
Qapı qonşum , çevik polis Rasim Məmmədov şəhid olub.
İki körpə balası, cavan yoldaşı boynuburuq qaldılar.
Heç nəylə təsəlli vermək olmur.
Dişiylə- dırnağıyla aldığı evdə cəmi altı ay yaşaya bildi.
Çəkiləsi dərd deyil.
Üç toy dəvətnaməsi gəlib.
Bir toy sahibinin qapısına getmişəm, üzrxahlıq eləyib zərfdə nəmərini verirəm. Deyir:
- Mən sənin oğlunun toyuna belə gəlmişdim? Mən də göyərirəm:
- Mənim bir toyuma gəldin, bütün ailənlə, xub. Mən də sənin iki toyuna gəldimmi? Bu da üçüncü toyundu, ayıb deyil? Mən qonşum baxa- baxa bəzənib sənin toyuna gələ bilmərəm.
- Paltarlarını götür, işdən geyin gəl.
- Niyə çox vacib olub, sənin xeyir işinə əyilə- əyilə gəlim???
Bəs deyirdilər restoranlar toyları müvəqqəti dayandırıb??
Müəllif: Bircə XANIM
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru