“HƏ” DEYƏSƏN KAŞ MƏNƏ BİRCƏ KƏLMƏ
Qınamasın bu oba, bu el məni,
Gəl, ürəkdən, sən də, gülüm, duy məni.
Çox eşitdim dilindən xoş kəlməni,
Söylə mənə bu sözü gəl, çox bilmə,
“Hə” deyəsən kaş mənə bircə kəlmə.
Nurla yuyur düz-dünyanı- Ay oyaq,
Qəlbimizi biz də bu nurda yuyaq.
Ay ulduzla gəlib görüşən sayaq,
Gəl görüşək, bu gün yuxuma gəlmə,
“Hə” deyəsən kaş mənə bircə kəlmə
Sevgi qəlbdə toxum salan gül-çiçək,
İnadını boşla getsin, gəl, əl çək!
Gözlərindən göz yaşını silən tək,
Saf eşqini ürəyinə yaz, silmə,
“Hə” deyəsən kaş mənə bircə kəlmə
İldırım, sevgidən hər kəs halıdı,
Söz var ki, sözlərin qəndi, balıdı.
Həyat göz oxşayan gözəl xalıdı,
Sən də xoş sözünlə ona vur ilmə,
“Hə” deyəsən kaş mənə bircə kəlmə.
Müəllif: İldırım Əkbəroğlu
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru