Camal Cəfər – Sevincin özü

Sevincin özü

Könlü barış üçün vuran kəslərə,
Zülm etmək sayılar yan tutmaq üzü.
Qəlbdə tüğyan edən ülvi hisslərə,
Tən tutmaq çətindir yüzlərlə sözü.

Sənə tərəf gəlib səni istəyən,
Kimsənin qəlbinə sevgini payla.
Nəzakət göstərib adın səsləyən,
İnsana diqqətin verib harayla.

Qoyma intizarda dostu, qardaşı,
Könlünün güzəştli qapıların aç.
Sevindir yoldaşı, sadiq sirdaşı,
Barışıq yolun tut, küdurətdən qaç.

Camal, dildə saxla şirin sözləri,
Qəlbləri şad edib üzlərə ötür!
Düşsün həyatına sevinc izləri,
Ömrünə qəlblərin sevgisin gətir!
12.09.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir