
TƏLƏSİRƏM MƏN
Xatirəyə dönür, ötən hər anım,
Ömrün zirvəsinə tələsirəm mən.
Müəllimlik uğurum, şöhrətim, şanım,
Ömrün zirvəsinə tələsirəm mən.
Müəllimlik zəhmətim, verdikcə bəhər,
Qazandıqca elm yolunda mən zəfər,
Dərdsiz-qəmsiz yaşadıqca bəxtəvər,
Ömrün zirvəsinə tələsirəm mən.
Sənsizəm, dərdimi, ta bölənim yox,
Mənimlə sevinib, heç gülənim yox,
Süzən göz yaşımı, bax, silənim yox,
Ömrün zirvəsinə tələsirəm mən.
Elin duasından aldım dözümü,
Elmin yollarında gördüm özümü,
Qəribliyə salma, söhbət, sözümü,
Ömrün zirvəsinə tələsirəm mən.
İncitək düzülür, arzu-diləyim,
Hələ ki, cavantək vurur ürəyim,
Amalam, Tanrıdan sağlıq istəyim,
Ömrün zirvəsinə tələsirəm mən.
04.08.2024.
Müəllif: Sona AMAL
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru