Etiket arxivi: FOTO

Ədəbiyyatın yaşayan əfsanəsi (Şirəli Əlyar)

ŞİRƏLİ ƏLYAR – ŞAİR.

1. ( Şirəli Əlyar ) biraz sizi tanıyaq?

Mən Əlyar Ağayev Şirəli oğlu 1958- ci ildə Masallı rayonun Qızılavar kədində dünyaya gəlmişəm. Qızılavar kənd orta məktəbində ilk təhsilimi almışam.Məktəb illərində teatra, mədəniyyətə, ədəbiyyata böyük marağım olub.Tez-tez konsertlərdə həvəskar aktyor kimi çıxış etmişəm. 1975 – ci ildə Bakı kitabxanaçılıq texnikumun aktyorluq və rejissorluq fakultəsini bitirmişəm. 1977- 79 – cu illərdə əskərlik xidmətində olmuşam.1980 ildən Masallı rayon mədəniyyət evində xalq teatrında çalışmışam 1986- cı ildən 1993 ilə kimi rayonun Bədəlan kənd mədəniyyət evinin drektoru vəzifəsində çalışmışam.Bu illər ərzində mədəniyyət evində çoxlu sayda konsert və tamaşalar təşkil etmişəm. Respublika mərkəzi tv də çıxış etmişəm. Rayon və respublika mətbuatlarında yazılarım olub. Tez- tez səhnəciklər, bir pərdəli tamaşalar yazmışam. İlk dəfə talış dilində “Honi” ( Bulaq) ədəbi jurnal çap elətdirmişəm. “Mərəkə” ədəbi məclis təşkil etmişəm . 90 -cı illərin ağır iqtisadi çətinliklərinə görə ( 1995 -2010 illər,) müvəqqəti olaraq Rusiyada yaşamışam. Hal – hazırda Abşeron rayon Saray qəsəbəsində yaşayıram, inşaat işləri ilə məşğul olmaqla ailəmi dolandırıram. Asudə vaxtlarımda Ədəbiyyat və mədəniyyət işləri ilə məşğul oluram. 4 övladım, 6 nəvəm var.

2. Öhdəsindən gələ bilmisiniz? Sizcə Ədəbiyyat teatr kitabxanaçılıq və məktəb direktoru vəzifəsi.

Məktəb drektoru yox, mədəniyyət evinin drektoru. Bəli demək olar öhdəsindən yaxşı gəlmirdim. Hər ay mədəniyyət evində keçirilən tədbirlərdən rayon və respublika mətbuatlarında materiallar dərc olunurdu. Bizim mədəniyyət evində 8 dərnək fəaliyət göstərirdi. Biz rayonun bütün kəndlərində, məktəblərində konsertlər, mədəni tədbirlər təəşkil edirdik. Məndə o illərin çoxlu şəkilkər, qəzet materialları hələdə qalmaqdadır.

3. Çap etdirdiyiniz o jurnalda kimlər çap olundu nüsxəsi qalıb sizdə davamı oldu jurnalın neçə nömrəsi işıq üzü gördü?

Jurnal 1989 ildə, Talış dilində çap olunurdu. 4 nömrə çapdan çıxdı. Orada Talış xalq bayatıları, nağıllar, tapmacalar, yanlltmacalar və Talış dilində yazan şair və yazıçıların yazıları dərc olunurdu. Məndə o jurnalın elektron variantı qalıb, amma eşitmişəm bir çoxlarında bu jurnalın nüsxələri var. Mən Rusiyada olanda, mənim arxivimin çox hissəsi baxımsızlıqdan sıradan çıxmışdı. Amma o vaxtları çəkilən şəkillər qalıb.

4. Mən səifənizi izləyirəm talış dilində yazmaq sizcə oxucular bu dili başa düşür? Səf eləmirəmsə kitabınızda talış dilində işıq üzü görüb hansı nəşiryyat ?

Bəli mənim “Bızanq” ( Arı) adlı ilk hekayər kitabım 1920- ci ildə çapdan çıxdı və çox gözəl qarşılandı. Mən onu təkrar çap elətdirdim. İndi hal- hazırda ikinci kitabım çapdan çıxmalıdır. Və gələn ilin birinci yarısında üçüncü kitabım Azəri türkcə çap olunacaq. Hal -hazırda üçüncü kitabım redaktə olunur. Son zamanlar talış dilində yazılan kitablar çoxalmaqdadır. Mən həm talış və həm də Azərbaycan dilində yazıram. Əlbəttə Azərbayacan dilində oxuyanlar çoxluq təşkil edir. Mənim hekayələrim həm talış dilində çap olunur qəzetlərdə və həm də Azərbaycan dilində çap olunur
“Yurd ” jurnalında çap olunur. Mən adətən satira yazmağı xoşlayıram və özümə yazıçı da demirəm. Necə deyərlər yazmağa həvəs göstərənlərdənəm.

5. Teatra marağınız olduğunu dediniz oynadığınız rollar olub? Olub istədiyiniz bir rol olsun indisində də arzu olaraq qalsın?

Belə, mən çox istəmişəm aktyor olum, mənim Əli Zeynalov, Mikayıl Mirzə kimi müəllimlərim olub. Mən Cəlil Məmmədquluzadənin bütün yazdığı dram əsərlərində oynamaq istəmişəm. Amma bəzi əsərlərində, cavan vaxtlarımda oynadığım rollar olub. Bəzi əsərləri parçalar hazırlamışam, monoloqlar ifa etmişəm.

6. Gənc yazarlardan kimləri oxuyursunuz bir ədəbiyyat adamı kimi sizi qane edir yoxsa heç gənc yazarları oxumursunuz?

Sözün düzü rastıma çıxanı oxuyuram. Ən çox dostluğumda olan şair və yazıçıları oxuyuram. Lerikdən Mahir Dinaye , Teyyub Ağazadə, Bəhrəm Şəhs .. Afiq Umman..və başqaları, yaxş yazanlar var .. Amma mən şeirdə, nəsrdə yenilik, yeni söz, yeni fikir, təzadlar, axtarıram. Mənalı satiranı sevirəm.
Yazar gərək bu günü ilə yaşasın, lap eşqdən də yazsa, gərək bu gün ki həyatın abu-havasını təsvir etsin…

7. İkinci üçüncü kitablarınıza hansı əsərlər daxil edilib yoxsa elə əvvəl yazdıqlarınızdır kitablarınızı hansı nəşiryyata həvalə etmisiniz razısınız nəşiryyatlardan?

Mən hekayələrimi təkrar nəşr etmirəm. İkinci kitabımda yeni hekayələr, felyetonlar, təmsillər çap olunur.
Üçüncü kitabım məhrum şair, qəzəlxan, meyxanəçi Rəhim Saraylıya ithaf etmişəm. Bu kitab dediyim kimi Azərbaycan dilində çap olunacaq. Kitabda Məhrum şairin həyatı haqqında, Saray kəndində baş verən məzəli hekayələr əsas yer tutacaq. Bu kitabda da təmsil və felyetonlar olacaq. Və kitabın müəyyən bir fəsili Rəhim Saraylinin bir neçə satirik şeirləri və qəzəlləri çap ediləcək.

8. “Mərəkə” ədəbi məclisin yaradıcılarından olduğunuzu dediniz məclis fəaliyyətini davam etdirir yoxsa?

“Mərəkə” sözü meydan, məclis mənası verir. O məclis iki il fəaliyət göstərdi və o məclisin iştirakçılarının çoxu indi ədəbi fəaliyyətin davam etdirirlər. Onlardan Xanəli Tolış, Allahverdi Bayrami, Camal Lələzoə, Şərafətdin İlkin, Cabbar Əliyev və başqaları Talış zonasında çox tanınmış şair və yazıçılardan hesab olunur. Hal hazırda RTMM ( Respublika Talış Mədəniyyət Mərkəzi ) nəznində “Amburi soğnədə” ( Dəmirağacı kölgəsində) talış ədəbi məclis fəaliyət göstərir və mən o məclisin sədriyəm. Biz tez- tez görüşlər, ədəbi məcliskər, kitab təqdimatı keçiririk.

9. Son olaraq sizi incitmədik ki oxucularınıza son sözünüz?

Oxucularıma oxumaq arzu edərdim. Demirəm mənim yazdıqlarımı oxuyun, deyirəm dahiləri oxuyun. Bilirəm indi hamı vaxtdan gileylənir, amma kitab oxumağa öyrəşən həmişə vaxt tapa bilər. Heç bir kino kitabı əvəz edə bilməz. Bir var hadisələrə baxasan, bir də var hadisənin içində olasan. Kitab oxumaq, yaxşı şeir oxumaq yaşamaqdır.
Hamıya sağlıq və mənalı ömür arzulayıram.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

ŞİRƏLİ ƏLYARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İBRAHİM YUSİFOĞLU “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

İbrahim Yusifoğlunun kitabı

Tanınmış şair İbrahim Yusifoğlu “Mənə bircə gilə göz yaşı bəsdi” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Bu münasibətlə İbrahim müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik!

İBRAHİM YUSİFOĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD – YENİ ŞEİRLƏR

Mövlud AĞAMMƏD – şair, pedaqoq.

GƏLMƏDİ
Dedim yara namə yazım,
Əlim gəlmədi, gəlmədi.
Dərd üstünə dərd istədim,
Zülm gəlmədi, gəlmədi.
* * *
İllər ilə həsrət çəkdim,
Yenə onsuz, yenə təkdim;
Dərdi yarı böləcəkdim,
Gülüm gəlmədi, gəlmədi.
* * *
Dərd əlindən gəldim dada,
Hey düşdükcə dərdim yada;
Dedim, bəlkə, yetər dada,
Ölüm gəlmədi, gəlmədi.
* * *
Dərd məskənim dərd dağıdır,
Dərd ələyir, dərd dağıdır;
Necə deyim, dərd yağıdır,
Dilim gəlmədi, gəlmədi.
* * *
Mövlud dərdinə ağlayır,
Dərd kitabın varağlayır;
Dərdim sinəmdə çağlayır,
Selim gəlmədi, gəlmədi…

TELİN DƏN SALIB
Nə yaman qüssədən saralıb rəngin,
Eh, gözəl, gözlərin selindən qalıb.
Salacam yolumu dağlara tərəf,
İçəcəm dərdini əlindən alıb.
* * *
Bir yanda dağ boyda dağım var – zülm,
Bir yanda tənhalıq, tənha bir ölüm;
Səbrimin də səbri tükənib, gülüm,
Məni də dözümün dilindən salıb.
* * *
Xəyalım gerçəyə qarışır, itir,
Şirin vüsal anım yuxutək bitir;
Mövlud indi-indi vəslinə yetir,
Demə, qocalıbsan, telin dən salıb…

YANACAQ
Dərdim yaz yağışı – tonqal üstünə,
Azarı-bezarı odda yanacaq.
Günü qara gəlib – nə küsür, umur,
Gileyi-güzarı odda yanacaq.
* * *
Dərdim süzüləcək dərdin içindən,
Özü naxış-naxış, ilməsi dən-dən.
Baxıb ay üzünə bölünəcək tən,
Bənövşə üzarı odda yanacaq.
* * *
Dərdim öz əlindən təngə gələcək,
Yığıb ovucuna çəngə biləcək.
Baxıb alışdığı rəngə güləcək,
Əzabı, azarı odda yanacaq…

MƏNİMÇÜN
İşdi yaxa versəm, zalım əcələ,
Göyüm-göyüm göynəyərsən mənimçün.
Bir az razı, bir azca da narazı,
Deyim-deyim deyinərsən mənimçün.
* * *
Yuxuların qarışmasın gerçəyə,
Ümid olub gözlə məni gecəyə;
Sevincini bölüşərsən heçliyə,
Öyüm-öyüm öyünərsən mənimçün.
* * *
Saxla məni aşiq kimi yadında,
Xatirində doğmanın da, yadın da;
Ürək olub, gülüm, Mövlud adında
Döyüm-döyüm döyünərsən mənimçün…

QÖNÇƏLƏR
Əvvəl çiçək, sonra yarpaq açacaq,
Çiçək-çiçək düzüləcək qönçələr.
Bahar ömrü bitər-bitməz güllərin,
Ləçək-ləçək üzüləcək qönçələr.
* * *
Lalə kimi gül bəsləyir yanaqlar,
Üşütməsin vaxtsız düşən sazaqlar.
Damla-damla mey bəsləyir dodaqlar,
İçək, içək… Süzüləcək qönçələr.
* * *
Nədir, Mövlud, ağ saçlara sualın,
Dərd gətirir dərdlərinə bu halın.
Heyif, qaldıq ümidinə xəyalın,
Dilək-dilək gəziləcək qönçələr…

GƏL
Bu dərd bizim aramızda bitibdi,
Bir daş altda, birini də üstə gəl.
Nə dil bilsin, nə də dodaq anlasın,
Nə fərq olsun, nə də bircə üstəgəl.
* * *
Heç nə umma belə zalım fələkdən,
Dünyamıza qəm ələnir ələkdən;
Qismətinə düşən paydı ürəkdən,
Birin verib, birini də istə gəl.
* * *
Çətin bir də ömür dönə geriyə
Buz bağlamış xəyalların əriyə;
Nə deyirsən, Mövlud, mələk pəriyə:
– Öz bəxtindən nə inci, nə küs də gəl.

ELƏ BİL QIŞDIR
Bu yağış yağmağın təhərin bilmir,
Ağarıb qar kimi, elə bil qışdır.
Payızın qızılı rəngi dəyişir,
Bu necə ilmədir, necə naxışdır?
* * *
Əyib budaqları özümə sarı,
Payızın ətrini çəkəydim barı.
Yarı qərənfildir, bənövşə yarı,
Boylanır həsrətlə, bu nə baxışdır?
* * *
Yağır taleyimə, ruhumdan keçir,
Qocalıq donunu dumandan biçir.
İllərin ayrılıq suyundan içir,
Daha islanmıram, yağsın, yağışdır…

KEÇİR
Tələsmə vədəsiz, vaxtsız ölümə,
Fələyin yazısı alından keçir.
Yığıb-yığışdırma ömrünü pay-pay,
Gedənlər dünyanın malından keçir.
* * *
Yamanca son qoydun bu intizara,
Ağrılar, acılar düşübdü dara;
Elədən eləyə, belədən hara –
Hərlənib ürəyin dalından keçir.
* * *
Necə də kövrəlib ümid çırağı,
Ağlayır gözündə ölüm sorağı;
Qopulur sonuncu ömür varağı,
Vəsləti Mövludun halından keçir…

SAYARSAN
Yolun düşüb yar yanına gedəndə
Bir addımı iki addım sayarsan.
Əhvalını xəbər alıb soranda,
Elə bil ki sənə yaddım, sayarsan.
* * *
Gətirməsin aşiqini bəxt cana,
Həsrətindən alovlana, odlana.
Fələk verib, şükür elə, di sana,
Muradıma indi çatdım, sayarsan.
* * *
Mövlud, həsrət çəkdin yetər bu qədər,
Bənövşəndən varmı görən bir xəbər?
Vəsləti var ölümündən lap betər,
İkisin də birdən daddım, sayarsan…

ÇƏKƏN BİLƏR
Bir az həsrət, bir az hicran çəkəsən,
Çəkən bilər ahu-zarın qədrini.
Çəkib, çəkib peymanından dönəsən,
Çəkən bilər düz ilqarın qədrini.
* * *
Buz bağlayıb sanki donuq baxışlar,
Vəfasızı hərə bir cür bağışlar;
Çəkdiyimiz kimi düşüb naxışlar,
Çəkən bilər buzun, qarın qədrini.
* * *
Kim unudar ilk sevginin dadını,
Söndürməklə sönən deyil odunu;
Necə çəkim ayrılığın adını,
Çəkən bilər, Mövlud, narın qədrini…

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDUL – SƏNSİZLİK

Fəridə ABDUL – şair, yazar, filoloq

SƏNSİZ ŞƏKİLLƏR
Hər şey susanda, gözlər danışır
Qəlbimdə buraxdın izlər,danışır
Danışır xatirələr,danışır keçmiş
Kədərlə boynuma sarılır bəzən
Sənsiz çəkdirdiyim bütün şəkillər.
Deyrlər hanı o?niyə təkiy biz
Yanında niyə yox ,tutmur əlini,
Məgər ağladığın o zalım oğlu
Tək çəkir çəkdiyi şəkillərini?
Bütün şəkillərində əsmər görünür
Üzdən xoşbəxtdi,sənə oxşayır
Onun da saçları sən tək boyalı,
Onun da saçları dibdən toxunur.
Bəxti sən deyilsən,daha xoşbəxtdi
Sənin həsrətindən yandığın əclaf
İndi o əsmərin evinə baxtdı.


ATASIZ QIZ
Atasız qızların  dərdi çox olur
Onlaran biriyəm,yarımdı canım
Ata sən gedəndən qolum,qanadım
Taqətsiz dizlərim,yaradı canım.
Kövrəyəm nədənsə mən hər görəndə
Ataya sarılan,bir qız görəndə
Boşalır əllərim,qırılır qolum
Deyirəm olmazdı kaş əlim,qolum
Olardı sarılan tək atam mənim.
Olardı sevgisiz  daşdan ürəyi
Bilərdim yaşayır,o nəfəs alır
Kaş daş olan qəbri deyil də
Razıyam olardı daşdan ürəyi
5 yaşım olardi,çox uşaq idim
Dərdi ilmə ilmə qəlbə toxudum
Hər kəs sarılanda,ata deyəndə
Mən  gül gətirdim,dua oxudum.
İndi sevilmişəm,xoşbəxt olmuşam
Hər şeydən tam olsam,5 yaşdan bəri
Ata sevgisindən nakam qalmışam.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



MƏNİM PAYIZ MƏHƏBBƏTİM

Seymur Sönməz (Paşayev) – yazar.

MƏNİM PAYIZ MƏHƏBBƏTİM

​ ​ ​ ​ ​ Payizda taniş olmuşduq! O, rastıma elə bir məqamda çıxmışdı ki, xeyli vaxtdan bəri həyatıma rəng qatmaq gücündə olan birinin axtarışında idim. Tanış olandan sonra düşünürdüm ki, aramızdakı yollar uzaq olsa da, bizi qəlbən bir-birimizdən ayrı salmağa qadir deyildir. Sevdalı günlərimizin lap əvvəlində bu kəlmələri onun özünə də söyləmiş, o, mənə bunu əhdi-peyman kimi qəbul etdiyini bildirmişdi. Ancaq o vaxtlar hardan biləydim ki, bu sözləri onun qəlbi yox, dili-dilçəyi deyirmiş!
​ ​ İllərlə davam edən qarşılıqlı sevgimizdən son vaxtlar nədənsə ayrılıq qoxusu gəlməkdə idi. Nədənsə bizi birləşdirən yolların üstündən soyuq küləklərin əsib keçdiyini hiss etdikcə ürəyimdə gah özümü, gah da Jannanı qınayırdım…
​ ​ ​ Günlərin birində qəlbimdən keçənləri Jannanın özünə də deyəndə, o, and-aman edərək, əvvəlki kimi sevgimizə sadiq olduğunu bildirdi və hətta, belə düşündüyüm üçün məni bir az qınadı da…
​ ​ ​ ​ ​ ​ Onun bu barədə nə deməsindən asılı olmayaraq ürəyim dərinliklərində “şübhə toxumları” günbəgün cücərib boy verməkdə idi. Əslində, Janna öz niyyətini dilinə gətirməsə də, onun sözlərinə artıq inanmırdım. Gündən-günə aramızdan soyuq küləklərin keçdiyini bütün varlığımla hiss etdikcə, Jannanın bəhanələri də artıb çoxalmaqda idi…
​ ​ ​ ​ ​ Axırda ürəyimin diqtə etdiyini, Jannanın özü də təsdiq etməli oldu, özü də soyuq payız günlərinin birində! Onu qınasam da, acılamadım! Axı, o mənim​ sevdiyim idi! Ancaq bununla belə, birgə getdiyimiz yolun sonunda dedim ki: “Sənin haqqın yox idi, məhəbbəti oyun, mənisə oyuncaq hesab edəsən, yadında yaxşı saxla, günahların ömürün boyu səni tərk etməyəcək!…
​ ​ ​ ​ Bilmirəm, o dediklərimi anladımı? Təkcə bildiyim odur ki, o heç mənimlə sağollaşmadan öz yolu ilə çıxıb getdi. Mənsə özümü danladım və bu qənaətə gəldim ki, soyuq bir payız günündə rastıma çıxan bu qız, illər sonrası elə payızın dumanlı-çiskinli günlərinin birində də durna qatarına qoşulub, uzaqlara “uçub” getdi! Elə həmin gündən sonra kimsə “payız fəslini çox sevirəm”- deyəndə, yadıma özümün uğursuz məhəbbətim düşür! Bəlkə də mənim bəlalı sevgimin baiskarı payız oldu. Jannanın günahı ucbatından bu sevgi qaşqabaqlı payızın sınağından üzüağ, alnıaçıq çıxa bilmədi!..
​ ​ ​ Əslində üzünü qarlı-şaxtalı qışa tutan payız gündən-günə hərarəti azalan bir sevgiyə haradan “məlhəm” tapmalı, fikri-zikri indi də özgəsinin yanında olan bir qızı getdiyi yoldan necə qaytarmalı idi!..
​ ​ ​ Məni qınamayın, neyləyim, payızda sevib, elə payızda da itirdiyim dönük üzlü bir sevdaya görə, ilk vaxtlarda payızın əlvan çalarları kimi gözümə görünən və ürəyimə hökm edən bir qızı vaxtında tanıya bilmədiyimçün, hərdən payızla bərabər özümü də qınayıram! Niyə aldandım, niyə!!! Nədənsə hələ də bu sualın cavabını tapa bilməmişəm!..

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GECİKMİŞ ÇİÇƏKLƏR – NƏZAKƏT KƏRİMOVA (ƏHMƏDOVA)

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

GECİKMİŞ ÇİÇƏKLƏR
Yeni dərs ilinin başlamasından xeyli keçmişdi. Məktəbin direktoru Nazilə müəlliməyə sabahkı tədbirin ssenarisini hazırlamağı tapşırmışdı. O bilirdi ki, tədbirin daha maraqlı və uğurlu alınmasının yalnız Nazilə müəlliməyə etibar etmək olardı.
Gecədən xeyli keçmişdi… Bayırda külək əsirdi. Bir az keçməmiş narın yağış yağmağa başladı. Nazilə çox həyəcan keçirirdi. Görəsən, görüş necə alınacaq? Proqramı hazırlayarkən diqqətdən kənarda nəsə qalmadı ki? Bir anlıq sabahkı görüş gözünün önündə canlandı. Hər şey yerli yerində nəzərdə tutulduğu kimi gedirdi.. O, çox narahat idi. Birdən atasının ürəyi yenə ağrıyar, tədbir yarımçıq qalardı.
Bütün suallar xəyallarından gəlib keçdi… Nəhayət, qonşunun xoruzunun banlanması onu xəyallardan ayırdı. Səhər açılırdı. O işə hələ o isə hələdə yata bilməmişdi.
Məktəbin akt zalı ağzına kimi görüş iştirakçıları müharibə veteranları, müəllim və şagirdlərlə dolmuşdu. Hamı qonağı səbirsizliklə gözləyirdi. Nazilə atasını böyük vətən müharibəsinin veteranı və məktəbin sayılıb seçilən hörmətli müəllimi kimi ön cərgədə veteranların yanında oturtdu. Bu böyük izdiham qonağı qarşılamaq üçün həyəcan içində idi. Akt zalının qapısının ağzında gənclər, məktəblilər gül- çiçəklə bayraqlarla gözlərini küçə qapısına zilləmişdilər… Budur, qara maşın məktəbin həyətinə daxil oldu. Hamı gələn qonağı rayona yeni təyin olunmuş məhkəmənin sədrini alqışlarla qarşıladı. Onu akt zalına dəvət etdilər. O, asta addımlarla yuxarıda ona ayrılmış stulda əyləşdi.Hamı onu alqışladı. Nazilənin atası, gələn qonağa diqqət elədi. Onun ağa ayağını çətinliklə çəkməsinə də nəzər yetirdi, amma yenə də öz özünə fikirləşdi, yox bu ola bilməz! Ürəyində ağrı hiss etdi. Havası çatmadı. Nazilə atasının halbahal olduğundan narahat oldu. Yanına gəlib pəncərəni araladı ki,otaq da havalansın. Atası isə düşüncələrə qərq olmuşdu. Axı ,müharibədən 40 ilə yaxın bir dövr keçib, bir də axı Oqtay ağır yaralanmışdı. Hətta döyüşçülər onun öldüyünü deyirdilər. Məktəbinin rəhbəri onu görüş iştirakçılarına təqdim etdi. Bakıdan rayonumuza yeni təyin olunmuş hakimin eyni zamanda Böyük Vətən Vüharibəsində Kerç uğrundakı döyüşlərdə yaralandığını dedi. Sözü ona verdi o ,danışdıqca Nazilənin atası təəccüb və sevinc içində gözünü ondan çəkə bilmirdi. Birdən qonağın da gözləri ona sataşdı. Danışdıqca, o həyəcanlı anları xatırladıqca ,zənnində yanılmadığını hiss etdi. Sözünü kəsərək ,pıçıltıyla direktordan ön sırada oturanın kim olduğunu soruşdu. Adil müəllimdir ,-dedi.. Məktəbimizin tarix müəllimi Adil adını eşitcək- o, mənim cəbhə yoldaşımdır, dedi- Nazilə atasının da bayaqdan narahatlığının səbəbini indi anladı.
Zalda gözlənilməz həyəcan yarandı
Oqtay Adilə və Adil də Oqtaya sarıı tələsdi… Onlar qucaqlaşıb sevincdən ağladılar… Axı Adilə döyüşçülər Oqtayın öldüyünü demişdilər. Həyatda müharibə vaxtı nə qədər gözlənilməz anlar, möcüzələr olurmuş. Nazilə tədbirin sonunda atası və Oqtay əmi ilə( ona əmi deyə müraciət etdi) söhbətlərinin necə doğmayana, səmimi olduğundan sevinərək təkidlə onu evə gəlməyə dəvət etdi. Oqtay tələsdiyinə, bu rayona yeni gəldiyinə görə; işim çoxdur-deyib Adil müəllimlə sağollaşarkən; Mütləq ailəlikcə gələcəyinə söz verib rayona qayıtdı. Adil müəllim yol boyu döyüşdə yaralı dostunu al qan içində yaxınlığındakı həkim məntəqəsinə apardığını, oraya təhvil verib,artıq burada qala bilmədiklərindən döyüşçülərlə yollarına davam etdilər.
Özünün də yaralanmasını bir daha xatırladı,-bir müddət sonra Oqtayı xəbər alanda onun ölməsi xəbərini alarkən hönkür- hönkür ağladığını da yada salarkən yenə həmin hisslərə qapandı.Birdən yenə ürəyi sancdı…Nazilə atasını evə gətirdi. Ona çay çörək verib evlərinə getdi.
Oqtay da cəbhə dostunu tapdığına çox sevindi. Evə çatan kimi bu günün sevincini evdəkilərlə böldü, kiçik nəvəsi Elxan babasından xahiş etdi ki, onu da Adil əmigilə aparsın. Baba məni kəndə aparanda oradakı bulağı göstərərsən? Əlbəttə, mənim balam, Adil əmi ilə meşəyə apararam. Oradan güllər də yığarsan- dedi.Görüşdən bir müddət keçdi. Adil rayona xəbər göndərib onları qonaq çağırdı, amma işin çoxluğundan başım açılan kimi münasib vaxt tapan kimi gələcəyik dedi.Nəvə babasının yadına saldı ki, gedəndə Adil əmiyə də gül aparacağam.
Nəhayət, Oqtay vaxt tapıb evə xəbər göndərdi ki, hazırlaşın, kəndə qonaq gedirik. Elxan sevincdən atılıb düşürdü. Səbirsizliklə babasını gözləyirdi. Qapının zəngi çalınan kimi sevinclə qaçıb açmaq istəsə də nənəsi onu qoymadı. Nənə qapını açanda tanımadığı adamın ona uzatdığı kağızı alıb, oxudu. Üzü tutuldu, sarsıldı. Nəvəsi tez nənə kəndə gedirik. Babam tez gəlsəydi, dedi- Nənə heç nə demədi. Oqtay evə gələndə hadisəni öyrənib. çox pis hala düşdü. Nəvəsi isə hələ də başa düşmürdü ki, nə baş verir- Baba, niyə ağlıyırsan, nənəm də cavab vermir, gedək də indi gedə bilmərik işim var. Ama söz verirəm ki, səni mütləq aparacağam dedi.
Həmin gündən bir müddət sonra Oqtay ailəliklə kəndə yola düşdülər. Ürəyində özünü elə hey danlayırdı ki, kaş Adil çağıranda gedəydik, nə biləydi ki, Adilin ürəyi bu tezliklə onun ömrünə son qoyacaq… Yol boyu Elxan əlindəki gül dəstəsinə sevinir, Oqtay isə ona heç nə demir, ürəyində kədərdən sarsılırdı. Kəndə çatanda qəbiristanlığın yerini yolun kənarında dayanmış gəncdən soruşdu və maşını oraya sürüb saxladı. Elxan duruxdu. Babasına baxdı. Heç nə anlamadı. Sonra Adil əmisinə gətirdiyi gülləri babasının işarə etdiyi məzara qoydu. Bəli, müharibə Adili həyatdan vaxtsız apardı, Oqtayın ayağını ömürlük şikəst etdi. Balaca Elxan bunları anlamaq iqtidarında deyildi. Babasına təkidlə edərək bulağa getməyi istəyirdi. İllər keçdi…. Balaca Elxan böyüdü. Orta məktəbi bitirib,Ali məktəbə qəbul olundu: Babası artıq dünyasını dəyişmişdi. Onu hərbi xidmətə çağırdılar. Orduda xidmət edərkən dostlarına uşaqlıqda şahidi olduğu bu hadisəni danışarkən anladı ki, həqiqətən döyüş dostları bir birinə qardaşdan da yaxın olurlar. Suyunu, çörəyini bərabər bölürlər amma bircə şeyi hələ də unuda bilmirdi ki, vaxtında çiçəkləri Adil əmiyə verməyə imkan olmamışdı. Hərbi xidmətdən qayıdan Elxan əvvəl babasının məzarlarını ziyarət etdi, sonra isə vaxtilə sağlığında çatdıra bilmədiyi qərənfilləri Adil əmisinin məzarı üstünə qoyarkən bir də uşaqlıq xatirəsi yadına düşdü…


Müəllif:
 Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUCULARIN SEVİMLİSİ LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

LEYLA YAŞARLA MÜSAHİBƏ

1. Leyla Yaşar əslində kimdir?
Leyla Yaşar dünyanı öz daxili dünyası ilə rəngarəng görməyə çalışan kitabxanaçı. Həmçinin hisslərini vərəqlərə həkk edən həvəskar yazar.
2. Neçə ildir kitabxanaçısınız?
8 ildi, ancaq 5 ilə az qalıb analıqdayam.
3. Oxucular razıdırmı sizdən?
Bəzi iradları çıxsaq, fərqlilik gördüklərini deyirlər.
4. İnsanlarla münasibətiniz necədir? Dostlarınız sizi necə biri olaraq tanıyırlar?
İnsanlarla yola getməyə çalışıram. Çox dostum yoxdu. Səmimi, sözün düzünü deyən, etibarlı biri kimi.
5. Bir kitabxanaçı kimi oxuduğunuz kitablar nələrdir?
Hal – hazırda mütaliəyə o qədər vaxtım olmur. Amma işlədiyim dövrdə kitabxanaya gələn yeni kitabları oxuyurdum. Ən çox dedektiv janra üstünlük verirdim.
Əslində janrın heç bir fərqi yoxdu. Əsas maraqlı və oxunaqlı olsun.

6. Dedektif janrda nəsə yazmaq fikriniz olub ürəyinizdən keçib maraqlıdır?
Bəli fikrim var. Hal hazırda yazdıgım yazılarım var ki, orda cinayətdən, cinayətkardan bəhs etmişəm.
7. Yazdıqlarınız haradasa çap olunub yoxsa elə yazmısınız evdə kiməsə oxumusunuzmu?
Yazdıqlarım saytlarda gedir. Qanunla.az, Hüquq.az, Karvan.news, Kulis.az, BİTİK.AZ, USTAC.AZ, YAZARLAR.AZ saytlarında və “Yazarlar” jurnalında müntəzəm çap olunuram.
8. Övladlarınız necə kitablara marağı var yoxsa hələ körpədir?
Balacadılar.( 4 yaş yarım, 2 yaş yarım ) Ancaq maraqları olduğunu hiss edirəm.
9. Allah min budaq eləsin analıq necə bir hissdir söznən ifadə etsəydiniz necə ifadə edərdiniz?
Çox sağ olun Gözəl bir hisdir. Özünü problemlər qarşısında sipər kimi hiss edirsən. Hər şey onlar üçün devizi ilə yaşayırsan.
10. Həyat problemləriylə baş edə bilmisinizmi olub problemlərə qarşı gücünüz tükənsin?
İnanın səmimiliyimə çalışdığım qədər problemlərin üzərinə qılınc çəkmişəm. Gücüm deməzdim tükənib ruhum yorulub sadəcə o da dincin alıb gücləlndirib məni.
11. Son olaraq sizi incitmədik ki oxucularınıza nə demək istərdiz?
Xeyr çox xoş oldu. Mən yazmağa onlar oxumağa davam etsinlər. İnşallah çıxardacağım kitabımla onları sevindirərəm. Dəyərli vaxtlarını ayırıb məni yazıları oxuduqları üçün hər birinə ayrı – ayrılıqda təşəkkür edirəm! Daha doğrusu kitablarımla.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

LEYLA YAŞARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” DEKABR PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tabutların “söhbət”i – Leyla Yaşar

Leyla YAŞAR – yazar.

Tabutların “söhbət” i

Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları ” dinc” qoymurdular.
Birinci sagdakı tabut başladı söhbətə.
– Bu il bizim işimiz yaman ” agır” oldu.
Soldakı tabut fikrə daldıgından onu eşitmədi.
– Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan?
– Bizdə xəyal var? Biz reallıgıq.
– Yadıma bilirsən nə düşdü?
– Nə?
– O gün ki ” qonag” ım.
– Hə ,onu məndə unuda bilmirəm.Uzaqdan gördüm
” qonag” ını.
– hə .- deyib ah çəkdi tabut.
Sən sonrasın görəydin.
– Nə oldu ki?
– Əslində bizdə nə yenilik var ki? Daşıdıgımız cansız bədənlərdi
” qonag” ımız.Üstümüzdə aglayıb göz yaşı tökərlər,bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar .Bəlkə də bizə qargış edərlər ,bəlkə də əzizlərini incitmədən daşıdıgımız üçün təşəkkür edərlər bilmirəm.
– O gün nə olmuşdu ,demədin.
– Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir ” qonag” ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım.Anasını bir görsəydin. Məni necə bəzəmişdi…Üstümə atdıgı qırmızı xalatları görsəydin.Evin tək oglu idi deyəsən,atası da yox idi .O zərif çiyinlərə toxundum mən.Bilirsənbu nə deməkdi? Qadın çiynində getdim məzarlıga mən.
– Eh , biz nələr görmədik? Tək ayaq daşıdıgım , baş daşıdıgım vaxtlar olub.
– Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki?
-Bax yenə neçə tabut gətiriblər bura.Əvvəllər burda bizdən başqası olmazdı.
– Hə bu son ildə bizi çox ” yordu” lar.
– Elədi , hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar.
– Əvvəllər ” qonaq” larımızın əksəriyyəti yaşlılar olardı.
– Sənə bir əhvalat danışım. O gün məni tez – tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı.Aparıb tez basdırdılar.Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam.
– Eh , sən nə qoyub , nə axtarırsan? Bu dünya durduqca bizlər də olacagıq.İnsanın son yol yoldaşıyıq biz.
– Düzdü bir gün biz də olmayacayıq. Sınıb ,dagılandan sonra görən bizlərin son mənzili hara olacaq.
– Həyat budu dostum, sonu olan heç nə yoxdu!
Söhbətləri yarımçıq qaldı. Yenə
qara maşın gəlmişdi. Bu dəfə
” qonaq” ları çox idi deyəsən . İkisini də ehmalca maşına qoydular. Deyəsən başqalarını da aparacaqdılar.
– Görəsən nə baş verir?
– Bilmirəm , bax, bizdən başqa 12 tabut da var burda.
– Ay aman, nə olub belə?
– İndi biləcəyik,sakit ol.
– Deyəsən qəzadı.Təyyarə qəzası .Hərbiçilərdi ” qonag” ımız.
14 tabut yan – yanaydı.
– Sizlər də burdasınız ?
– Hə .
– Yaman agır dərddi.
– “Qonaq” larımız deyəsən elə – belə adamlar deyil?
– Hə..
– Yaxınlarına bax. Saçını yolan qadının ogludu mənim ” qonag” ım.
– Mənim ” qonag” ım o balaca uşaqların atasıdı.Bayaq məni qucaqlayıb doyunca agladılar.
– Bizlər onların sonuncu dəfə qucaqladıgı anası ,atası ,bacısı ,qardaşı ,
yoldaşı ,əzizləriyik.
– Nə yaman dərdlərə ortagıq biz.
Tabutlar bayraqlara büründü .Yola salındı .Hər biri öz son mənzilinə .
Yenə də çiyinlər dəyişəcək ,tabut bu çiyindən o birisinə keçəçək.Yollar gah uzanacaq, gah qısalacaq.
Kim bilir , bizlərin çəkdiyini . Həm
fiziki yük daşıyırıq, həm mənəvi.
– Nə olar, bizə qargış etməyin.Axı biz sizlərlə həmdərdik!

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru