LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA
ELGİZ XANLAR
Xanlarov Elgiz Zakir oğlu 30 yanvar 1992-ci ildə Laçın rayonu Budaqdərə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecini bitirib, daha sonar Texnologiya Universitetində qiyabi təhsil alıb. Bədii ədəbiyyata kiçik yaşlarından maraq göstərib.
TÜRK OĞLUYAM
Türk oğluyam, Avropadan Asiyaya –
Sərhəddimin calandığı yerdənəm.
Səfəvidən, Osmanlıdan yadigar
Torpağımın talandığı yerdənəm.
Mən vətənəm yad əliylə bölünən
Başına min fitnə, fəsad hörülən.
Yatmış olub amma, öldü bilinən
Aslanların oyandığı yerdənəm.
Qartal kimi hey süzərəm havada,
Səs yayılar dərələrdə, obada.
Hürriyyət uğrunda gedən davada
Leşin leşə qalandığı yerdənəm.
Dalğalan, Bayrağım, eldə, obada,
Mən Elgizəm xəyallarım havada.
Musayla Tanrının Turi-Sinada
Söhbət edib dayandığı yerdənəm…
Müəllif: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Aslanlari oyandigi yerdeyem! Yasa sair!
Əhsən şair gənc şairlər içinde özünü gösterirsen