Bunun günahı portaldadı…

17 iyul 2024 -cü ildə portal vasitəsi ilə işğaldan azad olandan 4 il sonra vətəni ziyarətə getdim. Kəndin, elin, obanın ruhu ilə görüşdüm. Ruhlar məni gec gəldiyimə görə qınadılar. Onlardan üzr istəyib dedim ki, məni bağışlayın! Bunun günahı portaldadı… nəysə.

DÖZƏ-DÖZƏ YAŞLANIRAM

Dərd qəlbimdə oyum-oyum,
Çox istərdim dərddən doyum.
Deyən elə budu payım,
Dözə-dözə yaşlanıram.

Məzarların baş daşı yox,
Düşmənlərə nifrətim çox.
Sinə daşı qırıx-qırıx,
Dözə-dözə yaşlanıram.

Burda ata, ana yatır,
Ürəyimə tikan batır.
Canım yanır çıtır-çıtır,
Dözə-dözə yaşlanıram.

Parça-parça bax, daşım da,
Nələr gördüm bu yaşımda?
İslanıram göz yaşımda,
Dözə-dözə yaşlanıram.

Qəbristanlıq sinə dağım
Nə gündədi solum, sağım?
Viranədi könül bağım,
Dözə-dözə yaşlanıram.

Ana, ruhun qucaqlaşdı,
Elə o an uşaqlaşdım.
Vallah, yaman kövrəlmişəm,
Tez doluram, budu peşəm.


Öz-özümə yazıqlaşdım,
Daha ordan uzaqlaşdım,
Gəzə-gəzə yaşlanıram,
Dözə-dözə yaşlanıram.

Müəllif: Məmməd MƏRZİLİ

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir