
XƏYALIMDAKI ARZUM
Ömür tutub əlimdən
Aparır yavaş-yavaş.
Bu yol hara aparır,
Yaxşı bilirəm, qardaş.
Soruşuram özümdən,
Nə etdim, nələr qaldı?
Etdiyim heç bir şey yox,
Qalanlarım çoxaldı.
Bütöv Vətən dərdi var,
Ürəyimdə yaradır.
Vətənim yad əllərdə
Qalıb, para-paradır.
Sənə qənim kəsilib,
Ey Vətən, sağın, solun.
Təbrizdən Dərbəndədək,
Bağlanıb, yoxdur yolun.
…Vətən, səni kaş bütöv,
Həm də azad görəydim.
Olub bəxtəvər oğlun,
Xoşbəxt ömür sürəydim.
Müəllif: ELÇİN MƏLHƏMLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru