq çəkib güldü.
– Polis? O kimdi elə? Mən ailə qurmaq istəyirəm, polis nə deyə bilər?
Qəhrəmanın gecənin bu vaxtı arsızcasına dediyi sözlər Durnanı özündən çıxartsa da səs-küy yaratmaq istəmədi. Xoşluqla onu burdan uzaqlaşdırmaq lazım idi. Ona görə:
– Qəhrəman qardaş, get sabah danışarıq, – deyib pəncərəni bağladı.
Qəhrəman mahnı oxuya-oxuya uzaqlaşdı.
Durna artıq başqa cür hərəkət etməli idi. Amma necə?
Polis Qəhrəmana tərəfə olacaqdı. Həm də onu şər atmaqda suçlaya bilərdilər.
Vəziyyət get-gedə dəyişirdi.
Salehi işə qatmaq istəməyən Durna məsələni yoluna qoymaq üçün gecə-gündüz baş sındırırdı.
Qəhrəmanın yaydığı şayə qəsəbəyə yayılmışdı. Heç kim məsələnin dogru və ya yalan olduğunu araşdırmırdı. Durnaya da ağır gələn bu idi. İşə gedəndə yolda gördüyü qohum-qonşusunun o keçəndən sonra arxasınca dediyi sözləri eşidir, özünü eşitməməzliyə vururdu. Çox pis təsir edirdi bunlar Durnaya. Onu bu vaxta qədər tanıya bilməmişlər demək.
Hər gün Allaha yalvarır, bu bəladan onu xilas etməsi üçün dua edirdi. Qəhrəman artıq ona göz verib, işıq vermirdi .
Qarabaqara arxasınca gəzir, hə deməsi üçün hədələyirdi. Durna heç vaxt cavab vermirdi . Bilirdi ki, mənasızdı. Qəhrəman bunu razılıq əlaməti kimi qəbul edir, daha da irəli gedirdi.
Saleh Durnaya nə qədər inansa da, qəsəbədə danışılanlar onu çaş-baş salmışdı.
Durna Qəhrəmanı çagırıb danışmaq qərarına gəldi.
Saleh Qəhrəmanı öldürmək qərarını vermişdi. Qəhrəmanı öldürəndən sonra Durnanı da öldürəcək, sonra təslim olacaqdı. Bəs uşaqlar? Uşaqlar uşaq evinə verərlər. Neynəsin axı? Çölə çıxa bilmir. Hər kəs ona qeyrətsiz kimi baxır, hətta söz belə atırdılar.
Durna Qəhrəmanı gözləyirdi. Görüş vaxtına az qalmışdı. Durna bıçağı cibinə qoydu. Qəhrəman maşını saxlayıb düşdü. Durnaya yaxınlaşıb salam verdi. Nə əcəbsə içkili deyildi. Ağlı başında adamlar kimi oturub söhbət edəcəkdilər. Durna deyəcəklərini əvvəlcədəm düşünmüşdü.
Sükutu Qəhrəman pozdu:
– Durna, mənim fikrimi bilirsən. Mənimlə evlənərsən?
Durna düşünmədən:
– Hə, dedi.
Qəhrəman gözləmədiyi cavabdan çaş-baş qaldı.
– Zarafat edirsən?
– Yox, niyə ki?
Amma şərtlərim var.
Sevinən Qəhrəman tez-tələsik şərtlərlə razılaşacagına söz verdi.
Durnanın planları baş tuturdu. Bir müddət əvvəl Qəhrəman haqqında eşitdiklərindən sonra araşdırma aparmış, bəzi məsələləri öyrənə bilmişdi.
Durnanı qarabaqara izləyən Saleh onların görüşdüyü gün də görmüşdü. Onun da planı hazır idi. Hər şeydən bixəbər Qəhrəman sevindiyindən
“göylərdə uçurdu”
Durna yenə də asma körpünün altına gəlmişdi. Əlindəki bellə qazdığı yerlərə yenidən baxırdı.
Bir neçə gün bundan qabaq qapıları bərkdən döyülmüşdü Durnagilin. Qapıya gedən Durna qapıda əyni-başı cırıq-cırıq olan bir yaşlı kişinin durduğunu görüb, kim lazım oldugunu soruşanda:
– İçəri keçə bilərəm, qızım?
– Evdə kişi xeylağı yoxdu, əmi.
– Bilirəm, qızım. Çox vacib sözüm var.
Durna qorxa-qorxa ətrafa baxıb, onu içəri dəvət etmişdi.
Əmi danışmağa başlamışdı.
O danışdıqca Durna əlini dizinə çırpıb Valehim lay-lay, deyib için-için ağlamışdı.
Əvvəl əminin danışdıqlara inanmaq istəməsə də, sonradan onun göstərdiyi sübutlar inandırıcı gəlmişdi.
O sübutların izinə düşüb, həmən “lal“ körpünün yanına gəlmişdi. Qazdığı yerdən Valehin saatının əqrəbini tapmışdı. Yenə də inanmamışdı. Bir neçə günlük axtarışından sonra Valehin çürüməkdə olan köynəyinin bir qolunu tapmışdı.
Və … planını cızmışdı.
Saleh Qəhrəmanı görüşə çağırmışdı. Xoş dillə aldadıb, asma körpünün altına aparacaq, orda öldürüb, basdıracaqdı .
Həyat təsadüflərlə doludur. Körpüyə çatanda kiminsə orda eşələndiyini gördülər. Onları görən Durna qaçıb gizləndi. Qaraltı yaxınlaşdıqca onların Salehlə Qəhrəman olduğunu gördü. ”Ürəyi ayağının altına düşdü”.
Burdan “qan“ iyi gəlirdi.
Durna gizlənib onları güdməyə başladı. Saleh Qəhrəmanın qollarından tutub yerə yıxdı.
– De görüm, Durnayla münasibətin var?
– Burax, burax deyirəm sənə.
-Sualıma cavab ver!
– Mənə nəsə olsa, polis dostlarım biləcək.
– Mən söz soruşdum axı, məni hədələmə.
– Məndən nə istəyirsən?
-Durna sənə söz verib?
– Hə, biz evlənəcəyik.
-Nə???
Asma körpü yellənməyə başladı. Hər ikisi başını qaldırıb yuxarı baxdı. Qəhrəman vəziyyətdən istifadə edib, Salehin əlindən çıxdı. Yerdən əlinə keçən taxta parçasıyla ona hücum etdi. Saleh qorunmaq üçün kənara tullandı. Artıq gec idi. Qəhrəman onu öldürə bilərdi.
Qıraqdan baxa-baxa qalan Durna qorxusundan yaxınlaşa bilmirdi. Saleh nə düşünərdi. Amma əli-qolu bağlı dayanıb seyr edə də bilmirdi.
Qəhrəmanın vurduğu taxtaların səsi ətrafa yayılırdı. Səssizlik içində Salehin iniltisi dəhşət saçırdı. Saleh xırıldamağa başladı.
Durna dözə bilməyib köməyə gəlmək istədi. Çox qəribə hadisə baş verdi. Durnanın Qəhrəmana çatmağına 1 addım qalmış asma körpü uçdu. Qəhrəman körpünün altında, Saleh bir qədər kənarda idi.
Salehin xırıltısı kəsildi. Qəhrəmandan da səs çıxmırdı. Durna inildəməyə başladı .
Səhər üzü idi artıq. Bütün qəsəbə buradaydı. Körpünün uçma xəbəri ildırım sürətilə yayılmışdı. Körpü qəsəbəylə kəndi birləşdirirdi. Kənddən səhər üzü gəlmək istəyən maşınlar körpünün uçduğunu görüb polisə xəbər vermişdilər.
Körpünün altından çıxarılan Qəhrəmanın vəziyyəti agır idi. Saleh hələ də ayılmamışdı, Durna o qədər də zədələnməmişdi.
Artıq qəsəbədə onlar haqqında müxtləif fərziyyələr irəli sürürdülər. Bəziləri oranın Durnayla Qəhrəmanın görüş yeri oldugunu, Salehin sonradan ora getdiyini, bəziləri Salehin Durnanı öldürmək üçün ora apardıgını Qəhrəmanın ora sonradan gəldiyini, bəzilərisə əksinə Salehin Qəhrəmanın öldürmək üçün ora aprdığını düşünürdü.
Heç kim məsələnin tam tərəfini bilmirdi.
Durnanın vəziyyəti yaxşı idi. Polisə izahat verimişdi. Salehin səhhəti yavaş-yavaş düzəlməyə doğru gedirdi. Ondan da izahat alınmışdı.
Hadisədən 3 ay keçirdi…
Qəhrəman yavaş-yavaş özünə gəlməyə başlamışdı.
Ən maraqlısı o idi ki, istintaq zamanı körpünün altından kişi meyidi tapılmışdı. Meyidin Valehə aid olduğu məlum olmuşdu.
Durna izinə düşdüyü qətl barədə məlumat vermişdi.
Araşdırmalar zamanı məlum olmuşdu ki, Valehi Qəhrəman qətlə yetirib. Durnaya gözü düşən Qəhrəman Valehi aradan götürüb istəyinə çatacağına ümid edirmiş. Valehlə yeyib içəndən sonra onu körpünün yanına gətirib, bıçaqla öldürmüşdü. Sonrada burdaca basdırmışdı.
Beləcə Valehlə illərin dostu olan Qəhərman, bir gün onun qatilinə çevrilmişdi.
Qəhrəmanın heç vaxt ağlına gəlməzdi ki, “lal” körpü bir gün onun sirrinin üstünü açmaq üçün sınıb yerə tökülə bilər.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cahangir MƏMMƏDLİ

CAHANGİR MƏMMƏDLİ

Cahangir MƏMMƏDLİ

Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri.

HƏYATI
Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində “İlin müəllimi” nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.

C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur.

Beynəlxalq Seminar, Simpozium və Konfranslarda
2005-ci ildə Hollandiyada İctimai teleradionun problemləri
2006-cı ildə Türkiyədə türk dilli xalqların qurultayı
2007-ci ildə Moskva Dövlət Universitetində YUNESKO-nun təşkil etdiyi „Mediaobrazovanie”
2007-ci ildə Bakıda „Türk dünyası jurnalistikası”

MƏQALƏLƏRİ
Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi. «Tənqid.net» jurnalı, №8, səh. 194-201
Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri. «Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi» I Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, 2012, səh. 11-12
Səlahəddin Xəlilov publisist kimi. Bakı, 2013, “Elm” nəşriyyatı, səh. 122-125 2. *Vətənə sevginin ölçüsüzlük ölçüsü. Bakı, 2013, “Naşir”jurnalı, № 5
Zaman sərhəddini aşan klassik publisistika. Bakı, 2013, “Füyuzat”jurnalı, №4

Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları. 1. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakül-təsi, 2014, səh. 51-67
Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməm-məd Hüseynov məktəbi. Biblioqrafiya. Bakı, “Bakı Univer-siteti” nəşriyyatı, 2014, səh. 4-12.
Senzura sisteminin fəaliyyət mexanizmi. “Füyuzat” jurnalı, 2014, № 3, səh. 20-25.
Bədii sözün «Ulduz» rəngi. «Ulduz»jurnalı, Bakı, «Təhsil» nəşr., 2015, səh. 3-7
Böyük alim, böyük müəllim. Mir Cəlal, II cilddə, Bakı, «Nurlar»nəşr., 2015, səh. 166-175
Fəlsəfi publisistikanın müasir problemləri. «Jurnalistika» seriyası, №3 Bakı, «Elm və Təhsil» nəşr., 2015, səh. 42-59


KİTABLARI
Jurnalistikaya giriş. B., 2001.
Müasir jurnalistika. B., 2003
Jurnalistikanın müasir inkişaf meylləri. B., 2006
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012, 38,5 ç.v.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (dərslik). Bakı, “Təhsil” nəşriyyatı, 2013.

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – sevgidən güc alan xanım

HƏQİQƏT HƏQİQİ

HƏQİQƏT HƏQİQİ İLƏ MÜSAHİBƏ

1. Köhnə ildən razı qaldınızmı? 2022 -ci ildən gözləntiniz nələrdir?

2021 -ci il girəndən xərçəng xəstəliyi ilə üz -üzə dayandıq.
Buna baxmayaraq 2021 -ci ildən çox razı qaldım. Çünki bu il mənə doğmalarımın, yaxınlarımın və məni sevənlərin sevgisini bir daha sübut etdi. Mən sevgidən güc aldım. İl ərzində yazılan şerilərimin də əksəriyyəti bu mövzuda oldu.

2. Səhətiniz indi yaxşıdır bu şeirlərin baş qəhramanı sevgidir yoxsa özünüz?

Səhətim hal – hazırda yaxşıdır.
Əlbəttə ki, sevgidir. Yazdığım kimi, ətrafımdakı insanların sevgisi məni həyata qaytardı.

3. Bu xəstəliklə üz-üzə dayanmaq mübarizə aparmaq bu çətinlikləri gözə almaq oldumu sizi ruhdan salsın gücdən salsın sevginin gücünə inamınız çoxdur bu inam bir gün tükənsə?

Bu ağır xəstəliklə üz – üzə qalsam da sevginin gücü bütün ağrıları üstələdi. Əslində ruhumuz biri birini tamamlayır. Bu tükənməz bir sərvətdir!

4. Sizi sevənlərin arasında varmı sizi sevməyən belə deyək sizə qarşı düşmənçiliyi olsun?

Məni sevənlərin arasında yalnız xoş ünsiyyət var və düşmənçilik olsa belə mən o ədavəti görməzdən gələrəm. İnsanlarda da ayın görünməyən tərəfi kimi görmədiyimiz tərəflər var. Buna görə də mən heç vaxt heç kimlə ədavət aparmadım.

5. İnsanların o görmədiyiniz üzünü görsəydiniz bu sizi üzərdimi?

Xeyir, üzülməzdim, çünki, bu dünya məfi və müsbət üzərində qurulub.

6. Yaradıcılığınızda necə? Mənfi müsbətləri ayıra bilmisiniz? Oxucularınız o mənfi müsbətlə üz-üzə durmasın yormasın.

Əslində şeirlərimi seçmirəm. Hər misrası bir xatirə olduğu üçün. Oxucularıma gəldikdə isə onlar mənim şeirlərimin stunudur.

7. Oxuclarınız şeirlərinizin sütunu dediniz olub ki belə bir şey o sütunun içində bir çürük olsun şeirlərinizə irad tutsun?

Buna çürük demək olmaz, əlbəttə ki. Əslində sizin çürük dediyiniz insanlara təşəkkürüm sonsuzdur. Tənqid bir əlifba kimidir, öyrədir.

8. Olub siz kimisə yaxşı mənada tənqid edəsiniz bu belə olsa daha yaxşı olar qüsurunuz budur yaxşınız bu?

Əlbəttə ki, hər yazarın özünə məxsus yolu, rəng çaları var. Duyğulara toxunmuram.

9. Sizi yormadıq ki, oxuculara son sözünüz nə olardı?

Söhbət incə ruhdan gedirsə bu yolda yorulmaq bilmərəm. Oxucularıma və sizə öz təşəkkürümü bildirirəm!

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

HƏQİQƏT HƏQİQİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yeni dərs vəsaiti: “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”

LALƏ  AKİF QIZI  MƏMMƏDLİNİN KİTABLARI

Yeni dərs vəsaiti: “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”

          Yeni ilin ilk günlərində “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətin görüşünə yeni dərs vəsaiti “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”la gəlmişdir. Dərs vəsaitinin müəllif-tərtibatçısı pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı mütəxəssisi

 Lalə Akif qızı Məmmədlidir.

          Elmi redaktoru: pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov;

          Rəyçilər pedaqogika üzrə elmlər doktorları, professorlar Hümeyir Əhmədov və İntiqam Cəbrayılovdur.

         Təqdim olunan dərs vəsaitində (Bakı: Mütərcim, 2022 . – 232 səh.) Azərbaycanın görkəmli psixoloq və pe­da­qoqlarının pedaqogikanın ümumi məsələlərinə, əsas anlayışlarına, onun predmetinə, məqsəd və vəzifələrinə, tədqiqat metodlarına, didaktika və tərbiyə məsələlərinə, məktəbşünaslığa dair əsərlərindən seçmələr veril­miş­dir. Dərs vəsaitindən ali təhsil müəssisələrinin və kolleclərin tələ­bə­lə­ri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, vali­deyn­lər, həmçinin geniş oxucu kütləsi də faydalana bilərlər.

LALƏ  AKİF QIZI  MƏMMƏDLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru