ƏLƏSGƏR ƏLİOĞLU-BALALARA HƏDİYYƏ

Səbrli ol!

(hekayə)

Baba zoomağazadan bir cüt göyərçin alıb gətirdi. O, talvarın altda bir yuva düzəltdi. Bir neçə gündən sonra nəvələri Ələsgəri, Aqili və Turqutu yanına çağırıb dedi:
-Dişi göyərçin kürt yatır. Qoy bala çıxartsın, hərənizə bir bala göyərçin verəcəm.
Turqut çox hövsələsiz idi. O, bir gün talvarın altdakı göyərçin yuvasına yaxınlaşdı. Göyərçini yuvasından kənarlaşdırıb yumurtaları bir-bir əlinə götürdü. Hər birinin o üz-bu üzünə baxdı… Ancaq heç bir şey hiss etmədi… Yumurtaları qaytarıb yuvaya qoyarkən biri əlindən sürüşüb yerə düşdü və sındı…
Bu zaman baba böyürdən çıxdı…O, Turqutun nə iş gördüyünü başa düşüb dilləndi:
-Niyə yumurtanı yerə salıb sındırdın, Turqut?..
Oğlan utandığından başını aşağı salıb durdu…
Təxminən aradan bir ay keçəndən sonra baba nəvələri yanına çağırdı:
-Gəlin göyərçinlərinizi sizə tanıdım.Yuvada iki bala vardı. Baba Ələsgərə və Aqilə göyərçinlərini göstərdi… Bu zaman Turqut səsləndi:
-Baba, bəs mənim göyərçinim?
Baba dilləndi:
-Turqut, sənin göyərçinin əlindən yerə düşüb xurd-xəşil olmadımı?..Yoxsa yadından çıxıb?..
Baba nəvəsinin məyus olduğunu görüb onun saçını sığallaya-sığallaya könlünü aldı:
-Mənim balam, növbəti dəfə göyərçinin ən yaxşı balasını sənə verəcəyəm. Ancaq səbrli ol!..

08.09.2024.

Müəllif: Ələsgər Əlioğlu

Ələsgər Əlioğlunun yazıları

Digər mənbələrdə:>>>> Ələsgər Əlioğlu


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir