Təqvimin bu günü Hikmət Məlikzadənin mövludu günü ilə rövnəqlənmişdir. Səmimi və gözəl insan, dəyərli qələm adamı, çox hörmətli silahdaşımız Hikmət müəllimi yazarlar cameəsi adından səmimi qəlbdən təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!
QISA ARAYIŞ
Hikmət MƏLİKZADƏ (Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Şamaxı rayonunda doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. İki şeir, yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur.Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.“Ziyadar” Mükafatı laureatıdır. “Yeni Təfəkkür” qəzetinin əməkdaşıdır.
Hikmət MƏLİKZADƏ(Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Şamaxı rayonunda doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. İki şeir, yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur. Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür. “Ziyadar” Mükafatı laureatıdır. “Yeni Təfəkkür” qəzetinin əməkdaşıdır.
Hələ min illər əvvəl Şaman fəlsəfəsində şəxsiyyətin fəallıq aspektləri geniş müzakirələrə səbəb olub… İnsanlar (bəzən) bu ali dəyərin məqsədinə vara bilməsələr də, zərrəvi həqiqətləri günün reallığı hesab edib, özlərinin cəmiyyət işində hansı önəm daşıdıqlarını bilməyiblər. Bu da o dövr üçün səciyyəvi olan ibtidai fikirdə itib-batmaq təhlükəsi yaradıb. Lakin zaman keçdikcə şəxsiyyət kodeksi daha çox diqqət çəkdiyi üçün insanlar ali fikirlərə meyl edib, ictimai düşüncə ibtidaidən çıxıb…
Açığı, (biz) parlaq istedadlı şair Tapdıq Əlibəylinin 2021-ci ildə “Elm və təhsil” mətbəəsində işıq üzü görmüş “Payız çöhrəsində yazdı 44 gün” kitabını oxuduqdan sonra bu qənaətə gəldik. Kitabdakı şeirlər (bəlli olduğu kimi) 2020-ci ilin 44 günlük tarixi həqiqətlərinə zəmin verir. Əsas leytmotivi (vahid süjet xətti) “Qarabağ Azərbaycandır!” şüarı olan bu kitabda vətənpərvərlik duyğusu, Vətən hissi bədii zərurətlərdən daha çox fəlsəfi çırpıntı doğurur; yəni (kitab boyu) poetik ruh eyni ləngərdə olsa da, müəllif ovqatını aşkar-sətiraltı ruhda cilalayıb, otuz ilin həsrət yanğılarını bir vətəndaş münasibətinin sədaqəti, əzmi və şücaəti ilə ehtiva edib. Zənnimizcə, (adıçəkilən kitabda) oxucunu acı hislər qoynunda çırpındıran da ən çox elə bu nüansdır. Maraqlıdır ki, Tapdıq Əlibəyli (bu kitabda) adi istəklə deyil, zorla təmin olunan azadlığı vəsf edib, işğala məruz qalmış yurdlarımızı, əsir və itkin düşmüş insanlarımızı, torpaq uğrunda canlarından keçmiş qeyrətli oğullarımızı 44 günün fərəhi qədər işıqlı göstərib. Belə deyək, müəllif oxucuya əzabı bir qədəh mey kimi içmək, hərfən və mahiyyətcə fərqli ideyalarda bərqərar olan zəfəri mənəvi və emosional dərk etmək şansı verib. Kitabdakı şeirlərin hamısında insanın taleyi özünə tabe etmək və yaxud (onu) dəyişdirə bilmək zərurəti var. Həmçinin, burada klassika, nostalji hiss eyni müstəvidə, fəqət başqa anlamlarda cərəyan edir. Əslində, bu təlatüm doğuran harayın içində doğru bir tövsiyyə (də) diqqət çəkir; insanı, insanlığı, torpağı, bütöv halda Vətəni qorumaq üçün nəsil-nəsil çırpınmalıyıq. Çünki illər qanadsız ilğımlar kimidir, qəfil qeyb olurlar…
Əlbəttə, (yuxarıda dediyimiz kimi) kitabın poetik-ictimai süjeti şəxsiyyət fəallığı, bütöv bir epoxanı dəyişən yenilməz İnsan qüdrətidir… Nümunələrə diqqət edək:
Xilaskar Ordunun çarpan ürəyi,
Millətin, dövlətin məslək-diləyi.
Zəfərə aparır qətiyyət, səyi,
İlham Heydər oğlu – Şanlı Sərkərdə!
***
“Əsgər duası”nın sözündə kəsər:
“Minarələr süngü, qübbələr miğfər…”
Ucaldı haqq səsi: Allahu Əkbər!
Müzəffər millətə əsgər Ərdoğan!
***
…Yağı qıfılına Ordumuz açar,
Məğlub aqibətə işğalçı düçar.
Qəsbkar erməni boğulur naçar,
Sevinc göz yaşında Azərbaycanın!
Bu şeir parçalarında müəllif sevən, sevilən, həyata ayıq gözlə baxan İNSAN obrazlarına səcdəlik haqqı verir. Bu haqq öz fəlsəfi mənasını “…Yağı qıfılına Ordumuz açar” prizmasında tapır. Buradan belə anlayırıq ki, oxucuda yüksək həyat eşqi, real vətəndaşlıq hissi yaratmaq şairin ən ümdə vəzifələridəndir, onun (kitab boyu) lirik hədəfi bu ali duyğudur. Doğrudan da, xəyanətkar olduğu üçün “işğalçı məğlub aqibətə (həmişə) düçar” qalır. Bu ədəbi xarakteri aşağıdakı misralar çox dəqiq və sərrast açır:
…Allahın da xoşu, həvəsi gəlir
“İrəli” marşından Azərbaycanın!
Elə bu marş sədaları ilə Azərbaycan 44 gündə öz gerçəyini sübuta yetirdi. Müəllif bununla (sətiraltı) demək istəyir ki, güc kimdədirsə, zəfər də ondadır…
Heç şübhəsiz, Tapdıq Əlibəyli öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Məsələn, o, işğalçını da, işğal acılarına məruz qalanı da eyni cəmiyyətdə pərvəriş tapmaq səadəti ilə xarakterizə edir, dostluqla düşmənçiliyi eyni duyğu ilə cilalayır, lakin humanist olmağın əngəllərini də aşkar göstərir.
Səmimi deyək ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabında qabarıq həyat eskizləri var və müəllifin poetik təəssüratı məxsusi olaraq bu amillə səciyyələnir. Buradakı şeirlər ləyaqət və insanpərvərlik duyğularının bədii ehtivası qədər səciyyəvidir, səmimi koloritdə öz ifadəsini tapır.
Kitabda emosiya doğuran, həm də çılğın hislər yaradan siyasi ovqat da seysmik təsiri ilə diqqət çəkir:
…“İti qovan” toy tutur,
Oyna, Paşinyan, oyna!
Bu gülüş və sarsıntı doğuran misraları şairin ölkə rəhbərinə şamil etdiyi saf, səmimi və təmiz duyğular parça-parça edir:
Ali Baş Komandan – Ali Baş Əsgər,
Qarabağ uğrunda hər kəs səfərbər.
Əsgərə komandan, xalqına rəhbər, –
İlham Heydər oğlu – Şanlı Sərkərdə!
Bu şeirdə və bu tipdə digər Vətən ruhlu ədəbi komponentlərdə müəllif (haqlı olaraq) diqqətə çatdırır ki, yüksək idarəçilik bacarığı dövlətin idarə olunmasında əsas faktordur. Bu qəti bacarığa malik olduğu üçün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün böyük əsaslar əldə edib. Daha doğrusu, dövlət quruculuğu, torpaqlarımızın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər, Azərbaycanın dünyada söz sahibi olması və s. ölkə prezidentinin fəaliyyət strategiyasında son məqsəd deyil.
…Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki, bitməyib son döyüş, savaş…
Bu harayın ehtivası nəhayət ki, 2020-ci ildə öz küləyini əsdirdi. Bu anlamda, Tapdıq müəllim (kitabda) əks hücum əməliyyatının başlanmasını populistcə yox, insanca araşdırıb, qeyrətli oğullarımızın öz canlarından keçmək əzmini fəlsəfi rakursda cilalayıb. Demək istəyib ki, bəlkə də, bir adam bütün həyatını digər bir insan uğrunda xərcləmək üçün doğula bilsin. Lakin Azərbaycan əsgəri bu qətiyyətə toplum halında imza atdı. Bu da o mənadadır ki, Allahın insan(lar)a verdiyi dəyər başqası üçün yaşamaq bacarığıdır, müəllifin xüsusi önəm verdiyi və yüz cür rəng sürtdüyü bu ədəbi salnamə hər kəsin həyat bələdçisi ola bilər.
“Payız çöhrəsində yazdı 44 gün” kitabında bəlkə də müəllifin əsas məqsədi göz önündə yaşanan tarixi həqiqətləri əks etdirmək deyil, əksinə, İlahi nurun fəzilətini ənam almış obrazların, onların bir çoxunun mərdanəliyinə işıq tutmuş yaradıcı insanların mübarək insan çöhrələrində həyatı, taleyi daha işıqlı göstərə bilməkdir. Bu da o anlama gəlir ki, Tapdıq Əlibəyli insan vurğunu, şəxsiyyət aşiqidir, ucalıq qayəsi aydın görünən qələm sahibidir. Biz onun kitabda adbaad sərgilədiyi obrazların əsl insan xislətini, yurd sədaqətini xoşovqat missiya kimi sezirik.
Tapdıq müəllim kitabın vətənpərvərlik kodunu əsgər paltarı (mundiri) kimi ifadə edib, bu şifrəni “Zəfər günümüzün… boyuna biçilib əsgər mundiri. Şəhidlər, qazilər, ər-qəhrəmanlar Geyinib əyninə şəstlə hər biri” fonunda (oxucuya) göstərib. Zaman aşırımları keçmək gücü olan bu kitabı diqqətlə oxuyanlara bəlli olur ki, ekstremal şərait həyatın ən dürüst çalarlarını aydın xarakterizə edir, çılğınlıq dərdi zəkasızlığa sirayət edən mövcud aləmdə insanın azacıq da olsa günah morfemindən bir qat üstdə duruş gətirməsi hazırkı reallığın bəlkə də üz tutula biləcəyi sadə dürüstlükdür. Bu rakurs həyata ruh ucalığı ötürmək missiyalıdır. Bu ideoqrfik zəmin oxucunu Vətən hissindən «uzaq» tutmur, əksinə onu hissi olaraq ikiləşmək qorxusundan «azad edir».
İnanırıq ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabı istedadlı şair Tapdıq Əlibəylinin növbəti yaradıcılıq uğurlarına (bir) körpü olacaq. Çünki
Əslində, romançılıq da ədəbi tədqiqat işidir. Bunu bir ehtimal sanmayaq, çünki nəsrin ədəbi situasiyaları (geniş anlamda) bir roman xisləti yaradır və bu rakurs öz miqyaslarını əhatəli baxış bucaqları vasitəsilə xarakterizə edir. Doğrudan da, romançılıq təkcə bədii xarakteri ilə deyil, həm də ictimai zərurəti ilə ehtiva olunur. İstedadlı qələm sahibi Xaliq Azadinin romana, ümumiyyətlə, nəsrə münasibətindəki qabarıq aspektləri də bu zərurətin bir səciyyəsi kimi mənalandırmaq olar. Açığı, onun 2020-ci il tarixdə fitrətli yazar Əli bəy Azərinin redaktorluğu ilə «Zəngəzurda çap evi» nəşriyyatında işıq üzü görmüş «Qəm yağışı» (nəsr) kitabı da bu xarakterə zəruri əsas verir. Bəri başdan deyək ki, duyğusal tərənnümlə başlayan, pünhan məcralarda təlatümə uğrayan və sonra da bir anın içində daşlaşan məhəbbətə ithaf kimi səciyyələnən bu kitab müasir baxışlıdır, burada zəruri-effektiv və ədəbi məna ürəkyaxıcıdır, hadisələr oxucuda isti könül çırpıntıları yaradır, müəllif əsər boyu ictimai zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzini maraqlı statuslar kimi təqdim edir.
Bir özbək qızının bir azərbaycanlı oğlanla pünhan çevrələrdə qurduğu və qısa zamanda qəm yağışına çevrilən sevda yanğıları müəllifin təhkiyəvi zəmini olsa da, mövcud ədəbi reallıq tamamilə başqa münasibətlərdən qaynaqlanır: o mənada ki, yeniyetməlik və gənclik hüdudlarında çırpınan, ikitərəfli milli dəyərlərə aludə paradok yaradan İnqa və Azadın könül xoşluğu (bəlkə də) içlərində qəfil kükrəyən ötəri hissdir, fəqət zaman komponenti bu hissin qaynar bir sevgi olduğuna dəlalət edir və oxucu olaraq müəllifi saran odun-atəşin kövrək çınqılarına baxış ötürük.
Bir növ, fəlsəfi-modern əhatə cızan “Qəm yağışı”nda mətn özünüdərk yaradır, mövzu bitkin məntiqlidir, müəllifin fikirtəqdimetmə dürüstlüyü həyatabaxışın sivil tərzləri kimi xarakterizə edir. Lakin fərdi mülahizədəki pessimistlik ovqata bir qədər əks təsir bağışlayır. Bu da şübhəsiz, müəllifin (ictimai ampulada) modern çək-çevirə məruz qalmasından irəli gəlir. Çünki buradakı məhəbbət də, o məhəbbətə müntəzir surətlər də (başqa əsərlərdəki kimi) eyni və oxşardır, fərqli olan xoşovqat zaman uçqununda fövqəl izdivaclara eyhamlı eniş etməkdir. Və səmimi deyək, müəllifin ədəbi ismarıcı vahiməlidir, qorxulu hislər yaradır. O mənada ki, “Qəm yağışı”nda məhəbbət bir kodeks olaraq təlatümlü həyat zərurətidir, müəllif eşqanə nüansları (nəticə etibarilə) bir kod altında sistemləşdirib.
Romanı duyğusal edən təkcə sevgi hücrələri deyil, həm də milli duyğulardır. İnqanın da, Azadın da aludə olduqları məhəbbət onları (dərhal) təsir altına almır, əksinə, bu isti baxışlar ruhsal quruluşludur deyə, baş obrazlar vətən proseslərini sevgidən irəlidə görür, bu səmimiyyətə sanki bir büst qoyurlar. Elə əsər boyu duyğusallığın ictimai-ədəbi təsir miqyaslarını böyüyən və artan həddə gətirən də məhz bu mənalardır.
«Qəm yağışı»nda milli heysiyyətə ünvan verən dramatik zərurətlər çoxluq təşkil edir. Baş obrazlardakı cürət, mübarizə məğzləri qabarıqdır, ən başlıcası, hər iki tərəf üçün (dediyimiz kimi) Vətən obrazı daha müfəssəldir.
Müəllif (belə deyək) əsər boyu sevgini fərqli xarakterizə edir; sovet dövrünün sevda çınqıları ilə müasirliyin gətirdiyi çılpaq sevgilərə yerlə-göy uzaqlığında fərq qoyur, elə İnqa və Azadın çabaladığı nakam məhəbbəti də məhz bu paklıqda cilalayır. Təəssüf ki, sonradan bu saf sevgini vahimə dolu anların yaradacağı dəhşətlər müşayiət edir, ardınca da hər iki obraz nakam acıların içində bir səcdəlik haqqı tapır.
«Qəm yağışı»nda adi hislərin məhəbbət qəlibində kükrəməsi – təcəllası mistik-ictimai səciyyə kəsb etsə də, ruhsallıq epik məğzi romançılıq qatlarına yüksəldir, müəllif sanki oxusunu əzabın dadına baxmaq şərəfinə nail edir, fəlsəfi ovqat yaradır. Maraqlıdır ki, bu ədəbi kreativlik təkcə İnqa və Azadın durğun baxışlarında məna vermir, həm də müəllifi bu fövqəl zərurətə (ciddi) sövq edir.
Qeyd etdiyimiz kimi, romanda əvvəlki illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi də diqqətdən kənarda deyil. Sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyat reallığı da oxucunu düşündürən əsas ədəbi elementlərdir. Bəlli ki, müəllif bu prosesdə fəal tərəfdir, əsas etibarilə ruhi istismarı qətiyyətlə pisləyir, etinasızlıq və diqqətsizlik hallarını xeyirxahlıqla tənqid edir.
Bu rakursda romanda iç titrədən son səhnəni təqdim edək:
«İlk əvvəl kiçik damcılardan başlayan yağış aramsız və gur yağan leysana çevrilmişdi. Azad gözətçinin daxmasının divarına söykənərək İnqanın yatdığı yerə zilləmişdi gözünü. Birdən düşündü ki, doğrudan da bu yağış indi boş-boşuna yağmır. Bu lesanı yağdıran İnqanın ruhudur. Nakam arzuların çağırışıdır. İnqa istəmir ki, Azad tez vidalaşıb getsin. Tək qalacağını bilir…»
Bu epik parçada vida çığırtısı var. Müəllifi labirintə salan hislər onu ərzinə çatmaq istədiyi fikrin mahiyyətini tapmağa sövq edir. Və sonra da bu kodeks daha mürəkkəb əhatəli olur: oxucu da, müəllif də, elə baş obrazları nakam hücrədə sıxan epik təlatüm də çiliklənmiş güzgüdəki insan əksi kimi təsir verir. Bu mənada, «Qəm yağışı»nın sistem hüdudunda acı bir üzüntü, çılğın bir qəm şehi var. Baxışlarımız bu şehə bulandıqca hislərimiz fəza qatına qalxır, orada sanki Azadı təklik girdabına itələyən sevdasızlığın rəngini, İnqanın nakam eşqin tufanında yoxluğa atan həyatın fövqünü görmək istəyirik. (Müəllifin də dediyi kimi) bu, mümkünmü?
…Bütövlükdə isə tale və həyat gedişatı maraq doğuran «Qəm yağışı»nı Xaliq Azadinin uğuru hesab etmək olar.
(Bəzən) elə zənn edirlər ki, poeziya (sadəcə) zahiri gözəllikləri vəsf etmək prosesidir (buna da şeiri «poetik yalan» hesab edənlər zəmin verib). Unudurlar ki, poeziya real vəziyyəti bir qədər qabarıq – olduğu həcmdə, lakin obrazlı, məzmunlu ehtiva etmək çək-çeviridir; şeir də «poetik yalan» olsaydı, onda tarixdə bu qədər ədəbi salnamə qalmazdı. Nə isə…
Məqsəd sözə sevgi ilə tapınmaq, onun hansı çəkidə olduğunu bilməkdir. Bir növ, sözə (həm də) ehtiyatla yanaşmaq lazımdır; (zatən) o, sənin kim (nəçi) olduğunu (onsuz da) faş edir. Füzuli demişkən: «…Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz…»
Əslində, sözə tapınmaq, poetik təlatümlərin qarşısında duruş gətirə bilmək Allahın təqva yükünü (az da olsa) daşıya bilmək mənası verir. Bu yazıda sözə Bismillahsız əl uzatmayan Xatirə Əzizqızının yaradıcı ovqatından, daha dəqiqi, onun istedadlı şair-publisist, tərcüməçi, ədəbiyyatımızda «Ağ adam», «Ağ div» kimi obrazlaşmış Giya Paçxataşvili haqqında yazdığı kitabdan bəhs etmək niyyətindəyik.
Bir qədər diqqətlə nəzər yetirəndə, görürük ki, Xatirə xanım (əslində) kitab boyu Giya Paçxataşvili haqqında dediyi fikirləri əvvəlcə kündə kimi ovxalayıb, ununu-urvasını (yəni, bədii çalarını, ifadə tərzini, hətta eyhamını) qədərində səpib, sonra oxucu qənşərinə çıxarmaq üçün cəhdlər edib.
Görək ilk baxışdan kitab bizə nəyi təlqin edir? Müəllif Baş Obrazın zahiri görkəmində təcəlla edən ağayanalığı təqdir edib və bu timsalda bizə aşağıdakıları duymaq qənaəti verib:
1.Əlbəttə, insan ömrü xatirələrlə zəngindir. Ömürdən ötən hər il öz duyğu selində təmtəraq qurur. İllər qoşun çəkdikcə xatirələr azalır, ömür daha da şirin olur. İnsan müdrik, yetkin çağında yaşadığı ömürdən çox az xatirə tapır…
2.İllər insanı çox vaxt doğmalarından, hətta qoynunda göz açdığı yurd-yuvasından uzaq salır. Hansısa xoş bir günə vaxt-vədə yetişəndə biz yaddaşımızda ilişib qalan xatirələrə müraciət edirik. O xatirələrə ki, uşaq çağlarımızı bir rəngdə, yeniyetmə vaxtlarımızı başqa bir rəngdə. Sonrakı illəri də tamam fərqli göstərir…
3.İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi acı-şirin həqiqətlər yaddaşa möhür vurur. Biz o narahatlığı çox vaxt şirin duyğu kimi dadırıq və s.
Bu paradokslar kitabla bağlı təəssüratlarımızı doğru-dürüst cilalayır. Anlayırıq ki, insanın (bir) pünhan məcra olması mifik deyil, gerçək zərurətdir. Kimin ki, surətində həya qızartıları çox olur, onlar Allah sevgisində səmimi və məqbuldurlar. Abrında, həyasında bütövlər də bu kateqoriyaya aid edilirlər. Xatirə Əzizin təqdimatı ilə razılaşıb biz də Giya Paçxataşvilini bu sırada görürük. O, doğrudan da (surətcə) aşkar bir fövqəllik kəsb edir… (Özü qədər) utancaq, söz deyəndə ağ sifətinə narıncı həya çaları enən Giya – bu Ağ Adam duvağını üzünə çəkib farağat dayanan qəlb sızıltılarının hənirini hamıdan gizlətsə də, biz o acıları dadırıq. Xatirə xanımın o acılara qatdığı bədii tutum bizim təhlil-tədqiq səmtimizi əxz və idrak edə bilir…
Kitabda razı qaldığımız nüanslar çoxdur. Məsələn, müəllif (əvvəlcə) Giya müəllimin şeiri necə yazmasından daha çox şeirdə nə qədər məsafə qət etdiyinə diqqət çəkir. Sonra onun həyatdan aldığı ağır təsirləri, içində qövr edən ağrı-acıları oxucuya giley şəklində ifadə etməməsini, dərin mükalimə yürüdə bilən qəlb sahibi, özünü dürüst tədqiq edən israrçı olduğunu mühüm təsisat kimi şərtləndirir.
Yaxud, o, Giyanı içində (həvəslə) həyat sevdası cücərdən, sonra da acı təəssüratların «xatirələrini» dadan insan qismində görür, bu qədər zülmə müntəzirkən asi düşməməsindən heyrətlənir. Bəzən çoxumuzda belə hallarda səbr öz ümdə vəzifəsini itirir. Giya Paçxataşvili isə qulluğunda müsəlləh əsgər kimi durduğu həyatın əks həmlələrinə sinə gərir, öz sevda limanında rahat üzən gəmilər kimi ləngərsiz görünür.
Xatirə xanım Giyanın şeiriyyətindəki kövrək məftunluğu bizə ağır salxarda təqdim edir, onun fikir qatarının gözüqıpıq olmadığına eyham vurur. Biz dərhal bu ədəbi çaları qəbul edirik, çünki özümüz də dərdin hansı rəngdə olduğunu bilirik. Giyanın da nəfs xatirinə ömür sürən insan olmadığına (dəfələrlə) şahidlik etmişik. Əksinə, o, həmişə ali duyğularla pərvaz etmək, uca məqamlara əl toxundurmaq hissində var-gəl edib. Ola bilər, taleyin vurduğu yaralar onu bir az fikirli, bir az da küskün qoyub, ancaq çöhrəsində qoruyub saxladığı fövqəl tərbiyə onun poeziyasının ən vacib nüansı kimi bizi məmnun edib.
Xatirə Əziz təkcə publisistik yazılarında deyil, həm də bir neçə şeirində Giya Paçxataşvilinin çəkdiyi iztirabları, yaşadığı acıları bir həyat zərurəti kimi bəlli edib, onu əhatə edən təsisatları sadəcə formal status kimi gözdən keçirməyib, həm də bədiiləşdirib. Bu anlamda müəllifin Baş Obraz(ın)a həsr etdiyi şeirlərdə (də) şəxsiyyət amili əsas götürülüb:
…Vətən oğlu, məni dinlə,
Yandırdığın çıraq sönməz.
***
Xatirə haqdan söz dərdi,
Şair, sözüm ləldi, dürdü.
Şairlik əzəldən sirdi,
Ömür yaşa, var ol, şair!
***
…Taleyini kim yazdı?
Bəxtində sevinc azdı.
Baharın da ayazdı,
Söylə, xəbərin varmı?
***
Haqdan gəlir dürr sözün,
Qəlb ovudur hər sözün.
Ruha məlhəmdir sözün,
Uca Adam, Dağ Adam,
Şair Adam, Ağ Adam!
Bu parçalarda Giya Paçxataşvilinin insan surəti, yaradıcı ovqatı məzmun kəsb edir. Xatirə xanımın Giya müəllim haqqında yaratdığı təfərrüat oxucunu bir az ehtiyatlı olmağa təhrik edir, onu elə bu çevrədə «Ağ adam»ın ağ dünyasına «səyahətə» aparır.
Bundan başqa, kitabda diqqətimizi çəkən nüanslar daha çoxdur: məsələn, (əsas obraz) Giya Paçxataşvili sadə insan kimi çalar tapır; hər iki məkanda – həm Azərbaycanda, həm də Gürcüstanda eyni miqdarda sevilir, əzizlənir; özünün ağ dünyasına çəkilib oradan həyatın hansı gərdişdə pərvəriş etdiyini aydın görür və s. Belə deyək, kitabda Giya müəllimin həyatı, fəaliyyəti, insan münasibəti və yaradıcı ruhu mümkün qədər təfsilata cəlb olunub.
Ən əsası da, bəhs etdiyimiz kitabda Giya Paçxataşvili poeziyamızın «Ağ adam» obrazı kimi məna tapa bilib. Bu da Xatirə Əzizin ədəbi uğurudur.
Şair arvadı (poema) Proloq Eh, Allah, adamı onda bədbəxt edir ki, Kasıb yaradır. …Kasıbın baxışları da, Arzuları da qaradır. Kasıbın salamı yetim kimi boynubükük, süfrəsi ürəyi kimi təmiz… Həyat ağrı-acıları sancağa keçirər, taxar ona. Əyni təzə paltar görməz, Balaları xoş gün. Hamı yuxarıdan aşağı baxar ona. Çoxu kasıbı təndir sanar, Çörək yapmaz. Kasıb bir gün tapar, On gün tapmaz. Onun ömür səhrasında Quyu qazar toxluq. Başına qaxınc olar yoxluq. Aclıq cihada qalxanda Kasıbın itdən fərqi olmaz; Nə arvad hörmət qoyar, nə uşaq… Kasıb heç kimdən hörmət gözləməz. Bəlkə də bu qəddar həyatdan, Ömrü boyu küsdüyü Tanrıdan qurtulmaq üçün başını kəndirə sürtməsi ən axmaq çaradır… Heç olmasa bilər ömrü yetdi sona… Bunu da günahdır deyə çox görürlər ona. Kasıbla varlı arasında fərqə bax: Biri pul tapmır, Biri pulunu qoymağa yer… İndi gəl, uşaq qarşısında Kasıb görkəmlə aclıqdan imtahan ver… …Eh, Allah, adamı onda bədbəxt edir ki, Kasıb yaradır. Kasıbın uşaq yanında da, Allah yanında da üzü qaradır… *** Atı yüyrək olsa, çəpər tanımaz, Adamın başına çıxar kasıblıq. Arvadın, uşağın yanında boğar, Kişini divara sıxar kasıblıq. Nə qədər qadını dul edər, bitməz, Birin digərinə qul edər, bitməz. Qızıl zər-zibanı çul edər, bitməz, Ömrü dürməc kimi tıxar kasıblıq. Ömrün çöllərini yala qoyarsan… Özünü kölgəndən dala qoyarsan… Haqqın kandarına çala qoyarsan, Özünü oraya yıxar kasıblıq. *** Tanrı ənamıdı, ya nədi, bilmir; Həqiqi şairlər kasıb ölürlər. Demə vaxt tapmırlar dua etməyə, Əcəli qələmdən asıb ölürlər. Şeytan at minəndə söz şahə qalxmır, Adamın gözünə kaha görünür… Əzrayıl əl etsə, cır-cındır geymə, Dərd təzə libasda baha görünür. …Sanır Həvva deyil yuxusundakı, Sonra ürkək-ürkək qadına baxır. Hərdən, mənə elə gəlir, şairlər ölmür, Şairlər ölümün dadına baxır. *** Kasıblıq sərt divardı, Suvağın tökmək olmur. Nə etsən, bir daşını Dağıtmaq, sökmək olmur. Barı kal olar elə, Qabığın deşməsən də. Tüstüsü göz çıxardar, Ocağın eşməsən də. Mən onu kürəyimə Çatmışam şələ kimi. O da mənim qarşımda Dayanıb tələ kimi. *** Həyat qəm daddırır, arzular cəfa, Kasıbın içində daş doğrayırlar… Bir kötük olasan kasıb olunca, Üstündə, bilərsən, baş doğrayırlar. Şairin əzabı Sizif əzabı, – Əcəl tərs gələndə, qarmağa baxar. Günaha tutarlar kasıbdı deyə, Hamı sərt tuşlanan barmağa baxar… O, belə yaşamaq istəməz əsla, …Canına dirəyir söz, arvadı da… Bilməz, qınadığı kimin kimidir… Onu adam saymaz öz arvadı da. Evə nifaq salar «can» dediyi də, İşığa ağ tutar, ayından «kəsər»… O, pulsuz döndükcə ruhu qocalar, Arvad yavaş-yavaş payından kəsər. Şair gün qaraldar, işıq söndürər, Ruhu ağrı çəkər şamın altında. Tez-tez göz dikilən torpaq olasan, Kasıb olmayasan damın altında. *** O da bir adamdı, kasıbdı fəqət, Şairdi, neyləsin, – Allah yazığı. Söz onun ağası, o, sözün qulu, Həyası lüt qoyub vallah, yazığı. Dərd onun qoynunda tumurçuq açar, Dərdin ya daxması, ya damıdı o. Dünyanın ən varlı adamı ikən, Dünyanın ən kasıb adamıdı o… Bəlkə də peşmandı evlənməyinə, Ürəyin qopardır fikir, yazığın. Arvad cin donunda nəfəsin kəsir, Evini uçurdur, tikir yazığın. Həyat sağa dartır, arzular sola, Böyük ailənin yükün çəkir o. Vaxt onun gözündə edam kötüyü, Hər gecə əcəlin tükün çəkir o… Kölgəsi böyümür neçə illərdi, Kədəri boyundan yuxarı çıxır. Qələmi külüngə çevirib qazır, O, əppək axtarır, suxarı çıxır… *** Başının yuxarı qalxan günü yox… Günahı əyninə geyinir arvad. Elə ki, əlinə qələm götürür, Qoca qarı kimi deyinir arvad: – Yenə də çəkilib otağa, yazır, Ta bilmir uşaqlar yemək istəyir. Bəlkə də bununla biz yazıqlara, – «Acından qırılın…» – demək istəyir. Onun doğmaları qələm, kağızdı, Biz çətin düşərik yadına onun. Nə məni düşünür, nə uşaqları, Bir gün gedəcəyik badına onun. Ah, nələr çəkirmiş şair arvadı! Bir deyən olmadı lüt olur şair. Kimsə ətəyində namaz qılmaz ki, Üst-başı qaralmış büt olur şair… Nəyini bəyəndim mən bu yoxsulun? Bu bədbəxt söz yeyir, söz udur ancaq. Üzünə baxırsan, bir çimdik qan yox, Köhnə ocaq kimi köz udur ancaq. Atam da, anam da kor imiş sanki, Nədən görmədilər lütdü bu gədə?! Saçımı dən sıxır, üzümü qırış, Ömrümü-günümü ütdü bu gədə. Eh, bu da özünə adamam deyir, Bilmir, qayğıları ləpəyə dönüb… Bir gün çörək tapır, on beş gün tapmır, Borcu da gün düşməz təpəyə dönüb. Mənə nə düşmüşdü bu yaşda sevim? Üzüm yox, fələyin toruna söyüm… Onu babam saldı içimə qəmtək, Mən indi babamın goruna söyüm? …Beləcə, özünü yeyir, qurtarır, Bircə gün yorulub, bəs etmir qadın. …Gecdir, inadını tulla bayıra, Ayrılıq gələndə, səs etmir, qadın. *** Başı nə çəkirsə, həyadan çəkir, Həyat, harda tutdu, sınayır onu. O, zülmün altında yol tapa bilmir, Qonşu hər görəndə, qınayır onu: – Təkcə sən deyilsən zülmə can verən, Dərdin qarşısında özünü bərk tut. Nə vaxt ki, qələmə sarıldın, demək Allah səninlədir, sözünü bərk tut. Ömür bir adadı, adamlar qayıq, Sən gəl, həyat adlı limana düz get. Tək-tək adam ölür acından, oğul, Sən şair adamsan, imana düz get. – Zaman ayaqqabı içidir sanki, Günlər neçə küncdə iylənir, xala. Mən dərdin ipindən dartıram, atım, O da acığıma piylənir, xala. – Qiymətli adamsan, nədən bu qədər Gözünün içinə qəm çökdürmüsən? Niyə axır vaxtlar fikirlərinə Həsrət calamısan, nəm çökdürmüsən? – Məni evdəkilər anlamır, neynim? Qonşuda zər-ziba, filan görüblər… Kasıbam, üzümə elə baxırlar, Sanki künc-bucaqda ilan görüblər. *** O adam yerinə qoyulmur evdə, Ona it deyirlər, adını deyir… Üzünün, gözünün qırışı artır, Qonşu soruşanda, qadını deyir: – İnsanlıq nə verir adama, söylə? Kasıbçın fərqi yox, tox olsun təki. Mərifət, qanacaq faydasız şeydi, Adamın dövləti çox olsun təki. Əlin, ayaqların yarpaqtək əsər, Qarnın da cibintək boşdusa əgər. Dərd kasıb adama tez yaxınlaşar, Ömrün qayğıları coşdusa əgər. – Nahaq daş atırsan Allaha, nahaq, Haqqın yox ərinə qara yaxasan. Əllərin şeytanın tükünə dəyib, Özün də bilmirsən hara yaxasan. Allahdan böyükdür insan dediyin?! Sənin alın yazın budur, əzizim. Həyat qabıq atmış ilan kimidir, Hərdən günahını udur, əzizim. Ərin tənbəl deyil, zəmanə pisdir, Neyləsin, bu yazıq söz adamıdır. – Söz qarın doyurmur, sözdən fayda yox… – Şair də Allahın öz adamıdır. Görmürsən Nəsimi yaşayır hələ, Hanı o dünyanın tuz adamları? – Sən mənim yerimə olsaydın əgər, Yaxşı tanıyardın buz adamları… – Eh, doğru deyiblər, ac baxışlarla, Uşağa öyüdü tərs verər qadın. Başının örtüyün papaq eləyər, Yüz şeytan yığıla, dərs verər qadın. Səndən baş açmıram doğrusu, qızım, Adam ac olanda danmaz Allahı. – Uşağın yanında pərt olan ana Heç vaxt güvənc yeri sanmaz Allahı. – Az danış, ağzından qan iyi gəlir, Qorxmursan dağılar evin, a yazıq?! Şair arvadısan, Tanrı adamı, Sən şadlan, a yazıq, sevin, a yazıq. Şair söz quludur, söz fəhləsidir, Qəm onu divara sıxmamalıdır. Çörəyi qələmdən çıxanın, məncə Canı dərd əlində çıxmamalıdır. *** Doğrudan da kişinin Kasıb ölməsi dərddi. Özünü fikirlərdən Asıb ölməsi dərddi. Şair də bir cür kasıb, Bir cür baxt yiyəsidir. Şair nə şahlar şahı, Nə də taxt yiyəsidir. Qələmlə yer şumlayır, Varağa söz səpir o. Arzuya qanad verir, Ürəyə köz səpir o. Şair bir ruha bənzər, Dərisi, əti olmur… Eldə hörməti olur, Evdə hörməti olmur. *** Bacası yox dam idim mən, Pərvanəsiz şam idim mən. Bütöv idim, tam idim mən, Aldandım bu iyə, Allah. Bu dünya bir çöldür dedim, Arzular da göldür dedim. Öldür məni, öldür, dedim, Öldürmürsən niyə, Allah? Dedilər, qəm səni sevir… Boyatdı bu həyat, devir! Ya məni bir quşa çevir, Ya da ki, çıx yiyə, Allah! *** Çatıb əllərimin son vida günü, Çəkil, daşa çırpım başımı, Tanrı. Mən Sənə daş atdım, dərdi tanıyım, Dərdə kətil etdin daşımı, Tanrı. Qələm də yük olur şairə bəzən… Mən Sənin, dansan da, Özündən düşdüm. Sən mənə söz verdin, ruzu vermədin, Arvadın-uşağın gözündən düşdüm. Yuxuma gəlirlər narahat, gərgin, Atam da, anam da, özləri boyda. Mənə həyat boyu sevinc qıymadın, Sən, ac uşağımın gözləri boyda. Mən hər gün qınandım, qınanıram da, Yoxluq, hara qaçsam, tapacaq məni. Yaş kötük qoyublar edam yerinə, Cəllad tox vaxtında çapacaq məni… Düzü, düşünmürdüm şair olacam, Bir gün də ömrümü yeyəcək bir qız… Mən öləndən sonra, ağ paltar geyib, – O, əsl şairdi…, – deyəcək bir qız. Onun baxışları gözləri kimi Ölmüş arzulara xərək olacaq. Saxta bir qadının deyəcəkləri Eh, onda nəyimə gərək olacaq… Çatıb əllərimin son vida günü, Qaytar sapandımı daşımı qoyum. Sənə də güvənmək çətindi, Tanrı, Mənə bir yer göstər başımı qoyum. *** Demə ki, dünya qopmaz, Şair arvad almasa, ya da ki, ad almasa. Eh, şair ad alsın, Arvad almasın… *** İblis sandıqların mələk olur, eh, Həyat da, arada ələk olur, eh… Görən, nə sirdi ki, fələk olur, eh, Şair arvadı?! Əcəl çox adamı nəm yeyər fəqət… Torpaq, nə verərlər, kəm yeyər fəqət… Sevdiyi anından qəm yeyər fəqət, Şair arvadı. Tale eşq havası çalandan ağlar, Kimsə köç yolunu salandan ağlar. Ölərsən, bəlkə də yalandan ağlar Şair arvadı. Duman dağılanda çən bədbəxt idi… Adəm də Həvvaya tən bədbəxt idi… …Bəlkə də dünyanın ən bədbəxtidi Şair arvadı. *** – Eh, onu qınamaq haqqım da yoxdur, Zülmün ətəyini, baxın, buraxmır… Mən ölmüş neyləyim, gör nə gündəyəm, Torpaq da özünə yaxın buraxmır. Mən «Allah» dedikcə, günahım artır, Şeytanın ağacı gülləyir elə… Mən fikir edirəm, o, üsyan edir, Boyat arzuları külləyir elə. Nə boşana bilmir, nə susmur, susum, Çəkin gözlərimi dara, deyir o. Mən qatil olmaqdan qorxuram, Allah, Mənim ağ ruhuma qara, deyir o. Desələr, əzrayıl adam axtarır, Nəyim var, belimə çatıb gedrəm. Bilsəm ki, mən ölsəm, rahat olacaq, Canımı üstünə atıb gedərəm. *** Mən də söz adamıyam, Çörəyim sözdən düşür. Evdə tək özüm deyil, Ruhum da gözdən düşür. Arvad qınaqla sancır, Uşaqlar yala çəkir. Mən sözü ucaldıram, Söz məni dala çəkir. Sanma desən, görünər dualar gözlə, çətin. Çətin ev tiksin şair Qələmlə, sözlə, çətin. Qəmin astanasında Qurmuşam daxmamızı. Söz verib bu günədək Bir tikə yaxmamızı. Düşünmək anı keçib, Mən mən boyda dözüməm. Bu şeirin qəhrəmanı Oxucum, mən özüməm. Epiloq Şairlər Allahın ən yaxın adamı. Ölüm min rəngdədir Şairlə Allah arasında. Bir dirsək yol var Allahdan şairə. Şairin Allahı düz xətt olar, Dünyası dairə. Şair bir qadını sevər, minindən yazar. Əsl obrazı sevdiyi qadındı. Şair mənim adım, sənin adındı… Şair üçün Tanrı haqqı əsasdı Ana haqqı əsasdı. Bir də, Səadət, məhəbbət və sairə.
Müstəqillik dövrü Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış simalarından biri olan dəyərli qələm adamı Hikmət Məlikzadənin “Quru yarpaqların görüş yeridir nəm oturacaqlar” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, Hikmət müəllim!!!