
“P.A.N.D.A” tamaşasının premyerası…
“YUĞ-a doğru addımlayanda yol boyu düşünürdüm, bu dəfə bu sehrli aləmdə nəyə şahidlik edəcəyəm, yenə hansı hadisə bizi xəyallar aləminə aparacaq?…”
Artıq işıqlar sönür və tamaşa başlayır, özü də mistik abu-havada, işıqlar, musiqi, obrazların səhnəyə daxil olma tərzləri bu abu-havaya xidmət edir. Elə həmin vaxt anlayırsan ki, yenə də düşünəcəyik…
Nəyi? Baş verəcək hadisələri, onun səbəblərini və nəticəni…
Axı niyə düşünməliyik onsuz da izləyəcəyik və bunların hamısının şahidi olacayıq da, deyə bilərik, amma unutmayaq ki, bura sirli və sehrli aləmdir burada hadisələr bir başa göstərilmir, simvolik tərzdə ifadə edilir və səhnə əsərinə rejissor yanaşması hər zaman fərqli və bir o qədər də qeyri-adi olur…
Bu dəfə də elə olmuşdu. Matey Vişnekin romantik, eyni zamanda mistik pyesi əsasında qurulmuş bu tamaşa Eros və Thanatosun sevgisi çərçivəsində baş verir. Onlar doğurdan da var, ya yoxdur, bu iki insan realda yaşayırlarmı, hadisələr real həyatdamı baş verir, yoxsa xəyali bir dünyada… Tamaşa boyu bunu müşahidə edirsən. Əgər real həyatdırsa, onlar necə və harda tanış olmuşdular, yox əgər xəyali bir dünyadırsa, telefona gələn zənglər, insanların onları axtarması necə bu qədər həqiqi görünə bilər… Deməli bu hadisələr real və mistik, xəyali dünyanın birləşməsində baş verir.
Səhnə əsərinə yanaşma və tamaşanın quruluşu, aktyor oyunu, bəzən hətta rekvizitsiz etüdnü göstərilər proseslər çox peşəkarlıqla təqdim edildi.
Qeyd edim ki, bu möhtəşəm tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

Tamaşada rolları Günəş Tegin və Oktay Mehdiyev ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Umay Həsənovadır.
Müəllif: Aysu TÜRKEL
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru