Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə, xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…
Elə ilk cavabla qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.
MİN İLLƏRİN DOSTU
Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.
GÖYÇƏ GÖLÜNÜN SONASI
İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.
Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır” kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.
PEŞƏKAR QƏLƏM ADAMI
Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.
Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.
O bir qələm adamı olmaqla yanaşı, eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.
Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!
QIRX BEŞİNCİ YAZI Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Ordubad qədimliyi qədər də təbiəti və insanı ilə olduqca unikaldır. Ərazicə elə də böyük olmayan Ordubad əslində sözün tam mənası ilə sanki elə bütöv Azərbaycandır. O Azərbaycan ki, onu Araz ikiyə bölməyib. Əksinə birləşdirib. Ordubad bütün təbiəti, tarixi, insanı, dili ilə vahid, bütöv Azərbaycanın kiçik modelidir mənim üçün. Ordubad insanı bir başqadır. Tamdır. Bütövdür! Sizi bu ecaskar yurdun qəlbi təmiz, ruhu duru, sözü bütöv şair oğlu Əsgər Ordubadlı ilə tanış etmək istəyirəm. Əsgər Ordubadlı – Əliyev Əsgər Ramazan oğlu 1995 – ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Dəstə kəndində anadan olub. Təxəllüsü Əsgər Ordubadlıdır. 2001-ci ildə Ordubad rayon Dəstə kənd 1 nömrəli tam orta məktəbinə daxil olub və 2012 – ci ildə oranı bitirib. 2012-ci ildə hərbi xidmətə gedib. Uşaq yaşlarından ədabiyyata maraq göstərib, elə həmin vaxtlardan da bədii yaradıcılığa başlayıb. “Bizim məhəlləmiz” adlı ilk şeirini 2006 cı ildə yazıb. Mətbuatda ilk çap olunan şeiri “Xocalı soyqırımı ” (“El Həyatı” qəzeti. 2010) . Bundan sonra dövrü mətbuatda şeir və məqalələri, eləcə də onun haqqında yazılar dərc olunub. Məktəb illərində dəfələrlə Ordubad və Naxçıvan müəllif şeir müsabiqələrində uğurla iştirak edib. Naxçıvan dövlət televiziyasının verlişlərində qonaq olub. “Qələm nə danışır”(2009) ,”Axırda peşman sən olacaqsan”(2010) kitabçalarının, “Zülmətdən doğan işıq” (2021) şeirlər kitabının müəllifidir. Bir sıra qəzetlərdə və “Telli Sənəm”, “Yazarlar”, “Xəzan” jurnallarında şeir, məqalə və hekayələri çap olunub. Telli Sənəm jurnalının “Bölgə müxbiri” (2021) olub. “Yazarlar” jurnalının Ordubad bölgə təmsilçisi, YİNŞ – nın Ordubad rayon üzrə sədridir. AKİVİ-nin “Qızıl Qələm “, “Yazarlar”-ın “Ziyadar” və bir çox digar mükafatlara layiq görülüb. Müəllifin kitablarından əlavə “Gözüm yolda könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ “, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880”, “Həyat bizi səsləyir”, “Sevgilim, yuxunu dənizə danış” Poeziya Antologiyalarında şeirləri çap olunub. Hazırda Ordubad rayonunun Dəstə kəndində yaşayır. Subaydır. Özü haqqında belə qısa arayışdan sonra sözü ilə tanış olaq:
KEÇDİ ÖMRÜN İLLƏRİ
Keçdi ömrün illəri Ən xoş bir xatirətək. Xatirəyə aldanıb Ömrü verməzdik gərək.
Yel qanadlı illəri Buraxmazdıq boş keçə. Dünyamız seyrələcək İnsanlar köçə-köçə?
Yox onların yerinə Yeni nəsil gələcək. Qış gedəndə nə olar Başqa fəsil gələcək.
… Mən bir bahar fəsliyəm Doğulmuşam baharda Baharda çiçək açıb Boğulmuşam baharda.
Əsgər çəkmə bu qəmi Vaxtsız gələn dərd keçər. baxma mənə ey gözəl, yoxsa ala gözlərdən Mənə məhəbbət keçər.
Bu ən ağır xəstəlik. Dərmanı yox üstəlik. Dərmansız dərd mən bilən Tez keçsə də sərt keçər…
GEDİR
Yox, mən bu dünyaya bel bağlamaram. Görürsən həyası, arı da gedir. Payızın yağışı əbədi deyil Yaz gəlir dağların qarı da gedir.
Zərrəcə qalmayıb düzlük, etibar, Bəzən sənin olmur səni sevən yar. Bu gün əllərindən bərk-bərk tutanlar Sabah səni qoyur yarıda gedir.
Əsgər var-dövlətə aldanma, qəti, Gördüm sahibi yox neçə şirkəti. Sonunda ağ kəfən olur qisməti Dövləti də gedir, varı da gedir.
BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ
Əzab imiş bu həyatın hər yanı, Məcnun olub hey axtardım Leylanı. Min yol oldum o gözlərin qurbanı, Mənim bəxtim gətirmədi sevgidə.
Sevgi verdim, əvəzində nə gördüm? Öz dərdimi misralara keçirdim. Şeir oldu, vərəqlərə köçürdüm Mənim bəxtim gətirmədi sevgidə.
Hey əl açdım əllərinə çatmadı, Əl açdığım əllərimdən tutmadı. Sevən könlüm xoşbəxtliyi dadmadı, Mənim bəxtim gətirmədi sevgidə.
Doğma idi, özgələşdi yad oldu, Yad ürəkdən ona sevgi doğuldu. Arzularım gözlərimdə boğuldu, Mənim bəxtim gətirmədi sevgidə.
Əsgər bəlkə sevdi deyə suç etdi? “Ömrüm” deyən həyatımı puç etdi. Özgəsinin əlin tutdu, quc etdi, Mənim bəxtim gətirmədi sevgidə.
TARİX YAZAN QƏHRƏMANIM (İntiqam Abdullayevin əziz xatirəsinə)
Tarix yazan qəhrəmanım Tarixini yazıb gəlir. “Köçkün” adın, “qaçqın” adın Alnımızdan pozub gəlir.
Milyonların sevgisindən, inamından güc alıb o. Ucalardan uca olan Pak məqama ucalıb o.
O, can verib, O, qan verib, Qoy yaşasın ana torpaq. Ana torpaq yaşadıqca Öz oğlun da yaşadacaq!
Yox, İntiqam ölməmisən Ürəklərdə adın sağdır. Şəhidliyə ucalanlar Daima sağ qalacaqdır!
QÜRURLA OXU (Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifasından təsirlənərək)
Oxu, mərd döyüşçüm, qürurla oxu! Ana vətən gur səsini eşitsin. Vətənin yol çəkən aranı, dağı Qoy Xudayar nəğməsini eşitsin.
Bitsin bu gün həsrət adlı dünənin, Yadın deyil, bu mənimdir, bu sənin. Xəbər yayın hər yanına vətənin Öz oğlunun gəlməsini eşitsin.
Yağı düşmən qaça bilməz əlindən, Hamımıza əziz olan bu vətən Sizin kimi oğulların dilindən “Sən azadsan! ” kəlməsini eşitsin. QƏHRƏMAN OĞLUM (Vətənin adından Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)
Uyu məzarında nurlar içində Ey vətən sevdalı qəhrəman oğlum. Xalqın ürəyində, xalqın dilində Adın yaşayacaq hər zaman, oğlum.
Tarix oxumadın, yazdın bir başa. Yeni həyat verdin torpağa, daşa. Dedin:- Azərbaycan müstəqil yaşa! Ey vətən eşqindən yaranan oğlum.
Düşmənin başına odlar ələdin, Məhv etdin yağını, qana bələdin. Yalandan vətənə canım demədin, Sən onun yolunda verdin can, oğlum. EŞQ OLSUN! (Yenilməz ordumuzun şanlı Zəfərinə) Ön cəbhədə tarix yazır durmadan Ordumuzun zəfərinə eşq olsun! Düşmənini hər addımda qorxudan Azərbaycan əsgərinə eşq olsun!
Ver komandir daim müjdə xəbəri, Səndə qalıb milyonların nəzəri. Hər gün yeni kənddə açır səhəri Ordumuzun zəfərinə eşq olsun!
Keç Arazın sahilindən sırayla, Zəngilandan qardaşları harayla. Dəstək verir bax Arazdan o tayda Qardaş deyən dillərinə eşq olsun!
İrəli get, səninlədir qayıdış. Ata-baba torpağıdır hər qarış. Bu millətin ordusuna min alqış, Yenilməyən rəhbərinə eşq olsun!
Ümidvaram ki, ünün bütün Azərbaycana yayılacaq, Əsgər. Bütöv Azərbaycanın tanınmış söz adamı, sözü bütöv şairi olacaqsan. Yolun açıq, uğurların bol olsun!
Uşağın şəxsiyyət kimi formalaşmasında valideynlərin, ailənin üzərinə böyük bir yük düşür. Ailə ilk məktəbdir, ailə xalqımıza xas bütün milli-mənəvi dəyərləri, vətənpərvərliyi, ədəb-ərkanla davranmağı, böyüyə böyük, kiçiyə kiçik kimi münasibət göstərməyi öyrədən mənəvi məktəbdir. Müxtəlif ailələr var. Bu ailələrdən yığışan bütün uşaqların yuxarıda sadaladığımız keyfiyyətləri daha sonra məktəbdə davam etdirilir, ortaq doğru bir şəklə salınır. Bu günkü müasir müəllimin öhdəsinə təkcə şagirdlərə təhsil vermək düşmür. Həmçinin müasir müəllimin vəzifəsi şagirdlərə milli təəssübkeşliyi, dosta vəfalılığı, düşmənə yenilməzliyi, vətənin hər qarış torpağı uğrunda canlarından keçməyi aşılamaqdı. Bunlarla yanaşı, müasir müəllim onları muzeylərə, tamaşalara aparmaq, tədbirlər hazırlamaqla şagirdlərdə dünyagörüş formalaşdırır.
Bu sadalananları layiqincə yerinə yetirən müəllimlərdən biri də, Bakı şəhəri 100 nömrəli məktəbin ibtidai sinif müəllimi Aynurə Qəhrəmanovadır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” tədbirlər planına uyğun olaraq 17.03.2022-ci il tarixində sinif rəhbəri Aynurə Qəhrəmanovanın təşkilatçılığı sayəsində 2d sinif şagirdləri Novruz bayramı münasibətilə tədbir qeyd etdilər.
Tədbir milli adət-ənənələrimiz çərçivəsində təşkil olunmuşdu. Sinfi milli əşyaların dekoruyla bəzəyən şagirdlərin sevinci birə-min olmuşdu. Tədbirdə Bahar qızı obrazını canlandıran Xədicə Xanlarzadə tədbirin aparıcılığı ilə yanaşı “Novruz gəlir” mahnısını öz gözəl səsi ilə ifa etməklə bayrama xüsusi rəng qatdı. Şagirdlər kosa, keçəl obrazını yaratmaqla, haxıştalar, yanıltmaclar, tapmacalar söyləməklə, milli musiqi sədaları altında rəqs etməklə xüsusi ovqat yarada bildilər.
Hind folklor nümunəsi “Kəlilə və Dimnə”də belə bir maraqlı məqam var: Döyüşçünün qüdrəti sərkərdəsinə görə, şagirdin biliyi müəlliminə görə bilinir”. Bu günün ikinci sinif şagirdlərinin tədbirdəki yüksək səviyyədə çıxışları sinif rəhbəri Aynurə Qəhrəmanovanın 2d sinif şagirdlərini yüksək səviyyədə hazırlamasını göstərir və onların gələcəkdə uğurlar qazanmasından işarə verir.
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!! Atalar, qızlara siz ad verəndə, Elə ad vein ki, bəxti yar olsun! Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Sükeydə, Fəğanə, adı verməyin, Bəxtinin yoluna “cadu” hörməyin, Uğurlu bir adı əsirgəməyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Adı elə seçin, Aydan bac alsın, Ayağı zəmində, göyə ucalsın, Adıyla qarıyıb, xoşbəxt qocalsın, Elə ad verin ki, bəxti yar olsun! * * * Əridib gözünün, nurun qarəsin, Zaur “Ustac” ilə tapıb çarəsin, Hamı xoşbəxt istər ciyərparəsin, Elə ad verin ki, bəxti yar olsun! 04.05.2020 – Bakı ş. Müəllif: Zaur Ustac
BİLMƏK OLMUR Çox uzatma mәktubların arasını, Qaşla gözün arasını bilmәk olmur. Bu hәyatda bizә düşәn sәadәtin, Bütövünü, parasını bilmәk olmur. * * * Baş açmıram ağladırmı, güldürürmü? Yaşmı verir, göz yaşını sildirirmi? Dünya bizi sağaldırmı, öldürürmü? Mәlhәmini, yarasını bilmәk olmur. * * * Bulaqların sәrinliyi qalır hәlә, Dәnizlәrin dәrinliyi qalır hәlә, Arzuların şirinliyi qalır hәlә, Bu dünyanın sonrasını bilmәk olmur.
ZAMAN Zamana nə var ki, vaxta nə var ki, İstəsə, tökəcək gözlərimizi. İstəsə, göz üstə qaş düzəldəcək, Bu daşı bir zaman quma döndərib, Bu qumdan bir zaman daş düzəldəcək. * * * Bir də görəcəksən, dönüb geriyə, Kotan düzəldəcək, xış düzəldəcək. Bir də görəcəksən, çıxıb qabağa, Dəmirdən düşünən baş düzəldəcək. * * * Huşu yerindədi, huşsuz qalmaz o, Yeyər nəsilləri, dişsiz qalmaz o. İşini biləndi, işsiz qalmaz o, Yox yerdən özünə iş düzəldəcək.
GƏLİRƏM Duyğuların zirvəsinə baş vurub, Uca sözün ucasından gəlirəm. Gör nələr var üçcə hərfin canında, “Söz”ün bircə hecasından gəlirəm. * * * Ömür üzən, gün qocaldan, yaş yoran, Dincəlməyə aman verə, kaş, yoran. Sualların saç ağardan, baş yoran, “Neyçün”ündən, “necə”sindən gəlirəm. * * * Danışdırdım hər pərdəni, hər simi, Dərk eylədim avandımı, tərsimi. Məktəb açdı, Tanrı verdi dərsimi, Ustadından, xocasından gəlirəm. * * * Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün, Hünərin var qapısından gir ömrün. Yuxusuna haram qatmış bir ömrün, Min yuxusuz gecəsindən gəlirəm. * * * Süzülmüşəm tarixlərin ruhundan, Od almışam yananların ahından. İnsanların Adəmindən, Nuhundan, Cavanından, qocasından gəlirəm. * * * Qorxusu yox nə amanın, nə ahın, Günəşi var hər açılan sabahın. Qapısında xidmətçiyəm Allahın, Qapısından, bacasından gəlirəm.
Bu gün onların da bayramı… Ruhunuz şad olsun, Qardaşlar… VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış…
Tanınmış şair Rəfiqə Qasımqızın “Utancaq bənövşələr” kitabı Özbəkistanın dəyərli tərcüməçi şairi,Gülzira xanım Şaripovanın tərcüməsində özbək dilində “Hayoli binafshalar”adı ilə nəşr olunub.
YAZARLAR olaraq, bu münasibətlə hər iki dəyərli yazarımızı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Dünya şöhrətli rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığının öyrənilməsi Türkiyədə davam etdirilir. Bakı- İstanbul 14 03.2022 Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlt Agentliyinin dəstəyi ilə Milli Mədəniyyətin Təbliği ictimai birliyi dünya şöhrətli rəssam İbrahim Safinin Avropada yaşadığı dönəmi tədqiq edir . Təşkilatın rəhbəri filologiya üzrə fəlsəfə doktoru. Jalə Cəfərova ilk addımını Türkiyədən başladı. Niyə məhz Türkiyədən sualına. “ İbrahim Safi ömrünün 65 ilini Türkiyədə ysşahıb. 39 ildir dünyasını dəyişən böyük sənətkar haqqında məlumat əldə etmək çox çətindir. Ancaq xoşbəxtlikdən onun haqqında hələ lap gənc yaşlarında mətbuatda daim məqalələr yazımış bu gün də sayğlyla xatırlayan Moşe Qrosman və 89 yaşlı ailə dostu, uzun illər İbrahim Safinin icazəsiylə imzasını çəkən Həbib Gerazdan , rəssam Timur. Taştekindən faydalı məsləbətlər almalıydım və ala bildim.
Növbəti səfər. Yunanıstan və ardından Paris olacaq. Bütün toplanan bilgilər layihənin sonunda kitab şəklində oxuculara təqdim olunacaq.
Gözəlliyə baxanda Gözəlliyə baxanda yorğun gözüm dincəlir, Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir. Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir, Bu vurğunluq tanrıya can almağımdı mənim. * * * Mənzilə çatdırmadı yollarımın kəcliyi, Vədəsiz yola saldım rahatlığı, dincliyi, Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi, Ürəyimi yer-yerdən qanatmağımdı mənim. * * * İndi peşman, pəjmürdə öz qəlbini dinləmək, Bu sozalan yaddaşı təzələmək, çinləmək. Odu sönən illəri təzədən yelpikləmək, Uyumuş duyğuları oyatmağımdı mənim. * * * Gözümün vərdişidi bulaqtək duru axmaq, Qəlbi içdən közləmək, ruhu yandırıb yaxmaq. Yaşımın bu çağında gözəl qız sənə baxmaq, Yanar lalə üstünə qar atmağımdı mənim. * * * Sürəklərdə teylənib ovdan aralı qalan, Ocağı öləziyən, gülü saralı qalan. Nə yarada bilər ki, yardan yaralı qalan, Bu andığım ğrılar yaratmağımdı mənim.
ÜRƏYİM Sevgi uma-uma daşa yamandı, Taleyi, iqbalı daşlı ürəyim. Döndü bir ümmana, çağladı, coşdu, Kükrədi, köpürdü, daşdı ürəyim. * * * Göz açdığım gündən sevgiyə çəkdi, Bu boyda ağrını o niyə çəkdi?! Məni toya çəkdi, şənliyə çəkdi, Bircə yol gülmədi yaslı ürəyim. * * * Əyri cığırlarda vaxtı yubatdı, Nə mənzilə yetdi, nə kama çatdı. Gecəni əritdi gündüzə qatdı O qançır gözləri yaşlı ürəyim. * * * Yaralı bir quşdu qəfəs sinədə, Baxmır saçlarıma düşən dənə də. Kövrək bir buluda dönüb yenə də Payızlı, çiskinli, qışlı ürəyim. * * * Ilahi bir gözəl durur qarşımda, Təzə bir sevdanın odu başımda… Anamı ağladır əlli yaşımda Mənim bu on yeddi yaşlı ürəyim!!!
SƏN… Sən taleyin bəxş etdiyi töhfəsən, Bir təkrarsız, bir ilahi lövhəsən. Şairini aparanda məhvə sən İnsafı da, mürvəti də unut get Üzündə ay, saçlarında bulud get. * * * Nə şumalsan, rəndədənmi çıxmısan, Allahdanmı, bəndədənmi çıxmısan? Aymı, günmü yoxsa sənmi çıxmısan? Dünya belə yaraşığı görməyib, Üzündəki bu işığı görməyib. * * * Səni gördüm huşum çıxdı başımdan, Bir qərinə yaşım çıxdı yaşımdan. Alov qalxdı torpağımdan, daşımdan, Közlənərsən, alışarsan çıxıb get, Mən fağırı birdəfəlik yıxıb get. * * * Mən üzülsəm möcüzədən, sehirdən Sənin kimi tanrı yazan şeirdən, Əzrail da gəlib çıxar böyürdən. Varağından qaralayar adımı, Gözlərimdə kül eləyər odumu. * * * Musa, bəlkə sözün çatdı hədəfə, İnci düzdün, ürək üzən sədəfə Nişangahda əlin əsir hər dəfə, Ömrün boyu vurammırsan onluğu, Sona qədər izləmirsən sonluğu!