“XƏZAN” və “YAZARLAR” jurnallarının kollektivi Səlim Babullaoğluna qayınanası Sara xanımın vəfatından kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verirlər. ALLAH RƏHMƏT ELƏSİN!
O, ədəbiyyat vurğunuydu. Onun damarlarından qanla birlikdə poeziya, nəsr axırdı.Ədəbiyyat fədaisi idi. Anası onu dünyaya gətirəndə göbəyin ədəbiyyata kəsmişdilər. Ədəbi düşüncələri ilə tənqidçi kimi öz yeri vardı. Şəmkirdən Bakıya gələndən sonra “Sahibkar və hüquq” qəzetini təsis edib baş redaktoru oldu. Publisistik məqalələri ilə doğma vətənə məhəbbətdən, ana dilimizə sevgidən yazardı. Ədəbi dil qaydalarına əməl etməyən yazarlara qarşı barışmaz idi. Dilimizin düzgün ədəbi yazılışına tələbkar yanaşardı. Çəkinmədən nöqsanı üzə deyərdi. Hekayələri, povestləri, aforizm deyimləri ilə oxucuların sevimlisi olmuşdu. Neçə-neçə kitalara ön sözlər yazmışdı. Nə qədər kitablara redaktorluq etmişdi. Həm də gözəl kitablar müəllifidi. Məhərrəm müəllimlə ilk tanışlığımızın tarixi yadımda deyil. Bir dəfə Minçəçevir yazarlarının çap olunmuş almanaxı haqqında saytda bir məqalə vermişdi. Bu məqalədə mənim şeirlərim haqqında da öz fikrini bildirmişdi. Bundan sonra sosial şəbəkədə bizim dostluğumuz başladı. Get-gedə bu şəxsi dostluğa çevrildi. Bir-birimizlə telefon vasitəsi ilə əlaqə saxladıq. Yaxından tanış olandan sonra onun təmiz qəlbli insan olduğunu gördüm. Bakıya gedəndə zəng edib görüşərdim. “845” adlı kitabımın Bakıda keçirilən təqdimatına dəvət etdim. Gəlib kitab haqqında ürək sözlərini dedi. Mingəçevir yazarları daim onun diqqət mərkəzində idi. Dostluğa sədaqətli olan dəyərli ədəbiyyat tənqidçisi Məhərrəm Şəmkirli 74 yaşına sanılı günlər qalmış bizi əbədi tərk etdi. Sabah 03.01.2025-ci il bizdən ayrıldığı 40 gündü. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun! Əzizlərinə Allah səbr versin!
Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin yubileyidir…
Həyat, bir yolçu üçün yol nəğməsi, bir yaradıcı üçün isə zəmanə aynasıdır. Bu aynada kiminsə izi solmasın deyə, kiminsə adı itməsin deyə, hər birinin əziz anlarını zəka-qələm birliyiylə anıya çevirən Elman Eldaroğlunun adgünüdür. Elman bəy, bu gün, Siz, ömür yolunun daha bir addamacından keçirsiniz. Xeyirli-uğurlu olsun!
Siz, Elman bəy, tanıdığınız-tanımadığınız onlarla aydının həyatını (sanki) bir rəsm əsəri kimi görür, onun cizgilərini məhəbbət və diqqətlə sözlərdə yaşadırsınız. Hər adgünü yazınız, yalnız yığcam tarixçələr deyil, həm də, bir insanın mahiyyətinə poetik pəncərədir. Siz, yalnız qutlamırsınız, həm də insan ömrünün dərin anlamlarını işıqlandırır, zamanın axarını bir anlıq tutub, gözəllik yaratmağı bacarırsınız.
İndi isə Sizin ilhamverici gələnəyinizə uyğun olaraq, biz də Sizin yaradıcılığınıza və insani keyfiyyətlərinizə öz dost, həmkar sayğımızı yetirmək istəyirik, əfəndim. Sizin duyğu-düşüncələriniz, fikirləriniz, ədəbiyyata, kültürə, biliyə, bilgiyə töhfələriniz oxucunuz, həmkarınız üçün dəyərlidir. Siz həm yaradıcı fəaliyyətinizlə, həm də səmimiyyətinizlə çevrənizdəki insanlara ilham verməyə davam edirsiniz.
Siz diqqətcil, qayğıkeş aydın olaraq, hər kəsə öz doğma münasibətinizi, poetik yanaşmanızı və dəyərli sözlərinizi təqdim etməklə, adgünlərini daha da anlamlı qılırsınız. Yazılarınızda adgünü yiyələrinin həyat və fəaliyyətlərinin ən önəmli məqamlarını bənzərsiz vurğularla işıqlandırırsınız. Bəlkə də bu işdə, Sizin doğulub, boya-başa çatdığınız el-obanın da özgü payı vardır: el-obasının adı Yardımlı, özləm dolu baxış yeri Savalan, Ərdəbil olan yaradıcı insan bəs necə olmalı, nə təhər yazmalıdır?.. Üstəlik, öz adın ELman, ata adın ELdar ola!..
Sizin “həyat rəsmi”nizə bir neçə rəng qatmaq yaxud mövcud rəngləri təsbit və tərənnüm edəsi olsaq, ən azı bu üç məqamı vurğulamalıyq: — Sizin qayğıkeş münasibətiniz insanlara ümid və sevinc bəxş edir; — Yaradıcılığınız, ədəbiyyatın, kültürün ruhunun daim yeni zirvələrə daşınma haqqı olduğunu aşılayır; — Dəyərlərə dəyər qatamağınız, vəfadarlığınız dostlar, həmkarlar üçün örnəkdir.
Ömür yolunuzda əliniz çatıb, ününüz yetən zirvələr, yeni uğurlar, yeni nəğmələr və ən uyumlu rənglər olsun, əfəndim! Həyatınızın hər anı bir sənət əsəri kimi incə, anlamlı və dəyərli qalsın!
Qoy bu yeni il, yeni yaş Sizin üçün yeni uğurların və sevinc dolu anların başlanğıcı olsun!
Adgününüzü bir daha qutlayır, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!