“Sən öl”ü, “sağ ol”u bəlli, yaranandan üzü bəri yasında Yasin oxunan, toyunda tüfəng atılan – şəhərim! Dünyanı bazara çıxaran, dünya bazarında satılan – şəhərim! Yuxarı başına keçən kafirə yuxarıdan aşağı baxan, Allahdan da çəkinməyən, bircə əsarətdən qorxan! Ağ alınlı qızılı atların vətəni, seyid cəddinə içilən andların vətəni! Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun… Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! Şükür külünə, şükür qayıdış gününə! Sevincdən ağlımız çaşıb, yüz min dəliynən gəlirik. Bir “Uzundərə” havası çal, çıx Bərdə yoluna – Uzundərəynən gəlirik!..
Yer üzünün cənnəti … Fərəh taleyi kimi qaranlıga qərq olmuş həyətə girdi . Gözlərinin yaşını silib ,əlləri əsə -əsə qapını açdı. İçəri keçib bir – bir otaqların işıqlarını yandırdı .İllərin köhnəliyini , daşın – divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh . Yarıac – yarıtox, əziyyətli amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan ..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi görəsən? Nə qədər haraylasa da geri dönmədi? Fərəhgil ailədə beş nəfər idilər . Ata – anası , bir bacısı ,bir qardaşı vardı Fərəhin . Var idi , amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale . Bir gün məktəbdən sevincərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi . Kəndlərində məktəb olmadıgından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcıgazın o zaman yeddi yaşl vardı .Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı. Mehriban ,sakit ,kasıb ailədən idi Fərəh Ailədə olan o sevgi ,o mehribançılıq ailənin xoşbəxliyi idi . Təzə – təzə xəbər yayılmışdı ki , mənfur qonşular müharibəyə başlayıblar.Hər kəs ehtiyyatlı olmaga çalışırdı. Səhər – səhər anası onun məktəbə getməyini istəməsə də , Fərəh bu gün getməsi üçün icazə istəmişdi. – Qızım ,bu gün dərsə getmə .Vəziyyət heç ürəkaçan deyil . – Olar ana,bu gün gedim ? sabah getməyəcəm söz verirəm . Anası balaca qızcıgazın elmə olan sevgisi qarşısında erimişdi.Qızının gələcəyinin parlaq olacagını hiss edirdi.Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı.Bu onun ailəsi ilə son görüşü idi . Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz.Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda ,bir Allah bilir. O da onlarla ” ölmüş” dü.Gah atasının ,gah anasının ,gah körpələrin yanına qaçan zavallı öz balaca aglıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadıgını görən Fərəh qorxmaga başlamışdı artıq .Qaçıb qonşuları Talıb babanı çagırdı.Cavab olmadıgından Nüsrət əmini , Lalə xalanı harayladı . Yox heç kim yox idi . Yaxınlıqda güllə səsləri eşidilirdi . Qorxuya düşüb evə qaçdı . Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi . Öz aralarında nəsə danışırdılar . Budur biri evə dogru gəlir . . Fərəh qaçıb sınıq çarpayının altında gizləndi . Evdə salamat heç nə yox idi . Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi . Evə girən yaraqlı türkcə o birinə : – Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi . Çıxıb getdilər . Fərəhin ömürünü çalıb getdilər . Xəyallarını , ümüdlərini , taleyini məhv edib getdilər . Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada – islada sınıx -salxaq bir bel tapıb gətirdi . Uşaqların sevərək oynadıgı yerdə onlara balaca çala qazdı . Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə , beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu . Yaşından tez böyümüşdü Fərəh . Hər şeylə maraqlanır , uşaq aglıyla mükəmməl qərarlar verirdi . Çox səbrli , fərqli bir uşaq idi Fərəh . Bəlkədə Tanrı onu əvvəlcədən verəcəyi bu “ mükafat” a hazırlayırdı. Burada qalmagın təhlükəli oldugunu da yaxşı bilirdi . Onların üstünü torpaqlayıb yerdə əyləşdi . Sanki yuxuda idi . Dayanmadan hıçqıraraq agladı . Üzü gecəyə gedirdi . Cansız bədənlər yanında qalmaq onu qorxutmaga başlamışdı . Ona görə tez – tələsik onları basdırmalı idi . Birinci atasına yaxınlaşdı . Alnından öpdü . Sonra anasına yaxınlaşıb gözündən öpdü . Buza dönmüş cəsədlər onu üşütməyə başladı . Onlara qəbir qaza bilməyəcəyini bilirdi . Nə edəcəyini də bilmirdi . Çox çarəsiz qalmışdı . Onları burda qoyub getməliydi . Son dəfə ata – anasının qana bulaşmlş soyuq bədənlərini qucaqladı . Onlara kömək edə bilmədiyi üçün üzr istədi . Arxaya baxmadan kənd boyu qaçdı . Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bagrına basaraq agacların arasında oturdu . Qaranlıq düşmüşdü . Kəndi heyvanların səsi götürmüşdü . Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi. Tale üzünə gülmüşdü bu balaca mübariz qızın . Əsgərlərimiz onu tapıb xilas etmişdilər . İllərlə vətən eşqi ilə, ata – ana yangısı ilə yaşamışdı Fərəh. Fərəhi tanıyanlar bu savadlı , talehsiz qızcıgazdan köməklərini əsirgəmirdilər . İllərlə üzərində qaçqın damgasıyla yaşayan Fərəhin bir arzusu vardl . Evlərinə dönmək . Artıq ali təhsilini də almışdı . Jurnalist idi acı tale yaşayan o balaca qızcıgaz artıq . Və günlərdən o gün gəldi. 44 günlük , ordumuzun zəfər çaldıgı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu. Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi . Hər yer dagınıq , sınıq – sökük . Yerə tullanmış əşyalardan bir ikisini qaldırdı . Hamısı nəmişlikdən tələf olmuşdu . İllərin izi vardı üzərlərində . 23 il.. Acılı , agılı, nakam illərin. Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da . Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir – bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sıgallayırdı . Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dagılmış kiflənib yumaga dönən ərzaqlar. Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?.. Əlinə saralmış , amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür – hönkür agladı. – Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda . -Qaçqın olmaq bilirsənmi nədi ay ata? Öz vətənində qaçqın olmaq qədər agrılı heç nə yoxdu . -Qaçqın adını bizə kim qoydu , ay ana? – Öz vətənimizdə niyə yad olduq , ay ata? – Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq , yardımlarla yaşadıq . Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata – ana , bacı – qarda nisgili ilə yaşaqdıq . Öz Vətənimzdə vətənimizi axatardıq . Doguldugumuz torpagımızın həsrətini illərlə çəkdik . – Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə? Şəkillərlə danışa – danışa həyətə düşdü. Zərif , zəif əlli, şir ürəkli , 7 yaşlı Fərəhin qazdıgı çalaları axtardı ..Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpagı qoxladı, öpdü. Əllərilə yavaş – yavaş torpagı qazmaga başaldı. Bir möcüzə gözlədi. bir möcüzə.. Axtardı,axtardı uşaqların sümüklərini tapdı . Ürəyi əsə – əsə gətirdiyi torbaya yıgıb maşına qoydu. Kənd məzarlıgında basdıracaqdı . Geri dönüb yenidən həyətə uzun – uzadı baxdı .baxdı . – Sagol , mənim uşaqlıgım , sagol mənim varlıgım, sən sadiq oldun .bacı – qardaşımı qorudun …Yer üzününün cənnəti sən idin.. Atamın ,anamın ,bacı – qardaşımın hüzur tapdıgı ,mehribançılıgı , sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz , Cənnət qoxulu torpagım…
İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin üzvü, tanınmış yazıçı, şair və publisist Eluca Atalının (Mədinə Hüseynova) 55 yaşı tamam olur.
İsveçin paytaxtı Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan yazar ”Atlara güllə atmayın” “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda” kitablarının, ”Qız və quzğun”, ”Ağ gəminin kapitanı”, “Ənqa quşu” uşaq əsərlərinin, “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusunun, “Azərbaycanda ədəbiyyat: formalaşması, inkişafı, müasir dövrü və meylləri” adlı doktorluq işinin müəllifidir. O, xaricdə Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi-sosial mövzularla bağlı mütəmadi olaraq xarici mətbuatda və sosial media şəbəkələrində çıxış edir.
Qeyd edək ki, yazıçı 1966-cı il noyabrın 19-da Azərbaycanın Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.
Diasporla İş üzrə Dövlət Komitəsi tanınmış yazarı və diaspor hərəkatının fəal üzvlərindən biri olan Eluca Atalını yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür və yaradıcılığında davamlı uğurlar qazanmağı arzulayır.
Biz də bu təbrikə qoşulur, Eluca Atalıya yeni-yeni nailiyyətlər arzu edirik!!!
1. Hekayələr bu il (2021-ci ildə) yazılmış olmalıdır.
2. Mövzu və yaş məhdudiyyəti yoxdur. Daha əvvəl dərc olunmuş hekayələr də müsabiqədə iştirak edə bilər.
3. Hekayə qəbulu bu gündən başlayaraq bu ilin dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.
4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.az saytında dərc olunacaq. Qaliblər təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Münsiflərin adı gizli saxlanılacaq. Qaliblərin adları bəlli olduqdan sonra münsiflər heyətinin də adları açıqlanacaq. Hekayələr münsiflərə anonim imza ilə təqdim olunacaq. Qaliblərdən biri Kulis.az saytının oxucuları tərəfindən seçiləcək.
5. İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) kulis@lent.az ünvanına göndərməlidirlər. Hekayənin müsabiqə üçün göndərilməsi mütləq qeyd olunmalıdır.
6. Hər iştirakçı yalnız bir hekayə göndərə bilər.
7. Qaliblərin adı 2021-ci il dekabrın 29-da açıqlanacaq. Mükafatlandırma mərasimi həmin gün saat 15.00-da APA Holdinqdə keçiriləcək.
Mükafatlar:
Birinci yerin qalibi – 1000 manat,
İkinci yerin qalibi – 800 manat,
Üçüncü yerin qalibi – 500 manat pul mükafatı ilə mükafatlandırılacaq.
Kulis.az oxucuları tərəfindən onlayn formada seçiləcək qalib isə 300 manat pul mükafatı ilə mükafatlandırılacaq.
1. Leyla xanım siz çox orijinal qadınsınız. Başqalarına bənzəməmək çətindirmi? Çox maraqlı komplimentdir… Əslində başqalarına bənzəməmək, özün olmaqdan asan nə var ki? Sadəcə özün olursan. Amma bir məqam da var – hər bir insan, özü də bilmədən kiməsə bənzəyə bilər. Xüsusilə də, valideynlrinə, nənə-babalarına və s. Bu DNK ilə gələn bənzərlikdir. Təbiidir. Amma hansısa bir məşhura özünü oxşatmaq – ən uğursuz niyyətdir. İstər zahirən, istər daxilən.Çünki hər insan məhz özünəməxsusluğu ilə maraqlıdır. 2. Anlatmaq çətindir yoxsa anlanmaq? Məncə, hər ikisi eyni dərəcədə. Baxır kimə və nəyi anlatmaq istəyirsən və ya kim tərəfindən anlanmaq istəyirsən. Bəzən bu o qədər müşkül, ən əsası isə lazımsız bir işdir ki, əziyyətinə dəyməz. Qəlbən, ruhən səninlə eyni dalğada olanlar səni yarısözdən anlayacaq. Başqalarına isə vaxt itirməyə dəyməz… 3. Şərqşünas olmaq istəyirdiniz yoxsa tərçüməçi? Əslində ixtisasım elə iki peşənin simbiozudur, yəni şərqşünas-tərcüməçiyəm. Amma tale elə gətirdi ki, əsasən tərcüməçi kimi fəaliyyət göstərirəm. Özü də fars dilindən deyil, Azərbaycan dilindən rus dilinə və rusdan Azərbaycana. Və bu işi çox sevirəm. Gənc vaxtında hobbi kimi başladığım bir iş sonra çörək ağacım oldu. Bu günə qədər yadımdadır – ilk tərcümə etdiyim əsər atamın “Haram pul” adlı povesti idi. “Literaturnı Azərbaycan” jurnalında çap olundu. Mən 9-cu va ya 10-cu sinifdə oxuyurdum… Bəlkə, atam məndən çox fəxr edirdi… Məndən çox sevinirdi. Mən isə, açığı, daha çox ilk qonorarıma sevindim. Əməlli bir məbləğ idi. Təxminən 100 rubl. Çox fikirləşdim, ilk qazancımı nəyə xərcləyim ki, yadda qalsın… Evimizin yanındakı Passajda xırda dükanlar var idi. Biri – güzgü mağazası idi. Gözüm çoxdan böyük divar güzgüsünə düşmüşdü, elə 100 rubl idi qiyməti. Nə isə, onu aldım. Elə indi də həmin güzgü durur, koridorda asılıb 4.Dilləri gözəl bilirsiniz. Bu bir istedaddır yoxsa daimi mütaliə? Dil öyrənmək çətin iş deyil. Mütaliədən çox canlı ünsiyyət, mühit kömək edir. Axı körpə uşaq, təbii ki, mütaliə etmir, amma böyük adamdan tez dil öyrənə bilir. Özümü tanıyandan iki dildə danışmışam – anamla rus dilində, atamla və qardaşımla Azərbaycan dilində. Atam icazə vermirdi evdə anamdan başqa kiminləsə rus dilində danışaq. Üstəlik, çox gözəl mühitdə böyümüşəm. Hüsü Hacıyev 19 (indiki Azərbaycan prospekti) ünvanında yerləşən Yazıçılar binasında dünyaya göz açıb boya-başa çatmışam. Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, İlyas Əfəndiyev, Qabil, Kamal Talıbzadə, Əliağa Kürçaylı, Bayram Bayramov, Qasım Qasımzadə, İsa Muğanna və digər yazıçılar bu binada yaşayırdılar. Biz, uşaqlar yaşıd idik. O vaxt bizlərdən, demək olar ki, heç kim bağçaya getmirdi. Bütün günü həyətdə oynayardıq, yəni lap uşaqlıqdan, dil açandan bir yerdə idik. Atalarımız dost idi, biz də dostluq edirdik. Sanki bir ailə idi Hüsü Hacıyev 19. Ən xoş xatirələrim bu dövr ilə bağlıdır. Sözümün canı odur ki, yazıçıların uşaqları, təbii ki, öz aralarında da Azərbaycanca danışırdılar. Başqa cür ola da bilməzdi axı. Rus dilinə gəldikdə… anam rusdur və təbii ki, rus dili də mənə doğmadır. Məktəbdə ingiis dilini keçirdik. Qardaşım şərqünaslıqda oxuyurdu, məndə də fars dilinə həvəs oyandı, məktəbi bitirəndən sonra sənədlərimi Şərqşünaslıq fakültəsinə verdim. Uzun sözün qısası, dil bilmək – istedad deyil. Savadlı insan bir neçə dil bilməlidir. 5. Necə oldu ki müxtəlif peşələrə yiyələndiniz? Tale elə gətirdi… İnstitutu bitirəndə “Yazıçı” nəşriyyatında işə düzəldim. O vaxt orada yeni şöbə açmışdılar – ərəb əlifbası ilə kitab nəşri. İxtisasıma uyğun idi. Nəşriyyatın direktoru rəhmətlik Əjdər Xanbabayev, baş redaktoru Sabir Rüstəmxanlı idi. Uzun müdddət redaktor, sonra böyük redaktor kimi çalışdım. Sonra Mətbuat komitəsində (indiki Mətbuat nazirliyi), Gənclik nəşriyyatlnda işlədim… Sonra yenidənqurma başladı, maddi çətinliklər yarandı. Məcbur oldum 2 yerdə işləyim – səhərlər Fars təmayüllü gimnaziyada müəllim, məktəbdən sonra – Günay qəzetində tərcüməçi. Sonra fəaliyyətimi reklam sahəsiylə bağladım və s. Açığı desəm, müxtəlif peşələrə yiyələnməyim hər zaman maddi durumla bağlı olub. 1-ci həyat yoldaşım 45 yaşında rəhmətə gedib, uşaqlara həm ana, həm ata olmaq məcburiyyətindəydim. Yəni pul qazanmalıydım. Səmimi desəm, səbəb bu idi əslində. 6. Sizin bir şəkliniz məni cəlb etdi bir dəfə. Dərin xəyala dalıb çoox uzaqlara baxırdınız. Olur belə hallar? Xəyala dalmaq hər adama xasdır, amma mən xəyala dalanda uzaqlara baxmıram. Yəni o qədər romantik deyiləm. Şəkildə, çox güman poz verirdim 7. Sİz müasir həyatla çox gözəl ayaqlaşa bilirsiniz. Bunu necə bacarırsınız? Bəlkə özümü daxilən gənc hiss edirəm, ona görə. Gənclərlə daha çox ünsiyyətdə oluram, işləyirəm. Şəxsən mən onlardan çox şey öyrənirəm. Söhbət əlbəttə ki, ziyalı, peşəkar gənclərdən gedir. 8. Nədən inciyirsiniz? Nəyi qəbul edə bilmirsiz? Əslində təbiətcə çox küsəyənəm. Məktəbdə kimsə, məsələn, müəlimə 1-ci dərsdə mənə acıqlananda ya “4” yazanda axırıncı dərsə qədər ağlayırdım. Məndən asılı deyidi. Nəinki, kiminsə acı sözü, hətta tonu belə məni yaralaya bilər. Sonra həmin an kinolent kimi 1 saat deyil, 1 gün deyil, bir neçə gün gözümün önündə canlanır, məni incidir. Çox əziyyət çəkirəm buna görə. Kobudluğu, tərbiyəzisliyi və namərdliyi (həm kişilərdə, həm qadınlarda) qəbul etmirəm. 9. Sizi aldatmaq olar? Bəlkə bəxtim gətirib, bilmirəm. Yəni bir o qədər də aldanmamışam. Amma, təbii ki, olar. Hər adamı aldatmaq olar. 10. Sizin rus dilinə etdiyiniz tərcümələr demək olar ki,mükəmməldir. Təhsili rus dilində almısınız? Bəli, rus dilində təhsil almışam. Anam da milliyətcə rus olub. Atam məni rus bölməsinə vermək istəmirdi, qardaşım Azərbaycanca təhsil alıb. Burada həlledici məqam o oldu ki, atam məktəbdə keçirilən valideyn iclaslarına getmirdi. Moskvadan gələn anam isə həmin iclaslarda kompleks keçirirdi, çünki o vaxt dili bir o qədər də mükəmməl bilmirdi. Atama dedi ki, onda iclaslara sən gedərsən. Atam razı olmadı. Beləliklə, məni 189 nömrəli məktəbə göndərdilər. Son vaxtlar bir çox insan rus bölməsinin əleyhinə çıxış edir. Mən düşünürəm ki, insan istənilən dildə təhsil ala bilər. Önəmlisi təhsilin keyfiyyətidir. Bizim məktəb o vaxt çox güclü məktəb idi, çox yaxşı müəllimlərimiz var idi. Ömrümün sonuna qədər onlara borcluyam. 11. Sizin soyadınız Azərbaycanda çoxlarına məlumdur. Yəni atanız Salam Qədirzadəni hamı tanıyır. Atanız haqda maraqlı xatirələriniz olmamış deyil… Atam haqqında o qədər xatirələr var ki… Hər zaman onları təbəssümlə xatırlayıram, amma eyni zamanda çox kövrəlirəm… Çox incə yumoru var idi. Atam, Əliağa Kürçaylı, Qabil və Mehdi Məmmədovun qardaşı Teymur Məmmədov möhkəm dost idilər. Bir gün Qabilin Nəsimi poeması çapdan çıxır. Kitabı avtoqrafı ilə yaxın dostlarına hədiyyə edir. Ağarəhim adlı bir Buzovnalı kişi var idi, şofer idi. Ədəbiyyatı çox sevirdi. Atamgili tez-tez qonaq çağırırdı, həyat yoldaşı yaxşı qutab bişirirdi. Qabil atama deyir ki, könlümdən qutab keçir, dur gedək Ağarəhimgilə. Elə kitab da bağışlayaram ona, qoy kişi sevinsin. Nə isə, gedirlər. Yolda Qabil deyir ki, “heç bilmirəm kitabda nə yazım Ağarəhimə. Nəsə səmimi bir söz olsun. Məsləhət ver!” Atamda dərhal cavab verir: “Yaz “al kitabı – ver qutabı” Ən səmimisi elə budur. 12. Valideynləriniz əsl sevgi yaşayıblar. Ananız milliyyətcə rus olaraq Salam müəllimə həmişə sadiq həyat yoldaşı olub. Maraqlıdır, onlar necə tanış olublar? Anam təzə rəhmətə gedib. Çox kövrəlirəm haqqında danışanda… Tanışlıqları barədə tez-tez danışardı… Atam Qorki adına Ədəbiyyat institutunda oxuyub. Nəbi Xəzri, Əli Kərim, İsa Muğanna ilə bir yataqxanada qalırdılar. Yataqxana Peredelkino qəsəbəsində yerləşirdi. Hər səhər elektrik qatarı ilə Peredelkinodan Moskvaya, instituta gedəndə qatarda bir qız görürdülər, yolboyu kitab oxuyurdu. O, mənim anam idi. Vnukovo kəndindən Moskvaya işə gedirdi. Beləcə qatarda tanış oldular. Anam Bakıya gələndə Səməd Vurğunla görüşünü hər zaman xatırlayırdı. Atamla Yazıçılar İttifaqının pilləkənlərində Səməd Vurğunla rastlaşıblarmış. Atam Səməd Vurğuna deyib ki, tanış olun, mənim həyat yoldaşımdır. Təzəcə evlənmişik, Moskvadan gəlib. O da anama baxıb rusca deyib ki “Lyubov pobedila Rodinu” (Məhəbbət Vətənə qalib gəlib). Anam bu sözləri tez-tez xatırlayardı… 14. Ən çox sevdiyiniz rəng? Təbiətdə saf, təmiz rəngləri sevirəm – ağacların, otun yaşıl rəngini, göyün, dənizin mavisini. Geyimdə çox şey insanın ovqatından asılıdır. Bəzən heç kimin diqqətini cəlb etmək istəmirsən – boz geyinirsən. Kədərə bürünəndə qara sənə həmdərd olur. Sevinəndə – qırmızı. Ümumiyyətlə, yayda parlaq, əlvan rənglərə üstünlük verirəm. 15. Siz televiziya işçisi olaraq TV kanallarımıza nə tövsiyyə edərdiniz? İnsanların zövqünü, səviyyəsini inkişaf etdirən verilişlərə üstünlük vermək. Reytinqin dalınca qaçmamaq. Təəssüf ki, baxış sayı, reytinq bu gün həlledici amillərdir. Jvanetskinin bir sözü var idi – “reytinq üçün təkcə ağıllı adam azdır, bizə adamların hamısı lazımdır”. Çalışaq ki, hamı ağılı olsun, zövqlü olsun. 16. Musiqi zövqünüzü televiziyada sizin verilişlərindən müəyyən etməkolur. Amma yenə də bilmək istərdim musiqiyə münasibətiniz. Musiqini sevməmək olarmı?
O, ruhumuzun səsidir. Sevincimizə, kədərimizə şərik olanımızdır. Bizə təsəlli verənimiz, göz yaşımızı silənimizdir… Bir sözlə, musiqi ruhumuzun dilidir. Onsuz həyat lal olar. 17. Azərbaycan sizin üçün nədir? Azərbaycan hamımızın qürur yeridir, sevgi yeridir. Atalar sözündə danılmaz həqiqət var – gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Başqa ölkəyə gedirsən, orda çox şeylər xoşuna gələ bilər… Amma bir müddətdən sonra darıxırsan, evin üçün, doğma küçən üçün, Vətən üçün darıxırsan. Bir söz də var – Vətəni başqa şeyə görə deyil, ona görə sevirlər ki, o, sənindir, özünküdür, doğmadır. 18.Qələbəmizin ildönümünü necə qeyd etdiniz? Qələbəmizin ildönümünü bağda qeyd etdik, televizorda bayram verilişlərinə, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqisi, Cəngi, Qarabağ şikəstəsinin sədaları altında Bakıda, Şuşada, möhtəşəm atəşfəşanlığa baxa-baxa. Bu günə qədər keçirdiyim ən möhtəşəm, misli olmayan bayram idi bu. Qürur bayramı. Çox təntənəli şəkildə keçirdik Zəfər gününü – bir neçə ailə yığışmışdıq bağda – qardaşımgilin ailəsi, uşaqlar öz həyat yoldaşları ilə, qudalarım… Bizə bu günü yaşadan Uca Tanrıya min şükür. Şəhidlərimizin ruhu şad olsun… 19. Sizin arzularınız çox olmalıdır məncə. Ən çox arzu etdiyiniz nədir? Bilirsiniz, insan cavanlıqda arzularla yaşayır, yaşlaşanda isə daha çox xatirələrlə. Və yaşadığı hər gününə görə Allaha şükür edir. Mənim arzularım indi daha çox uşaqlarımın, nəvələrin gələcəyi ilə bağlıdır. Arzum – onların sağlamlığı, xoşbəxtliyidir. 20. Bütün arzularınız çin olsun. “Səmimi söhbət”in qonağı olduğunuz üçün sizə təşəkkür edirəm . Mənə və oxuculara nə deyərdiniz? Hər günün qədrini bilin, çünki hər gün ömürdən gedir. Bu, atamın son kitabının başlığıdır. Bu sözləri onun baş daşında da yazdırmışıq. Dəvətinizə görə təşəkkür edirəm, əziz Təranə xanım.
Hər dağda, dərədə izim var mənim! Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun! Təqdim edir: Yusif DİRİLİ
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
“Üşüyən“ ocaq.. Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu . Peçin içindəki közərən od sönmək üzrə idi. Alovlanmaga can atan köz , yorulur , kömürə dönürdü. – Fevralın qarlı , şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı , görəsən? – Bu nədi belə , stolun üstündə mürəbbə , çörək , yag , pendir, soyulmuş yumurta ? Nələr oldu bu evdə ? – Hər səhər yuxudan durub ocagı alışdıran , o əli qabarlı ata , ona kömək edən məktəbli , qaraşın oglan hardadılar görəsən? – Anasına kömək edən , o uzun saçlı , nazlı qəmzəli qızcıgaz hanı bəs? – Xəmir yogurub , üstünü baglayıb isti peçin yanına qoyan , hərdən gəlib, xəmirin gəlib – gəlməməsini yoxlayan o xanım hardadı bəs? Bunlar hara getdi birdən – birə? Lap darıxdım. – Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada? Ocaq yavaş – yavaş sönürdü. Közərən agacın içindən sanki göz yaşları süzülür , onu sönməsini tezləşdirirdi. Üstündən bir neçə gün keçdi . Deyəsən gələn var idi . -Aha deyəsən qayıtdılar . Yanılmışdı . Həsrərlə qapıya boylandı .Burnuna tanış olmayan qoxu gəldi . Budur evə yeni sakinlər gəldi . – Ay aman, bunlar kimdi belə? Nə səliqəsizdilər . Nə yaman bərkdən danışırlar . Deyəsən bayramlarıdı .İlahi , bu nədi belə? Yaxınlaşıb peçin içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi . Nə qədər etsədə ocagı yandıra bilmədi .Hirslə peçə bir təpik vurub , öz dilində nəsə deyib , onu yerli dibli götürüb həyətə tulladı .Hikkəsi soyumadıgından zirzəmini açıb , onu zibil kimi ora necə atdısa , peç bir neçə yerdən zədələndi . – O günlər harda qaldı ? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan ,qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldıgı günlər? Atayla ogul onu ordan ehtiyyatla götürüb ,həyətin ortasında rəngləyərdilər , içinə quru odun yıgıb bir- iki gün ordaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər , ilk ocaqlarını çatardılar . Başına yıgışıb istisinə qızınardılar . Çox dogma idilər ona. Harda qaldı o günlər? Zirzəmidə illərlə qalmaga məcbur oldu . Hərdən sevmədiyi zəhirmar yagan sifətlər gəlib zərblə qapını açar , nələrsə yıgıb gedərdilər . Təmizlik yagan zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər . Zirzəmidə ona xoş olmayan iylər bir – birinə qarışmışdı . Həmişə yayda evin xanımı burdan gəlib bankaları çıxardıb , içərisini səliqə ilə doldurub gətirib yerinə yıgardı . Qışda onun başına yıgışıb , o bankaları açıb elə ləzzətlə yeyərdilər ki.. İndi .. Bu nədi ,qıcqırmış şərab iyi , qapagı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi. İllərdi bu acını ” yaşayan” peç artıq dözə bilmirdi . İçində ocaq çatılmayan peç darıxmaga başlamışdı .Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi . Zirzəmidə mürgü vura – vura illəri bir – birinə calayırdı .
Bir neçə gündü çöldə eşidilən , yeri silkələyən səslər yavaş- yavaş azalırdı . Evin sakinlərinin səsi küyü kəsilmişdi . Yoxa çıxmışdılar deyəsən . Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını , şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki . Zirzəmidə nə vardısa hamısını çölə yıgmışdılar . Bir tək ona əl vurmadılar . Nə yaxşı ki onu götürmədilər . Və bir gün , həmın gün zirzəmin qapısı yavaşca açıldı . İçəri girən iki oglan onu qucaqlarına götürüb , dogma yerinə aparıb qoydular . Yox bunlar köhnə sakinlər deyildi.Amma danışıq səsləri ona o qədər dogma gəlirdiki . Evin səliqəsi geri dönmüşdü . – Aha , bu qaraşın oglan. Ocagı alışdırmaga çalışan qaragöz oglan . Həmən məktəbli , nə yaman dəyişib , əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib? Ocagı sevgi ilə qalayıb , əvvəl peçi , sonra otagı qızdırdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə , ehtiyyatla toxunurdular . Əsgərlər ocagın ətrafına yıgışıb əvvəl əllərini qızdırdılar , sonra qazan asdılar . Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan dogmalıq , ev sahiblərindən 30 ildi ayrı düşən “ üşüyən” ocagı isitməyə başladı .Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb , bir evi , bir eli isitdi .Alovun rəqs edə – edə yanıb , şölə saçdıgı o işıltı evə gözəl nəşə gətirdi .
SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ Məni dərd içində qoyub getmisən, Sirrini hər yana yayıb getmisən. De, bəlkə kiməsə uyub getmisən? Mənim lal həsrətim dağdan da iri – Sinəmin ağrıyır sən olan yeri! * * * Səni səsləyirəm hər addımbaşı, Niyə ətəyindən tökmədin daşı? Hələ də qurumur gözümün yaşı, Bilmirəm ölüyəm, yoxsa ki, diri – Sinəmin ağrıyır sən olan yeri! * * * İndi üzü dönmüş bəxtə nə deyim, Bu eşqi de, necə vəsf edim, öyüm? Hardasa çatdımı sənə gileyim, Bildinmi, baş alıb gedəndən bəri – Sinəmin ağrıyır sən olan yeri! * * * Qaçdın gözlərimin yuxusu kimi, Qəfildən bulandın axar su kimi. Puç oldum bir ömrün arzusu kimi, Ötüb-keçən anlar dönərmi geri – Sinəmin ağrıyır sən olan yeri!
TOXUNMA DUYĞULARIMA Geç olar ox çıxıb,gedirsə yaydan, Yüz il ömür sürsə düzəlməz nadan, Qoy yatsın oyatma şirin yuxudan, Sən canın toxunma duyğularıma.! * * * Nə olsun əhdinı,andını danıb, Məndə qalaq-qalaq izləri qalıb, Könlumü qırdığın yadıma salıb, Sən canın toxunma duyğularıma.! * * * Dönük bir sevginin olmaz əlacı, Hər şirin vusalın,sonluğu acı, Tənəli baxışı atıb qıyğacı, Sən canın toxunma duyğularıma. * * * İndi yadlar kimi kənar olmuşuq, Nəmli kipriklərdən axar olmuşuq, Bəlkə lap əzəldən elə buymuşuq, Sən canın toxunma duyğularıma.
AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ Qürbət eldə sevdim, sirdaşım oldu, Həm çiçəkli yazım, həm qışım oldu. Bəs, niyə çevrilib göz yaşım oldu, Danıb öz əhdini, unutdu məni – Ağlama dediyim, ağlatdı məni! * * * Ərşə qalxan kimi naləm-harayım, Döndü qəm-kədərə hər günüm, ayım. Qəfil əldən getdi qismətim-payım, Bilmirəm heç niyə tez atdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Axırda bildim ki, yoxmuş vəfası, Gözümdə zülmətə döndü səfası. Dağdan da ağırmış demə cəfası, Vara-dövlətəmi o, satdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir vaxtlar gözünün sildim yaşını, Bahara çevirdim qarlı qışını. Bəs, niyə üstümə çəkib “qoşunu”, Aldada-aldada fırlatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Seymurun qəlbini tutmadan dilə, Neçə arzusunu çevirdi külə. Niyyəti nəyimiş, bilmirəm hələ, Dilim gəlmir deyəm, yaşatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir quru salamla xatirə oyat, Hərdən yoxuma gəl,başımı aldat, Demirəm bir yolluq qəlbindən sök ,at, Sən canın toxunma duyğularıma.
TALESİZ QADIN Halına ürəkdən yanıram sənin, Üstündən çəkilmir dumanın-çənin. Sığışmır qəlbinə dağ boyda qəmin, Döndünmü köləyə əlində yadın – Puç oldu hər anın, talesiz qadın?! * * * De, niyə bəxtindən yarımadın sən? Sevginlə bilikdə qarımadın sən. Bir körpə saçını daramadın sən, Qaldın arasında suyunan odun – Bağlandı hər yanın, talesiz qadın! * * * Zülmətdə qərq oldu arzun-diləyin, Nanə yarpağıtək əsdi ürəyin. Baş əydin hökmünə acı küləyin, Doyunca duymadın sevincin dadın – Sızladı hey canın, talesiz qadın! * * * Hər yetən gəc baxdı üzünə sənin, Elə hey qar yağdı izinə sənin. Dərd-qəm kölgə saldı gözünə sənin, Tənə yeri oldu tərsin-avandın – De, varmı ünvanın, talesiz qadın?!
ÜRƏK OĞRUSU Mən nankor sevgindən necə söz açım? Necə söhbət edim ürək dolusu.? Fikrinlə yaşarkən haraya qaçım? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Nə unuda billəm, nədə ki, ata, Dolanıram dərdə mən bata-bata, Nə idi günahım axı dünyada? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Əhdini danaraq andını pozan, Sözü söz eyləyib kəlməni yozan, Tərk edib getməyin bu qədər asan, Söylə ? Məni məndən edən ürək öğrusu .! * * * Sən getdin, sinəmdə sızladı qəlbim, Artdı yoxluğunda, çoxaldı dərdim Ömrümə bəs niyə gəlmişdin mənim? Söylə! Məni məndən edən ürək oğrusu! * * * Seymuru tərk etdin yol yarısında, İnləyir bitən bu eşqin yasında, Axtarım dünyanın bəs harasında? Söylə- Məni məndən edən ürək oğrusu.
GƏLMƏ Qara saçlarıma qarlar ələnmiş, Həyatın sınağı yaman çətinmiş, Qamətim bükülmüş,qəddim əyilmiş, Çarəsiz halımı biləndə gəlmə.! * * * Qaysaq bağlayıbdı qəlb mamırlanıb, Xəyalım yıxılıb,uçub talanıb, Gördüyün bənizdən əsər qalmaıb, Anam göz yaşımı siləndə gəlmə.! * * * Yazdım necə kərə cansız kağıza, Söz oldum dillərə,düşdüm ağıza, Bir zaman vurğundum, yaza,payıza, Ağac yarpaqların tökəndə gəlmə.! * * * Üstümə üstümə gəlir,zaman il, Silə bilirsənsə,gəl qəlbimdən sil, Mənim təbiətim dəyişkən deyil, Nadanlar halıma güləndə gəlmə. * * * Bu yolda nə çəkdi,nə çəkdi Seymur, Etmədi bir kərə,etmədi qürur, Gəlirsən indi gəl,son arzum budur, Gözlərim yumulub öləndə gəlmə.!