Etiket arxivi: TUNCAY ŞƏHRİLİ

Etiraz Mejdinov (1964)

(28.06.1964 Ağdam – 10.05.1994 Füzuli)

EHTİRAZ MEJDİNOV

Qəhrəman Şəhrili oğullarından biri də Ehtiraz Mejdinovdur. Mejdinov Ehtiraz Oruc oğlu 28.06.1964 – cü ildə Ağdam rayonunun Yusifcanlı kəndinin Şəhrili məhləsində anadan olmuşdur. Onun dünyaya göz açdığı ailə kəndin sayılıb-seçilən kişilərindən biri, rayon üzrə respublika miqyasında tanınmış qabaqcıl kənd təsərrüfatı mütəxəssisi, Şəhrililər içərisində xüsusi hörmət-izzət sahibi olan Oruc (Nəcəfqulu oğlu) kişinin ocağı olub. Zəhmətkeş atanın halal çörəyi ilə böyüyən Ehtiraz 1972 – ci ildə Ağdam rayon Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1982 – ci ildə həmin məktəbi bitirmişdi. Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdi. Sonra doğma kəndi Yusifcanlıya dönmüş və ailə həyatı quraraq öz halal zəhməti ilə yaşayırdı. Övladları dünyaya gəldi. Həyat öz axarında davam edirdi. Ancaq, “necə deyərlər, sən saydığını say, gör zaman nə sayır…” Birinci Qarabağ müharibəsi başlayan ilk gündən Oruc kişinin dörd oğlu və bir nəvəsi (Məmmədrza Mejdinov) döyüşən orduya qoşularaq Vətən uğrunda mübarizəyə qalxdı.

MEJDİNOV EHTİRAZIN DÖYÜŞ YOLU

Ehtiraz hələ 80- ci illərin sonlarından kənddə təşkil olunan kəndin mühafizəsi üçün gecə növbələrin ən fəal iştirakçılarından biri olub. 1991 -ci ilin sonu – 1992- ci ilin əvvəllərindən isə artıq rəsmi olaraq ilk yaradılan Azərbaycan Özünümüdafiə könüllü taborlarında xidmətə başlayıb. 1993 – cü ili yayında Ağdam verilənə qədər, Ağdam cəbhəsində vuruşub. Ağdamın işğalından sonra (buna qədər də bir neçə dəfə könülüləri tərxis etmişdilər. Ancaq, hər dəfə növbə ona çatanda Ehtiraz; – “adım Ehtirazdır” – deyib, qətiyyətlə buna etiraz edirdi. ) könülülərin çoxu tərxis olub evinə dönsə də, Ehtiraz qəhrəman, döyüşkən ulu əcdadlarından gələn bir ötkəmliklə eynən Nəbi kimi, – “Vətənin o başı, bu başı olmaz” – deyib Füzuli cəbhəsinə yollandı. O, sona qədər “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” andına sadiq qaldı. Füzuli cəbhəsində uğurlu Horadiz əməliyyatlarının fəal iştirakçısı olan Ehtiraz Mejdinov 10 may 1994 – cü ildə atəşkəsə bir-neçə gün qalmış canından çox sevdiyi Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid oldu. Mütləq bu hadisənin özündə də bir hikmət var. Hələ Ağdam veriləndə bununla heç cür barışmayaraq, Füzuli cəbhəsinə yollanan Ehtiraz indi belə bir sülhü qəbul edərək gəlib başqa yerdə yaşaya bilməzdi. Elə buna görə bu mövzuda söz düşəndə onun fikri həmişə bir olub: – “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” Uca Yaradan onu məhz bu əzabdan qurtararaq ən uca məqama şəhidlik zirvəsinə ucaltdı. Allah rəhmət eləsin… Ruhu şad olsun… Ehtirazı üzlərini doyunca görmədiyi üç övladı yadigar qalıb. Ehtirazın özündən başqa üç qardaşı və böyük qardaşı Ehtiramın (Nəcəfqulu – baba adı) oğlu Məmmədrza Birinci Qarabağ Müharibəsinin iştirakçısı Müharibə Veteranıdır.

Zaur Ustac – Sonuncu döyüş

Müəllif: Zaur Ustac

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏN YARIMIN QASİDİSƏN – TAM VARİANT

SƏN YARIMIN QASİDİSƏNTAM VARİANTDA

Söz və səs: ŞƏHRİYAR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YERİNDƏ DEYİLMİŞ “YOX”

YERİNDƏ DEYİLMİŞ “YOX”

Bir insanın “yox” deməsi hər şeyi dəyişdirdi. 1940-cı ilin aprelində Norveç Kralı VII Haakon müharibənin xaosu içində sakit gəzintiləri üstün tutan yaşlı bir baba idi.
O nə bir əsgər, nə də diktator idi. O, xalqına qarşı vəzifələrini çox ciddi qəbul edən konstitusiyalı monarx idi.
Amma dünya parçalandıqda, bu 67 yaşlı kişi müqavimətin nəhənglərindən birinə çevrildi. Onun qərarı yalnız bir hökuməti xilas etmədi; bütöv bir millətin ruhunu xilas etdi.
9 aprel 1940-cı ildə Nasist Almaniyası Norveçə qəfil hücum etdikdə vəziyyət xaotik idi. Alman hərbi gəmiləri ölkəyə daxil oldu, paraşütçülər isə göydən endi. Norveç hökuməti və kral ailəsi işğalçılar gəlməzdən cəmi bir neçə saat əvvəl Oslo şəhərindən qatarla qaçmağa məcbur oldu.
Onlar soyuqda, yorğun halda, qarda canlarını xilas etmək üçün qaçırdılar. Bu panika içində alman rəhbərliyi asan olacağını düşündükləri bir addım atdı. Almanlar Kral Haakondan yerli nasist tərəfdarı Vidkun Quislingi yeni Baş nazir təyin etməsini tələb etdilər.
Almanlar işğala “qanuni” əsas yaratmaq istəyirdilər. Əgər kral sənəd imzalasa idi, müharibə texniki olaraq bitəcək və işğal dünyanın qalan hissəsinə qanuni görünəcəkdi. Onlar yaşlı kralın özünü və ailəsini xilas etmək üçün təslim olacağını düşünürdülər. Amma yanıldılar.
10 apreldə Elverum adlı kiçik bir qəsəbədə kral kabineti ilə görüşdü. O, qətiyyətli, amma təvazökar idi. Nazirlərə bildirdi ki, alman tələblərinə boyun əyə bilməz və əyməyəcək. O, Quislingin Norveç xalqı arasında heç bir dəstəyi olmayan bir xain olduğunu bilirdi. Ona görə də hökumət üzvlərinə baxaraq dedi:
“Xalqımızın etibarını qazanmayan Quislingi təyin edə bilmərəm. Əgər hökumət alman şərtlərini qəbul etməyə qərar verərsə, mən özüm və sülaləm üçün taxtdan imtina etməkdən başqa yol görmürəm”.
Bu, böyük bir risk idi. Kral “yox” deməklə əslində öz ölüm hökmünü imzalamış və ölkəsini illərlə davam edəcək müharibəyə sürükləmişdi. Amma o inanırdı ki, şərəfsiz bir ölkə sahib olunmağa dəyməz.
Onun cəsarəti hökumətə mübarizəni davam etdirmək gücü verdi. Onlar alman ultimatumunu rədd etdilər və kralın “yox”u bütün Norveç üçün birləşdirici şüara çevrildi.
Nasistlər qəzəblənmişdilər. Artıq yalnız kralı tutmaq yox, onu öldürmək istəyirdilər. Növbəti iki ay ərzində Kral Haakon və vəliəhd Şahzadə Olav qaçaq həyatı yaşadılar. Dərin meşələrdə hərəkət etdilər, alman qoşunlarından qaçmaq üçün daim yerlərini dəyişərək sadə kənd evlərində qaldılar.
11 apreldə alman bombardmançı təyyarələri kralı Nybergsund kəndində tapdı. Onu dağıntılar altında basdırmaq ümidi ilə bütün qəsəbəni yerlə-yeksan etdilər. Pulemyotlar ətrafı atəşə tutarkən Haakon ağacların arxasında gizlənərək meşəyə qaçmaqla canını qurtardı. O sağ qaldı, amma üzərindəki paltardan başqa hər şeyini itirdi.
1940-cı ilin iyununa gəldikdə, hərbi vəziyyət ümidsiz idi. Qanuni hökuməti qorumaq üçün kral Norveçi tərk edib Böyük Britaniyaya getməli oldu. Bu, ürək parçalayan ayrılıq idi. Beş uzun il ərzində Londonda sürgündə yaşadı. Amma susmadı.
O, “Norveçin səsi” oldu.
Hər ay evlərinə qapanmış norveçlilər kralın Londondan etdiyi çıxışları dinləmək üçün qeyri-qanuni radioların ətrafında toplaşır, həbs və ya ölüm riskini gözə alırdılar. O, onlara unudulmadıqlarını və davalarının haqlı olduğunu xatırladırdı.
Haakon istefa verməyi rədd etdiyi üçün Oslodakı nasist nəzarətində olan hökumət heç vaxt həqiqi Norveç kimi qəbul olunmadı. Həqiqi Norveç kralın olduğu yer idi. Onun Londondakı varlığı Norveçin böyük ticarət donanmasının Müttəfiqlərin tərəfində qalmasını təmin etdi və müharibənin qazanılmasına kömək edən həyati təchizatların daşınmasını mümkün etdi.
7 iyun 1945-ci ildə, qaçdığı gündən düz beş il sonra, Kral VII Haakon azad edilmiş Osloya geri döndü. Küçələr sevinc göz yaşları tökən insanlarla dolu idi. O, qaçaq kimi getmiş, əfsanə kimi qayıtmışdı. O sübut etdi ki, bir liderin ən böyük gücü silah deyil, dürüstlükdür.
Kral Haakonun hekayəsi bizə öyrədir ki, liderlik yalnız güclə bağlı deyil, xarakterlə bağlıdır. İnsanları əmr verərək idarə etməzsiniz; onların yükünü paylaşaraq və təhlükəli olsa belə dəyərlərinizin arxasında duraraq idarə edərsiniz.
Mənbə və müəllif: Həqiqət İbrahimova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Çingiz Mustafayev parkı

Bu gün – 21 Mart 2026-cı il tarixində Abşeron rayonu, Qobu qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan Çingiz Mustafayev parkı açıldı. Xeyirli olsun!

Bu əziz günlərdə Milli Qəhrəman Çingiz Mustafayevi rəhmətlə anırıq! Ruhu şad olsun.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib

Bu barədə YAZARLAR-a AYB-dən məlumat verilib.

Belə ki, uzun müddət bu ittifaqa rəhbərlik edən tanınmış şair Firuzə Məmmədli ərizə yazaraq, istefa verib.

İclas zamanı onun yerinə tanınmış şair Faiq Balabəylinin namizədliyi irəli sürülüb.

Təklif səsverməyə qoyularaq qəbul edilib.

YAZARLAR olaraq Faiq Balabəylini  təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Seyid Onbaşı (1889-1939)

Seyid Onbaşı (1889-1939)

Bu foto “Çanakkale savaşı”nın simvollarından biridir. Şəkildəki Seyid Onbaşı (1889-1939) əlində təqribən 215 kq çəkisi olan top mərmisi tutub. Fiziki olaraq bir insanın bunu bacarması möcüzədir. Türkiyənin bir sıra bölgələrində Seyid Onbaşının həmin fotosuna uyğun abidə ucaldılıb. Televiziya verilişlərinin birində nəvəsinin danışdığı əhvalat heç vaxt yadımdan çıxmır:
1909-cu ildə ailə qurduqdan sonra savaşa qatılan, sağ qalıb-qalmadığı bilinməyən Seyid Onbaşı 9 il sonra, 1918-ci ildə müharibədən doğulduğu kəndə piyada qayıdır və oraya gecə çatır. Hava işıqlanana qədər evin yaxınlığında gözləyir, amma qapını döymür. Sübh tezdən həyat yoldaşının qapını açdığını görüb ona yaxınlaşır, 9 il ərzində başqası ilə ailə qurmadığına əmin olduqdan sonra evə daxil olur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu – Fotolar

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu

Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib.
Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs,
yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından – “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub.
Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Professor Kamal Camalovun konfrans sonrası təəssüratları

Pedaqogika elmləri doktoru, professor KAMAL CAMALOV İstanbul şəhərində keçirilən beynəlxalq konfransdan sonra öz təəssüratlarını bölüşüb:

“İstanbul şəhərində keçirilən beynəlxalq konfransda şair Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabına həsr olunmuş məqalə ilə çıxış etməyim elmi və ədəbi baxımdan mühüm təcrübə kimi dəyərləndirilə bilər. Məruzəmdə şairin poetik yaradıcılığında əks olunan mənəvi-estetik dəyərləri, sevgi mövzusunun bədii ifadə xüsusiyyətlərini və onların tərbiyəvi mahiyyətini elmi müstəvidə təhlil etmişdim. Beynəlxalq elmi mühitdə səsləndirdiyim bu fikirlər Azərbaycan ədəbiyyatının və milli pedaqoji fikir ənənələrinin tanıdılması baxımından əhəmiyyətli hesab oluna bilər. Təqdim etdiyim məruzə konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və çıxışıma görə müvafiq sertifikatla təltif olundum. Bu fakt görülən elmi işin və təqdim olunan araşdırmanın beynəlxalq elmi mühitdə müəyyən dərəcədə qiymətləndirildiyini göstərir gümanındayam.”

YAZARLAR olaraq professor Kamal Camalovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
Bu gün – 14.03.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) rayonunun təsviri incəsənət sahənin tanınmış və görkəmli xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqovanın həyatı və yaradıcılığına həsr edilmiş “Bir ömrün tablosu” adlı kitabın təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi.
Tədbiri öz nitqi ilə açan kitabın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə Cəlilabad MKS-nin ziyalı direktoru Qənimət xanım İsrafilovaya yaratdığı şəraitə və ədəbi-mədəni tədbirlərə verdiyi səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi.
O, öz giriş çıxışında Cəlilabad rayonu üzrə təsviri incəsənət sahəsinin yeganə xanım nümayəndəsi olmuş Laləzar müəlliməyə həsr etdiyi “Bir ömrün tablosu” adlı kitabı ilə bağlı qısa təqdimat verərək, Laləzar xanımın rəssamlıq üzrə heç bir orta ixtisas və ali təhsil almadan, həmçinin, 40 il öncə Cəlilabad rayonunda təsviri incəsənət sahəsi üçün lazım olan minimum ləvazimatın mövcud olmadığı bir zamanda sözün həqiqi mənasında əsil peşəkar rəssam kimi önə çıxaraq parlamasından, bu sahədə onlarla şagird yetişdirməsindən və beləliklə də adını qızıl hərflərlə Cəlilabad tarixinə yazmasından söz açdı, incəsənət sahəsi ilə ədəbiyyat sahəsinin eyni mənşəyə malik olduğu, həm ədəbiyyat, həm də incəsənət sahələrinin insanın daxili hissləri və yardıcılığından meydana gəldiyini bildirdi. Onun söylədiyinə görə, qələm əhli (şairlər, nasirlər və s.) öz ülvi hisləri və duyğularını qələmlə kağış üzərinə yazdıqları kimi, rəssamlar da öz ülvi hisləri və duyğunlarını fırça ilə kağız üzərinə çəkir və təqdim edilər. Bu da, ədəbiyyat və incəsənət sahələrinin ortaq dəyərli kimi təqdim edilə bilər.
İ.İsmayılzadə özünü Laləzar müəllimənin bir yetirməsi və şagirdi olaraq fəxarət hissi duyduğunu və həmişə rayonumuzun təsviri incəsənət sahəsi üzrə kraliçası kimi tanınan əziz müəlliməsinin adı və yaradıcılığını üstün tutacağını bildirdi. O, həm də müəllif olaraq “Bir ömrün tablosu” adlı kitabın Laləzar xanım Sadıqovanın həyatı, dəyərləri və yaradıcılığının yaşaması və növbəti nəsillərə ötürülməsi sahəsində dəyərli bir addım olduğuna təkid göstərdi.
Tədbirin davamında ziyalı şəxsiyyət, “Əmək zərbəçisi” və “Əmək veteranı”, “Həməşəra” Fəxri Diplomu laureatı Hacı Paşa müəllim Rüstəmov, “Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq Dadaş müəllim Bayramov, rayonun Üçtəpə kəndindən olan din xadimi Zaman Qarayev, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və Turan yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, ədəbi mühitimizin xanım nümayəndələrindən isə: “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə xanım Nərimanova, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Gülcahan xanım Xürrəm, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair, esseist-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında İlqar İsmayılzadənin “Bir ömrün tablosu” kitabını yüksək dəyərləndirərək, bu kitabın Laləzar xanımın həyatı, xanımlıq və insani dəyərləri, habelə yaradıcılığının ədəbiləşməsi və təbliğinə gözəl töhfə verəcəyini bildirdilər, müəllifə və Laləzar xanıma xoş arzularını çatdırdılar. Tədbirdə çıxış edənlər tərəfindən Laləzar müəllimənin əl işləri və rəsm əsərlərindən ibarət xüsusi sərginin açılması təklifi də irəli sürüldü və iştirakçıların alqışı ilə qarşılandı.


Sonda “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqova qısa çıxışında kitab müəllifi, həm də özünün mənəvi övladı adlandırdığı İlqar İsmayılzadəyə öz müəlliməsinə göstərdiyi qayğı və diqqətə, həmçinin, tədbirdə çıxış edən dəyərli ziyalı təbəqəsi və qələm əhlinə öz səmimi təşəkkürünü bildirib, hər kəsə ən gözəl arzularını çatdırdı. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadə GLOBAL RED CARPET mükafatına layiq görülmüşdür

Etibar Həsənzadə GLOBAL RED CARPET mükafatına layiq görülmüşdür

Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.

Mənimdə fəaliyyətimi dəyərlsndirdiyinə görə Caspian Events Groupun rəhbərliyinə təşkilat komitəsinə əməyi keçən hər kəsə və məni layiqincə təmsil etdiyinə görə dəyərli dostum Ganjavi Holdingin Prezidenti Elşən Gəncəvi bəyə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.
Qeyd edək ki Caspian Events Group tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunan Global Red Carpet layihəsində müxtəlif ölkələrdən iş dünyası və yaradıcı sahələrin uğurlu nümayəndələri bir araya gəlib. Tədbirin əsas məqsədi beynəlxalq əməkdaşlıqları gücləndirmək, uğurlu fəaliyyətləri qeyd etmək və yeni iş imkanları yaratmaq olub.

Layihə çərçivəsində fərqli sahələrdə fəaliyyət göstərən təşkilatlar və layihələr beynəlxalq mükafatlarla təltif olunub. Tədbirdə iştirakçılar kənd təsərrüfatından tutmuş yaradıcılıq və dizayn sahələrinə qədər geniş spektrdə uğurlu iş nümunələrini nümayiş etdiriblər.

Global Red Carpet layihəsi beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdəki uğurların tanıdılması məqsədilə hər il bir çox iştirakçını bir araya gətirir və onların fəaliyyətlərini prestijli mükafatlarla qeyd edir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I