Etiket arxivi: Günnur Ağayeva

Araz ŞƏHRİLİ (Abbasov) – (1974)

6 iyun Araz Şəhrilinin doğum günüdür!

ARAZ ŞƏHRİLİ

Araz ŞƏHRİLİ (Abbasov) 6 iyun, 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.

YAZARLAR olaraq,  Araz müəllimi doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

ARAZ ŞƏHRİLİNİN YAZILAR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib

5 iyun 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə görkəmli Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qonaqları salamlayıb və Qurban bayramı münasibətilə təbrik edib.

Şair Səlim Babullaoğlu bildirib ki, kitabı həmyerlimiz Mahir Həmzəyev tərcümə edib.

“Kitab Mahir Həmzəyevin çox böyük ustalıqla tərcümə etdiyi versiya – Litva Ədəbiyyatı və Folkloru İnstitutunun çoxillik fəaliyyətindən sonra bilavasitə əlyazma və makina yazıları əsasında “bərpa edilmiş” həqiqi nüsxədir. Roman ilk dəfə məhz Azərbaycan dilində bütöv halda tərcümə edilərək nəşr edilib.

Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzinin baş direktoru, tarix elmləri doktoru Arunas Bubnis kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.

Romanın məziyyətləri çoxdur, sənədli nəsrlə bədii üslubun qovşağında yazılmış memuardır. Dilçilər Sruoganın romanda Litva dilinə xeyli yeni leksik vahidlər, təzə sözlər, söz birləşmələri, linqvistik qısaltmalar qazandırdığını deyir”,- S.Babullaoğlu deyib.

Litvanın Azərbaycandakı səfiri cənab Kestutis Vaskeləviçüs tədbirə gələn qonaqlara təşəkkürünü bildirib:

“Litva ədəbiyyatının bu gün buraya toplaşan bilicilərini və dostlarını görmək çox xoşdur. Bugünkü tədbirin təşkilinə görə mən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, şair və esseist Səlim Babullaoğluya və Yazıçılar Birliyinin bütün idarə heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu həftə Şimal və Baltik ölkələri Xarici İşlər Nazirliklərinin siyasi direktorları Bakıda səfərdədir və mən çox şadam ki, Litva XİN-nin siyasi direktoru, səfir Laymonas Talat-Kyalpşa və Nazirliyin ikitərəfli münasibətlər departamentinin ditektoru Mantas Yakimaviçyus bu gün bizimlədir. Ədəbiyyat və mədəniyyət sahəsindəki mübadilə Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm hissəsini təşkil edir.

Ədəbi əsərlərin mübadiləsi sayəsində xalqlarımız qarşılıqlı anlaşma və hörmət şəraitində bir-birinin tarixi, dəyərləri və arzuları haqqında daha çox öyrənir. Bu mübadilə bizim ədəbi dünyagörüşümüzü, zənginləşdirir, oxucuları müxtəlif ədəbiyyat üslubları ilə tanış edir və xalqımızı bir-birinə yaxınlaşdırır”,- Kestutis Vaskeləviçüs bildirib.

Tədbirdə çıxış edən Seyfəddin Hüseynli, Kənan Hacı, İbrahim Rüstəmli, Esmira Fuad və digərləri kitabın konkret məziyyətləri barədə öz fikirlərini bölüşüblər.

Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Balis Sruoganın “Tanrılar meşəsi” kitabının tərcüməçisi və demək olar ki naşiri – bir çox vəzifə və titulların sahibi olmaqla yanaşı eyni zamanda uzun illərdir Vilnüs Kitabsevərlər Cəmiyyətinə rəhbərlik edən həmyerlimiz Mahir Həmzəyevə belə gözəl və faydalı əməlinə görə yazarlar, oxucular, bütün kitabsevərlər adından “Ziyadar” mükafatını təqdim edib. Tədbirdən fotolar:

YAZARLAR olaraq, Balis Sruoganı ehtiramla anır, Mahir Həmzəyevə, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdikləri misilsiz xidmətlərə görə təşəkkür, uğurları münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Səadət Qəribin “YANIQLI BİR BAYATIYAM” adlı kitabı bu yaxınlarda İranda çap olunub

Azərbaycanda və Türkiyədə kifayət qədər yaxşı tanınmış, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Səadət QƏRİBin “YANIQLI BİR BAYATIYAM” adlı yeni şeirlər kitabı bu yaxınlarda İranda çap olunub. Onu qeyd edək ki, bu sayca şairin işıq üzü görmüş üçüncü kitabdır. Kitabın redaktoru Hüseyin Soytürkdür. Müəllifin eyni adlı şeirini təqdim edirik:

Yanıqlı bir bayatıyam

Gecə yumub gözlərini
ulduzları sürükləyir.
Yuxum da bir himə bəndmiş,
o da məni silkələyir.

Ayrılığın vahiməsi
ləpələnir düşüncəmdə.
Ümidlərim çox titrəyib,
buz bağlayıb hər gecəmdə.

Təpikləyir addımbaşı
xatirələr yaddaşımı.
Sükut səsimə səs verir
İtirəndə mən başımı.

Qürurun qol-qanadını
bəzən qırmaq istəmişəm.
Vicdansız olan fələyin
saçın yolmaq istəmişəm.

Bəlkələrin tüstüsüylə
həsrət qoxubdur otağım.
Sənsiz qalan günlərimdə
şeir olur dərd ortağım.

İndi qərib ürəyimin
İçində qərib dünyayam.
Saz ruhunda zilə qalxan
yanıqlı bir bayatıyam.

SƏADƏT QƏRİBİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət QƏRİB

Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi məktəbində təhsilini davam etdirib. 3 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir.
3-cü kitabı Tehran şəhərində (İran) çap olunub.

Səadət QƏRİBin 4-cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi, “Ziyadar” mükafatı laureatıdır.

Sadəcə azərbaycan dilində deyil, türk dilində yazdığı bir çox şeirə mahnı bəstələnib, və türk müğənniləri tərəfindən ifa edilir.


SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacla müsahibə

Zaur Ustacla müsahibə

– Zaur bəy, ilk öncə, oxucularımız üçün özünüzü necə təqdim edərdiniz?
– Mənim üçün ən sadə və doğru təqdimat yəqin ki, yurduna, xalqına, adət və ənənələrinə bağlı “şair Zaur Ustac” ifadəsi uyğun gələr.

– Zaur bəy, kitab, kitabçılıqla bağlı təbliğat məsələsində digər həmkarlarınızdan çox seçilirsiniz. Bu nə ilə bağlıdır?
– Mən bu barədə onu deyə bilərəm ki, kənardan necə görünməsindən asılı olmayaraq sadəcə ürəyimdən keçənlərin hamısını həyata keçirməyə çalışıram. Yazmaq, kitab həyatımın mənası bəlkə də yeganə yaşam səbəbimdir. Çünki həyatımın hər mərhələsi kitablarla bağlı olub. Uşaqlıqdan kitablar mənim ən yaxın dostum, müəllimim, hətta sirdaşım olub. Sonradan yazmaq da təbii bir ehtiyac kimi formalaşdı. Məncə, mənim həyatda missiyam elə bundan ibarətdir.

– Yazmağa nə vaxt başladınız? İlk qələm təcrübəniz necə oldu?
– İlk yazılarım məktəb illərinə təsadüf edir. Həmin vaxt qısa şeirlər yazırdım. Sonra hiss etdim ki, söz mənim üçün sadəcə ifadə vasitəsi deyil, həm də mənəvi bir dayaqdır. Ədəbi yaradıcılığımın əsas məqsədi də məhz insanlara bu dayaqdan pay verməkdir.

– Yaradıcılığınızda əsas mövzular hansılardır?
– Mənim poeziyamda bir neçə əsas xətt var: Ana mövzusu, Vətən sevgisi, Türk dünyası ideyası və Bütöv Azərbaycan arzusu. Bunlar mənim üçün sadəcə mövzular deyil, həyat fəlsəfəmdir.

– Ana mövzusu yaradıcılığınızda niyə bu qədər mühümdür?
– Ana həm mənim şəxsi həyatımda, həm də ümumbəşəri mənada müqəddəs bir varlıqdır. Ananın obrazı sadəcə bioloji deyil, həm də mədəni, mənəvi və ilahi anlam daşıyır. Mənim üçün Ana dünyanı izah edən, onu yaşadan əsas rəmzdir.

– Zaur Ustacın poeziyasında Türk dünyası mövzusu xüsusi yer tutur. Bu, sizin üçün nə ifadə edir?
– Türk dünyası bir ruh, bir qan yaddaşı, bir dil sevgisidir. Mənim arzularımdan biri türkün hər yerdə birliyini, həmrəyliyini görməkdir. Şeirlərimdə bu hissləri yaşatmağa çalışıram. Mənə görə, Türk dünyası həm tarixi kökümüz, həm də gələcək ümidimizdir.

– Müasir Azərbaycan ədəbiyyatında özünüzü necə görürsünüz?
– Mən özümü bu ədəbiyyatın bir parçası hesab edirəm. Burada çox dəyərli yazarlar var və hər kəs öz payını söz meydanına gətirir. Mənim də missiyam – oxucunun ruhuna toxunan, onu düşündürən, həm də ümid verən sözlər deməkdir.

– Ədəbiyyatla yanaşı publisistika ilə də məşğulsunuz. Bunun səbəbi nədir?
– Məncə, yazıçı yalnız poeziya ilə kifayətlənməməlidir. Cəmiyyətin gündəlik problemlərinə də sözlə işıq salmaq vacibdir. Publisistika mənim üçün ədəbiyyatın daha operativ qanadıdır.

– Oxucularınıza hansı mesajı vermək istərdiniz?
– Oxucuya mesajım çox sadədir: kitab oxuyun, sözdən ayrı düşməyin. Çünki söz insana həm kimliyini, həm də yolunu göstərir. Sözünü itirən xalq gələcəyini də itirir.

Söhbətləşdi: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İon Deakoneskunun “Müsahibə” adlı şeir kitabının təqdimatı və poeziya gecəsi keçirilib

“Mədəniyyət” kanalında İon Deakonesku və Jalə İsmayılla:


YAZARLAR olaraq, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdiyi misilsiz xidmətlərinə görə təşəkkür edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Foto – 14 may 1993 – Yaşma

Foto 14 may 1993-cü ildə Yaşamda Azərbaycanın ilk yaradılan XTT-dan birində Hərbi Andiçmə günü çəkilib. Nurcahan Hüseynovanı və Zaur İbrahimovu rəhmətlə anırıq. Məqamları ucadır. Allah Zaur Ustaca can sağlığı versin:

BU BELƏDİR…

(Əsgər haqqında ballada…)

Nədir yenə, ümman kimi,

çalxalanıb, coşdun, ürək?

İçindəki bu təlatüm,

bu oyanış de nə demək?

Həsrətdənmi, nisgildənmi,

Ürək, yenə çağlayırsan?

Anasına həsrət qalmış,

Körpə kimi, ağlayırsan…

İçindədir; ümid adlı,

qığılcımın od-alvu,

tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!

Həqiqətlər qarşısında,

Biz gücsüzük, biz heç nəyik,

Dinlə məni deyim, ürək,

Biz nəçiyik; şan-şöhrətli,

– “hüququndan keçmiş əsgər”,

həmdəminə həsrət canıq,

bəzən canlı, bəzən cansız,

biz “robotuq”, biz “əşyayıq”…

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

Şeirin müəllifi: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının aprel (2025) sayı

“XƏZAN” jurnalının aprel (2025) sayı

“Xəzan” ədəbi-bədii jurnalın növbəti – mart-aprel (2025) sayı çapdan çıxıb. Sıralama sayı üzrə 65-ci olan 100 səhifəlik dərgi müxtəlif səpkili yazılarla zəngindir. Yazı düzümü aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-Leyninin buqələmun törəmələri

2.Publisistika
-Əli BƏY AZƏRİ – “Polad İbrahimoğlunun poetik dünyası”
-Sevinc ƏLİYEVA – “Dağların o üzü bizim vətəndir”
-Günay RZAYEVA – “Göylərin zərif qəhrəmanları: Azərbaycan və Türkiyə pilot qadınları”
-Sevil MİRZƏLİYEVA – “Su dəyirmanları”
-Əli BƏY AZƏRİ – “Bal kimi süzülən misralar” (Bəxtiyar Kavanlının “Həkərinin nəğmələri” kitabına)
-Tapdıq ƏLİBƏYLİ – “Poeziyasına ilahi eşq hakim olan həkimin könülləri feyz şəbnəmlərinə qərq edən “EŞQNAMƏ”sinin ovqatında”
-İbrahim İLYASLI – “Uğurlama” (Kəramət Əmirlinin şeirlər kitabına)
-Kərim ŞÜKÜRLÜ – “Tək bir dəfə deyilmiş yalan, yaxud, qalib bacım nəvələri”

3.Poeziya
-Mikayıl BOZAL – “Gedirəm”, “Gəlim”, “Gördüyüm gözlər”, “Adamam”, “Kölgəm və mən”, “Söz və zaman”, “Özümə ad günü hədiyyəm”, “Anlayar bir gün”, ““Dilqəmi” dinlədim elə indicə”, “Sən mənə tanış gəlirsən”, “Bu da sənin şeirin”, “Qadın” (şeirlər)
-Məhəmməd ƏLİ – “Yetmiş beş yaşıma” (şeir)
-Polad İBRAHİMOĞLU – “Keçsin”, “Bilmərəm”, “Bilmirəm”, “Açılır”, “Adamı”, “Məzarlar”, “Getdi”, “Olmuşam”, “Necəsən?”, “Sonra”, “Qaldı” (şeirlər)
-Xosrov NATİL – “Gəldim kədərinə şərik çıxmağa” (şeir)
-Natella NUR – “Xan qızı Natəvan” (poema)
-Əbülfəz ƏHMƏD – “Nəzmə çəkilmiş hekayətlər”
-Asya ƏHMƏDOVA – “Vətən, görüşünə gəlmişəm sənin”, “Utopik düşüncələr”, “Qaçaydım bu şəhərdən”, “Mən səni görmək üçün gələ bilmirəm, vətən”, “Bir yol gedir bizim kəndə”, “Bir arzu tut”, “O kənd, bizim kəndimizdi”, “Bir yol, bir də mən varam”, “Yenə bu şəhərdə üz-üzə gəldik”, “Payız – 2020”, “Dönüşün mübarək, xəyallarımız”, “Layla deyim, yurdum sənə”, “Günbəzin dağılmayıb, yerindədi, İlahi”, “Şəhid” (şeirlər)
-Bəxtiyar KAVANLI – “Yük”, “Yalandı”, “Yadımdan çıxıbdı”, “Şəhidlər – müqəddəslər”, “Soruş”, “Mənim Zəngəzurum”, “Xoş gördük sizi”, “Sarıbaba”, “Mənim arzum”, “Gəzirəm”, “Gənclik”, “Əllər”, “Düşmüşəm”, “Durna qatarı”, “Dəymə ürəyimə”, “Bəs nə üçün?”, “Dağlar”, “Bəvövşə həsrəti”, “Arazın sahilində”, “Səksən ildə” (şeirlər)
-Elman ABBAS – “Dərbənd qalası”, “Yurd yeri” (şeirlər)
-Kəramət ƏMİRLİ – “Gedirsən”, “Səsdə çıx”, “Bir şeir yazmışam sənə bu gecə”, “Yazığı gəlmir”, “Qoyma məni yoxluğuna öyrənim”, “İndi ağlamağın nə mənası var”, “İnsafın olsun”, “Kişilər ağlayan zamana düşdü” (şeirlər)
-Məmmədhəsən BAYATLI – “Dərbənd”, “Ədalət olmayan yerdə” (şeirlər)

4.Nəsr
-Əzizağa ELSEVƏR – “İt qohumluğunun aqibəti” (hekayə)
-Əli YUSİF – “Nankor övlad” (bir həyat hekayəsi)
-Aytən AĞASƏLİMQIZI – “Taleyin sınağı” (hekayə)
-Kərim ŞÜKÜRLÜ – “Bir yumurtalıq qətl” (hekayə)
-Əli BƏY AZƏRİ – “İradə ilə Valehin nağılı” (fantastik hekayə)

Jurnalı redaksiyadan və “KİTABEVİM.AZ” kitab mağazalarından əldə edə bilərsiniz.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib

Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib

Ağdaban faciəsinin 33-cü ildönümündə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı tədbiri giriş sözü ilə açaraq Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. O, bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar yaşayış məntəqəsindən Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər. Hadisə zamanı onlarca insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, bədən üzvləri kəsilib-doğranmışdır. Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişdilər. Qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı Ağdabanlı Qurbanın və onun oğlu, XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirib ki, Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğu Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.
Millət vəkili vurğulayıb ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Kitabxananın direktoru Lətifə Məmmədova hadisələrin tarixinə nəzər salıb, hələ 1990-cı ilin qanlı yanvarından başlayaraq 2023-ci ilin Zəfər günümüzə qədər Azərbaycan xalqının qət etdiyi mübarizə yolundan bəhs edib. Çıxışının sonunda L.Məmmədova “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un rəhbəri, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə yaradılan və bu gün auditoriyaya təqdim olunan kitab sərgisini və Ağdaban faciəsinin dəhşətlərini özündə əks etdirən foto-qalereyanı hadisələri gənc nəslə unutdurmayacaq unikal addım olduğunu söyləyib. Qeyd edək ki, Fondun tərtib etdiyi kitab sərgisində xalqımızın başına gətirilən müsibətləri özündə ehtiva edən, ötən 35 il ərzində Azərbaycanda və ölkə xaricində işıq üzü görən tarixi-filoloji, nəzəri-publisistik ədəbiyyatlar: “Azərbaycan faciələrinin təqvimi”, “Şəhidlərimiz – qürur yerimiz”, “Ağla qərənfil, ağla”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki…” və digər kitablar yer alıb.
Azərbaycan Beynəlxalq Radiosunun Proqramlar şöbəsinin rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışında bildirib ki, ermənilər heç kimlə qonşuluq edə bilmədiklərini Ağdaban kəndinin sakinlərini diri-diri odlara qalamaları ilə bir daha sübut etdilər. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Çapar kəndində yaşayan daşnak tör-töküntüləri Ağdabana qəfil hücum etməklə onu yer üzündən sildilər. Kəlbəcər ilk şəhidlərini məhz orada verdi. Bu dəhşətli hadisə tarixə “İkinci Xocalı” kimi yazıldı.
Mədəniyyət Nazirliyi “Xatirə” kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbət qızı, yazıçı-publisist Nüşabə Məmmədli, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli çıxış edərək bu tarixin unudulmaması üçün belə anım tədbirlərinin vacibliyindən söz açıblar.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub

Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə Türk dünyasının mədəniyyət təşkilatlarının rəhbərləri Aktauda toplaşıblar. Möhtəşəm mərasim Qazaxıstan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciətlə başlayıb, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib. Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk MədəniyyətiQazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış ediblər.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.
“Paytaxtın Şuşa, Anau, Aktau olmasından asılı olmayaraq bizim missiyamız türk xalqlarının mədəni cəhətdən yaxınlaşmasına xidmət etməkdir, – deyən TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev yazarlar.az əməkdaşımıza açıqlamasında təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışıb.
Son 30 ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb.
Baş katib vurğulayıb ki, TÜRKSOY-un əsas missiyalarından biri türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib.
TÜRKSOY-un Azərbaycanla bağlı mədəni təşəbbüslərindən danışan Baş katib bildirib ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbirlər keçirmişik. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda həm də bir sıra teatr festivalları təşkil etmişik. Bizim ilk teatr festivalımız məhz Azərbaycanda baş tutdu, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında hər il Türk dünyasının sənətçiləri fəal iştirak edirlər – bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil edirik.
TÜRKSOY-un ədəbi layihələrindən, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planlarından danışan Sultan Rayev diqqətə çatdırıb ki, biz Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul oluruq. Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik.
2025-ci ildə Aktau şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasından danışan Baş katib vurğulayıb ki, 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib.
Yaxın vaxtlarda TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda Türk dünyasının ilk cizgi filmləri festivalını keçirməyi planlaşdırdığını bildirən Baş katib hazırda bu tədbirə fəal hazırlıq getdiyindən söhbət açıb. Sultan Rayev xüsusi vurğulayıb ki, animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və biz bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şadıq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ondan çox proqram keçiriləcəyini bildirib.
Sultan Rayev mətbuata açıqlamasında hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən məmnuniyyətini dilə gətirib. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açıb. O bildirib ki, məhz bu gün – aprelin 7-də Qazaxıstanın Milli Universitetində Mahmud Kaşğari Barsqaniyə və Əl-Fərabiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Kaşğari Fondunun rəhbərliyi də bu konfransda geniş məruzə ilə iştirak edir.
O bildirib ki, Kaşğari Fondu rəhbərliyinin TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirməsi, AMEA Elmi Şurasında bizim müştərək fəaliyyətimizdə səmərəli tərəfdaşlığı, şəxsimə böyük ehtiramla “fəxri professor” təltifi ilə bağlı təşəbbüsdə bulunmaları bizləri əlahiddə məmnun edib və bu xeyirxah düşüncələr görəcəyimiz işlərdə bizi daha məhsuldar işləməyə sövq edib.
Baş katib vurğulayıb ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin məsuliyyətli iş birliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan “danışan kitab” projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət üstünlüyünü vurğulayan Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə edib. “Müşahidələrimdən çıxış edərək əminliyimi ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir”, – deyə Sultan Rayev əlavə edib.
TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır” – deyə Sultan Rayev fikirlərini yekunlaşdırıb.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru