Etiket arxivi: HAQQINDA

Natiq  RƏSULZADƏ

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Natiq  RƏSULZADƏ

Natiq Rəsul oğlu Rəsulzadə — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), “Şöhrət” ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).

HƏYATI
Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Vahimə”, “Sifarişçi”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya…”, “Girov”, “Ovsunçu”, “Biz qayıdacağıq” kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında “Meme” tamaşası səhnəyə qoyulub.

Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

ƏSƏRLƏRİ
«Uşaqlıq lövhələri»
«İşıqlı toran»
«Bayramda yağan yağış»
«Gecədə atlı»
«Ruhlar arasında»
«Intihar edənin qeydləri»
«Kabusların arasında»
«Ulduzların altında yol»

FİLMOQRAFİYA
Bayramda yağış (film, 1985)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
De ki, məni sevirsən! (film, 1977)
Dünən, bu gün, sabah (film, 1992)
Epizod (film, 2002)
Gecə qatarında qətl (film, 1990)
Girov (film, 2005)
Nə gözəldir bu dünya… (film, 1999)
Ovsunçu (film, 2002)
Pərilərə inanmayın (film, 1979)
Sifarişçi (film, 2000)
Sürpriz (film, 1977)
Vahimə (film, 1998)
Yaşa, qızıl balıq (film, 1988)

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

Vətən çağırırsa

Vətən çağırırsa, qalx əsgər kimi,

Geciksən torpağın talana bilər.

Sönər qızındığın isti ocağın,

Axar çeşmələrin bulana bilər.

*   *   *

Birlikdir gücü də bahar selinin,

Ürək təpərindir sözü dilinin.

Dönməsən paşına pir tək elinin.

Bu dünya başına dolana bilər.

*   *   *

Qeyrət tək baxılıb dağ çiçəyinə

Kişi papağına, qız ləçəyinə .

İgidlər durmasa çiyin-çiyinə

Əsgəran, çənlibel alına bilər.

*   *   *

Vətəni böldürər bölünən ordu,

Vətinin qarı da sönməyən qordu.

Təpərsiz övladın boş qalar yurdu,

Külü kül üstünə qalana bilər.

*   *   *

Ay vətən, sinəmdə vuran ürəksə,

Qoymaram üstünə bircə quş səksə.

“Vağzalı” çalınan tarda, gərəksə,

Bir zaman “Cəngi” də çalına bilər.

<<<< İLDIRIM ƏKBƏROĞLU >>>>

Geriyə baxma

Qəm, kədər içində gün keçdi hədər,

Tay dönməz o günlər, geriyə baxma.

Səni yıxa bilər bir qəza-qədər

Zirvə ucalıqdan dərəyə baxma .

*   *   *

Dəryay baş vurma, bil heydən salar,

Özündən küs, inci batırsa sular.

Səni qurtarmağa yetməz arzular,

İmdada yetişən bəzəyə baxma.

*   *   *

Düşərsən irəli, yolun kəsməsə

Bir nadan tor qurub yolu kəsməsə.

Qollar güclü olub, qılınc kəsməsə

Hədərdir, çəkilən nərəyə baxma.

*   *   *

Özünü itirən yolu itirər,

Bu torpaq tikan da, gül də bitirər.

Acından ölməzsən, Tanrı yetirər

Nadan Əllərində çörəyə baxma .

*   *   *

İldırım, çox demə kimsə qoymadı

Bu gözəl dünyadan heçkəs doymadı

Hər dərdə kədərə yandın, qıymadı

Halına sızlayan ürəyə baxma.

 <<<< İLDIRIM ƏKBƏROĞLU >>>>

Sən məndən, mən isə səndən ötəri

(<<<<40-cı şeir>>>>)

Bir dəfə nə sizə nə bizə gəldik

Birgə dolanmadıq, üz-üzə gəldik

Demə bu dünyaya, bu ərzə gəldik

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Ay doğar, gün doğar ümid yerinə

Kökü eşqimizin gedər dərinə

Dönərik nəğmənin cüt sətirinə

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Qismət də talehin, bəxtin naxışı

Gül açar gözlərin sevin yağışı

Yararıq dağları, çaparıq daşı

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Dərd keçsin ayağa, səadət başa

Ömrümün baharı düşməsin qışa.

Qoşa göyərçin tək uçarıq qoşa

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Kimsə çox görməsin bülbülü gülə

Gətirsin hər kəsi kaş, vüsal dilə

İnan özümüzü atarıq selə

Sən məndən, mən isə səndən ötəri.

*   *   *

Səadət pöhrədir, kökü vüsalda

Qar donar günəşsiz yamacda, yolda

Bircə qalmayaydıq gözləri yolda

Sən məndən, mən isə səndən ötəri

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb

YENİ KİTAB

“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb

“Azərbaycan dilinin frazeologiya lüğəti”
dilçiliyimizin leksikoqrafiya tarixində misli görünməmiş frazeologiya lüğətidir. Lüğətin orjinallığı təkcə onun həcmi ilə deyil, birinci növbədə lüğətin xüsusi elmi-nəzəri bazası ilə, lüğət məqa­lələrinin vahid struktur prinsiplərinə riayət etməklə tərtib olunması ilə ölçü­lür. Xüsusi elmi-nəzəri baza dedikdə biz frazeologiya nəzəriyyəsi məkanında irəli sürülmüş TRANSDİL ideyasını nəzərdə tuturuq, yəni dilin frazeologiya fondunun TRANSDİL mahiyyətli bir fenomen olması ideyasını qabardırıq. Frazeologiyanın TRANSDİL konsepsiyası akademik Kamal Abdullayevin və professor İlyas Həmidovun Moskvada Rusiya Federasiyası Elmlər Akademiyasının Dilçilik institutunun sabiq direktoru REA müxbir üzvü V.A.Vinoqradovun yubileyinə həsr olunmuş “В пространстве языка и культуры. Звук, знак, смысл (М., ЯСК, 2010) adlı çox ciddi bir elmi məqalələr toplusunda nəşr olunmuş, Rusiya frazeoloqlar cəmiyyətində bir növ aprobasiyadan keçmişdir. Sözügedən konsepsiya barədə lüğətin “Ön söz” bölməsində də müfəssəl məlumat verilir. Həmin bölmədə lüğət məqalələrinin spesifik strukturunu təşkil edən informasion blokların vaciblik dərəcəsi aydınlaşdırılır.

Lüğət məqaləsinin quruluşu birinci növbədə aşağıdakı tələb və prinsiplərlə şərtlənir: a) vokabula – ifadənin dominant forması olmalıdır və b) bu dominant formasının leksik-qrammatik variantları semantik baxımdan dominantdan heç bir konnotasiya ilə fərqlənməməlidir ki, c) dominant formanın (vokabulanın) məna izahı və ya izahları variantların da adekvat məna izahı kimi çıxış edə bilsin; d) məna izahının hər iki pozisiya üçün adekvat olmasını isə klassik ədəbiyyatdan cəlb olunmuş illüstrativ materialın köməyi ilə işıqlandırmış oluruq; e) növbəti pozisi­yada vokabula ilə (dominant forma ilə) bu və ya digər semasioloji nisbətdə olan, onların mənalarını bu və ya digər səpgidə – etimoloji baxımdan, sinonimiya-variativlik və ya “daxili forma” baxımından açıqlayan dil vasitələrinin toplusu təqdim edilir ki, bu da dilimizin real, amma bəzən unudulmuş rəngarəng ifadə­lə­rinin oxucu yaddaşında canlandırmaq, oyatmaq məqsədini güdür; ə) o ki qaldı dominant ifadələrin rus dilinə tərcümə-ekvivalentlər blokunun lüğətdə yer tut­ma­sına, demək lazımdır ki, tərcüməçilik praktikasında məhz frazeoloji vahidlərin tərcüməsi xüsusi çətinliklərlə qarşılaşır. Bu mənada lüğətdə təqdim olunan tərcümə materialları ali məktəblərin tərcüməçilik fakultələrində təhsil alan tələbələr üçün və ümumiyyətlə, tərcümə işi ilə məşğul olan ixtisasçılar üçün böyük kömək ola bilər. Bu mənada təqdim olunan Lüğət polifunksional (izahlı-tərcümə) xarakterli leksikoqrafik mənbə kimi çıxış edir: polifunksional leksikoqrafik əsərlər leksikoqrafiya tarixində heç də istisna olmamışdır – rusistikada, qermanistikada bu qəbildən olan lüğətlər mövcuddur.

Təqdim olunmuş lüğətin digər əsaslı – nəzəri, praktik, funksional – xüsu­siy­yətlərindən biri də əsərin Azərbaycan dilinin frazeoloji leksikoqrafiyasında aça biləcəyi perspektivlərdir:

1. Doğma dilimizin frazeologiya fonduna ixtisasçı-tədqiqatçı marağının çoxalması, dilimizin frazeologiyasının zənginliyinin aşılanması işində dəyərli təsir effektinin yaranması.

2. Lüğətimizin materialları əsasında orta məktəb şagirdləri üçün frazeoloji minimum lüğətinin tərtibi probleminin asanlaşması perspektivi.

3. Azırbaycan dilinin frazeoloji sinonimlər lüğətinin tərtibi sahəsində görülə biləcək işlərin aktuallaşması.

4. İrihəcmli azərbaycanca-rusca frazeologiya lüğətinin tərtibinin gündəmə gətirilməsi və s.

Lüğətin üz qabığında göstərilən statistik məlumatlar dediklərimizə əyani sübut kimi çıxış edə bilər.

“Azərbaycan dilinin frazeolofiya lüğəti”nin mükafata təqdim olunma səbəblərini yuxarıda ərz elədiyimiz sistemli faktlarda görürük. Əlavə göstəricilər qismində qeyd edək: Lüğətin yaradıcı kollektivinin üzvlərinin fədakar əməyi (kiçik bir qrup entuziast alimlərin 15 ildə gördüyü iş heç də əzabsız olmamışdır) öz bəhrəsini bu şəkildə vermişdir. Necə deyərlər, bizim bacardığımız bütün ilklər kimi heç də möqsansız deyil. Nöqsansız, mükəmməl lüğəti ancaq Allah-taala tərtib edə bilər (Pyer Büast). Bizim ən ümdə işimiz gələcək tədqiqatçılara qida vermək oldu. Qoy bizdən sonra gələn alimlər daha yaxşısını yaratsın. Azərbaycan frazeologiyasında – bu nəhəng və dərin dəryada – hamı üçün fəaliyyət dairəsi genişdən genişdir.

Dir bir fakt da, fikrimizcə, önəmlidir. Adı çəkilən lüğətin tərtibçiləri rusistika üzrə ixtisasçılardır. Amma həmin müəlliflərdən üç nəfəri – proyektin rəhbəri professor İ.H. Həmidov, professor M.Q. Qocayev və dosent R.Ə. Məmmədova – orta məktəbi Azərbaycan dilində bitirmişlər, yəni azərbaycandilli alimlərdir. Yalnız dosent L.İ. Həmidova rus təhsilli mütəxəssisdir, ancaq azərbaycan dilini mükəmməl bilir və namizədlik dissertasiyası da rus-Azərbaycan frazeoloji tipologiya və tərcüməçilik məsələlərinə həsr olunmuş bir təqqiqat əsəridir.

1. Professor İlyas Həmidulla oğlu Həmidov– rus dilinin frazeoloji sintaksisi üzrə mütəxəssisdir. Bu sahədə bir neçə monoqrafik əsərin müəllifidir. 3 irihəcmli rusca-azərbaycanca paremiya-frazeologiya lüğətinin müəllifi kimi özünü səriştəli bir leksikoqraf kimi tanıtmışdır. Azərbaycan dilində də bir sıra elmi əsərlər yazmışdır. yetişdirdiyi elmlər namizədləri və doktorları sırasında (21 nəfər) 8 nəfəri azərbaycan-rus paremiya-frazeologiyası üzrə mütəxəssislərdir.                    

2. Professor Məmməd Qoca oğlu Qocayev əməkdar elm xadimi, klassik rus və azərbaycan ədəbiyyatı tarixi üzrə tanınmış mütəxəssisdir. Azərbaycan və rus dilini  ana dili səviyyəsində mükəmməl bilir. F.M. Dostoyevskinin 13 irili-xırdalı romanını Azərbaycan dilinə tərcümə etmiş, ədəbi tərcüməçilər sırasında özünəməxsus yer tutmuşdur.

3. Dosent Rəna Əlyar qızı Məmmədova Azərbaycan-rus tipoloji (müqa­yi­səli) frazeologiyası üzrə təcrübəli və sanballı mütəxəssisdir. Azərbaycan dilinin frazeologiya sisteminin praktik səpgidə çox gözəl bilicisidir və bir leksikoqraf kimi yetişmişdir. Lüğətin çoxminli kartoteka bazasının təşkil olunmasında, onun sistem­ləşdirilməsində layihə rəhbəri ilə bərabər əmək sərf etmiş və onu əsaslı surətdə dəstəkləmişdir.

4. Dosent Leyla İlyas qızı Həmidova, yuxarıda qeyd etdiyimiz kimi filologiya elmləri namizədi, Azərbaycan-rus tipoloji frazeologiyası üzrə ixtisasçı­dır, 3 rusca-azərbaycanca lüğətin müəllifi kimi özünü bacarıqlı leksikoqraf kimi tanıtmışdır. Hazırda Azərbaycan Dillər Universitetində çalışır.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – XOŞ GƏLDİN SEVDİYİM

Şəlalə CAMAL

XOŞ GƏLDİN SEVDİYİM

Nə yaxşı gəldi…. Və o gün bəşər tarixinin ən gözəl günüydü bəlkə də…. Dünya belə sevgi görməmişdi, əminəm… Vətən deyib ayaq basdığım torpağımı bu dəfə başqa sevdim… Çünki bu torpaqda Onun da addımları var idi…. Milyonların içində sıxıldığım şəhəri bu dəfə başqa sevdim…. Çünki eyni şəhərin havasını udurdum Onunla…. Elə gəldi ki, qapımı döymədən, icazə almadan gəldi ruhumun tanışı… Gəldi və belə də olmalı imiş kimi taxt qurdu ürəyimdə…. O qədər xoşbəxtlikdən ayaq açıb yeriyə bilməz ikən, qanad açıb uçdum bir andaca…. Şəkillərdə güldüyüm halda həyatıma gülüş gətirdi, bütün daşları yerinə oturtdu halbuki…. Gəldi, sanki indiyədək yazdığım bütün misralar Ona aid imiş, sanki hər şeydən xəbəri var imiş kimi gəldi….. Düşünsənə, sanki bir ömürə yetmətəcək qədər tanıyıram Onu….əlifbanın altıncı hərifinə sığdırdığım bir dünyanın başlanğıcı idi adının ilk hərfi…. Bəzəkli kəpənəklərə dönüşdürdü məni. Fəqət tırtılın da son günü idi kəpənəyə dönən günü….. Halbuki gəlişi toy bayrama çevirmişdi bəxti qara məmləkəti… barmaqlarımın uclarına içimdən gələn sözlər hərflərlə birləşib sevgiylə tökülürdü bütün sözlərimə….  Bütün sözlərimi cümlələrdə birləşdirəndə rəqs edirdi fikirlərim…. Təntənə marşı səsləndirdi ömrümün 27 ilinin son akordlarında…. Xoşbəxtlik bu deyilsə əgər, mənim istəyim sadəcə budur. Səmanın altında , yerin üstündə idi o gözəl ruhunu daşıdığı cismi…. Eyni kainatda idik…. Bəlkə Tanrıya etdiyim duaların qəbulu, bəlkə də savablarımın qarşılığı idi O. Kim bilir? Bəlkədə nacizanə gəlişində idi bu sehir… Sanki, işi gücü yox imiş kimi həyatıma Günəş kimi doğdu.  Günəş kimi saldı şəfəqlərini üstümə isitdi məni….  Sevgi ya eşq?… Məhəbbət…. Əslində sinonim səslənən bu üç sözü birləşdirən ruhumuzun harmoniyası idi….bir ömürə sığışmayan məhəbbət sığışdı 1 günə…. 10 Yanvar…. 365 günlük bir təqvimin ilk 10- cu günündəydi Onu tanıdığım…. Və insan maksimum bir saata danışıb mövzu tapmayıb yorularkən, 10 saatı keçmişdi danışmağımız….. Nəyin sürəti idi anlamadım…. Amma bu sürət dağıtmadı, qəza etmədi… Əksinə çiçək açdı ömrümün torpağı…. Su çilədi həyatıma… Huzur sanki… Və insan toxunmadığı birini də sevərmiş demək ki,.. Eynilə bətnində daşıdığının üzünü belə görməyən, amma sevgisini ona adayan analar kimi idi sevgim…. Gəldi laləzar etdi büsbütün sinəmi….. İllərdi varlığından belə xəbərim olmayan hisslərimi oyatdı… Gəldi… Gəlişində idi bütün sehir…. Üzündəki təbəssümündə idi möcüzə…. Bəlkə mən öz üzümü sevməsəydim, mütləq alın yazımı sevərdim…. Çünki ora ” O ” yazılmışdı…. Bilsəydim adını görəcəm aynanın qarşısından bir an da çəkilməzdim…. İndi ən çox alnımı sevirəm. Onun öpdüyü, yazısının olduğu yeri. Milyonlara meydan oxumağa hazır ikən Ona heç nə demədən nitqini susduran eşq idi… Toxunduğum əllərini buraxmama hissi… Bu doğmalıq…. Dağınıq, pərakəndə həyatımı düzənə salan adam… Söhbətindən doya bilmədiyim halda səssizliyini də dinləyə bildiyim insan… Amma hiss edirdim gələcəyini, içimdə yolunu səbirsizliklə gözlədiyim bir eşq idi…. İndiyədək özümə sadiqliyimin hədiyyəsi idi bəlkə də. Böyük bəzəkli bağlamada verilmədi, amma kainatın ən gözəl, ən təmiz hədiyyəsi idi… və bəhs etdiyim “O” elə sənsən. Sən nə gözəl gəldin… Xoş gəldin sevdiyim.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTACIN YAZILARI

ÜÇ QARDAŞ
Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
05.10.2020. – Bakı.

ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
15.10.2020. Bakı.

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

DAHA TƏK DEYİLSİNİZ
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. Bakı ş. II FX.

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – ÖZÜNƏ GÜVƏN

ŞƏLALƏ CAMALIN YAZILARI

ÖZÜNƏ GÜVƏN

Sənə lazım olan yeganə insan Özünsən. Hara gedirsənsə get, çevrəndəki hər kəsi özünlə apara bilmərsən, hər kəslə hər sözünü, sirrini danışa bilmərsən, hər kəslə 1 yerə qədər münasibət qurarsan və səni bir yerdə tək başına buraxar. Çünki çevrənin missiyası budur. Bəzən təcrübə qazandırar, bəzən dərs verər, bəzən isə bizi gələcəyə hazırlayar….

Çevrə dediklərimiz seçicidir bəzən, yaxşı halına sevinməzlər, dara düşdüyündə səndən uzaqlaşmaq üçün bir bəhanə arayar…. və unutma, axtaran tapar… Yaxşı görmək istəyən yaxşı, pisi görmək istəyən isə pisi görər həmişə… Səni bəyənməyənlər bəyənməmişlərdir, səni sevməyənlər sevilməmişlərdir  ələ salanlar ələ düşmüşlərdir unutma. Bir sözlə, sənə çata bilməyənlərdir…. necə deyərlər “Pişiyin əli ətə çatmayınca”…

Odur ki, özünü sev, özünə güvən, özünə arxalan. Kimsə sənin “mən”ini səndən yaxşı bilməz. İçini gözəl tut, insanın içi gözəl olarsa, çölünə də yansıyar….

Səhvlərini, düzlərini sev… qəbullan və önündəki daşları nərdivan et zirvəyə qalx… Hərçənd zirvə də yüksəlişin sonu, enişin başlanğıcıdır, amma bir şeyi unutmaq olmaz ki, ağac da bar verərkən başını aşağı əyər. Qalxmaqdan da, enməkdən də qorxma. Və heç vaxt özünü günahlandırma.

Çünki öyrənməyin üçün  kamilləşməyin üçün ən çətin etaplardan keçməlisən – gücünü görmək üçün. Həyatdır bu. Özünü kəşf etdiyin andan həyat sənə istədiyin qapıları açar, yetər ki, doğru qapıya yaxınlaşmağı bil və yanlış qapıdan çıxdığında bir də o qapıya tərəf getmə.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – “Su dünyaya açılan bir pəncərədir”

ZAUR USTACIN YAZILARI

  DAHİLƏR VƏ QAHİLƏR

                           və ya

SU DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏDİR

İYİRMİ  İKİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz digər bir nemət olan suyun misalında yaranışın, nizamın düşündükləri qədər bəsit olmadığını açıqlamağa çalışacağam.
DAHİLƏR VƏ QAHİLƏR
“Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.”
Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir.
QISA ARAYIŞ:
Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir. 
Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev, eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.):
HAŞİYƏ
Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim… Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…

Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki yuxarıda adları çəkilən müdrik şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər. Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır.
KEÇİD
Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”
Müəllif: Nizami Gəncəli
Tərcümə edən: Səməd Vurğun
Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam. “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin növlərindən biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun “faydası” haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş, dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma” məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar… İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin, eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır.
SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR
Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR” və “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir:
DİQQƏT!!!
Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur.
Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır.
Hər söhbətə, yeməyə başlayanda “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır.
Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında insan orqanizmi üçün böyük fayda var. Beləki, hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir.
Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür.
SU – ALLAHIN BİR LÜTFÜDÜR
Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir:
-Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz faktdır.
-İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir…
Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur.
HAŞİYƏ
Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim (Əl – Əlim) və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var.
İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar… İndi keçək cavablara:
-dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur.
SU İÇDİKDƏ NƏ BAŞ VERİR?
Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su, qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları 
ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir…
XATIRLATMA
Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər.
Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız (əsrlər boyu Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi pak su dolu stəkan olan masaya yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini – hansı ki, bu barədə də ən xırda təfsilatı ilə müqəddəs kitabımız “Quran”-da məlumat verilmişdir – unutmamalıdır…) əsl insan üçün həqiqətən də dünyaya açılan pəncərədir, sadəcə bunu görüb, dərk etmək lazımdır…
Qeyd:
“Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir.
27.04.2019. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda“Su dünyaya açılan bir pəncərədir”, “Həftə içi”, 03.05.2019, say: 80 (3128), s.8.  dərc olunub.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ

Lətifə Oruc – “Sirli Gedişlər”

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlərlə bölüşməyə sözüm olanda sevincimin həddi-hüdudu olmur. Bu dəfə məni belə sevindirən, ruhumu ovsunlayıb öz sehrinə qərq edən  çox dəyərli bir kitabdır. Böyük əminliklə qeyd edirəm ki, əgər siz bu yazını oxuyursunuzsa, mütləq mənim “Su dünyaya açılan bir pəncərədir”  adlı yazımı da oxumusunuz. Bu məqamı xatırlatmaqda məqsədim kitabla necə tanış olduğumu sizlərə çatdırmaqdan ibarətdir. Belə bir kitabın varlığından tam xəbərsiz olaraq, sadəcə “sirli aləm”, “sirli dünya”, “dünyanın sirli işdəkləri” kimi ifadələr yazıb “Google” dostumuzun əvəzsiz xidmətlərindən faydalanırdım. Axtarş nəticəsi olaraq çıxmış “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. Lingdən keçid edib qısa araşdırma aparanda məlum oldu ki, “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı”nın  “Göygöl rayon Mərkəzi Kitabxana”sının qonağıyam və həmsöhbətim Lətifə Orucun (Lətifə Əliyeva)  “Sirli gedişlər” kitabıdır. Bizim tanışlığımız bax beləcə, iki bir-birini tanımayan qonağın onların hər ikisini yaxşı tanıyan dost evində görüşü kimi qəfil, gözlənilməz şəraitdə baş tutdu. “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. PDF kitabı pulsuz və təhlükəsiz şəkildə endirib oxumağa başladım. Axşam saat 20:00 – a az qalırdı. Axşam xəbərlərini gözlədiyimə görə vaxt dəqiq yadımda qalıb. “Xəbərlər”in başlamasına qalan 5-6 dəqiqə vaxt  ərzində mən “Sirli gedişlər”  adlı kitabın müəllifinin Lətifə Oruc olduğunu, hörmətli professorumuz Nadir Məmmədli tərəfindən 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edildiyini öyrəndim və hətta çox hörmətli şairimiz Sabir Rüstəmxanlı tərəfindən kitaba yazılmış ön sözə də göz ata bildim. AzTv-də “Xəbərlər” proqramının başladığını bildirən video çarxın getdiyi (səsindən məlum olur) anda mən artıq “I FƏSİL” də “Suyun kənarında Quran oxunuşu, musiqi, qarğış…” (üçüncü abzas) ilə başlayan maraqlı məqamla rastlaşmışdım. Mövzu mənə tanış gəldiyinə və çox maraqlı oduğuna görə, – “Tunu qaqa, (Tuncay Şəhriliyə adətən belə müraciət edirəm) televizorun səsini azalt”,- deyə bildim və “Sirli gedişlər”  məni öz sehirli ağuşuna aldı. Bu günə qədər oxuduğum kitabların içərisində yalnız və yalnız  5-ci sinfdə oxuyan zaman  kənd  kitabxanasından götürüb oxuduğum (Ağdam rayonu, Yusifcanlı kəndi) “Kapitan Qrantın uşaqları” (fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman) kitabını belə,  ilk cümləsindən sonuna qədər ayrılmadan, birnəfəsə oxumuşdum. Kitab ötən əsrin ortalarından başlayaraq sonlarına doğru, iki əsrin kəsişməsindəki keşməkeşli dövrü, əsrimizin təlatümlü çağlarını (keçmiş ittifaq və müstəqillik dövürlərində) tipik orta statistik  kasıb ailənin və belə ailədə böyüyüb, boya-başa çatmış övladların həyatı, yaşam tərzi fonunda şahidi olduğumuz həyat  reallıqlarını gözlər önünə səririr. Bu məqamda, təfsilata keçməzdən əvvəl  ən azı  gələcəkdə istinad etmək üçün  sizi müəlliflə tanış etmək vacibdir.

QISA  ARAYIŞ

Lətifə Oruc (Əliyeva Lətifə Oruc) 9 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında (Şərur rayonu, Düdəngə kəndi) anadan olub.  1976-cı ildə Şərur rayon, Cəlil Məmmədquluzadə adına  Cəlilkənd kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Müəllifi olduğu “Sirli gedişlər”  (kitab Azərbaycan, Rus və İngilis dillərinə tərcümə olunub) adlı kitabına görə Rusiya Yazıçılar Birliyinə üzv qəbul olunub.

Ailəlidir. Biri qız, biri (tanınmış şahmatçı Rauf Məmmədov) oğlan olmaqla iki övladı var.

Əsərdə şərti adlarla təqdim olunan ailə; sürücü ata, evdar qadın  və onların  yeddi qız övladı real həyatdan götürülüb (Lətifə xanımın öz ailəsi). Lətifə xanımın yanvar ayında doğulmağından tutmuş, bütün təhsil pillələrində və iş karyerasında əzmlə irəliləməsi, eyni zamanda bacılarının həyatı, zəhmətkeş atanın, qayğıkeş ananın fəaliyyəti belə bir faydalı kitabın yaranıb, ortaya çıxmasında mühüm rol oynamışdır.

Kitab “Tərəfsiz ədəbiyyat tarixdir” prizmasından baxdıqda da bütün tələbləri ödəyir.

Lətifə xanım istər keçmiş ittifaqda yaşadığımız çağlarda, istərsə də müstəqillik dövrümüzdə adi ailə-məişət zəminində baş vermiş hadisələri  elə böyük ustalıqla təqdim edir ki, hadisələr fonları ilə birlikdə tarixi, mədəni, mənəvi əhəmiyyət kəsb edir.

Əsərdə təqdim olunan olduqca müxtəlif vəziyyətlər onun real həyat hadisələrindən qaynaqlandığının göstəricisidir. Çünki, situasiyalar və onların təsvirləri  o qədər təbii və inandırıcıdır ki, bu kimi halların sadəcə yazıçı təxəyülünün, fantaziyasının məhsulu olmaq ehtimalını heçə endirir.

Əsərdə baş verən hadisələr, onların kompanentləri təbii olduğu kimi, dili də olduqca sadə və axıcıdır. Məhz dilin sadəliyi onu birnəfəsə oxunan kitablar sırasına qoşur.  Yuxarıda qeyd etdiyim  kimi kitabın Azərbaycan, Rus və İngilis dillərində olan variantları var. Hər üç dildə olan variantlarla artıq tanış olmuş bir oxucu kimi deyə bilərəm ki, dilindən asılı olmayaraq oxunaqlı əsərdir. Qəti olaraq oxucu yorulmur. Burada dilin sadəliyi ilə yanaşı müəllifin hadisələri oxucunu intizarda saxlayacaq tərzdə inkişaf etdirmək bacarığı da mühüm rol oynayır.

Ümumilikdə son olaraq, onu qeyd etmək istəyirəm ki, bəlkə də nadir, hər halda ibrətamiz əhvalatlarla dolu unikal bir ailənin həyat hekayəsini gözlər önünə sərən  Lətifə Orucun  “Sirli Gedişlər” kitabı  əhatə etdiyi dövrün  zəruri  mədəni, sosioloji, tarixi  məlumatlarını özündə daşıdığına görə olduqca əhəmiyyətli ədəbiyyat hadisəısidir. Hamınızı bu hadisə ilə yaxından maraqlanmağa və faydalanmağa dəvət edirəm. Sona qədər həmsöhbət olub, Uca Yaradanın bizlərə ən böyük hədiyyəsi  olan çox dəyərli zamanınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə qarşınızda təzim edir və intəhasız təşəkkürlərimi sunuram.

27.01.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İBRƏTAMİZ ŞEİRLƏR

ZAUR USTACIN YAZILARI

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

HERMAFRODİT
Məchulsa, cinsi bir kəsin,
Bəlkə, hermafroditdi…
Adı yoxsa, bir nakəsin,
Bəlkə, hermafroditdi…
* * *
Qışdı ya payız bilinmir,
Qovun ya qarpız bilinmir,
Oğlandı ya qız bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Adamdı, oyux bilinmir,
Bordaxdı, burux bilinmir,
Atdı ya ulax bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Şalğamdı, pazı bilinmir,
Çoxu çox, azı bilinmir,
Ördəyi, qazı bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Nə sudadı, nə quruda,
Nə lildədi, nə duruda,
Çatmayıb, qalıb boruda,
Bəlkə, hermafroditdi…
* * *
Bilinmir hara malıdı,
Ayağında at nalıdı,
Qabağında it yalıdı,
Bəlkə, hermafroditdi…
* * *
Halından halıdı Ustac;
Dərdi böyük, dərdə möhtac,
Nişanı var, ləçəkli tac,
Bəlkə, hermafroditdi…
14.09.2020. Bakı.

MƏŞƏQQƏT
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt  qonşunun ah-vayı,
Üstdəkinin  cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *

Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.

MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Lətifə Oruc – “Sirli Gedişlər”

LƏTİFƏ ORUCUN KİTABI

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR” KİTABI PDF

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru