ZAUR USTACIN UŞAQLAR – BİRİNCİLƏR ÜÇÜN DƏRS KİTABI
Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül hecalı şeirlər və rəqəmlər haqqında olan tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.
2011- ci ildən məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin I və II hissələrinə daxil edilmişdir. Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.
ZAUR USTAC – ŞAİR-PUBLİSİST.
Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır. İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.
Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.
Bu kitabdan (vəsaitdən) istifadə etməyin müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?
Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
Valideyinlər hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.
Bütün bu yuxarıda sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.
ÜLVİYYƏ HÜSEYNOVA – NƏRİMANQIZI – FİLOLOQ.
Ülviyyə Hüseynova
filologiya üzrə fəlsəfə doktoru, BAU və ADU –nin baş müəllimi
“Yazarlar” cameəsi olaraq, bizim üçün çox dəyərli olan, hörmətli yazarımız Leyla xanımı doğum günü münasibəti ilə “Nizami Gəncəvi” diplomu ilə təltif edirik. Doğum gününüz qutlu olsun, Leyla xanım!
Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə uşaq ədəbiyyatının banisi, görkəmli ədibimiz Abdulla Şaiqin yubileyi ilə əlaqədar “Abdulla Şaiq – 140” adlı zoom görüş təşkil edilmişdir.
Görüşdə “Güllünün şeirləri” ilə uşaqların qəlbinə yol tapan, istedadlı və sevmli yazıçımız Zaur Ustac və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsin müdiri Əsli İbrahimova iştirak etmişdir.
“Abdulla Şaiq -140”
Görüşdə ilk olaraq uşaqlara Ə.İbrahimova tərəfindən hazırlanmış “Abdulla Şaiq -140” video-çarxı təqdim edilmiş, görkəmli şairimizin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir. İstedadlı şairimiz Z. Ustac A.Şaiqin ilk uşaq yazıçısı olduğunu, bir-birində fərqli axıcı və uşaqlar üçün maraqlı mövzularda povest , hekayə və şeirlər yazdığını bildirmişdir. A.Şaiqin uşaq ədəbiyyatına gəlməsindən danışan Z.Ustac bildirmişdi ki, ədibimiz uşaqlar üçün ədəbi materialların az olduğunu gördükdə belə maraqlı, sevilən və tərbiyəvi əhəmiyyəti olan əsərlər yazıb yaratmağa başlamışdır. A.Şaiq yaradıcılığından müxtəlif əsərlər səsləndirən Z.Ustac Ana dilini öyrənmək üçün, şairin yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu qeyd etmişdir.
Əsli İbrahimovada bir kitabxanaçı kimi A.Şaiq yaradıcılığının müasir gənclərimizə çatdırmağın vacib olduğunu bildirmiş və çalışdığı kitabxanada bu istiqamətdə işlərin görüldüyünü qeyd etmişdir. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dövrdə Ə.İbrahimova görkəmli yazıçı, şairlərimiz haqqında müxtəlif video-çarx hazırlayaraq sosial şəbəkədə gənclərimiz və uşaqlarımız ilə bölüşür və onların ədəbi cəhətdən zənginləşməsinə kömək edir.
Ə.İbrahimova tədbirin davamında A.Şaiqin ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri ilə uşaqlarımızı tanış etmiş,Ana dilimizi öyrənməyin vacibliyini vurğulamışdır.
Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın şagirdi Aylan Süleymanlı görüşümüzə qoşulmuşdur. Aylanın söylədiyi “Xoruz” şeir uşaqlarımız tərəfindən maraqla qarşılanmış və aralarında fikir mübadiləsi olmuşdur:
Zaur Ustac – Abdulla Şaiqin yaradıcılığından söhbət edir.Zaur Ustac məktəbimizin şagirdləri ilə sual-cavab edir.
Uşaqlarımız həmişə olduğu kimi görüşümüzdə fəallıq göstərmiş, mahnı,şeir söyləmiş və qonaqlarımıza maraqlı suallar vermişdilər.
Tədbirdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri:
Aida xanım Ramberg(N:01)
Ənvər Ramberg(N:02)
Həmid Əli(N:03)
Elsay Şekari(N:04)
Fərid Muradov(N:05)
Altay Bagheri(N:06)
Sabina Ramberg(N:07)
Şanay Şekari(N:08)
Sabina Luisa Hidayati(N:09)
Selina Alvand Vahed(N:010) , Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin şagirdi Aylan Süleymanlı(N:011) və Bakı şəhəri Arif Hüseynzadə adına tam orta məktəb-liseyin şagirdi Tuncay Şəhrili (N:012) “Abdulla Şaiq – 140” yubiley DİPLOMları ilə təltif olunmuşlar.
“Abdulla Şaiq – 140” yubiley DİPLOMu.
Arzu Rzayevanın rəhbərliyi ilə Ana dili dərsimizdə çox maraqlı keçmiş, uşaqlarımız yeni,hərf,söz, rənglər , güllər və rəqəmlər öyrənmişdilər.Onlar fikirlərini Ana dilində müxtəlif cümlələrlə ifadə etmişdilər.
DOQQUZU ON BEŞ KEÇİR… (Mayakovskidən danışan Xanıma) Danışdıq, gələcəksən… Sən dedin: – “Çalışaram…” Mən dedim: – “Gözləyəcəm…” Səkkizi on beş keçir… Kipriklərim asılıb, saniyə əqrəbindən Baxışlar mədət umur, saatın məhvərindən… Zamanın kəfkirində yellənir neçə xəyal… Doqquzun yarısı oldu… İstəyirəm, diksinim qəfil qapı zəngindən Ta ki, yaxam qurtarsın bu zamanın əngindən… Çık-çık saat səsində ələnir neçə istək… Daha doqquz olubdur… Eşikdə şər qarışıb… Fikirlər də dolaşıb… Çöl işığı yandırım, yolun işıqlı olsun… Doqquzu on beş keçir… Danışdıq gələcəksən… Sən dedin: – “Çalışaram…” Mən dedim: – “Gözləyəcəm…” Yəqin ki, çalışırsan… Mən də ki, gözləyirəm… Kipriklərim dolaşıb, əqrəbi izləməkdən, Baxışlarım əzilib, zamanı “bizləməkdən…” Onun da yarısı oldu… Zaman sürəsi doldu… Bundan sonra hər bir an, artıq, zamana yükdü… Durum, eşiyə baxım… İşıq sönməyib, barı… Birdən qəfil gələrsən, gözün görməz kandarı… On oldu, torba doldu… On birdir, – gözləyirəm… Çalışırsanmı, sən də… On iki, bir, iki, üç… Əlim gəlmir, söndürüm, bayırdakı işığı… Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…” Dörd yoldaş sirdaş olub, Belə qovuşduq sübhə… Daha gələ bilməzsən, Buna qalmadı şübhə… İndi saat doqquzdur, hətta onu beş keçir… Qulaq qapı zəngində, göz ilişib əqrəbə… Dünya şən, zaman məzə… Təkcə bizik qəribə… Doqquzu on beş keçir… Yəqin, indi yoldasan, işə tələsən vaxtdır… Çalışırsan çatasan gecikmədən işinə… Mən də durum, söndürüm, qoy bayırın işığın… Çalar saatla oyaq, alım gözün acısın… Zaman kimə istəyir qoy dişini qıcasın… Artıq onun yarısıdır… Əlim qopmur qələmdən… İstəyirəm biləsən, bunlar hamısı deyil… Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm… Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm… 31.07.2017. Bakı.
TAC YERİNƏ HÖRDÜYÜM Ay başımda çələng kimi bəzəyib Sevdasını tac yerinə hördüyüm. Kərpic – kərpic təcrübəli bənnatək, Savabını suç yerinə hördüyüm. * * * Noolar, yazma son cümləni vidatək, Sonda məni işarələ nidatək. Ay sevgisin ən ləzzətli qidatək, Ürəyimin ac yerinə hördüyüm. * * * Cəfakeşəm, bildirmirəm ismini, Tərifləyib, məxfi yazdım vəsfini. Ay mənalı baxışının rəsmini, Gözlərimin künc yerinə hördüyüm. Müəllif: Adil CƏFAKEŞ
LAYLAY, XOCALIM, LAYLAY Qara bulud dolaşdı, Laylay, Xocalım, laylay. Düşmən həddini aşdı, Laylay, Xocalım, laylay. * * * Bəla yağdı min yerdən, Kim baş açdı bu sirdən? Dizlər düşdü təpərdən, Laylay, Xocalım, laylay. * * * Hamı yatıb oyaq yox Başlar kəsik, ayaq yox. Hələ belə sayaq yox, Laylay, Xocalım, laylay. * * * Qəfil tələ qurdular, Dinc şəhəri vurdular, Nəsil-nəsil qırdılar, Laylay, Xocalım, laylay. * * * Ağ qar üstdə selləndi, Qızıl qanlar gölləndi. Daş ürəklər dilləndi, Laylay, Xocalım, laylay. * * * Ellər, haray, ay haray! Yox, bu dərdə olmaz tay! Qan ağladı göydə ay: Laylay, Xocalım, laylay. * * * Heç belə də dərd olar? Heç belə namərd olar? Burdan daha yurd olar? Laylay, Xocalım, laylay. * * * Ha yazam gəlməz sözə, Zaman gülmədi üzə. Nə tez gəldin bəd gözə? – Laylay, Xocalım, laylay. * * * Rus-erməni bir idi, Üstümüzə yeridi. Dünya susdu, kiridi Laylay, Xocalım, laylay. * * * Hər tərəf şaxta, sazaq Can dolu yara, sızaq! Bu dərdi hara yazaq? Laylay, Xocalım, laylay.
26 FEVRALDA (Xocalı syqırımının 20 illiyinə) Göydən yerə qan yağdı, 26 Fevralda. “Qrad”, “Alazan yağdı, 26 Fevralda. * * * Qoca, uşaq qalmadı Səbir kasam dolmadı. Dünya vecə almadı, 26 Fevralda. * * * Bu dərdin yox dərmanı, Kim verdi bu fərmanı? Uçurtdu xanımanı, 26 Fevralda. * * * Bu yuxudu, nağıldı? Necə sərsəm ağıldı? Bütün şəhər dağıldı 26 Fevralda. * * * Çəmən, çöl ağlar qaldı Bağda gül ağlar qaldı. Şirin dil ağlar qaldı, 26 Fevralda. * * * Əlif tənha, Əlif tək Hanı oğul, Əlif tək? Heyif gəlmədi kömək, 26 Fevralda. * * * Düşmən zalım, amansız Rus, erməni imansız! Qaldıq yolsuz, gümansız 26 Fevralda. * * * Xocalını vurdular Əhalisin qırdılar Yerində şum sürdülər 26 Fevralda. * * * Qırğının da həddi var Onun da sərhəddi var. Zülmün şəhadəti var, 26 Fevralda.
XOCALIYA AĞILAR Mərdim haray, ay haray Dərdim haray, ay haray. Hanı Xocalı, ellər, Yurdum haray, ay haray. * * * Heç belə kədərmi var, Qəzavü-qədərmi var? Mənim tək, ay ellər, Bir ömrü hədərmi var? * * * Qulağıma səs gəldi: – Dövran yaman nəs gəldi. Ellər, bu nə iş idi, Ömrə kəshakəs gəldi. * * * Car oldu, elan oldu: – “Xocal talan oldu!” Ağlaram ta sonacan, – Yer ilə yeksan oldu. * * * Gözüm yaşlı qalınca Üz söykərəm qılınca. Könül dinclik taparmı, Qisasını alınca! Müəllif: Yusif DİRİLİ
UNUTMARAM XOCALIM Neçə ildir axıb gedən göz yaşım Sel olmasa, bəs mən necə bənd aşım? Qan ağlayan çəmənləri, dağ-daşı, Gülzar edib, yağılardan bac alım, Unutmadım, unutmaram, Xocalım. * * * Gündüzlərim gecə kimi qaranlıq, Unutmadım bu dərdləri bir anlıq. Bax, qisassız ötüb keçdi cavanlıq, Rəva bilmə bu dərdlərlə qocalım, Unutmadım, unutmaram, Xocalım. * * * Köpəyini dünya tutdu tay mənə, Arxalıydı, zülm elədi hay mənə. İmdad etməz Günəş mənə, Ay mənə, Qoy türk olum, oğuz kimi ucalım, Unutmadım, unutmaram, Xocalım. * * * Düz əqidəm, düz amalım, düz sözüm, Son sözümü deyəcəyəm mən özüm. Zülmətlərdə parlayacaq gündüzüm, Qoy, Vətəndən, Bayrağımdan güc alım. Unutmadım, unutmaram, Xocalım. * * * Köməyim ol, göz yaşımı sil yenə, Söyləyirəm son arzumu mən Sənə, Uca Tanrım, gücündən güc ver mənə, Qaniçəndən, yaramazdan öc alım. Unutmadım, unutmaram, Xocalım! Müəllif: Abdulla Cəfər
XOCALI Xocalım,ay Xocalım! Xalqımın Xoca yurdu. Üç əsrə yaxındır ki, Bölüllər qoca yurdu! * * * Böldülər Kürəkçayla, Böldülər Gülüstanla. Türkmənçayla qıydilar Anam Azərbaycana. * * * Bununla soyumadı Yağının daş ürəyi. Sildi bu yer üzündən Sən tək gözəl mələyi. * * * Xatun, Xerasimaya Oxşatdı səni düşmən. Sındırdı vüqarnı, Əzəldən yağı düşmən. * * * Qışın- yazın-baharın, Dağda qarın ağladı. Neçə bağlanmış əhdə Etibarın ağladı. * * * Bu üç əsrə yaxındır Qan axıdır yaramız. Ədalətsiz dünyada, Tapılmayır çaramız? * * * Sən İyirminci əsrin, İnsanlıq faciəsi. 50 milyon xaldımın Yaşam mücadiləsi. * * * Kaş oyatsın dünyanı Haqq-ədalət harayın. Sındırsın tilsimini. Ayrılmış iki tayın. Müəllif: Rasimə Könül
X O C A L I M Gözümlə görmüşəm sinə dağını, Qan gölü etdilər güllü bağını, Sülhə çağırırıq bizsə, yağını, Nəfəsi kəsilmiş, dilsiz Xocalım. * * * Təkləndin, fəryadın, səsin boğuldu, Hamilə gecədən qatil doğuldu, Millətin dik başı yerə soxuldu, Ayağı qandallı, əlsiz Xocalım. * * * Qalmısan Vətənin qürbət tayında, İlləri sayırsan, övlad hayında, Qan izin qurumur Qarqar çayında, Çaylağı qurumuş, selsiz Xocalım. * * * Gözləri yollarda qalan olmusan, Yerin də düzlənib, talan olmusan, Elə bil xəyalsan, yalan olmusan, Obası didərgin, elsiz Xocalım. * * * Nəyimə gərəkdi boş-boş hədələr, Lovğa-lovğa gəzir düşmən gədələr, “Qana – qan” deyiblər ərən dədələr, Qaməti qırılan, belsiz Xocalım. 26 fevral 2017-ci il Müəllif: Mayıl Dostu
Danışdım hər şeyi, danışdım sənə, əsl həqiqəti, bilmədən güldün, dünya da fanidir, söylədim sənə, bir anlıq dayanıb, dəlisən dedin.
Baxdın bu həyatın, gedişatına, bilmədin bu həyat, müvəqqətidir, düşündün həmişə, yaşayacaqsan, amma bilmədin ki, həm də ölüm var.
Dünyaya aldandın, yaşadın necə, dünyaya aldanan, elə uduzar, düşünər dünya da, həmişə vardır amma vaxt vədəsi, yetişər bir gün.
Dünyada nə etdin, hesabı vardı soruşacaqlar ki, nələr etmisən, mən olmayacağam, gülüb gedəsən, danışdıqlarımı, biləsən nağıl.
YENƏ QAR YAĞIR
Yenə qar yağır, düşüncələrə. Uşaqlar da sevinib, qəmin divarlarından uzağa baxırlar. Parçalanmış hisslərlə, bir-birlərinə qar atırlar. Yenə qar yağır, pəncərədən bir kişi baxaraq, qarın maşına vuracağı zıyanı düşünür , kədərlənir. Bir kişi zibil yeşiklərində, çörək axtarır, göy üzünə baxaraq, nəsə pıçıldayır. Onu çağırır, bizə rəhim elə deyir.