ƏRDOĞAN – KƏRƏM ARXUD

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

KƏRƏM ARXUD
Zamanov Kərəm Qaçay oğlu 1951-ci ildə Laçın rayonunun Qarabəyli kəndində anadan olub. Əsli Hacıxanlıdandır. 45 il Hacıxanlı tam orta məktəbində müəllim işləmişdir. Əməkdar müəllimdir. Hazırda Bərdədə məskunlaşıbdır. “Ay Laçın” kitabının müəllifidir.

ƏRDOĞAN

Qardaş deyib qucaq açır türkünə,
Çoxlarının bit salıbdır kürkünə,
Sahib çıxır, ata-baba mülkünə,
Niyyətində çox qətidir Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Yaxşı çəkir sərhədləri, aranı,
Sağaldacaq qövr eliyən yaranı.
Vaxt gələcək diz çokdürub İranı
Öz yerini göstərəcək Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Nufuzu var – hər ölkədə sayılır,
Günəş kimi şölələnir yayılır,
Dünya baxır, mətəl qalır bayılır.
Saymıyanı qəti saymır Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Nələr etdi Suriyada, İraqda,
Dəfələrlə çox eşitdik, bu haqda.
Can atanlar hamı qaldı qıraqda.
Barmağını silkələdi Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Qarabağda ordusu var, postu var,
Kim deyir ki, bizdə torpaq basdı var?!
İlham kimi qardaşı var, dostu var.
Xalqımızın dayağıdır Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Bir millətik – iki dövlət, bir ordu,
Yağı düşmən başa bilməz bu yurdu.
Bu birliyi kim yaratdı, kim qurdu?!
Çavuşoğlu, Hulus Akar, Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Kərəm Arxud əziz tutur canından,
Qanı axır damarına qanından.
İstəmərik yel də əsə yanından,
Dünyamızın dühasıdır Ərdoğan,
Min yaşasın onu belə nər doğan!

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir