Etiket arxivi: ŞEİR

“YAZARLAR” TƏQDİM EDİR:

Elə insanlar var ki, yaradıcılığı ilə öz bacarığı ilə əsla öyünməzlər…
Bu gün tanıdığım və böyük rəğbət bəslədiyim iki gözəl insandan bəhs edəcəyəm…

QƏRƏNFİL ARİF QIZI CAMALOVA


Onlardan biri Qax torpağının yetirməsi, gözəl qiraətçi, yazar Qərənfil Arif qızı Camalovadır.Qərənfil Arif qızı 11 avqust 1975-ci ildə Qax rayonunda dünyaya göz açmışdır.Şəki Mexanika-Texnologiya kollecinin məzunudur.Qəhrəmanımızın ədəbiyyata sevgisi ta məktəb illərindən yaranmışdır.İllər keçdikcə bu məhəbbət onda aşıb, daşmış, vərəqlərə həkk olunmuşdur.Onun şeirləri “Günəşin Nuru”, “Zərif kölgələr” anotologiyalarında və bir çox saytlarda dərc olunmuşdur.
Şeirlərində sevgi və ayrılığın vəhdətini özünəməxsus şəkildə, özünəməxsus misralarla yaradan Qərənfil Arif qızının “Ayrılıq” şeirini sizlərə təqdim edirik:
Mən elə bilirdim, bir quru sözdür,
Ürəyə dərd imiş demə ayrılıq.
Ağappaq gündüzü qapqara edər,
Sevinci döndərər qəmə ayrılıq.

Bu elə ocaq ki, alovu sönməz,
Candan can almasa, yolundan dönməz.
Sevəni lal edər, danışmaz, dinməz
Ömrünü bürüyər çənə ayrılıq.

Ona əsir düşər gəda da, bəy də
Ruhu pərvaz edər dolanar göydə.
Dərdli çarəsini axtarar meydə,
Yalvarıb diz çökər sənə ayrılıq.

Qərənfiləm, içim dolu qübardır,
Nə qazandım, tale alıb apardı.
Bir dəfə sən canımcan can qopardın,
Tuş olma gəl bir də mənə ayrılıq.

ƏLİYEV HİKMƏT ƏLÖVSƏT OĞLU

Digər qəhrəmanımız isə Əliyev Hikmət Əlövsət oğludur.Hikmət bəy 10 avqust 1974-cü ildə Yardımlı rayonunun Honuba-Şıxlar kəndində anadan olmuşdur.1991-ci ildı N.Tusi adına ADPU-nun filologiya fakultəsinə daxil olmuş, ədəbi fəaliyyətinə də məhz bu illərdə təkan vermişdir.1996-cı ildə universiteti bitirib, müəllimlik fəaliyyətinə başlamışdır…
Hikmət Əliyevin “Mən nəyini sevdim sənin?” adlı şeirini təqdim edirik:

Mən nəyini sevdim sənin?
Əvvəl qara gözlərini.
Sonra ruha qida verən
Şirin,şəkər sözlərini.
Yaddaşıma hopub qalan,
O silinməz izlərini.
Ürəyini sevdim sənin.

Mən nəyini sevdim sənin?
Süzgün-süzgün baxışını.
Ürəyimə baxışınla
Vurduğun hər naxışını.
Qəmlənəndə gözdən axan
Narın-narın yağışıni.
Hər dəmini sevdim sənin.

Mən nəyini sevdim sənin?
Gözəl, ipək tellərini.
Görüşəndə həyəcandan
O titrəyən əllərini.
Nəhayət ,,sevirəm” deyən,
Noğul~nabat dillərini.
Hər kəlməni sevdim sənin.

Mən nəyini sevdim sənin?
Gözəl sevə bilməyini.
Ürəyimin dərd-qəmini
Gülüşünlə silməyini.
Hər gün səhər,hər gun axşam
Xəyalıma gəlməyini.
Getməyini sevdim sənin.

Mən nəyini sevdim sənin?
Duruşunu,yerişini
Məni tənha buraxmayıb,
Hər yuxuma gəlişini.
Mənə şirin yuxu verib
Asta-asta gedişini
Qədəmini sevdim sənin.
Hər şeyini sevdim sənin.

06.03.2023

Hər iki yazarımıza işlərində uğurlar arzu edirik.

Hazırladı: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

ƏLİYEV HİKMƏT ƏLÖVSƏT OĞLU

QƏRƏNFİL ARİF QIZI CAMALOVA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. HƏR GÜN NƏFDİR.

Zaur USTAC – şair-publisist.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

8 MART – ZAUR USTACIN ANA ŞEİRLƏRİ

Zaur Ustac və anası Gülüzə xanım (QƏHRƏMANOVA GÜLÜZƏ) . 1997 – Xanabad.

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

***

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

***

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan röyalarındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

***

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

***

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

***

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

***

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

***

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

***

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
***
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
***
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
***
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
***
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
***
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
***
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

AY ANA

(Yazar Etibar Həsənzadənin anası Nailə xanıma )

Ay Ana, önündə səcdədəyəm mən,

Varlığın duyulan hər yer cənnətmiş.

Xatəmül-ənbiya (s) vermişdi xəbər,

Qədəmin toxunan  hər yer cənnətmiş.

* * *

Ən türlü kəlmələr, xitablar belə,

Sənin  tərifini daşımaz dilə,

Dünyanın mal-mülkü sığışmaz ələ,

Əməlin görünən hər yer cənnətmiş.

* * *

Ustacam, əzəldən həqqi bilmişəm,

“Ordan” gələn varmı ? – Çox eşitmişəm,

Deyəcəm, cənnəti görüb gəlmişəm,

Əsərin  oxunan  hər yer cənnətmiş.

16.07.2017.  Bakı.

QƏHRƏMANOVA GÜLÜZƏ

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAĞTUMAS: “oğurlanmış” kəndin tarixçəsi. Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”.

DAĞTUMAS

DAĞTUMAS: “oğurlanmış” kəndin tarixçəsi. Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”.

Dağtumas Cəbrayıl rayonunun kəndidir. Kəndin keçmiş adı “Tumas” idi. Sonra bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları) və Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra birini digərindən fərqləndirmək üçün dağ yamacında yerləşdiyinə görə, bu kəndə Dağtumas adı verilir. Kənd İşğal olunduqdan sonra ermənilər kəndin adını dəyişib “Tovmas” etmiş, kəndin özünü isə Kaşatağ (Laçın) rayonunun tərkibinə daxil etmişdilər. Ermənilərin kənd haqqında ağlasığmaz və təhrif olunmuş iddiaları var: ”Abidə üzrə ekspert Samvel Karapetyan araşdırmışdır ki, qəsəbənin köhnə adı Tovmasdır. Tumas adı isə sonralar köhnə ad Artsax ermənilərinin ləhcəsində dəyişdirilərək, “Tumas”a çevrildiyi zaman yaranmışdır. Kənddə yerləşən dağın adı da Tovmasardır. Dağ Artsax dağlarının bir hissəsidir, dağın yaxınlığından Ağavno çayı axır. Tovmas ətrafında bir sıra kəndlərin izləri qorunub saxlanılmışdır. Kənddən 5 km şərqdə, dar dərədə Craberd kəndinin xarabalıqları qorunub saxlanılmışdır. Azərbaycanlılar həmin kəndi Çelyabilyar adlandırıblar ki, bu da Craberd adının təhrif olunmuş formasıdır. Digər kənd kənddən 3,5 km şimalda yerləşir, onun şimal-şərq kənarında kiçik hövzə də qorunub saxlanılmışdır.Qayalardan axan bulaqların suları ilə qidalanır. Azərbaycanlılar kəndi Xanaqyabulaq adlandırırlar. Digər kənd isə Tovmasaberddən 1 km şimal-şərqdə yerləşir. Dağıntılar sulu və geniş dərədə qorunub saxlanılmışdır. Kənddə Tovmasaberd adlı qala yerləşir. Kənddə kilsə də var. Kəndin mərkəzində daşqın suları axan xatirə bulağı var idi. Husağbyurun köhnə bərk daşları onların orta əsrlərə aid olduğunu göstərirdi. Məlumdur ki, bulaq sonuncu dəfə 1929-cu ildə Artsaxın erməni ustaları tərəfindən təmir edilmişdir”.

Cəbrayılın ən yüksək dağ zirvəsi Dağtumas dağıdır.(hündürlüyü 1580 metr) Dağ elə həmin kənddə yerləşir. Dağın adını  ermənilər təhrif edib “Tovmasar” qoymuşdular. Craberd Cəbrayıl rayonunun,Tovmasaberd “Başıkəsik Gümbəz”in təhrif olunmuş adıdır. Qısacası burada da ermənilər öz saxtakarlıq və oğurluq əməllərindən çəkinmədilər. Cəbrayıl rayonu 23 oktyabr 2020-ci ildə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına və Cənab Prezidentin səyi nəticəsində işğaldan azad edilmiş,Dağtumas kəndi də adı ilə bərabər azadlığına qovuşmuşdur.

Dağtumas kəndi şəhidləri ilə tanınır. Həmin şəhidlərdən biri də Mahir Allahquliyevdir. Allahquliyev Mahir Məhəmməd oğlu 1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanağabulaq kəndində anadan olub. Anası Dağtumas kəndindən ibtidai sinif müəllimi Rasta Hüseynova, atası aşıq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinfə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Stavropol vilayətində başa vurduqdan sonra vətənini namusu bilib 1988-ci ildə könüllü olaraq, özünümüdafiə dəstəsində döyüşlərə qatılır. 1993-cü ilin 12 aprel tarixində ailə həyatı quran Mahir 1993-cü il avqustun 23-də itkin düşür. 1994-cü il fevralın 5-də övladı Sadiq Allahquliyev dünyaya gəlir. 2-ci Qarabağ müharibəsindən sonra rusiyalı jurnalist sosial şəbəkələrdə bəzi materiallar yayımlayır, bununla da Mahir Allahquliyevin erməni gülləsinə tuş gələrək, şəhid olduğu öz təsdiqini tapır. Şəhidin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində büstü qoyulub.  Şəhidin digər qardaşı Qarabağ müharibə veteranı Mahmud Allahquliyevdir.  Şəhid Mahir Allahquliyev və onunla bərabər çiyin-çiyinə vuruşan, şəhidlik zirvəsinə ucalan digər silahdaşları- İbrahimov Novruz İbiş oğlu, İbrahimov Sərvər Rəşid oğlu, Məmmədov Səftər Novruz oğlu, Həmidov Şəmsi Məhəmməd oğlu, Məmmədov Məzahir Məhəmməd oğlu (qəzetdəki şəkildə yuxarıdan aşağıya doğru) daxil olmaqla 6 vətənpərvər oğulların fotoları digər Dağtumas şəhidlərinin fotoları ilə bərabər lövhəyə vurularaq,Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən İnçə körpüsündə- 6 qəhrəmanın şəhid olduğu ərazidə yerləşdirilmişdir. Ruhları şad olsun.

Dağtumas kəndinin öz savadı və təvazökarlığı ilə yaddaşlarda iz qoyan ən tanınmış  siması az öncə adını çəkdiyim şəhid Mahir Allahquliyevin anası, ibtidai sinif müəllimi Rasta müəllim idi. Rasta Məhəmməd qızı Hüseynova 1935-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub.Füzuli rayonu Pedaqoji İnstitutun məzunu olub. Qısa müddət pedaqoji fəaliyyət göstərməyinə baxmayaraq, biliyi və səmimiyyəti ilə şagirdlərinin sevgisini qazanıb, nə şagirdləri ondan narazı olub, nə də o şagirdlərindən. Rasta müəllim müdriklik abidəsi idi, mənlə həmsöhbət olanda hər zaman qiymətli sözlər deyir, pedaqoji təcrübələrini bölüşürdü: “Hər şagird müəllimdən özünə bir parça aparır, məktəbi bitirib getsə də, müəllimin şagirddə qoyduğu iz heç vaxt silinmir. Sabah bir adam özünü yaxşı aparmasa, o saat soruşurlar ki, onun müəllimi kim olub? Müəllim gərək arxasınca heç vaxt özü haqqında pis sözlər dedirtməsin, elə gözəl dərs keçib elə gözəl nümunə olsun ki, sabah şagirdlərinə baxıb camaat fəxr etsin,desin, bunun müəllimi özü kimi nə mərifətli adam olub, şagirdləri böyüyüb müəllim,həkim olsun, işini vicdanla, savadla yerinə yetirsin”. Doğurdan da, Rasta müəllimin şagirdlərinin çoxu bugün müəyyən peşə sahibləri, ziyalılardır.

Müasir dövrdə bəzi müəllimlər sovet dönəmində şagirdlərə məktəbdə şiddət göstərildiyini əsas gətirərək, “Biz sovet müəllimi deyilik, müasir müəllimik, şagirdləri sevgi ilə böyüdürük” şüarı ilə məktəblərdə guya dərs keçirlər, lakin indi məktəblərin çoxunda müəllimə nə hörmət var, nə də keyfiyyətli dərs. Rasta müəllim də şiddətə qarşı idi. Heç vaxt şagirdlərə şiddət göstərməmiş, onları döyməmişdi, halbuki sovet dövrünün müəllimi idi, “döysəm, dərsimə gələrdilər?!” deyirdi. Üstəlik, hörməti də vardı, dərsinin keyfiyyəti də. Şagirdləri Rasta müəllimin 1 May bayramını (Dünya zəhmətkeşlərinin həmrəyliyi günü) təntənəli şəkildə qeyd etmələrini, idman dərsini maraqla keçməsini xatırlayardılar. Rasta müəllimin yaddaşında şagirdlərinin adları qalmışdı, adlarını çəkdikcə, başı ilə təsdiqləyər, onlar haqqında qısa məlumat verərdi. Özündən ümumi soruşanda ki, kimlərə dərs demisən, deyərdi ki, “ha çoox”. Bugün şagirdləri həmin biliklərin bəhrəsini görürlər.

Rasta müəllim poeziya vurğunu idi, şeir deməyi çox sevirdi, ən çox Səməd Vurğunun şeirlərini səsləndirərdi, misralarını unutmamışdı. Bir də mənə tez-tez dediyi bir şeir vardı: “Bir məclisə ayaq basıb varanda, Yaxşı əyləş, yaxşı otur,yaxşı dur, Dindirəndə mərifətdən xəbər ver, Qoy desinlər bərəkallah yaxşıdı”.

Ən böyük arzusu ölmədən öncə doğma kəndinə getmək idi. Hər gün o kəndi arzulayırdı. Ona söz vermişdim ki, Dağtumasa-kəndinə aparacam, arzusu çin olsun. Ömür vəfasız çıxdı. 2022-ci il oğlunun şəhid olduğu tarixdən 5 gün sonra 28 avqust dünyasını dəyişdi. Bu kənd sanki ana ilə bala arasında sarsılmaz bir “körpü” oldu, o dünyada bir-birlərinə qovuşdular. Buna görə də bu təxəllüsü götürmək qərarına gəldim ki, bu “körpü” daha da möhkəm olsun, mənə nənəmi və dayımı xatırlatsın. Nənəmdən geriyə bir fotoları qaldı, bir də səsyazmaları. Həə, unutmuşdum: bir də bu yazım. Məkanı cənnət olsun.

Dağtumas kəndində vicdanla, ləyaqətlə pedaqoji fəaliyyət göstərən digər müəllim  Nəzərxan Haqverdiyev olub. Nəzərxan müəllim Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Öz sakitliyi, həlimliyi, savadı ilə xatırlanır. Müəllim hazırda təqaüddədir. Müəllimə can sağlığı arzu edirəm.

Dağtumas kəndinin digər tanınmış şəxsiyyəti Rasta müəllimin qardaşı jurnalist Raqub Şıxlıdır.(Hüseynov) Raqub Şıxlı ədəbi şəxsiyyətlərin bir çoxundan müsahibə almış, onların yaradıcılıq fəaliyyətini diqqət mərkəzində saxlamışdır. Jurnalistlə ədəbi fəaliyyəti haqqında illər öncə həmsöhbət olmuşduq. O, bir çox yazıçılarla dostluq münasibətləri qurmuşdu. Məsələn, deyərdi ki, Əli Kərim yaxşı yazıçı idi, amma əsəbi idi, onunla yaxın dost idi. Nizami Gəncəvinin heykəli təhqir olunduğu üçün Raqub Şıxlı bununla bağlı kəskin bir məqalə  yazmışdı. Şair Mikayıl Müşfiqin qaranlıq taleyi haqqında müəyyən düşüncələrini bölüşürdü. İndi isə jurnalistlərimizin bəziləri şou-biznes müğənnilərinin brend geyimlərinin, evlərinin, maşınlarının “təhqiqatçısına” çevrilib, jurnalist dönüb olub detektiv. Sənəti, səsi olmayan müğənnilərdən müsahibə alırlar, az qalırlar ki, onların şərəfinə bir heykəl də ucaltsınlar, buna görə də hazırda çoxumuz informasiya bolluğundan əziyyət çəkirik. İndi bəzi  jurnalistlərdən soruşsam, axırıncı dəfə muzeyə nə vaxt getmisiniz, nə vaxt bir yazıçıdan, bir yazıçının, bəstəkarın övladından, nəvəsindən müsahibə almısınız? Baxa-baxa qalacaqlar.

Dağtumas kəndindən olan Dağtumas kənd xəstəxanasının baş həkimi şəhid Əli Mahmudovu, xüsusilə də mərhum Şəmil həkimin adını qeyd etməyi özümə borc bildim. Həm Əli həkim, həm Şəmil həkim öz peşələrini vicdanla yerinə yetirmiş, əsla mənfəət güdməmişdir. İndi bəzi həkimlər soruşur ki, “pulla gəlmisən, ya pulsuz?” Əli həkimi heç vaxt görməsəm də, Şəmil həkimlə bağlı xoş xatirələrim var, haqqı heç vaxt ödənməz. Məkanları cənnət olsun.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI N:03 (27) MART-2023-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB.

YAZARLAR JURNALI N:03 (27) MART-2023-CÜ SAYI PDF:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR QRUP MÜƏLLİM “VİNTSAS” MÜKAFATI İLƏ TƏLTİF OLUNUB

Bakı şəhəri, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bir qrup müəllimi 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Vintsas” mükafatı ilə təltif olunub. Siyahı:

  1. İRADƏ İSAYEVA N 050  05.03.2023. BAKI
  2. BƏYİM KƏRİMOVA N 051  05.03.2023. BAKI
  3. AYTƏN MƏCİDOVA N 052  05.03.2023. BAKI
  4. XATİRƏ ABDULLAYEVA N 053  05.03.2023. BAKI
  5. TƏRANƏ ƏLİYEVA N 054  05.03.2023. BAKI
  6. PƏRVANƏ TAĞIYEVA N 055  05.03.2023. BAKI
  7. ŞƏRQİYƏ MƏMMƏDOVA N 056  05.03.2023. BAKI
  8. NURANƏ PAŞAYEVA N 057  05.03.2023. BAKI
  9. NAİLƏ MƏMMƏDOVA N 058  05.03.2023. BAKI
  10. NƏZAKƏT ƏHMƏDBƏDƏYLİ N 059  05.03.2023. BAKI
  11. MAHİRƏ OSMANOVA N 060  05.03.2023. BAKI
  12. MEHRİBAN HƏSƏNOVA N 061  05.03.2023. BAKI
  13. MAHUR HACIYEVA N 062  05.03.2023. BAKI
  14. KÖNÜL ŞİRİYEVA N 063  05.03.2023. BAKI
  15. FİDAN ƏFƏNDİYEVA N 064  05.03.2023. BAKI.
  16. AYSEL FƏTƏLİYEVA N 065  05.03.2023. BAKI
  17. AYGÜN QASIMOVA N 066  05.03.2023. BAKI
  18. ÇİNARƏ KAZIMOVA N 067  05.03.2023. BAKI
  19. HÖKÜMƏ QURBANOVA N 068  05.03.2023. BAKI

Qeyd:

“VİNTSAS” MÜKAFATI XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biri olan eyni zamnda Azərbaycanda bizim üçün tarixin ən vacib, lazımlı dönəmində müəllimlik fəaliyyəti ilə məşğul olmuş indi fəxr və qürur hissi ilə bir çox ilklərin banisi hesab etiyimiz müəllimlərimizin, həkimlərimizin, mühəndislərimizin, iqtisadçılarımızın, yazıçılarımızın, ədib və mütəfəkkirlərimizin ilk müəllimi olmuş, azərbaycanlı şagirdlərin və tələbələrin mütərəqqi dünya görüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynamış, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve – Mitskəviçyus (Vincas Kreve-Mickevicius) -nin şərəfinə “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları tərəfindən təsis olunmuşdur. Bu mükafat əsasən müəllimlərə və pedoqoji əhəmiyyətli işlər görmüş şəxslərə təqdim olunur. Bir şəxsə yalnız bir dəfə verilə bilər.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. İntellektual detektiv janrı.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

İntellektual detektiv janrı

Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.

İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.

Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı)  dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.

Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.

İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır.  Qadının daxili sarsıntıları təsvir olunur.

İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.

Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.

İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də  intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə  kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.

Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.

Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

VAQİF OSMANOVUN YAZILARI

KİŞİLƏRƏ “DƏRS”

(Təranə Məmmədin “Gül səbəti” hekayəsi haqqında)

M. Qorki deyirdi ki, insanın qazandığı ən böyük nemət qadını sevməyi, ona səcdə etməyi bacarmaqdır. Yer üzündə gözəl nə varsa, hamısı qadına məhəbbətdən doğmuşdur.

Təranə xanım Məmmədin “Gül səbəti” hekayəsinin qəhrəmanı ömrünü sevgisinə, sevdiyinə, sevgidən doğulan oğluna qurban verməyə hazır olan, ancaq sevgi və sayğı uman ömür-gün yoldaşı, anadır. Evin kişisi isə əksəriyyətimiz kimi, qadının istəklərinə, duyğularına biganə Azərbaycanlı ailə başçısıdır.

Rafiq Tağı yazırdı ki, biz azad qadın heykəli ucaltmaqla Sovet dövlətinə kəf gəlmişik. Elə müstəqil ölkəmizə də…

Yaşadığı ailə həyatı boyu ərindən bir gül hədiyyəsi almayan qadının gülü çox sevdiyini əri də yaxşı bilir. Amma onun həyat yoldaşının istəyini, arzusunu qiymətləndirəcək diqqəti, qayğısı çatışmır.

8 mart Qadınlar bayramı günündə qapının zəngi çalınır:

“Bayram əhval-ruhiyyəsi ilə qapını açdım. Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:

-Xanım, bu güllər sizə çatacaq! – dedi.

Sevincimi boğa bilməyib –

-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq? – deyə soruşdum.

-Bəli, buyurun.”

Gül səbətinin içindəki zərfdə yazılanlar – “sevgilim, səni çox sevirəm! Bayramın mübarək!” sözləri sevincdənmi, həyəcandanmı gözlərinin gördüyünə inanmayan qadını çaşdırdı, ərini isə “coşdurdu”.

Təranə xanım ən yığcam hekayəsində də xarakter yarada bilir. Qısqanclıq məhəbbətin güzgüsüdür, – deyirlər. Belə nəticə çıxarmaq olar ki, qısqanc ər ən sadiq sevgilidir. Buna inanıram deyə də bilmirəm. İnanıram desəm, məni kişi həmrəyliyinə görə qınayanlar da olacaq. Bax belə özümü sığortalayiram: Qısqanc ərlərin sevgiyə əyləncə kimi baxanları da az deyil.

Mənəvi dəyərlərin itməkdə olduğu bu günümüzdə “coşmuş” qısqanc ərin ömür-gün yoldaşına “hücum”unu da təbii qarşılayaq. Şərq xislətimiz genimizdədir. “De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?” bağıran kişini də başa düşək.

Təranə xanım incə bir eyhamla “adını yazmayıb” deyən qadına ərinin “əlbəttə yazmaz. Ancaq sən sevdiyin qızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir” vurğulayanda məni sevindirdi. Bu cümlələrin işığında “evin içi”inin xoş aurasını gördüm. Bu cümlələr çətin suallara cavab verə bilməyən qadının xilasına ümid yaratdı məndə. Nə yaxşı ki, yanılmadım. Qəlbi qırılmış qadının gücünün göz yaşlarına çatması qadın qəlbini əla duyan Təranə xanımın qəhrəmanına mərhəmətidir. Bu, Təranə xanımın qadın həmrəyliyidir. Alqışa layiqdir.

Ananı bu çıxılmazlığa salan və ordan xilas edən oğulun “sürpriz”inə haqq qazandırmaq olarmı? Ata ilə oğulun ananın tarıma çəkilmiş kövrək hissləri ilə oynamağına, sonra da heç nə olmayıbmış kimi deyib-gülməyinə dəyərdimi?

Oğulun anasına və atasına “sürpriz”i bayramı yaddaqalan etsə də, Təranə xanım və eləcə də mən günahsız ananın göz yaşlarına səbəb olan zarafatı təqdir etmirəm. Bu da oxucu ilə yazıçının həmrəyliyidir.

Ana qəlbinin böyüklüyü qarşısında baş əydim:

– Mən də o günü ömürlük yadda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz.

Sevdiklərimizin qəlbini qırmayaq, sayğımızı əsirgəməyək. Onda sevgi tellərimiz də, ailə bağlarımız da qırılmaz.

Təranə xanım məni tam inandırdı ki, o kişi o qadını sevib, sevir və həmişə sevəcək…

“Sevgi hər şeyə qalib gəlir, elə isə gəlin biz də onun hökmünə tabe olaq” – deyib V.Rubliy.

Təranə xanım və onun “Gül səbəti” mənə də əməlli-başlı “dərs” keçdi. Axı mən də ömrümdə uşaqların anasına gül səbəti hədiyyə etməyənlərdənəm…

04. 03. 2021.

MÜƏLLİF: VAQİF OSMANOV

VAQİF OSMANOVUN YAZILARI
TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD. GÜL SƏBƏTİ.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

GÜL SƏBƏTİ

(hekayə)

O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.

Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq o, mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.

Elə işlərimi bitirib oturmuşdum ki,qapının zəngi basıldı.

Bayram əhvalı- ruhiyyəsiylə qapını açdım.

Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:

– Xanım, bu güllər sizə çatacaq!- dedi.

Sevincimi boğa bilməyib

-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.

-Bəli. Buyurun!-deyib gülləri mənə verdi oğlan.

Mən gül səbətini alıb qapını bağladım.

Otaqda gülün üstündəki kiçik zərfi acdım və

“Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki,yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:

– Kimdəndi bu?

– Bilmirəm,- dedim

-Bəs kim bilir?

– Mən elə bildim ki…

İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.

– De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı.

– Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim.

– Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.

Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.

Mən günahsız olaraq təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.

Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.

Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.

O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.

Qapının zəngi yenə basıldı. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüp təbrik etdikdə daha da kövrəldim.

– Atamın hədiyyəsi mənimkindən gözəldir təbii ki, deyə səbətdəki, güllərə işarə etdi.

Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.

Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.

Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi, bu əhvalatı danışıb gülürdülər.

Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan,sənə etibar etməyən,sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…

Müəllif: Təranə MƏMMƏD

yazıçı, şair, tərcüməçi. AYB üzvü.

VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Budaq Təhməz. Ölməyib, yaşayır Heydər əbədi!

HEYDƏR ƏLİYEV 100

ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ
Qoymadı tökülə millətin qanı,
Qorudu, saxladı Azərbaycanı,
Gəzdi qitələri, gəzdi dünyanı,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
“Ümid körpüsü”dür gözlərin nuru,
Orda qərar tutub Heydər qüruru,
Nura qərq elədi qədim Şəruru,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər an qalib çıxdı siyasətində,
Milləti qoymadı darda, çətində,
Vətəni yaşatdı öz qeyrətində,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Onun əsəridir Bakı – Ceyhanım,
“Qara qızıl” verən Azərbaycanım,
Sabaha inamla qaynayır qanım,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər yerdə Heydərin izi görünür,
Söhbəti görünür, sözü görünür,
Hər kənddə, şəhərdə özü görünür,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Mən Budaq Təhməzəm, yazan əlim var,
Xoşbəxtəm, müstəqil, azad elim var,
Üçrəngli bayrağım, ana dilim var,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
13.10.2004.

Müəllif: Budaq TƏHMƏZ

HEYDƏR ƏLİYEV 100

BUDAQ TƏHMƏZİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru