Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
Bu gün sevgi, mərhəmət, insanlıq çatışmazlığı olan bir dövrdə yaşayırıqmı, deyə düşünürəm… Hamı öz-özü ilə məşğuldur, mənə elə gəlir. “Beş barmaq bir deyil” deyən sözlər boşuna deyilməyib. Ətrafımızda laqeyd, biganə, mərhəmətsiz insanlar olduğu kimi, ürəyi həmişə yaxşılıqla döyünən, insanlara yalnız yaxşılıq etməyə çalışan insanlar da çoxdur. Əslində belə narahat insanların, oyanıq ürəklərin varlığı sayəsində dünya daha gözəl və təravətli olur. Yaxşı insanların ürəyindəki sevgi istiliyi üzlərində nur kimi parlayır. Bugün məhz belə böyük istedad sahibi, böyük yaradıcılıq sahibi, ürəyi özündən çox daha böyük insan, qiymətli ustad — MƏHRİBAN ABDURAHMONOVA’nın doğum günü. MƏHRİBAN ablam həqiqətən də ən mərhəmətli insan, ən mərhəmətli ustaddır. Həmişə onların şagirdlərinə olan heyrətim, bəzən qısqanclığım da olur. Çünki onlar MƏHRİBAN ablam kimi canıyanan, fədakar və sədaqətli bir ustadda şagird olublar. Nə qədər Namanqanda yaşasam da, MƏHRİBAN ablamı heç bir tərəddüd etmədən ustadım deyə bilərəm. Çünki onlar Cizzaxda olsalar da mənə doğru yolu göstərib, düzgün məsləhətlər verirlər. Ürəyində sədaqəti və səmimiyyəti olan bir insan üçün məsafələr maneə ola bilməz. Beləliklə, ustad olmaq üçün, şagird olmaq üçün məsafələr heç bir əhəmiyyət daşımır. Əsas olan ürəklərin, könüllərin birləşməsidir. Xüsusilə, insanlıqları və şagirdlərə olan heç bir mənfəət güdməyən məhəbbətləri, dəstəkləri onlara olan sevgi hissimi artırıb. Şübhəsiz, harada olursa olsun, MƏHRİBAN ablamın məni mənəvi, ruhi olaraq dəstəklədiyini, dualarını hər zaman hiss edirəm. İlahi, onlar kimi ustadlar çox olsun! Biz şagirdlər belə bir ustadı dəyərləndirib, xidmətini edib, dualarını almağı hər zaman yadda saxlamalı, onlara layiq tələbələr olmalıyıq! İlahi, şagirdlərə, bütün yaradıcı insanlara, bəşəriyyətə etdiyiniz yaxşılıqlar yüz dəfə daha çox qaytsın! Doğum gününüz mübarək olsun, ustad! Allahım, bütün xeyirxah niyyətlərinizi gerçəkləşdirib, sizi iki dünyada da xoşbəxt etsin!
Hörmətlə: Cahangir NAMAZOV, “Butov Azerbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib
Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib. Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib. Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib. Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.