Yeganə QURBANOVA-XANLAROVA – BAHAR ÇƏLƏNGLİ, MİLLİ ATRİBUTLU NOVRUZ TƏDBİRİ

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

BAHAR ÇƏLƏNGLİ, MİLLİ ATRİBUTLU NOVRUZ TƏDBİRİ

Uşağın şəxsiyyət kimi formalaşmasında valideynlərin, ailənin üzərinə böyük bir yük düşür. Ailə ilk məktəbdir, ailə xalqımıza xas bütün milli-mənəvi dəyərləri, vətənpərvərliyi, ədəb-ərkanla davranmağı, böyüyə böyük, kiçiyə kiçik kimi münasibət göstərməyi öyrədən mənəvi məktəbdir. Müxtəlif ailələr var. Bu ailələrdən yığışan bütün uşaqların yuxarıda sadaladığımız keyfiyyətləri daha sonra məktəbdə davam etdirilir, ortaq doğru bir şəklə salınır. Bu günkü müasir müəllimin öhdəsinə təkcə şagirdlərə təhsil vermək düşmür. Həmçinin müasir müəllimin vəzifəsi şagirdlərə milli təəssübkeşliyi, dosta vəfalılığı, düşmənə yenilməzliyi, vətənin hər qarış torpağı uğrunda canlarından keçməyi aşılamaqdı. Bunlarla yanaşı, müasir müəllim onları muzeylərə, tamaşalara aparmaq, tədbirlər hazırlamaqla şagirdlərdə dünyagörüş formalaşdırır.

Bu sadalananları layiqincə yerinə yetirən müəllimlərdən biri də, Bakı şəhəri 100 nömrəli məktəbin ibtidai sinif müəllimi Aynurə Qəhrəmanovadır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” tədbirlər planına uyğun olaraq 17.03.2022-ci il tarixində sinif rəhbəri Aynurə Qəhrəmanovanın təşkilatçılığı sayəsində 2d sinif şagirdləri Novruz bayramı münasibətilə tədbir qeyd etdilər.

Tədbir milli adət-ənənələrimiz çərçivəsində təşkil olunmuşdu. Sinfi milli əşyaların dekoruyla bəzəyən şagirdlərin sevinci birə-min olmuşdu. Tədbirdə Bahar qızı obrazını canlandıran Xədicə Xanlarzadə tədbirin aparıcılığı ilə yanaşı “Novruz gəlir” mahnısını öz gözəl səsi ilə ifa etməklə bayrama xüsusi rəng qatdı. Şagirdlər kosa, keçəl obrazını yaratmaqla, haxıştalar, yanıltmaclar, tapmacalar söyləməklə, milli musiqi sədaları altında rəqs etməklə xüsusi ovqat yarada bildilər.

Hind folklor nümunəsi “Kəlilə və Dimnə”də belə bir maraqlı məqam var: Döyüşçünün qüdrəti sərkərdəsinə görə, şagirdin biliyi müəlliminə görə bilinir”. Bu günün ikinci sinif şagirdlərinin tədbirdəki yüksək səviyyədə çıxışları sinif rəhbəri Aynurə Qəhrəmanovanın 2d sinif şagirdlərini yüksək səviyyədə hazırlamasını göstərir və onların gələcəkdə uğurlar qazanmasından işarə verir.

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir