Əlamətdar günlərdə “Yazarlar” cameəsi adından təbrik etmək üçün istifadə olunur. “Yazarlar” jurnalının Baş redaktoru tərəfindən imza və möhürlə təsdiqlənir. Təbriknamənin sayı və verildiyi tarix qeyd olunur.
Bu gün dayım Soltan Abbasın 92 yaşı tamam olur. Soltan dayım bir ədəbiyyat sevdalısıdır. 30 dan çox kitabı çap olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü olub. Keçən əsrin 60-cı illərindən başlayaraq şeirləri müntəzəm olaraq “Ədəbiyyat və İncəsənət” qəzetində, “Azərbayvan”, “Uldiz” jurnallarında və respublikamızın diğər mətbuat orqanlaında çap olunub. O, əvvəllər Salyanda fəaliyyıt göstərən “Kürün töhfəsi”, 1973-cü ildən isə Neftçaladakı “Xəzər nəğmələri” ədəbi birlıklərinə rəhbərlik edib. Hal-hazırda da dünyaya gəldiyi Ballıcallı kəndində yaşayır. Soltan dayım şərəfli bir ömür yaşayıb, eldə obada böyük nüfuz və hörmət sahibidir, əsl ağsaqqaldır. Bu yazdıqlarımı dayımı tanıyan hər kəs təsdiq edər. Dayıma ən xoş arzularımı bildirir və onun iki şerini paylaşıram:
GEDİRƏM YAXŞI BAX
Gəldim bu dünyaya yaşamaq üçün, El -oba yükünü daşımaq üçün. Gedirəm, yaxşı bax, bu mənim köçüm, Mən nə gətirmişdim, nə aparıram.
Harayım da burda, hayım da burda, Oxum,kamanım da, yayım da burda, Qayıdıb gedirəm gəldiyim “yurda”, Mən nə gətirmişdim, nə aparıram.
Varlığı,yoxluğu gördüm gözümlə, Olanım,olmazım qaldı sözümdə, Beş arşın kəfəndən savay özümlə, Mən nə gətirmişdim, nə aparıram.
GÖRMÜŞƏM
Zirvə vüqarına güvənmə heç vaxt, Zirvəni qar,yağış döyən görmüşəm. İlxıda ayğırlıq edən köhlənin, Vaxt olub ağzında yüyən görmüşəm.