Milli Kitabxanada “Professor Nazim Axundоv -100” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Professor Nazim Axundоv -100” adlı kitab sərgisi açılıb

Bu gün yazıçı, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, mətbuat tariximizin tədqiqatçısı, professor Nazim Axundovun anadan olmasının 100 ili tamam olur.

Ömrünü elmi axtarışlarda, arxivlərdə keçirən Nazim Axundovun ilk monoqrafiyası və mətbuat tariximizin öyrənilməsində ilk sanballı tədqiqat əsəri sayılan “Molla Nəsrəddin” jurnalının nəşri tarixi” 1959-cu ildə işıq üzü görüb.

Sonrakı illərdə alimin “Azərbaycanda dövri mətbuat”, “Azərbaycan satira jurnalları”, “Azərbaycan mətbuatının ilki (“Əkinçi” – 100)”, “Azərbaycan dövri mətbuatı (biblioqrafiya)”, “Hümmət” qəzetinin izahlı biblioqrafiyası”, “Sənədlərin dili ilə” və s. kitabları mətbuat tariximizin öyrənilməsində və ətraflı tədqiqində böyük əhəmiyyət kəsb edir.

Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından sayılan professor Nazim Axundovun 100 illiyi münasibətilə Milli Kitabxanada “Professor Nazim Axundоv -100” başlıqlı geniş kitab sərgisi açılıb.

Sərgidə alimin ədəbi-mədəni yaddaşımızın öyrənilməsinə həsr edilən ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, biblioqrafiyaları, tərtibçi, elmi redaktor, tərcümə və ön sözün müəllifi olduğu, həyat yolu və yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və rus dillərində nümayiş olunur.

Mənbə və ətraflı:
https://www.millikitabxana.az/news/milli-kitabxanada-professor-nazim-axundov–100-adli-kitab-sergisi-achilib

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir