Bəsti CƏFƏRZADƏ – Zəfər Gününə özəl

QÜRURLA DEYİRƏM QARABAĞLIYIQ

Birləşdik, gücləndik olduq “Dəmiryumruq!”
Yenilməz ordumuzla qürur duyuruq.

Rəşadətlə vuruşdu şanlı ordumuz.
Məhv etdi düşməni, azad oldu yurdumuz.

Ədalət bərqərar oldu, nəhayət.
Xalqımızın üstündən götrüldü töhmət.

Müharibə etdilər haqsız-qanunsuz
Gəlinlər dul qaldı, analar oğulsuz.

Şəhid qanının rəngi üstündədi bayrağın
Onlar aldı qisasın, yaralı Qarabağın.

Oğlu şəhid olanlar, qəlbi dağlı qalanlar
Vətən sağ olsun! deyir, bizim əziz analar.

Qanıyla suvardı şəhid torpağı
Ucaldı yüksəyə vətən bayrağı.

Düşmənə baş əymədi poladigidlər
Öləndə onlara Şəhid, dedilər.

Kiminin oğluydu, kiminin yarı
O, igidlər azad etdi, bizim diyarı.

“Vətən sağ olsun”! deyib, o ölən anı
Şəhidin torpağa süzüldü qanı.

Azərbaycan ölkəsi, mübarizlər diyarı
Düşmənə qanuddurub,ucaltdılar bayrağı.

Axır ki, o yerlərdən ermənilər əkildi
Qarabağın üzərindən qarabulud çəkildi.

Vətənpərvər camaatıq, biz Ağdamlıyıq!
Qürurla deyirəm, Qarabağlıyıq!

Müəllif: Bəsti CƏFƏRZADƏ

BƏSTİ CƏFƏRZADƏNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir