Etiket arxivi: FOTO

ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

Zaur  USTAC

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).

HƏYATI
Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.

YARADICILIĞI
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.

ƏSƏRLƏRİ
Kitabları
”Günaydın “(“Ağçiçəyim”)
“Mum kimi yumşalanda”
”Məhdud həyatın məchul düşüncələri”
”İstəməzdim şair olum hələ mən”
”Gülzar”
”Oriyentir Ulduzu”
”Şehçiçəyim”
“Gülünün şeirləri”
”Balçiçəyim”
”Bayatılar”
”Bərzəxdə”
”Sevin ki, seviləsiz”
“Qəlbimin açıqcası”
“93-ün yayı və ya bir qaşıq qatıq”
“2016”
“Nişangah”
“Ustadnamə”
“Usubcan əfsanəsi”
“Çəhrayı kitab”
“Otuz ildir əldə qələm “
“Əliş və Anna”
“Qələmdar”
“Yaradanla baş-başa”
“Zimistan”
“45” (şeirlər)
“Ülyahəzrət”
“Qədimliyə bürünmüş yenilik”
“Gülüzənin şeirləri”
“Uşaq boğçası”

Tərcümələri
Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)
Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)

Tədris vəsaitləri
“Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.
“39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)
“Uşaq boğçası” Məktəbəhazırlıq qrupları və I siniflər üçün vəsait.

MƏQALƏLƏRİ
Zaur Ustac “Dağlar” haqqında
Su — dünyaya açılan bir pəncərədir
“Hərb mövzulu yazılar” I və II
Nəzmi şah və ya Kəmaləddin Qədim
və digər.

LAYİHƏLƏRİ
“Dağlar – 200” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə).
“Mübariz – 31” (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə)
“Kərəmli – 700” (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə)
və digər.


MÜKAFATLARI
Qızıl qələm mükafatı
İlin Vətənpərvər Şairi

ƏDƏBİYYAT
Aida Hacıxanım “Məqam”
Aida Hacıxanım “Ömrün anları”
Aida Hacıxanım “Otuz şeir, otuz fikir”
Gülü “Zaur Ustac”
Qələndər Xaçınçaylı “Taclı şair”
Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə və II hissə
Kamal Camalov “Əliş və Anna haqqında”
Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ustaclı oğlu, Ustacam!

ZAUR USTACIN YAZILARI

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Ustaclı oğlu, Ustacam!
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

19.12.2021. Bakı ş.

  Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ZAUR USTACIN AD GÜNÜDÜR! – TƏBRİKLƏR!

Zaur USTAC – şair, publisist.

Təqvimdə bu gün şair, publisist, “Yazarlar” jutnalının təsisçisi və baş redaktoru, MYK-nın icraçı katibi Zaur Ustacın doğum gündür. Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində (Lenin rayonu) anadan olmuşdur. Ad günü münasibəti ilə redaksiya heyəti və bütün yazarlar adından onu təbrik edir, uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzu edirəm!

Hörmətlə: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rafiq ƏLİYEV

Rafiq ƏLİYEV

Rafiq ƏLİYEV

Əliyev Rafiq Əziz oğlu (10 fevral 1942, Novruzlu, Ağdam, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru (1975), professor (1976), AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti.

HƏYATI
Rafiq Əliyev 10 fevral 1942-ci ildə Azərbaycanın Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbdə təhsil almış, məktəbi medalla bitirmişdir. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşdur. İnstitut təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1967-1969-cu illərdə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur. 1976-cı ildən professordur. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.

Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.

Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkstan Respublikasının Daşkənt şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.

İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

MÜKAFATLARI
1971 — Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı
1983 — Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı
1992 — Təbriz Universitetinin (İran) professoru
1999 — Corciya Dövlət Universitetinin (ABŞ) professoru
2000 — Zigen Universitetinin (Almaniya) professoru
2003 — Yakın Doğu Üniversitesinin (ŞKTR) professoru

ƏSAS ELMİ NAİLİYYƏTLƏRİ
Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;
İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);
Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);
Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);
AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);
Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984);
Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);
ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);
Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);
Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);
Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);
Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);
Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);
Qeyri-səlis zaman sırıları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması, 2002;
Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə — Əliyev tərifi və meyarının təklif olunması, 2003-2007.

SEÇİLMİŞ ƏSƏRLƏRİ
Əliyev R.Ə. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 səh.(Azərbaycan dilində).
Алиев Р.А. Методы интеграции в системах управления производством. Moskva: Energoatomizdat, 1989, 271 s.
Aliev R.A., Aliev F.T., and Babaev M.D., Fuzzy Process Control and Knowledge Engineering. Koln: Verlag TUV Rheinland, 1991, p. 148. (İngilis dilində).
Aliev R.A., Bonfig K.W., and Aliev F.T., Soft Computing, Technik Verlag, Berlin, Germany, 2000, p. 448. (Alman dilində).
Aliev R.A., and Aliev R.R., Soft Computing and its Application, World Scientific, New Jersey, London, Singapure, Hong Kong, 2001. (İngilis dilində).

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HƏR GÜN NƏFDİ

Zaur USTAC – şair-publisist.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC MƏLAHƏT HÜMMƏTQIZINA “ZİYADAR” MÜKAFATI TƏQDİM EDİR

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

ZAUR USTAC MƏLAHƏT HÜMMƏTQIZINA “ZİYADAR” MÜKAFATI TƏQDİM EDİR. AYB “NATƏVAN” KLUBU. BAKI Ş.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 32

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏN

İDĞAM FAYDALARI

Quran qiraətində əgər iki ardıcıl gələn eyni adlı hərfi ( birinci sakin olmaq şəraitilə) ayrılıqda oxusaq bu müəyyən çətinliyə və ləngimməni aradan götürmək üçün iğdam qaydasından

bəhrələniri. Bu qayda həmcins hərflərə aiddir.

Texniki redaktor: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İldırım Əkbəroğlu – (Füzuli) – şairin həyatı fotolarda.

ALLAH RƏHMƏT ELƏSİN…

HƏYAT VƏ YARADICILIĞI

İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.

KİTABLARI:

İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.

QEYD:

“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.


İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM-YENİ ŞEİRLƏR

Aytac İBRAHİM– şair, yazar.
EY YAR...
Mənim ruhum mənə də yad olub,
Gəl özünü məndə axtarma, ey yar.
Könlümün qırıq duası yox olub,
Məndən özgə məna çıxartma, ey yar.

* * *
Viran olub xəyallarımın güzgüsü
Çilik-çilik səpələnib,birləşmir .
Söz deyən dilim ,ağzım yorulub
Susuram,qüsurumu xoş gör, ey yar.

* * *
Neçə milyon il əvvəl olub elə bil
Cəfam dinib,dilim susub,mən yoxam.
Ümidlərin yelkəni də süzülüb
Tazə arzulara yer yoxdur,ey yar.

* * *
Bax qocalmışam gənc yaşımda ,
Qüssədən ağarıbdır saçım da.
Özümə çarə olmayan bu vaxtımda
Sənə necə əğyar olum mən, ey yar?

11.02.2021.


QADIN...
Gözü uzaqlarda,
dili bir adamda,
özü uzun yollarda,
səbri tükənən qadın ...

* * *
Gecə səssiz-səssiz,
o soyuq otağında,
bumbuz əlləri ilə
çiyninə təsəlli qadın ...

* * *
Xəyalları nakam,
ümidləri sökük,
qəlbi qırıq-qırıq,
taleyinə gülən qadın ...

* * *
Özgə sözlərdən,
qanayan dizlərdən,
bu yalan aləmdən,
zərrə-zərrə küsən qadın...

* * *
Sevdiyi göylərdə
Buludların düz üzündə,
ağ məxməri libasda
mələk təki süzən qadın ...

27.05.2021.                 


MƏN...
Mən danışım sizə kimdən
Özüm ilə qalan məndən.
 Yaşa deyə dönə-dönə,
Sinəm içrə vuran qəlbdən.
* * *
Yaram dərin lap əzəldən,
Qanadıqca iz bağlayıb.
Bu dünyadan gedən kəsin,
İşi təkcə Rəbbə qalıb.
* * *
Naçar qalma, zaman yox,
Ömür bir az, sürən yox.
Bu yerlərdə gülən yox,
Güman bircə yarə qalıb.
* * *
Harda insan orda dərd,
Bir balaca yuvada dərd.
Savaşda da zülüm ilə
Zəfər yenə sənə qalıb.
* * *
Sual etmə, yığ dilini,
Belə baxma, yum gözünü.
Onsuz dinən, görən də yox,
Vətən yenə xalqa qalıb...
6.01.2022. 

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“COĞRAFİ ADLAR TÜRK DÜŞMƏNLİYİ SİYASƏTİNƏ QURBAN GETDİ” – ŞƏRİFƏ CƏFƏRİ

ŞƏRİFƏ CƏFƏRİ

Almaniyada yaşayan, əslən Cənubi Azərbaycandan olan yazıçı Şərifə Cəfərli Kamilinfo-ya müsahibə verib.

Tanınmış yazar Vasif Sadıqlının aldığı müsahibəni  “Rupor” təqdim edir.

-Keçən müsahibənizdə demişdiniz ki, Rza Pəhləvinin 53 illik hakimiyyəti dövrü ana dilimizin “qara günləri” adlandırılır. Həmin dövrdə Azərbaycan hansı toponimlərinin dəyişdirilməsi barədə ətraflı məlumat varmı?

– Bəli, elə tarixi abidələrimizin, yer adlarının dəyişdirilməsi də Pəhləvilər dövründən başlayır. Qacarlar devriləndən sonra ingilislər Pəhləviləri hakimiyyətə gətirdi. Təbii ki, hakimiyyətə gətirdikləri adamlardan bir sıra istəkləri vardı, öz siyasətlərini yürütmək istəyirdilər. O siyasət bu günə kimi davam edir. Bu isə o coğrafiyada yaşayan istər azərbaycanlı, istər qaşqay, türkmən olsun, bunların dillərininin inkişafının qarşısını almaq, onları özgələşdirmək farslaşdırmaq siyasəti idi və məqsəd burada güclü bir türk dövlətinin yaranmasının qarşısını almaq ola bilərdi. O dövrün aydınları, savadlıları bir yerə yığışdılar, türklə düşmənliyi hökumətin idarə sistemində yerləşdirdilər. Bunlardan örnək olaraq Hüseyn Kazımzadə, Arif Qəzvinli və Məliküşşüara Bahar, Mahmud Əfşar Yəzdini göstərmək olar. Məsələn, Arif Qəzvinli özü şairdir, bəstəkardır, oxuyandır, gözəl səsi var. Bunun irəli getməsinin səbəblərindən biri radikal farsçılığıdır, türk düşmanlığını teorizə edir.

– Hakimiyyətin dəstəyi ilə..
-Bəli, bunlar Pəhləvidən dəstək alırdı, Pəhləvi də bunların ideya və planlarına dəstək verirdi, imkanlar yaradır, himayə edirdi. Arif Qəzvinli deyirdi ki, türk dili biganələrin, yadların dilidir. Monqolların təriqilə İranda insanlar türk olub. Onlar əslində azərilərdir, öz əsillərinə qayıtmalı, fars olmalıdırlar. Bunun üçün əllərindən nə gəlirdisə, edirdilər. Arif Qəzvinli və Məliküşşüara Bahar millətə böyük şəxsiyyət kimi təqdim olnur, bunların ideologiyaların şeirlə, ədəbiyyatla uşaqlara yedirdilir. Arif Qəzvinli təbrizlilərdən istəyir ki, türk dilini atsınlar. Bunlar yaxşı da şairdirlər. Bütün imkanlarla: media yolu ilə, kitablarla, təbliğatla azərbaycanlıları assimilyasiya etsinlər. Onların hamısının təsiri ilə bəzən özümüzünkülər bilməyərək özümüzə qarşı çıxırlar.

İranda farslaşdırma siyasətinin irəli getməsində Mahmud Əfşar Yəzdinin böyük rolu olub. Dövlət bunlara şərait yaradırdı, panfarsizm ideyasını yayırdılar. Bu adam xüsusən Azərbaycan türkləri ilə, onların dilləri ilə düşmənçilik edirdi.

Onların etiqadları bu idi ki, ölkədə milli vəhdət olması üçün hamı farsca danışmalıdır. Hətta milli geyimlərin də (qaşqayların, Xorasan türklərinin, Azərbaycan türklərinin fərqli geyimləri var) aradan qaldırılmasını istəyirdilər. Milli mədəniyyət, əxlaq, tərbiyə də dəyşdirilməli, farslaşmalı idi.

Məliküşşüara Bahar farslar arasında çox hörmətlidir, ulduzdur, o da təlqin edirdi ki, babalarımızın dili fars dilidir, türk dili sonradan gəlib.

– Kəsrəvi kimi…

– Bəli, amma həmin nəzəriyyəni sonradan Kəsrəvi ondan qəbul edib davam etdirdi. O, bu mövzuda bir kitab da yazdı, Rza şah da, hökumət də bunu istəyirdi. Ona qədər hökumətin imkanları olmayan yerlərdə, kəndlərdə bir molla olurdu, ya savadlı bir adam olurdu, şagirdlərə azərbaycanca dərs verirdi. Məliküşşüara Bahar kimi adamlar təklif etdi ki, onları aradan qaldırsınlar və mədrəsələr olsun, təhsil farsca olsun, uşaqlar 1-ci sinifdən farsca danışmaq məcburiyyətində qalsınlar.

– Bütün bunlar coğrafi adlara da təsirsiz qalmamalı idi…

– Bəli. Elə onların farslaşdırılmasına da Pəhləvi hakimiyyəti dövründə başladılar. Bu təşəbbüs elə yuxarıda sadaladığım adamlarındır. Pəhləvi hakimiyyəti bunlara imkanlar yaratdı, himayə etdi, bu iş sürətlə başlandı. Təkcə azərbaycanlılar yaşayan ərazilərdə deyil, ərəblər, kürdlər və başqa etnosların yaşadığı ərazilərdə də adlar dəyişdirilirdi. Amma fokus Azərbaycanın üzərində idi. O vaxt Azərbaycanda 107 coğrafi ad farslaşdırılıb. Bu işdə bizim güclü olmağımızı istəməyən kənar güclərin də rolu vardı. İnsanların ruhi-rəvanları ilə, psixolojisi ilə oynayırdılar, deyirdilər, bunlar (coğrafi adlar – V.S.) düşmənlərin yadigarıdır, bu adları ölkəni şikəst edənlər qoyub. Bununla da həm də bu toponimlərə qarşı nifrət yaradırdılar. Məsələn, Bəndəri-Ənzəlini Bəndəri-Pəhləvi elədirlər. Tarixən orada türklər çox idi, indi gilanlılar daha çox yaşayır. Türkmənlərin yaşadığı Sənaxı Bəsirabad elədilər. Astarabadda Ağqala adlı məntəqənin adını Pəhləvidej qoydular…
– Dej nə deməkdir?

– Dej farsca qala deməkdir.  Urmiyanın adını Rzaiyyəyə çöndərdilər. Sulduzu Nəqədi elədilər. Amma indi də buranın əhalisi Nəqədi işlətmir, elə Sulduz deyirlər. Türkmənlərin sıx yaşadığı Türkmən səhrasında Sistan, Bəlucistandan əhlini gətirib yerləşdirdilər. Səhrayi-Türkmənin adını dəyişib Dəşti-Qorqan (Gürgan) qoydular.

Kavi Bayat adlı bir şəxs bu barədə çox maraqlı bir kitab yazıb: “Urmiya dər-müharibeyi aləmsuz” – Urmiya dünyanın yandıran müharibənin içində. 

Kavi Bayat o vaxt hökumət məmuru olub. Kitabda Xoy, Urmiya və Səlmasda ermənilərin azərbaycanlıları necə soyqırım etməyindən bəhs edilir.

Türkiyənin ovaxtkı hökuməti müdaxilə etməsəydi, ikinci Qarabağ yaranacaqdı.

Kavi Bayat yazır ki, o vaxt yer adlarının, küçə və meydanların adlarının dəyidirilməsində o qədər hərki-hərkilik vardı, hətta dövlətin öz məsulları, hətta vəzarəti-kişvərdə bundan xəbərsiz olurdu.

– Adların dəyişdirilməsinə hansı qurum qərar verir?

– Hicri-şəmsi təqvimi ilə 1314-cü ildə (miladi ilə 1935) Füruği adlı birisi baş nazir seçildi. O radikal farsçı idi. Kabinet yaradandan sonra bir mədəiyyət qurumu yaradır. O qurum vasitəsilə elə indi də artıq rəsmi şəkildə türk, ərəb və s adları rəsmi şəkildə dəyişdirirlər.

– Konstitusiyada belə bir müddəa var idimi?

– Konstitusiyada belə şey yox idi, amma Füruği bu qurumu rəsmiləşdirdi. İddialı bir heyət təşkil etdi. Bunların arasında Məliküşşüara Bahar, Bədiüzzaman Firuzan Fərdi, Hüseyn Gülgülabdı, Səid Nəfisi vardı. Bunlar komissiyanın və onun İdarə Heyətinin üzvü oldular. Vəzifələri bu adları dəyişmək idi. Bizə elə bunların kitabını oxudublar. Təəssüf ki, həmin şıxslər bu günə kimi ustad sayılırlar. Bundan sonra o adamların əli ilə beş maddə əlavə etdilər ki, onlara əsaslanıb “biganə kəlmələri” farsca sözlərlə əvəz etsinlər. Məsələn, tutaq ki, iki sözdən ibarət çay, dağ və s adlarında ən azı çay, dağ sözlərini farscaya dəyişirdilər. Məsələn, AcıçayTəlxe-rud oldu. Çox gülməlidir. …Bu zaman Azərbaycanda və əsasən ərəblərin yaşadığı Xuzistana xüsusi önəm verirdilər. Savıcbulağı Mahabad elədilər, indi oraya Kürdüstan deyirlər, daha çox kürdlər yaşayır və dövlət də onları himayə edir.

Qaraçəmən Miyanə ilə Təbrizin arasındadır, onu Siyah çəmən elədilər. Bəzən heç tərcümə də edə bilmirlər. Məsələn, Cığataçayı Zərrin rud ediblər. Miyancı Miyanə etdilər. Qızılüzən Səfid rud oldu. Səfid ağ deməkdir və qızılla heç bir əlaqəsi yoxdur. Həmin 5 maddə ilə hələ də yerlərdə bu işlər davam edir.

– Yerli idarəetmə orqanlarının bu işdə rolu nədən ibarət olurdu?

– Füruği şəhərlərin, rayonların rəhbərlərinə tapşırıq vermişdi ki, kəndlərin, yerlərin, dağların, məhəllələrin və s adlarını yazıb bayaq deyilən quruma göndərsinlər. Sonra isə onları dəyişmək üçün farsca ad seçib təklif edirdilər. …İranı min illər boyunca türklər idarə etdiyindən İranın başqa yerlərində də türkcə coğrafi adlar var. Yerli əhali farslar olduğu üçün onları dəyişməyə o qədər də tələsməyiblər. İsfahana gedəndə yolda bunlara diqqət edirdim. Müəyyən sayda dağ-təpə adları hələ də qalır…

– Türkcə toponimlərə qarşı düşmənçilik siyasəti sanki Pəhləvilərdən sonra da davam etdirilir...

– Pəhləvi dövründə milli coğrafi adlar bunların türk düşmənliyi siyasətinə qurban getdi. Hicri-şəmsi 1357-ci ildə İranda islam inqilabı baş verdi, Pəhləvilər devrildi. Amma bunlar düşmən olsa da, yuxarıda dediyim o qurum həmin siyasəti davam etdirdi. Görünür, bu qurum başqa bir yerdən güc alır. İndi eyni siyasət islam qılığında davam etdirilir. Türklərə münasibətdə heç nə dəyişməyib. Təbrizdə “Azəriha” Mərkəzində nəşrləri, jurnalları var. Azərbaycanın varlığını, müstəqilliyini həzm edə bilmirlər. Bəlkə, soyları fərqlidir, amma özlərini türk bilirlər, eynən bizim kimi danışırlar, amma İran bayrağı istəyirlər, Azərbaycan düşmənliyi edirlər. Bunların başında Seyid Cavad Təbatəbai vardı ki, bəlkə, ona bugünkü Kəsrəvi demək olar. Təbrizdədir, hökumət də bunu dəstəkləyir. Qızı Co Baydenin kabinetindədir. İnqilab oldu, hökumət dəyişdi, amma bu qurum öz işinə ciddiyyətlə davam edir.

Azərbayanı şərqi və qərbi deyə böldülər. Sonra Ərdəbili Azərbaycandan ayırdılar.  Zəncanı Azərbycandan, Qəzvini Zəncandan ayırdılar. Yavaş-yavaş bu ərazilərə farsi huviyyət verdilər. Məqsədləri odur ki, bölgələrin üstündən Azərbaycan adı götürülsün, xırdalansın, oraya yaaş-yavaş farsları və başqalarını yerləşdirsinlər. Bir yayım evi yazır ki, Azərbaycanda 570 yer adı dəyişdirilir, farsca adlar qoyulur. Bunların 101-i elə Urmiyanın ətrafındadır.

Tehran yaxınlığında bir şəhər var, artıq Tehrana bitişməkdədir. O şəhərin sakinlərinin çoxu azərbaycanlılardır. Onun adı indi Kərəcdir, amma əvvəl Yeni İnan olub. Qəzvinlə Tehran arasında Abyek adlanan şəhər var. Bunun adı əvvəllər Qışlaq olub. Qəsri-Qacariyyə adlı bir şəhərə Bisin adı veriblər.

Hamımız bilirik ki, bir uşağa bir ad qoyulanda bunun nəsə bir mənası olur. Ya babanın adıdır, ya sevdiklərinin adıdır, ya da nəsə bir məna daşıyır. Dağlardır, kəndlərdir, məhəllələrdir – bunların adının da bir fəlsəfəsi var ki, qoyublar.  Bir tarixi var ki, qoyulub. İllərdən sonra gəlib bunları dəyişib bir anlamsız, bəzənsə gülməli ad verirlər.

Düşünün ki, bir millətə nə qədər xəyanət olunur, nə qədər mübarizə aparlsa da, qalib güc dövlətin əlindədir. Dövlət indi islami qılıqda olsa da, paniranist siyasət yürüdür. Füruğinin dövründən başlayan mədəni soyqırımı indi də davam etdirirlər.

– 1000 ildən çox müddətdə indi İran adlanan ərazi türkdilli xalqlar, o cümlədən Azərbaycan türkləri tərəfindən idarə edilib. Belə böyük bir zaman kəsiyində fars dili və ya digər dillərə qarşı linqvosid – dil soyqırımı siyasətinə bənzər nəsə həyata keçirilibmi?

– Təkcə İranda yox, başqa yerlərdə də türklər heç vaxt başqalarının mədəniyyyətini, dilini sıradan çıxarmayıblar. Əksinə, onların inkişafına imkan veriblər, yardım ediblər. Elə fars mədəniyyəti, dili türk hökmdarların əlilə inkişaf edib. Hətta farsca yazan şairlərə hədiyyələr veriblər. Türk padşahları heç vaxt başqa mədəniyyətləri əzməyiblər, kiçiltməyiblər.

– Bəzən düşünürsən ki, Pəhləvilərin dövründə, bəlkə də, Azərbaycan dilinin sıxışdırılması başadüşülən idi, bəs İslam Respublikasının rəhbərliyi nəyə görə buna yol verir? Axı Quranda dil müxtəlifliyinin Allahın ayələrindən olduğu deyilir.

– Hamı sual verir ki, islami hökumət adlanan bu hakimiyyət niyə islama layiq olan hərəkət eləmir, dinin, Quranın, ayələrin ziddinə işlər görür.

Düzdür, məscidlər tikir, çalışır ki, məhərrəmlik əzadarlarını islami göstərsin. Hər şey görüntüdür. Amma türklərə qarşı olan siyasətləri islami deyil.

– Toponimlər dəyişdiriləndə ictimai rəy nəzərə alınırmı?

– Xeyr, ictimai rəyə əhəmiyyət verilmir, o adlar zorla dəyişdirilir. İnternetdə çoxlu materiallar var, gedirlər bir məntəqənin adını dəyişirlər, səhəri gün oranın uşaqları gedib o adı qaralayır, cızır, təzədən türk adı yazır. Sonra gəlib həmin adamları axtarırlar ki, cəzlandırsınlar. Əlbəttə, bu, hüquqi dövlət deyil, millətin rəyini almağa heç bir ehtiyacı yoxdur.

 – 16 noyabr 1972-ci ildə UNESCO-nun baş konfransında «tarixi toponimlərin təhrif edilməsi və dəyişdirilməsinin yolverilməziliyi” barədə qərar qəbul edilib. İranın UNESCO üzvü olduğunu nəzərə alıb, bu barədə həmin təşkilata müraciət etmək olarmı?

– Əlbəttə, haqlısınız. UNESCO belə bir qərar verib. Amma İranda çox qarma-qarışıqlıqdır. Fərdi və ya kollektiv şəkildə etirazlar edilir. İran heç bir əxlaqi qanuna tabe deyil, bu qərarlara əməl etmir. Sizin dedikləriniz bizim üçün, ölkədən xaricdə yaşayan azərbaycanlılar üçün bir önəridir. Yaxşı olar ki, özləri yığışalar bir yerə, bir əncümən təşkil edələr, UNESCO-ya məktublar yazalar. İndiyədək insan haqları təşkilatlarına yazılıb, amma ya faydası olmayıb, ya da yetərli olmayıb.

Vasif SADIQLI

İlkin mənbə: rupor.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru