BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ

VAQİF POEZİYA GÜNLƏRİ

BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ

Bu gecə Şuşada göydən nur yağır,

Hər kəsin üzündə qürur, təbəssüm!

Yurdun oğlun qızın görüb bəxtiyar,

Xan qızı Natəvan edir təbəssüm!

* * *

Həm Şəmsi, həm Qəmər olsa da nadir,

Bu gecə bir xanda tutublar mənzil.

On dördü müqəddəs bilmişəm hər vaxt,

Ay ilə ulduzlar ediblər tənzil.

* * *

Ay elə bərq vurur, elə bərq vurur,

Şuşanın gecəsi dönüb gündüzə!

Bu gecə qayalar ləpəli sahil,

Pərqu ağ buludlar dönüb dənizə…

* * *

Natəvan sevinir, Bülbül ruhu şad,

Üzeyir tedirgin görünür bir az…

Vurğun Vaqif ilə giribdi bəhsə,

Uzaqdan ucalır Xansayaq avaz…

* * *

“Min bir gecə”nin də olmayıb inan,

Heç zaman bax belə bircə gecəsi.

Bu gecə Şuşaya ilahi payı,

Sovqatın sorulmaz nəyi, necəsi…

* * *

Nağıldı, şehirdi, sirdi bu gecə,

Şuşa tilsimlənib, çırağa dönüb!

Yurdun dörd yanına nur saçır indi,

Parlaq gələcəyə, marağa dönüb!

* * *

Bu gecə Şuşada göydən nur yağır,

Hər kəsin üzündə qürur, təbəssüm!

Yurdun oğlun qızın görüb bəxtiyar,

Xan qızı Natəvan edir təbəssüm!

14.07.2022.

Müəllif: Zaur USTAC


YAZARLAR

BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

6 thoughts on “BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir