
QİBLƏM VƏTƏNDİ
Yurd – yuvamın dəlisiyəm,
Qarabağım, gülüm mənim.
Cənnətməkan əsilliyəm,
***
Dilim çələng, gül özündən,
Nur tökülür üz – gözündən,
Bal süzülür hər sözündən,
Şirin, şəkər dilim mənim.
***
Axar çaylar qan damarın,
Təbiətin –gözəl varın,
İncisi var bu diyarın,
Göygöl adlı, gölüm mənim.
***
Bu cənnətdən harda vardı,
Yay fəslində dağı qardı,
Hər qarışı dövlət, vardı,
Xəzinədi çölüm mənim.
***
Süngü olsun telli sazım,
Nərəyə dön, xoş avazım,
Hünərindən tarix yazım,
Gəl, qələbə ilim mənim!
***
Qorqud adlı pir Dədəsən,
Mayıl qurban, sən qibləsən,
Allah haqqı, bir dənəsən,
El gücündə selim mənim!
Müəllif: Mayıl DOSTU
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru