ZƏRƏRƏ UĞRAYAR ÇÜNKİ, SAF ÜRƏK
(İngilis soneti)
Çox şeyə yol açır kin ilə nifrət,
Pisliyin mayası paxıllıqdadır.
Mizana bununla daş qoyan, əlbət,
Min cür bəhanəylə özün aldadır.
Bundan fitnə çıxar, böhtanlar doğar,
Birini yolundan götürmək üçün.
Nəinki ürəklər, lap evlər yıxar,
Həsəddən alarsa bir insan gücün.
Hər kürək güvənli, ya fərd mərd deyil,
Hər üzə gülənin qəlbi saf olmaz.
Çiynində yükünə əl uzadan, bil,
Bir maraq güdməsə, bəlkə də almaz.
Həyat bir oyundur, oynamaq gərək,
Zərərə uğrayar, çünki saf ırək.
14.08.2024.
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru