“Bir yad hələ tanış olmadığın dostdur.”

İnsan Kitabxanası (The Human Library Organizations)
Bu, ilk dəfə 2000-ci ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən festivalda “kitabı üz qabığına görə mühakimə etmə” şüarı ilə həyata keçirilən bir ideyadır.Təşkilatın yaradıcıları Danimarka gənclərinin “Zorakılığa son” təşəbbüsündən olan Ronni və Dany Abergel qardaşlarıdır. Onların əsas məqsədi gənclər arasında zorakılığı dayandırmaq, gənclərə qarşı ayrı-seçkiliyi və onlara qarşı təzyiqləri azaltmaq idi.
İnkişafının müəyyən mərhələsində təşkilat fərdlər arasında anlayış və empatiyaya kömək edən beynəlxalq sosial layihəyə çevrildi. Burada alkoqolik, əlil, qaçqın və s. hekayəsini öz dilindən eşitmək mümkündür. Piylənmə ilə mübarizə aparan, şizofreniya xəstəsi, autizmli, evsiz bir insan bir-biri ilə üz-üzə gələrək onlara deməyə vadar edir ki, ‘xarici görünən şeylərin də daxili tərəfi var, o insanların görməməzlikdən gəldiyi şeylər. keçir” və “desəydim, roman olardı” deyimi də ortaya çıxdı ki, ön mühakimələri və qərəzləri yıxmaq məqsədi daşıyan bu təşkilat sürətlə yayılır. Nyu-Yorkdan Tunisə qədər həyata keçirilən layihə ilk dəfə 2007-ci ildə Türkiyədə “Canlı Kitabxana” adı ilə həyata keçirilmişdir.
Beynəlxalq irqçiliyə qarşı hərəkatın şüarı bu formalaşmanın əsasını ümumiləşdirir:

“Bir yad hələ tanış olmadığın dostdur.”

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur USTAC – Şəhidim

ŞƏHİDİM
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

Müəllif: Zaur USTAC

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sevda Səfərli – KƏLAĞAYIM

KƏLAĞAYIM

Əsrlərdən gələn el əmanəti,
Xalqımızın müdrik, dərin hikməti,
Təbiətdən rəngi, Tanrı neməti.
Dastanlarda adın, şövkəti-şanım,
Kəlağayım- butam, öz kəhkəşanım.

Dədə Qorqud sözü, mehri, nəfəsi,
Oğuznamələrdən ismət tohfəsi,
Milli düşüncəmin sirr fəlsəfəsi.
Keçmişdən bu günə “ipək yolu”san,
Kəlağayım- dastan, nağıl dolusan.

Milli fəxarətim, milli sərvətim,
Qərinələr boyu izim, şöhrətim,
Nəsildən-nəsilə yetən qismətim.
Əzəldən bəzəyi toyun, nişanın,
Kəlağayım- zərim, öz zərəfşanım.

Dağlar zirvəsində minillik qarsan,
Yaradanın eşqə verdiyi barsan,
Gözəllər nazında işvəsən, yarsan.
Baramadan açan ipək çiçəyim,
Kəlağayım-naz- qəmzəli göyçəyim.

Sal ağacın kökü yarar qayanı,
Tutun yarpağından aldın mayanı,
Zəfəran, sarıkök verdi boyanı.
Yadigarım, güllü, zərif ipəyim,
Kəlağayım- tüllü şərəf örpəyim.

Qüvvət almısan sən torpaqdan, sudan,
Dağda şəlalədən, kəhriz quyudan,
Yarpaqdan yoğrulmaş qönçəli fidan.
Xalqımızın adət- ənənəsisən,
Kəlağayım- gülab, gül dənəsisən.

Ulularımın saf, təmiz niyyəti,
Oğuz ellərimin mədəniyyəti,
Elimin- obamın sülh ülviyyəti.
Keçmişdən bu günə parlayan aynam,
Kəlağayım- sirli, sehirli dünyam.

Bir tarix var qədim, ulu adında,
Bir sehir dolaşır hələ yadında,
Azərbaycan adlı Odlar yurdunda,
Kəlağayım- ülfət, sədaqət rəmzi,
Kəlağayım- ədəb, ləyaqət rəmzi.

2024.

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Natiq Qasımov haqqında film

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında film: “Oğul” (The Son) tam versiya.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru