
Mersedesin gülüşü
“Yüz ilin tənhalığı” əsərini yazmağa başlayanda, Markes avtomobilini satır. Və 6 ay səhərdən axşamadək qarajda oturub yazır, yatmaqdan yatmağa evə qalxır. Yarım il keçir, əsəri bitirir. Redaksiyaya göndərməyə 190 peso çatmır. (manatla nə qədər etdiyini bilmədim). Həyat yoldaşı Mercedes mikser və feni sataraq o pulu Markesə verir. Özü də gülə-gülə, heç bir deyinmə və qarğış işlətmədən. Markes evdə əsər yazanda, qadın uşaqları məcbur edərmiş ki, barmaqlarının ucunda gəzsinlər, ataları yaradıcılıqla məşğuldur.
Yazıçılara Mercedes kimi qadın lazımdır – şüarını qabartmıram. Mövzum budur ki, bəzi köhnə yazıçılarımız “yaradıcılıq məzuniyyəti” adı ilə Pribaltikadan tutmuş Yekaterinburqa qədər gedib dincələ-dincələ əsər yazıblar, bəziləri öz kəndlərinə çəkiliblər ki, beyinləri məişət qayğıları ilə yüklənməsin. Lakin bu cür rahatlığın müqabilində Markesdən güclü yazmalı idilər. 6 ay qarajda yazılan əsər “Nobel” ə layiq görülürsə, ən azından istirahət zonaları və sanatoriyalarda qələmə alınan əsərlər SSRİ dövlət mükafatına, ya sosialist ölkələrin iri ədəbiyyat müsabiqələrində qalib gəlməli idi. Yaxşı da yazıblar, lakin “Yüz ilin tənhalığı”nın yanında zəifdir. Markesin özünün dediyi kimi yazıçının inqilabi borcu yaxşı yazmaqdır”. Mersedesin gülüşü necə gözəldir.
Müəllif: Azər QİSMƏT
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru