Mahir Diniyev – Payız

***

Kövrək duyğuları yığıb ovcuna ,
ruhumu oxşayan bir əldir payız.
Könlümdə hər gecə arzu ruzgarı,
ümiddən qızılı xəzəldir payız .

Kiminin qəlbinə həsrətdən haray,
kiminin qəlbinə vüsaldan saray ,
könlümün qapısın açıb taybatay,
sehrinə daldığım özəldir payız .

Rəməldi, müzare , bəlkə səridi ,
meşələr bir sümük, bir də dəridi,
gözümdə Xaliqin şah əsəridi ,
hələ yazılmamış qəzəldir payız .

Gözüm ecazında, sirli seçimdə ,
hərəsi bir boyda, ayrı biçimdə,
torpağın dörd gözəl qızı içində,
sevdiyim qəşəngdi,gözəldir payız .

17.11. 2024.

Müəllif: Mahir Diniyev

Mahir Diniyevin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir