Etiket arxivi: FOTO

VAQİF VÜQAR – ŞEİRLƏR

VAQİF VÜQARIN ŞEİRLƏRİ

ZİRVƏLƏR QIŞ DOĞUR…
Gedir göy üzündə bulud davası,
Əbədi tufanın evidi dünya.
Baharı bağrına basıb hardasa,
Bir yarpaq boydaca böyüdü dünya.
* * *
Zirvəyə can atıb yüyürdükcə biz,
Qovur ruhumuzu min tufan, min qar.
Görüb, tanıyırıq düşündükcə biz
Zirvələr qış doğur, dərələr bahar.
* * *
Gah ayıq oluruq, gah da mürgülü,
Dünyanın özünə çox oxşayırıq.
Özü bitirdiyi təbrik gülünü,
Bircə sevgisinə bağışlayırıq.

YÜRÜŞ EDƏCƏYİK…
Nə vaxtdan bəridir talan Vətənin,
Yanan kəndlərini, məbədlərini.
Düşmən tapdağında qalan Vətənin,
Göstərin uzanan sərhədlərini.
* * *
Boğmaq, cilovlamaq olmaz tufanı,
Günəşin yenidən doğulması var.
Xəbərdar edirik Ermənistanı,
Bizim odumuzla oynamasınlar.
* * *
Qəhrəman olmağı bizə öyrədib,
Özünün adını daşıyıb Vətən.
Səngər alınyazımızdır əbədi
Qanlar bahasına yaşayıb Vətən.
* * *
Xatırlayın dönə-dönə Babəki,
Yurdunu Tanrının məkanı saydı.
Bu ölkə olmazdı, qəlbində sevgi
Böyük Xətailər doğulmasaydi.
* * *
Tükənsə son ümid, son işıq kimi
Yürüş edəcəyik yurdlara sarı.
Viran edəcəyik düşmən evini,
Keçib dərələri, aşıb dağları..
* * *
Dədə mirasları qaytarmaq üçün,
Yürüş edəcəyik Ağrı dağına.
Ruhları dolaşan qos-qoca Türkün
Əzəli, əbədi torpaqlarına…

EY SÖZ QIZI…
Sən günəşin işığını gözünə yığ,
Ömrümüzsə sıxılıbdır damlalara.
O göylərin rəngi tutqun, rəngi qara
Və bir az da buluduna oxşayırıq.
* * *
Sən bir çiçəyin üzündəki rəngsən-rəng,
Mən bir şehəm ruzigarın yaxasında.
Oxunuruq Bethovenin sonatası tək,
Oxunuruq bir gecənin havasında.
* * *
Tənha qalmış bir adayam sular döyüb,
Sənin gəmin balacadı dəniz böyük.
Tutanların kölgəsini oğurlayıb,
Kəhərimə yüyən etdim mən ömürlük.
* * *
Salam verib min gözəllik sabahına,
İsmarıc da eləyirsən sən sözümə.
Ey söz qızı, mənsə eşqin dərgahında
Çocuq təki yüyürürəm dan üzünə…

Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏNC YAZAR DOSTUMUZ

İsmayıl ÇEŞMƏLİ – yazar, şair.

1. İsmayıl Çeşməli, sizi yaxından tanıyaq?

Mən İsmayıl ÇEŞMƏLİ (İsmayılov) 30.09.1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşam.

2. “Çeşməli” nədən çeşməli?

Çeşməli olduğum üçün.

3. Evinizdə varmı şair olan neçənci ildən yazırsınız?

Bəli dayım şair olub oda şeirlər yazıb cavanlıqda.

4. Dtv də o ləqəbi sizə verən kim idi razısınız təxəllüsünüzdən?

Bəli əlbəttə həmdə Dtv də qızıl çevirə velişində veriblər ləqəbi Lətifə Çeşməli verib. Aşıq lətifə çeşməli Çünki mənə doğmadır o, təxəllüs.

5. Oxucularınıza sevdirə bilmisiniz şeirlərinizi?

Bəli sevməsələr bəyənməzlər…

6. Sizi qane edir yazdıqlarınız?

Əlbəttə mən şeirdən qida alıram…

7. yazdığınız şeirlərinizi ilk kimə oxuyursunuz?

Həyat yoldaşıma…

8. Kitab düşünürsünüz yoxsa var kitablarınız?

Düşünürəm amma ona maddi vəsait lazımdır gücüm çatmır kitab çıxartmağa…

9. İlk şeiriniz yadınıza gəlir?

Əlbəttə gəlir, ay mənim qəlbimdə taxt quran gözəl , adlı ilk şeirim olub.

10. Kimləri oxuyursunuz kimlər sizi qane edir gənc yazarlardan?

Mən ancaq Hüseyn Arifin, Aşıq Ələsgərin, şeirlərini oxuyuram.

11. Son olaraq sıxılmadınız ki oxucularınıza nə demək istərdiz bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz?

Oxuculara uzun ömür can sağlığı arzulayıram oxuyan gözləri var olsun…

Ay mənim nazlı gözəlim

İlk baxışdan vurulmuşam,
Alovunda qovrulmuşam.
Sanki, dönüb kül olmuşam
Ay mənim nazlı gözəlim.

Göydən enən mələyimsən,
Mənim vuran ürəyimsən.
Həm arzum, həm diləyimsən
Ay mənim nazlı gözəlim.

Çeşməli, sevibdi səni,
Sənsən bu qəlbimin təni.
Vermə mənə, kədər-qəmi,
Ay mənim nazlı gözəlim.

Bir qız şeir yaz da deyir

Baxır mənə, gülə-gülə,
Bir qız şeir yaz da deyir.
Balda qatıb, şirin dilə
Bir qız şeir yaz da deyir.

Hərdən qımışır gül üzü,
Heç yaxına, gəlmir özü.
Sinəmə salaraq közü
Bir qız şeir yaz da deyir.

Nazda edir, bilə-bilə
Saçı bənzər qızıl gülə.
Dönüb bir şeyda bülbülə
Bir qız şeir yaz da deyir.

Çeşməliyi, çəkib dara
Həsrət qoyub, bir cüt nara.
Ürəyimə vurub yara
Bir qız şeir yaz da deyir.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

İSMAYIL ÇEŞMƏLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – TƏNHALIĞIN “RƏNGİ”

Leyla YAŞAR – yazar.

Tənhalıgın “rəngi”
Səhər tezdən ayılmışdı .
Gecəni də yaxşı yata bilməmişdi Durub çarpayısında oturdu.Əlləri əsə – əsə su töküb dərmanın birini götürüb agzına qoydu.Nə qədər etsə də bogazından keçmədi. Yenidən su töküb içdi.Birtəhər dərmanı bogazından keçirdə bildi.Az qalırdı ürəyi agzına gələ.
Deyəsən dərmanları bitmək üzrə idi. Yəqin kimsə qapını döyüb halını soruşacaq , xahiş edər dərmanlarını yaxınlıqdakı əczaxanadan alıb verər.
Nə etsin ? Tək yaşayır , həm də kimsəsiz. Qocalar evinə getmək istəmir , niyə orda kiməsə yük olsun axı ?
O da hər kəs kimi atalı – analı idi. Bacısı , qardaşı vardı. Müharibə , dəhşət saçan müharibə onu yetim qoydu.
Hadisələr yadına düşdükcə həm kövrəlir , həm də qəzəblənirdi. Lənətə gəlmiş müharibə birinci qardaşını aldı əlindən . Döyüşdə həlak olmuşdu . Bacısının əkiz tayı idi qardaşı. Bacı onun ölüm xəbərinə dözə bilmədi. Zəhər içib özünü öldürdü. Ata – anası bu böyük dərddən sonra çox yaşamadılar.
Atası ona cəbhəyə göndərdiyi məktubunda yazırdı;
– Oglum , qardaşının və bacının yoxlugu bizi yaşamaga qoymur. Bu fani dünyanın boşlugunu artıq dərk edirik. Anan da , mən də səni çox istəyirik. Özünü qoru, möhkəm ol!
Səni çox sevən atan və anan !
Məktubu hələ də saxlayırdı.
Bu məktub onun qol – qanadını qırmışdı.
Uzaq eldə ard – arda aldıgı xəbərlər onu sarsıtmışdı. Artıq kimsəsi olmadıgını dərk etmiş , özünü tənha sayırdı .
Müharibə bitdikdən sonra da vətənə dönmədi . Uzun illər Rusiyada qalıb , işləyib başını saxladı .
Elə orda tanış oldu Venerayla . Atası azərbaycanlı anası rus olan bu gözəl qız onu həyata bagladı.
Onun da atası ola – ola yetim yaşamaq adlı taleyi vardı . Anasının dediyinə görə Venera anadan olduqdan sonra atası Azərbaycana ata – anasına baş çəkməyə gəlmiş , bir daha geri dönməmişdi . Çox sonralar Venera atası haqqında öyrənə bilmişdi . Azərbaycana dönən kişi valideyinlərinə orda evli oldugunu demədiyindən , onu burada evləndiriblərmiş . Ailə qurandan sonra orda Veneranı da , anasını da unudan kişi öz həyatına davam edib , yaşayıbmış .
Venera atasının avtomabil qəzasında həlak oldugunu öyrənəndə uzun müddət özünə gəlməmişdi . İllərlə atasını axtaran qızcıgaz , bacı – qardaşını tapıb onlarla əlaqə yaratmaga çalışmışdı . Amma kimsə onu qəbul etməmişdi . Nə bibiləri , nə əmiləri ..
Çarəsiz qalan Venera atasının məzarına gedib , doyunca aglayıb geri dönmüşdü.
Həyat qəribədi , onunla tanış olanda Venera anasının taleyini yaşamaqdan qorxdugu üçün münasibətin uzatmagın mənasız oldugunu demişdi .
Amma zaman öz işini görürdü . Kazımın ona olan sevgisi , Veneranı şam kimi əridir , onu Kazıma daha baglayırdı .
Kazımla rəsmi ailə quran Venera , bir gün Kazımın vətənə getmək haqqında fikrini biləndə hönkürüb aglayır .
Düzdü Kazım onu qoyub getməyi düşünmürdü , amma Venera da anasını qoyub gəlmək istəmirdi .
Aralarında yaranan bu kiçik mübahisə get – gedə böyüyür , məcrasını aşırdı.
Sonda Kazım tək gəlməyi qərara aldı . Vətənə gələcəyinin qəti oldugunu Veneraya bildirəndə , Venera neçə gün özünə gələ bilmədi .
Nədən xatırladı bunları bu gün?
Ürəyi agrımaga başladı . Dərman içmək istədi . Əlini dərman qutusuna atanda yarıda saxladı , axı onun dərmanı qurtarıb ..
Yavaş – yavaş eyvana çıxdı . Təmiz hava üzünə dəydikcə sanki ürəyi bir az sakitləşdi . Stulu çəkib birtəhər əyləşdi .
– Yox , bu ürəklə zarafat etmək olmaz!. Bir az dincimi alım , təcili yardıma zəng vurum gəlsinlər .
Birdən xatırladı ;
– Venera ona bu günlərdə məktub göndərməlidi . Bəlkə elə bu gün göndərəcək? Göndərsə oxuyub bir az sakitləşər .
– Eh . Cavanlıq . Səhv dolu cavanlıq . Mən səni harda itirdim?
Venerayla sagollaşıb gələndən sonra geriyə dönə bilməmişdi .
Hardan biləydi axı , onu burda gözləyən həyatın böyük bir
“ hədiyyə” si var?
Vətənə dönəndə ilk işi ata – anasının , bacı – qardaşının məzarını ziyarət etmək oldu . Qohum qonşunun yıgışıb düzəltdirdiyi məzar daşları çökmüşdü .
Kazımın sag salamat olmagından kimsənin xəbəri yox idi . Ona görə də onun gəlişi toy – bayrama çevrildi . Adına qurban kəsən kim , qonaqlıq verən kim .
Veneranı bir müddət arxa plana tullamışdı . Hər həftə məktub yazan Veneraya cavab vermək belə aglına gəlmirdi .
Beləcə günlər birləşib ayları gətirirdi . İçkiyə qurşanan Kazım tək dam altında boş bir ömür sürürdü.
Yaxınları onu evləndirməyə çalışsa da heç cürə razılaşmayan Kazım bir müddət sonra nə etdiyinin fərqinə varmaga başladı.
İçkidən uzaqlaşıb özünə çəki düzən verdi . İradəsini topalayıb bir də içkiylə yoldaşlıq etməyəcəyinə özünə söz verdi .
Günlərin bir günü oturub Veneranın yazdıgı məktubları oxumaga başladı . Veneradan ayrıldıgı günlər topalanıb il olmuşdu . Kazım bunu hiss etməmişdi .
Venera əvvəlki məktublarında ümüdlə , sevgi dolu ürəklə onu gözlədiyini yazırdı . Get – gedə məktublarda Veneranın ondan incidiyi , hətta agladıgı özünü göstərirdi . Göz yaşları içində yazdıgı məktubların birində Kazımın onun atasıyla fərqi olmadıgını , anasının taleyini yaşadıgını yazırdı.
Kazım bu məktubun nə məna verdiyini araşdırmaga çalışdı.
Məktubu yenidən oxumaga başladı .
Venera yazırdı ;
– Əzizim Kazım , sənə yazdıgım məktublara niyə cavab vermədiyini dəfələrlə soruşmuşam . Yenə də cavab yazmırsan . Ümüd edirəm ki sag və salamatsan . Mən də səndən xəbər olsa yaxşı olaram . Göz yaşlarımı sənə göstərmək niyyətində deyiləm .Bilirsən mən atama oxşamışam qürurluyam! Anam mənə həmişə onun necə qürurlu biri oldugundan danışıb.
Kazım , mənə anamın taleyini yaşatdın . Nə vaxtsa bu məktubumu oxusan məni anlayacaqsan !
Kazım digər məktubları da birnəfəsə , təkrar – təkrar yenidən oxudu . Veneranın ona olan sevgisinə heyran qalmışdı .
Nə edəcəyini özü də bilmirdi . Özünü topalayıb Veneraya peşmançılıq məktubu yazmagı qərara aldı .
– Əzizim Venera , məni bagışla!
İmkan olan kimi gələcəm !
Məktubu aparıb yola salmaq üçün paltarını geyinib evdən çıxdı . Yagışlı hava vardı. Küçəni necə getdiyini hiss etmirdi . Fikri Veneranın yanında qalmışdı . Poçta çatıb məktubu yola saldı . Tələsik evə gəlib Veneradan gələn məktubları yenidən oxumaga başladı . Təkrar- Təkrar oxunan məktublar beynini dumanlandırmışdı .
– Görəsən Venera nə demək istəyirmiş ?
– Onunla anasının taleyini birləşdirən nə imiş ?
– İkisinin də xəyanət gördüyü insanın azərbaycanlı olması?
-Yoxsa yarıda qalan sevgi ?
-Və ya , uşaq söhbəti ?
Özü də bilmədən bu sualda ilişib qalırdı .
Ayrı yolu yox idi . Məktubuna verilən cavabı gözləməli idi.
Cavab çox gecikib onu intizarda qoymadı .
Paçtalyon məktubu gətirmişdi . Dərindən nəfəs alıb , ürəyi əsə – əsə məktubu açdı .
Venera yazırdı :
– Əzizim , Kazım . Mən artıq ailə qurmuşam . Məni narahat etmə . Qızını da uşaq evinə verdim. Hələlik bu qədər.
Kazım məktubu bir də oxudu . Başı hərləndi . Keçib stula özünü birtəhər yıxdı .
Özüylə danışmaga başladı;
– Venera erə gedib? Yox bu ola bilməz!
– Necə yəni ola bilməz ? Sən 1 ildi onu axtarmırsan.
– O məni unuda bilməz!
– Sən onu unutdun axı
– O məni dəli kimi sevirdi .
– Sən də onu dəli kimi sevirdin axı..
– Yox , inana bilmirəm !
– Nədən?
– O bunu edə bilməz !
– Edə bilər! O səni axtardı .
– Yenə də axtarmalı idi . Axı mən qızımız haqqında məlumatsız idim.
– Günahkar sənsən !
– Odu , odu , odu.
– Sənsən ! Kimsəni günahlandırma !
Başını iki əllərinin arasına alıb qulaqlarını tutdu . İkinci məni ilə danışmaq , dogruları qəbul etmək istəmirdi.
Həmən günü demək olar ki bu dünyada yox kimi hiss etdi özünü . Günlər keçdikcə yara dərinləşir , yeri su verirdi sanki .
Yenidən Veneraya məktub yazmagı qərara aldı . Bu minvalla dayanmadan həftədə iki dəfə məktub yazıb göndərdi . Cavabsız məktublar orduya çevrildi . 1 il məktublarına cavab gözlədi .
Bir gün gələn məktub onun dünyasını çökdürdü .
– Hörmətli vətəndaş , xahiş edirik bizi narahat etmiyin .
Kazım suallar içində tənha itib batmışdı .
Venerasını axtarmaga gücü qüvvəti də tükənmişdi .
Amma nədənsə ona elə gəlirdi ki bu məktublarda yanlışlıq var .
Beləcə illər ötür , saçına dən düşürdü . Tək – tənha ata ocagında həyatına davam edirdi .
Bir gün qapısını döyən paştalyonu görəndə sevindiyindən bilmədi nə etsin . Onu içəri dəvət edib məktubu aldı . Səbrsizlənib paçtalyonun yanındaca məktubu açdı . Yanılmamışdı , məktub Veneradan idi . Onu çox sevdiyini yazırdı . Çaş baş qalan Kazım nə edəcəyini bilmirdi .
Veneraya cavab yazsa da növbəti məktubda onun göndərdiyi suallara cavab yox idi .
İllərini beləcə məktublara xərcləyən Kazım , Veneranın sevgi dolu sözləri ilə həyatını yaşadı .
İllər keçdikcə Kazım ömürünü boşuna yelə verdiyini anlayırdı.
Maraqlısı o idi ki , Venera ona cavab yazmırdı . Nə adres , nə də qızı haqqında bir kəlmə belə söhbət açmırdı .
Tənhalıq özünü quzgun kimi çatdırmışdı .
Qocalıb əldən düşmüşdü. Əslində çox yaşlı deyildi . Sadəcə ruhu sanki o tərk edib getmişdi . Təklikdə bir tərəfdən onu çökdürmüşdü . Axır illər xəstəliklər də qonaq gəlmişdilər ona . Çaglrılmamış “ qonaqlar” artıq dogmalaşmışdılar onunla.
Bu gün də məktubun gəlmə vaxtı idi .
Özünü topalayıb saata baxdı . Az qalırdı , məktubu bir azdan yetişəcəkdi .
Durub mətbəxə keçdi . Gözləri ala – toran görürdü . Eyni fikirlər sanki onun beynini də qurutmuşdu .
Oturub düşünməyə başladı . Boşa verdiyi ömrünə heyfi gəldi .
Bu dəmdə qapı döyüldü . Cavan oglan gəlmişdi . İstədi məktubu qaytarsın , nə düşündüsə fikrindən vaz keçdi . Məktubu götürüb sagollaşdı . Birdən yadına düşdü ki dərman aldıracaqdı .
– Eh , keçdi deyib sınıq – sökük divanda əyləşdi .
Nədənsə məktubu könülsüz açdı bu dəfə . Özü – özünə təəccüb etdi .
Məktubda yazılanlar onu silkələdi :
– Salam , məktubu sizə uzaq eldən bir poçt işçisi yazır . Xahiş edirik birdə həmin ünvana məktub göndərməyin . O adresdə Venera adlı kimsə yoxdu . Ümumiyyətlə sizə göndərilən məktubları Venera göndərmir.
– Necə yanı?
Onu soyuq tər basdı :
– Bəs kim göndərir ? .- deyib ardını oxumaga başladı ;
Həmən qadın illər öncə Azərbaycana sizin dalinızca gedərkən avtomabil qəzası keçirərək xəstəxanaya düşüb . Günlərlə yazdıgı qalaq – qalaq məktubu bir tibb bacısına həvalə edib və sizə hər ayda göndərməyi xahiş edib .
Tibb bacısı o rəhmətə gedəndən sonra sizə onun ailə qurdugunu , qızınızın uşaq evinə verildiyini yalandan yazıb .
Sonradan Veneranın sizlə baglı məktublarını oxuduqca pis olub və onun məktublarını sizə göndərib . Bu illər ərzində Veneranı sizə görə yaşadıb .
Venera qəzaya düşəndə hamilə olub . Bəlkə də tibb bacısının yalanı burdan qaynaqlanıb . Mən bilmirəm . Sadəcə bu əhvalatı dünən mənə danışdı . Mən də qərara gəldim ki həqiqəti sizə çatdırım . Reallıg nə qədər acı olsa da qəbul ediləndi . Sagolun.
Məktub əlindən yerə düşdü . Həm onu “ öldürən” , həm
“ yaşadan” tibb bacısına söz tapıb deyə bilmədi .
Gözlərini bir anlıq yumdu .
Taleyinə yazılmış təhnalıgın
ag – qara “rəngi” bir lent kimi uzanıb sonsuzluga getdi .

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNİNİN TƏQDİMATI OLACAQ

ƏZİZ DOSTLAR, 17.12.2021-Cİ İL SAAT 14:00-DA

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN “NATƏVAN” KLUBUNDA

     İSTEDADLI ŞAİR-PUBLİSİST ŞAHNAZ ŞAHİNİN  “XOCALININ SƏRVƏRİ”, ”ZƏFƏR NƏĞMƏLƏRİ”  VƏ “SABİRABAD ŞƏHİDLƏRİ”  ADLI KİTABLARININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR. HƏR KƏS DƏVƏTLİDİR. ÜNVAN : XƏQANİ-25 (SAHİL METROSU).

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Sən elə bir zirvəsən”

Sən elə bir zirvəsən” – Ağadadaş Ağayev, Brilyant Dadaşova, İlqar Muradov, Ruhəngiz Allahverdiyeva:

Söz: Baba Vəziroğlu, mus: Kamal.


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİAĞA KÜRÇAYLI – İSTƏRƏM

ƏLİAĞA KÜRÇAYLI

İSTƏRƏM
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.
* * *
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
* * *
Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

Müəllif: Əliağa KÜRÇAYLI

ƏLİAĞA KÜRÇAYLININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

POEZİYA… – RAMİZ İSMAYIL

Ramiz İSMAYIL – şair.

ƏLLİ İLDİ
Könlüm viran, qəlbim talan,
Yar, gəzirəm əlli ildi.
Xəstə düşən dərman gəzər,
Qar gəzirəm əlli ildi.
* * *
Bu sevdanın adı nədi,
Duzu, tamı, dadı nədi?
Ocaqdırsa, odu nədi?
Qor gəzirəm əlli ildi.
* * *
O yolları yordu gözüm,
Yollarda nə gördü gözüm?
Nuru gedib, tordu gözüm,
Kor gəzirəm əlli ildi.
* * *
Bu həsrətin yaşı qara,
Ürəyimin başı yara.
Kəfən geyib yaşayıram,
Gor gəzirəm əlli ildi.
* * *
O gözəldə gözüm qaldı,
O tilsimdi, o xəyaldı.
Mən Ramizəm, dilim laldı,
Kar gəzirəm əlli ildi.

SEÇİM DEDİM…
Bu dünyada yaman da var,
Yamandan pay uman da var,
Yaxşıya göz yuman da var,
Yaxşıları yamanlardan –
Seçim dedim, – seçəmmədim.
* * *
Bir gözəlin butasıydım,
Əllərindən tutasıydım.
Vüsalına çatasıydım,
Səadətin şərbətini –
İçim dedim, – içəmmədim.
* * *
Sevincimdən əzabım çox,
Sualım var, cavabım yox.
Günahım az, savabım çox,
Suçum varsa, bağışlayım –
Keçim dedim, – keçəmmədim.
* * *
Ramiz, söylə möhürbəndi,
Yolumuz qıl körpüdəndi.
Həyat zəmi, ömür dəndi,
Fələk göyə sovurmamış –
Biçim dedim, – biçəmmədim.

QOÇ OLMAZ
Qoç olmaz yetim quzudan,
Qoç oğlundan qoç törəyər.
Bar gözləmə çürük qozdan,
Törəsə də puç törəyər.
* * *
Min illərdir belə olub,
Mərd meydanda bəlli olub.
Dəli oğlu dəli olub,
Gicbəsərdən gic törəyər.
* * *
Görmüşük başdan – binadan,
Çörək qədri bilməz nadan.
Zatı qırıqdan, zinadan
Bic doğular, bic törəyər.
* * *
Ramiz, sızlat sarı simi,
Söz sındırar hər tilsimi.
Halal olsan arı kimi
Bir bəsləsən üç törəyər.

HƏSRƏTİMİN
Ürəyimdə doğma yurdu –
Yuvası var həsrətimin.
Yalvarıram uçub getmir,
Vəfası var həsrətimin.
* * *
Qəlbimdə qəm gözəlləşib,
Gözümdə nəm gözəlləşib.
Saçımda dən gözəlləşib,
Şəfası var həsrətimin.
* * *
Hər çətinə, bərkə dözdük,
Bərkə-boşa birgə dözdük.
Nə qəribə görkə dözdük,
Cəfası var həsrətimin.
* * *
Ömürlük dost, sirdaş olduq,
Yaman bağrıbadaş olduq.
Ramiz, daha qardaş olduq,
Səfası var həsrətimin.

GİLEYLİ
Həyat qəribədir – kimi dindirsən,
Göydən narazıdı, yerdən gileyli.
Allahın ən mömin bəndələri də,
Hərdən asi olur, hərdən gileyli.
* * *
Adam var xisləti, məsləki sirdir,
Adam var yaxşılıq, yamanlıq birdir.
Adam var ümidi “ocaq”dır, pirdir,
Adam var seyiddən, pirdən gileyli.
* * *
Adam var, can atır, “daş-başa” – çatır,
Adam var, əlləri boz daşa çatır.
Adam var, cütləyib şeş qoşa atır,
Yek atıb uduzan zərdən gileyli.
* * *
Ramiz, çoxdu hələ səni duymayan,
Nifrətdən, qeybətdən gözü doymayan.
Bir-birinə xətir-hörmət qoymayan,
Ər arvaddan, arvad ərdən gileyli.

MƏNİ
Belə yaşamağa yaşamaq desəm,
Il ağlar, ay ağlar, gün ağlar məni.
Baş aça bilmirəm sirri-xudadan,
Tutub batmadığım günahlar məni.
* * *
Baş götürüb hara köçüm, görəsən,
Nə imiş təqsirim, suçum, görəsən?
Harda tükənəcək gücüm, görəsən,
Nə vaxt tərk edəcək qınaqlar məni?!
* * *
Üzümə gülənlər mələk deyilmiş,
Ağım kəfən imiş, bələk deyilmiş.
Əsən tufan imiş, külək deyilmiş,
Şeytan qucaqlayar, cin ağlar məni.
* * *
Hara getdim, nadan çıxdı qarşıma,
Gülə-gülə zəhər qatdı aşıma.
“Ağlıma gəlməyən gəldi başıma”,
Yaram sim bağlayar, sim ağlar məni.
* * *
Duyğusuz insana könül bağladım,
Yol gözlədim, ədəb-ərkan saxladım.
Anadan olanda özüm ağladım,
Öləndə bilmirəm kim ağlar məni.
* * *
Sevincim, kədərim qoşadır daha,
Yönüm qar-boranlı qışadır daha.
Ramizəm, bir ümid yaşadır daha,
Bəlkə bir əhli-dil soraqlar məni.

BU QIZIN
Darağı, güzgüsü düşmür əlindən,
Gözündən od-alov çıxır bu qızın.
Sinəsi köynəyə sığışmır daha,
Köynək sinəsini sıxır bu qızın.
* * *
Gözəli darağa “bağlayan” nədir,
Güzgü qabağında saxlayan nədir,
Qəlbində kükrəyən, çağlayan nədir?
Baxışı yandırıb yaxır bu qızın.
* * *
Yaşılı soyunur, alı geyinir,
Qardaş “qəzəblənir”, nənə deyinir.
Ata qürur duyur, ana sevinir,
Naz-qəmzəsi “evlər yıxır” bu qızın.
* * *
Bir-birinə aman vermir elçilər,
“Hə” alınar, şirin çayı içilər.
Bir gün nişan olar, parça biçilər,
Toyu olar əvvəl-axır bu qızın.

GEDƏCƏK
Ömrümün karvanı yol üstündədi,
Illəri yan-yana düzüb gedəcək.
Qarlı zirvələrdən, şoran çöllərdən,
Bulanıq sulardan üzüb gedəcək.
* * *
Qabağına eniş-yoxuş çıxacaq,
Xoşuna gəlməyən çox iş çıxacaq.
Könül bulandıran baxış çıxacaq,
Yersiz tənələrə dözüb gedəcək.
* * *
Arzusu, diləyi qalıb yarıda,
Sınıb bərkiməmiş qanadları da.
Gününə bax, – günü keçmiş qarı da,
Ağız əyib, dodaq büzüb gedəcək.
* * *
Karvan gedəsidi, kimsə əyləməz,
Geriyə döndərməz, yoldan eyləməz.
Bir mələk gələcək, dinməz-söyləməz,
Əcəl şərbətini süzüb gedəcək.
* * *
Ramiz kirpiyində od götürəndə,
Gəzdiyi cığırlar ot bitirəndə,
Çayını, suyunu yad gətirəndə,
Bəxtindən inciyib küsüb gedəcək,
Həyatdan əlini üzüb gedəcək.
Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYILIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC ELŞAD BARATA ZİYADAR TƏQDİM EDƏRKƏN

AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda Zaur Ustac şairə “Ziyadar” Mükafatı təqdim edib.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ DUYĞUN ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Bu gün Azərbaycan Nəşriyyatının Akt zalında tanınmış şair, polkovnik Ramiz Duyğunun şanlı Zəfərimizə həsr etdiyi “Qalibiyyət Dastanı” kitabını təqdim olub. Tədbirdə Zaur Ustac tərəfindən şairə “Ziyadar” Mükafatı təqdim edib.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELŞAD BARAT “ÖLÜMSÜZLƏR” KİTABINI TƏQDİM EDİB

Bu gün AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şairə “Ziyadar” Mükafatını təqdim edib. Tədbirdən fotolar:

Elşad Baratı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru