
QARABAĞA
Güldü Tanrının üzü də,
Haqqı tutdu öz yerini.
Yığışdı şəhid ruhları,
Qırdı zülmün zəncirini.
Yorğun düşən ümidlərin
İşıq gəldi gözlərinə.
Dağlar başını qoyubdur,
İgidlərin dizlərinə.
Bir doyunca yata bilsin,
Dağların çox çəkib canı.
Bağrında düşmən yarası,
Kirpiyində şəhid qanı.
Dağlar da baş aça bilmir,
Nə baş verdi birdən birə.
Aldı Vətən havasını,
Vətən gördü birdən birə!
02.10.2023.
Müəllif: XANLAR HƏMİD.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru