Etiket arxivi: YAZAR

AMEA-nin Folklor İnstitutunda “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar

İBADOV YAŞAR SADAY OĞLU

AMEA-nin Folklor İnstitutunda “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar

  Müəllifi olduğum “Alternativ Psixologiya” elmi, yeni əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək Bəşəriyyətə xidmət edən informasiya elmidir!

                                                             Akademik Y.S.İbadov

         İnsanlığın təkamülündə olan yeni etap insanı öyrənmək yolunda novator elmi yanaşmalar tələb edir. II minilliyin sonlarına yaxın məlum oldu ki, insanlığı dərk etmək yolunda Zaman, Enerji, İnformasiya, Kainat kimi anlayıslarsız  insanı dərk etmək mümkün olmayacaq. İndiki zamanda elmlərin yeni sahələri və istiqamətləri onlara istinadən inkişaf edir. Əminliklə demək olar ki, müəllifi olduğum  ”Alternativ psixologiya” elmi müasir elmi fikirlərin  inkişafı yolunda  yeni bir qoldur. Yeni eranın özünəməxsus xüsusiyyətlərindən biri dünyanın güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə olunacağının proqnozlaşdırılmasıdır. Təsadüfi deyil ki, XXI əsr BMT tərəfindən “İntellekt əsri – təhsil əsri” elan olunmuşdur. Bütövlükdə XXI əsr ağlın, intellektin təntənəsi əsridir. Əsrin yeni elmi “Alternativ psixologoya” metodologoyası əsasında müxtəlif sferalarda aparılan  maarifləndirmə və praktik işlərin (“Mücərrəd kompazisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər”, “Faza portretlər”, informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar, çox sayda harmonizatorların tətbiqi və.s.) nəticəsində elmi yeniliklər hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət etməklə, insanlar arasında ünsiyyətin yaxşılaşmasına, bütövlükdə sağlam harmoniyanın bərpasına  kömək etmiş olur.

         Tibb elminin müəyyən xəstəliklər və problemlər qarşısında aciz qalması halları məni çox  düşündürürdü və mən daim elmi axtarışda idim. Elmi ədəbiyyatdaki yenilikləri izləyirdim, ancaq məni qane edən informasiyaları tapa bilmirdim. Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”

       1990-cı ildən başlayaraq mən maraqlı qrafik təsvirlər çəkirdim. Bu təsvirlər pasienti qəbul edərkən onun xəstəliyi və problemləri haqqında çəkilirdi. Pasient danışmadan, ondan anamnez toplamadan təsvirlərdə onun xəstəliyi haqqında məlumatlar alırdım. Daha sonralar mən boş vaxtlarımda mücərrəd kompozisiyalardan ibarət qrafik təsvirlər çəkməyə başladım, hansı ki, bu təsvirlər qələmi kağızdan aralamadan bir dəfəyə çəkilirdi. Həmin təsvirlər hamının böyük marağına səbəb olmuşdu. Müşahidələrim göstərdi ki, həmin təsvirlərə baxan adamlar çox qəribə psixo-reabilitasiya edici effekt alırlar. Ona görə də həmin təsvirləri  xəstələrimin müalicəsində əlavə vəsait kimi tətbiq edirdim. Beləliklə, çox maraqlı və gözəl nəticələr almağa başladım.

         Həmin təsvirlərdən bir neçəsini seçərək onlardan “Mücərrəd kompozisiyalar şəklində tibbi pedaqoji-psixoloji testlər” tərtib etdim və 1999-cu ildə çap olundu.

      Testlərdə olan mənəvi duyum və maraq hissi gənclərin asudə vaxtlarınnın daha səmərəli təşkil olunmasına, istedadlı və qabiliyyətli övladlarımızın sayının artırılmasına kömək edir.  Dünya praktikasında istifadə edilən testlərin əksəriyyəti ya müəyyənedici, ya da təyinedici xarakter dayışıyır. Mücərrəd kompozisiyalardan təşkil edilmiş bu testlər isə həmin keyfiyyətləri saxlamaqla yanaşı, həm  tərbiyəvi təsirə, həm də öyrədici keyfiyyətə malikdir. Belə testlərin işlənməsi prosesi duyğu üzvlərinin fəaliyyətini gücləndirir, qavrama və cavabvermə reaksiyasını sürətləndirməklə yanaşı estetik duyumu artıraraq nitq mədəniyyətini yüksəldir.  Bu isə birinci və ikinci siqnal sistemi arasında əlaqənin yaradılması deməkdir. Testlərin tədqiqi və tətbiqi yerlərdə psixoloq və pedaqoqlar tərəfindən çox maraqlı izlənmiş, istedadların üzə çıxarılmasına kömək etmişdir.

         Ümumtəhsil məktəblərində təfəkkür və təxəyyülün tərbiyə üsulu kimi tətbiqi məsləhət görülən bu testlər tibbi-psixoloji yönümdən sakitləşdirici və son nəticədə müalicəvi əhəmiyyətə malikdir. Ən mühüm cəhətlərdən biri də odur ki, digər testlərdən fərqli olaraq mücərrəd testlər insan şüurunu hərtərəfli axtarışa cəlb edir.

          Testlərin tətbiqində əsas məqsəd təkcə şagirdlərin qabiliyyətini aşkar etməklə qurtarmır. Burada ən əsas mücərrəd təfəkkürün senzitiv yaş dövründə abstrakt təfəkkürün inkişafı yolu ilə bədii yaradıcılığın gücləndirilməsi hesabına daha istedadlı gənclərin formalaşması məqsədi güdülür. Prosesin beyində gedən əsas mexanizmi isə aşağıdakı kimi izah edilir: – Şagirdlərin, xüsusən cinsi yetişkənlik dövründə hormonal sistemdə gedən oyanma ilə əlaqədar psixi enerjisi normadan artıq olduğuna görə onlarda emosional gərginlik prosesi yaranır. Ona görə də bu dövrdə şagirdəlirin psixi cəhətdən oyanıqlığı müşahidə edilməklə onların ailədə və məktəbdə təlim-tərbiyə məsələlərində daha çətin bir keçid dövrü əmələ gəlir. Bu dövrdə beyində artıqlıq edən psixi enerji bədii yaradıcılıq enerjisi formasında sərf edildikdə emosional gərginlik azalır, nəticədə beyin sakitləşir, onların tərbiyə prosesi asanlaşır, neqativ keyfiyyətlər azalır. Şagirdlər testlər haqqında şəxsi rəylərini bildirməklə ağlın müstəqilliyini işə salır, öz fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrənirlər.

Bu testlər qələmi kağızdan aralamadan çəkilmiş qrafik təsvirlər əsasında tərtib edilmişdir.Testlər dünyada ilk dəfə respublikamızda, daha sonra respublikamızın sərhədlərindən kənarda, xarici ölkələrdə uğurla öz tətbiqini tapmış və XXI əsrin dərs vəsaiti titulunu almışdır.

*testlərlə işləyəndə əvvəlcə ordakı obrazları tapmaq, sonra onları rəngləmək və daha sonra isə ifadəli şəkildə bədii təsvir verilməsi təklif edilir.

*testlər təkcə psixodiaqnostika məqsədiylə deyil, həm də öyrədici, tərbiyəedici, inkişaf etdirici və psixokorreksiya və müalicəvi məqsədlə istifadə edilir.

*testlərlə işləmək üçün yaş məhdudiyyəti yoxdur, ancaq ən yaxşı effekt senzitiv yaş dövrlərində (11-14 yaşlarda) əldə edilir.

Belə ki, mücərrəd təfəkkürün inkişaf etdirilməsində və irsiyyətdən gələn yaradıcılıq qabiliyyətlərinin və potensiallarının açılması istiqamətində çox gözəl nticələr alınır.

İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq,  onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək,  sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır.

          Daim elmi axtarışda olmağım və apardığım tədqiqatların hesabına çox maraqlı yeniliklər və sevindirici nəticələrə nail olurdum. Bunlardan bir hissəsi də insanın canlı sistem olaraq xüsusi bir enerji və informasiya sisteminə malik olması ilə əlaqədar topladığım yeni biliklərimdən irəli gəlirdi.

“Sistemə maddi, energetik və informasion mahiyyətlərin ayrılmaz vəhdəti olan obyekt kimi baxmaq ən müasir və ziddiyyətsiz baxışdır” (В.A.Шевченко. “Универсальный природный цикл”. 1992).

 Real aləmdə təcrid olunmuş sistemlər mövcud deyildir–bütün reallıq qarşılıqlı əlaqədədir və qarşılıqlı şərtlənmişdir. Bu əlaqələr güclü və zəif ola bilər, lakin onlar həmişə mövcuddurlar. Belə aydın olur ki, Tibb Universitetində tədris proqramında insanın bioenergetik anatomiya və fiziologiyası haqqında heç bir tədris olmadığına görə və mövcud olan məlumatlar və biliklər verilmədiyinə görə, həkimlərin bu sahədə biliyi və savadı yetərincə deyil. Bu isə Tibbi kadrların xəstəliklərin etiopatogenezini daha dərindən başa düşməsinə mane olur. Elmi axtarışlarım nəticəsində əldə etdiyim təcrübə bu istiqamətdə problemlərə yeni bir aydınlıq gətirdi.

Məsələn, hamımızın yaxşı tanıdığımız psixosomatik xəstəliklərin əsasında müxtəlif emosiyaların olduğunu bilirik, amma apardığım  tədqiqatlar nəticəsində məlum oldu ki, bu və ya digər xəstəliklərin və problemlərin kökündə bir çox səbəblərdən biri kimi ünsür faktorları adlanan, əslində təbiətlə bağlı olan faktorlar dayanır.

       Biz təmamilə yeni bir diaqnostika və müalicə üsulunun  formalaşdığının şahidi olurduq. Bu tədqiqatlarımı Dünya şöhrətli alim V.P. Qoç ilə birlikdə konsepsiya şəklində işlədik və Dünya xalqlarının  tarixi qədim mənbələrdə Ünsür faktorlarına aid olan yaranmış xaotik  biliklərinə aydinlıq gətirərək, həmçinin ünsürlərin simvollarını təyin edərək ümumdünyəvi təsnifat cədvəlini  tərtib etdik. Eyni zamanda ünsürlərin qarşılıqlı təsirində yarana biləcək faza çevrilmələrdə baş verə biləcək kombinasiyaları təyin etdik. Həmin konsepsiya (“Öz mahiyyətini dərk etmə” konsepsiyası) patentləşdirilmişdir.

     Mən canli sistemlərin xəstəlik və problemlərinin qrafik təsvirlərini çəkir və onların mənasını aça bilirdim. Belə bir axtarış və nəticələr mənə yeni bir elmin izinə düşməyimə kömək etdi.   Bu elmi “Alternativ Psixologiya ”(AP)  adlandırdım.

     3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığım “Alternativ psixolgiya” elminin müəlliflik şəhadətnaməsini (№ 6274) almışam. Həmin elmin prezentasiyası Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmişdir.

           2003-cü ildən müəllifi olduğum “Alternativ Psixologiya” elminin   metodologiyasının tətbiq edilməsi  əsasında Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri vəzifəsində çalışır və müəllifi olduğum “Alternativ Psixologiya” elminin   metodologiyası  əsasında yaradıcılıq fəaliyyəti göstərir.

29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə  patent (№ 006449) aldım.

            2003 və 2007-ci illərdə təkrar nəşr edilən “Psixoqrafiya” adlı kitabımda Alternativ psixologiya elminin əsasları haqqında elmi ictimaiyyətə geniş məlumat vermişəm. “Faza Portret” adlanan rəsmlərin yaradılmasına əsaslanan elmi istiqamətdə yeni bir yol aça bildim və rəssamlıq tarixində yeni  janrda çəkdiyim rəsmləri “Qəlbin Gözü ilə” adlı sərgidə ictimaiyyətə geniş şəkildə nümayiş etdirdikdən sonra  Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildim.

“Alternativ psixologiya”  elminin metodologiyası ilə  çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da var. Bu faza portretlər milli mədəniyyətimiz barədə bir çox faktların dəqiqləçdirilməsində xüsusi rol oynamışdır. Buna misal olaraq “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubleyi ərəfəsində Dədə – Qorqudun 3 faza portret sistemini göstərə bilərik. Həmin faza portretlər əsasında Dədə – Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşunas alimləri və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və bu barədə rəsmi şəkildə rəylər verilmişdir. Radio və televiziya verilişlərində, müxtəlif mətbuat səhifələrində bu barədə dönə – dönə ətraflı məlumat verilmişdir.

15 fevral 2001-ci ildə Azərbaycan MEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində  əsasən Qorqudşünas alimlərin iştirakı ilə keçirilən elmi praktik konfransda  bu metodla  tərəfimdən aparılan elmi – tədqiqat işləri böyük maraqla qarşılanmış və elmdə tamamilə yeni bir istiqamətin açılması kimi qiymətləndirilmişdir.

          Orijinal dəsti-xəttim və elmi nailiyyətlərim əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə  verdiyim  elmi töhfələrimə  görə Dədə Qorqud Milli  Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının  qərarı ilə  “DƏDƏ QORQUD”  Milli Mükafatına layiq görülmüşəm. Dədə Qorqud Milli  Fondunun,  Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.

          22-24 Sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII Beynəlxalq İxtiralar və Yeni Texnologiyalar “YENİ ZAMAN”  Salonu tərəfindən  “Dədə Qorqudun  Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür. Öz elmimi  dünyanın aparıcı ölkələrində uğurla təqdim edərək əldə etdiyim nəticələr yüksək mükafatlara, sertifikatlar və diplomlara, orden və medallara layiq görülmüşdür. 

        Dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa  ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvüyəm. Bu ilin avqust ayında Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmişəm.

         Moskvada Beynəlxalq Enerqoinformasion Xalq Təbabəti Akademiyasının fəxri üzvüyəm, UNECKO xətti ilə Beynəlxalq Elmi Koordinasiya Şurasının daimi üzvü, Beynəlxalq Valeologiya və Enivaleologiya mərkəzinin üzvü,  Ənənəvi xalq təbabəti mütəxəssislərinin, Psixoloq və Təbiblərin Beynəlxalq Assosiasiyasının həqiqi üzvüyəm.  Ənənəvi xalq təbabəti üzrə “Eniom” Ümumrusiya elmi-tədqiqat mərkəzi-komplementar təbabətin beynəlxalq qeydiyyatının həqiqi üzvü, Azərbaycan Asiya ölkələri Sosial Mədəni Əməkdaşlıq Assosiasiyasının fəxri şurasının üzvüyəm.

Bu günə qədər etdiyim elmi ixtiralar  və nanotexnologiya ilə hazırlanmış olan harmonizatorlar Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülmüşdür.

5 kitab, 8 elmi monoqrafiya və 29 elmi məqalənin müəllifiyəm. 12 sayda müəlliflik şəhadətnaməsi almış və patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müəllifiyəm.

Mənim ən böyük ixtiram isə   “Alternativ psixolgiya”   elminin yaradılmasıdır.  

“Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim   zəruriliyi mə’nasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı tə’sirindən yaranan problemlərinin həlli yolundakı sualları cavablandıran psixologiya elminin  yeni bir sahəsidir.

       “Alternativ psixologiya” ümumi psixologiyanın predmeti olan psixikanı bütünlükdə bir inform sistem kimi psixi enerjinin tədqiqatı istiqamətində öyrənir.

        Elmin metodologiyasıTəbiət Qanunlarına əsaslanır, insanın həyat yolunun asanlaşdrılması məqsədilə, onun ətrafında baş verən hadisələri anlaması üçün nəzərdə tutulmuşdur.

         Bu elmin metodları:

psixoqrafiya,

 psixokorreksiya,

 mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər,

 faza portret – sistem işi və s. ibarətdir.

        Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən,  daha sonra isə blokadaedici situasiyalarda yaranan  enerjinin informasiyalarından istifadə olunur. Bu metodlarda gipnozdan, şüurun dəyişmiş vəziyyətlərindən və magiyadan istifadə edilmir.

Tədqiqatlar prosesində AP holoqrafik obraz, bioenergetik matrisa və canlı aləmin faza portretlər-sisteminə söykənir. AP-nin tədqiqat obyekti biopsixososial sistemlərin həyat fəaliyyətinin enerqoinformasion aspektləridir, onun predmeti isə xarici aləmlə zaman və məkan koteqoriyalarında qarşılıqlı təsir prosesində canlı sistemlərin metamarfozasıdır.

       Metodların vasitəsilə zaman və məkanda canlı sistemlərin şəkildəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənirik.  Bu proseslər Faza çevrilmələr adlanır. Bu çevrilmələr arasında faza sərhədləri mövcuddur. Faza dəyişikliklər faza sərhədlərdən keçir. Bunlara faza keçidlər deyilir. Bütün bu proseslər Metamorfoza adlanır.

Metamorfoza proseslərində əmələ gələn disharmoniya və pozulmalar mutasiyalara səbəb olur. Bu isə müxtəlif şiş xəstəliklərinə səbəb olur

           Tədqiq olunan obyektin öyrənilməsi prosesində  metamorfozanın mutasiyaya çevrilmə səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə ona aid olan problemlər əvvəlcə təyin edilir, sonra isə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf  mühitlə insan arasında harmoniya yaradılır. Beləliklə, şiş xəstəliklərinin profilaktikasının yolu açılır.

           Alternativ psixologiya elmi Səhiyyədə, Biologiyanın müxtlif sahələrində, Fəlsəfədə, Ümumi psixologiyada,  Pedaqogikada, İncəsənətdə, Dilçilikdə, Etnoqrafiyada, Folklor və  Mədəniyyət tariximizin öyrənilməsində  və s. elm sahələrində öz tətbiqini tapmışdır və tapmaqdadır.

 Son zamanlar dünyada yeni elmi istiqamətlər yaranmış və uğurla inkişaf etməkdədir, məsələn, “İnformasiyanın bərpası ilə müalicə”, “Enerqoinformasion gigiyena”, “Vibrasion Tibb”, “Çoxölçülü təbabət”, “İnteqrasiya təbabəti” və s. Bu istiqamətdə Alternativ psixologiya elmi təbabətə yeni bir töhfə verə bildi. Belə ki, 29 dekabr 2005-ci il tarixli   “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə  patent (№ 006449) almışam.

      Marqarita Tonenkova “Услышь мой зов ” kitabında yazır: – “İnsan orqanizmindəki informasiya əlaqəsinin pozulması bizim xəstəliklərimizin ən başlıca səbəblərindən biridir”. Ona görə də İnsanı ilk öncə bir informasiya daşıyan obyekt kimi öyrənmək tələbi yaranır.

      Psixoqrafiya metodunun vasitəsilə Faza dəyişikliklərində əmələ gələn informasiyalar–metamorfozalar və onların səbəbləri haqqında məlumatlar enerqoinformasion qrafik təsvir şəklində alınır. Alınmış təsvirlər səssiz ünsiyyətin psixi yazısınınin formasiyasıdır.

         Bu təsvirlərə psixoqramma deyilir. Bu təsvirləri oxumaq üçün psixoqrammanın dili adlanan və təbiət dili olan simvolların dilini tətbiq edirəm və onu getdikcə təkmilləşdirirəm. Bildiyimiz kimi çoxlu sayda simvollar haqqında kitablar və ensiklopediyalar yazılmışdır, ancaq onların təsnifatı hələ də yoxdur və ən əsası simvolların faza çevrilmələri haqqında tədqiqat aparılmamışdır. Bu istiqamətdə tədqiqatlarımız davam edir və yaxın zamanlarda bu barədə yeni kitab dərc ediləcək.

 2003-cü ildə Simferopol şəhərində dərc etdirdiyim Psixoqrafiya kitabının giriş hissəsində sitat kimi verdiyim Məhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamında deyilir:– “Əgər Kainatı öyrənmək istəyirsizsə, ən düzgün yol kamil insanı öyrənməkdir”.

İnsan canlı sistem olaraq Kainatla daim enerji və informasion olaraq  qarşılıqlı əlaqədə olan bir varlıqdır. İnsan Kainata aid olan informasiyalara malik olsa da, təbii ki, o özü bu informasiyaları  danışa bilmir, amma peyğəmbərimizin kəlamında deyildiyi kimi kamil insan bu məlumata malikdir və həmin informasiyaları öyrənmək olar və bu mümkündür. Bunlar İngilis alimi, Nobel mükafatı laureatı Devid Bomun yaratdığı “Kosmik Holoqrafiya nəzəriyyəsi”-ndə öz təsdiqini tapmışdır.

Qeyd etmək istərdim ki, AP-nin metodologiyası və psixoqramma dili bu yolda insanlığa yeni imkanlar açır və açacaq!

 Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma  dili  dilçiliyin qarşısında duran yuxarıda deyilən tələbləri ödəyə biləcək bir funksiya daşıyır. Ona görə də Ap-nin metodları və psixoqrammanın dili  Kainatın və insanlığın öyrənilməsi yolunda yeni istiqamət kimi qiymətləndirilə bilər.

İstənilən dilin və eləcə də bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvolların və enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır.  Bu dilin ilkin forması olaraq nümunə kimi – Qobustan qayalarındakı qrafik təsvir-şəkil məlumatları misal göstərə bilərik. Belə ki, həmin təsvirlər adi rəsmlər deyildir və onların kodlarında dərin fəlsəfi fikirlər öz əksini tapmışdır.

Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir: danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə də şəkillərdən, qrafik təsvirlərdən, piktoqrammalardan, fikir yazılarından istifadə etmək tələbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular da işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünə məxsus xüsusiyyətləri ilə seçilir.

Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öz təsirini göstərmiş və bugünkü semiotikada öz cizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın öz dilində öyrənməyin yolu açılır.

Psixoqrafiya metodu vasitəsilə əldə olunan psixi enerjinin yazısında – psixoqrammada insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatlar üzə çıxarılır və onların sonrakı  tədqiqatına yeni imkanlar yaranır.

Psixoqrafiya – faza portret – sistemlə aparılan işdən sonra psixo analiz və psixo diaqnostika yolu ilə alınan informasiyanı xəstənin və ya pasientin verdiyi informasiya ilə müqayisə etməklə, hətta onun özünə məlum olmayan, lakin ona aid olan elementləri də aşkar etmək olur.                                                                                     

      Psixoqramma sözlə ifadə olunmayan psixi proseslərin informasiyasını açır, izah edir, öyrənir və eyni zamanda xəstəliklərin, həyati problemlərin səbəblərini araşdırmağa imkan verir, həmçinin onların korreksiyasını həyata keçirməyəbir vəsait kimi real şərait yaradır. Bu vəsait pasienti energo informasion nöqteyi nəzərdən xarakterizə edir, onun orqanizmindəki neqativ enerjinin mənbəyini və  həm də səviyyəsini müəyyənləşdirməyə kömək edir.

Mənim tərtib etdiyim testlər yuxarıda sadalanan bu keyfiyyətləri özündə birləşdirir və yaradıcılıq fəaliyyətini genişləndirərək metamorfozanın pozulmasının qarşısını alır. Bunu daha əyani aşağıdakı şəkildə görə bilərsiz.

Şəkil 1:  Psixi enerji, metamorfoza və yaradıcılıq fəaliyyəti arasındakı mövcud əlaqə.

 ММ- metamorfoza; PE – psixi enerji; YF – yaradıcılıq fəaliyyəti.

Bu şəkildən aşağıdakı nəticələri alırıq:

●    PE–YF ilə qarşılıqlı təsirdə metamorfoza harmoniyaya gətirilir;

●    YF–metamorfozaya pozitiv təsir eləməklə psixi enerjini keyfiyyətcə yaxşılaşdırır;

●    İnsanın YF-dən əmələ gələn metamorfozanın harmoniyası PE-nin keyfiyyətinə və balansına pozitiv təsir edir.

            Psixoqrafiya metodu ilə görülən işin tamamlanması və mükəmməl mərhələsi faza portretlərin çəkilməsidir.Faza portret neqativ enerjidən təmizlənmiş,  energetik balansı və harmoniyası bərpa olunmuş pasientlərin təmiz enerjiyə köklənməsi ilə aparılan korreksiya mərhələsidir. Təmiz enerji dedikdə həyatın əsasını təşkil edən psixi enerjidən danışılır. Burada biz şəxsiyyəti onun öz səviyyəsində və şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənirik. 

     A.Yeryomkin həyatın əsas substansiyası haqqındakı fikirləri belə şərh edir:

 “ Həyat özü –enerjidir. Enerji isə pisixi enerjidir. Psixi enerji-hər şey deməkdir. Psixi enerji o enerjidir ki, hər şeyin başlanğıcının əsasında durur. Psixi enerji o enerjidir ki, dünyanın yaranmasının əsasında durur. Psixi enerji o enerjidir ki, kosmik substansiyada obrazlar nəqş edir.”.

(Еремкин А. Школа одаренности. Тайны рождения гениев.М, NİF Print, 2003,325 c).

Həmin obrazlar Faza portretlərdə üzə çıxan obrazlardır. Faza – portretlər sisitemi kamil obrazın formalaşması işinin aparılması deməkdir. Faza portretlərin çəkilməsi anı təbiət proseslərinin dinamikasında yeni etapdan xəbər verən bir məqamdır.

      Bu günkü elmlər fikirlə fiziki bədən arasındakı qarşılıqlı əlaqəni sübut edir.

Hələ eramızdan əvvəl yunan filosofu Aristotel “ həyat nədir?” sualına belə cavab vermişdir: “Həyat ağlın hərəkətidir!” Sözün işə və yaxud işin sözə çevrilməsi də metamorfoza prosesidir. Həyatın hər bir anında insan orqanizmində yeni hüceyrələr yaranır və hər bir yeni hüceyrə ya mənfi, ya da müsbət fikrə köklənərək əmələ gəlir. İnsanın fikri formaya düşərək, onun bədəninə çevrilir. Atomu öyrənən fiziklər sübut edirlər ki, insan bədəni 7-14 ay içərisində tamamilə təzələnir. Professor Pol Ebersold özünün “Atomlar iş dalınca” kitabında yazır: ”Bədənimizin  98%-i bir il ərzində dəyişir.”  Konkret bir şəxsin faza portretinin çəkilməsi anı onun sonrakı həyatının yeni bir mərhələsi hesab edilir. Belə ki, Faza portret çəkildikdən sonra əmələ gələn yeni hüceyrələr keyfiyyətcə daha mükəmməl şəkildə formalaşır və beləliklə də orqanizm pozitivə doğru dəyişir, sanki yenidən yaranır.

Faza portret həm də həyatın inkişafı və qaydaya  salınması yollarını reallaşdırmağa imkan verən mükəmməl bir vəsaitdir və vasitədir.

            Psixoqramma faza-sistemlərin qarşılıqlı təsirlərinin faza portretini və onun zaman daxilində dinamikasını müəyyənləşdirir. Faza portretlər faza dəyişikliklərini– informasiyaları göstərir. 

            İnformasiya materiyanın bir formadan başqa formaya keçməsindən ibarət olan faza çevrilmələri vasitəsilə ötürülür və onların arasında iz qalır. Zamanda iz – matrisadır. Proseslərdə, metamarfozalarda qalan izlər isə faza portretlərdir.

Əgər metamarfozaların izi keçmişdən neqativdirsə, təhriflər çıxarılmır və iki istiqamətdə gedir:

            1. Zamanda təhrif.

            2. Çevrilmə mexanizmində, ötürülmədə təhrif.

       İnsan zamanda yaşayır. Hər bir an öz-özünə yadda qalır – bu matrisadır. Matrisa işlənilir. Qeyd etmək lazımdır ki, biz pasientin qeyri mükəmməl bioenergetik matrisasını yeni metodumuzla mükəmməl formaya gətiririk. Matrisa psixoqrafiya metodu vasitəsilə və onun ən yeni forması ilə – faza portretin çəkilməsi ilə işlənilir. Nəticədə təhrif də aradan götürülür.

            Hər bir insan müəyyən kod – kosmik həyat kodu daşıyan mikrokosmos, başqa sözlə sanki kiçik bir kosmik tamlıqdır. Hər bir planetin hərəkət trayektoriyası olduğu kimi, hər insanın da özünəməxsus informasiya xətləri mövcuddur. İnsan hər bir an dəyişir və onlar informasiya xətlərində də dəyişkənlik törədir. Devid Bomun kosmik holoqrafiya nəzəriyyəsinə istinadən  həqiqətən bu informasiyalar  makrokosmda saxlanılır (Y.S.İbadov  Kainat, informasiya və insan  “Elm” qəzeti.- Bakı 19 sentyabr 2002-ci il).

           Zaman və məkan içərisində həmin dəyişikliklər iz buraxır. Bu isə DNT strukturunda dəyişikliyə səbəb olur. DNT-nin yaddaşı və informasiyası dəyişir. Bu proseslər yeni elmlərdə faza çevrilmələri adlanır. Orqanizmdə olan neqativ və pozitiv enerjinin keyfiyyət nisbətindən asılı olaraq canlı sistem metamorfozaya uğrayır.

   Faza portreti çevrilmə proseslərinin əsasıdır. Faza portret canlı və cansız sistemlərin mikro və makromir səviyyədə zaman və məkan kateqoriyalarında, xarici aləmlə qarşılıqlı təsirlərində enerqoinformasion obrazının faza çevrilmələrinin güzgü əksliyidir.

            Portretin çəkilməsi prosesində aparılan psixokorreksiya irsiyyətin enerqo informasion yaddaşından onun nəslinin və əcdadlarının buraxdığı səhvlərə  səbəb olan neqativ enerjiləri və informasiyaları (neqativ enerji insanın enerqo informasion yaddaşında və obrazında informasiya şəklində iz qoyur və gələcək nəslin normal inkişafına mənfi təsir göstərir) silir.

         Faza portretlər özündə enerqo informasion dalğaları birləşdirir, təkrar ideasion iş isə onları yenidən daha pozitiv olaraq doğurur. Bu isə insanın ideasion şüur mərhələsinə yüksəldilməsi ilə Ali Kosmik idrakla və Təbiətlə informasiya əlaqəsi yaradır.

          İnformasiya sistem yaradan amildir və informasiya  kainatın quruluşu, onun ayrı – ayrı qanunları və qanunauyğunluqları haqqında məntiqi bitkin fikirləri özündə cəmləşdirir. Bu cür məlumatların informasiya axınında  Kainatın inform sahəsindən buna bənzər enerji və informasiyaları çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yer kürəsində yaşayan bir çox adamların inform sahələrindən sürətlə ötüb keçir, lakin tez-tez,  fəal axtarışla məşğul olan, problemlə çoxdan tanış olan, məhz bu problemin həlli barədə düşünən və gələcəkdə onu səmərəli surətdə tətbiq etmək məqsədi olan insanların, mütəxəssislərin inform sahəsinə doğru yönəlir. Məhz belə alimlər lazımi informasiya axınlarını özlərinə cəlb edir və onları dərk edirlər. Dünya tarixində demək olar ki, bütün qanunlar, nəzəriyyə və konsepsiyalar konkret alimlər tərəfindən kəşf edilmiş, icad və ixtiralar edilmişdir. Bəzən bu qanunlar ardıcıl olaraq bir neçə alimlər tərəfindən aşkar edilir. Təbii ki, burada onlar bir-birinə stimul verir və bir-birini tamamlayırlar. Məsələn, Psixoqrafiya kitabının 8-ci səhifəsində çəkdiyim misalda olduğu kimi, Alman həkimi Robert fon Mayer enerjinin saxlanması qanununu kəşf etmişdir. Rusiya alimi Lomonosov isə maddə kütləsinin saxlanması qanununu tapmışdır. Alman fiziki Eynşteyn isə bu iki qanunu birləşdirmiş enerji və maddə kütləsinin saxlanması qanununu təyin etmişdir, hansı ki, bunları E=mc2  düsturu ilə ifadə etmişdir. Bu misalda hər bir alim özünə məxsus informasiya almışdır, amma onların hamısı kainatın informasiya  dalğalarına  köklənmiş və öz potensiallarına uyğun ixtiralar etmişlər. Eynşteyn isə malik olduğu inteqrativ yanaşma qabiliyyətindən irəli gələn nəticə çıxara bilmişdir. Bu onun abstrakt təfəkkürə malik olmasından xəbər verir. Mənim çəkdiyim mücərrəd kompozisiyalardan tərtib etdiyim “Tibbi-pedaqoji-psixoloji” testlər məhz abstrakt təfəkkürün vaxtında açılmasına və daha da yaxşı inkişaf etdirilməsinə xidmət edir. Qeyd edim ki, bu testlərlə çalışan şəxslərdə abstrakt təfəkkürdən formalaşan konkret yanaşma tərzi güclənir. Ona görə də xüsusilə senzitiv yaş dövründə bu testlərdən düzgün istifadə edilməsi gələcəkdə cəmiyyətimizə daha mükəmməl və talantlı şəxsiyyətlər verəcəkdir. Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq  yeni metodla – Alternativ Psixologiyanın Faza portret–sistem metodu ilə Dədə Qorqud haqqında alınmış şəkil-yazıların   psixoqramma dili ilə oxunmasından alınan infolrmasiyaları misal göstərmək olar.

                         DƏDƏ QORQUD TARİXİ  ŞƏXSİYYƏTDİR

       “Alternativ psixologiya” hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində alternativ yanaşmanın özünəməxsus xüsusiyyətlərini göstərir və intqerasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır. Hər bir xalqın yaradıcı şəxsiyyəti əslində onun informasion təbiətinin mənbəyi haqqında məlumat verir. AP elminin metodologiyası ilə  çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da  (Dədə Qorqud haqqında, Nuh peyğəmbər haqqında, Davinçı haqqında, Odin, Tusi haqqında, və s.) vardır.

      2000-ci ildə “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubileyi ərəfəsində   Dədə – Qorqudun 3 sayda faza portretini çəkdim. Dədə Qorquddan soraq verən  şəkil yazılarda verilən məlumatlar olduqca zəngin və maraqlıdır. AP elminin faza portret-sistem metodikası əsasında  Dədə Qorqud haqqında çəkilmiş (3 sayda  faza portret) şəkillərdəki kodlu informasiyalarını, Faza portretdəki kodları açmaqla Dədə Qorqudun doğum və vəfatı tarixini də tapa bildim:- Dədə Qorqud 560-cı ildə anadan olmuş 819-cu ildə vəfat etmişdir.                                              

Yaşar Saday oğlu İbadov

“Alternativ psixologiya”elminin müəllifi

  Tibbi Bologiya Elmləri doktoru, professor

 Oksford Universitetin Akademiki.

 AMEA Folklor İnstitutunda“Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar təşkil olundu. Seminarda “Alternativ psixologiya”elminin müəllifi Tibbi biologiya elmləri doktoru, professor Oksford Universitetinin Akademiki Yaşar Saday oğlu İbadovun eyni adlı məruzəsi dinlənildi. 

         Seminarı giriş sözü ilə açan Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov məlumat üçün bildirdi ki, professor Y. S. İbadov “Alternativ Psixologiya” elminin müəllifidir. Müasir dövrdə multidissiplianar istiqamətdə elm sahələri çox inkişaf edir və böyük kəşfər müxtəlif elmlərin çarpazlaşmasında – kəsişməsində mümkün olur. Bugünkü dünyanın ən müxtəlif sahələrində çalışan alimlərin fəaliyyəti bu istiqamətdə diqqəti daha çox cəlb edir. Bu mənada “Alternativ psixologiya” elminin mədəniyyət, etnoqrafiya, psixologiya ilə yanaşı, bizim sahə ilə – folklorla da birbaşa əlaqəsi var: “Elmin ayrı-ayrı sahələri ilə bağlı olması bizim diqqətimizi cəlb elədiyi üçün Yaşar müəllimin məruzəsinə qulaq asmagı, onu dinləməyi qərarlaşdırdıq. Çünki sonrakı mərhələlərdə bu sahə ilə necə əlaqə qura biləcəyimizi yəqinləşdirmək olar”.

          Mövzu ilə əlaqədar  İbadovun nümayiş etdirdiyi video – slayd təqdim olundu.

Professor Y.İbadov Dədə Qorquddan soraq verən “Faza Portretlər” adlı  monoqrafiyasını və “Dədə Qorqud Alternativ psixologiya elminin gözü ilə” kitablarını təqdim etdi. Tanınmış alim dörd dildə nəşr etdirdiyi II kitabında Dədə Qorqudun şəxsiyyəti ilə bağlı yeni tədqiqatların olması haqda kifayət qədər məlumat verib.

“ Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil –faza portretlər əsasında Dədə Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşünas alimləri və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb və bu barədə rəsmi şəkildə rəylər verilib. Sadalanan bu və digər elmi naliyyətləri həm respublikmızda, həm də dünyanın aparıcı ölkələrində yüksək mükafatlara layiq görülən Y.İbadovun məruzəsi və seminar üçün hazırlanmış video-prezentasiya materialı böyük maraq və məmnunluqla izlənilib.

        AMEA Folklor İnstititunun “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmlər doktoru Ramazan Qafarlı, Y. S. İbadovun orijinal dəsti-xətti olan elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunub. O, Dədə Qorqudun faza portretinin yaradıcısı kimi elmdə yeni bir istiqamətin açılmasına xidmət edir. Orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan, azərbaycanlı alim Yaşar Saday oğlu İbadovun uğurları qürurvericidir. Sevindirici haldır ki, dünyada barmaqla sayılan qədər fenomen insanlardan biri kimi Yaşar müəllimi İzmirdə Türk dünyası yenidən kəsf etdi.”

          Vurğulanan fikirlərə görə, Alternativ psixologiya hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində özünəməxsus alternativ yanaşma xüsusiyyətlərinə uyğun inteqrasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır.

        Orijinal dəsti-xətti və elmi nailiyyətləri əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrimə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüdür.

        22-24 Sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII “YENİ ZAMAN” İxtiralar və Yeni Texnologiyalar Beynəlxalq Salonu tərəfindən “Dədə Qorqudun Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür.

Tədbirdə iştirak edən respublikanın əməkdar müəllimi, ADPU-nin EMT elmi işçisi Zülfiyyə Vəliyeva tanınmış alim Y. S. İbadovun irəli sürdüyü metodologiya ilə bağlı fikirlərini bölüşüb.

Seminarın sonunda  Folklor İnstitutunun rəhbərliyi tərəfindən bir çox nəşrləri və diskləri hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

Daha dolğun materialı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:

İBADOV YAŞAR SADAY OĞLU


ANAR TURANIN YAZILARI


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“BAYRAQ HEKAYƏLƏR TOPLUSU”

Mustafa Müseyiboğlu adına kitabxana

>>>> PDF: >>>> Bayraq hekayələr toplusu


LAYİHƏLƏRİMİZ

Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:

KEÇİD EDİN >>>> SEÇİLMİŞ POVESTLƏR


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZININ DOĞUM GÜNDÜR!

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Bu gün juranalımızın redaksiya heyətinin üzvü, tanınmış şair, hörmətli alim, professor Mahirə Nağıqızının (Hüseynova) doğum günüdür! Şad günü münasibəti ilə Mahirə xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MAHİRƏ NAĞIQIZI HAQQINDA

Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun) filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Laçınov Fərman Murad oğlu

LAÇINOV FƏRMAN MURAD OĞLU

LAÇINOV FƏRMAN MURAD OĞLU HAQQINDA

Qaxın əvəzolunmaz, yaradıcılığı və şəxsiyyəti ilə sevilən yazarlarından biri də Laçınov Fərman Murad oğludur.Fərman Laçınov 19 fevral 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur.1976-cı ildə İlisu kənd orta məktəbini, 1981-ci ildə indiki Azərbaycan Memarlıq- İnşaat universitetinin “Memarlıq” fakultəsini bitirmişdir.1981-1982-ci illərdə Bakıda konstruktor işləmiş, hərbi xidmətdən sonra 1984-cü ildən Qax rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.
Yazarın ilk şeiri 1974-cü ildə rayon qəzetində (“Şəlalə”) çap olunmuşdur.Sonradan 1990-cı ilə qədər 15-ə yaxın şeiri mətbuatda çap edilmişdir.Xeyli müddət poeziyadan ayrı düşən Fərman bəy heykəltaraşlıq və fotoqrafiya sahəsinə maraq göstərmişdir.
Lakin yazıb, yaratmaq istəyi onun ürəyində hələ də sönməmişdir.2010-cu ildən yaradıcı fəalliyətinə başlayan yazarın 2013-cü ildə “Bir ömür borc”, 2015-ci ildə ” Kölgəsiz işıq”, 2022-ci ildə “İki dünya arasında” kitabları çap olunmuşdur.
Fərman Laçınov, həqiqətən də, çox sadə, təvəzökar və müdrik insandır.Onun fikirləri, düşüncələri onun yaradıcılığı ilə daha yaxından tanış olan oxucu kütləsinə bəllidir.Şeirlərinin bir qismində o dünya ilə bu dünyanı qarşılaşdırır, hər daim nələrinsə nisbi olduğunu vurğulayır.Məsələn, elə xoşbəxtliyin, kədərin, gözəlliyin…
Yazarın son kitabı bu yaxınlarda çap olunan “İki dünya arasında” kitabıdır.Kitab şeirlər və povestdən ibarətdir.Yeni kitab oxuculara ən gözəl hədiyyədir.Fərman Muradoğlunun özünəməxsus duyumu, üslubu ümid edirik ki, oxucuların qəlbini bir daha fəth edəcək!
Yazarın həmin kitabından bir neçə şeirini təqdim edirik:


ADAM
Bu dünyada neçə yerə,
Öz-özünü bölür adam.
Yaxşı-pis bütün işlərə
Əl uzada bilir adam.

Həm yaxşıya yoldaş olur,
Həm pislə baş-başa qalır.
Öz-özünün olmur bir yol,
Özgəsinin olur adam.

Gah alqışın, gah qarğışın,
Baharln, payızın, qışın;
Olacaqların, olmuşun,
Arasında qalır adam.

Qulu olur cismin, canın,
O dünyanın, bu dünyanın…
Öləndə də yaradanın,
Hökmü ilə ölür adam.

NƏ DƏ Kİ…

Ötüşür bir ağır gün də,
Günəş batır, axşam olur.
Yenə yorğun düşən bəndə
Yatıb gələn günə qalır.

Olanlar təkrardı, təkrar!
Onu gətir, bunu apar…
Bu alverin bir fərqi var:
Kim nə satır, kim nə alır?!

Bəndə bu alver içindı,
Üz-gözü qan-tər içində,
Bir məzarlıq yer içində,
Şirin xəyala da dalır.

Varam-yoxam, fərqi nədir?
Bu dünya öz işindədir.
Nə bu gəl-get başa çatır,
Nə də ki dünya boşalır!

Təqdim etdi: AYTAC İBRAHİM

LAÇINOV FƏRMAN MURAD OĞLU

AYTAC İBRAHİMİN YAZILARI


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Базаргул Зиварова (Bazargül Zivarova)

Базаргул Зиварова

БАЗАРГҮЛ ЗИВАРОВА

BAZARGÜL ZİVAROVA

BAZARGÜL ZİVƏROVA – Özbək şairi, tərcüməçisi.

БАЗАРГҮЛ ЗИВАРОВАНЫН ЙАЗЫЛАРЫ


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Базаргүл Зиварова. ЎАТАН

БАЗАРГҮЛ ЗИВАРОВАНЫН ЙАЗЫЛАРЫ

ЎАТАН

Шөл, даласын гезер,

Кийик, сайғағым,

Гөззаллыққа бөленер,

Аўыл-аймағым.

Ўатан сөзи тилде,

Палым, қаймағым,

Анамдай көрип,

Қушақ жайғаным.

Баўырыңда бийғам,

Келер ойнағым,

Топырағыңда шабар,

Жүйрик дойнағым.

Бизге мийрас қалған,

Әзиз топырақ,

Сен шыңар болсаң,-

Мен бир гүл-жапырақ.

Ерназардай бабам,

Жанынан кешкен,

Маманбийдей, данам,

Душпан көкейин тескен.

Орпаңларың сениң,

Мамық төсегим.

Өтер бираз мениң,

Бүгин, ертеңим.

Ўатан – атам-анам,

Бирдей қайысқан,

Муңыма, дәртиме,

Теңдей майысқан.

Ўатан сөзи тилде,

Палым, қаймағым.

Мәңги қоным табар,

Алтын топырағым!

Нөкис.

МYƏЛЛИФ: БАЗАРГҮЛ ЗИВАРОВА

БАЗАРГҮЛ ЗИВАРОВАНЫН ЙАЗЫЛАРЫ


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACDAN QIZIL KİMİ SÖZLƏR

ZAUR USTACIN YAZILARI

ZAMANIN FÖVQÜNDƏ

Qızıl dəmirçinin əlində ancaq,

Uzağı çox  nəfis bir nal olacaq…

*   *   *      *   *   *        *   *   *

Bütün bəlaların kökü ondadır,

Ruhu dustaq edər qərəz, cəhalət…

Cəhalət hökmran olan dünyada,

İnsanı məhv edər mərəz,  səfalət…

*   *   *      *   *   *        *   *   *

Təcvidlə, üzməyi bilmirsə əgər,

Heç nə öyrətməmiş, övlada pədər…

Müəllif: Zaur Ustac

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akademik Azad Mirzəcanzadə

Akademik Azad Mirzəcanzadə

23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 31 yaşında professor, 34 yaşında Elmlər Akademiyasının müxbir, 40 yaşında isə həqiqi üzvü olan Azad Mirzəcanzadə haqqında maraqlı faktlar:

Rüstəm Behrudi yazır:

Rəhmətliklər Azad Mirzəcanzadə və Həsən Turabov, gözəl ziyalımız Kamal Abdulla ilə bir yerdə söhbət edirdik.

Azad Mirzəcanzadə birdən qayıtdı ki, sən çox istedadlısan, ancaq savadsızsan. Təbii ki, o dövrdə şöhrətli vaxtım idi, mənə belə söz demək olmazdı.

Bu söz mənə çox ağır təsir eləmişdi. Ona görə də növbəti dəfə yemək-içməyə dəvət edəndə getmədim. Sonrakı görüşümüzdə bildi ki, incimişəm.

Dedi istedad Allahın verdiyi bir şeydir, savadı isə sən qazanmalısan. Mənə məsləhət bildi ki, heç olmasa yatmazdan qabaq yarım saat, bir saat kitab oxu. Bu məsləhət mənim bütün həyatımı dəyişdi. O vaxtdan hər gecə yatanda bir saat kitab oxumamış yatmıram.

– O, həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra, onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün vəfat etmişdi (iyunun 17-si).

– 77/78 yaşında vəfat edən alim, ömrünün sonuna qədər evlənməmişdi.

– Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi.

– Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və “selyodka” idi.

– Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı – Üzeyir Hacıbəylinin…

Çoxları professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər.

Azad Mirzəcanzadə

Müəllimlərdən bəzisi dinlədikləri əsərləri başa düşməsələr də Azad müəllimə hörmət əlaməti olaraq səslərini çıxartmırlarmış. Azad müəllim isə onlara deyirmiş ki, “başa düşməsən də sonacan qulaq as. Bu dəfə başa düşməyə bilərsən, gələn səfər qulaq asanda nələrisə anlayacaqsan”.

Azad müəllim tələbələrinin verdiyi sualları cavablayıb, izah edəndən sonra “başa düşdün?” demirdi, əksinə,”izah edə bildimmi?” deyə soruşardı.

XIII əsrdə alman kralı II Fridrix bilmək istəyirdi ki, əgər uşaqlar anadan olan gündən onlarla heç kim ünsiyyət qurmasa hansı dildə danışacaqlar. Bu məqsədlə uşaqlara baxanlara əmr verir: uşaqlara lazımı qulluq edin, yedizdirin, çimizdirin, lakin onlarla danışmayın. Kral istəyinə çata bilmədi, çünki onların hamısı öldü. Sonradan araşdırdılar ki, uşaqlar qayğıkeş, mehriban sifətlərdən və onlara baxanların nəvazişli sözlərindən məhrum olduqlarına görə ölüblər.

Mənbə- Mirzəcanzadə A. “XXI əsrə aparan yol”

Azad Mirzəcanzadə yazırdı:

Eyni bir məkanda iki bənna işləyirmiş. Birinci bənnadan soruşurlar:

-Nə ilə məşğulsan?

-Əl arabası ilə daş daşıyıram,-deyə cavab verir.

İkincidən soruşurlar:

-Bəs sən nə ilə məşğulsan?

-Şartr məbədini tikirəm.

Aydındır ki, ikinci bənnanın cavabı daha dolğun və məzmunludur, çünki o, öz əməyini son məqsədlə bağlayır.

1928-ci ildə Bakıda anadan olan Azad müəllimin atası Xəlil Cənubi Azərbaycanın Sərab şəhərindən olub.

15 yaşındaykən axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs də deyirmiş …

A.Mirzəcanzadə həmişə deyərdi ki, “Elmi bazara çevirmək olmaz…Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: hər kəsin qiyməti onun biliyi qədərdir”

1987-ci ildə onu “Neft və Kimya İnstitutu”ndan guya yaxşı alim, yaxşı müəllim olmadığına görə çıxarırlar.Elə bu məqamda onun dadına 1987-ci ildə Mərkəzi Komitənin elm və təhsil şöbəsində işləyən Rafiq Əliyev çatır. Rafiq müəlliim şəxsən onun qolundan tutaraq kafedraya gətirir…

Ə. Elçibəy Azad Mirzəcanzadəyə Bakı Dövlət Universitetinin rektoru olmağı təklif edəndə əvvəl razılaşmayıb. Amma sonra Ali Attestasiya Komitəsinin Sədri olmağa razılaşıb .. 1993-2001-ci illərdə isə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

… Həmişə Şekspirin “həyat bir teatrdır” fikrinə münasibət bildirirək auditoriyadakı tələbələrinə deyərdi: “İngiltərənin baş naziri Toni Bleyer deyir: biz hamımız oynayırıq. Ancaq elə oynamalıyıq ki, İngiltərə yüksəlsin”… Hər adamın öz oyunu var. Biz də Vətənin ucalığı naminə oynayırıq…

...Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

Hələ sağlığında onu sevənlər arasında belə bir rəvayət dolaşırdı: “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”.

İlkin mənbə:Qılman İman


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVZUYA QAYIDIŞ VƏ YA HAZIRIN NAZİRLƏRİ…

LƏTİF VƏLİZADƏNİN YAZILARI

MƏN ONA HEYRAN QALMIŞDIM

(İkinci məqalə)

… 1989-cu il dekabr ayının axırları idi. İşdə yoldaşlardan kim isə mənə dedi ki, Fuad müəllim səni çağırır. Öz-özümə təəccübləndim: xeyir ola? O vaxt Fuad Tarverdiyev Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini idi. Xülasə, getdim yanına. Məni görüb gülümsündü və dedi: – Bilirsən səni niyə çağırmışam? – ardınca əlavə etdi: – Rəhbərlik məsləhət görür ki, səni göndərək Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki studiyaya iki həftəliyə veriliş hazırlamağa. 

Doğrusunu deyim ki, hər nə gözləsəm də, belə bir təklifi gözləmirdim. Ona görə də dedim ki, Fuad müəllim, axı mənim ekran-efir təcrübəm yoxdur, mənim üçün çətin olar. Dedi ki, heç bir çətinliyi yoxdur, gündə cəmi yarım saat veriliş verəcəksən efirə. Birtəhər yola verərsən. Sən tək deyilsən, səninlə birlikdə televiziyanın “Gənclik Baş Redaksiyası”ndan bir nəfər yoldaş da gedəcək. Adını dedi, ancaq xatırlaya bilmirəm. Xülasə həmin gün axşam teleoperator və səsyazanla (adlarını unutmuşam) görüşüb getdik dəmiryol vağzalına. Ancaq nə qədər gözləsək də, həmin adam gəlib çıxmadı. Axırda naəlac qalıb vağzaldakı telefondan (o vaxt cib telefonu hələ icad edilməmişdi) Fuad müəllimə zəng edib bildirdim ki, bəs, həmin yoldaş gəlib çıxmır. Fuad müəllim dedi ki, Lətif, sən tək get, o, gəlməyəcək…

… Şuşadan qayıdandan sonra həmin oğlan (qırmızısifət bir adam idi) AzTv-nin həyətində məni görüb yaxınlaşdı və üzürxahlıq edib dedi ki, həyat yoldaşım qoymadı getməyə. Mənə dedi ki, əgər Şuşaya getsən səndən boşanacam. Həmin qırmızısifət oğlana heç bir cavab vermədim, üzümü döndərib getdim və ürəyimdə dedim ki, kül olsun sənin kimi biqeyrət kişinin başına. Sonradan eşitdim ki, səfərlə bağlı çox adama təklif olub. Ancaq onlar vətənin dar günündə Şuşaya gedib peşə fəaliyyəti göstərməkdən imtina ediblər.

… Ağır günlər idi. Ölkəmiz başsız qalmışdı. Həmin günlərdə Hacı Əbdül Milli Məclis binasının qarşısında çadır qurdurub mitinq edirdi. Bir neçə nəfər isə çadırlardan yuxarıda, binanın artırmasında  dayanıb odlu-alovlu çıxış edirdi. Onlardan biri isə ötkəm-ötkəm deyirdi: – Biz Şuşanı necə lazımdırsa qoruyuruq… Əgər Şuşa əldən getsə başıma bir güllə çaxacam. Ancaq Şuşa əldən gedəndən sonra o, başına nə güllə çaxdı, nə də ki, başqa bir şey elədi…

… Sonralar Naxçivanski adına hərbi litseyin rəisi, görkəmli sərkərdə general-leytenant Valeh Bərşadlı ilə görüşdüm və o mənə elə dəhşətli şeylər danışdı ki, necə deyərlər, matım-qutum qurudu.

Valeh Əyyub oğlu Bərşadlı

Valeh Bərşadlı hərb sahəsində geniş biliyə və təcrübəyə malik bir sərkərdə idi. Vaxtilə o, Almaniyadakı Sovet Qoşunları Birləşmələri komandirinin müavini olmuşdu. O, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Təəssüflər olsun ki, belə bir sərkərdə kənarda qaldı. Onunla məsləhətləşmək, təcrübəsindən bəhrələnmək olardı. Əksinə respublikanın hərb sahəsinə hərbdən başı çıxmayan, heç bir səriştəsi olmayan adamlar gətirilir və rəhbərlər təyin olunurdu…

Valeh Bərşadlı deyirdi ki, bir məclisdə iştirak edirdim və gördüyümdən dəhşətə gəldim. Həmin məclisdə hərbi rütbələri birbaşa konfet kimi paylayırdılar… 

Axırda nəticəsi çox acınacaqlı oldu, düşmən fürsətdən istifadə etdi, hücuma keçdi, torpaqlarımızı itirdik. Abad kənd və şəhərlərimiz darmadağın edildi. Baba və nənələrimizin, ata və analarımızın, qardaş və bacılarımızın qəbirləri yerlə yeksan oldu. Ermənistandan 200 mindən çox soydaşımız doğma yurd-yuvalarından didərgin salındılar. Var-yoxları əllərindən alındı, ev-eşikləri talan olundu. Moskva xalqımızın ermənilər tərəfindən bu cür, vəhşicəsinə divan tutulmasına heç bir münasibət göstərmədi. Əksinə, Bakı hadisələri vaxtı Bakıda yaşayan hər bir erməni ailəsinin mənzilinin qarşısına 3-4 mühafizəçi əsgər qoydu. Azərbaycanlılardan fərqli olaraq yaxın Türkmənistana və başqa yerlərə üz tutan ermənilərə özlərini yaşatmaq üçün istənilən qədər pul verdi. Bu da rus dövlətinin (imperiyasının) o vaxt xalqımızın mənəviyyatına vurduğu ən böyük zərbələrdən biri oldu. Bu dəhşətli hadisələri heç vaxt yaddan çıxarmaq olmaz. 

Yeri gəlmişkən onu da deyim ki, indi ahıl jurnalist, o vaxt isə ehtiyatda olan zabit və hərbi jurnalist dostum Adil İrşadoğlu general-leytenant Valeh Bərşadlı ilə yaxından tanış idi. Jurnalist Adil İrşadoğlu Valeh Bərşadlının rəisi olduğu hərbi liseydən dəfələrlə bir-birindən maraqlı film səviyyəsində verilişlər hazırlamışdı…

Adil İrşadoğlu (Əliyev)

Söhbətimin əvvəlinə qayıdıram. Dediyim kimi, belə bir çətin, ağır günlərdə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlovun təkidilə Adil İrşadoğlu üç ay sərasər, 1989-cu ilin oktyabr ayının əvvəlindən dekabr ayının axırınadək Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki studiyada həm jurnalist, həm redaktor, həm də aparıcı işlədi. Heç bir yerdən kömək almadan efirin dayanmasına imkan vermədi. Gecələr ssenarilər yazdı, gündüzlər çəkilişlər etdi ki, montaja ehtiyac qalmasın. Çünki orada montaj etməyə texniki qurğu yox idi. Adil axşamlar hazır vəziyyətdə efirə çıxırdı və çəkdiyi verilişləri özü şərh edirdi. Onun necə əziyyət çəkdiyini Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki studiyada olduğum ilk həftə müddətində yaxşıca dərk etdim. Mən isə montaj etməyə texniki qurğu olmadığından canlı yayıma üstünlük verirdim.

Şuşadakı Studiyamız köməksiz idi. Erməni faşistləri istədikləri vaxt teleqülləni ələ keçirə bilərdilər. Bir nəfər milis işçisi bir tapança ilə nə edə bilərdi? Bizi qoruyan yox idi. Bunun şahidi rəhmətlik Xalq Şairi Xəlil Rza Ulutürk və Xalq Artisti Mikayıl Mirzə oldular… Bax beləcə, bizim Şuşa Televiziyamız (belə də demək olar) çox ağır bir durumda idi.

Yeri gəlmişkən, İllər, əsirlər boyu bizim başımıza gətirilən fəlakətlərin əsas bayiskarı keçmişdə Rusiyanın İrandakı səfiri, görbagor Aleksandr Sergeyeviç Qriboyedov olub. O, alihəzrətə ermənilərin Persiyadan (İrandan) Azərbaycana, bizim vilayətlərə köçürülməsi təklifi haqqında məktubunda açıq-aşkar İrandan Qarabağ torpaqlarına yerləşdirilən hər bir erməni ailəsinə necə şərait yaradılmasını və onlara nə qədər qızıl pul verilməsini ətraflı təsvir edib.

A. S. Qriboyedov

A. S. Qriboyedovun həmin məktubu və qeydləri 1980-ci illərdə Moskvada kitab halında nəşr olundu. Mənim yadımdadır ki, o vaxt Bakıda yaşayan ermənilər həmin kitabı qucaq-qucaq alıb aparırdılar. Sonradan öyrəndim ki, azərbaycanlıların xəbərləri olmasın deyə, ermənilər o kitabları aparıb yandırırmışlar. O hadisə ermənilərin iç üzünü açan, əsl yırtıcı xüsusiyyətlərə malik olduqlarına sübutdur. Həmin dövrdə Armavir vilayətində (1932-ci ildə qədim Sərdarabad rayonunun dəyişdirilmiş adı) kompakt halında yaşayan ermənilər Rusiyadan muxtariyyət tələb etməyə başlamışdılar. Tələb, rusların onların burunlarını necə lazımdırsa əzməsiylə bitdi. Bu yaxınlarda ermənilər həmin tələbi yenidən irəli sürməyə başladılar və yenə də ciddi müqavimətlə qarşılaşdılar.

Bütün bunlara baxmayaraq ermənilərin şıltaqlıqlarına, fitnə-fəsadlarına göz yuman rusiyanın güc strukturları eyni zamanda Zori Balayan kimi bir nankorun xalqımıza qarşı yönəldilən və böhtan dolu kitabına heç bir münasibət bildirmədilər. Əksinə xalqımızın azadlıqsevən, odlu-alovlu şairi Xəlil Rza Ulutürkü heç bir əsas olmadan həbs edib Moskvaya apardılar. 1937-ci ildə Mikayıl Müşfiqi güdaza verən sapı özümüzdən olan baltaların yeni nəsli Xəlil Rzanı vicdan əzabı çəkmədən rus cəlladlarının caynağına keçirdilər. Ruslar Azərbaycanın bu böyük şairinə uzun müddət fiziki və mənəvi işgəncə verdilər. Pəhləvan cüssəli bu adam professor Qulu Xəlilovun təbirincə desək, əriyib çöpə dönmüşdü. 

… Mən 1989-cu ildə Soçidən sanatoriyadan qayıdanda məqsədyönlü olaraq Tiflis şəhərində 1 günlüyə gecələdim. Səhərisi gün getdim Şeyx Sənan dağına – gürcü xalqının məşhur şəxsiyyətlərinin dəfn edildiyi qəbristanlığa. Bilirdim ki, xalqımızın qanlı düşməni Göbələkyeyənov – görbagor A.S. Qriboyedov orada dəfn edilib. Bilirdim ki, Tehrandakı qiyamçılar o şərəfsizi, it küçüyünü tikə-tikə doğrayıb qisas almışdılar. Mən isə A.S. Qriboyedovun xalqımıza qarşı törətdiyi cinayətin əvəzinə ona lənət oxudum, baş daşına 3 dəfə tüpürdüm və bundan sonra ürəyim rahatlaşdı. Təəssüf ki, A.S. Qriboyedovun xalqımıza qarşı törətdiyi cinayət başqa məzmunda bu gün də davam edir…

… İndi isə hazırın nazirləri çıxıblar ortalığa. Şuşanın o ağır günlərində ayağını Şuşaya qoymağa cəsarət etməyənlər indi Şuşaya getmək, heç bir xəcalət çəkmədən oraları qəhrəman kimi gəzib-dolaşmaq arzusundadırlar və bu arzularını kimlərinsə əli ilə həyata keçirirlər… Medianın İnkişafı Agentliyində siyahı tutulur və Şuşaya gedənləri dəbdəbə ilə yola salırlar. Halbiki bu ciddi məsələ Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurası rəhbərliyinin zəmanəti əsasında hazırlanmış siyahı ilə öz həllini tapmalıdır. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurası ilə qarşılıqlı əməkdaşlığını daha da genişləndirməli və təkmilləşdirməlidir. 

Yeri gəlmişkən, mən 10 yanvar 1990-cı il tarixində Şuşadan qayıdandan sonra Şuşadakı Studiyamızda jurnalist Vidadi Bağırov fəaliyyətə başladı. O da öz işini qeyrətlə yerinə yetirirdi. Necə lazımdırsa erməni vandallarını efir vasitəsilə qırmanclayırdı. Buna görə də ermənilər rus hərbçilərinin vasitəsilə Vidadini aldadıb apardılar Xankəndinə. Vidadi Bağırov 2 aydan çox Rusiyanın müxtəlif həbsxanalarında işgəncələrə məruz qaldı. Vidadi özü mənə deyirdi ki, türmə kamerasının qapısı açılanda bilirdim ki, gündüz və ya gecədir… Bax belə!

… Adil İrşadoğlu AzTv-nin keçmiş sabiq sədri rəhmətlik Babək Hüseynoğlu ilə dost idi. Babək Ermənistandan Azərbaycana köç edib gələndə işlə təmin olunmaq üçün AzTv-də Sənaye şöbəsinin müdiri işləyən hörmətli və unudulmaz Seyfulla Hənifə oğlu Cəfərovun yanına gəlmişdi. Adil də həmin şöbənin böyük redaktoru idi və Babəklə mütəmadi görüşürdü. Sonra Babək Adilin qonşuluğunda ev aldı. Onların yolu bir oldu, dostluqları dərinləşdi.

Babək Hüseynoğlu

Babəkə ərk eyləyən Adil İrşadoğlu iclasların birində təkliflə çıxış etdi. Dedi ki, ölkəmiz müharibəyə sürüklənib, ciddi itkilər veririk, çox səmərəli işləməli, təbliğatımızı günişləndirməli və gücləndirməliyik. “Gənclik Baş Redaksiyası”nın tərkibindəki “Hünər” verilişləri proqramı əvəzinə AzTv-nin “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nı yaratmalıyıq. İclas iştirakçıları yekdil səslə bu təklifi qəbul etdi. “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın strukturunun hazırlanması işinə başlandı və həmin struktur hökumət tərəfindən təsdiq edildi. Babək Hüseynoğlu “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın baş redaktorluğunu Adil İrşadoğluna təklif etdi. Ancaq Adil bu təklifi qəbul etmədi. Bildirdi ki, mən redaksiyamıza könüllülər dəvət edəcəm, onlardan müxtəlif çəkiliş qrupları yaradacam və öz qrupumu götürüb cəbhə bölgəsinə gedəcəm. Baş redaktorluğa isə Vidadi Bağırovu təklif edirəm. Bundan sonra “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın ilk baş redaktoru Vidadi Bağırov oldu…

Nəhayət nigaran əhali Birinci Qarabağ müharibəsinin gedişatından mütəmadi məlumatlar və video çəkilişlərlə təmin olundu. 1980-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Adil İrşadoğlu 1988-ci ildən 1996-cı ilədək cəbhənin müxtəlif, təhlükəli bölgələrindən yüzlərlə verilişlər hazırlayıb efirə verdi.

Adil İrşadoğlu Füzuli bölgəsində 

əsgərlərlə (1-ci sırada tən ortada)

Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar – Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

İki həftədən sonra – noyabrın 1-də ahıl jurnalist, Qarabağın, Ağdamın simalarından biri olan sevimli dostum Adil İrşadoğlunun doğum günüdür, 69 yaşı tamam olur. Ancaq o jurnalistlik fəaliyyətindən bir an da olsun ayrılmır. Qısaca Adil İrşadoğlu (Əliyev) kimdir?! O, Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və onların işıqlandırılmasında yaxından iştirak etmiş, ancaq sonra inciyərək ondan asılı olmayan səbəblərdən ərizə yazıb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətini tərk etmiş, respublikanın mətbuat orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmış, verilişləri və məqalələri ilə özünə auditoriya qazanmış, qurucusu və ilk baş redaktoru olduğu “De Fakto” qəzetini buraxmaqla xalqımızın dünyagörüşünü inkişaf etdirmiş, Azərbaycanda Vətənpərvərlik  mövzusunda ilk internet televiziyanı – İRŞAD TV – ni yaratmış və ilk baş direktoru olmuş, mətbuatın ən ağrılı, keçid dövründə də qələmindən küsməmiş tanınmış jurnalistdir!

Əziz dostumu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

QEYD: Qədirbilən oxucularımızdan yazı barədə öz fikirlərini bildirməyi xahiş edirəm. Birinci məqaləmi isə aşağıdakı linkə daxil olub izləyə bilərsiniz : https://adilirshadoglu.blogspot.com/2021/08/mn-ona-heyran-qalmisdim.html

Müəllif: LƏTİF VƏLİZADƏ

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).

Bakı, 18.10.2022. / 11-00.

LƏTİF VƏLİZADƏNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru